Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Gülün oğurlanması - ARAŞDIRMA

Gülün  oğurlanması - ARAŞDIRMA
1406 dəfə oxunub

(Gül haqqında ixtisarlı yazı)


1.

Ey dili qafil fil faili məchul fani f...

Ta əski dini miflərin birində yazılacaq: “Bir zamanlar kosmik məkanlar uca yaradan, ali güc tərəfindən törədilib, şəkilləndirilib, təyin edilməmişdən öncələri insanlara veriləcək yer kürəsi, dünya hələ gül şəklindəydi. Allah qatında dünya o zamanlar bəzən tumurcuq, bəzən gül şəklində zühur edərdi. O gülün şəkli bizim məkanımıza endirilərkən dünya-lığından ayrıldı. Özü dünya içində bir dünya oldu da oldu”.

Bizim içində yaşadığımız bu dünya, yer kürəsinin zatında, mayasında gülün toxumu varmış demək. Bu dünya hansı ki, gül qoxuyacaqdı. Ancaq əsrlər, qərinələr, tarix göstərdi ki, yer kürəsi getdikcə üfunət qoxumağa başlayır. Atom qoxuyur...insanlar, canlılar boğulur. Həyat quruyur, yox olmağa doğru gedir.

Gülün tarixi sözsüz çox qədimdi. O artıq öz varlığından daha çox çıxmışa bənzəyir. Gül daha çox bənzədiləndə gözəl qoxuyur. Gül daha çox nəyisə əvəz edəndə, dəhşətli bihuşediciliyini əsirgəmir. Gözəlliyini gözlər üçün də çox görmür. Yetəri qədər, yaradılışdan olan hər canlının göz işıqlarını doyuzduracaq qədər sirrini gözəllik şəklində əyan edə bilir.

Gül hansı məqamlardan, obrazlardan keçib öz metafizik missiyasını yerinə yetirmir ki?

Gülün olduğu, bitdiyi, açdığı yerdə rahatlıq, azadlıq, özgürlük hakim kəsilir. Gülün açdığı yerlərdən nə vaxtsa müqəddəsatlar oturub, gəlib gediblər. Gül bu gün mədəniyyət simvoluna çevrilib. Bu mədəniyyətin simvolu yeri gəldiyində sakitləşir, yeri gəldiyində savaş elan edir, yeri gəldiyində isə qeybə çəkilir. Gözdən - könüldən uzaq durur. Yer üzündə ən çox mədəniyyətin onurunu daşıyan, ən çox şahlıq atributunu əldə saxlayan gül oğlu gül olmuş-dur. Allahın ən çox sevdiyi, sayqı göstərdiyi peyğəmbərləri, elə son peyğəmbəri qaçıb gülə sığınmış, pənah aparmış, güldə səbrinə səbr qatmışdır.

Bir gün isə gül, qarşısındakı xaçı görür. Təssüflər olsun ki, dünya dinlərinə, mədəniyyətlərinə bu qədər energetik güc qatmış, əlavə eləmiş, mədəniyyətlərə simvollar axınını təşkil eləmiş, şairlərin bir planeti halına gəlmiş Gül, tarixin müəyyən kəsimlərində qaranlıq dünyaların qaranlıq sakinlərinin işinə sürüklənmiş, bir növ Gülün tarixdə gizlimşəkildə sürgün dövrü də başlamışdır.

2.

17-ci əsrin ilk illərində Avropa Birliyinin indiki mərkəzi sayılan Strasburqda əl boyda iki balaca kitab çapdan çıxmışdı. Çıxan kitablardan birininin adı “Babil Qülləsi”, digərinin adı isə “Xristian Cümhuriyyəti Təsəvvürü”ydü. Bu kitabların müəllifi isə Johan Valentin Andrey - 1587 – 1654 - adlı bir protestan papazıydı. Okkultist və kimyaçıydı. Valentin Avropada hakim olan müxtəlif xristian inanclarına sahib olan ekolların, akımların, təriqət və dəstələrin, camaatların bir çatı altında birləşdirilməsinin tərəfdarıydı. Bu yeni Cümhuriyyətdə “Tək Kilsə, Tək Din” deyil, bütün xristianlığın tək Tanrının hegomonluğunda dinləri və məzhəb fərqliliklərini görməzdən gələrək, yox sayaraq, birləşməsinin vacib olduğu inancındaydı. Bu inancı müdafiə edən Valentin “Gül və Xaç qardaşlığı” Örgütünün (gizli dəstə) bilinən ilk rəsmi qurucusu və nümayəndəsi qəbul edilmişdir.

Valentin Basail dediyi zaman məlum Babili deyil, “Bab-iani-yi, İlahların Giriş Qapısını” nəzarətdə tutdu. Valentin 1626-cı ildə “nigah başlığını” daşıyan yeni bir kitab yayımladı. Bu kitab Avropada Gnostik xristiyanlığa görə birləşmə təklifini irəli sürürdü. Bu kitabı Valentin 1459-cu ildə “GÜL VƏ XAÇ Qardaşılığı” örgütünün qurucusu Rosenkreutz tərəfindən əlyazma halında hazırlanmış bir araşdırmanın əsasında hazırlanmışdı. Kitabdakı əksər fikirlər İslami, Şərq elementlərini büruzə verirdi. Bu kitabdakı fikirlərin ən çox təsirində qalan Amalriç Bene adlı bir papaz olmuşdur. Bu papaz ölümündən azacıq əvvəl “AZAD RUH” adlı gizli bir örgüt qurmuşdur. Qurulan bu örgüt Yeni Qudüs statusunda bütün Avropanı görürdü. Digər yöndən bu təlimdə Yeni insan tipalogiyası da qoyulmuşdu. Buna görə də tək hegomon olacaq gücün Katolik Kilsəsinin olması gözdən qaçmamalı idi. Digər yöndən Avropadakı yayılan bu tipli düşüncə ekolları mistisizmə calaşdırılırdı. Bəzilərinin dediyi kimi, Mistika xristiyanlıqdan İslamiyyətə, Təsəvvüfə keçidi deyil, əksinə İslamdakı Təsəvvüf xristianlıqdakı Mistizsizim şəklində ortaya çıxmışdır. Ümumiyyətlə, bu mövzunun özü dərindən araşdırılmalıdır. Nəinki dində, sonradan fəlsəfədə, poeziyada da bu dünyagörüş, bu baxış geniş yer tutduqca, mübahisələrin sayı artsa da, qoyulan xətt, göstərilən məqsədli istiqamət dəyişdirilməmişdi. Bunun da əsas səbəblərindən biri, misstsizmlə məşğul olan qələm sahiblərinin, düşünürlərinin kimliyi, tərəfkeşliyi, xaçpərəstliyi olmuşsa da, sonrakı dönəmlərdə, belə cahil yanaşma tərzi, qeyri elmi, qeyri-obyektiv münasibətlər kökündən alt-üst edilmişdir.

Bəzi islami təriqətlərdə təsirli olan Mistisizim deyil, xristianlıqdan da qabaq Anadoluda və Ortadoğuda var olan Qnostizimdir. Qnostizm gnosis sözündən alınaraq bilik, idrak nəzəriyyəsi deməkdir. Qnostiklər özünü şüalanmada - emanasiyada üzə çıxaran, ŞƏR-in qaynağı olan materiyaya qarşı qoyan dərk olunmaz ruhu ilk başlanğıc kimi mənimsəyir, qəbul da edirdilər.

Gül və Xaç qardaşılığının adı bəlli ilk lideri Valentinin bu örgüt üçün seçdiyi arma, simvol protestantlığın qurucusu Martin Lutherin özü üçün seçdiyi ailə armasına oxşayır.

Lutherin armasında 5 çəpərli bir gülün ortasında bir ürək və onun üzərində də qara Xaç vardır. Gül və Xaç qardaşlığının isə beş çəpərli bir gül qara bir xaçın kəsişmə nöqtəsində mərkəzinə qoyulmuşdur. Valentinin xaçın mərkəzinə gülü qoyması təsadüfən deyildi. Xristian ənənəsində hər Yeni Qüds dünyanın mərkəzini yaradırdı. Valentinə görə, xaçın mərkəzinə qoyulmuş gül Yeni Qüdsü təmsil edirdi. Xaç həm də Adəmin başını, insanlığın təməlini və özünü təmsil edirdi. Bu yeni Qüds isə Valentinin kitabının yazdığı Xristian Cümhuriyyətindən başqa bir şey ola bilməzdi. Həm də guya çarmıxa çəkilən İsa yanına anasını deyil, əsrarəngiz bir tip olan Yozef adlı bir kişini çağırmış, qulağına nəsə demişdir. O qulağa deyilən sirri, sözü Gül simvolizə edirdi, Valentinə görə. Bəzilərinə görə, hətta İsa çarmıxda ölməmiş, bu Yozef adlı kişi ilə yerini dəyişib, özü isə Kəşmirə getmişdir. Katolik kilsəsi 17 mart gününü Yozefin şərəfinə qeyd edirlər.

4-cü yüz ildən etibarən, Yozef xristian dünyasında haqqında ən çox danışılan, adı hallandırılan birisiydi. Yozef həvarilərdən sayılmasa da, 13-cü əsrdə açılan, açıqlanan Həvari Filipin əlyazması (“İncil”ə görə) İngiltərəyə göndərilir. Bu adadakı ilk kilsəni də Glastonburqda quraraq adalıları xristianlaşdırmaq üçün missionerlik vəzifəsini davam etdirmişdir. Yozefin gizli sirri bilən tək adam olması əfsanəsi, nağılı, mifi sonrakı əsrlərdə də öz gücünü artırmışdır. Bu sirr məsələsində isə Vatikan həmişə ağzını yumsa da, sonrakı dönəmlər boyunca fərqli üsullarla, dəyişik adlarla istədiyini lazımı dini nöqtələrdə, ayrı dini paylaşanlar arasında gündəmə gətirmiş, doğrudan da, bunu etməyi bacarmışdılr. Onu da qeyd edim ki, bu Yozef adlı “müqəddəsləşmiş” adamın Müqəddəslik simvolu yağ kasası və çiçəkdir.

Ümumiyyətlə, günümüzdəki Avropa Birliyi adı altında bir çox adlar, ibarələr leksionumuza, eləcə də dünyanın gündəminə pərçimləndirilib. Artıq desən də budur, deməsən də. Kimsə yerindən tərpənib də alternativ dil, söz, lüğət, anlayış sərgiləyənə də oxşamır. Niyə, - alternatif simvolu dirildəcək təfəkkür, inanc olmadığından, fərqli düşününən, bu qasırğaya qarşı gələ biləcək insan yoxdur, yoxdur, yoxdur. Bu cəmiyyət yerli-dibli heç yoxdur.

Bu gün Cümhuriyyət, Demokratiya, Qloballaşma, Azad söz, İnsan Haqları, Feminizim, Bərabərlik, Müstəqillik kimi dəyərləri guya ifadə edən sözlərin, termlərin hamısının kökündə AB-inin dəyərləri durur. – Yeni İnsanın yaşadığı “Yeni Qüds” bir Cümhuriyyətmi, yoxsa simvolik də olsa, bir İmperatorluqmu olacaq, bax, bu mübahisələr, Qapalı Qapılar arxasında, hələ də davam etməyindədir.

3.

Xaçın tarixi də İsa Məsihin tarixindən əvvəllərə gedib çıxır. Xaç təkcə, edam eləmək məqsədi ilə deyil, Kosmik olanla ifadə olunmaq, bilinmək məqsədi ilə qədim bir çox xalqlarda istifadə edilirdi. Ən çox da Meksikalılarda və türklərin mədəniyyətində geniş şəkildə izini, nişanəsini qoymuşdur. Xaçın bir edam mancanağı olduğunu ilk dəfə Roma imperatorluğu dönəmində deyil, İranda farslar başlatmışdırlar. 1-ci Daranın əsir aldığı 3000 Babilliyi çarmıxa çəkdirilərək öldürüldüyü sənədləşdirilmişdir. Bu rəzalət miladdan qabaq 519-cu ildə baş vermişdir. Milladdan qabaq 392-ci ildə isə bu qətliamı eyni şəkildə Qartacaya hücum edən Sirakuzalı Denyus, onlara kömək elədiklərindən yüzlərcə qrek əsilli Qartaçalıya qarşı törətmişdi. Çarmıxda.

Dinə inanmadıqlarından Yəhudilərin ilk krallarından olan Aleksandre Janne 800 dən çox Yəhudini çarmıxa çəkərək fəci şəkildə qətlinə fərman vermişdir. Miladdan əvvəl 2-ci əsrdə romalılar çarmıxdan edam vasitəsi kimi istifadə edirdilər.

Bir məsələni xüsusi qeyd eləmək istərdim. Xristian və yəhudilərin bu gün vazkeçilməz dəyər verdiyi, qutsallaşdırdığı hansı simvollar, hansı törənlər, hansı qayda-qanunlar varsa, onların kökündə qətl, qan, insan əzabı, vəhşilik, barbarlıq, əxlaqsızlıq, can vermələr, diri-diri yandırılmalar durur. Bu da ayrı bir mövzudur.

Yəhudilər İsanın edam edilməsində geri çəkilməmişdilər. Romalı vali Pilat İsanı son dəfə sarayının qabağına çıxararaq yəhudilərə göstərmiş və onun əfh edilməsini istəmişsə də, edamdan onu qurtara bilməmişdir. İsanı Tanrının oğlu olduğu üçün deyil, özünü Yəhudilərin kralı elan elədiyi üçün edam etmişdilər. Ponti Pilat üzünü xalqa tutaraq: “ Bu zavallı adamın qanı mənim əlimdə deyildir. Siz bu qanı daşımağa razısınızmı?”. Yəhudilər də bu sözlərə cavab olaraq; “Onun qanı hər zaman bizim əlimizdə olsun, üzərimizdə qalsın, as onu “- demişlər. Yəni “İsanın qanı bizə halaldır”. Bundan, bu tarixi etirafdan, yanlışlıqdan, şərdən sonra İsa çarmıxa çəkilmişdir. İsanın qanı son 2000 ildir həmişə Yəhudilərin üzərində qalmışdır. İndi bu nə qədər doğru, düzgün yanaşmadır, yanaşma deyil, yenə də ayrı bir mövzunun yazısıdır. Ancaq ata oğuldan, oğul atadan sorumlu olmadığı kimi, bu günkü yəhudi xalqı da, keçmişdə olanlardan dolayı atalarının tutduğu günah işlərdən sorumlu, cavabdeh deyillər. Suçun, günahın nəsildən nəslə, çağdan çağa keçməyinin anatomiyasını dəqiq bilmirəm, bu tezisə də inanmıram. Ama bu günkü yəhudilər insanlıq adına elə bir suç, günah işləyib, xətalar sərgiləyə bilərlər ki, özləri ilə birgə, geridə qalmış tarixləri, ataları da bu suçun, günahın ortağı rolunda çıxış etmiş olar.

İşgəncə növlərinin ən məhşuru 8-ci Henri zamanında Avropada Utopiyaçı Tomas More tərəfindən həyata keçirilirdi. Solçu gənclərə bir qurtarıcı ilah kimi təlqin olunan More saxta xoşgörü cadugəri olan siyasi dəllal idi. 16-cı əsrdə, o protestam qadınların hamısını fahişə adlandırmış və onlara ediləcək təcavüzün suç sayılmaması elan olunmuşdur.

İsanın yaşadığı dönəmlərdə çarmıxa çəkilən qadın, kişi lümlüt heyvan kimi ortalığa çıxarılır, sonra da edam edilirdi. Üstəlik xaçını dalına şəlləyib kötəklərlə ölümə aparılırdı.

Bunlara flaqallentlr deyilirdi. Bu adamları yəhudilər məcbur elədiklərindən dolayı özlərini cəzalandırmaqları üçün vücudlarını bıçaqla kəsər, qanadırdılar. Bu ənənə bəzi monastrlarda hələ də yaşayır. Eləcə də, İran Şiəliklərində, Uzaq Şərqin katolikləri arasında qorunur.

İsanın zamanındakı çarmıxlar Tau adlanırdı.Bu xaçdakı düz taxtalara Patibulum deyilirdi.

Təşkil edilmiş çarmıx günahkarı ona bağlamaq üçün gərək 4 metr hündürlükdə olaydı. Ağırlığı isə ən azından yüz kilodan artıq gəlirdi.

Öldürülən insanların müəyyən orqanları kəsilir və sehir üçün istifadə edilərək başqalarına onları qoruyacağı məqsədi ilə yedizdirilirdi. Əsasən də dil, cinsiyyət orqanları və baş hissələri.

O vaxtlar bəzi dini təriqətlərdə ölü əti yemək çox yayılmış, hətta ənənəyə çevrilmişdi. 15-ci əsrdə Avropanın zəngin, soylu adamları cinsəl güclərini artırar deyə, Mumiya əti yeyirdilər. Misirdən və digər yerlərdən edilən ticarətlərdən ən əsası və gəlir gətirəni toz halına gətirilmiş mumiyalar olmuşdur. Bəzi mənbələrə görə, Avropada bu gələnək hələ də qalır. Son 20 ildə Misirdəki ehramlardan yoxa çıxan mumiyaların Avropaya hansı məqsədlərlə qaçırılmasının arxasında gəlirli ticarətlə birgə, lap qədimlərə gedib çıxan gülməli inanc durur. Mumiya yeyənlərin Avropada getdikcə çoxalması haqqında yayılan məlumatları isə elə Avropanın başqa bir mənbəsi təsdiqləmişdi. Aborgenləri bu gün bəlkə də başa düşmək mümkündür. Ancaq mumiya əti yeyənlərin daha ağıllı olduğunu o qədər də zənn etmək mümkün deyil.

4.

Xaç sözü ilk dəfə Afrikada səsləndirilmişdir. Yeni Ahiddə xaç sözü deyil, çarmıxa gərilmə sadəcə iki evangelis tərəfindən istifadə edilmişdir.

Xaçın digər bir simvolik özəlliyi onun İsanın imzası olması, imzası kimi qəbul edilməsidir. Xaçın kilsə tərəfindən əsas kod və şifrə olduğunun mənimsənilməsi İsanın ölümündən 350 il sonra reallıq qazanmış, xristian ideologiyasının aparıcı gücünə dönüşmüşdür.

Bu illərdə Konistantinin anası Helena Fələstrinə gedərkən orda bir araşdırma başaladılmasına qərar verir. Helena İsanın üzərində öldürüldüyü xaçı axtarıb tapdırmış, sonra bu xaçı Helena Qudüs kilsəsinə hədiyyə etmişdir. Konstantinin əmriylə xaç bu vaxtdan etibarən xristianlığın simvoluna çevrilməyə başlayır. O gündən bu günə xristian kəsimin sevgi və sayqısı Helena xanımın müqəddəs ruhu üzərində qoruyucu kimi dolaşıb durmağındadır.

Xaç 200 dən çox qnostik, okkultist, ezoterik, alximik topluluq və gizli örgütlər tərəfindən istifadə olunur. “Gül Və Xaç Qardaşliği” təşkilkatına görə, dünya 108 ildən bir aktiv olaraq yeni düzənə girməlidir. Vatikana görə, 1909-cu ildə dünyaya yeni düzən, nizam vermək istəyən bu örgütün nöbəti misssiyası 2017 ilində başa çatmalıdır.

“Gül və Xaç” örgütünün istifadə elədiyi xaçla Kilsənin istifadə elədiyi xaçın oxşarlığı yoxdur. Gül və Xaç qardaşlığına mənsub insanlar bir- birlərini parollarla tanıyır, başa düşür, aralarındakı ünsiyyət gücünü kifayət qədər qoruyub saxlaya biliblər. Hətta bir az da irəli gedərək, o klassikünsiyyət vasitələrinin üzərinə yeni dönəmin təlabatını əhatə edən anlaşma, başa düşmə simvollarını, parollarını ehtiva edən sözlər də yaradıblar.

“İncil”də ““Mən” başlanğıc və sonam”, - deyərək İsa xaça aid İşığı, günəşin simvolikasını qəsd edirdi. Yəni bütün planetlərə istiqamət verən “ Helios Pantokrator” idi. Mafiyanın, örgütün sinələrində gəzdirdikləri xaç Qüdsün mükəmməl şəkli deməkdir. Bu yeni Qudüs “Tövrat”da keçən bir Daş ilə əlaqəlidir. Bu Küp şəklindəki Daşın yer üzünə yerləşdirilməsindən bəhs edilirdi. Yeni Ahitdə Küp doğrudan doğruya Qutsalların Qutsalı adlanaraq guya Abrahamla Tanrının anlaşmasını içində gizlədən bir sandığı simvolizə edir. Bu sandıq Tanrının varlığının bulunduğu yerdir.

5.

Gülün şifrə sayısı 5 - dir. Bu da güllərin beş çəpərli olmasından, bütün güllərin beş çəpərli, beşli halda olmasından qaynaqlanır. Ulduz “prentaqram” simvolu Gül Və Məryəmlə əlaqədardır. Pentaqram Pifaqorun tələbələri tərəfindən şər güclərə, ruhlara qarşı istifadə olunurdu.

Əski qreq –yunan- geometrisinin sisteminə görə, gülün rəqəmsəl dəyəri 294-ü verir. Bu da qreqcə çağrı deməkdir. Bəli, məhz çağrı.

294 rəqəminin şifrə dəyəri həm də İbrahimin Tanrısı deməkdir. 294 rəqəmi həm də Nəmrudun da adının şifrəsiydi. 4, 5, 6, 8 guşəli ulduzlar fərqli şifrələri və simvolları ehtiva edir.

Yeddi guşəli ulduzu sağ əlində tutan İsa yeddi qat göylərin aləmin ruhunu daşıdığını göstərir. Dörd guşəli ulduz “Natonun simvolu”, dört evangelin simvoludur. 6 guşəli ulduzlar isə 12 sayısını verir. Bu da 12 ulduz, Gül+Məryəmi deməkdir. 6 sayısnın şifrəsi “Kabbala”da vav hərfinin simvoludur.

Yəhudi Tanrısının JHVH-nın 3 hərvi VAV-dır. Bu oylu övlad mənasını ifadə edir. Okkultistlər üçün beş guşəli ulduz bunun ifadəsidir.

“Mədəni Mirasın” qurucuları hardasa 2000 ildir (mafiya) örgüt, gizli dəstə quraraq “Gizli ənənənin” davamçıları olmuşdurlar.

Bu gün Avropa Birliyinin “qanun vericilərinin” hamısı “Gül Və Xaç Qardaşlığı” və bunların gedib bağlandığı təşkilatların üzvləridir.

Son illərdə Amerika və Avropada yazılmış minlərlə fantastik və elmi-uydurma romanlarında işlənən “təbiətüstü” mövzuların hamısı “gizli gələnəy”in keçmişdən bu günə daşıdığı bilgilərə, məlumatlara əsaslanaraq hazırlanmış və yazılmışdır. Bu yazar və elm adamlarının çoxu -gizli örgütlərin- üzvüləridir.

Son:

Əski qreq -yunan- geometrisinin sisteminə görə, gülün rəqəmsəl dəyəri 294-ü verir. Bu da qreqcə çağrı deməkdir. Bəli, məhz çağrı. Gülün hansı çağrı olduğu, kimlərin tərəfindən çağrıldığı da azdan-çoxdan məlum oldu.

Tarixdə gülə kifayət qədər mədəniyyətlərdə yer ayırmışdır. Gülün tutduğu yer qədər heç bir ad, məna, simvol mədəniyyətlərdə, tarixi təfəkkürlərdə yer tutmuş deyil. Bu gün Avropada, xristian dünyasında, yaxud bu təfəkkürlü şəxsiyyətlərin yaradıcılığında yaranan əsərlərin adları da dolayı yollarla gülün mahiyyəti, onun keçdiyi yolu, gələcəyə yönəlik mədəniyyət və tarix içərisindəki sərüvənini ortaya qoyur. Son dönəmlər posmoderin nəsrin banisi kimi tanınan Umberto Ekonun “Qızılgülün adı”, Nobel mükafatı almış türkiyəli yazar Orxan Pamuqun “Mənim adım qırmızı”, Rasim Özdərəninin “Gül yetişdirən adam”, Əlif Şafaqın “Aşq” adlı əsərindəki ifadələr birbaşa Gülün dini, mistik, fəlsəfi, ideoloji qatlarını, boyutlarını açır, açıqlayır.

Gül bəşəriyyətə yenidən qayıdır. Onu biz qaytarırırq. Düşüncə və inanclarımız bu dəvətdə böyük zəhmətlərə qatlanmaq zorundadır. Gülü mafiyaların, gizli təşkilatların inhisarından çıxarıb İslamın əbədi nur, işıq sistemində qorumaq, orda böyütdükcə mənalandırmaq gərəkir. Peyğəmbərimizin rəmzi kimi Sufi ədəbiyyatında tufanlar qoparıb qasırğalar dəbərdən Gülün, İmperializmin, Qlobalizmin, Kürəsəlləşmənin inhisarına keçməsini istəməzdim.

GÜL MÜSƏLMANDIR

(eugen comingerə bağışlayıram)

ey dili qafil fil faili məchul fani f...

1.gül müsəlmandı, gül

2.gül işıqdı

3.gül sudu

4.gül çaydı

5.gül dənizdi

6.gül balıqdı

7.gül dalğadı, gül

8.gül ulduzdu

9.gül qardı

10.gül buluddu

11.gül buzdu

12.gül ay işığıdı

13.gül uşaqdı

14.gül qocadı

15.gül Təbrizdi

16.gül anadı

17.gül atadı

18.gül torpaqdı

19.gül çörəkdi

20.gül süfrədi, gül

21.gül Qarabağdı

22.gül yazıdı

23.gül qələmdi

24.gül dəftərdi

25.gül müəllimdi

26.gül Qobustan qayasıdı

27.gül sinif otağının pəncərəsidi

28.gül demokratiyadı

29.gül təhsil nazirliyidi

30.gül qloballaşmadı

31.gül saqqaldı

32.gül namazdı

33.gül məsciddi

34.gül minarədi

35.gül azandı

36.gül müəzzindi

37.gül imamdı, gül imamdı

38.gül dağdır

39.gül Zəngəzurdu, gül

40.gül ağacdı

1.gül almadı, gül

2.gül şərqlidi, gül

3. gül kitabdir.

Gül Xəzərdi

Gül qazdı

Gül işıqdı

Gül neftdi

Gül Bütöv Azərbaycandı, gül 

Xanəmir 

BUNU DA OXU

Xoruldamaq hansı xəstəlikdən xəbər verir? - VİDEO
Zərərvericilərə qarşı mübarizədə yeni üsul - VİDEO
Koronavirus təhlükəsi artır - VİDEO
Siyahıyaalma davam edir - Proses ilin sonunda başa çatacaq
Prezident İlham Əliyev Davosda növbəti görüşlər keçirdi
Xəbər lenti

Xoruldamaq hansı xəstəlikdən xəbər verir? - VİDEO
19:24 23.01.2020

Zərərvericilərə qarşı mübarizədə yeni üsul - VİDEO
18:49 23.01.2020

Putinin İsrailə rəsmi səfəri başlayıb
18:30 23.01.2020

Narkotik alverçisi və onun müştərisi tutulub
18:08 23.01.2020

Cavad Zərif Səudiyyə Ərəbistanının XİN başçısına cavab verib
17:42 23.01.2020

Sərnişinlər bir ay əvvəldən bilet ala biləcəklər
17:17 23.01.2020

Seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan regional seminar-müşavirə keçirilib
16:56 23.01.2020

Xəzərdə suyun səviyyəsi niyə azalır? - VİDEO
16:33 23.01.2020

İlham Əliyevin Davosda İsveçrə Prezidenti Simonetta Sommaruqa ilə görüşüb
16:10 23.01.2020

Kirayə mənzil satışında prosesə yarım saat qalmış sistemdə problem yaranıb - YENİLƏNİB - VİDEO
15:48 23.01.2020

Füzuli rayonunda məcburi köçkün qadınlar üçün biznes sahələri yaradılıb - VİDEO
15:27 23.01.2020

Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlanıb - VİDEO
15:06 23.01.2020

Koronavirus təhlükəsi artır - VİDEO
14:44 23.01.2020

Zığ-Hövsan yolunda işlər nə vaxt yekunlaşacaq? - VİDEO
14:20 23.01.2020

Növbədənkənar parlament seçkilərinə hazırlıq davam edir
13:58 23.01.2020

İraq prezidentindən etiraf - Aksiyalarda 600-dən artıq insan öldürülüb
13:35 23.01.2020

Dəm qazı bir nəfərin həyatına son qoyub - 67 yaşlı kişi yataq otağında boğulub
13:13 23.01.2020

Siyahıyaalma davam edir - Proses ilin sonunda başa çatacaq
12:50 23.01.2020

Makron İsrail polislərini kilsədən qovdu
12:25 23.01.2020

Birinci vitse-prezident Mehriban Əliyeva Mixail Qusmanı 70 illik yubileyi münasibətilə təbrik edib
12:10 23.01.2020

“Sovetski”də söküntü dayandırılıb - İşlərə nə vaxt başlanılacaq? - VİDEO
11:52 23.01.2020

Qarabağ üçün itirilmiş il - Hikmət Hacıyev: “Erməni tərəfi formatı dəyişməyə cəhd etdi” - VİDEO
11:25 23.01.2020

Davos İqtisadi Forumu Azərbaycan üçün böyük gözləntilər vəd edir - VİDEO
11:02 23.01.2020

Agentlik əməliyyat keçirib - 6 qumbara, 3 mindən çox patron tapılıb
10:40 23.01.2020

“QLORİYA” QASIRĞASI DAVAM EDİR - 200 MİN İNSAN ÇIXILMAZ VƏZİYYƏTLƏ QARŞI-QARŞIYA
10:21 23.01.2020

Prezident İlham Əliyev Davosda Gürcüstanın Baş Naziri Giorgi Qaxariya ilə görüşüb
10:00 23.01.2020

Mixail Qusmanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
09:45 23.01.2020

BRİTANİYA PARLAMENTİ “BREXİT”İ QƏBUL EDİB
09:22 23.01.2020

Prezident İlham Əliyev Davosda bir sıra ölkələrin dövlət rəhbərləri ilə görüşlər keçirib - VİDEO
21:39 22.01.2020

Təhlükəli virus sürətlə yayılır - Hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilir
21:17 22.01.2020

Ermənistanda növbəti insident - Məhkəmə hakiminin kabineti atəşə tutulub
20:50 22.01.2020

Həzi Aslanovun 110 illiyinə həsr olunan yubiley tədbirlərinə start verilib
20:31 22.01.2020

İlham Əliyev Davosda Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa ilə görüşüb
20:10 22.01.2020

Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Andjey Dudanın Davosda görüşü olub
19:52 22.01.2020

Parlament seçkiləri ilə bağlı MSK-ya 32 müraciət daxil olub
19:29 22.01.2020

Statistika sistemi təkmilləşdirilir
19:03 22.01.2020

Daha bir marşrutda gediş haqqı kartla ödənəcək - VİDEO
18:40 22.01.2020

Badamdarda qanunsuz fəaliyyət göstərən ət kəsilən yerlər aşkarlanıb
18:18 22.01.2020

Yük maşını piyadanı vurub - Piyada hadisə yerində keçinib
17:50 22.01.2020

Sumqayıtda avtobusda cibgirlik edənlər saxlanılıb - VİDEO
17:27 22.01.2020

Əlilliyi olan şəxslərə buraxılış və qəbul imtahanlarında əlavə vaxt və nəzarət altında fasilə veriləcək
17:01 22.01.2020

Kürdəmirdə ağır yol qəzası baş verib - Xəsarət alanlar var - ÖZƏL - FOTOLAR
16:37 22.01.2020

Şagirdlərin yerdəyişməsi dayandırılır - VİDEO
16:16 22.01.2020

İraqda keçirilən aksiyada ölənlərin sayı artıb - 160 nəfər xəsarət alıb
15:50 22.01.2020

Mikroavtobus işıq dirəyinə çırpılıb - Ölən və xəsarət alanlar var
15:21 22.01.2020

Həzi Aslanov - 110! - VİDEO
14:54 22.01.2020

Prezident İlham Əliyev Dünya İqtisadi Forumu çərçivəsində keçirilən iclasda iştirak edib
14:08 22.01.2020

Gəncədə kriminal aləmin üzvü Osman Mərdanov saxlanılıb - VİDEO
13:45 22.01.2020

Burkina-Fasoda terror hadisəsi - 36 nəfər ölüb, 3 nəfər yaralanıb
13:21 22.01.2020

Koronavirus ABŞ-da da aşkarlandı - Çindən gələn gənc nəzarətə götürülüb
12:59 22.01.2020

Növbədənkənar parlament seçkilərində 95 namizəd mübarizəni dayandırıb - VİDEO
12:36 22.01.2020

Prezident İlham Əliyev Davosda növbəti görüşlər keçirdi
12:12 22.01.2020

Mingəçevirdə baş verən silahlı insidentin bəzi təfərrüatları - VİDEO
11:45 22.01.2020

Davosda Prezident İlham Əliyev ilə OPEC-in baş katibi Məhəmməd Barkindonun görüşü olub
11:24 22.01.2020

Prezident İlham Əliyev Davosda Türkiyənin Xarici İşlər naziri ilə görüşüb
11:00 22.01.2020

Azərbaycan və Gürcüstan Müdafiə nazirləri arasında hərbi əməkdaşlıq haqqında sənəd imzalanıb - Yenilənib - VİDEO
10:37 22.01.2020

TRAMPIN İMPİÇMENTİ İLƏ BAĞLI DİNLƏMƏLƏR BAŞLADI
10:18 22.01.2020

Karate üzrə yığma komandamız Fransada Premyer Liqada çıxış edəcək
09:56 22.01.2020

RUSİYANIN YENİ NAZİRLƏR KABİNETİ MÜƏYYƏNLƏŞİB
09:35 22.01.2020

İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb
09:15 22.01.2020

İlham Əliyev Davosda Xorvatiya Respublikasının Baş Naziri Andrey Plenkoviç ilə görüşüb
21:30 21.01.2020

Yol Polisi İdarəsində müşavirə - Ötən il 7316 nəfərin sürücülük hüququ məhdudlaşdırılıb -Yenilənib - VİDEO
21:11 21.01.2020

Paytaxt polisi əməliyyat keçirib - Qanunsuz tapança gəzdirən şəxs tutulub
18:35 21.01.2020

Naməlum şəhidlərdən birinin kimliyi dəqiqləşib - Yevlaxda Şəhidlər Xiyabanında dəfn ediləcək
17:20 21.01.2020

Günə gümrah başlamaq üçün hansı qidaları qəbul edək? - VİDEO
16:36 21.01.2020

Benzema qayıdır
16:02 21.01.2020

Naxçıvanda möhtəşəm şahmat turniri keçiriləcək
15:37 21.01.2020

Prezident İlham Əliyev Davosda mühüm görüşlər keçirib
15:15 21.01.2020

Maşının qarşısını kəsib sərnişinə atəş açan şəxs saxlanılıb
14:51 21.01.2020

Axtarışda olan şəxs tutulub - Onun evindən narkotik götürülüb
14:29 21.01.2020

20 Yanvar hadisələri ilə bağlı növbəti bəyanat - Konqresmen həmkarlarına çağırış edib
14:05 21.01.2020

20 Yanvar şəhidləri Gürcüstanda anılıb - Şəhid yaxınları ziyarət olunub - FOTOLAR
13:34 21.01.2020

Hikmət Hacıyev NATO rəsmisi ilə görüşüb - Azərbaycan-NATO tərəfdaşlığı haqqında danışılıb
13:11 21.01.2020

Zakir Həsənov Gürcüstana yola düşüb
12:48 21.01.2020

“Qoca”nın qardaşı saxlanılıb - VİDEO
12:20 21.01.2020

ATV-nin 20 Yanvar fəciəsi ilə bağlı özəl layihəsinin təffərrüatları - VİDEO
11:55 21.01.2020

30 il bədənində güllə gəzdirən qəhrəman - VİDEO
11:33 21.01.2020

Tariximizin şərəf və qəhrəmanlıq səhifəsi - VİDEO
11:01 21.01.2020

Rusiya və Türkiyə müdafiə nazirlərinin görüşü - Suriya və Liviya müzakirə edilib
10:22 21.01.2020

SİYƏZƏNDƏ ZƏLZƏLƏ QEYDƏ ALINIB
09:57 21.01.2020

Bütün xəbərlər