Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Gənc Tamaşaçılar Teatrı - 90

Gənc Tamaşaçılar Teatrı - 90
   299 dəfə oxunub

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının ötən gün 90 illik yubileyi təntənəli şəkildə qeyd edilib.

ATV.az xəbər verir ki, yubiley gecəsində dövlət və hökumət üzvləri, Milli Məclisin deputatları, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə teatr sənətinin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə son illər aparılan islahatlardan, eləcə də Gənc Tamaşaçılar Teatrının tarixi keçmişindən, qazandığı uğurlardan söz açıb.

“Teatr sənəti Azərbaycan xalqının tarixində özünəməxsus yer tutur. Azərbaycan xalqı özünü teatrsız təsəvvür edə bilməz. Xalqımızın mədəniyyət tarixində teatrın böyük rolu var. 147-ci mövsümünü yaşayan Azərbaycan teatrı xalqımızın inkişafında əvəzsiz rol oynayıb. Bu il artıq 3-cü teatrın yubileyini qeyd edirik. Bu yubileylər öz-özlüyündə keçirilən yola yenidən nəzərə salmağa və gələcəyə doğru yeni istiqamətlər açmağa imkan verir. “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı teatrın simasını tamamilə dəyişib. Ötən 10 il ərzində bu sahədə inqilabi dəyişikliklər baş verib” - deyə nazir diqqətə çatdırıb.

Bildirilib ki, Azərbaycan teatr sənətinin, teatr xadimlərinin həm maddi, həm də mənəvi cəhətdən dəyərləndirilməsi ölkə başçısının daim diqqət mərkəzindədir. Belə ki, öz yaradıcılığı ilə fərqlənən sənət ustalarına Azərbaycan Respublikasının fəxri adları, Prezident mükafatları və Prezident təqaüdləri verilir, onların əməyi ölkənin ən yüksək mükafatlarına – orden və medallarına layiq görülür.

Teatrlarımızın beynəlxalq festivallarda iştirakı mədəniyyət siyasətimizin prioritet istiqamətlərindən biri kimi daim dəstəklənir və bu sahəyə xüsusi önəm verilir. Ötən illər ərzində Azərbaycan teatrları dünyanın 30-dan artıq ölkəsində keçirilən beynəlxalq tədbirlərdə, festivallarda respublikamızı uğurla təmsil edib.

2018-ci ilin Azərbaycan teatr həyatı üçün xüsusilə əlamətdar bir il olduğunu söyləyən Ə.Qarayev deyib ki, ölkə başçısının müvafiq sərəncamları ilə bu il Mingəçevir və Sumqayıt Dövlət Dram teatrlarının 50 illik yubileyləri yüksək səviyyədə qeyd edilib.

Ə.Qarayev diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin teatr sənətinə xüsusi diqqət və qayğısının nəticəsi olaraq Azərbaycan teatrı ötən əsrin 70-ci illərdən başlayaraq parlaq yaradıcı uğurlara və davamlı inkişafa nail olub. “Müasir dövrümüzdə ulu öndər Heydər Əliyevin uğurlu siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin teatr sahəsinə göstərdiyi qayğı nəticəsində ölkə teatrlarının yaradıcılıq axtarışları daim dəstəklənib və maddi-texniki bazası möhkəmləndirilib, müasir tələblərə cavab verən avadanlıqlarla təmin olunub. Gənc Tamaşaçılar Teatrı da bu qayğıdan kənarda qalmayıb, teatrın binasında 2007-ci ildə əsaslı təmir-bərpa işləri aparılıb. Açılış mərasimində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak ediblər. Ümid edirəm ki, 90 illik yubiley ərəfəsində sənət ocağında zəhməti olan əməkdaşlar dövlətimizin başçısı tərəfindən mükafatlandırılacaq ”, - deyə Ə.Qarayev vurğulayıb.

90 yaşını qeyd edən sənət ocağında bugünədək 600-dək yeni səhnə əsərinin hazırlanmasına diqqət çəkən nazir deyib ki, teatr hər zaman istər böyüklər, istərsə də uşaqların ən sevimli məkanı olaraq qalır.

Əbülfəs Qarayev deyib: “Bu gün təkcə Gənc Tamaşaçılar Teatrının bayramı deyil, həm də Azərbaycan teatr həyatının, teatrsevərlərin bayramıdır. Bir daha hamınızı bu bayram münasibətilə təbrik edir, Azərbaycan teatrının inkişafı uğrunda göstərdiyiniz dəyərli xidmətlərə görə, hamınıza təşəkkür edirəm. Teatrın kollektivinə yaradıcılıq uğurları arzulayıram, bayramınız mübarək”.

Sonra teatrın repertuarında xüsusi yer tutan bir sıra səhnə əsərlərindən hisslər təqdim olunub.

ATV.az

 

BUNU DA OXU

Məhəmmədrza Purməhəmmədi: Şərqi Azərbaycan vilayətinin orta ümumtəhsil məktəblərində Azərbaycan dilinin tədrisinə başlanacaq
"Park Cinema"da növbəti premyera - "Yesterday" filminin nümayişi - FOTOLAR
“Knyaz İqor” operasının baş rolunu Azərbaycanın Xalq artisti oynayıb - FOTOLAR
İncəsənət Gimnaziyasında "Bilik Günü" belə qeyd olundu - FOTOLAR
“ATV Səhər” Cocuq Mərcanlıda - İki saat canlı yayımda tamaşaçılarla - FOTOLAR
Xəbər lenti

Daha bir piyada yol qəzasının qurbanı oldu
23:45 18.09.2019

Qarabağ separatçılarının başçısı istintaqa çağırılıb
23:27 18.09.2019

Dahi bəstəkara həsr olunmuş sərgi açılıb
23:10 18.09.2019

Birinci sinfə şagird qəbulu - III mərhələ oktyabrın 15-dək davam edəcək
22:53 18.09.2019

ABŞ Ruhaniyə viza vermir - İran prezidenti BMT toplantısında iştirak etməyə bilər
22:35 18.09.2019

“Əbədi ezamiyyət” filmi Çində beynəlxalq sərgidə nümayiş olunub
22:17 18.09.2019

Ərdoğan Suriyada yeni əməliyyatın anonsunu verdi - “ABŞ-ın iki həftə vaxtı var”
22:00 18.09.2019

Nazir təlimlərin gedişatı ilə maraqlandı - Ordumuzun təlimləri davam edir
21:42 18.09.2019

Əvvəllər məhkum olunmuş şəxs oğurluq etdi - Kürdəmirdə
21:24 18.09.2019

Qırğızıstanda “Oş-türk dünyasının mədəniyyət paytaxtı-2019” adlı abidə ucaldılacaq
21:03 18.09.2019

Qarabağ veteranları bir araya gəldi - 65 min keçmiş döyüşçünü birləşdirən təşkilatın 25 illiyi qeyd edildi
20:45 18.09.2019

Şirvanda Regional Vəkil Bürosu açılıb - Büroda 77 vəkil fəaliyyət göstərəcək
20:27 18.09.2019

“Azərbaycan ədəbiyyatı antologiyası” Fransanın mərkəzi kitabxanalarında...
20:10 18.09.2019

“Artım”da uşaqlar üçün ustad dərsləri keçiriləcək
19:52 18.09.2019

Ermənistan polisinin rəisi istefa verib
19:35 18.09.2019

“Kim istəyir antibiotik alır” - Millət vəkilləri nəzarətin artırılmasını təklif edir
19:18 18.09.2019

Sabah 31 dərəcə isti olacaq
19:00 18.09.2019

Bu dəfə muğam və təsniflər “Rast dünyası”nda səslənəcək
18:44 18.09.2019

Bakı şəhərində çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
18:25 18.09.2019

Astronomlar ən ağır neytron ulduzu müəyyən ediblər
18:10 18.09.2019

Ev şəraitində ən "kiyevsayağı kotleti" necə hazırlamaq olar? - VİDEO
17:52 18.09.2019

Niyazinin mənzil-muzeyinin 25 illiyi qeyd olunub - FOTOLAR
17:30 18.09.2019

Məhəmmədrza Purməhəmmədi: Şərqi Azərbaycan vilayətinin orta ümumtəhsil məktəblərində Azərbaycan dilinin tədrisinə başlanacaq
17:10 18.09.2019

Ukraynanın Mirqorod şəhərində karantin elan edilib
16:53 18.09.2019

Azərbaycan güləşçisi Mariya Stadnik ikinci dəfə dünya çempionu oldu - FOTOLAR
16:35 18.09.2019

Çində avtovağzal binasının sürüşdürülməsi "Ginnesin Rekordlar Kitabı"na düşüb
16:17 18.09.2019

Türk musiqisi inciləri. 2005-ci il - Tuğba Ekinci - "O şimdi asker" - VİDEO
15:59 18.09.2019

Aşurada 2600 litrdən çox qan tədarük edilib - Qan verənlərdən 169 nəfərində virus aşkarlanıb
15:37 18.09.2019

Dəri fabrikində dəhşətli yanğın
15:16 18.09.2019

Xalqının taleyini yaşayan dahi - FOTOLAR
15:00 18.09.2019

Bədii gimnastika üzrə 37-ci dünya çempionatının maraqlı görüntüləri - FOTOLAR
14:43 18.09.2019

ABŞ və Yaponiya ticarət sazişi üzrə ilkin razılaşma əldə ediblər
14:23 18.09.2019

Bu gün təmas xəttində monitorinq keçiriləcək
14:06 18.09.2019

Əzim Əzimzadənin ev-muzeyində Üzeyir Hacıbəylinin xatirəsi anılıb
13:48 18.09.2019

Bərdədə avtomobil piyadanı vurdu - Yaralı xəstəxanaya yerləşdirilib
13:30 18.09.2019

Bəy gəlinsiz toy etdi - Masallıda
13:13 18.09.2019

Hindistan yeni raketi uğurla sınaqdan keçirdi
12:55 18.09.2019

Kürdəmirdə dəfələrlə məhkumluq həyatı yaşamış “peşəkar oğru” saxlanılıb
12:37 18.09.2019

Tarixdə bu gün - 18 Sentyabr - Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Məhəmməd Hüseyn Şəhriyar, Adil İsgəndərov, Bakı-Tbilisi-Ceyhan neft kəməri . . .
12:19 18.09.2019

"Park Cinema"da növbəti premyera - "Yesterday" filminin nümayişi - FOTOLAR
12:02 18.09.2019

18 sentyabr - Milli Musiqi Günüdür
11:44 18.09.2019

Şirvanda avtomobil beton dirəyə çırpılıb - Xəsarət alanlar var
11:27 18.09.2019

Bədii gimnastika üzrə dünya çempionatının ilk qalibləri bəlli oldu
11:22 18.09.2019

Tramp ölkənin neft ehtiyatlarından istifadə etməyəcək
11:06 18.09.2019

Çempionlar Liqasında tarix yazan iki vunderkind - FOTOLAR
10:47 18.09.2019

Çempionlar Liqası - 8 oyun, 21 top
10:10 18.09.2019

Nazirlik səyyar xidmət təşkil etdi - İş yeri vətəndaşa yaşadığı ünvanda təqdim olundu - VİDEO
09:52 18.09.2019

Balacalar üçün bir gündə iki tamaşa -“Kəloğlan” və “Şəngülüm, Məngülüm”
09:34 18.09.2019

Ödənişli əsaslarla təhsil alan gənclərə dəstək - 425 gəncin təhsil xərcini Gənclər Fondu qarşılayacaq - VİDEO
23:40 17.09.2019

Azərbaycanın sosial vəziyyətini dəyişən müqavilə - Xoşbəxt Yusifzadə: “Əsrin müqaviləsi” Heydər Əliyevin şah əsəridir
23:11 17.09.2019

Portuqaliyada müəllimlərin tətilləri ilə əlaqədar yüzlərlə məktəb bağlanıb
22:49 17.09.2019

YAP-ın təşkil etdiyi müsabiqə yekunlaşdı - Qaliblərlə görüş keçirildi
22:28 17.09.2019

Bakı Ali Neft Məktəbində yay məktəbi açıldı - 10-dan çox ölkədən 50 nümayəndə təmsil olunur
22:07 17.09.2019

Yunanıstanda Qərbi Nil virusundan 15 nəfər ölüb
21:48 17.09.2019

Respublika çaylarında suyun səviyyəsi artıb
21:27 17.09.2019

Qutab və lavaşa həsr olunan ustad məşğələsi təşkil edilib - FOTOLAR
21:07 17.09.2019

Ermənistanda istefa dalğası - Tonoyanın da istefaya göndəriləcəyi bildirilir
20:48 17.09.2019

Növbəti mərhələyə hazırlıq tapşırığı verildi - Raket və artilleriya bölmələri start mövqeyinə çıxarıldı
20:27 17.09.2019

Şirkətlərə dair vahid məlumat bazası yaradılır - Nazirlər kabineti qərar qəbul edib
20:08 17.09.2019

“ABŞ münaqişədən qaçmağa çalışır” - Trampdan İranla bağlı açıqlama
19:48 17.09.2019

Basqal kəndində yeni məktəb binası istifadəyə verilib
19:29 17.09.2019

Mədəniyyət Komitəsi payız sessiyasının ilk iclasını keçirdi
19:11 17.09.2019

Əsrin müqaviləsi -25 - Müqavilənin ölkəmiz üçün tarixi əhəmiyyətindən söz açıldı
18:54 17.09.2019

Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
18:35 17.09.2019

Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
18:25 17.09.2019

Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
18:25 17.09.2019

Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
18:18 17.09.2019

Müdafiə naziri Böyük Britaniyanın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb - FOTOLAR
17:58 17.09.2019

“Knyaz İqor” operasının baş rolunu Azərbaycanın Xalq artisti oynayıb - FOTOLAR
17:37 17.09.2019

Özbəkistanın tnews.uz portalı Qarabağ mətbəxi haqqında geniş məqalə hazırlayıb
17:17 17.09.2019

Sabah monitorinq keçiriləcək - Monitorinqi səhra köməkçiləri izləyəcəklər
17:00 17.09.2019

Sabah havanın temperaturu artaraq 32 dərəcə olacaq
16:44 17.09.2019

Yada düşər xatirələr. 1981-ci il. - Flora Kərimova."Bağışla" - VİDEO
16:23 17.09.2019

Pərvanda və Kabildə törədilən partlayışların məsuliyyətini “Taliban” üzərinə götürüb
16:06 17.09.2019

Xətai Sənət Mərkəzində elan olunan respublika yaradıcılıq müsabiqəsi davam edir
15:47 17.09.2019

Gənc Tamaşaçılar Teatrı rusdilli tamaşaçılarını unutmayıb
15:28 17.09.2019

İtaliyada neft emalı zavodunda güclü partlayış olub
15:07 17.09.2019

Yeni tədris ilinə böyük inamla
14:50 17.09.2019

Xəzinə axtarırdılar, məbəd aşkarlandı - Misirdə saxta arxeoloqlar saxlanıldı
14:31 17.09.2019

Prezidentin mitinqində dəhşətli partlayış baş verdi - Çox sayda ölü və yaralı var
14:12 17.09.2019

Bütün xəbərlər