Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

"Nəsimi ili" çərçivəsində Çində Azərbaycan dili və ədəbiyyatı sərgisi açılıb - FOTOLAR

"Nəsimi ili" çərçivəsində Çində Azərbaycan dili və ədəbiyyatı sərgisi açılıb - FOTOLAR
   256 dəfə oxunub

Çinin nüfuzlu ali təhsil ocaqlarından olan Pekin Xarici Dillər Universitetində (PXDU) Azərbaycan dili və ədəbiyyatı sərgisi açılıb.

Atv.az AZƏRTAC-a istinadla xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizin Çindəki səfirliyi və Pekin Xarici Dillər Universiteti tərəfindən keçirilən sərgi Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə elan olunmuş "Nəsimi ili"ndə dahi şairin 650 illik yubiley tədbirləri çərçivəsində təşkil edilib. Doğma Azərbaycan dilində yazıb-yaratmış Nəsiminin yaradıcılığı həm Azərbaycan dilinin inkişafının, həm də Azərbaycan ədəbiyyatının fətholunmaz zirvəsidir. Bununla bağlı respublikamızda və onun hüdudlarından kənarda Nəsiminin yubileyi böyük coşqu ilə qeyd edilir. Pekin Xarici Dillər Universitetində təşkil olunan sərgi də yubiley tədbirlərinin davamıdır.

Sərgidə Azərbaycan dili və onun tarixinə, müasir dövrdə Azərbaycanın dil siyasətinə dair nəşrlər, Qobustan qaya rəsmləri, qədim Azərbaycanda müxtəlif dövrlərdə istifadə olunan əlifbalar, habelə Azərbaycan folkloru, "Kitabi-Dədə Qorqud" dastanı, Azərbaycan şair və yazıçılarının Azərbaycan, Çin və ingilis dillərində əsərləri, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətinə, Azərbaycan-Çin əlaqələrinə, Azərbaycan ədəbi tədqiqatlarına, Pekin Xarici Dillər Universitetində Azərbaycan dilinin tədrisinə dair eksponatlar, kitablar nümayiş olunur. Bundan başqa, Azərbaycanın tarixinə, mədəniyyətinə, incəsənətinə aid nəşrlər, Azərbaycan xalçaları, milli geyimlər, rəsm əsərləri təqdim olunub.

Sərgidə, həmçinin Heydər Əliyev Fondunun müxtəlif sahələri əhatə edən nəşrləri nümayiş olunur. Qeyd edək ki, Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində tədbirlər həyata keçirən Heydər Əliyev Fondu, eyni zamanda, dünyanın bir çox ölkələrində Nəsimi irsinin təbliği üzrə layihələr reallaşdırır.

Sərginin açılış mərasimində çıxış edən PXDU-nun prorektoru Yan Quoxua Çin-Azərbaycan dostluq əlaqələrinin böyük tarixi olduğunu, müasir dövrdə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından ötən 27 il ərzində münasibətlərin qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri əsasında sürətlə inkişaf etdiyini deyib. Bildirib ki, "Bir kəmər, bir yol" təşəbbüsünün reallaşdırılması çərçivəsində hər iki ölkə öz üstünlüklərindən istifadə edərək əməkdaşlığı daha da möhkəmləndirib.

Təmsil etdiyi universitetdə 2015-ci ildə Azərbaycan dili ixtisasının yaradılması ilə bağlı qərar qəbul edildiyini yada salan Yan Quoxua əlavə edib ki, 2017-ci ildən başlayaraq universitetdə Azərbaycan dilinin 3-cü dil kimi tədrisinə, keçən ildən isə Azərbaycan dili ixtisası üzrə kadrların hazırlanmasına başlanılıb. Ötən müddətdə PXDU ilə Azərbaycanın dövlət qurumları, Heydər Əliyev Fondu, Milli Elmlər Akademiyası, ali təhsil ocaqları ilə səmərəli işgüzar əlaqələr yaradılıb. Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, digər elm və dövlət adamları universitetdə mühazirələr oxuyublar.

Prorektor Yan Quoxua PXDU-da ilk dəfə keçirilən Azərbaycan dili və ədəbiyyatı sərgisi vasitəsilə tələbələrin Azərbaycan ədəbiyyatını və mədəniyyətini daha dərindən öyrənəcəklərinə ümid etdiyini deyib.

Səfir Əkrəm Zeynallı tədbirin Azərbaycan və Çin arasında bütün sahələrdə olduğu kimi, humanitar əlaqələrin də yüksək səviyyədə inkişafından xəbər verdiyini deyib. "Sevindirici haldır ki, Azərbaycan və Çin arasında dövlət qurumları çərçivəsində həyata keçirilən səfər və tədbirlərə ölkələrimizdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və tədris müəssisələri də qoşulublar. Bu xüsusda, Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi vurğulanmalıdır. Heydər Əliyev Fondu Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası ilə birlikdə 2018-ci ilin dekabrında Pekində Azərbaycan-Çin dostluq konsertini, Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki mənzil-qərargahında Azərbaycan Mədəniyyəti Gününü, eləcə də çinli gənclərin Azərbaycana və azərbaycanlı gənclərin Çinə səfərlərini təşkil edib, həmçinin Çində təşkil edilən bir sıra festivallarda Azərbaycanın iştirakına dəstək verib", - deyə diplomat vurğulayıb. Bildirib ki, Heydər Əliyev Fondu Çinin Yunnan əyalətində yoxsulluğun aradan qaldırılması proqramının həyata keçirilməsinə öz töhfəsini vermək qərarına gəlib və ilk addım olaraq əyalətin Malipo rayonunun məktəblərindən birində idman meydançasının yenidən qurulmasını öz üzərinə götürüb.

Pekin Xarici Dillər Universitetinin Azərbaycan ilə əlaqələrinin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirən səfir Ə.Zeynallı qeyd edib ki, bugünkü tədbirin də əsas mahiyyəti Azərbaycanın ədəbi irsi haqqında çinli dostlarımıza geniş məlumat vermək, onları dünya ədəbi irs tarixinə adları böyük hərflərlə yazılmış Azərbaycan mütəfəkkirləri və onların əsərləri ilə tanış etmək, bununla isə xalqlarımız arasında tarixən mövcud olmuş əlaqələrin daha da inkişafına töhfə verməkdir. Tarixə nəzər saldıqda görə bilərik ki, Azərbaycan dili və ədəbiyyatının öyrənilməsi ümummilli lider Heydər Əliyevin sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi dövrdə xüsusilə güclənmiş və Azərbaycan mütəfəkkirlərinin əsərləri geniş araşdırılmağa başlanmışdır. Məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın şair filosofu İmadəddin Nəsiminin 600 illik yubileyi 1973-cü ildə UNESCO tərəfindən qeyd edilib, həmin il "Nəsimi" filmi çəkilib. O dövrdən etibarən şairin yaradıcılığı ilə bağlı araşdırmalar genişlənib, müxtəlif dillərə tərcümə edilmiş kitabları işıq üzü görüb, Nəsimi haqqında bədii əsərlər, təsviri sənət, ekran və səhnə əsərləri yaradılıb, 1979-cu ildə Bakıda şairin möhtəşəm abidəsi ucaldılıb. Bildirilib ki, 2017-ci ildə şairin vəfatının 600 illiyi Parisdə UNESCO-nun iqamətgahında yüksək səviyyədə qeyd edilib, 2018-ci ildən etibarən isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanda "Nəsimi – şeir, sənət və mənəviyyat Festivalı" keçirilməyə başlanıb.

Mərasimdə çıxış edən tanınmış çinli türkoloq, professor Xu Cenxua Azərbaycanı böyük tarixə və zəngin mədəniyyətə sahib olan qədim sivilizasiya ölkəsi kimi dəyərləndirib. Azərbaycanın dahi şairi Nizami Gəncəvinin "Yeddi gözəl" əsərində Çin gözəli haqqında da bir hekayə var.

Dil və ədəbiyyatın hər bir xalqın mədəniyyətinin, milli kimliyinin çox önəmli və əvəzolunmaz hissəsi olduğunu deyən professor Azərbaycan dilinin zənginliyindən söz açıb, xalqımızın bu gözəl dildə maraqlı folklor və ədəbiyyat yaratdığını deyib. "Çində də tanınan və tədqiq edilən "Kitabi-Dədə Qorqud" dastanı bunun ən böyük örnəyidir. Azərbaycanın çox məşhur dramaturqunun "Arşın mal alan" əsəri keçən əsrin 30-cu illərində uyğur dilində Çinin Sincan əyalətində tamaşaya qoyulub. Sonralar həmin əsər Pekin, Uxan və digər şəhərlərdə də dəfələrlə səhnəyə qoyulub və çox sevilib. PXDU-da açılan sərgi nəinki Azərbaycan dili və ədəbiyyatı ilə tanış olmaq üçün yaxşı fürsətdir, hətta xalqlarımız arasındakı sıx əməkdaşlığa böyük bir töhfədir. Bu, həm də Azərbaycan və Çin xalqları arasında ənənəvi dostluğun "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində daha da gücləndirilməsi prosesinə dəstəkdir", - deyə professor Xu Cenxua bildirib.

Pekin İctimai Elmlər Akademiyasının alimi Can Nin Azərbaycanda müxtəlif mədəniyyətlərin və sivilizasiyaların inkişaf etdiyini deyib, ölkəmizdəki multikultural dəyərlərdən söz açıb.

Tədbirdə Pekin Xarici Dillər Universitetində Azərbaycan dili ixtisası üzrə təhsil alan tələbələr Azərbaycan, Çin və ingilis dillərində Nəsimi, onun yaradıcılığı haqqında çıxış ediblər.

Sonra mərasim iştirakçıları sərgi ilə tanış olublar.

Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev bildirib ki, noyabrın 15-dək davam edəcək sərginin PXDU-da keçirilməsi təsadüfi deyil. Bütün Asiya məkanında Azərbaycan dili ixtisası üzrə tələbə qəbulu və Azərbaycan kafedrası ilk dəfə PXDU-da təşkil olunub. Azərbaycan tərəfinin təşəbbüsü və dəstəyi ilə burada keçən illər ərzində dəfələrlə ölkəmizlə bağlı tədbirlər təşkil olunub, Azərbaycan həqiqətlərini, dilimizin və mədəniyyətimizin təbliğini elmi yolla həyata keçirən layihələr icra olunub. PXDU Azərbaycan dilinin və mədəniyyətinin tədrisi və tədqiqinə xüsusi diqqət ayırır. Hazırda universitetdə Azərbaycan Mərkəzinin yaradılması istiqamətində işlər aparılır.

Atv.az

















BUNU DA OXU

Zakir Əliyevin acı həyat hekayəsi - "Şou ATV"də - VİDEO
Çindən bir milyon tut tingi gətirilir - 34 rayonda yeni tut bağları salınacaq
Tovuzda 10 yaşlı qız itkin düşdü - FOTOLAR
Gülşən Qurbanovanın həyatı haqqında bilmədikləriniz - VİDEO
Sumqayıt məktəbliləri ATV-də - Kanalın əməkdaşları ilə görüşüb, studiyalara baxdılar - VİDEO
Xəbər lenti

“S-400”dən imtina edilməyəcək” - Türkiyənin Müdafiə Nazirindən açıqlama
21:54 22.11.2019

Zakir Əliyevin acı həyat hekayəsi - "Şou ATV"də - VİDEO
21:35 22.11.2019

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib - FOTOLAR
21:17 22.11.2019

“Əlinizdəki şəkil və videoları bizə göndərin” - ABŞ Dövlət katibi etirazçılara müraciət etdi
20:54 22.11.2019

Cərrahlar və tələbələr bir araya gəldi - VI Bakı Beynəlxalq Tibbi Treninq Günləri keçirilib
20:35 22.11.2019

Ev yanaraq külə döndü - Kürdəmirdə - FOTOLAR
20:14 22.11.2019

Sabah bəzi rayonlara qar yağacaq
19:54 22.11.2019

Vladimir Putinin illik mətbuat konfransı keçirəcək
19:35 22.11.2019

Atasını axtaran bacılar niyə qorxur ? - VİDEO
19:14 22.11.2019

Nazirlik monitorinq apardı - On şadlıq sarayında manqaldan istifadəyə qadağa qoyuldu
18:54 22.11.2019

“Azərbaycan Beynəlxalq münasibətlər sistemində” - BSU-da Beynəlxalq konfrans keçirildi
18:35 22.11.2019

BDU-nun tələbələri nədən zəhərlənib? - Valideynləri ilkin səbəbi açıqladılar
18:14 22.11.2019

Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında - Sərəncam
17:52 22.11.2019

Naxçıvan Muxtar Respublikasında Süni Mayalanma Mərkəzinin yaradılması ilə bağlı tədbirlər haqqında - Sərəncam
17:45 22.11.2019

Əlil və şəhid ailələrinin mənzil təminatı ilə bağlı tədbirlər haqqında - Sərəncam
17:37 22.11.2019

Çindən bir milyon tut tingi gətirilir - 34 rayonda yeni tut bağları salınacaq
17:18 22.11.2019

Zaurdan Günaya sərt sözlər: "Ağlamalı vəziyyətdəsən" - VİDEO
17:00 22.11.2019

Könül Kərimova oğlu Rəşadla birlikdə verilişdə qonaq oldu - “Şou ATV”də - VİDEO
16:40 22.11.2019

İranda hərbi təlimlər keçirilir
16:21 22.11.2019

Tovuzda 10 yaşlı qız itkin düşdü - FOTOLAR
16:03 22.11.2019

Paraqvayda hərbi helikopter qəzaya uğrayıb
15:45 22.11.2019

Afro-Latin sintez qrupu “Buyeponqo” Bakıda - Gəncə, Şəki, Zaqatala və Qəbələdə də çıxış edəcəklər
15:26 22.11.2019

Azərbaycanlı alimlər Almaniyada beynəlxalq konqresdə iştirak ediblər - FOTOLAR
15:07 22.11.2019

Cinayətə əli bulaşanlar layiqli cəza alacaqlar - VİDEO
14:48 22.11.2019

Sabunçuda şirniyyat sexi bağlandı - Antisanitar şəraitdə məhsul istehsal edilirmiş
14:30 22.11.2019

Şimal bölgəsinə qar yağır - Altıağacda qarın hündürlüyü 12 sm çatıb
14:11 22.11.2019

Dünənin, bu günün, sabahın partiyası - VİDEO
13:49 22.11.2019

“S-400”lərin alışı dayandırılmasa, sanksiya olacaq - ABŞ-dan Türkiyəyə növbəti hədə
13:14 22.11.2019

“İranın daxili işlərinə qarışmayın” - Rəsmi Tehrandan Avropaya xəbərdarlıq
12:55 22.11.2019

Режиссер без слабых фильмов - или Расиму Оджагову посвящается... - VİDEO
12:38 22.11.2019

Yağışlı hava ilə bağlı sürücülərə xəbərdarlıq - "Sürət həddini aşmayın, manevrlər etməyin"
12:20 22.11.2019

Yanacaq daşıyan avtomobil yandı - Sürücü həyatını itirdi
12:01 22.11.2019

Yaponiyadan bəd xəbər - "Böyük Dəbilqə"nin ilk günü uğursuz oldu
11:41 22.11.2019

Tələbələrin durumunda dəyişiklik yoxdur - Səhiyyə Nazirliyindən zəhərlənən tələbələrlə bağlı açıqlama
11:23 22.11.2019

Tarixdə bu gün - 22 Noyabr - Ədliyyə işçiləri, Sumqayıt, "Zaporojets" və Mayk Tayson...
11:04 22.11.2019

Birinci vitse-prezident Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə tanış olub - FOTOLAR
10:45 22.11.2019

Türkiyə hərb sənayesindən növbəti uğur - Uzunluğu 231 metr olan gəmidə işlər yekunlaşır
10:29 22.11.2019

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb - FOTOLAR
10:10 22.11.2019

Gəncədə iki avtomobil toqquşub, sürücü xəsarət alıb
09:53 22.11.2019

İkili dilpom proqramı təsdiq edildi - Tələbələr xarici universitetlərdə hansı ixtisasları seçə biləcək?
09:35 22.11.2019

Peter Bense - Bu axşam - Bakı Konqres Mərkəzində
09:20 22.11.2019

“Dubai Airshow 2019” sərgisində ən müasir texnologiyalar nümayiş etdirilir - FOTOLAR
21:56 21.11.2019

Şəhid ailələri və Qarabağ əlillərinə ev verildi - Daha 13 ailə mənzillə təmin olunub
21:35 21.11.2019

Təhlükəli "GHOSTY" tətbiqi silindi - Nazirlik vətəndaşlara xəbərdarlıq etdi
21:16 21.11.2019

Ən çox islahat aparan 20 ölkədən biri - On ayda ölkəmizdə qeyri-neft sektoruna 7,2 milyard manat yönəldilib
20:55 21.11.2019

Pirşağı, Zabrat, Ramana və Maştağa sakinlərinə şad xəbər - Kanalizasiya xətləri çəkiləcək, yeni yol salınacaq
20:34 21.11.2019

Qobuda on ailə fərdi evlə təmin olundu - Şəhid ailələri və Qarabağ əlillərinin mənzil problemi həll olunur
20:13 21.11.2019

“Cinayətə əli bulaşanlar layiqli cəza alacaqlar” - Prezidentin köməkçisi deport olunanlardan danışdı
19:54 21.11.2019

Bələdiyyə sədri həbs edildi - Onun torpaq satdığı aşkarlanıb
19:35 21.11.2019

1500 hektarda 420 min fındıq ağacı əkilib - Yeni fındıq bağları salınır
19:14 21.11.2019

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında - Sərəncam
18:55 21.11.2019

Sabah hava necə olacaq?
18:36 21.11.2019

Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib - FOTOLAR
18:19 21.11.2019

Qida zəhərlənməsi ilə bağlı cinayət işi açıldı - Tələbələrin nədən zəhərləndiyi araşdırılır
17:59 21.11.2019

Gürcüstanda növbəti etiraz aksiyası keçirilib
17:38 21.11.2019

Körpə uşağını atıb gedən ana studiyaya gəldi - "Bizimləsən" - VİDEO
17:19 21.11.2019

Ermənistanın keçmiş prezidentindən açıqlama
16:59 21.11.2019

Zakir Fərəcov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
16:47 21.11.2019

Sumqayıt şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında - Sərəncam
16:40 21.11.2019

Sumqayıt şəhərində yeni “ASAN xidmət”lə bağlı - Sərəncam
16:35 21.11.2019

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında - Sərəncam
16:30 21.11.2019

Milli Qəhrəmana film həsr olundu
16:24 21.11.2019

Üç ölkənin opera ulduzu Bakıda bir araya gəlib
16:06 21.11.2019

Tailand-Laos sərhədində 5,8 bal gücündə zəlzələ olub
15:48 21.11.2019

Bakıda avtobus qəzasında 6 nəfər yaralanıb - Yaralılardan biri azyaşlıdır
15:29 21.11.2019

İranda etirazçıların rəhbərləri həbs edilib - Onların xarici casuslarla əlaqəsinin olduğu bildirilir
15:10 21.11.2019

Estoniya internetsiz qalıb - Siçovullar kabelləri yeyib
14:51 21.11.2019

Sabunçu-Pirşağı xətti istifadəyə hazırdır - Stansiya müasir standartlara uyğun qurulub - VİDEO
14:32 21.11.2019

Nitq qüsurlu Şəhriyar evlənmək üçün efirə gəldi - “Bizimləsən” - VİDEO
14:15 21.11.2019

Gülşən Qurbanovanın həyatı haqqında bilmədikləriniz - VİDEO
14:00 21.11.2019

Yaşar Böyükanıt vəfat edib - Dörd gün əvvəl isə həyat yoldaşı dünyasını dəyişmişdi
13:45 21.11.2019

Sosial Tədqiqatlar Mərkəzi sorğu keçirib - VİDEO
13:23 21.11.2019

Hacıqabulda elektrik xətlərini kəsib oğurlayan 2 nəfər saxlanılıb - VİDEO
13:02 21.11.2019

Hindistan ballistik raketlərin sınağını keçirib - Raketlər nüvə başlıqları daşıya bilir
12:45 21.11.2019

Əsədə tabe qüvvələr İdlibi bombalayıb - 12 dinc sakin həyatını itirib
12:27 21.11.2019

Yeni Azərbaycan Partiyasının yaradılmasından 27 il ötür
12:08 21.11.2019

Роналду тайно женился на Джорджине Родригес в Марокко?
11:51 21.11.2019

Kürdəmirdə avtomobil qəzası baş verib - Sürücü dünyasını dəyişib - FOTOLAR
11:35 21.11.2019

İki avtomagistralda sürət həddi endirildi - Yağışlı hava ilə əlaqədar
11:16 21.11.2019

İş axtarmaq asanlaşdı - Yeni sistemdən istifadə qaydası - VİDEO
10:58 21.11.2019

Bütün xəbərlər