Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Yuli Qusman Rusiya nəşrinə müsahibəsində Bakıda ŞHK hərəkatının yaranmasından danışıb - FOTOLAR

Yuli Qusman Rusiya nəşrinə müsahibəsində Bakıda ŞHK hərəkatının yaranmasından danışıb - FOTOLAR
   437 dəfə oxunub

“1964-cü ildə Bakı Moskvadan ilk televiziya siqnalı alanda şəhər sözün hərfi mənasında ŞHK azarkeşinə çevrildi”.

Həmvətənimiz, Azərbaycanın xalq artisti, Rusiya Federasiyasının əməkdar incəsənət xadimi, teatr və kino rejissoru, teleaparıcı, aktyor, ictimai və siyasi xadim, Rusiya Kinematoqrafiya Sənəti Akademiyasının birinci milli mükafatı olan “Nika” mükafatının təsisçisi və bədii rəhbəri, Rusiya Yəhudi Konqresinin Rəyasət Heyətinin üzvü Yuli Qusman bunları Rusiyanın “Delovoy kvartal” nəşrinə müsahibəsində xatırlayıb.

Qeyd edək ki, bu il sentyabrın əvvəlində Rusiyanın Yekaterinburq şəhərində Şən və Hazırcavablar Klubu (ŞHK) məzunlarının görüşü keçiriləcək. Bu hadisə ərəfəsində “Delovoy kvartal” nəşri “İznanka yumora” (“Yumorun iç üzü”) adlı xüsusi layihə üzərində işə başlayıb. Bu layihənin birinci qəhrəmanı bizim həmvətənimiz, bəlkə də ən məşhur “kaveençi” və ŞHK oyunlarının daimi hakimi Yuli Qusmandır.

Y.Qusman Rusiya nəşrinin müxbiri ilə söhbətində deyib: “1964-cü ildə biz Bakıda Moskvadan ilk televiziya siqnalını qəbul etdik. Bu, bütün şəhər üçün əlamətdar hadisə oldu. Biz ilk dəfə Qızıl Meydanda paradı, Böyük Teatrda konserti, Kremlin Qurultaylar Sarayını gördük. O vaxt televiziyada cəmi iki əyləncəli proqram vardı: “Qoluboy oqonyok” (“Mavi işıq”) və ŞHK. “Qoluboy oqonyok” (ən azı o vaxt) çox xoşagələn və rəğbət qazanmış proqram idi. ŞHK efirə çıxanda isə şəhər ağlını itirirdi. Bu hazırcavab, cəsur, şən və həyatsevər tələbələri görəndə böyüklü-kiçikli hamı onlara məftun olurdu. Bu, gənclərin tamamilə yeni nəsli idi. Şəhər sözün hərfi mənasında ŞHK azarkeşinə çevrilmişdi. Bir ildən az müddətdə Bakıda onlarca ŞHK komandası yarandı. Sonralar bir mahnıda oxuduğumuz kimi uşaq bağçalarında və məktəblərdə, hərbi hissələrdə və ali məktəblərdə, cəzaçəkmə yerlərində və akademiyanın institutlarında, zavodlarda, fabriklərdə və neft mədənlərində hamı ŞHK oynayırdı”.

Yuli Qusmanın sözlərinə görə, o, ilk oyunları böyük həvəslə təşkil edirdi və tədricən Bakıda bu hərəkatın faktiki liderinə çevrildi – Bakı Şən və Hazırcavablar Klubunun sədri oldu. O deyir: “Mən “Parni iz Baku” (“Bakılı oğlanlar”) komandasının kapitanı idim. Azərbaycan Televiziyası ilə müqaviləmiz vardı. Təsəvvür edin ki, Bakının Bayıl qəsəbəsindəki İliç adına Mədəniyyət Sarayında bizim yerli əhəmiyyətli oyunlarımızı respublika telekanalında göstərirdilər! Bir ildən sonra qərara gəldik ki, artıq ümumittifaq arenasına çıxmağın vaxtıdır. Ölkənin ən yaxşı ŞHK komandaları arasında keçirilən birincilikdə iştirak etmək barədə danışıqlar aparmaq üçün məni Moskvaya nümayəndə göndərdilər. Mahiyyət etibarilə bu hadisə həyət çempionatından birbaşa Olimpiya Oyunlarına düşmək kimi idi! Mən Moskva və Odessa komandalarının çıxış etdiyi ŞHK oyununa gəldim. Bunlar o dövrün ən güclü və gözəl komandaları idi. Hamını “heyran etdim”: məni hətta “ekzotik” ŞHK komandasının kapitanı kimi münsiflər heyətinə daxil etdilər və mən inanılmaz işlər gördüm. Mən hər iki komandanı o qədər sevirdim, onlara o qədər hörmət edirdim ki, münsiflər heyətini bu oyunun tarixində ilk dəfə heç-heçə qeydə almağa razı salmağa çalışdım. Oyundan sonra moskvalı redaktorları və rejissorları bizim şəhərə - Bakıya dəvət etdim. Yeri gəlmişkən, həmin qrupda qızılı hörüklü, qəşəng bir qız vardı – rejissor Bella Sidorovanın assistenti Sveta. Sonradan həmin Sveta Aleksandr Maslyakovun həyat yoldaşı və ŞHK rejissoru oldu”.

Y.Qusman daha sonra deyib: “Biz Moskva ŞHK gənclər redaksiyasının nümayəndələrini sevinclə, zarafatla qarşıladıq. Başları üstündə “şpaqalar” (dolu kabab şişləri) tutmuş, milli geyimli “kaveençilər” təyyarə trapının yanında qonaqları salamladılar. Biz qonaqları təntənəli şəkildə - xüsusi “Jiquli” və “Moskviç” maşınlarında, amma motosikletlərdən ibarət prezident eskortunun müşayiəti ilə şəhərə apardıq. Şəhərin mərkəzi meydanında ŞHK paradı təşkil etdik. Bu, ümumiyyətlə, təsvirəgəlməz tamaşa idi. Əlbəttə, sonra qonaqlar oyunda iştirak etdilər. Biz özümüzü xoşbəxt hiss edirdik ki, bizim heç də əyalət səviyyəsində olmamağımız qonaqlarımızı bir qədər çaşdırıb. Çoxdan gözlədiyimiz hadisə oldu. Bizi Moskvaya ŞHK oyunlarına dəvət etdilər. İlk görüşdə rəqibimiz Voronej komandası oldu. Biz bu oyunda qalib gəldik, o vaxtdan heç kimə uduzmadıq. Bu gün təsəvvürə gətirmək çətindir, çox heyrətamiz vaxt idi. Bu, bərk bağlanmış pəncərədən bir udum təmiz hava gəlməsi üçün açılmış nəfəsliyə oxşayırdı”.

O daha sonra vurğulayıb ki, həmin dövr haqqında bütöv kitablar yazmaq olar və belə kitablar yazılacaq, çünki bu, inanılmaz dərəcədə yeni və maraqlı dövr idi. Y.Qusman deyir: “Bir maraqlı epizod. Bizim komanda Lenin prospektindəki “Sputnik” mehmanxanasında yaşayırdı. Məşqlər uzanırdı və mən öz nömrəmə çox gec qayıdırdım. Mərtəbədəki növbətçi xala həmişə deyinir və mənə irad tuturdu. Birinci oyun televiziyada birbaşa efirdə göstərildi (1970-ci ilə qədər bütün ŞHK oyunları yalnız birbaşa efirdə göstərilirdi). Ertəsi gün səhər saat 10-da mən nömrədən çıxdım. Mehmanxananın dəhlizi ilə yorğun halda gedirdim. Həmin növbətçi xala öz postunda əyləşmişdi. Məni görən kimi dedi: “Oy, Qusman! Özüdür! Mənə avtoqraf ver!” Bu, mənim həyatımda ilk avtoqrafım idi. Sonra komanda ilə bərabər gəzməyə çıxdıq. O vaxt ŞHK-da təkcə bizim firma kostyumumuz vardı: hamımız bleyzer-pencək, boz şalvar, ağ köynək geymişdik. Adamlar az qala trolleybusların pəncərələrindən bizi görəndə qışqırırdılar: “kaveenşiki!” Həmin illərdə ŞHK komandalarının tarixçəsi beləcə inanılmaz idi!”

ATV.az











BUNU DA OXU

Незабываемые песни. 2000-й год - "Руки вверх" - "Ай-яй-яй" - VİDEO
Elarizin toylar "əhatə dairəsi" genişlənir - İndi Bostonda - ÖZƏL
Honduras yığmasının hücumçusu "Sabah"da
Mariya Zaxarova Türkiyəyə xəbərdarlıq edib
Bərdədə ilanlar evə hücum edir - 1 ildə 120-dən çox ilan öldürülüb
Xəbər lenti

Незабываемые песни. 2000-й год - "Руки вверх" - "Ай-яй-яй" - VİDEO
12:50 19.08.2019

Gələn ildən uşaqların zərərli informasiyalardan qorunması qanunu qüvvəyə minəcək
12:27 19.08.2019

Türk musiqisi inciləri - İbrahim Tatlisəs. "Bir tanem"
12:02 19.08.2019

Güləşçilərimiz dünya çempionatında altı medal qazanıblar
11:40 19.08.2019

Bu il fermerlərə daha 63 milyon manat subsidiya ödəniləcək
11:15 19.08.2019

Elarizin toylar "əhatə dairəsi" genişlənir - İndi Bostonda - ÖZƏL
10:49 19.08.2019

Honduras yığmasının hücumçusu "Sabah"da
10:26 19.08.2019

NASA-nın yeni mərkəzi - Ay oradan tədqiq olunacaq
10:00 19.08.2019

Yada düşər xatirələr.1975-ci il - Müslüm Maqomayev "İlin mahnısı"nda - VİDEO
09:35 19.08.2019

Yeni mövsüm başladı - "Qarabağ" "Keşlə"yə qalib gəldi
23:00 17.08.2019

6 ölkə və iki qitəni birləşdirən layihə - Cənub Qaz Dəhlizi 100 il Azərbaycan xalqına xidmət edəcək - VİDEO
22:40 17.08.2019

Növbəti imtahan keçirildi - Gömrük Təmsilçiliyi İnstitutu təkmilləşdirilir
22:21 17.08.2019

ABŞ-da dələlər insanlara hücum edir - Xəsarət alanlar var
21:55 17.08.2019

Azərbaycan sərhədçilərinin mühüm uğuru - VİDEO
21:40 17.08.2019

Yol polisi ləğv edilir? - DİN yayılan məlumatlara aydınlıq gətirdi
21:19 17.08.2019

Kulinariya üzrə ustad dərslərinə başlanılır
21:00 17.08.2019

Vahid məktəbli forması necə olacaq ? - Təhsil nazirliyi məsələyə aydınlıq gətirdi
20:35 17.08.2019

Toy karvanı ağır qəzaya uğradı - Göyçayda - ÖZƏL - FOTOLAR
20:10 17.08.2019

Beynəlxalq seminar keçirildi - Dünya karate federasiyasının rəsmiləri Bakıda
19:55 17.08.2019

Qaz sızması partlayışa səbəb oldu - Türkiyədə
19:29 17.08.2019

Fransada pirotexnika şousu - 13 nəfər xəsarət alıb
18:53 17.08.2019

Koutinyo rəsmən "Bavariya"da - Futbolçu 1 illik icarəyə verildi
18:35 17.08.2019

Tramp Qrenlandiyanı almaq istəyir - “Biz biznes üçün açığıq, satış üçün deyil”
18:18 17.08.2019

Odessada hotel yandı - 8 nəfər həyatını itirdi,10 yaralı var
17:47 17.08.2019

Mariya Zaxarova Türkiyəyə xəbərdarlıq edib
17:15 17.08.2019

Bərdədə ilanlar evə hücum edir - 1 ildə 120-dən çox ilan öldürülüb
16:44 17.08.2019

Prezident İlham Əliyev əfqanıstanlı həmkarını təbrik edib
16:06 17.08.2019

Bərdədə 2 avtomobil toqquşdu - 4 nəfər xəsarət alıb
15:32 17.08.2019

İtgin düşən bacı-qardaş 1 gün sonra tapıldı - Polisdən xəbərdarlıq - dilənçilərdən ehtiyatlı olun
14:57 17.08.2019

Bir nəfəri ilan sancıb - TOVUZDA
14:56 17.08.2019

Незабываемые песни. 1965 год - Муслим Магомаев. "Королева красоты" - VİDEO
14:25 17.08.2019

Avtomobil piyadanı vurdu - 18 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb
13:54 17.08.2019

Ev şəraitində ketçupun hazırlanma üsulu - VİDEO
13:28 17.08.2019

Damla "Üçümüz" verilişində - "Gəlincik" - VİDEO
12:57 17.08.2019

Bazar günü havanın temperaturu 40 dərəcəyə yüksələcək
12:25 17.08.2019

Müslüm Maqomayev - 77 - VİDEO
12:02 17.08.2019

Qış tədarükünü indidən görün - Badımcan ikrasının asan üsulla hazırlanması - VİDEO
11:44 17.08.2019

Əmlak bazarında qiymət artımı müşahidə edilir
11:21 17.08.2019

Ərdoğan fərman imzaladı - Atom elektrik stansiyasının tikintisi sürətləndirilir
11:00 17.08.2019

DOST mərkəzlərinin sayı artırılacaq
10:39 17.08.2019

BMT təhlükəsizlik şurasında iclas - Kəşmir Hindistan və Pakistansız müzakirə ediləcək
10:17 17.08.2019

"O, öz ölkəsinin mövqeyinə zidd danışır” - “Paşinyanın və komandasının siyasi bacarığı yoxdur” - VİDEO
10:00 17.08.2019

Çin vətəndaşı Bakıya gələrkən pul kisəsini itirib - Onun kisəsi Goranboyda tapılıb
21:30 16.08.2019

Düşmən təxribata əl atdı - Naxçıvan MR istiqamətində əsgərimiz yaralandı
21:01 16.08.2019

Ali təhsilə dəstək - BDU ilə BP arasında əməkdaşlıq sazişi imzalandı
20:45 16.08.2019

Filippində denge qızdırmasından ölənlərin sayı artır
20:21 16.08.2019

Döyüş atışlı təlimlər keçirilib - Şərti düşmən məhv edildi
20:00 16.08.2019

Azərbaycanda 66 mindən artıq körpə doğulub - Boşanmaların sayı artıb
19:33 16.08.2019

Atambayev avqustun 26-dək həbsdə saxlanacaq - Eks-prezident dövlət çevrilişinə cəhddə günahlandırılır
19:00 16.08.2019

Qiyamçılar muxtariyyət tələb edir - Azı 15 nəfər öldürülüb
18:39 16.08.2019

İlin 7 ayının ixrac göstəriciləri - 12.2 milyard dollarlıq məhsul ixrac olunub
18:18 16.08.2019

Dünya hitləri. 1999-cu il - Santana - "Smooth" ft. Rob Thomas - VİDEO
17:57 16.08.2019

“MİQ-29”-un qalıqları tapılıb - Bu barədə Türkiyə Müdafiə nazirliyi məlumat yayıb
17:31 16.08.2019

Шатунов больше не будет петь песни "Ласкового мая"
17:12 16.08.2019

Prezident İlham Əliyev DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib - SİYAHI
17:00 16.08.2019

DSX əməkdaşlarına yüksək rütbələr verildi - SƏRƏNCAM
16:42 16.08.2019

Şənbə günü hava necə olacaq? - Çimərliklərə getməyə dəyərmi?
16:27 16.08.2019

DSX əməkdaşlarına fəxri adlar verildi - SƏRƏNCAM
16:20 16.08.2019

Rəsmi Seuldan tələb - KXDR raket buraxılışlarını dayandırmalıdır
16:08 16.08.2019

ABŞ-da Universitetin yaxınlığında silahlı insident baş verib - İki nəfər həlak olub, 3 nəfər yaralanıb
15:45 16.08.2019

Pyer Rişar - 85! - Dahi fransız aktyorunun doğum günüdür - VİDEO
15:21 16.08.2019

Ağcəbədi sakininin evinə baxış keçirilib - Evdən silah-sursat aşkar olunub
15:00 16.08.2019

Çində torpaq sürüşməsi - 17 nəfər itkin düşüb
14:34 16.08.2019

Незабываемые песни. 1966-й год. - Полад Бюль-Бюль оглы - "Позвони" - VİDEO
14:06 16.08.2019

“Beynəlxalq ordu oyunları-2019” davam edir - “Hərbi-tibbi estafet” müsabiqəsində Azərbaycan üçüncü oldu
13:40 16.08.2019

Siqnalizasiya səsini maşından daha gözəl çıxardan uşaq - VİDEO
13:17 16.08.2019

Avtomobil piyadanı vurub - Tovuzda
12:54 16.08.2019

İki avtomobil toqquşdu - bir nəfər həyatını itirdi
12:33 16.08.2019

FHN klubunun təmsilçisinin növbəti uğuru
12:09 16.08.2019

İsmayıllıda narkotik bitkilər becərən rayon sakini saxlanılıb
11:50 16.08.2019

Yayda yediyiniz tərəvəzləri qış üçün az duzda tutub saxlaya bilərsiniz - VİDEO
11:30 16.08.2019

Yunanıstanda meşə yanğınları davam edir
11:07 16.08.2019

“Neftçi” klubu Avropa Liqasında mübarizəni dayandırdı - VİDEO
10:45 16.08.2019

200 manata çatdırıldı - Pensiyanın minimum məbləği bu il 72,4 faiz artırılıb - VİDEO
10:29 16.08.2019

Qətərdə Türkiyəyə məxsus ikinci hərbi baza - Bu ilin payızında istifadəyə veriləcək
10:06 16.08.2019

Əməliyyat keçirildi - Qanunsuz silah saxlayan şəxslər tutuldu
09:45 16.08.2019

Rusiyada təyyarə qəza enişi etdi - Quş dəstəsi ilə toqquşduğu üçün
21:59 15.08.2019

Narkotik satanlara qarşı əməliyyat - ABŞ-da 7 polis güllələndi
21:34 15.08.2019

Bakıda daha bir həyət abadlaşdırıldı - Sakinlər yaradılan şəraitdən razıdır
21:05 15.08.2019

Toyda bıçaqlanmaya görə cinayət işi açıldı
20:42 15.08.2019

Bütün xəbərlər