Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Heydər Əliyev Mərkəzində dünya xalqlarına məxsus unikal musiqi alətlərinin sərgisi açılıb - FOTOLAR

Heydər Əliyev Mərkəzində dünya xalqlarına məxsus unikal musiqi alətlərinin sərgisi açılıb - FOTOLAR
153 dəfə oxunub

Sentyabrın 17-də Heydər Əliyev Mərkəzində “Musiqi alətləri: birlik və müxtəliflik” sərgisinin açılış mərasimi keçirilib.                        

AZƏRTAC xəbər verir ki, açılış mərasimdə Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi Milli Musiqi Günü ərəfəsində açılan sərginin əhəmiyyətindən danışıb. Xalq artisti Azərbaycan milli musiqi alətlərinə təcavüz, aqressiya hallarının müşahidə edildiyi bir zamanda belə sərginin təşkilinin çox önəmli olduğunu bildirib.

“Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək istiqamətində belə işləri daim görməliyik. Sərginin əhatəli şəkildə təşkili valehedicidir. Düşünürəm ki, sərginin bundan sonra da gələcəyi var və o, daha da böyüməli, genişlənməlidir. Heydər Əliyev Mərkəzində gələn qonaqlar üçün Azərbaycan mədəniyyətinə, ümumiyyətlə, Şərq mədəniyyətinə aid musiqi alətlərinin sərgilənməsi çox maraqlı haldır və bunlar hamısı bizim böyük təbliğatımızdır”, - deyən Siyavuş Kərimi sərginin hər kəsin xoşuna gələcəyinə əminliyini bildirib.

Xalq artisti, tarzən, professor Ramiz Quliyev bu möhtəşəm sərginin təşkilini Azərbaycan xalqının mədəni həyatında mühüm hadisə kimi dəyərləndirib. “Sərgidə yer alan Azərbaycan milli musiqi alətləri xalqımızın sərvətidir. Azərbaycan musiqi alətlərinin tarixi eramızdan əvvəlki dövrə gedib çıxır. Bu gün beynəlxalq səviyyədə musiqi alətlərinin nümayişi dünyaya səs salacaq. Sərgi Azərbaycan xalqının, musiqi mədəniyyətinin gözəl səsini dünyaya çatdıracaq. Fəxr edirik ki, Azərbaycan xalqı musiqi sənətini, musiqi alətlərini qoruyur. Eyni zamanda, çox sevinirik ki, dövlət Azərbaycan xalqının musiqi mədəniyyətini qoruyur. Sərgi dövlətimizin Azərbaycan muğamına, musiqisinə diqqət və qayğısına bariz nümunədir. Ruhu oxşayan böyük bir iş görülüb”, - deyən Ramiz Quliyev ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə göstərdiyi diqqət və qayğının Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, ölkədə yaradılmış multikultural mühiti vurğulayıb. Azərbaycan xalqının tar, kamança, saz sənətinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini vurğulayan Ramiz Quliyev sərginin təşkilinə görə sənət dostları adından Heydər Əliyev Mərkəzinə minnətdarlığını bildirib.

Xalq artisti, Azərbaycan Milli Konservatoriyanın professoru, xanəndə Mənsum İbrahimov diqqətə çatdırıb ki, Heydər Əliyev Fondu yaranan gündən muğam sənətimizin ikinci inkişaf dövrü başlanıb. Muğam televiziya və beynəlxalq müsabiqələri nəticəsində onlarca gənc ifaçı bu sənətə gəlib. “Heç bir dövrdə bu qədər gənc ifaçı bizim sənətimizə gəlməyib. Əlbəttə, bu, dövlətimizin, xüsusi olaraq Birinci vitse-prezident Mehriban Əliyevanın sənətimizə olan diqqəti və qayğısı sayəsindədir. Bu sərgi də həmin qayğının bariz nümunəsidir. Azərbaycan musiqisinin, musiqi alətlərinin təbliği baxımından unikal bir sərgidir. Düşünürəm ki, bu, davamlı olacaq”, - deyə Mənsum İbrahimov qeyd edib.

Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.                           

Qeyd edək ki ekspozisiyada Heydər Əliyev Fondunun müxtəlif mənbələrdən topladığı unikal kolleksiya – XVIII-XX əsrlərə aid 200-dək musiqi aləti nümayiş olunur.

Bunlar 31 ölkəyə - Azərbaycan, Albaniya, Bolqarıstan, Çin, Dağıstan (Rusiya Federasiyası), Əfqanıstan, Əlcəzair, Gürcüstan, Hindistan, İndoneziya, İraq, İran, Kipr, Qazaxıstan, Qırğızıstan, Liviya, Macarıstan, Makedoniya, Mərakeş, Misir, Monqolustan, Özbəkistan, Pakistan, Rumıniya, Serbiya, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan, Yəmən və Yunanıstana aid musiqi alətləridir.

Sərgidə Azərbaycan musiqi mədəniyyəti və tarixinə də geniş yer verilib. Ekspozisiyada 50-dək milli musiqi aləti təqdim edilir.

Sərginin eksponatları sırasında N.Gəncəvinin “Xəmsə”sindən səhnələr həkk olunmuş, qızıl, brilyant və sədəflərlə işlənmiş kamança, Şəkinin XVIII əsrə aid olan cürə nağarası yer alıb.

Ekspozisiyada, həmçinin tanınmış incəsənət xadimlərinə aid musiqi alətləri var. Azərbaycanın Xalq artistləri Xan Şuşinski, Rübabə Muradova, Əbülfət Əliyev, Ağaxan Abdullayevə məxsus qavallar, Həbib Bayramov, Möhlət Müslümov, Ramiz Quliyev və Ceyran Haşımovaya aid tarlar, Aftandil İsrafilovun qarmonu, Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun sazı, tanınmış balaban ifaçısı Nizan Fətəliyevə aid balaban, Əməkdar artist Ədalət Vəzirovun kamançası sərgidə yer alıb.

Xalq artisti Natiq Şirinovun e.ə. V minillikdə Azərbaycanda mövcud olmuş küpə zərb aləti əsasında 2006-cı ildə hazırladığı alət, e.ə. IV minilliyin sonlarına aid nağara əsasında 2010-cu ildə düzəltdiyi nağara, 2015-ci ildə Azərbaycanda ixtira olunmuş ilk stereofonik simli musiqi aləti “Stereo Buta” da ekspozisiyada təqdim edilir.

Sərginin NASA bölümündə 1977-ci ildə “Voyacer 1” kosmik gəmisində dünya xalqlarına məxsus 27 melodiya ilə birgə kosmosa göndərilmiş Azərbaycan musiqisini də dinləmək mümkündür.

Muğam otağında Azərbaycanın tanınmış xanəndələrinin ifalarından ibarət videoçarxlar, ekspozisiyadakı monitorlarda isə UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan muğamı, aşıq sənəti, tar və kamança ifaçılığına aid musiqi nümunələri təqdim edilir.

Sərgidə hər bir musiqi alətini seyr etməklə yanaşı, onu dinləmək və ən əsası, həmin alətdə ifa xüsusiyyətləri ilə tanış olmaq mümkündür. Bu məqsədlə ekspozisiyada video və audio yazıların fərdi qaydada dinlənilməsi üçün ekran və avadanlıqlar quraşdırılıb.

Sərgini izləyən sənət adamları təəssüratlarını jurnalistlərlə bölüşüblər. Xalq artisti Alim Qasımov deyib: “Sərgi çox yüksək səviyyədə təşkil olunub. Doğrudur, xalq musiqisini anlamaq çətindir. Lakin burada sərgilənən musiqi alətləri, düşünürəm, sərgiyə baxan tamaşaçılarda xalq musiqisinə maraq oyadacaq. Digər tərəfdən, Heydər Əliyev Mərkəzinə xarici qonaqlar gəlir. Onlar bizim sənətə, mədəniyyətə, eyni zamanda, başqa xalqların mədəniyyətinə yüksək münasibətimizin bir daha şahidi olacaqlar. Həmçinin sərgi xalq musiqimizin təbliği baxımından əhəmiyyətlidir”.

“Natiq” ritm qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinov sərginin təşkilini Azərbaycanın milli sərvətinə böyük qayğı və hörmət kimi qiymətləndirib. “Sərgi milli sərvətimizin nümunələrinin bədnam qonşular tərəfindən ələ keçirilməməsinə qarşı atılmış çox gözəl addımdır. Bu, məni çox sevindirir. Biz bu gün varıq, sabah yoxuq. Amma tariximizin yaşaması üçün bu işlər mütləq lazımlıdır. Bu sərgidə zəhməti olan hər kəsə təşəkkürümü bildirirəm”.

Xalq artisti Ağa Cəbrayıl Abasəliyevin fikrincə, sərgi bizə bu gün həmişəkindən daha çox vacibdir: “Bu sərgi onu sübut edir ki, bizim milli alətlərimizin tarixi başqa millətlərin öz tarixindən böyükdür”.

İtaliyalı opera müğənnisi Paolo Levontino (tenor) sərginin onda gözəl təəssürat oyatdığını, bu qədər musiqi alətlərindən valeh olduğunu, böyük zövq aldığını deyib.

Xalq artisti Səkinə İsmayılova bildirib ki, əsrlərdən bəri gəlib bugünümüzə çatan muğam sənətinin gözəlliyi bu sərgidə əksini tapıb. İstər klassik xanəndələrimiz, korifeylərimiz, istər orta nəsil xanəndələrimiz, istər bugünkü gəncliyimiz – hər şey bu sərgidə çox gözəl əksini tapıb. Belə sərgilər, həmçinin muğam sənətimizin yaşamasına töhfə verir.

Xalq artisti Ağəli İbrahimov xalqların bir-birinin mədəniyyəti ilə daha yaxından tanış olması baxımından da sərginin böyük əhəmiyyət daşıdığını söyləyib.

Müxtəlif ölkələrin musiqi alətləri arasında fərqliliklə yanaşı, oxşarlıqları, musiqinin gücünü təcəssüm etdirən sərgi Azərbaycan musiqi tarixinin yaşadılması, ayrı-ayrı ölkələr və xalqların mədəniyyətinin tanıdılması baxımından geniş imkan yaradır.

ATV.az



























BUNU DA OXU

“Yüksəliş” müsabiqəsinə qeydiyyat mərhələsi davam edir - VİDEO
Basketbol dünyası əfsanəni itirdi - Kobi Brayant faciəvi şəkildə həlak oldu - VİDEO
Putinin köməkçisi vəzifəsindən istefa verdi
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 22 nəfərə çatıb - 1030 nəfər xəsarət alıb
“Qarabağ”a yeni transferlə bağlı gözlənilməz xəbərdarlıq
Xəbər lenti

Nazirlər Kabineti: “Turizm subyektlərinin reytinq cədvəli hazırlanacaq”
19:30 27.01.2020

Gəncədə gözəllik salonu yanıb
19:09 27.01.2020

Astarada 4 narkotacir saxlanılıb - Onlardan biri qadındır
18:41 27.01.2020

Nazir: “Azərbaycanda məktəblərin 50 faizində şagird sayı 200 və daha aşağıdır”
18:08 27.01.2020

Nazirlikdən ƏDV ödəyicilərinə xəbərdarlıq!
17:39 27.01.2020

Sumqayıt şəhərinin qəsəbələrində və yeni yaşayış massivlərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında - Sərəncam
17:02 27.01.2020

Şəki sakininin evində külli miqdarda narkotik vasitələr aşkar edilib
16:35 27.01.2020

“Azərsu” xəbərdarlıq edir - Sayğacları don vurmadan qorumaq lazımdır - VİDEO
16:06 27.01.2020

Tovuz sakini qardaşı tərəfindən bıçaqlanıb
15:40 27.01.2020

Bakıdan Pekinə uçuşlar müvəqqəti dayandırılır
14:59 27.01.2020

“Yüksəliş” müsabiqəsinə qeydiyyat mərhələsi davam edir - VİDEO
14:37 27.01.2020

Mingəçevir ərazisində zəlzələ qeydə alınıb
14:04 27.01.2020

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün vaxtı və yeri məlum oldu
13:37 27.01.2020

Azərbaycanlı tələbələr Çini tərk edir - VİDEO
13:10 27.01.2020

Son 12 ildə Xəzər dənizinin səviyyəsi 1 metr azalıb - VİDEO
12:45 27.01.2020

Bu gün Strasburqda AŞPA-nın qış sessiyası işə başlayır
12:21 27.01.2020

DYP İsmayıllıda baş verən ağır yol qəzası ilə bağlı açıqlama yayıb
11:59 27.01.2020

Dağlıq- meşəlik ərazidə yanğın olub - Yanğın 1 hektar ərazini əhatə edib
11:35 27.01.2020

Seçki bülletenlərinin çapına başlanılır
11:10 27.01.2020

40 nəfər dəm qazından zəhərlənib? - Aidiyyəti qurumlar məsələyə aydınlıq gətirdi - VİDEO
10:47 27.01.2020

Zəlzələdə ölənlərin sayı 35 nəfərə çatıb - VİDEO
10:28 27.01.2020

Zəlzələ zonasından tələbələrin təxliyəsi başa çatıb - Naxçıvana gətirilmiş 100-dən çox tələbə təyyarə ilə Bakıya yola salınıb - VİDEO
10:04 27.01.2020

Yenə də Zaretska - karateçilərimizi fiaskodan xilas etdi
09:40 27.01.2020

Basketbol dünyası əfsanəni itirdi - Kobi Brayant faciəvi şəkildə həlak oldu - VİDEO
09:19 27.01.2020

Beş startap qalib oldu - Qaliblərə 25 min manata qədər maddi dəstək göstəriləcək - VİDEO
20:02 26.01.2020

Salyanda yeni məktəb binası istifadəyə verildi - Heydər Əliyev Fondundan təhsil sahəsində növbəti təşəbbüs - VİDEO
19:30 26.01.2020

Şeyxülislam Mixail Qusmanla görüşüb - Azərbaycan-Rusiya mədəni əlaqələrindən söz açılıb - FOTOLAR
18:45 26.01.2020

Naftalanda 35 yaşlı qadin zəhərlənərək ölüb - Onun kolbasadan zəhərləndiyi ehtimal olunur - VİDEO
17:57 26.01.2020

Saatlıda pambıqçılıqla bağlı müşavirə keçirilib - Bir sıra problemlər qaldırılıb - VİDEO
17:09 26.01.2020

İsmayıllıda dəhşətli yol qəzası baş verib - Qəzada ata, ana və övladı həyatını itirib ÖZƏL - FOTOLAR
16:16 26.01.2020

Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb - Yenilənib - VİDEO - FOTOLAR
16:01 26.01.2020

34 hərbçi beyin travması alıb - Pentaqondan açıqlama
15:05 26.01.2020

Hacı Zeynalabdin Tağıyevin heykəli nə vaxt qoyulacaq? - VİDEO
14:14 26.01.2020

Özbəkistanın yeni hökuməti təsdiqləndi - Abdulla Aripov Baş nazir təyin edildi
13:10 26.01.2020

Ərdoğan: "Zəlzələ nəticəsində 31 nəfər həlak olub, 1600 nəfərdən çox insan xəsarət alıb"
12:30 26.01.2020

40 mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib
11:11 26.01.2020

Məktəblilərin qış tətili başlayır
10:05 26.01.2020

İcmadan sərt bəyanat - Abidələrimiz “bərpa” adı altında erməniləşdirilir YENİLƏNİB - VİDEO
21:21 25.01.2020

"Ukrayna təyyarəsini vuran şəxs həbsdədir" - Nazir hadisə ilə bağlı açıqlamanın gecikməsinə aydınlıq gətirib
20:20 25.01.2020

Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi
19:59 25.01.2020

Zəlimxan Yaqubun 70 illiyi Gürcüstanda qeyd olunub
18:58 25.01.2020

Hələb şəhəri atəşə tutulub - 11 nəfər ölüb, 30 nəfər yaralanıb
18:33 25.01.2020

Yerə asteroid yaxınlaşır - Səma cismi fevralın 15-də yerə ən yaxın məsafədə olacaq
18:06 25.01.2020

55 yaşlı qadın süni göldə boğularaq həyatını itirib - Gəncədə
17:42 25.01.2020

Tovuz rayonunda ev yanıb - FOTOLAR
17:17 25.01.2020

Putinin köməkçisi vəzifəsindən istefa verdi
16:50 25.01.2020

Prezident İlham Əliyev Türkiyədə azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi barədə tapşırıq verib
16:26 25.01.2020

ÜST dünyanı koronavirusa qarşı hazırlığa çağırıb - Uxan şəhəri ilə bağlı qorxulu xəbərlər yayılır
16:04 25.01.2020

Evdən qızıl oğurlayan şəxs saxlanılıb - İsmayıllıda
15:38 25.01.2020

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 22 nəfərə çatıb - 1030 nəfər xəsarət alıb
15:15 25.01.2020

Sistemli islahatların uğurlu nəticələri - Azərbaycan Korrupsiya Qavrama İndeksində 26 pillə irəliləyib - VİDEO
14:54 25.01.2020

Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
14:30 25.01.2020

Tibb işçilərinin nəzərinə! - Əməkhaqqına əlavələr ediləcək - VİDEO
13:54 25.01.2020

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib - ÖZƏL - FOTOLAR
13:30 25.01.2020

AMEA-da Rəyasət Heyətinin növbəti iclası keçirilib - Yenilənib - VİDEO
13:03 25.01.2020

“Qarabağ”a yeni transferlə bağlı gözlənilməz xəbərdarlıq
12:37 25.01.2020

İsrail-Azərbaycan münasibətləri - Yeni səfir gələcək planlardan danışdı - VİDEO
12:15 25.01.2020

Azərbaycanın artan nüfuzu - Böyük şirkətlər ölkəmizə maraq göstərir - VİDEO
11:54 25.01.2020

Maşınlarını düzgün yerdə saxlamayan sürücülərdən fərqli addım - VİDEO
11:30 25.01.2020

“Bakı-Moskva: Mədəniyyətlərin dialoqu” - Bakıda mühüm tədbir təşkil edildi - VİDEO
11:07 25.01.2020

Prezident İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb - Yenilənib - VİDEO
10:42 25.01.2020

Prezident İlham Əliyev Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşüb - Yenilənib - VİDEO
10:21 25.01.2020

Ramin Quluzadə Sumqayıt şəhərinin və Xızı rayonunun sakinlərini qəbul edib - VİDEO
10:01 25.01.2020

Türkiyədə 6,8 bal gücündə zəlzələ baş verib - 19 nəfər ölüb, 922 nəfər xəsarət alıb
09:44 25.01.2020

Məhsullarımızın Fransaya ixracı artırılır
20:26 24.01.2020

XİN-dən təhlükəli virusla bağlı xəbərdarlıq - Çinə gedənlərə ehtiyatlı olmaq tövsiyə olunur
20:02 24.01.2020

“Brexit”lə bağlı saziş imzalandı - Avropa İttifaqı ilə Britaniya arasında dostluq qorunacaq
19:41 24.01.2020

Dəniz Baykal xəstəxanaya yerləşdirilib
19:19 24.01.2020

Gürcüstanda güclü qar çətinliklər yaradıb - Məktəb və bağçalar bağlanıb
18:50 24.01.2020

“Azəriqaz”ın rəhbərliyi üç rayonda vətəndaş qəbulu keçirib
18:28 24.01.2020

Qarabağda erməni hərbçilər arasında atışma olub
18:00 24.01.2020

Sabah hava necə olacaq?
17:33 24.01.2020

Çindən Türkiyəyə gələn bütün sərnişinlər xüsusi cihazlarla yoxlanılır
17:07 24.01.2020

Qadağan olunan psixotrop tərkibli dərmanların satışı ilə məşğul olan şəxslər saxlanılıb - VİDEO
16:44 24.01.2020

Bakıda mərkəzi rayonun yaradılması üçün üç qurum bu istiqamətdə işləri davam etdirir - VİDEO
16:18 24.01.2020

Putin özünə yeni köməkçilər təyin etdi
15:56 24.01.2020

Tovuzda minik maşını qatarla toqquşub - ÖZƏL - FOTOLAR
15:31 24.01.2020

Davos İqtisadi Forumunun əhəmiyyəti - Ölkəmizə yeni investorlar cəlb olunacaq - VİDEO
14:54 24.01.2020

Şahzadə ABŞ-ın vitse-prezidentinin əlini sıxmadı - Çarlzın bu rəftarının səbəbi məlum deyil
14:32 24.01.2020

İsrail səfiri ilk mətbuat konfransını keçirdi
14:10 24.01.2020

Bütün xəbərlər