Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Süleyman Rüstəm niyə iranlı qubernatorun başına silah dirəyib?

Süleyman Rüstəm niyə iranlı qubernatorun başına silah dirəyib?
1404 dəfə oxunub

 

 Bir gün xəbər gəldi ki, Sərabın Dağ kəndlərinin birində sovet adamları xanı və oğlunu öldürüb izini itiriblər. Əlbəttə, bu, düşmənlərin şayiəsi idi. O kənddə bir nəfər də sovet adamı olmurdu. Qubernator bizim ştaba bu haqda etiraz bildirdi. Həmin kəndə Həsən Şəhgəldiyevlə məni göndərdilər. Biz maşınla Səraba gəldik. Sərabda olduğumuz zaman bəzi yoldaşlarımız otaqdan, yaxud kənddən kənara çıxmırdılar. İdarə işiylə və dadlı yeməklər yeməklə məşğuldular... Bir paramız isə həyatın içərisində olmağı istəyirdik. Bizə nə tapşırıq verirdilərsə dərhal icrasına başlayırdıq. Bu dəfəkj səfərdə Sərabda bir gün qalmalı olduq. Polis idarəsinə getdik. Dağ kəndinə onlarla birlikdə getməyi lazım bildik. Polis rəisi bizə əmniyələr verməkdən imtina etdi. Dedi ki: "Kəndlərdə əmniyələrimizi tutub silahlarını alırlar. Müqavimət göstərdikdən öldürürlər də. Siz zamin olsanız birlikdə gedərik". Biz zamin olduq ki, onların başından bir tük əskik olmayacaq. Atlara minməli olduq. Mənə birxam at gətirdilər. Bəli, bu at bəlkə də minilməmişdi. Polis həyətinda at məni az qalmışdı yerə çırpsın. Bu atı mənə bilərəkdən vermişdilər. Digər bir at gətirdilər. Təəccüblü burasıdır ki, həmin ata nə əmniyə rəisi, nə də əmniyələr mindi. Üzü dağlara doğru hərəkət etdik. Atlarımızı sürətlə dağ yoluyla çapırdıq. Şahgəldiyev atı bir ayaq, bir ayaq sürürdü. Çox yerdə onu gözləməli olurduq... İrəlidəki yollar bizi dağlara doğru aparırdı. Gedəcəyimiz kəndə az qalmışdı ki, əmniyə rəsi və əmniyələr atları qamçılayıb kəndə bizdan əvvəl girməyə can atdılar. Mən da atı çapdım. Onlar atları kənddə bir daxma qarşısında saxlayıb yerə endilər. - Bu nə işdir, siz bizdən zaminlik istəyirdiniz.

Necə olur ki, bizdən əvvəl kəndə girməyə cürət edirsiniz dedim. Əmniyə rəisi dedi ki, bax bu ev şurəvilərindir. Mən istədim ki, onları buradaca silahlı surətdə sizə göstərim. Nə isə Şahgəldiyev də gəlib çıxdı. Otaqda bir neçə adam vardı. Bunlar tudəçilərdəndi. Xan və oğlu haqqında sorğu-suala başlandı. Hamı bir ağızdan dedi ki, Xan və oğlu qaçmışdır. Onları öldürən olmamışdır. Xanın malikanəsinə getməli olduq. Xanın evi qarət edilmişdi. Evin müəyyən yeri yandırılmışdı, Bir manqalın dalından bir nəfər yuxulu gözlərilə bizi süzdü. Bu xanın qardaşı idi. Belə bir hadisəyə baxmayaraq, tiryək çəkməklə məşğuldu. Digər otaqdan iki qadın çıxdı. Biri xanın arvadı, digəri bacısı idi. Xanın bacısı örpəyini başından götürüb ayaqlarımın altına atdı. - Qardaşımın və oğlunun ya dirisini, ya ölüsünü bizə qaytarın - dedi. Kənd ağsaqqallarına müraciət etdik. Qarət olunmuş şeylər bir saatın içində xanın evinə qaytarıldı. Kənd əhalisi meydançaya toplaşdi. Hamı bir ağızdan xanın və oğlunun qaçdığını söyləyirdi. Əmniyə rəisi deyirdi ki, "bu yalandır, xanı öldürmüsünüz. Görünür günahı varmış ki, öldürmüsünüz". Meydançaya toplaşanlar bir-bir xanın zülmündən, oğlunun qizların namusunu pozmasından xeyli danışdı. Bir gənc qadın başını aşağı dikərək Xan oğlu tərəfindən zorlandığını danışdı. Bir qoca kürkünü qaldırıb belindəki xəncər yaralarını göstərdi. O dedi ki, Xan oğlu nəvəmi zorlamaq istəyirdi. Mən harayına yetişdim. Xan oğlu həyatimdəki meyvə ağaclarını doğramağa başladı. Mane olmaq istəyəndə xəncərlə bir neçə yerdən məni yaraladı. Divana şikayət etdim. Səsimi eşidən olmadı. Kəndlilərin arasında pəhləvan gövdəli birini tanıdım. O vaxtilə (Qulam Yəhya) Bakı neft mədənlərində işləyirdi. Mən xəlvəti ona başa saldım ki, əmniyə rəisi köhnə qurddur. Onlardan şübhələnir. Sabah gecə Səraba yanımıza gəlsinlər. Gecəni kənddə xanın evində qalmalı olduq. Kəndlilər gecə yarısına qədər bizə suallar yağdırırdılar. Əmniyə rəisi onlara belə deyirdi: "Əqlinizi başınıza yiğın. Bu gün-sabah müharibə qurtaracaq. Bunlar öz vətənlərinə qayıdacaq. Yenə burada sizinlə biz qalacağıq". Mən kəndlilərə bir neçə şeir oxudum. "Durnalar" şerimi oxuyandan sonra soruşdum ki, bu şeir onlara çatdımı? Bir kəndli dedi: - Ağa, niyə, ürəyimin qulaği var, gözü var. Durnalar bizux da". Bu söz sonra mənim bir şerimin sərlövhəsi oldu. Kəndlilər evlərinə dağılışdı. Biz xalılar üzərində yatmalı idik. Əmniyə rəisi və əmniyələr biləklərini və ayaqlarının açıq tərəfini qaytanla bərk bağladılar. Biz təəccüb etdik. Sən demə özlərini bitdən müdafiə üçün tədbir görürmüşlər. Sababı Səraba gəldik. Bir evdə rahatlanmaq istədik. Gecəyarı Qulam Yəhya bir yoldaşla yanımiza gəldi. Lampa işığında söhbətə başladıq. Onlar xanın və oğlunun həmin kənddə otaqda boğdurulub yol üstündəki quyuya atıldığını bildirdilər.

 

Artıq bu adamların burada qalması təhlükəli idi. Səhər tezdən görüşməyi qərarlaşdırdıq. Lakin sübhə qədər yata bilmədik. Bədənimizi nə isə yeyirdi. Bəlkə qaşınma xəstəliyinə tutulmuşduq, deyə düşündük. Köynəklərimizi yoxladıq. Əllmizdə bitlər sira-sıra düzülmüşdü. Dəhşətə gəldik. Sübh tezdon iki yoldaşı Ərdəbildən Təbrizə gedən hərbi yük maşınıyla yola salıb özümüz də orada qalmayıb hərəkət etdik. Mehmanxana həyətində soyunub paltarımızı yandırmağa verdik. Təmizlənib təzə paltar geydik. Təbrizdə Q.Y. yoldaşın taleyi bizi çox nigaran qoymuşdu. Bizə xəbər çatdı ki, Q.Y. yoldaşı tutublar. Sərab əmniyə rəisi Təbrizə telefonla xəbər çatdırıb ki, Q.Y. yoldaşı sovet maşınında yola salıblar. Mən şairliklə yanaşı, bir fədaiyə dönmüşdüm. Ürəyim cənublu qardaşlarımızın çəkdikləri müsibətlərə, əzablara tamaşaçı kimi baxa bilmirdi. Təbriz ziyalıları, ətraf kəndlərin nümayəndələri yanıma gəlib dərdlərini danışırdılar. Mən də onların arzularını məndən rütbəcə böyük yoldaşlara çatdırırdım. Hər ailənin, hər adamın həyatı, güzəranı bir böyük kitaba sığmayan hadisələrlə doluydu. Q.Y. yoldaşın taleyi ilə məşğul olduq. Mirzə ilə mənim yanıma iki adam tez-tez gəlib hər xahişimizi yerinə yetirməyə hazır olduqlarını bildirdilər.

Bunlardan biri Milli Qəhrəman Səttarxanın kürəkəni idi. Çox ucaboy, pəhləvan gövdəli bu adam deyirdi ki, kimi istəyirsinizsə gedib vurum. Mən bunlardan çox zülmlər çukmişəm. Biz onu başa salırdıq ki, İran torpağına gəlməkdə məqsədimiz başqadır. Biz terror əleyhinəyik. Tək-tək adamları aradan götürməklə xalqımın vəziyyəti yaxşılaşmaz. Bir gün eşitdik ki, Qarabağda nıülkədarlar öz nökərlərilə birlikdə onu facianə bir surətdə öldürüblər. İkinci adam isə Zəndi adli kürd idi. O zindandan təzəcə çıxıb Təbrizə gəlmişdi. O deyirdİ ki, "Mn kürd ziyalılarındanam. Azadgah olduğumdan neçə ildi ki, zindanda yatırdım. Mən hazırda dəmir qəfəsdən çıxmış pələngə bənzəyirəm. Deyin, kimi aradan götürüm!" Biz Səttarxanın kürəkəninə dediklərimizi ona da söylədik. Mirzə ilə bir neçə kəlmə danışdıq ki, o bizi başa düşməsin... Kürd Zəndi bir neçə dil bilirdi. Mən ona Q.Y. yoldaşın başına gələnləri danışdım. Zəndi dedi ki, mən belə işlərin çarəsini yaxşı bilirəm. Nəhayət, öyrəndik ki, Q.Y. yoldaş xilas edilmişdir. Bu həqiqətə nə qədər uyğundur, bilmirəm. Zəndi bizə dedi ki, mən qubernator Fəhminin kabinetinə girdim. Mauzeri gicgahına dayayıb Q.Y. yoldaşın dərhal azad olunmasını tələb etdim. Qoca qubernator canının qorxusundan telefonla dərhal Q.Y. yoldaşın buraxılması əmrini verdi. Sonralar Q.Y. yoldaşı hər dəfə görəndə bu hadisəni ona xatırlatmaq istədimsə də, bacarmadım....

 

(Mənbə: Süleyman Rüstəm,Cənub xatirələri)

BUNU DA OXU

Xoruldamaq hansı xəstəlikdən xəbər verir? - VİDEO
Zərərvericilərə qarşı mübarizədə yeni üsul - VİDEO
Koronavirus təhlükəsi artır - VİDEO
Siyahıyaalma davam edir - Proses ilin sonunda başa çatacaq
Prezident İlham Əliyev Davosda növbəti görüşlər keçirdi
Xəbər lenti

Xoruldamaq hansı xəstəlikdən xəbər verir? - VİDEO
19:24 23.01.2020

Zərərvericilərə qarşı mübarizədə yeni üsul - VİDEO
18:49 23.01.2020

Putinin İsrailə rəsmi səfəri başlayıb
18:30 23.01.2020

Narkotik alverçisi və onun müştərisi tutulub
18:08 23.01.2020

Cavad Zərif Səudiyyə Ərəbistanının XİN başçısına cavab verib
17:42 23.01.2020

Sərnişinlər bir ay əvvəldən bilet ala biləcəklər
17:17 23.01.2020

Seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan regional seminar-müşavirə keçirilib
16:56 23.01.2020

Xəzərdə suyun səviyyəsi niyə azalır? - VİDEO
16:33 23.01.2020

İlham Əliyevin Davosda İsveçrə Prezidenti Simonetta Sommaruqa ilə görüşüb
16:10 23.01.2020

Kirayə mənzil satışında prosesə yarım saat qalmış sistemdə problem yaranıb - YENİLƏNİB - VİDEO
15:48 23.01.2020

Füzuli rayonunda məcburi köçkün qadınlar üçün biznes sahələri yaradılıb - VİDEO
15:27 23.01.2020

Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlanıb - VİDEO
15:06 23.01.2020

Koronavirus təhlükəsi artır - VİDEO
14:44 23.01.2020

Zığ-Hövsan yolunda işlər nə vaxt yekunlaşacaq? - VİDEO
14:20 23.01.2020

Növbədənkənar parlament seçkilərinə hazırlıq davam edir
13:58 23.01.2020

İraq prezidentindən etiraf - Aksiyalarda 600-dən artıq insan öldürülüb
13:35 23.01.2020

Dəm qazı bir nəfərin həyatına son qoyub - 67 yaşlı kişi yataq otağında boğulub
13:13 23.01.2020

Siyahıyaalma davam edir - Proses ilin sonunda başa çatacaq
12:50 23.01.2020

Makron İsrail polislərini kilsədən qovdu
12:25 23.01.2020

Birinci vitse-prezident Mehriban Əliyeva Mixail Qusmanı 70 illik yubileyi münasibətilə təbrik edib
12:10 23.01.2020

“Sovetski”də söküntü dayandırılıb - İşlərə nə vaxt başlanılacaq? - VİDEO
11:52 23.01.2020

Qarabağ üçün itirilmiş il - Hikmət Hacıyev: “Erməni tərəfi formatı dəyişməyə cəhd etdi” - VİDEO
11:25 23.01.2020

Davos İqtisadi Forumu Azərbaycan üçün böyük gözləntilər vəd edir - VİDEO
11:02 23.01.2020

Agentlik əməliyyat keçirib - 6 qumbara, 3 mindən çox patron tapılıb
10:40 23.01.2020

“QLORİYA” QASIRĞASI DAVAM EDİR - 200 MİN İNSAN ÇIXILMAZ VƏZİYYƏTLƏ QARŞI-QARŞIYA
10:21 23.01.2020

Prezident İlham Əliyev Davosda Gürcüstanın Baş Naziri Giorgi Qaxariya ilə görüşüb
10:00 23.01.2020

Mixail Qusmanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
09:45 23.01.2020

BRİTANİYA PARLAMENTİ “BREXİT”İ QƏBUL EDİB
09:22 23.01.2020

Prezident İlham Əliyev Davosda bir sıra ölkələrin dövlət rəhbərləri ilə görüşlər keçirib - VİDEO
21:39 22.01.2020

Təhlükəli virus sürətlə yayılır - Hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilir
21:17 22.01.2020

Ermənistanda növbəti insident - Məhkəmə hakiminin kabineti atəşə tutulub
20:50 22.01.2020

Həzi Aslanovun 110 illiyinə həsr olunan yubiley tədbirlərinə start verilib
20:31 22.01.2020

İlham Əliyev Davosda Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa ilə görüşüb
20:10 22.01.2020

Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Andjey Dudanın Davosda görüşü olub
19:52 22.01.2020

Parlament seçkiləri ilə bağlı MSK-ya 32 müraciət daxil olub
19:29 22.01.2020

Statistika sistemi təkmilləşdirilir
19:03 22.01.2020

Daha bir marşrutda gediş haqqı kartla ödənəcək - VİDEO
18:40 22.01.2020

Badamdarda qanunsuz fəaliyyət göstərən ət kəsilən yerlər aşkarlanıb
18:18 22.01.2020

Yük maşını piyadanı vurub - Piyada hadisə yerində keçinib
17:50 22.01.2020

Sumqayıtda avtobusda cibgirlik edənlər saxlanılıb - VİDEO
17:27 22.01.2020

Əlilliyi olan şəxslərə buraxılış və qəbul imtahanlarında əlavə vaxt və nəzarət altında fasilə veriləcək
17:01 22.01.2020

Kürdəmirdə ağır yol qəzası baş verib - Xəsarət alanlar var - ÖZƏL - FOTOLAR
16:37 22.01.2020

Şagirdlərin yerdəyişməsi dayandırılır - VİDEO
16:16 22.01.2020

İraqda keçirilən aksiyada ölənlərin sayı artıb - 160 nəfər xəsarət alıb
15:50 22.01.2020

Mikroavtobus işıq dirəyinə çırpılıb - Ölən və xəsarət alanlar var
15:21 22.01.2020

Həzi Aslanov - 110! - VİDEO
14:54 22.01.2020

Prezident İlham Əliyev Dünya İqtisadi Forumu çərçivəsində keçirilən iclasda iştirak edib
14:08 22.01.2020

Gəncədə kriminal aləmin üzvü Osman Mərdanov saxlanılıb - VİDEO
13:45 22.01.2020

Burkina-Fasoda terror hadisəsi - 36 nəfər ölüb, 3 nəfər yaralanıb
13:21 22.01.2020

Koronavirus ABŞ-da da aşkarlandı - Çindən gələn gənc nəzarətə götürülüb
12:59 22.01.2020

Növbədənkənar parlament seçkilərində 95 namizəd mübarizəni dayandırıb - VİDEO
12:36 22.01.2020

Prezident İlham Əliyev Davosda növbəti görüşlər keçirdi
12:12 22.01.2020

Mingəçevirdə baş verən silahlı insidentin bəzi təfərrüatları - VİDEO
11:45 22.01.2020

Davosda Prezident İlham Əliyev ilə OPEC-in baş katibi Məhəmməd Barkindonun görüşü olub
11:24 22.01.2020

Prezident İlham Əliyev Davosda Türkiyənin Xarici İşlər naziri ilə görüşüb
11:00 22.01.2020

Azərbaycan və Gürcüstan Müdafiə nazirləri arasında hərbi əməkdaşlıq haqqında sənəd imzalanıb - Yenilənib - VİDEO
10:37 22.01.2020

TRAMPIN İMPİÇMENTİ İLƏ BAĞLI DİNLƏMƏLƏR BAŞLADI
10:18 22.01.2020

Karate üzrə yığma komandamız Fransada Premyer Liqada çıxış edəcək
09:56 22.01.2020

RUSİYANIN YENİ NAZİRLƏR KABİNETİ MÜƏYYƏNLƏŞİB
09:35 22.01.2020

İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb
09:15 22.01.2020

İlham Əliyev Davosda Xorvatiya Respublikasının Baş Naziri Andrey Plenkoviç ilə görüşüb
21:30 21.01.2020

Yol Polisi İdarəsində müşavirə - Ötən il 7316 nəfərin sürücülük hüququ məhdudlaşdırılıb -Yenilənib - VİDEO
21:11 21.01.2020

Paytaxt polisi əməliyyat keçirib - Qanunsuz tapança gəzdirən şəxs tutulub
18:35 21.01.2020

Naməlum şəhidlərdən birinin kimliyi dəqiqləşib - Yevlaxda Şəhidlər Xiyabanında dəfn ediləcək
17:20 21.01.2020

Günə gümrah başlamaq üçün hansı qidaları qəbul edək? - VİDEO
16:36 21.01.2020

Benzema qayıdır
16:02 21.01.2020

Naxçıvanda möhtəşəm şahmat turniri keçiriləcək
15:37 21.01.2020

Prezident İlham Əliyev Davosda mühüm görüşlər keçirib
15:15 21.01.2020

Maşının qarşısını kəsib sərnişinə atəş açan şəxs saxlanılıb
14:51 21.01.2020

Axtarışda olan şəxs tutulub - Onun evindən narkotik götürülüb
14:29 21.01.2020

20 Yanvar hadisələri ilə bağlı növbəti bəyanat - Konqresmen həmkarlarına çağırış edib
14:05 21.01.2020

20 Yanvar şəhidləri Gürcüstanda anılıb - Şəhid yaxınları ziyarət olunub - FOTOLAR
13:34 21.01.2020

Hikmət Hacıyev NATO rəsmisi ilə görüşüb - Azərbaycan-NATO tərəfdaşlığı haqqında danışılıb
13:11 21.01.2020

Zakir Həsənov Gürcüstana yola düşüb
12:48 21.01.2020

“Qoca”nın qardaşı saxlanılıb - VİDEO
12:20 21.01.2020

ATV-nin 20 Yanvar fəciəsi ilə bağlı özəl layihəsinin təffərrüatları - VİDEO
11:55 21.01.2020

30 il bədənində güllə gəzdirən qəhrəman - VİDEO
11:33 21.01.2020

Tariximizin şərəf və qəhrəmanlıq səhifəsi - VİDEO
11:01 21.01.2020

Rusiya və Türkiyə müdafiə nazirlərinin görüşü - Suriya və Liviya müzakirə edilib
10:22 21.01.2020

SİYƏZƏNDƏ ZƏLZƏLƏ QEYDƏ ALINIB
09:57 21.01.2020

Bütün xəbərlər