Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Azərbaycan Bəstəkarlar İttifaqının Gəncə səyyar plenumundan qeydlər - FOTOLAR

Azərbaycan Bəstəkarlar İttifaqının Gəncə səyyar plenumundan qeydlər - FOTOLAR
216 dəfə oxunub

2019-cu ilin ilk yarısı bir sıra önəmli mədəni hadisələrin, yubileylərin həyata keçirildiyi ildir. Musiqi-mədəni həyatımızın bir sıra əlamətdar hadisələrindən biri də - Azərbaycan Bəstəkarlar İttifaqının 85 illik yubileyinin Gəncə şəhərində qeyd edilən səyyar plenumudur.

Əslində, Gəncə şəhərində bir sıra musiqi tədbirlərin, festival və plenumların keçirilməsi – Bəstəkarları İttifaqının nəzərdə tutduğu çoxdankı yaradıcı niyyətlərdən biridir. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü və tapşırığına əsasən iyunun 4-də Gəncədə keçirilən səyyar plenumda Bəstəkarlar İttifaqının bölməsinin yaradılması barədə qərarı qəbul edilib. O zamandan etibarən ittifaqın nəzdində yaradılmış Gəncə şəhəri üzrə bölməsi də fəaliyyət göstərib, müxtəlif tədbirlərin həyata keçirilməsində iştirak edir. Bəstəkar Məmməd Cəfərovun rəhbərlik etdiyi həmin təşkilatın fəaliyyətinin bu il 25 yaşı tamam olur.

Bu ilin iyununda Gəncə şəhərində ABİ-nin neçə illər əvvəl planlaşdırdığı yaradıcı təşəbbüsü, nəhayət ki, öz həllini tapdı. Gəncə Dövlət Filarmoniyasının səhnəsində plenumun açılış konserti baş tutdu, publikanı gözəl yaraşıqlı konsert zalına topladı. Konsertdən əvvəl bəstəkar, ABİ-nin katibi, Xalq artisti Sərdar Fərəcova çıxış edərək dedi: “Əziz gəncəlilər, hörmətli musiqisevərlər, bu il 85 yaşı tamam olan Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyətinin bir hissəsi də bu gün sizin qarşınızda təqdim ediləcək. Gəncə torpağı qədim torpaqdır, Nizaminin, Məhsətinin, Cavad xanın vətənidir, eləcə də bir sıra, adları dillərdə əzbər olan sənətkarları – Fikrət Əmirov, Qəmbər Hüseynli, Həmzə Əliyev və digər bəstəkarları bəxş edən torpaqdır. Gəncədə musiqi həyatının tarixini izlədikcə neçə-neçə şanlı səhifələrə rast gəlirik və bu gün də onlar bizim yaddaşımızdadır. Bu gün Azərbaycan bəstəkarının müxtəlif yaşa mənsub nümayəndələri sizin qarşınızda öz əsərlərini təqdim edəcəklər. Bugünkü görüş bizim üçün xüsusilə əlamətdardır, Bakıda da biz bu görüşə çox hazırlaşırdıq və ABİ-nin sədri, Xalq artisti Firəngiz Əlizadə də bu tədbirlə bağlı öz xoş arzuları və təbriklərini sizlərə çatdırır”. O sonra səhnəyə Gəncə Dövlət Filarmoniyasının Xalq çalğı alətləri orkestrini dəvət etdi.

Respublikanın Əməkdar artistləri – dirijor Elçin Elçiyevin rəhbərliyi və konsertmeyster Mahir Məmmədovun ifası ilə orkestrin ifasında zəngin bir proqram təqdim olundu. Klassik bəstəkarlarla çağdaş bəstəkarların əsərlərini növbələşdirərək Ü.Hacıbəylinin I Fantaziyasının IV hissəsi ilə başlayıb, Dadaş Dadaşovun “Süitası”, Asəf Zeynallının “Ölkəm” (Günel Hacıyevanın ifasında) və Fikrət Əmirovun “Gülüm” (ifaçısı - Sevinc İbrahimova) romansları səsləndi, tanınmış mahnı bəstəkarı Telman Hacıyevin “Gəncəm” mahnısı (solist - Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova) ifa edildi. Orkestrin gözəl ifası, vokalçıların xoş tembrli zil səsləri zövqlə seçilmiş və milli klassikamıza əsaslanan repertuara xoş, qəlbəyatımlı səsləniş gətirdi.

Musiqi axşamının gedişatına xüsusi milli-klassik ovqat gətirən hissə - xormeyster Nazilə Cəfərovanın rəhbərlik etdiyi kamera xorunun ifası oldu. Proqramı xalqımızın vətənpərvərlik himnlərindən biri olan Ü.Hacıbəylinin “Ey Vətən” və Q.Qarayevin “Zamanın bayraqdarı” xorları ilə açaraq, şaqraq və gümrah ovqatda öz ifasını davam etdirən xor müasir bəstəkarların – xalqımızın görkəmli bəstəkarları, Xalq artistləri Firəngiz Əlizadənin, Sərdar Fərəcovun əsərlərinə üz tutdu. “Bulaq başı” (musiqisi S.Fərəcovun) – segah məqamlı xəlqi-məişət lirik lövhə, “Payız” (musiqisi F.Əlizadənin, sözləri Nəbi Xəzrinin) xoru həzin, seyredici payız lirikasının emosional ruhunu ifadə edən miniatür oldu. Daha sonra repertuarın mərkəzi və ən parlaq hissəsinə yaxınlaşaraq, xor Məmməd Cəfərovun işləməsində “Zalım yar” və “Gəncədən fayton gəlir” xalq mahnılarını çox gözəl ifa edib, publikanın da canlı reaksiyası və alqışlarını qazandı. Konsertin xor proqramını N.Əliverdibəyovun işləməsində “Səndən mənə yar olmaz” və M.Cəfərovun H.Cavid mətninə bəstələdiyi “Mən istərəm” xoru musiqi axşamının mərkəzi hissəsini tamamladı.

Konsert proqramının son hissəsi hazırda Azərbaycan bəstəkarlıq məktəbini təmsil edən müxtəlif nəsillərə mənsub bəstəkarların musiqisinə həsr edilmişdi. Dahi klassikimiz Fikrət Əmirovun “1001 gecə” baletindən Bayram rəqsi ilə başlayaraq, Ceyhun Allahverdiyevin “Sevəcəm” və “Əbədi sevgi” adlı elegik, gözəl melodik başlanğıcı ilə dinləyicini kövrəldən miniatürlərinə keçdi. Qəmbər Hüseynlinin “Rəqs” pyesi klassik Azərbaycan milli çalarında, Sərdar Fərəcovun tar üçün “Rondoletto” pyesi rumın-macar ruhlu və çağdaş janrının rəqsvari ovqatını daşıyan əsərlər oldu. Proqramın sonunda yetkin gənc nəsli təmsil edən Aliyə Məmmədovanın “Həzin pyes” adlı lirik-fəlsəfi elegiyası və Firudin Allahverdinin ifadəli lirik mövzulu parlaq “Tanqo”su (C.Cabbarlının “Aydın” tamaşasına musiqidən) ifa edildi. Lakin, nəzərə çatdırmalıyıq ki, təsvir etdiyimiz təəssüratlar, musiqi ilə bahəm yaşadığımız xoş anları orkestrin buraxdığı ciddi bir qüsur müşayiət edirdi ki, bu da – orkestr heyətinə sinclə təbillərin daxil edilməsi və xüsusən də orkestr qarşısına qoyulan mikrofonların sayəsində ümumi səslənişində həmin zərb alətlərinin daha qabarıq, təcridi şəkildə səslənməsi idi. Nəticədə, dinlənilən klassik kamera musiqisinin bir qədər təhrifi – yəni klassik kamera musiqisinin daha çox estrada orkestrli pyeslərin səslənişinə yaxın yanlış effekti yarandı.

Gəncə şəhərinin məxsusi qədimliyi, əzəmətli abidələri, yaraşıqlı Filarmoniyası və muzeyləri, bir sözlə - misilsiz mədəni mühiti var. Lakin, Gəncə musiqi ictimaiyyəti və mədəni cəmiyyətinin yaşadığı bir çox problemlər də mövcuddur. Məsələn, plenumun konsertlərində iştirak edən, uzun illər ərzində ictimai əsaslarla fəaliyyət göstərən xorun fəal konsertləri, çıxışlarına rəğmən, heyətin ictimai-sosial statusu dəyişməz olaraq qalır. Repertuarına klassik, çağdaş və gənc bəstəkarların əsərlərini, eləcə də xalq mahnılarının bəstəkar işləmələrini daxil edən bu xorun bədii rəhbəri Gəncədə fəaliyyət göstərən bəstəkar Məmməd Cəfərovdur ki, neçə illər boyu öz maddi dəstəyi və ictimai başlanğıca əsaslanan məqsədlərlə xorun fəaliyyətinin davamına köməklik göstərir. Digər tərəfdən, şəhərin konsert salonlarında çalışan ifaçı heyətlər, solistlər və orkestrlərin mühüm repertuar zənginliyi və yeniləşdirilməsinə ehtiyacı vardır ki, bu da musiqi-mədəni həyatın fəallaşdırılması, konsert və musiqi proqramlarının mütəmadi aparılması məsələsinə gedib çıxır.

Plenumun ikinci günü – Xalq yazıçısı Mir Cəlal Paşayevin ev-muzeyində keçirilən konfrans və konsertdən ibarət tədbirlərə həsr edildi. Konfransı Gəncə Dövlət Universitetinin “Musiqi fənləri” kafedrasının müdiri, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevda Qurbanəliyeva açaraq qonaqları salamladı, plenumun təşkilində Gəncə Dövlət Filarmoniyası, Gəncə Regional Mədəniyyət İdarəsinin böyük əməyini və əsas, mühüm təşkilatçi kimi çıxış etmiş Azərbaycan Bəstəkarlar İttifaqının və onun sədri, bəstəkar, Xalq artisti Firəngiz Əlizadənin böyük rolunu xüsusi qeyd etdi, öz təşəkkür və ehtiramını bildirdi. Sonra söz konfransın iştirakçılarına – plenumun bütün təşkili və bədii hissəsi kimi mühüm məsuliyyətli vəzifəni öz öhdəsinə götürmüş bəstəkar, ABİ-nin katibi Aliyə Məmmədovaya, bəstəkar Sərdar Fərəcova və bu sətirlərin müəllifinə verildi.

Bəstəkarlar İttifaqının katibi Aliyə Məmmədova öncə plenumun keçirilməsi barədə fikirləri və son illər ərzində ittifaqın həyata keçirdiyi önəmli layihələrdən və tədbirlərdən söz açdı, “Nəsimi ili” münasibətilə gerçəkləşdirilmiş və yenicə keçiriləcək layihələrin əhəmiyyətini vurğuladı. Bir təşkilatçi kimi də Gəncə musiqi mədəniyyətinin ehtiyac duyduğu təşkili işin aparılması haqda da öz fikirlərini bölüşdü. Söhbəti davam edən bu sətirlərin müəllifi son illərdə Azərbaycan bəstəkarları haqda yazılmış kitab və broşürlərdən, son nəşrlərdən söz açıb, plenuma dair bəzi qeydlərini açıqladı. S.Fərəcov isə çıxışında son zamanlar bəstəkarların üzləşdiyi önəmli məsələlərə yer ayırdı.

Konfransın davamı olaraq gənc ifaçılar, beynəlxalq müsabiqələr laureatları – Fəqan Həsənli və Süleyman Əyyublunun, vokalçı Aytən Orucəliyevanın, eləcə də Gəncədə fəaliyyət göstərən bir sıra ifaçıların - vokalçılardan Aytac Nəsibovanın, Gülmira Həmzəyevanın , pianoçu Ülvi İsmayılovun və başqalarının iştirakı ilə kamera konserti keçirildi. Konsertin proqramında klassik Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı, orta və gənc nəsil bəstəkarlarının – Qalib Məmmədovun, Calal Abbasovun, Məmməd Cəfərovun, Sərdar Fərəcovun, İlahə İsrafilovanın əsərləri də yer tutub uğurla ifa olundu.

ATV.az











BUNU DA OXU

Şəki şəhərinin mərkəzində qonur ayı - YENİLƏNİB - VİDEO
Qorunan əmanətlərin qaytarılmasına başlanılır - YENİLƏNİB - VİDEO
Sosial şəbəkələrin mənfi təsirləri - VİDEO
10 sinif şagirdi çimərkən suda boğulub - Göyçay rayonunda
Şirvanda qadını döyən jurnalist tutuldu - VİDEO
Xəbər lenti

Gəncədə karantin qaydalarını pozan tədris mərkəzi aşkarlanıb - Mərkəzin rəhbəri və əməkdaşları məsuliyyətə cəlb olunub
19:47 01.06.2020

Əmanətlərin qaytarilmasina başlanılıb - Vəsaitin böyük hissəsini mərkəzi bank təmin edəcək
19:26 01.06.2020

Pandemiya dövründə turizmin vəziyyəti müzakirə edildi - “Bərpaya doğru yol”
18:19 01.06.2020

Ağsuda 1 ton çətənə kolu aşkarlanıb - Xaçmazda daş karxanasında narkotik becərən şəxs saxlanıb
17:54 01.06.2020

Göygöldə Kamaz qoyun sürüsünə çırpılıb - Çoban xəsarət aldı, 25-ə yaxın qoyun tələf oldu
17:37 01.06.2020

Milli məclis sədri hesabat verdi - Yaz sessiyasında 12 iclas olub, 23 qanun və qərar qəbul edilib
17:35 01.06.2020

Nəzarət gücləndiriləcək - Maska taxmayanlar avtobusa buraxılmayacaq
17:12 01.06.2020

Rezidentura və magistraturaya imtahan - Şifahi müsahibələr onlayn olacaq
16:52 01.06.2020

8 yaşdan yuxarı olan uşaqların təhsili - Uşaqların fərdi təhsilə cəlb olunması üçün qeydiyyat başlayır
16:32 01.06.2020

Koronavirus ixracata da mənfi təsir göstərib - 4 ayda 549 milyon dollarliq ixrac reallaşdirilib
15:46 01.06.2020

ABŞ-da iğtişaşlar davam edir - Vaşinqtonda küçəyə çıxmaq qadağa olunub
15:26 01.06.2020

Ağstafada ağır yol qəzası - 4 nəfər xəsarət alıb
15:12 01.06.2020

Paşinyan və ailə üzvləri koronavirusa yoluxdu - Baş nazir virusa doğum günündə yoluxub
14:57 01.06.2020

Dünyada koronavirusla bağlı son statistika - Virus qurbanlarının sayı 374 minə çatır
14:36 01.06.2020

Fransada istirahət mərkəzləri, restoranlar açılır - Ölkə daxilində insanların səyahətinə icazə veriləcək
14:15 01.06.2020

Ucarda avtomobil qəfildən alışdı - Yanğın qısaqapanmadan baş verib
13:57 01.06.2020

Məktəblilərin nəzərinə - Buraxılış imtahanları başlayır
13:42 01.06.2020

Məktəbəhazırlıq qruplarına qəbul başlandı - Müsahibənin vaxtı ilə bağlı SMS göndəriləcək
13:23 01.06.2020

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı paylaşım edib
13:03 01.06.2020

“NEFTÇİ”NİN LEGİONERLƏRİ MÖVSÜMÜN SONUNU GÖZLƏMƏYİB
12:48 01.06.2020

1 İYUN - UŞAQLARIN MÜDAFİƏSİ GÜNÜDÜR
12:25 01.06.2020

Şəki şəhərinin mərkəzində qonur ayı - YENİLƏNİB - VİDEO
12:00 01.06.2020

Tələblərə məsuliyyətsiz yanaşan insanlarla mübarizə inzibati yollarla aparılacaq - VİDEO
11:36 01.06.2020

Qorunan əmanətlərin qaytarılmasına başlanılır - YENİLƏNİB - VİDEO
11:11 01.06.2020

Sosial şəbəkələrin mənfi təsirləri - VİDEO
10:40 01.06.2020

Maska taxmayan vətəndaşları 50 manatdan 200 manatadək cərimə gözləyir - VİDEO
10:18 01.06.2020

10 sinif şagirdi çimərkən suda boğulub - Göyçay rayonunda
09:57 01.06.2020

Putindən “Qələbə Günü” ilə bağlı sərəncam - Faşizm üzərində qələbənin 75 illiyi iyunun 24-də qeyd olunacaq
20:35 30.05.2020

Balakəndə əməliyyat keçirilib - Hovuzda narkotik yetişdirən şəxs saxlandı
20:12 30.05.2020

Daha 257 nəfər koronavirusa yoluxdu - 202 nəfər sağalıb, 3 nəfər vəfat edib
19:46 30.05.2020

Şirvanda ağır yol qəzası - 22 yaşlı gənc dünyasını dəyişdi
19:28 30.05.2020

4 avtomobil qaçıran şəxs tutuldu - Onun digər oğurluqları da üzə çıxıb
19:15 30.05.2020

Maştağada əməliyyat keçirilib - İstixanada narkotik becərən şəxs tutuldu
18:57 30.05.2020

Sosial şəbəkələrlə bağlı mühüm qərar - “Donald Trampın atdığı addım çox önəmlidir”
18:43 30.05.2020

Mərhələli həll yeganə variantdır
18:26 30.05.2020

ABŞ ÜST ilə bütün əlaqələrini dayandırıb
18:22 30.05.2020

Qorunan əmanətlərin qaytarılmasına başlanılır - Əmanətçilər hansı banka yaxınlaşmalıdır?
18:14 30.05.2020

ABŞ-da polis zorakılığı kütləvi iğtişaşlara səbəb oldu - Minnepolis şəhərində komendant saatı tətbiq edildi
17:46 30.05.2020

1 iyunla bağlı fləşmob keçirmək istəyiblər - Karantin rejimi qaydalarını pozmağa cəhd edənlər cəzalandırılıb
17:43 30.05.2020

Müdafiə nazirindən düşmənə mesaj - “Bu dəfə görüləcək tədbirlər tam fərqli olacaq”
17:26 30.05.2020

Dezinfeksiya işləri davam etdirilir - Lökbətan və sahil qəsəbələrində küçələr dezinfeksiya olunub
16:43 30.05.2020

Bərdədə “Azərtoxum” MMC-nin direktoru bıçaqlanıb - Mübahisə bıçaqlanma ilə nəticələnib
16:21 30.05.2020

Cərimələrin məbləği məlum olub - Maskadan istifadə tələblərini pozanlarla bağlı
16:13 30.05.2020

İcma rəhbərindən kəskin etiraz - “Bu addım Kanadanın xarici siyasət maraqlarına kölgə salır”
15:36 30.05.2020

Türkiyədə növbəti faciənin qarşısı alındı - 60-dək miqrant xilas edildi
15:27 30.05.2020

Tarixi missiya bu gün reallaşdırılacaq - “Space-X” kosmosa raket göndərəcək
14:59 30.05.2020

İran prezidenti Həsən Ruhani koronavirusla mübarizə komitəsinin iclasında çışıx edib
14:37 30.05.2020

300-dən çox küçə dezinfeksiya olunub - Bakıda dezinfeksiya işləri davam etdirilir
14:23 30.05.2020

Rusiya prezidentinin mətbuat katibi koronavirusdan sağaldıqdan sonra ilk dəfə ictimaiyyətə görünüb
13:56 30.05.2020

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan koronavirus pandemiyasının sonuna qədər tibb mərkəzində qalacaq
13:15 30.05.2020

Goranboyda qadını ilan sancıb
12:45 30.05.2020

Ucarda yaşayış evində yanğın baş verib - Dördotaqlı ev tamamilə yanıb
12:13 30.05.2020

Zaqatalada qonşusunun evinə oğurluğa girdi - Oğurladığı qızılları satıb əyləncəyə xərclədi
21:52 29.05.2020

Tovuzda əkin sahəsində avtomobil yandı - Mühərrik qəfildən alışdı
21:12 29.05.2020

İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə - İyunun 1-dən sənəd qəbuluna başlanılır
20:32 29.05.2020

Ağdaşda 1 tondan çox çətənə kolu aşkarlanıb - Narkotik becərən qohumlar tutuldu
20:12 29.05.2020

İt döyüşdürənlər saxlanıldı - Onlardan birinin üzərindən narkotik maddə aşkarlandı
19:54 29.05.2020

Açıq tipli tapşırıqların say azaldıldı - Dövlət imtahan mərkəzindən abituriyentlər üçün vacib açıqlama
19:36 29.05.2020

Koronavirusla bağlı ictimai nəzarət sistemi yaradılıb - “Qaydalar ham üçün eynidir” sistemində nələr nəzərdə tutulur ?
19:12 29.05.2020

Sərhədlər iyunun 15-dək bağlı qalacaq - Nazirlər kabinetinin qərarı
18:58 29.05.2020

Tibbi maskadan istifadəyə dair tələblər müəyyənləşdi - Tələblərə əməl etməyənlər cərimələnəcək
18:42 29.05.2020

İsmayıllıda mənzildən oğurluq edilib - Oğurlanan əşya və məhsullar sahibinə qaytarılıb
18:23 29.05.2020

Ermənistan şirkətində kütləvi yoluxma - 80-dən çox işçi koronavirus daşıyıcısıdır
17:58 29.05.2020

Dünyanın ən yaşlı kişisi vəfat etdi - O, 112 yaşında dünyasını dəyişib
17:38 29.05.2020

Nigeriyada kütləvi qətl - Yüzə qədər silahlı şəxs 60 dinc sakini qətlə yetirdi
17:15 29.05.2020

İstanbulda partlayış - 2 nəfər həyatını itirdi
16:45 29.05.2020

Koronavirusun ağır fəsadları - ABŞ-ı müflisləşmə dalğası bürüdü
16:29 29.05.2020

Virusa yoluxanların sayı 5 milyon 940 mindən çoxdur - Ölənlərin sayı isə 363 mini ötüb
16:12 29.05.2020

Karantin rejiminin müddəti uzadıldı - Bəs hansı sahələrdə yumşalmalar olacaq?
15:48 29.05.2020

Ermənistan Gürcüstandan üzr istədi - Torosyan Tbilisini tədbirsizlikdə ittiham etmişdi
15:36 29.05.2020

İtaliyadan Azərbaycana yüksək dəyər - “Mercati di Traiano” abidəsi Azərbaycan bayrağına “büründü”
15:02 29.05.2020

Daha 230 nəfər koronavirusa yoluxub - 103 nəfər sağalıb 2 nəfər vəfat edib
14:48 29.05.2020

Qusarda Samur gömrük postunda sıxlıq yaranıb - 500-dən çox yük avtomobili qarşı tərəfə keçə bilmir
14:31 29.05.2020

Əfqanıstanda “Taliban” yenə hücüm etdi - Yeddi polis öldürüldü, üçü yaralandı
14:04 29.05.2020

Məşhur tikililər Azərbaycan bayrağına boyandı - Gürcüstan, Estoniya və BƏƏ də Azərbaycanı təbrik etdi
13:47 29.05.2020

Türkiyə bir sıra məhdudiyyətləri yumşaltdı - Bu gündən məscidlər dindarların üzünə açıqlacaq
13:21 29.05.2020

Tovuzda yanacaqdoldurma məntəqəsində dava - 2 nəfər xəsarət alıb
13:03 29.05.2020

Hacıqabulda qəza baş verib - 3 nəfər xəsarət alıb
12:42 29.05.2020

Ata oğluna niyə xəsarət yetirib? - Polis araşdırmanın nəticəsini açıqladı
12:23 29.05.2020

Məsafə qorunmur, maskadan istifadə olunmur - VİDEO
11:55 29.05.2020

Bütün xəbərlər