Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Afaq Bəşirqızı: - "Xahiş edirəm, imkansız aktyorların maaşı və bir də evlə təmin olunması məsələsinə diqqət yetirilsin"

Afaq Bəşirqızı: - "Xahiş edirəm, imkansız aktyorların maaşı və bir də evlə təmin olunması məsələsinə diqqət yetirilsin"
   197 dəfə oxunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşdə sənət nümayəndələri təklif və istəklərindən danışıblar. 
ATV.az-ın məlumatına görə, xalq artisti Afaq Bəşirqızı aktyorların maaşının az olmasından gileylənib:

"Canım Prezidentim, mənim sizə danışmamağım qeyri-mümkündür. Çünki sizi mən seçmişəm, sizə səs vermişəm. 
Canım Mehriban xanım, bu gün mənim burada oturmağımın səbəbkarı göydə Allah, yerdə sizsiniz. Mənim səhhətimə göstərdiyiniz o qayğıya görə minnətdaram, ömrüm boyu minnətdar olacağam.

Burada əyləşən bütün incəsənət xadimləri sənətə öz canlarını qoyublar və bu sənətin inkişafında çox böyük rolları olub. Lakin biz bununla kifayətlənməməliyik. Sizin sərəncamlarınızdan sui-istifadə edənlərə qarşı çox böyük bir inqilab etməliyik. İki açıq cəbhəsi olan ovuc boyda Azərbaycanı siz necə qoruyursunuz? Bu dövlətçiliyi necə qoruyursunuz? Hər birimizi necə qoruyursunuz? Siz necə əziyyətlər çəkirsiniz? Bunu biz hamımız başa düşməliyik. Sizin əməyinizi qiymətləndirmək bu balaca məclislərdə deyil, geniş meydanlarda olmalıdır, bizim müsahibələrimizdə olmalıdır. Bu hadisəni başa düşməyən və bu hadisədən sui-istifadə edən ortabab xalqı, bəlkə də deyim Sizə ki, sadə bir xalqı qızışdıran, Vətənin bu vəziyyətində öz şəxsi ambisiyaları üçün istifadə edən şəxslərə bizim dilimiz çox uzun olmalıdır. Çünki hər bir xalqı mədəniyyəti ilə tanıyırlar. Hər bir tikilini təzədən bərpa etmək olar, hər bir dağıntını təzədən qurmaq olar, amma mədəniyyət çat verərsə, bu, çox böyük bir bəladır. Burada oturanlar bilirlər ki, bizə, bizim mədəniyyətimizə çox böyük qayğı var. Bəlkə də biz yeganə xalqıq fikirləşirik ki, problemlərimiz olanda Prezidentimizə, Mehriban xanıma deyəcəyik və onlar bizi bu bəladan, bu problemdən qurtaracaq. Bəlkə də bizim içimizdə bunu təsdiq edənlər var. Çox problemləri biz onların vasitəsilə həll etmişik. Amma bu, təkcə şəxsi ambisiya üçün olmamalıdır. Bizdən sonra yeni nəsil yetişir, yeni, cavan nəsil gəlir. Bəli, çox gözəl mədəniyyət nazirlərimiz olub. Mənim yaşım o vaxta çatmayıb, amma biz onlarla indiki kimi ünsiyyət qura bilməmişik. İndiki kimi deyə bilməmişik ki, cənab nazir, filankəs ağır vəziyyətdə xəstəxanadadır, özəl xəstəxanadır, onun pulu ödənməlidir, o, oradan çıxmalıdır. Bilirsiniz, bütün bunlar hamısı həyat hadisələridir. Bunun hamısını biz çılpaqlığı ilə deməliyik, boynumuza almalıyıq. Nə üçün? Çünki bizim həyat devizimiz, yəni, aktyorların, incəsənət xadimlərinin əsas həyat devizi təbii, düzgün olmaqdır. Biz yalanlardan uzaq olmalıyıq.

Cənab Prezident, teatr başqa sahələrə nisbətən bir az çətin vəziyyətdədir. Yəni, Mehriban xanımın qayğısı ilə bizim musiqiçilərimiz, Allaha şükür olsun, muğam festivalı, hamısı maşallah təmin olunublar. Çox sevinirəm. Bizim özümüzün də Sizin xüsusi mükafatınız, Allah Ulu Öndərimizə qəni-qəni rəhmət etsin, xüsusi təqaüdünüz var. Amma biz tək deyilik. Biz özümüzdən sonrakıları da fikirləşməliyik. Cənab Prezident, mənim işlədiyim Musiqili Teatr, - şəhər mərkəzində yerləşən, öz sənəti, öz tarixi, öz sənətkarları olan bir teatr, - üçüncü kateqoriyadadır. Mən bir faktı diqqətinizə çatdırmaq istəyirəm. Aktyor səhər tezdən kirayə qaldığı Müşfiqabaddan iki övladı və yoldaşı ilə çayını, çörəyini götürüb gəlib Konservatoriyanın qabağında dayanır. Uşaqların biri dərsə gedir, ikinci uşağı ikinci növbəyə hazırlayırlar. Orada onu yedirdir, özü isə məşqə gedir. Axşam yenə də həmin o ailə qayıdır Müşfiqabada. Sizə demək istəyirəm ki, bəli, Afaq Bəşirqızına ev, mükafat, fəxri ad verilib. Çox sağ olun. Amma Afaq Bəşirqızı tək deyil. Afaq Bəşirqızı özündən sonrakıları fikirləşməlidir. Sizə olan xahişlər buna görədir, ümumi xalq üçündür.

Canım Prezidentim, çox xahiş edirəm, imkansız aktyorların maaşı və bir də evlə təmin olunması məsələsinə diqqət yetirilsin. Aktyorlarımızın mənzil şəraiti və sosial vəziyyəti ağırdır, bilirsiniz ki, maaşlarımız azdır. Başa düşürük, indi bizim Sizdən heç nə tələb etməyə ixtiyarımız yoxdur. Çünki biz müharibə şəraitində yaşayan bir ölkəyik. Bunun hamısını bilirik və başa düşənlər bunu bilirlər. Amma çox xahiş edirik, teatr sahəsinin, Teatr Xadimləri İttifaqının inkişafı ilə bağlı yeni konsepsiya hazırlanmalı, yeni işlər görülməlidir. Çünki teatr xadimlərinin Teatr Xadimləri İttifaqına həqiqətən də çox böyük ehtiyacı var.

Qarşıdan gələn Novruz bayramınız mübarək olsun. Uğurlu, xeyirli olsun. Gün o gün olsun ki, Allah qoysa, Qarabağda görüşək, sevinək və dərindən bir sevinc ahı çəkib deyək ki, çox şükürlər olsun Sənə, İlahi, alnımız qeyrətlə açıldı. Çox sağ olun".

ATV.az

BUNU DA OXU

9-cu sinif şagirdlərinin nəzərinə - İmtahanın nəticələri açıqlandı
300 yeni avtobus gətiriləcək - Əsasən Bakıətrafı qəsəbələrə işləyən avtobuslar yenilənəcək
18 İyunda tarixdə nələr baş verib? - Bunları bilirdinizmi?
Bacı bacının evindən 35 min manatlıq oğurluq etdi
Valideynlərin nəzərinə - Hərbi hissələrdə “açıq qapı” günü keçiriləcək
Xəbər lenti

Niyaməddin Musayev "Zaurla Günaydın"-da - "Kölgəm qədər" - VİDEO
23:57 18.06.2019

Sabah 32 dərəcə isti olacaq - Dəniz suyunun temperaturu isə - 24 dərəcə
23:40 18.06.2019

9-cu sinif şagirdlərinin nəzərinə - İmtahanın nəticələri açıqlandı
23:22 18.06.2019

Səfirin Köçəryanla görüşü narazılıq yaratdı
23:03 18.06.2019

Suriya Türkiyə-Rusiya gündəmində
22:46 18.06.2019

İcbari tibbi siğortanın daha bir üstünlüyü - Həkimlər firma dərmanları yaza bilməyəcək
22:30 18.06.2019

Zerrin Özərin dünən evləndiyi şəxs fırıldaqçı çıxdı
22:12 18.06.2019

Prezident İlham Əliyevdən növbəti inqilabi addım - VİDEO
21:55 18.06.2019

Xaçmazdan Bakıya narkotik satmağa gətirirdi - Bakıya çatmamış həbs olundu - FOTOLAR
21:37 18.06.2019

ABŞ İrana görə Yaxın Şərqə əlavə min hərbçi göndərəcək
21:20 18.06.2019

Mətanət Əsədova:"Haqqımda elə bir şey danışıb ki"
20:58 18.06.2019

Tokayev Trampa: “Çini dalana dirəmə”
20:40 18.06.2019

Paytaxtda narkotacir polis tərəfindən saxlanıldı - FOTOLAR
20:22 18.06.2019

Samirə Əfəndi Qazaxıstanda - FOTOLAR
20:05 18.06.2019

Turistlər paytaxtımızı seçir - Bakı kurortları MDB-nin ən yaxşıları reytinqində
19:46 18.06.2019

Misirin sabiq prezidenti Məhəmməd Mursi Qahirədə dəfn olundu
19:27 18.06.2019

Xatirə qardaşı üçün gəmidə nikah kəsdirdi
19:09 18.06.2019

XİN-dən Qarabağda təlim xəbərinə reaksiya - “Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir”
18:50 18.06.2019

300 yeni avtobus gətiriləcək - Əsasən Bakıətrafı qəsəbələrə işləyən avtobuslar yenilənəcək
18:31 18.06.2019

Aygün Səmədzadə: - "Müğənnilər əvvəlcə musiqi dərsinə gedib, sonra efirə çıxsınlar"
18:14 18.06.2019

İndoneziyada sərnişin gəmisi batdı - ölənlərin sayı 20 yaxınlaşır
17:56 18.06.2019

Böyük Kəsik güllələnməsində yaralananlardan birinin ayağı amputasiya olundu - FOTOLAR
17:37 18.06.2019

"Kiralık aşk"ın aktrisası ərə getdi - FOTOLAR
17:17 18.06.2019

Tramp qəzəbləndi, öskürən dövlət rəsmisini otaqdan qovdu …
17:00 18.06.2019

Riksen evtanaziya etmək qərarına gəlib - Futbolçu azarkeşlərlə sağollaşacaq
16:42 18.06.2019

Vüsal Əliyev və başqaları "Şou ATV"-də - ÖZƏL - FOTOLAR
16:25 18.06.2019

Böyük Kəsikdə güllələnmənin təfərruatları - ÖZƏL - "Qan davası"nın ŞOK tarixçəsi - VİDEO
16:16 18.06.2019

Prezident Vladimir Putin və Baş nazir Tereza Mey Yaponiyada görüşəcəklər
16:09 18.06.2019

18 İyunda tarixdə nələr baş verib? - Bunları bilirdinizmi?
16:00 18.06.2019

Nazirdən düşmənə ismarış - “Helikopterlərimiz uzaqdan hədəfi dəqiqliklə vurmağa qadirdir”
15:50 18.06.2019

"Ziko" ləğəbli oğru yaxalandı
15:33 18.06.2019

Bacı bacının evindən 35 min manatlıq oğurluq etdi
15:15 18.06.2019

Valideynlərin nəzərinə - Hərbi hissələrdə “açıq qapı” günü keçiriləcək
15:00 18.06.2019

Magistraturaya ixtisas seçimi bu gün saat 23.59-da başa çatacaq
14:39 18.06.2019

Ruhi xəstə yaşadığı evi yandırdı - Gəncədə
14:20 18.06.2019

Binəli Yıldırımdan diqqətçəkən addım - ilkin tibbi yardım göstərdi - VİDEO
14:05 18.06.2019

Məleykə Əsədova avtobus sürücülərini tənqid etdi
14:01 18.06.2019

Sevda ikinci ərindən də ayrıldı - FOTOLAR
13:45 18.06.2019

Платини арестован по подозрению в коррупции
13:35 18.06.2019

Tramp London merini tənqid etdi
13:28 18.06.2019

Eldar Qasımovdan LGBT- yə dəstək paylaşımı - FOTOLAR
13:07 18.06.2019

İdmanı biz buna görə sevirik - Peşəkar idmançıların alqışa layiq hərəkətləri - VİDEO
13:00 18.06.2019

Hindistanda həkimlər niyə tətil edir? - Səbəbi çox maraqlıdır...
12:49 18.06.2019

77 PKK-çı məhv edilib, terrorçulara məxsus 133 sığınacaq dağıdılıb
12:31 18.06.2019

"Şou ATV" nin qonaqları - ÖZƏL - FOTOLAR
12:22 18.06.2019

Fərda Aminin həyatı və yaradıcılığı haqqında - "Şou ATV"-də - VİDEO
12:05 18.06.2019

Azərbaycan diplomatiyası qalib gəldi - Fransa məhkəməsinin qərarları Ermənistanı narahat edib - VİDEO
11:48 18.06.2019

Yeni pambıq sortlarına baxış keçirilib
11:30 18.06.2019

Taxıl sahələrinin 30 faizi biçilib - Subsidiyaların verilməsi ilə bağlı yenilik ediləcək - VİDEO
11:12 18.06.2019

Sərnişinlər boşaldıldı, qatar depoya göndərildi - Metroda yenə nasazlıq olub
11:00 18.06.2019

Misirin keçmiş prezident məhkəmədə öldü
10:40 18.06.2019

Ərdoğandan "S-400"lərlə bağlı qəti açıqlama: "Türkiyə geri çəkilməyəcək"
10:22 18.06.2019

Müdafiə naziri yeni təlim mərkəzinin açılışında iştirak edib
10:05 18.06.2019

Fatimə Fətəliyeva: "Mətanət Əsədova heç vaxt ərə getməyəcək" - "ATV Maqazin 10lar"-da - VİDEO
09:48 18.06.2019

Sarsılmaz Qardaşlıq - 2019 - Türkiyə ilə birgə keçirilən təlim uğurla başa çatdı - VİDEO
09:30 18.06.2019

Yeni qiymətləndirmə modelləri tətbiq olunur
23:55 17.06.2019

Pompeodan İranla bağlı bəyanat: “ABŞ müharibə etmək fikrində deyil”
23:37 17.06.2019

Mətanət Əliverdiyeva: - "Diqqətli olun, o, mən deyiləm"
23:18 17.06.2019

Sabah hava necə olacaq ?
23:00 17.06.2019

Astarada çətənə yetişdirənlər saxlanıldı - FOTOLAR
22:40 17.06.2019

Cavan Zeynallı yeni bağ evi tikdirir
22:22 17.06.2019

Safurə valideynlərinin şəklini paylaşdı - FOTOLAR
22:06 17.06.2019

Azərbaycan-Qətər əməkdaşlığının genişləndirilməsi imkanları müzakirə olunub
21:50 17.06.2019

Nadir Qafarzadə Nura Suriyə: "Sənin nə işinə qalıb?" - "ATV Maqazin 10lar"-da - VİDEO
21:32 17.06.2019

Gənc qızı evdən qaçmağa nə vadar etdi? - "Bizimləsən"-də - VİDEO - FOTOLAR
21:15 17.06.2019

Bakı və Gəncə üzrə daha 28 məktəb “Rəqəmsal bacarıqlar”layihəsinə cəlb edilib
20:55 17.06.2019

Çingiz Əhmədov haqqında bilmədiklərimiz - "Şou ATV"-də - VİDEO
20:36 17.06.2019

Oksana Rəsulova:"Hər zaman məni anlamağa çalışan, yanımda olan" - FOTOLAR
20:17 17.06.2019

Fransadan ermənilərə daha bir zərbə - Separatçılarla imzalanmış daha dörd xartiya ləğv edildi - VİDEO
19:59 17.06.2019

“Mercedes” betona çırpılıb - Sürücü dünyasını dəyişib
19:40 17.06.2019

Bakıda turizm təşkilatının sessiyası başlayıb - Tədbirə 40-dan çox ölkədən nümayəndə qatılacaq
19:30 17.06.2019

İki ölkə qaranlığa qərq oldu - Enerji verilişi hələ də tam bərpa olunmayıb
19:19 17.06.2019

Dubayda turistlərə pulsuz sim-kartlar veriləcək
19:02 17.06.2019

Azərbaycanı II Avropa Oyunlarında təmsil edəcək boksçuların adları müəyyənləşib
18:45 17.06.2019

Oğru aptekdə “iş başında” yaxalandı - Sumqayıtda - FOTOLAR
18:23 17.06.2019

İstanbulun mərkəzində çeçenlər arasında atışma baş verib - Yaralılar var ...
18:05 17.06.2019

Ərizə qəbulu davam edir - 714 kollec məzunu ərizəsini təsdiqləyib
17:44 17.06.2019

Dünya ulduzu həbs edilə bilər - FOTOLAR
17:27 17.06.2019

Sarri "Yuventus"da - Üç ilinə 18 milyon avro qazanacaq
17:08 17.06.2019

Lənkəran çayından meyit tapılıb
16:50 17.06.2019

Bütün xəbərlər