Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Tanınmış gürcü yazıçısı “Azadlıq” romanından yazdı

Tanınmış gürcü yazıçısı “Azadlıq” romanından yazdı
   107 dəfə oxunub

Ümumgürcüstan Rustaveli Cəmiyyətinin prezidenti, Qalaktion Tabidze mükafatı laureatı, tanınmış yazıçı-publisist David Şemokmedeli Azərbaycanın Xalq yazıçısı Afaq Məsudun Gürcüstanda işıq üzü görmüş “Azadlıq” kitabı haqqında məqalə yazıb.

AZƏRTAC Gürcüstanın ədəbiyyat qəzeti “Literaturuli Sakartvelo”da (“Ədəbi Gürcüstan”) dərc edilmiş məqaləni təqdim edir.

Gürcü ədəbiyyat aləmində əlamətdar hadisə baş verdi – oxucuya tanınmış Azərbaycan yazarı Afaq Məsudun “Azadlıq” kitabı təqdim edildi. Kitabda eyniadlı romanla yanaşı, yazıçının 11 hekayəsi də yer alıb. Sözügedən kitabın gürcü dilində nəşr edilməsi ilə böyük ədəbi irsə malik olan iki millətin – gürcü-Azərbaycan ədəbi əlaqələri yeni mərhələyə qədəm qoydu. Düşünürük ki, belə səmərəli ədəbi əlaqələr gələcəkdə də davam etdirilməlidir.

Kitabı Azərbaycan dilindən gürcü dilinə tanınmış Azərbaycan və gürcüdilli yazar İmir Məmmədli tərcümə edib. Elə buradaca onu da qeyd edim ki, İmir Məmmədli bizim göz bəbəyi kimi qoruduğumuz mənəvi incimiz olan Şota Rustavelinin “Pələngdərili cəngavər” poemasının Azərbaycan dilində olan orijinaldan tərcümənin müəllifidir. O, məmləkətimizin ali medalı – Dövlət Mükafatı Laureatı adına layiq görülmüşdür. İmir Məmmədlinin xeyli vaxtdır Azərbaycanda yaşayıb fəaliyyət göstərməsinə rəğmən, ustalıqla tərcümə edilən bu kitabın tərcümə dilində gürcü dilinin zənginliyi bütün çalarlarıyla gözə çarpır.

Kitabın ədəbi dəyərləri barədə söz açmamışdan öncə geniş oxucu ictimaiyyətini Afaq Məsudun tərcümeyi-halının bəzi ştrixləri ilə tanış etsək, düşünürəm, maraqlı olar: Xalq yazıçısı, Əməkdar incəsənət xadimi, Rusiyanın Pyotr Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri Afaq xanım Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib; bir çox hekayə, roman, pyes və esseistik yazının müəllifidir. Yazıçının əsərləri dünyanın bir çox dilinə tərcümə edilib. Çox uğurlu orijinal yaradıcılıqdan əlavə intensiv tərcüməçilik fəaliyyəti ilə də məşğuldur. Həm Qərb, həm də Şərq ədəbiyyatından nümunələr tərcümə edib. O cümlədən sufi ədəbiyyatından etdiyi tərcümələri xüsusi qeyd etmək lazımdır. Yazıçının bir neçə pyesi səhnələşdirilib. Onun ssenariləri əsasında televiziya filmləri çəkilib. 2000-ci ildə Vyana Universitetində Afaq Məsudun əsərlərinin təhlili əsasında doktorluq dissertasiyası müdafiə edilib. Yazıçı teatr sənətinin inkişafına verdiyi töhfələrinə görə dəfələrlə TÜRKSOY medalı ilə təltif edilib. 2005-ci ildə Türkiyə Mədəniyyət Nazirliyinin, TÜRKSOY və Avrasiya Yazıçılar Birliyinin birgə təsis etdiyi “Beynəlxalq səhnə əsərləri müsabiqəsinin” qalibi olub, gürcü ədəbiyyatının tərcüməsinə və təbliğinə görə Gürcüstan Yazıçılar İttifaqı tərəfindən “Mədəniyyət elçisi” fəxri adına və digər mükafatlara layiq görülüb.

“Azadlıq” – son illər oxucunun ixtiyarına verilən çox əhəmiyyətli bir əsər, azadlığın həqiqi mahiyyətini çözən mürəkkəb, metaforik bir romandır. Digər tərəfdən onu, mübaliğəsiz, “psixoloji roman” da adlandırmaq olar. Yazıçının yazı manerasını “soyuq romantizm” üslubuna da aid etmək mümkündür. Əsər magik realizm elementləri ilə də zəngindir. Eyni zamanda, o passiv altşüurun gizli qatlarını ustalıqla açır. O altşüurun ki, hərəkətə gəlib oyanarkən, insanın düşüncəsində və həyatında taleyüklü, həlledici dəyişikliklərə səbəb ola bilir.

“Azadlıq”da həqiqi və karikatur diktaturanın bir-birinə qovuşduğu, anarxizmlə idarəçiliyin bir-birinə qarışdığı tipik postsovet dövləti obrazı təsvir olunur. Bu dövləti dünyanın istənilən dövləti ilə müqayisə etmək olar. İnsanda belə bir təəssürat yaranır ki, romanda cərəyan edən hadisələr Gürcüstanda da baş verib. Bu hiss beləcə, postsovet məkanının istənilən oxucusunda yarana bilər. O səbəbdən ki, əsərdə baş verənlər hər kəsə tanış və doğmadır.

Romanın qəhrəmanları çaşqınlıq içindədirlər, onlar gerçəkliyin harada bitib, yuxunun haradan başladığını ayırd edə bilmirlər, burada reallıqla irreallığın sərhədləri silinib. Həqiqi olanın kriteriyasını izah etmək, tarixboyu fəlsəfənin tədqiq etdiyi əbədi və mürəkkəb mövzulardandır. Axı nəyin gerçək, nəyin həqiqi olduğu, öz-özlüyündə, həqiqətən, mübahisəli məsələdir.

“Azadlıq nədir?” – romanın aparıcı xətti budur. Bəzi dinlərdə azadlığın mahiyyəti – haqqı, həqiqəti dərk etmək kimi izah edilir. Bibliya deyir: “Haqqı dərk et, haqq səni azad edəcək”. Azadlığın mahiyyətini dərk etmək cəhdi bütün zamanlarda dünya fəlsəfəsinin həll edə bilmədiyi başağrısına çevrilib. Bu mövzu ezoteriyanı da hər zaman narahat edib – Rudolf Ştaynerin “Azadlıq fəlsəfəsi” və sair...

“Azadlıq” romanının da personajları bu vəziyyətdədir, onlar həqiqətin mahiyyəti barədə düşünmürlər... Müstəqilliyini yenicə əldə etmiş ölkədə “azadlıq” deyilən məfhumun dərk olunmadığı səbəbindən, bəziləri bunu zorakılıq haqqı kimi başa düşür, əhalinin digər qismi üçün isə azadlıq – tam mənasız, istifadəsinə ehtiyac duyulmayan, gərəksiz bir şeydir. Gərəksiz azadlığın bariz nümunəsini Lev Tolstoy “Zühur” romanında çox gözəl verib – Nexlyudov qullarını azad edərkən, onlar narazılıqlarını gizlədə bilmir, sahiblərinə giley-güzar edirlər ki: “Nə oldu, axı? Sizə nə pisliyimiz dəyib?”

Afaq Məsudun romanında da baş qəhrəmanlardan birinin belə bir mövqeyi ilə rastlaşırıq: “...Xalqın həqiqi azadlığını, ölkənin həqiqi müstəqilliyini bərqərar etmək əvəzinə, azadlıq və müstəqillik uğrunda əbədi mübarizə ovqatı yaradırlar...”

Yazıçını narahat edən – təhrifedilmiş dövlət modelində “azadlıq” deyilən məfhumun düzgün dərk edilməməsi, bunun, anarxiya və özbaşınalıq kimi ifadə olunmasıdır ki, bu da öz növbəsində, bütövlükdə cəmiyyətin, mənəvi dəyərlərin tam iflasına – deqradasiyasına gətirib çıxarır. Belə bir ovqatın hökm sürdüyü dövlətin nevrotik fonunda reallıqdan kənarda, onun fövqündə baş verənlər təsvir olunur, roman bizi, eyni dərəcədə həm gerçək, həm də yuxu aləminin yolçusuna çevirir. Burada yuxular – personajları qaçılmaz təhlükədən, əvvəlcədən xəbərdar edən danılmaz fantomlardır. Bu, bizə, tanrıların qisasından canını necə qurtara biləcəyi barədə röyaların xəbərdarlığından faydalanan Bilqamisi xatırladır. Belə ki, romanın personajları yuxularında ayrı bir həyatın iştirakçısına çevrilirlər, uzun illər mürgüdə olan altşüurlar oyanır və fəal mərhələyə keçir...

Belə bir oyanış, romanla yanaşı, kitabda yer alan 11 hekayədə də izlənilir və oxucunun gizli şüuraltısının bir sıra oyanışlarına səbəb olur. Burada mətnləri səciyyələndirən başlıca xüsusiyyət – dərin psixologizmdir. Fikir üzdə deyil, alt qatlardadır, hermetikdir. Əksər hallarda, əsas fikir bədii rəmzlər vasitəsilə çatdırılır. Bunun bariz nümunəsi “Dovşanın ölümü” hekayəsidir. Hekayə kişi və qadın duyğularından, başqa sözlə desək, “İn”lə “Yan” arasında öləziyib sönmüş məhəbbətdən sonra yaranan soyuq münasibətdən bəhs edir.

“Ağ dovşan” sevgi simvoludur, kirpi isə, tənhalığın harmoniya ilə əvəz olunmasının, qadın və kişi impulslarının qovuşmasının, personajlar arasında yaranan ali, romantik münasibətlərin rəmzidir. “Romeo və Cülyetta” “faciə” adlandırılsa da, nikbin sonluqla bitir, sonda sevgi ölmür, əksinə, qələbə çalır. “Dovşanın ölümü”ndə isə, əsərin qəhrəmanları yazıçının bizə təqdim etdiyi amansız reallıqda yaşayır, həyatlarına davam edirlər. Lakin hər şeyin əsasını təşkil edən məhəbbət yoxdur, yəni “ağ dovşan” ölüb!

Afaq Məsudun digər hekayələri də buna bənzər psixoloji gedişlərlə, nüanslarla zəngindir və son dərəcə təsirlidir.

Yazıçının kəlamı dərin mənalı və dolğundur. Cərəyan edənlər yüksək bədii estetik vasitələrlə, incə çalarlarla səciyyələnir. Onlardan, yalnız bir neçəsini xatırlatmaq kifayətdir: “...İlk günlər pianonun dilləri üzərində, bataqlığın üstü ilə yeriyəntək ehtiyatla, barmaq-barmaq gəzinən Rəna bir neçə aydan sonra iri akkordlarla Motsartın “Rekviyem”ini çalmağa başladı...” (“Alman kilsəsi”), “Üzündə dərddən yoğurulmuş kədərli kölgələr sayrışırdı...” (“Dovşanın ölümü”), “Kü-lək bir də cövlan edib, haradasa damda nəyisə kökündən qopartdı...” (“Qəza”) və sair. Belə mi¬sal¬¬la¬¬¬rı istənilən qədər gətirmək olar.

Haqqında danışdığımız romanda da bu sayaq maraqlı bədii elementlərlə rastlaşırıq: “...Mədəniy¬yət naziri – keçmiş aqronom violonçeli rəsmi qərarla, bir musiqi aləti kimi ləğv etdirdi: “Skripkadı, trambondu, cəhənnəm, yenə nəyəsə yarıyır, bu violonçel nəyə lazımdır axı?! Həmin yekə skripkadı, fərqi bir odur ki, ucunu yerə qoyub çalırsan”.

Yekun olaraq bildirməliyəm ki, son dərəcə əhəmiyyətli azərbaycanlı yazar Afaq Məsudun yaradıcılığı ilə tanış olan gürcü oxucusunu qarşıda olduqca maraqlı anlar, əlamətdar hadisələr gözləyir.

ATV.az

BUNU DA OXU

Mariya Zaxarova Türkiyəyə xəbərdarlıq edib
Bərdədə ilanlar evə hücum edir - 1 ildə 120-dən çox ilan öldürülüb
Əmlak bazarında qiymət artımı müşahidə edilir
Çin vətəndaşı Bakıya gələrkən pul kisəsini itirib - Onun kisəsi Goranboyda tapılıb
Ali təhsilə dəstək - BDU ilə BP arasında əməkdaşlıq sazişi imzalandı
Xəbər lenti

Yeni mövsüm başladı - "Qarabağ" "Keşlə"yə qalib gəldi
23:00 17.08.2019

6 ölkə və iki qitəni birləşdirən layihə - Cənub Qaz Dəhlizi 100 il Azərbaycan xalqına xidmət edəcək - VİDEO
22:40 17.08.2019

Növbəti imtahan keçirildi - Gömrük Təmsilçiliyi İnstitutu təkmilləşdirilir
22:21 17.08.2019

ABŞ-da dələlər insanlara hücum edir - Xəsarət alanlar var
21:55 17.08.2019

Azərbaycan sərhədçilərinin mühüm uğuru - VİDEO
21:40 17.08.2019

Yol polisi ləğv edilir? - DİN yayılan məlumatlara aydınlıq gətirdi
21:19 17.08.2019

Kulinariya üzrə ustad dərslərinə başlanılır
21:00 17.08.2019

Vahid məktəbli forması necə olacaq ? - Təhsil nazirliyi məsələyə aydınlıq gətirdi
20:35 17.08.2019

Toy karvanı ağır qəzaya uğradı - Göyçayda - ÖZƏL - FOTOLAR
20:10 17.08.2019

Beynəlxalq seminar keçirildi - Dünya karate federasiyasının rəsmiləri Bakıda
19:55 17.08.2019

Qaz sızması partlayışa səbəb oldu - Türkiyədə
19:29 17.08.2019

Fransada pirotexnika şousu - 13 nəfər xəsarət alıb
18:53 17.08.2019

Koutinyo rəsmən "Bavariya"da - Futbolçu 1 illik icarəyə verildi
18:35 17.08.2019

Tramp Qrenlandiyanı almaq istəyir - “Biz biznes üçün açığıq, satış üçün deyil”
18:18 17.08.2019

Odessada hotel yandı - 8 nəfər həyatını itirdi,10 yaralı var
17:47 17.08.2019

Mariya Zaxarova Türkiyəyə xəbərdarlıq edib
17:15 17.08.2019

Bərdədə ilanlar evə hücum edir - 1 ildə 120-dən çox ilan öldürülüb
16:44 17.08.2019

Prezident İlham Əliyev əfqanıstanlı həmkarını təbrik edib
16:06 17.08.2019

Bərdədə 2 avtomobil toqquşdu - 4 nəfər xəsarət alıb
15:32 17.08.2019

İtgin düşən bacı-qardaş 1 gün sonra tapıldı - Polisdən xəbərdarlıq - dilənçilərdən ehtiyatlı olun
14:57 17.08.2019

Bir nəfəri ilan sancıb - TOVUZDA
14:56 17.08.2019

Незабываемые песни. 1965 год - Муслим Магомаев. "Королева красоты" - VİDEO
14:25 17.08.2019

Avtomobil piyadanı vurdu - 18 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb
13:54 17.08.2019

Ev şəraitində ketçupun hazırlanma üsulu - VİDEO
13:28 17.08.2019

Damla "Üçümüz" verilişində - "Gəlincik" - VİDEO
12:57 17.08.2019

Bazar günü havanın temperaturu 40 dərəcəyə yüksələcək
12:25 17.08.2019

Müslüm Maqomayev - 77 - VİDEO
12:02 17.08.2019

Qış tədarükünü indidən görün - Badımcan ikrasının asan üsulla hazırlanması - VİDEO
11:44 17.08.2019

Əmlak bazarında qiymət artımı müşahidə edilir
11:21 17.08.2019

Ərdoğan fərman imzaladı - Atom elektrik stansiyasının tikintisi sürətləndirilir
11:00 17.08.2019

DOST mərkəzlərinin sayı artırılacaq
10:39 17.08.2019

BMT təhlükəsizlik şurasında iclas - Kəşmir Hindistan və Pakistansız müzakirə ediləcək
10:17 17.08.2019

"O, öz ölkəsinin mövqeyinə zidd danışır” - “Paşinyanın və komandasının siyasi bacarığı yoxdur” - VİDEO
10:00 17.08.2019

Çin vətəndaşı Bakıya gələrkən pul kisəsini itirib - Onun kisəsi Goranboyda tapılıb
21:30 16.08.2019

Düşmən təxribata əl atdı - Naxçıvan MR istiqamətində əsgərimiz yaralandı
21:01 16.08.2019

Ali təhsilə dəstək - BDU ilə BP arasında əməkdaşlıq sazişi imzalandı
20:45 16.08.2019

Filippində denge qızdırmasından ölənlərin sayı artır
20:21 16.08.2019

Döyüş atışlı təlimlər keçirilib - Şərti düşmən məhv edildi
20:00 16.08.2019

Azərbaycanda 66 mindən artıq körpə doğulub - Boşanmaların sayı artıb
19:33 16.08.2019

Atambayev avqustun 26-dək həbsdə saxlanacaq - Eks-prezident dövlət çevrilişinə cəhddə günahlandırılır
19:00 16.08.2019

Qiyamçılar muxtariyyət tələb edir - Azı 15 nəfər öldürülüb
18:39 16.08.2019

İlin 7 ayının ixrac göstəriciləri - 12.2 milyard dollarlıq məhsul ixrac olunub
18:18 16.08.2019

Dünya hitləri. 1999-cu il - Santana - "Smooth" ft. Rob Thomas - VİDEO
17:57 16.08.2019

“MİQ-29”-un qalıqları tapılıb - Bu barədə Türkiyə Müdafiə nazirliyi məlumat yayıb
17:31 16.08.2019

Шатунов больше не будет петь песни "Ласкового мая"
17:12 16.08.2019

Prezident İlham Əliyev DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib - SİYAHI
17:00 16.08.2019

DSX əməkdaşlarına yüksək rütbələr verildi - SƏRƏNCAM
16:42 16.08.2019

Şənbə günü hava necə olacaq? - Çimərliklərə getməyə dəyərmi?
16:27 16.08.2019

DSX əməkdaşlarına fəxri adlar verildi - SƏRƏNCAM
16:20 16.08.2019

Rəsmi Seuldan tələb - KXDR raket buraxılışlarını dayandırmalıdır
16:08 16.08.2019

ABŞ-da Universitetin yaxınlığında silahlı insident baş verib - İki nəfər həlak olub, 3 nəfər yaralanıb
15:45 16.08.2019

Pyer Rişar - 85! - Dahi fransız aktyorunun doğum günüdür - VİDEO
15:21 16.08.2019

Ağcəbədi sakininin evinə baxış keçirilib - Evdən silah-sursat aşkar olunub
15:00 16.08.2019

Çində torpaq sürüşməsi - 17 nəfər itkin düşüb
14:34 16.08.2019

Незабываемые песни. 1966-й год. - Полад Бюль-Бюль оглы - "Позвони" - VİDEO
14:06 16.08.2019

“Beynəlxalq ordu oyunları-2019” davam edir - “Hərbi-tibbi estafet” müsabiqəsində Azərbaycan üçüncü oldu
13:40 16.08.2019

Siqnalizasiya səsini maşından daha gözəl çıxardan uşaq - VİDEO
13:17 16.08.2019

Avtomobil piyadanı vurub - Tovuzda
12:54 16.08.2019

İki avtomobil toqquşdu - bir nəfər həyatını itirdi
12:33 16.08.2019

FHN klubunun təmsilçisinin növbəti uğuru
12:09 16.08.2019

İsmayıllıda narkotik bitkilər becərən rayon sakini saxlanılıb
11:50 16.08.2019

Yayda yediyiniz tərəvəzləri qış üçün az duzda tutub saxlaya bilərsiniz - VİDEO
11:30 16.08.2019

Yunanıstanda meşə yanğınları davam edir
11:07 16.08.2019

“Neftçi” klubu Avropa Liqasında mübarizəni dayandırdı - VİDEO
10:45 16.08.2019

200 manata çatdırıldı - Pensiyanın minimum məbləği bu il 72,4 faiz artırılıb - VİDEO
10:29 16.08.2019

Qətərdə Türkiyəyə məxsus ikinci hərbi baza - Bu ilin payızında istifadəyə veriləcək
10:06 16.08.2019

Əməliyyat keçirildi - Qanunsuz silah saxlayan şəxslər tutuldu
09:45 16.08.2019

Rusiyada təyyarə qəza enişi etdi - Quş dəstəsi ilə toqquşduğu üçün
21:59 15.08.2019

Narkotik satanlara qarşı əməliyyat - ABŞ-da 7 polis güllələndi
21:34 15.08.2019

Bakıda daha bir həyət abadlaşdırıldı - Sakinlər yaradılan şəraitdən razıdır
21:05 15.08.2019

Toyda bıçaqlanmaya görə cinayət işi açıldı
20:42 15.08.2019

Ermənistanda növbəti aksiya - Etirazçılar hökuməti yalan bəyanat verməkdə günahlandırır
20:20 15.08.2019

Zəvvarların dönəcəyi vaxt açıqlandı
19:53 15.08.2019

Paytaxtakı qəzalı binaların sayı açıqlandı - 6 rayon ərazisində 17 bina tarixə qovuşur
19:25 15.08.2019

Qarabağ icmasının həmsədrlərə müraciəti - “Paşinyan danışıqlara bərpaedilməz zərər vurur”
18:59 15.08.2019

Beynəlxalq ordu oyunları-2019 - “Artilleriya atəşinin ustaları” müsabiqəsi başa çatıb
18:35 15.08.2019

Bu il ilk dəfə olaraq şagirdlərin yerdəyişmə prossesi onlayn qaydada aparılacaq
18:08 15.08.2019

Peşə təhsili müəssisələrinə sənəd qəbulu davam edir
17:43 15.08.2019

Dilarə Kazımovanın yeni klipi - VİDEO
17:17 15.08.2019

Con Bolton Rusiyanı oğurluqda ittiham etdi
16:54 15.08.2019

Bütün xəbərlər