Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Xalqının taleyini yaşayan dahi - FOTOLAR

Xalqının taleyini yaşayan dahi - FOTOLAR
259 dəfə oxunub

Onun həyatını, yaradıcılığını, taleyini oxuyub öyrəndikcə bir daha əmin oluruq: O seçilmişlərdən idi! Ulu tanrının xalqımıza bəxş etdiyi bu nadir şəxsiyyət öz qüdrətli zəkası, nəhayətsiz istedadı, zəhmətsevərliyi və cəfakeşliyi, qeyrəti və təəssübkeşliyi ilə və nəhayətdə Vətəninə və xalqına sonsuz sevgisi ilə seçildi, yaratdıqları ilə xalqının taleyini dəyişdi, tarixə yeni-yeni əlvan səhifələr, gözəlliklər bəxş etdi.

 AZƏRTAC Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru Sərdar Fərəcovun dahi bəstəkarın doğum gününə həsr etdiyi yazını oxucularla bölüşür.

Üzeyir Hacıbəyli dünyaya göz açanda vətəni Azərbaycan artıq bir əsrə yaxın zaman kəsiyində rus istilasından əzab çəkirdi. Adı dəyişdirilmiş şəhərlər, kəndlər, yad millətlərə peşkəş edilmiş bərəkətli torpaqlar, xalqın hər vəchlə kökündən, tarixindən, mədəniyyətindən məhrum edilməsi- göz dağı, ürək ağrısı idi. Bağrı yanmış Vətənə böyük oğullar gərək idi. O oğullar ki, onun yaralarına məlhəm olsun, zəkası, qəlbi, hünəri, əqidəsi ilə xalqının yenidən baş qaldırıb dirçəlməsini gerçəkləşdirsin.

O, ilk musiqi təhsilini Şuşada ən yaxşı xanəndə və sazəndələrdən alıb

Tale uşaq yaşlarından Üzeyir Hacıbəylini sanki qeyri-adi, müstəsna bir yolun yolçusu etməyə qərar vermişdi. Uşaqlıqdan sadə, təəssübkeş, istedadlı insanların arasında olması onun əxlaqına, tərbiyəsinə, dünyagörüşünə, mənəviyyatının zənginləşməsinə zəmin yaratmışdı.

Sonralar Üzeyir bəy yazacaqdı: “...Mən ilk musiqi təhsilimi uşaqlıq zamanı Şuşada, ən yaxşı xanəndə və sazəndələrdən almışam. O vaxt mən “muğam” və “təsnif” oxuyardım. Səsim xanəndələrin xoşuna gələrdi. Onlar məni oxudar və öyrədərdilər”. Demək, Azərbaycan xalqının mənəviyyatını daim qidalandıran, mənalandıran, saflaşdıran ulu muğamlar artıq uşaq yaşlarından Üzeyir bəyin canına, qanına hopmuşdu. Bu fakt özü də onun erkən yaşlardan xalq musiqisinə, xalq yaradıcılığına bağlı olmasına işarədir.

Böyük ədibimiz Abdulla Şaiq xatirələrində yazmışdı: “1896-cı ildə Şuşa şəhəri müəllimlərinin və Nikolayevski məktəb tələbələrinin iştirakı ilə “Dağılan tifaq” faciəsi tamaşaya qoyulur. Xandəmirovun böyük salonunda keçirilən bu tamaşanın rejissorluğunu Haqverdiyev özü edirdi. Rollar müəllimlər və tələbələr arasında paylanır. Məktəblilər nəğməsini Ü.Hacıbəyli və başqaları oxuyarmış...”.

Məktəbli ikən yaradıcı insanların arasında olmaq, onlarla bərabər səhnəyə çıxmaq artıq Üzeyir bəyin özünü ilk əsərlərini yaratmağa sövq edir. Belə ki, 1898-ci ildə onun kiçik xalq nağıllarını əl ilə yazaraq kitabça şəklində tərtib etməsi və “Kitabi məzhəkə” adlandırdığı bu məcmuəyə naxışlı üz qabığı və bir çox şəkillər çəkməsi artıq onun geniş yaradıcılıq potensialından xəbər verirdi.

Bəlkə də bu daxili yaradıcılıq potensialı sonradan onun Qori müəllimlər seminariyasında oxuyarkən bir musiqiçi kimi yetkinləşməsinə zəmin yaratdı. Belə ki, başqa tələbələr bir alətdə çalmağa cəhd edərkən, Üzeyir Hacıbəyli həm nəfəsli alətlərdə, həm violino, həm violonçel alətində tələbə orkestrinin heyətində həvəslə ifa edirdi. Xor dərslərində də fərqlənən Üzeyir bəy tezliklə aparıcı səslərdən əlavə II, III səsləri də məharətlə oxuyur, bir neçə Azərbaycan xalq mahnısını xor üçün işləmişdi. Lakin musiqi fənlərindən qazandığı müvəffəqiyyətlər gənc Üzeyir bəyin qəlbində yaşatdığı böyük arzuları heç tam əhatə etmirdi. Gələcəkdə onun həyat yoluna çıraq tutacaq bu arzular ara-sıra dilə gəlsə də, bunlar birmənalı qarşılanmırdı.

Şagirdlərini böyük sevgi və məhəbbətlə sevən gənc müəllim

Üzeyir bəy yazırdı: “...Mən seminariyanın ikinci klasında idim ki, ilyarımdan sonra müəllim olacaqdım. Yazı imtahanı olmaq üzrə “Mən gələcəkdə nə iş görəcəyəm” sərlövhəsi altında bir məqalə yazmağı bizə əmr etdilər. Mən yazdım ki, məktəblərimiz üçün ana dilində tədris olunmaqdan ötəri dərs kitabları tərtib edəcəyəm. Bunun üçün osmanlı və rus kitablarından istifadə edib hesab, coğrafiya və s. elmləri öz dilimizə tərcümə edəcəyəm... Mənim bu fikrim direktorun xoşuna gəlməmişdi...”.

Əlbəttə, əsarətdə saxladıqları xalqların xoş iqbalını, işıqlı gələcəyini heç cür görmək istəməyən rus millətçiləri gənc tələbənin belə cəsarətli fikirlərinin həyatda gerçəkləşməsini heç istəmirdilər. Lakin zamanın çarxı fırlanır və geri dönmür. Az sonra, 1907-ci ildə Üzeyir Hacıbəylinin yazdığı “Hesab məsələləri” dərsliyi və siyasi, iqtisadi, hüquqi, əsgəri sözlərə dair “Rus-Türk, Türk-Rus lüğəti” kitabları nəşr olunacaqdı, gənc müəllimi şöhrətləndirəcəkdi.

1904-cü ildə Üzeyir Hacıbəyli Qori müəllimlər seminariyasını bitirdi. Bakıya can atsa da, onu Qarabağın uzaq kənd məktəbinə müəllim təyin etdilər. Lakin gənc müəllimin fəaliyyəti çox fərqli idi. O, tez-tez uşaqlarla gəzintiyə çıxır, sadə insanların məişəti ilə tanış olurdu. Tarlada zəhmət çəkən əkinçilərin güzəranı, iş vaxtı onların oxuduqları əmək mahnıları gənc müəllimi çox maraqlandırırdı. Sonralar dostu Müslüm Maqomayevlə tərtib etdiyi “El nəğmələri” məcmuəsində bir neçə əmək mahnıları da orda özünə yer alacaqdı. Hətta gənc müəllimin tələbi ilə bu uzaq kənd məktəbinə fortepiano aləti alındı və uşaqların musiqi dərsi tamam yeni bir mənaya doldu.

Bəlkə də düşünmək olardı ki, öz müəllim peşəsini, dərs dediyi şagirdləri bu qədər böyük sevgi, məhəbbətlə sevən gənc müəllim hələ uzun illər həyatını bu qayda ilə sürə bilərdi. Lakin tale onu daha mühüm, daha vacib, daha qüdrətli işlər görmək üçün səfərbər edirdi. Artıq qanlı-qadalı 1905-ci il çar Rusiyasının mərkəzlərindən ucqarlara qədər öz məşum izlərini buraxmaqda idi. Hələ 1904-cü ilin son aylarında Bakıda “Kaspi” qəzetində “U” imzalı naməlum müxbir Qarabağın, Cəbrayıl qəzasının xalq maarifi işindən, iqtisadi vəziyyətindən, baş almış xəstəliklərdən və s. bəhs edən yazılar dərc etdirirdi.

Bu naməlum müxbir 1905-ci ildə isə Cəbrayıl qəzasında baş verən erməni-müsəlman toqquşmalarından, ermənilərin Dəvəli, Qarabulaq, Qoçəhmədli, Sərdarlı kəndlərində törətdikləri qətl və qarətlərdən yazır, xalqı böyük bəlaların gələ biləcəyindən xəbərdar edirdi. Bu gənc müxbir Üzeyir bəy Hacıbəyli idi. Tale onu yenə Vətənin dar günlərində ilk sıralarda olaraq sinəsini bəlalara sipər etməyə çağırırdı. Lakin şər qüvvələr gənc müəllimin fəaliyyətindən duyuq düşərək onu aradan götürmək istəyərkən yenə tale Üzeyir bəyə yar oldu. Onu sevənlər gecə ikən Üzeyiri kənddən çıxarıb Bakıya yola saldılar.

Böyük amallarla Bakıya üz tutan Üzeyir bəy

1905-ci ilin ikinci yarısında artıq gənc Üzeyir Hacıbəyli Bakıda fəaliyyətə başladı. “Kaspi” qəzeti ilə əməkdaşlığında qazandığı jurnalistlik səriştəsi karına gəldi. Onu “Həyat” qəzetinə felyetonçu kimi işə qəbul edirlər. Tezliklə Üzeyir bəy Bakıdakı rus-tatar məktəblərində dərs deməkdən ötrü vakant yerlərdən birini tutmağa müvəffəq olur.

O illər Bayıl və Bibiheybət qəsəbələrində müəllim işləyən gənc Üzeyir hər səhər işə Bakıdan piyada gedirdi. Lakin böyük amallarla yaşayırdı. Qafqaz müsəlman müəllimlərinin I qurultayı ərəfəsində - 16 avqust 1906-ci il “İrşad” qəzetində dərc etdirdiyi “Müəllimlər ictimasına dair” məqaləsində sanki qurultayın məram və məqsədlərini bir proqram kimi ümumiləşdirir. Həm də bu proqram ümummilli əhəmiyyət kəsb edir: “İndi... o zamandır ki, müəllimlərimiz uşaqlara tərbiyə verən kimi, ümumi camaatımıza dəxi gərək tərbiyə versinlər...”. Məqalənin digər hissəsində oxuyuruq: “...Hal-hazırda ali məqsədlərin və uca niyyətlərin çarəsinə səbəb – ittifaqdır”.

Məqaləni oxuduqda 21 yaşlı Üzeyir Hacıbəylinin cəsarətinə, alovlu qəlbinə, iti zəkasına mat qalırıq: “Rusiyada azadlıq hərəkatı bizim gözümüzü açdı... Müəllim fövqəlzikr suallara cavabi-şafi verib deyər: Batsın istibdad, yaşasın hürriyyət!”. Bəli, bu sözləri yazarkən Üzeyir bəyin doğma vətəni və xalqı çar Rusiyasının istibdad pəncəsi altında inləyirdi. “Ali məqsədlər” və “Uca niyyətlər” bu dövrdə onu digər qeyrətli vətən övladlarıyla dostlaşdırdı, birləşdirdi. Keçən müəllimlər qurultayının gündəmə gətirdiyi dərsliklərin yoxluğu probleminin həllinə cavab olaraq 1907-ci ildə Üzeyir Hacıbəylinin nəşr etdirdiyi “Hesab məsələləri” və “Lüğət” kitablarının redaktoru və naşiri onun ürək dostu və məsləkdaşı Məhəmməd Əmin Rəsulzadə idi. 1906-cı ildə dərc etdirdiyi “Mərəzlərimizdən biri” məqaləsində Üzeyir Hacıbəyli yazırdı: “...Dünyada ən alçaq sifətlərdən birisi zənnimcə, cürətsizlikdir... Cürətsizlik bizi mədəniyyətdən uzaqlaşdırır...”.

Şərqin ilk operası - “Leyli və Məcnun”

1907-ci ildə “Leyli və Məcnun” operasının yazılma səbəblərindən biri də düşünürəm, Üzeyir bəyin yuxarıda qeyd etdiyimiz sözlərində şifrələnib. Doğurdan da Şərqin və müsəlman aləminin ilk musiqili səhnə əsəri təkcə böyük istedadın, böyük arzuların, xəyalların, dünyagörüşünün bəhrəsi deyildi, bu həm də gənc Üzeyir Hacıbəylinin böyük cürəti, cəsarəti və hünəri idi.

Lakin “Leyli və Məcnun” operasını yazıb-yaratmaq nə qədər böyük hünər idisə, operanı gecikdirmədən səhnəyə çıxarmaq, xalqa təqdim etmək daha böyük hünər idi. Gənc Üzeyir daha bir görünməmiş möcüzəni gerçəkləşdirdi. Heç vaxt opera səhnəsinə çıxmayan həvəskar aktyorlardan, xalq musiqiçilərindən, müəllimlərdən opera solistləri, xor, orkestr yaradaraq 1908-ci ilin 12 yanvarında milyonçu H.Z.Tağıyevin teatrında “Leyli və Məcnun” operasının premyerasını təqdim etdi.

Bu görünməmiş hadisə bütün Azərbaycanın mədəni ictimaiyyətini təlatümə gətirdi. Azərbaycanda milli musiqili teatrın, opera sənətinin, bəstəkarlıq məktəbinin təməl daşı qoyuldu.

Ömrünün son illərini xəstəxana çarpayısında keçirməyə məcbur olan Q.Qarayev unudulmaz müəllimini tez-tez xatırlayıb yazmışdı: “Üzeyir Hacıbəyli – bəstəkar olmağa məqsədyönlü şəkildə çalışan ilk azərbaycanlı olmuşdur. ...Şəxsiyyətinin formalaşdığı bir yaşda Bakıya gələn, hələ çox az adamın tanıdığı gənc müəllim tezliklə özünü mədəni fəaliyyətin ən müxtəlif sahələrində göstərərək, milli maarifçilərin ən görkəmli nümayəndələri ilə əlaqələr quracaqdı. XX əsrin əvvəllərində Hacıbəyli “muğam operaları” yaradır. Bu məşhur xalq və poetik süjetlərin özünəməxsus səhnə forması idi... Ü.Hacıbəyli tarixi bir vəzifəni yerinə yetirdi – xalq musiqisini və səhnə teatr fəaliyyətini bir vəhdətdə birləşdirdi... O, Azərbaycan üçün yeni olan “opera” anlayışını milli mədəniyyətə gətirdi...”.

Əslində Üzeyir bəyin taleyinə qibtə etməmək olmur. 1905-ci ildə Bakıya ilk gəlişindən çox az müddət keçdikdən sonra Azərbaycanın ən qabaqcıl ziyalıları, zəmanəsinin görkəmli şəxsiyyətləri – Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Nəriman Nərimanov, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov bu 20 yaşlı gəncə böyük inam, etibar və ümid dolu hisslərlə dostluqlarına qəbul etmişdilər. Bir müddət sonra Üzeyir bəy ona ünvanlanan ümid və inamı tam doğrultmuş, yeni Azərbaycan gəncliyinin öncüllərindən biri olmuşdu.

Bəstəkar kimi saf, ilahi məhəbbəti vəsf edən operaları ilə xalqı məftun etməklə bərabər, jurnalist kimi geriliyi, istibdadı, zülmü, mövhumatı qamçılayır, şair Naimin (Əli bəy Hüseynzadə) bir şerini tez-tez xatırladırdı:

“...Bizim yerlərdə hürriyyət, əsarətdən ibarətdir

Maarif nuru yoxdur, nur zülmətdən ibarətdir

Tərəqqi eyləmək maziyə ricətdən ibarətdir

Bizim əşarımız asari-qəflətdən ibarətdir...”

Bununla belə, gənc jurnalistin siyasi mövzuda səriştəli yazıları da heyrət doğurur. İlk baxışdan sadə, aydın deyilən sözlərin alt qatındakı təhdid, yalan, iftira və s. dolu qərəzli fikirləri sağlam, huşyar bir məntiqlə aça bilir.

1908-ci ilin iyulun 16-da “Tərəqqi” qəzetindəki “Olarmı – olmazmı” məqaləsində oxuyuruq: “İngilis Osmanlıya deyir ki, Makedoniyada islahat lazımdır! ...Rusiya da Osmanlıya deyir ki, Makedoniyaya islahat lazımdır! ...Bu cürə sözlər Osmanlıya giran gəldi. Bir az fikir elədi və soruşdu:

- Makedoniya kimin yeridir?

Dedilər – Xristianların!

Osmanlı ...baxdı gördü ki, bunların “islahat” sözü özgə bir mənaya işarədir – yəni, Makedoniyanı qoparıb Osmanlıdan ayırmaq lazımdır...”.

...Qəribədir bu sətirləri oxuduqca 1988-ci ildə ermənilərin törətdiyi “Qarabağ” avantürası yada düşür. O zaman da dünya ölkələri erməni fitnəsinə uyub – illərlə Azərbaycan torpaqlarında dövlət qurmuş, məkrlə-hiylə ilə ildən-ilə sərhədlərini böyütmüş, heç nədən qorxub-çəkinməyərək dəfələrlə dinc azərbaycanlı əhalinin qətlinə fərman vermiş və böyük qırğınlar törətmiş ermənilərin Qarabağı ələ keçirmək arzusunu “millətlərin öz hüququn tanıma” haqqı deyib erməni faşizminə qahmar çıxmaq istəyirdilər. Çünki ermənilər – Üzeyir bəy yazdığı kimi – xristiandırlar. Bəlkə də Üzeyir Hacıbəylinin və onun məsləkdaşlarının huşyarlığı, doğruçuluğu, prinsipiallığı sayəsində ADR zamanı ermənilərin torpaq iddiaları, qanlı cinayətləri layiqli cavabını almışdı. O dövrdə “Azərbaycan” qəzetinin baş redaktoru olan Üzeyir bəy erməni-daşnak fitələrini bir an belə nəzərdən qaçırmır, onların cinayətlərini, rüsvayçı işlərini tez-tez mətbuata çıxarırdı. Üzeyir bəyin bu məsələdə cəsarəti və huşyarlığı bu gün bir nümunə, bir məktəb kimi öyrənilməlidir.

Lakin unutmayaq ki, Üzeyir Hacıbəyli heç vaxt şovinist-millətçi olmayıb, əksinə bütün dünya millətlərinə hörmətlə yanaşıb, onun dostları arasında rus, yəhudi, erməni, gürcü, fars, tacik və bir çox xalqların nümayəndələri olub. Bir çox əsərlərinin geniş yayılmasında məhz bu dostluğun da xüsusi rolu olmuşdur. Tiflisdə ermənilərin nəşr etdirdiyi “Mşak” qəzeti 1916-cı ildə yazmışdı ki, “Erməni musiqili teatrın əsası “Arşın mal alan” operettası ilə qoyulub”.

70-ə yaxın dilə dublyaj olan “Arşın mal alan”

İlk erməni bəstəkarlarından olan A.Tiqranyan isə səmimi etiraf etmişdi ki, onu bəstəkarlığa sövq edən və “Anuş” operasını yazmağa vadar edən məhz Üzeyir Hacıbəyli və onun “Leyli və Məcnun” operası olmuşdur. Lakin Üzeyir Hacıbəylinin ətrafında fəaliyyət göstərən, onunla ünsiyyətdə olan erməni musiqiçiləri heç də həmişə saf, səmimi olmamışdılar. Üzeyir bəylə rəsmi müqavilə bağlayan onun “Arşın mal alan” operettasını erməni dilində çar Rusiyasının bir çox şəhərlərində səhnəyə qoymağa icazə alan Sedrak Maqalyan tezliklə müqavilənin şərtlərini pozur, operettadan gələn mənfəəti tək mənimsəyir, var-dövlət sahibi olur. 1921-ci ildən ABŞ-a köçən S.Maqalyan “Arşın mal alan”ı bir çox şəhərlərdə səhnəyə qoyur, sonra əsəri öz malı kimi Hollivudun erməni əsilli rejissoru R.Mamulyana satır. O da 1937-ci ildə eyni adlı filmini çəkir.

Lakin bir həqiqət də var idi ki, “Arşın mal alan” operettası erməni sənətçilərinin xain münasibətinə rəğmən çoxdan öz uca şöhrət taxtında əyləşmişdi və həm müəllifinə, həm xalqına, həm doğma Azərbaycana rəğbət qazandırır, məhəbbət bəxş edirdi. 1917-ci il 16 fevralında “Molla Nəsrəddin” jurnalı yazırdı: “Amerikanın Nyu-York şəhərində çıxan bir qəzet xəbər verir ki, Amerikanın teatrlarında da “Arşın mal alan” operettasının təzəliklə oynamağa başlayıblar. Bən də bunu ərz edə bilərəm ki, altı aylıq səyahətimdə gördüm ki, Aşqabaddan tutmuş Daşkəndə, Orenburqa, Samara, Carıtsin, Həştərxan, Petrovski, Vladiqafqazdı küçə və bazarda “Arşın mal alan” dan savayı özgə söhbət yoxdur...”.

Doğrudan da “Arşın mal alan” operettasının şöhrəti ilə rəqabətə girə biləcək musiqili səhnə əsərləri çox azdır. Bu əsər Azərbaycanın musiqi mədəniyyətində bir zirvə olmaqla bərabər həm də ölkəmizi, xalqımızı ləyaqətlə təmsil edə bilən mənəvi pasportumuza çevrilmişdir.

Təsadüfi deyildi ki, 23 ay ömür sürən ADR dövründə milli musiqi mədəniyyəti sahəsində ən parlaq nümunə kimi hökumətimiz məhz “Arşın mal alan”ı Fransada göstərilməyi planlaşdırmışdı.

II Dünya müharibəsinin qızğın çağında SSRİ kimi fövqəldövlətə başçılıq edən İ.V.Stalin “Arşın mal alan”ı ekranlaşdırmağı qərarlaşdırmışdısa da, bu addım təkcə Hollivudun erməni sənətçilərinin ortaya çıxardığı bədnam bir filmə cavab deyildi. Bir sənət əsəri kimi gözəl, mükəmməl hər bir xalqın zövqünü oxşamağa qadir olan “Arşın mal alan” - əlbəttə, SSRİ-yə başqa mənəvi və maddi dividentlər gətirəcəkdi. Elə də oldu. 70-ə yaxın dilə dublyaj olan “Arşın mal alan” filmi dünyanı ölkə-ölkə, şəhər-şəhər, kəndbəkənd səyahət edərək müəlliflə bərabər SSRİ–ni də şöhrətləndirir və ölkə xəzinəsinə heç də bir filmin gətirmədiyi milyonlarla valyuta gətirirdi.

1919-20-ci illər “Azərbaycan” qəzetinin baş redaktoru olduğu zaman Üzeyir Hacıbəyli bir mücahid kimi qələmini silaha çevirib illər boyu xalqın arzuladığı müstəqil dövlətimizin keşiyində durmuşdu. Hətta bəstəkarlıq işində bir qədər səngimə, durğunluq yaranmışdı. Bir vətəndaş, bir jurnalist, bir ictimai xadim kimi ətrafda baş verən bütün hadisələri dərindən öyrənir, təhlil edir və cavablandırırdı. Əslində Ü.Hacıbəylinin “Azərbaycan” qəzetində dərc etdirdiyi məqalələr, felyetonlar öz gücünə, qüdrətinə görə bir ordunun müzəffər zərbələrinə bərabər idi. Bolşevik və erməni xainlərinin Azərbaycan sərhədlərində, hücuma hazır olduqları bir zamanda belə Üzeyir bəy cəsarətlə, hünərlə, qorxmadan öz haqq sözünü millətə bəyan edirdi. 25 aprel 1920-ci il dərc etdirdiyi məqalədə yazırdı: “Hətta bunu da deyim ki, Azərbaycanda bolşevik hökuməti qurublar, Əliheydər Qarayevi onun başına qoysan o halda sovet hökumətinin “bizə dəyməz” deyə xəyal edənlərə xam xəyal sahibi demək olar, amma xalı və gəbəyə mütləqən xammal demək olmaz”.

...Bəli, 28 aprel 1920-ci ildə Bakıda bolşevik çevrilişi oldu və Əliheydər Qarayev hakimiyyətə gəldi və kütləvi həbslərə, qətl və qarətlərə rəvac verdi. Üzeyir Hacıbəyli də həbs olunanlar arasında idi. Hə yaxşı ki, Nəriman Nərimanov bu həbsdən vaxtında xəbər tutub, Üzeyir bəyi məhbəsdən çıxara bildi. Üzeyir Hacıbəylinin həyatının yeni dönəmi başladı. Artıq bu dönəmdə ona ölkənin siyasi işlərinə müdaxilə etməyə imkan verilmirdi. Həm də yalan, iftira, qətl, qarətlə hakimiyyətə gələnlərlə Üzeyir bəyin bir masa arxasında oturmağa heç meyli də yox idi. O öz gücünü, qüvvətini, elmini, istedadını daha vacib işlərə - millətin mədəniyyətinin, elminin yüksəlməsinə, güclənməsinə sərf etməyi daha üstün tutdu.

XX əsrin 20-ci illəri Üzeyir Hacıbəylinin ən geniş fəaliyyəti - musiqi maarifi sahəsinə həsr olundu. Azərbaycan musiqi incəsənətini dünyada əminliklə təsdiq etməkdən ötrü əsaslı tədris müəssisələri, musiqi məktəbləri, milli kadrları yetişdirəcək konservatoriya təsis edilməli, dərslikləri, proqramları əhatə edəcək geniş layihələr yaradılmalı idi. Bu ağır və şərəfli vəzifəni də Üzeyir bəy həyata keçirdi.

26 noyabr 1921-ci ildə Fransaya, qardaşı Ceyhun Hacıbəyliyə məktubunda yazırdı: “...Mən bu il müsəlmanlara məxsus olmaq üzrə bir konservatoriya açdım, bu saat orada iki yüzdən artıq məktəb şagirdi oxuyur. Bir həftə əvvəl rəsmi-güşadı idi. Bütün komissar yoldaşlar başda Nərimanov olmaq üzrə gəlmişdilər. Təbrik nitqdən sonra çay verdim, çox canfəşanlıq oldu. Hökumət mənə hər bir barədə kömək edəcəyini vəd etdi. Həqiqətən bu konservatoriyanın bizim müsəlmanlardan ötrü mənası olacaqdır...”.

Bu müdrik sözlər az sonra həqiqətə çevrildi. Asəf Zeynallı, Səid Rüstəmov, Qara Qarayev, Soltan Hacıbəyov, Fikrət Əmirov və neçə-neçə böyük bəstəkar və ifaçı nəsli dahi Üzeyir Hacıbəylinin “şinelindən çıxmış oldu”.

SSRİ Xalq artisti adına layiq görülən ilk bəstəkar

1937-ci ildə “Koroğlu” operası meydana çıxanda artıq Üzeyir bəyin yetişdirdiyi gənc, istedadlı musiqiçi nəsli mətin bir ordu kimi öz müəllimlərinə arxa idilər. Bu tələbələrdən kimi opera səhnəsində, xorda oxuyur, kimi orkestrin tərkibində çıxış edir, bəziləri operanın orkestr səslərinin köçürülməsində əziz müəllimlərinə kömək edirdilər.

Dahi Üzeyir bəyi sevən Azərbaycan xalqı isə “Koroğlu” operasının səhnədə təcəssüm olacağı günü, əziz bir bayramı gözləyən kimi gözləyirdilər.

1937-ci ilin aprelin 30-da “Koroğlu” operasının premyera günü Azərbaycanda əsil musiqi təntənəsi yaşandı. Azərbaycanın artıq yetişmiş milli vokal ustaları öz gözəl, məharətli çıxışları ilə o gün adlarını milli musiqi tariximizin şərəfli səhifələrinə həkk etdilər. Bülbül, Gülarə İsgəndərova, Böyükağa Mustafayev, Qulam İsgəndərov, Əli Zülalov və başqaları xalqın sevimli sənətçiləri kimi alqışlandı. Operanın quruluşçu rejissoru İsmayıl Hidayətzadə, libretto müəllifləri Heydər Hüseynov və Məmməd Səid Ordubadi, rəssamı Rüstəm Mustafayev, dirijoru müəllif özü idi. “Koroğlu” operası milli operalarımızın məntiqli inkişafını göstərməklə yeni mərhələnin, yeni zirvənin fəth olunmasından xəbər verirdi.

Hələ 20-ci illərdən Azərbaycan operasının taleyini yad ölkələrdən gəlmiş R.Qliyer, Y.Lyubarski kimilərə həvalə olunmasını təkid edən Mustafa Quliyevlər, Şövkət Məmmədovalar “Koroğlu” operasının ilk sədaları ilə tarixin heç də ürəkaçmayan səhifələrində özlərinə yer aldılar. Üzeyir bəy bir daha sübut etdi ki, milli mədəniyyəti, milli qüruru yad mədəniyyətlərin ikinci dərəcəli tərkib hissəsinə çevirmək olmaz.

Tale bir daha Üzeyir bəy Hacıbəylinin qələbəsini ümumxalq bayramına çevirdi.

Həmin tarixin şahidi 19 yaşlı Qara Qarayev 43 il sonra yazacaqdı: “Koroğlu”nun premyerası uğurla keçdi. Bu təkcə fror, böyük uğur, parlaq premyera deyildi. Bu nəsə tamam başqa bir şey idi – sevinc, həyəcan, göz yaşları... Hər bir tamaşaçı, hətta ən cahili belə anlayırdı ki, tale onu xalqının tarixində təkrarolunmaz hadisənin şahidi etmişdir. Və bu həqiqətən belə idi!...”.

Bir il sonra 1938-ci ildə Moskvada keçən Azərbaycan İncəsənəti Dekadası günləri “Koroğlu”ya iki dəfə baxıb məmnunluqla öz fikirlərini əsərin müəllifi ilə bölüşən və onun sağlığına tost qaldıran SSRİ–nin rəhbəri İ.V.Stalin, nəhayət ki, bəstəkarlara da yüksək fəxri ad – SSRİ Xalq artisti adını vermək qərarına gəldi. İlk bu fəxri ada layiq görülən bəstəkar məhz Üzeyir Hacıbəyli oldu...

Q.Qarayev yazırdı: “...1938-ci ildə Moskvada keçən dekadada bəstəkarın şöhrəti göylərə ucaldı. Üzeyir Hacıbəyli musiqidə, siyasətdə, ictimai dairələrdə və respublika partiya təşkilatlarında qüdrətli bir şəxs oldu. Eyni zamanda o çox səxavətli və sadə olaraq qalırdı. Bütün qohumlarına maddi cəhətdən yardım edir, evinin yaxınlığında yerləşən uşaq evinin hesabına böyük məbləğdə vəsaiti yardım olaraq köçürür, öz hesabına təqaüdlər təyin edirdi...”.

Qara Qarayev burada incə bir mətləbə, Üzeyir bəyin xislətinə xas olan bir keyfiyyətə işarə vurur. Üzeyir bəy həm də son dərəcə səxavətli bir insan idi. Özü olduqca sadə bir həyat tərzi sürsə də, ehtiyacı olan heç bir kəsi nəzərdən qaçırmazdı. Ailə başçısını müharibədə itirmiş ailələr, Moskvada, Leninqradda və s. şəhərlərdə tələbələr, ehtiyacı olan qonşular, yetimxana uşaqları – ondan müntəzəm yardım alırdılar. İş axtaran, şəraitsiz mənzillərdə yaşayan, müxtəlif yaradıcılıq və məişət problemləri ilə üzləşən yüzlərlə insanın ümidgahı, son pənahı idi Üzeyir bəy!

Moskva dekadasından sonra Ü.Hacıbəylinin həyatında yeni bir era başlayır. Uzun illər Azərbaycan Dövlət Konservatoriyasına rəhbərlik edir. A.Ter Qevondyan öz rektor kreslosunu Ü.Hacıbəyliyə qaytarır. Azərbaycan Bəstəkarlar İttifaqı onu yeni rəhbər seçir, Ümumittifaq müsabiqələrə münsiflər heyətinin sədri və ya üzvü təyin olunur, SSRİ Ali Sovetinə deputat seçilir və bu kimi təyinatlar sayca artır. Lakin cəmi üç il əvvəl 50 yaşını haqlayan Üzeyir bəyin sənətə, səhnəyə gətirdiyi dostları, tələbələri, Xalq artisti, Əməkdar artist kimi fəxri adlar daşıyarkən nədənsə onun halal haqqını, fəxri adlarını vermək gecikirdi, yada düşmürdü. O isə içindəki təlatümləri yazdığı “Koroğlu” ilə bölüşürdü.

Doğulduğu tarix Milli Musiqi Günü kimi qeyd olunan dahi

1945-ci ildə Üzeyir Hacıbəylinin 60 yaşını bütün xalq bir bayram kimi qarşıladı. O, sədaqətlə Vətənə, millətə xidmət etmişdi. 40 ildə Avropada neçə yüz il, neçə bəstəkar nəslinin görə bildiyi işləri o görə bilmişdi. İndi Ümumxalq məhəbbəti onun halal qazancı idi. Onu fərəhləndirən hadisələr də az deyildi. “Arşın mal alan” filmi çəkilmiş və dünyanın sevə-sevə baxdığı ekran şedevri kimi qəbul edilmişdi. Onun 30 ildən artıq tədqiq etdiyi elmi əsəri nəhayət başa çatmış, “Azərbaycan xalq musiqisinin əsasları” adıyla nəşr edilmişdi. Üzeyir bəy yeni təsis olunmuş Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdi. Akademiyada onun yaratdığı və adını daşıyan “İncəsənət” institutu yaradılmışdı. Gərgin zəhmət bahasına yaratdığı filarmoniyanın nəzdindəki simfonik orkestr də 1944-cü ildən onun adını daşıyırdı. Ən önəmlisi isə o idi ki – o canı qədər sevdiyi Vətəninin – Azərbaycanın Dövlət Himninin bəstəkarı kimi yüksək şərəfə nail olmuşdu. Artıq onun taleyi Vətənin, Millətinin taleyi ilə ayrılmaz bir vəhdət idi.

1995-ci ildə dahi bəstəkarın 100 illik yubileyində ümummilli lider Heydər Əliyev demişdi: “... Xalqımızda milli dirçəliş, milli oyanış, milli özünüdərk hisslərinin yaranmasında, formalaşmasında, inkişaf etməsində Ü.Hacıbəylinin əsərləri və onun bilavasitə fəaliyyəti böyük rol oynamışdır. Azərbaycanlılar – gənclər, vətəndaşlarımız məhz Ü.Hacıbəylinin əsərlərindən ruhlanaraq, Vətənimizi daha çox sevmişlər; onun musiqisini dinləyərək, onun əsərlərindən irəli gələn fikirlərin təsiri altına düşərək hiss etmişlər ki, Vətən, ölkə, millət hər bir insan üçün nə qədər əzizdir, doğmadır...”.

Bu sözlərlə o böyük insana, bəstəkara, alimə, jurnalistə, müəllimə, ictimai xadimə xalqımızın sonsuz sevgisini ifadə edən ulu öndər Heydər Əliyev 1995-ci ildən Üzeyir Hacıbəylinin doğum gününün – 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması barədə Fərman imzalamışdır.

Bu gün də Üzeyir Hacıbəylinin əsərləri Çindən – ABŞ-a kimi bir çox ölkələrdə səslənir, sevilir. Doğma Azərbaycanın açılan hər səhəri onun yadigarı olan dövlət himnimizin sədaları ilə çıxan günəşi salamlayır. Onun adı xalqımız üçün Vətən – Azərbaycan kəlməsi qədər əziz və müqəddəsdir. Ona həsr etdiyi gözəl bir şeirində Səməd Vurğun demişdi:

O bu gün də bizimlə addımlayır yanaşı

Koroğludan oxuyur, yenə zəfər ordumuz

Ey Füzuli şerinin bir bəstəkar qardaşı

Şöhrət tapdı adınla bizim ana yurdumuz.

ATV.az





BUNU DA OXU

Roy Kin milli yığmamıza başçılıq edə bilər? - AFFA-dan açıqlama
Yük yerində sərnişin keçirməyə cəhd olundu - VİDEO
DSMF-nin vəzifəli şəxsləri saxlanıldı - VİDEO
Qapalı məkanlarda diqqətli olaq - VİDEO
Ağdaşda 50 nəfərdən artıq şəxs xüsusi karantin qaydalarını belə pozub - VİDEO
Xəbər lenti

Tramp Boston terrorçusunun edamını tələb edir - ABŞ prezidenti məhkəmənin qərarı ilə razılaşmır
23:36 03.08.2020

Erməni saxtakarlığı davam edir - Müdafiə nazirliyinin adından saxta "Twitter" hesabı açılıb
23:12 03.08.2020

Şəmkirdə yük maşını ilə minik avtomobili toqquşdu - Yağışlı hava qəzaya səbəb oldu
22:59 03.08.2020

241 nəfər yoluxdu, 647 nəfər sağaldı - COVID-19 analizi müsbət çıxmış 6 nəfər vəfat edib
22:36 03.08.2020

İtaliya Azərbaycana tibbi missiya göndərir - 11 nəfərdən ibarət ölkəmizə gəlir
22:14 03.08.2020

Müsbət dinamikanı qorumaq bizim əlimizdədir - Belə olan halda, qaydalar daha da yumuşaldılacaq
21:56 03.08.2020

Erməni lobbisinin məğlubiyyəti - Azərbaycan diasporunun uğuru Paşinyanı sınaq qarşısında qoyub
21:21 03.08.2020

SMS icazə ləğv olunur - 5 avqustdan etibarən karantin rejimi yumşaldılacaq
21:17 03.08.2020

Bakı-Sumqayıt yolunda təmir işləri davam edir - Sulutəpə qəsəbəsi və Şamaxı yolu istiqamətindəki körpü genişləndirilir
20:56 03.08.2020

Ənənəvi yoxsa distant təhsil? - İbtidai təhsil ənənəvi qaydada keçirilməlidir
20:21 03.08.2020

Zərdabda 2 kiloqram marixuana müsadirə edildi - Narkotik tərkibli bitgilərə qulluq etdiyini etiraf etdi
20:14 03.08.2020

Türkiyəli həkimlər tovuzda - Şəhid ailələrinə qurban sovqatı paylanıldı
19:58 03.08.2020

Tovuzda karantin rejimi qaydaları pozuldu - Yas mərasimi keçirənlər, sürücü və sərnişinlər cərimələndi
19:36 03.08.2020

Karantin qaydalarını pozanlar saxlanıldı - Karantin keçid postlarını keçmək istəyən maşınlar geri qaytarıldı
19:21 03.08.2020

İkinci “Azərbaycan dili” imtahanında iştirak edənlərin nəzərinə - 14 avqust gecə saat 12.00-dək qeydiyyatdan keçməlidirlər
18:56 03.08.2020

Zaqatalada leysan yağışlar və güclü külək fəsadlar törətdi - Su xətti zədələndi, elektrik naqilləri, ağaclar qırıldı
18:36 03.08.2020

“Azal”dan açıqlama - Baki-İstanbul reysləri artırılacaq
18:21 03.08.2020

Karantin rejimi yumşaldılır - Avqustun 5-dən çimərliklər açılır, SMS icazə ləğv edilir
18:20 03.08.2020

UFC-yə rəsmi etiraz məktubu göndərildi - Qanunsuz rejimin qondarma bayrağının qaldırılmasına imkan verildiyinə görə
17:54 03.08.2020

Avstraliyada təbii fəlakət rejimi - Melburnda koronavirusa görə karantin rejimi sərtləşdirilir
17:21 03.08.2020

Cənubi Koreyada sel və torpaq sürüşməsi - 6 nəfər həyatını itirdi
16:56 03.08.2020

Virusa yoluxanların sayı 18 milyon 252 mini ötüb - Epidemiya qurbanlarının sayı 693 mindən çoxdur
16:36 03.08.2020

Əfqanıstanda partlayış - 20 nəfər dünyasını dəyişdi, xeyli sayda yaralı var
16:12 03.08.2020

Müəllimlərin işə qəbulu üzrə müsabiqə - 46 mindən çox namizəd müsabiqədə iştirak etmək hüququ qazanıb
15:58 03.08.2020

Paytaxtda sərnişin avtobusları toqquşdu - Sürücülərdən biri xəsarət aldı
15:36 03.08.2020

Oğuzda polis əməliyyat keçirtdi - Silahlı şəxslər müqavimət göstərdilər
15:14 03.08.2020

Göygöldə silsilə oğurluqlar edən iki nəfər saxlanıldı - Mağazalardan, evlərdən və avtomobillərdən oğurluq ediblər
14:58 03.08.2020

Heydər Əliyev fondunun qurban hədiyyəsi - Aztəminatlı ailələrə ərzaq yardımı paylanıldı
14:21 03.08.2020

Naxçıvan qarnizonu qoşunlarında yeni tədris ili - Yeni tədris dövrünün ilk məşğələləri keçirilir
13:21 03.08.2020

NASA astronavtları kosmosdan qayıtdılar - “Crew Dragon” Meksika körfəzində suya eniş etdi
12:58 03.08.2020

Dünyanın yarısını məhv edəcək qlobal fəlakət - Yaxın yüz ildə dünyanı sel basacaq
12:25 03.08.2020

Ermənistanın mənəvi prinsiplərə sayğısızlığı - İşğalçı ölkə islam dəyərlərinə qarşıdır
19:54 02.08.2020

Ölkədə 286 nəfər koronovirusa yoluxdu - 639 nəfər sağaldı, 8 nəfər vəfat etdi
19:21 02.08.2020

Toronto şəhərində təxribat - Bir qrup erməni 2 nəfər azərbaycanlıya hücum etdi
18:54 02.08.2020

Cəbhədə son durum - Düşmən atəşkəsi 41 dəfə pozub
18:36 02.08.2020

2 avqust milli kino günüdür - Azərbaycan kinosunun 122 yaşı qeyd olunur
18:12 02.08.2020

“Azəriqaz” İB-dən sosial aksiya - Vətəndaşların müraciətləri ödənişsiz təmin olunub
17:54 02.08.2020

Yoluxma sayları gün keçdikcə azalır - Müsbət dinamikanın davam etməsi üçün qaydalara əməl etməliyik
17:39 02.08.2020

Birlik və bərabərlik - Cəmiyyətimizə aşılanan dəyərlər
17:12 02.08.2020

Evdə nişan mərasimi keçirənlər saxlanıldı - Qaydaları pozan 7 nəfər cərimələndi
16:54 02.08.2020

Baş tutmayan ucuz niyyət - KTMT daxil bütün beynəlxalq ictimaiyyət Ermənistana dərs verdi
16:21 02.08.2020

Azərbaycan – Türkiyə birgə təlimləri - Təlimlərin növbəti mərhələsi keçirilib
15:56 02.08.2020

Ermənisayağı “hüquq müdafiəsi” - “Human Rights Watch”-ın “dərdi” bəlli oldu
15:21 02.08.2020

“Rusiya erməni təxribatını təhlil etməlidir” - “Ermənistanın regionda yürütdüyü siyasət Rusiyanın maraqlarına qarşıdır”
20:14 01.08.2020

XİN-dən açıqlama - “Qondarma qurumla görüş özünü aldatmaqdan başqa bir şey deyil”
17:58 01.08.2020

Ronaldo son matçda iştirak etməyəcək - Futbolçu "Qızıl Buts" mükafatına namizəd olmayacaq
17:36 01.08.2020

Millidə daha bir italyan - Baş məşqçinin daha bir köməkçisi məlum oldu
17:15 01.08.2020

Daha 279 nəfər koronovirusa yoluxdu - 592 nəfər sağalıb, 6 nəfər vəfat edib
16:58 01.08.2020

Azərbaycan-Türkiyə birgə təlimləri davam edir - Naxçıvanda taktiki uçuş, taktiki atışlı təlimlər keçirilib
16:36 01.08.2020

Koronavirusa yoluxanların sayı azalır - Təcili tibbi yardıma edilən zənglər 30 faiz azalıb
16:15 01.08.2020

Meydanda tək qalan Ermənistan - Təcavüzkar siyasətin nəticəsi
15:58 01.08.2020

ABŞ-da polis zorakılığı - Keçmiş diplomat: “hər bir amerikalı bunu görməlidir”
15:36 01.08.2020

Bu gün Azərbaycan dili günüdür - Azərbaycan Əlifbası günü 2001-ci ildən qeyd edilir
15:14 01.08.2020

Siyəzəndə dəhşətli yanğın ölümlə nəticələndi - Hadisə Siyəzənin Sədan kəndi ərazisində qeydə alınıb
14:58 01.08.2020

Qanunsuz ət kəsimi ilə məşğul olan 7 nəfər saxlanılıb - Onlar barəsində protokol tərtib edilib
14:36 01.08.2020

Ağdaşda reyd keçirildi - Qurbanlıq heyvanların qanunsuz satışı və kəsimi ilə məşğul olan şəxs saxlanıldı
14:15 01.08.2020

Hikmət Hacıyevdən Ermənistanla bağlı açıqlama - Azərbaycanın uğurları Ermənistanı narahat edir
13:59 01.08.2020

Virusa yoluxanların sayı 17 milyon 990 mini ötüb - Epidemiya qurbanlarının sayı 683 mindən çoxdur
13:36 01.08.2020

Rusiyada beynəlxalq uçuşlar bərpa edildi - Turistlər hələlik üç ölkəyə səfər edə biləcək
13:14 01.08.2020

Almaniyada bank şöbəsinə hücum - 12 nəfər xəsarət aldı
12:59 01.08.2020

Portuqaliyada dəmiryol qəzası - 2 nəfər ölüb, 40-a qədər sərnişin yaralanıb
12:36 01.08.2020

Braziliya prezidenti insanları qorxmamağa çağırdı - “Demək olar ki, hamı yoluxacaq”
12:25 01.08.2020

Rusiyada yaşayan erməni əsilli jurnalist Paşinyana hiddətləndi - “Hansı üzlə Rusiyadan kömək istəyirsiniz?”
23:58 31.07.2020

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə zəng edib
23:41 31.07.2020

İran razılıq verdi - Vurulan təyyarəyə görə təzminat ödəniləcək
23:36 31.07.2020

ABŞ-dan İrana sanksiya xəbərdarlığı - Xamneyi: “Vaşinqton İran iqtisadiyyatını çökdürmək niyyətindədir”
23:12 31.07.2020

Tramp fikrini dəyişdi - “Seçkilərin gecikməsini istəmirəm”
22:54 31.07.2020

Rusiya hərbçiləri Ermənistanda təlimlərə başladı - Manevrlərə 4 mindən çox hərbçi cəlb olunub
22:39 31.07.2020

Təlimlərdə iştirak edənlər üçün bayram keçirilib - Qurbanlar kəsilib, xidmətdə fərqlənənlər mükafatlandırlıb
22:21 31.07.2020

318 nəfər koronovirusa yoluxdu - 714 nəfər sağaldı, 7 nəfər vəfat etdi
21:57 31.07.2020

Prezident İlham Əliyev Sərəncam imzaladı
21:36 31.07.2020

Hacıqabulda meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub - Qətldə şübhəli bilinən 1 nəfər saxlanılıb
21:14 31.07.2020

Helsinki yekun aktının 45-ci ildönümü - Xarici İşlər nazirliyi bəyanat yaydı
20:54 31.07.2020

Ağstafada avtomobil qoyunlara çırpıldı - 20 baş qoyun tələf odu
20:36 31.07.2020

Polis əməliyyat keçirdi - İstixanada narkotik becərən şəxs tutuldu
20:34 31.07.2020

Heydər Əliyev fondu aztəminatlı ailələri sevindirir - 100 mindən çox ailəyə qurban payı verilir
20:14 31.07.2020

Los anceles polisi erməni yalanalarını ifşa etdi - Ermələrin bu dəfə ki, yalanı da baş tutmadı
16:58 31.07.2020

Cəlilabadda minik avtomobili traktorla toqquşdu - Sürücü hadisə yerində keçindi
16:39 31.07.2020

Bayram namazı qılındı - Pandemiya ilə əlaqədar insanlar namazı evlərində qıldılar
16:21 31.07.2020

Ağdaşda iki avtomobil toqquşdu - Sürücü öldü, sərnişin xəsarət aldı
15:58 31.07.2020

Bütün xəbərlər