Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Prezidentə müraciət etdilər - "Kinostudiyamızın divarları soyuyub"

Prezidentə müraciət etdilər - "Kinostudiyamızın divarları soyuyub"
   288 dəfə oxunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüş zamanı çıxış edən sənət nümayəndələri arasında xalq artisti Mehriban Zəki və Hacı İsmayılov da yer alıblar. 
 

ATV.az-ın məlumatına görə, M.Zəki film sahəsinə diqqət ayrılmasını istəyib:


"Hörmətli cənab Prezident.

Hörmətli Birinci vitse-prezident Mehriban xanım.

Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Hər zaman mədəniyyətimizə, incəsənətimizə qayğınız olub və bugünkü görüşümüz bunun bariz nümunəsidir.

Mədəniyyət, bədii yaradıcılıq nümunələri hər zaman arxetiplərimizdən qaynaqlanmalı, tariximizə, köklərimizə söykənməli və bu günümüzlə aktuallaşmalıdır. Mənim uşaq vaxtı gördüyüm ilk filmlərdən biri “Nəsimi” idi. Bəlkə də həmin film, - altı-yeddi yaşım olardı, - məni sənətə bağladı, Nəsimi poeziyasına sevgimi artırdı. O vaxtdan mən - altı-yeddi yaşlı uşaq Nəsiminin qəzəllərini əzbərləməyə başlamışdım. Həmin o sevgim illər boyu daha da artdı, artıq yarım əsr keçib. Keçən ilin sentyabrında Heydər Əliyev Fondunun və şəxsən Leyla xanımın təşəbbüsü ilə Nəsimi festivalı keçirildi. Bakıda, Moskvada bu tədbirdə fəal şəkildə iştirak etdim. Cənab Prezident, bu il Sizin Sərəncamınızla elan edilən “Nəsimi ili” ilə bağlı təşkil olunan bütün tədbirlərdə fəal şəkildə iştirak edəcəyəm. Həm Bakıda, həm bölgələrdə öz təşəbbüsümlə tədbirlər təşkil edəcəyəm, xaricdə də tədbirlərdə iştirak edəcəyəm. Mən niyə Nəsimidən danışdım? Çünki mədəniyyətdə və dövlətçilikdə kino çox böyük bir rol oynayır, çox böyük bir maarifləndirmə vasitəsidir. Bu gün teatr-kino aktrisasıyam. İki universitetdə müəllim işləyirəm və tələbələrim var ki, çox istedadlıdırlar. Çox istedadlı gənc nəslimiz yetişir.

Teatr barədə danışdılar. Mən daha çox diqqətinizi kinoya yönəltmək istəyirəm. Mənim gəncliyimdə kinostudiyanın həyətində, onun divarları arasında çox fəal yaradıcı proseslər baş verirdi. Son illərə qədər bu proses davam edirdi. Müasir dövrdə, müstəqillik dövrümüzdə artıq çəkilmiş filmlər, mənim də çəkildiyim “Nabat”, “Yarımçıq xatirələr”, “Dolu”, “Axınla aşağı” filmləri və adlarını unutduğum bir çox filmlər var. Bir çox filmlər A kateqoriyalı festivallarda iştirak edib, müəyyən nailiyyətlər qazanıb. Amma təəssüf edirəm ki, son iki ildə dövlət sektorunda filmlərimizin inkişafı, çəkilməsi nədənsə avazıyıb. Kinostudiyamızın divarları soyuyub. Ona görə, cənab Prezident, mənim o uşaqlıq arzum olan kinostudiyada coşqun həyat, sənət eşqi davam etsin, diqqətinizi bir daha oraya yönəltmək istərdim. Sizə təşəkkür edirəm".

Hacı İsmayılov isə ölkə başçısını teatra dəvət edib:

"Möhtərəm cənab Prezident.

Hörmətli Mehriban xanım.

Mən bizim dünya şöhrətli müğənnimizlə tamamilə şərikəm ki, Azərbaycanın gözəllikləri bu gün göz oxşayır. Amma o gözəlliklərlə yanaşı, biz dayana bilmərik, biz qabağa getməliyik, inkişaf etməliyik hər barədə, həm mədəniyyətimiz, həm iqtisadiyyatımız. Mən fürsətdən istifadə edərək, möhtərəm Prezidentimizə ürəkdən təşəkkür edirəm. Nəinki mədəniyyət xadimləri, bütün Azərbaycan xalqı sizi çox istəyir, Sizə böyük ehtiramları, böyük inamları var. Mədəniyyət işçiləri, hamımız sevinirik ki, bizim belə Prezidentimiz var. Dünya şöhrətli, gözəl, böyük siyasəti olan, Azərbaycanın xoşbəxtliyini təmin edə bilən bir insan bizim möhtərəm Prezidentimizdir, dövlətimizin başçısıdır.

Əlbəttə ki, müstəqil Azərbaycan Respublikası bu gün sürətli inkişaf yolundadır. Bu gözəlliyi hamımız görürük. Onu da qeyd edim ki, bu inkişaf başqa sahələrlə yanaşı, eyni zamanda, mədəniyyətimizin və incəsənətimizin də inkişafına kömək edir. Sözsüz ki, bu inkişaf, canlanma, cənab Prezident, Sizin mədəniyyətə, xüsusilə də teatr sənətinə qayğı və diqqətiniz sayəsində mümkün olmuşdur. Ulu öndər Heydər Əliyev teatrı və aktyor sənətini həmişə yüksək qiymətləndirib, ona böyük dəyər verib. O deyərdi ki, teatr müqəddəs yerdir, tərbiyə ocağıdır, orada işləyənlər fədakardırlar, fədaidirlər. Mən həmişə teatra yaxın və bağlı olmuşam. Bu, ötəri hiss deyil. Bu, mənim içimdən gələn bir məhəbbətdir. Ümummilli Liderimizin mədəniyyətə qayğısı, diqqəti bu gün məhz Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyev tərəfindən davam etdirilir. Əlbəttə, o gözəlliklər deyirsiniz, inanın, mən Azərbaycanda olan teatr binalarını, təmir olunmuş teatr binalarını, o səhnələri, o gözəllikləri görəndə deyirəm, İlahi, nə yaxşı ki, biz bu gözəl dövlətin vətəndaşlarıyıq. Əlbəttə, vətəndaş olmaq üçün gərək Vətəni sevəsən, dövlətinə qulluq edəsən, millətinə xidmət edəsən. Bu gün buraya yığışan insanların, Azərbaycanın görkəmli incəsənət, mədəniyyət xadimlərinin sözsüz ki, bu işdə böyük fəaliyyəti, böyük zəhməti olub. Mən onların hamısına ürəkdən təşəkkür edirəm. Burada məndən yaşlı, məndən titullu insanlar var. Amma çox sevinirəm ki, bu gün hamımız bir yerdəyik. Hamımız bir yerdə Azərbaycan mədəniyyətinin təntənəsi uğrunda nələrisə deyirik, nələrisə istəyirik. Əlbəttə, sənət adamlarına verilən fəxri adlar, Prezidentin fərdi təqaüdü, mükafatlar, onların mənzillə təmin olunması - inanın, cənab Prezident, Siz nə qədər böyük işlər görmüsünüz ki, hamımızın qəlbində Sizə böyük ehtiram, böyük məhəbbət var. Biz Sizi çox istəyirik. Həmişə Sizin yanınızda olmuşuq. İnanın son prezident seçkilərində mədəniyyət işçiləri Sizi çox böyük coşqu ilə dəstəklədilər. Həmin gecə Sizin parka gəlişiniz, oradakı görüşlər, o şadlıq, o bayram mənim heç yadımdan çıxmır. Azərbaycan xalqı bütövlükdə sevinirdi ki, bizim belə Prezidentimiz var. Sizin mədəniyyətə, teatr sənətinə olan münasibətiniz bizi çox sevindirir.

Onu da deyim ki, 50 ilə yaxın işlədiyim Azərbaycan Akademik Milli Dram Teatrı bu illər ərzində böyük uğurlar qazanıb. Uğurlarımız da onda olub ki, biz elə saydığımız yerdə qalmamışıq. Bizim teatrda əvvəllər böyük səhnə və kiçik səhnə olub, indi artıq böyük səhnədən başqa dörd səhnəmiz var.

Bu gün bizim martın 1-də toplaşmağımız çox əlamətdardır. Çünki 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məhz martın 1-də Azərbaycanda 10 mart - Milli Teatr Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Artıq 6 ildir ki, biz bu günü bayram edirik, buna görə Sizə ürəkdən təşəkkür edirik. Bu, milli teatra verilən dəyər və qiymətdir.

Akademik Milli Dram Teatrının böyük bir arzusu var. Əvvəla deyim ki, kollektivimiz Sizi həmişə arzulayır, həmişə istəyir. Çünki bu adət bizə Ulu Öndər tərəfindən miras qalmışdır. O, həmişə teatra gələndə tamaşadan sonra aktyorlarla, rejissorlarla söhbət edirdi. İndi də bu istək var, həmişə də bizim işçilər tərəfindən səslənir. Mən istəyirəm onu bir şəkili Mustafa kimi deyim: Sa qurban olum ay Allah, noolar, elə et bizim möhtərəm Prezidentimiz bir dəfə bizim Akademik Milli Dram Teatrına təşrif gətirsin, biz o günü bayram edək.

Əlbəttə, bu gün Azərbaycan teatr xadimlərinin gördüyü çox işlər var. Yəni, bir çatışmayan, daha doğrusu, arzuolunan odur ki, Azərbaycanda gənc dramaturqlara və gənc rejissorlara çox böyük ehtiyac var. Biz də, bizim direktorumuz Azərpaşa müəllim də bu barədə fikirləşdi. Keçən il bizim ittifaqda 5 yaradıcılıq laboratoriyası açılıb. Gənc rejissorların, aktyorların, eksperimental rejissorların, tənqidçilərin və bir də gənc dramaturqların laboratoriyası artıq fəaliyyət göstərir. Burada 43 nəfər təhsil alır və mən inanıram ki, onların Azərbaycan mədəniyyətinə böyük töhfələri olacaq. Çünki bunlar hamısı gəncliyə aiddir və gənclər mütləq bu sənətə gəlməlidirlər. Bizlərin çoxu yaşlaşır.

Mən bir cəhəti də qeyd edim ki, Azərbaycanda tamaşaçı problemi var. Ancaq bu, bizim teatra aid deyil. Maşallah, bizim teatrda həmişə tamaşaçılar olur, yəqin ki, bizim teatrı çox istəyirlər. Amma bizim teatrda uşaq tamaşaları var. Mən mətbuatda oxumuşam, tənqid edirlər ki, Akademik Milli Dram Teatrına uşaq tamaşaları hazırlamaq yaraşmaz. Axı, bugünkü uşaq sabah böyüyəcək, sabah teatrın əsas tamaşaçısına çevriləcək. Biz onlardan necə əl çəkə bilərik? Burada əyləşən mədəniyyət xadimlərinin hər birindən soruşsanız ki, sən mədəniyyətə, teatra, başqa sənətə hansı yaşından başlamısan, hamı deyəcək ki, məktəb illərindən. Məktəblilərlə teatrların münasibəti, ünsiyyəti qurulmalıdır. Özü də bu, ya yazılı, ya şifahi şəkildə olmalıdır ki, məktəblilər mütləq teatra gəlsinlər. Çünki onlar bizim gələcək tamaşaçılarımızdır.

Bir–iki kəlmə də onu demək istəyirəm ki, çox ağrılı da deyil, paradoksal bir şeydir ki, dövlət tərəfindən maliyyələşən ittifaqlar və təşkilatlar var. Onlar da 18 faiz vergi ödəyir. Amma dövlət tərəfindən maliyyələşməyən Teatr Xadimləri İttifaqı da 18 faiz vergi ödəyir. Burada qəribə uyğunsuzluq var, yəqin ki, bunu düzəltmək olsaydı, bizim daha çox imkanlarımız olardı. Çünki Teatr Xadimləri İttifaqının üzvlərdən yığdığı pulların hamısı o üzvlərin xəstəliyinə, yaşlı olmağına, xeyrinə-şərinə istifadə olunur. Yəni, teatr xadimləri özü-özünü dolandırır. Mən Mədəniyyət Nazirliyinə ürəkdən təşəkkür edirəm. Üç ildir ki, onlar bizə maddi yardım edirlər. Çox sağ olsun Əbülfəs müəllim o barədə. Ürəkdən təşəkkür edirik.

Yəni, deyiləsi sözlər çoxdur. Mən bir şeyi də qeyd edim ki, Azərbaycan Teatr Xadimləri İttifaqı dünyada tanınmış təşkilatın - UNESCO-nun beynəlxalq teatr institutunun üzvdür. Eyni zamanda, Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının üzvüdür. Buraya MDB, Baltikyanı ölkələr, bir də Gürcüstan daxildir. Bu forumda Azərbaycanı 5 gənc dramaturq, 6 teatr rəssamı, 3 tənqidçi təmsil edib və iki tamaşa oynanılıb. Hazırda isə Mədəniyyət Nazirliyinin bilavasitə təşəbbüsü, maddi köməyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Moskvadakı Şukin adına teatr məktəbində bizim 10 gənc teatr təhsili alır, həm aktyor kimi, həm rejissor kimi. Mən inanıram ki, onlar qayıdandan sonra bizim mədəniyyətimizə öz töhfələrini verəcəklər və eyni zamanda, özlərinin yeni teatr düşüncələrini gətirəcəklər.

İcazənizlə, çıxışımı müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndərin tarixi sözləri ilə bitirim. O deyirdi ki, yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcək, həmişə yaşayacaqdır. Mədəniyyət bəşəriyyətin topladığı gözəl nümunələrlə xalqları zənginləşdirir. Azərbaycan mədəniyyəti o zənginliyə öz payını verib və əminəm ki, bundan sonra da verəcək. Diqqətinizə görə çox sağ olun".

ATV.az

BUNU DA OXU

Naxçıvana avtobusla gedənlərə şad xəbər - 15 saatlıq yolu 10 saata qət etmək mümkün olacaq
Prokurorluq orqanlarına işə qəbul - Növbəti mərhələdə 120 namizəd iştirak edib
Azərbaycanın gözəl guşələri - İsmayıllı rayonu. Yekəxana gölü - FOTOLAR
Звезды Героев и ордена Мужества вручены экипажу А321 под командованием Дамира Юсупова
Alınan mallar geri qaytarılmır, yoxsa?! - Bilməli olduğumuz istehlakçı hüquqları
Xəbər lenti

Eldəniz Məmmədov “TAP QAZAN”da - “Kənd havası” - VİDEO
09:35 23.08.2019

Daha bir “KOB Dostu” fəaliyyətə başladı - Kiçik və orta sahibkarlığa xidmət göstəriləcək
21:45 22.08.2019

Taxta bazarı yanır - Yanğında iki FHN əməkdaşı xəsarət alıb
21:21 22.08.2019

Kitabxanaya müxtəlif adda kitablar hədiyyə edilib
20:58 22.08.2019

Mədəniyyətlərarası dialoqa Azərbaycanın töhfəsi - Yeni Azərbaycan partiyasında konfrans keçirildi
20:35 22.08.2019

Şəmkirdə Xidmət rəisi vətəndaşlarla görüşdü - Qəbul zamanı problemlərin əksəriyyəti həll edildi
19:55 22.08.2019

İki yeni qatar xəttə buraxıldı - Bu ayın sonuna kimi Bakı Metropoliteninə daha iki qatar gətiriləcək
19:29 22.08.2019

Liderlər yenidən bir araya gələcək - Sentyabrın 16-da Ankara sammiti baş tutacaq
19:10 22.08.2019

Ermənistan BMT-də təxribata əl atdı - Azərbaycan cavab tədbiri gördü
18:48 22.08.2019

Günvurmadan özünüzü qoruyun - Sabah hədsiz isti hava olacaq
18:22 22.08.2019

Süni qiymət artımı yaradan sahibkarlara qarşı tədbirlər görüləcək
18:00 22.08.2019

Ermənistanda etirazlar səngimir - Bu dəfə əsgər valideynləri aksiya keçiriblər
17:38 22.08.2019

Bu gün: "Linfild" "Qarabağ"
17:17 22.08.2019

Bəzi gənclərin xaricdə təhsil haqqını Gənclər Fondu ödəyəcək
16:54 22.08.2019

İran "Bavər-373" zenit-raket kompleksini təqdim edib - Kompleks tam şəkildə İranda layihələndirilib
16:33 22.08.2019

Bərdədə yaşıllıq ərazisində yanğın olub - Ağaclar yararsız hala düşüb
16:10 22.08.2019

Аzyaşlını tok vurdu - Həyatını xilas etmək mümkün olmayıb
15:49 22.08.2019

Xəmir mayalamadan tavada super ləzzətli pizza resepti - VİDEO
15:30 22.08.2019

Aydın Sani “Ulduzlu yayım”da - “Bircə” - VİDEO
15:05 22.08.2019

İnternet üzərindən ticarət - Onlayn alış-verişdə nələrə diqqət etməliyik?
14:44 22.08.2019

Ölkədə ilk dəfə olaraq kombi zavodu fəaliyyətə başladı - İldə 120 min kombi istehsal olunacaq
14:23 22.08.2019

Məktəbli yarmarkaları fəaliyyətə başlayıb
14:01 22.08.2019

Ali məktəblərə qəbul planı 91,03 faiz doldu - Ali təhsil müəssisələrinə 43480 nəfər qəbul olundu
13:35 22.08.2019

Uqandada yanacaq çəni partladı - 19 nəfər həyatını itirdi
13:14 22.08.2019

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib
12:54 22.08.2019

Tovuzda dəhşətli qətl baş verib - Oğul atanı təqaüd kartına görə çəkiclə öldürüb
12:36 22.08.2019

Naxçıvana avtobusla gedənlərə şad xəbər - 15 saatlıq yolu 10 saata qət etmək mümkün olacaq
12:12 22.08.2019

"Krasnodar"ı darmadağın oldu - Çempionlar Liqasında
11:53 22.08.2019

Anadan gözlənilməz addım - azyaşlı oğlunu evdə zəncirləyib
11:27 22.08.2019

MiQ-29 tipli döyüş təyyarəsinin qəzaya uğrama səbəbi müəyyən edilib
11:19 22.08.2019

Sürücülərin nəzərinə! - Sabunçu stansiyasının girişində hərəkət məhdudlaşdırılacaq
11:06 22.08.2019

Rusiya gözəgörünməz dronu sınaqdan keçirib - Dron 24 saat ərzində havada qala bilir
10:42 22.08.2019

Azərbaycana qarşı çirkin kampaniya - Bunu müxalifətçilər aparır - VİDEO
10:21 22.08.2019

Yaponiyada istilər davam edir - Yeddi mindən çox insan günvurma ilə xəstəxanaya yerləşdirilib
09:59 22.08.2019

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” - Çıxarışların hazırlanması üçün ilkin sənədlər toplanıb
09:35 22.08.2019

İranda tələbələr aksiya keçirib - “Müsəlmanların qətlə yetirilməsini dayandırın” şüarı ilə
22:24 21.08.2019

Avstraliya da koalisiyaya qatılacaq - Döyüş gəmiləri ilə dəstək verərək
22:02 21.08.2019

Hirkan Milli Parkında yanğın davam edir - Əraziyə“BE 200 ÇS” amfibiya təyyarəsi cəlb olunub
21:44 21.08.2019

Ermənistanda etirazların miqyası genişlənir
21:21 21.08.2019

Diyarbəkirdə etirazlar - Polis su şırnağından istifadə edib
21:00 21.08.2019

Prezident İlham Əliyev Sabir Nağıyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb
20:37 21.08.2019

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının bir sıra tibb müəssisələrində olub - FOTOLAR
20:15 21.08.2019

Şokoladın içində narkotik keçirmək istədilər
19:51 21.08.2019

Daşkənddə “Azərbaycan-özbək ədəbi əlaqələri” kitabı Azərbaycan və özbək dillərində çap olunub
19:30 21.08.2019

Sosial şəbəkə hesabının təhlükəsizliyi - Şifrə təyin edərkən nələrə diqqət etmək lazımdır?
19:09 21.08.2019

Prezident İlham Əliyev Bəhlul Əliyevə general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb
19:00 21.08.2019

Qrenlandiya ABŞ-a satıla bilər - Adanın qiyməti on trilyon dollardır
18:43 21.08.2019

Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçuları və mülki işçiləri təltif edilib
18:30 21.08.2019

Növbəti 82 ədəd lift paytaxta gətirilib
18:19 21.08.2019

Hindistanda sel 58 nəfərin həyatına son qoyub - 10 min nəfər təxliyyə edilib
17:57 21.08.2019

“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
17:38 21.08.2019

ASAN Xidmətin əcnəbi könüllüləri - 10-a yaxın gənc avqustun sonuna qədər təcrübə keçəcəklər
17:17 21.08.2019

Metro stansiyalarda alternativ enerji mənbəyinin təmin edilməsi ilə bağlı işlər davam etdirilir
16:49 21.08.2019

Krasnodarda "Şaurma" köşkün önündə atışma baş verdi - Xəsarət alanlar var
16:26 21.08.2019

Yada düşər xatirələr. 1995-ci il. - "Cənab leytenant" - VİDEO
16:00 21.08.2019

Prokurorluq orqanlarına işə qəbul - Növbəti mərhələdə 120 namizəd iştirak edib
15:37 21.08.2019

Pentaqon Kaliforniyada raketini sınaqdan keçirib
15:15 21.08.2019

Növbəti piyada ölümü - Bu dəfə Xaçmazda
14:54 21.08.2019

Meteohəssas insanlar xəbəriniz olsun ki.. - Sabah hava sizin üçün əlverişsiz olacaq
14:32 21.08.2019

Flora Kərimova və Aydın Sani “Ulduzlu yayım”da - “Get gedirsənsə” - VİDEO
14:19 21.08.2019

Ukraynada çap edilən kitab-kataloqda Azərbaycana dair əsərlər də yer alıb
14:00 21.08.2019

Siyəzəndə 2 avtomobil toqquşdu - 8 nəfər xəsarət aldı
13:36 21.08.2019

Azərbaycanın gözəl guşələri - İsmayıllı rayonu. Yekəxana gölü - FOTOLAR
13:13 21.08.2019

Yük avtomobilinin mühərriki alovlanıb - Avtomobil tamamilə yanıb
12:45 21.08.2019

Rəşad Atakişiyev dəfn edildi - FOTOLAR
12:25 21.08.2019

Звезды Героев и ордена Мужества вручены экипажу А321 под командованием Дамира Юсупова
12:12 21.08.2019

Alınan mallar geri qaytarılmır, yoxsa?! - Bilməli olduğumuz istehlakçı hüquqları
11:51 21.08.2019

Adil Karaca "TAP QAZAN"da - "Sende Kaldı Yüreğim" - VİDEO
11:30 21.08.2019

Ramil Nabran “Tap Qazan”da - “Can Baba” - VİDEO
11:29 21.08.2019

Rayan Giqqz millimizlə oyuna kimləri çağırdı?
11:10 21.08.2019

Çempionlar Liqasında pley-off mərhələsinə start verildi
10:47 21.08.2019

Ağstafa sakini Hacıqabulda qəza törətdi - Ölən var
10:30 21.08.2019

Əncirin bol olduğu bir vaxtda - Əncir mürrəbəsi hazırlayın - VİDEO
10:06 21.08.2019

Fermerlərin riskləri sığortalanacaq - Gələn ildən aqrar sığortanın tətbiqinə başlanılır - VİDEO
09:45 21.08.2019

Tikinti icazələri üzrə "bir pəncərə" sistemi - Ölkə üzrə tətbiqinin genişləndirilməsi müzakirə olunub
21:45 20.08.2019

Zimbabvedə iğtişaşlar davam edir - Etirazçılar ədalətli seçki tələb edirlər
21:26 20.08.2019

Honq Konqda nümayişlər davam edir - Etirazçılarla polis arasında toqquşma baş verib
21:05 20.08.2019

Erməni hərbçi öz ölkəsini ifşa etdi - “Yayılan xəbərlər cəfəngiyyatdır”
20:44 20.08.2019

Hirkan milli parkında yanğın - FHN məlumat yaydı
20:20 20.08.2019

Superliqa:1-ci tur - "Fənərbaxça" darmadağınla başladı
20:02 20.08.2019

Bütün xəbərlər