Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Müşfiqə görə 25 illlik həbs edilən şairimiz

Müşfiqə görə 25 illlik həbs edilən şairimiz
   2691 dəfə oxunub

1923-cü il oktyabrın 16-da Masallıda anadan olan Gülhüseyn Hüseynoğlu Bakıda böyüyüb, orta təhsilini paytaxtda alıb. 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

O, 40-cı illərdə sovet rejimi ilə mübarizə aparmaq və Azərbaycanın müstəqilliyini əldə etmək üçün yaradılmış antisovet "İldırım" təşkilatının qurucularından biri idi.

Təşkilatın məqsədləri Azərbaycanı Sovetlər Birliyindən ayırmaq, Azərbaycanın müstəgilliyini əldə etmək, 1937-1938-ci illərdə həbs olunub xalq düşməni kimi damğalanan və Sibirə göndərilib güllələnən yazıçıların işinə yenidən baxılmasına, onlara bəraət verilməsinə nail olmaq və Azərbaycan türkcəsini dövlət dili səviyyəsinə qaldırmaq idi.

Təşkilatda yeganə yazar olan Gülhüseyn Hüseynoğlu xalq arasında iş aparır, onu SSRI-dən ayırmağa hazırlayır. Təşkilatın qurucularından olan İsmixan Rəhimov, daha sonra Gülhüseyin Hüseynoğlu və digərlərini həbs edirlirlər. Ali Məhkəmənin qərarıyla onlardan üçünə güllələnmə cəzası verilir. O illərdə güllələnmə hökmü müvəqqəti götürüldüyündən hökm 25 il həbslə əvəzlənir. Ünlü romançı həmin üç nəfərdən biri kimi Sibirə sürgün edilir. Apardığı azadlıq hərəkatına görə, Tayşet və Bodaybo arasında 7 il ağac kəsməyə məhkum olunur. Nəhayət, Stalin öləndə bir çox məsələlər kimi bu işə də yenidən baxmağa qərar verilir və 1955-ci ilin mayında "İldırım"çılar evlərinə qayıdırlar

1956-cı ildə o, tam bəraət alaraq aspiranturaya bərpa edilib, universitetdə müəllim saxlanıb. Universitetin Azərbaycan sovet ədəbiyyatı kafedrasının professoru, filologiya fakültəsi elmi şurasının üzvü olub.

Azərbaycan ədəbiyyatında mənsur şeirin yaradıcısı kimi tanınan yazıçı otuza yaxın kitabın müəllifidir.

 

***

MÜŞFİQ ƏNƏNƏSİ YAŞAYIR (Gülhüseyn Hüseynoğlu)

Mikayıl Müşfiqi bütün nəsillərin müasiri edən, həmişə sevdirən onun ürəkdən

gəlmiş, səmimiyyətlə dolu poeziyasının xalq ruhu ilə bağlılığı, Azərbaycanımızı

böyük məhəbbətlə tərənnüm edib sevdirməsi, vətəndaşlığı, cazibə

qüvvəsilə oxucuların qəlbini ehtizaza gətirməsidir. Səmimiyyətlə dolu poeziyası

barədə şair özü müasirlərinə müraciətlə yazıb:

Yazmaram ürəyim sizi anmasa,

Sizin eşqinizlə alovlanmasa;

Burdaca el durub məndən sordu ki:

Gözdən yaş çıxarmı ürək yanmasa?

Qönçə açılarmı, bahar olmasa?

Şölə titrəyərmi, ruzgar olmasa?

Bu nəğmə ruhumdan qoparmı bilməm,

Mənə ilham verən dostlar olmasa?

Söz yox, ürəkdən yazdığındandır ki, ürəklərdə yaşayır Müşfiq. Axı bu

onun bir şair kimi ən böyük arzusu idi:

Hər kəs bilir həyatın sonu ölümdür,

Ah bu qəmli dəyişmə yaman zülümdür.

Şerim! Bu gülünc oyun bəllidir yarın,

bizi də bəklər,

Sən də öl mənim kimi, fəqət məzarın

olsun ürəklər!

Vətəndaş şairdi, cəsarətliydi, uzaqgörəndi Müşfiq. Milli musiqi alətlərimizdən

olan tarın konservatoriyada tədris olunması qadağan ediləndə, “İnqilab

və mədəniyyət” jurnalı özünün 1929-cu il ikinci nömrəsindəki “Tar konservatoriyadan

çıxarıldı” sərlövhəli xəbərində: “Azərbaycan Dövlət Konservatoriyasını

qüvvətləndirmək məqsədilə AXMK bir çox qərar qəbul etmişdir. Bu

qərarlara görə məcburi dərs kursu olan tarın öyrənilməsi konservatoriyanın

bütün dərəcələrində tədris planlarından götürülür və konservatoriya yanında

olan Şərq orkestrosu ləğv olunur” yazanda Müşfiq sinəsini qabağa verdi: məşhur

“Tar” şerini xalqına bəxş elədi, tarın şöhrətini bir az da qaldırdı:

Oxu, tar, oxu tar!..

Səsindən ən lətif şeirlər dinləyim.

Oxu, tar, bir qadar...

Nəğməni su kimi alışan ruhuma çiləyim.

Oxu, tar!

Səni kim unutar?

Ey geniş kütləmin acısı, şərbəti –

Alovlu sənəti.

“Tar” şeri vətəndaş şairin uzaqgörənliyini göstərməklə bərabər, həm də

sənətkar cəsarətini numayiş etdirən əsərdir:

Çoxları üzünə durdular,

Könlünü qırdılar.

...Üstündən bir qara yel kimi əsdilər,

Səsini kəsdilər.

Daşlandı çəkənlər nazını,

Beləcə qırdılar aşığın sazını.

Müşfiq 20-ci illərin axırı, 30-cu illərin əvvəlində klassiklərimizə etinasızlığı

görəndə qələmə sarıldı, “Yeni il” şerində dahi lirik haqqında ürək sözlərini

bəyan elədi:

Yazalım, özümüzü öyməyəlim,

Füzuliyə dəyməyəlim.

Axı Müşfiq əsl varis kimi şifahi xalq ədəbiyyatımızı dərindən sevmiş,

klassik ədəbiyyatımıza böyük məhəbbət bəsləmiş, bunların yaxşı ənənələrindən

həmişə öyrənməyin, yeni şəraitdə onları davam və inkişaf etdirməyin

ən ardıcıl tərəfdarlarından olmuşdur.

Müasirini özünü dərk edən, mühitinin hadisələrindən baş çıxaran, “xalqilə

titrəyən, xalqilə gülən...” görmək istəyən Müşfiq “Alqış varlığını duyan

insana!” misrasını heç də təsadüfi yaratmamışdı. Özünü dərk edən insanın

əzəli, əbədi, nəcib sifətlərindən biri əməyə məhəbbətdir. Məhz əməyə bağlılıq

insanı torpağı layiqilə dərk etməyə, ona səcdə etməyə gətirib çıxarır.

Şairə görə əmək insana güc verir. İnsan gücü ilə yaşayışını asanlaşdırır,

gözəlləşdirir. “Özündən alışan, özündən yanan, – hər sabah hamıdan erkən

oyanan, iş başına qoşan” insanları şair bəxtiyar hesab edir.

Milli musiqi alətlərimizin göz bəbəyi kimi qorunması və əmək mövzuları

ilə yanaşı, M. Müşfiq insanın böyüklüyü, maarif, müəllim nüfuzu, səfilsərgərdan

həyat keçirən uşaqların himayəyə alınması, məktəblərə cəlb olunması,

qayğıkeşlik, qaynar gənclik və onun düzgün tərbiyə olunması, vətən və

onun tanınmasında, yüksəlməsində iz qoyan şəxsiyyətlərin ucalığı, vətəndaşlığı,

sənət və sənətkar, həyat eşqi, təkliyin acı aqibəti, təmiz, saf məhəbbəti,

ülviliyi və s. məsələlər haqqında da yazmış, tutarlı poetik sözünü demişdir.

Günlərim keçməyir ancaq əməklə,

Xəyalım göyləri seyr eyləməklə

Buludlar ömrümün karvanı olur,

Fikrim o karvanın sarvanı olur.

Sanıram ulduzlar həmvətənimdir,

Demək, yer də mənim, göy də mənimdir,

Hüzurumla cahan nə bəxtiyardır.

Axırıncı misraya diqqət yetirək: insan yox, cahan insanın hüzurunda olmaqla

özünü bəxtiyar saymalıdır. Bu, Müşfiq poeziyasında insana verilən

qiymətin ən böyük təzahürü deyil də bəs nədir?

Füzuli yüksəldi

əsrinin fövqünə

Sığmadı dəhası

Bağdadın üfüqünə.

***

O güldü-ağladı, ağladı-güldü,

Gülüşü hıçqırdı, fəryadı güldü.

Onun pərvazına pərvaz çatarmı?

Güclü avazına avaz çatarmı?

***

Altındaydı sözün səmənd atları,

Çapanda titrərdi göyün qatları.

O ki söz atından tərpəndi düşdü,

Sanki şerimizin bir bəndi düşdü.

Bu misralar torpağımızın, mədəniyyətimizin, dilimizin inkişafında, tanınmasında

müəyyən izləri, payları olan dahi sənətkarlarımız Füzuli, Sabir,

Cəfər Cabbarlı kimi şəxsiyyətləri qabarıq şəkildə nəzərimizdə canlandırır,

onları bir az da sevdirir.

Yaxud onun Kefli İskəndərin dili ilə Cəlil Məmmədquluzadə yaradıcılığının

şah damarını necə də oxucular qarşısında nümayiş etdirdiyinə diqqət yetirək:

“Ölüb – a!” – deyərək qışqırır cahan,

Qalxmaz Fərhad kişi ağır yuxudan...

Ac başım, dinc başım, səbr, təvəkkül,

Çırpınmaq bilməyən xəstə bir könül...

Qaranlıq qəlbimiz günəşə həsrət,

Qurulmuş dirilik baxt üzərində,

Basmış ruhumuzu kəsalət bizim,

Vurur nəbzimizdə ətalət bizim.

Ədəbiyyatın, sənətin bitib-tükənməyən, tükənməyəcək, əzəli və əbədi

mövzusunda, sənətkarların bütün zamanlarda, dönə-dönə müraciət etdikləri

bəşəri mövzuda, məhəbbət mövzusunda Müşfiq də yazıb-yaratmışdır. Onun

bu əsərlərində məhəbbətin sehri, ucalığı, sevdanın “sərin atəş”liliyi, ümid

qapılarına dikilən baxışlar, sevən gəncin ürəyini dərindən tutub qoparan sevgilisinin

gül əllərindən ərkyana giley-güzarı, şikayəti, “hicran ümidinə” qalmaq,

hicrandan nicat gözləmək, qısqanclığın qəlbi yaxıb-yandırması, qəlbdə

fırtınalar qoparması, məhəbbətin neçə-neçə çaları, rəngi, acısı, şirini öz ifadəsini

tapmamışdırmı?! Emosional, musiqili, şairanə ifadəsini! “Bir də baxsan

mənə” şerində belə bir bənd var:

Baxışın qəlbimi incitmişdir,

Bu baxışdan, bu duruşdan əl çək.

Bir də baxsan mənə, iş bitmişdir;

Bir də baxsan mənə, fikrim dönəcək.

Az qala sevən gəncə demək istəyirsən: çox özündən demə, fikrin dönməyəcək,

hələ sevdiyinin baxışı, duruşu sənin qəlbini çox incidəcək, sən də

dözəcək, dözəcəksən. Başqa əlacın yoxdur. Axı sən sevirsən. Sevirsən!

Qısqanclıq haqqında çox yazılıb, yazılır və yazılacaq. Müşfiqin lirik qəhrəmanı

da sevdiyini qısqanır. Yaman qısqanır. Kimə? Nəyə görə? “Yenə o

bağ olaydı!” şerinə müraciət etsəniz bunu görərsiniz:

Yenə o bağ olaydı, yenə o qumlu sahil,

Sular ötəydi dil-dil.

Saçın kimi qıvrılan dalğalara dolaydım,

Dalıb ilham alaydım.

Əndamını həvəslə qucaqlarkən dalğalar,

Qəlbimdə qasırğalar,

Fırtınalar coşaydı, qısqanclıqlar

doğaydı,

Məni hirsim boğaydı;

Cumub alaydım səni dalğaların əlindən,

Yapışaydım belindən;

Xəyalımız üzəydi sevda dənizlərində,

Ləpələr üzərində

İlhamımın yelkəni zərrin saçın olaydı,

Sular xırçın olaydı.

Necə də təbiidir, səmimidir, insanidir, ürəkdən gələndir bu sözlər. Ürəkdən

gəldiyi üçün də təsir edir, birbaşa ürəklərə gedir. Ayrı cür mümkün də deyil.

Gözəl təbii mənzərələr, lirik peyzaj yaratmaq ustasıdır Müşfiq.

Ulduzlar ətrafa nur səpələr,

Bir bölük uşaqdır şən ləpələr

Onların əlində top kimi ay.

Sevgilim, başında ağ kəlağay

Sahilə gəl,

Seyr elə gəl.

“Dəvət” şerindən götürülən bu parçada hər şey göz qabağında deyilmi?

Hələ buradakı istiarəyə (ləpələrin uşaqlara oxşadılması), bənzətməyə (ayın

topa oxşadılması) diqqət edin. On dörd gecəlik ayın (topa oxşadıldığı üçün

bizdə bu təsəvvür yaranır) ziyası altında titrəşən şən ləpələr (burada da həm

bədii təyin, həm də istiarə var, çünki insana xas keyfiyyət – şənlənmək ləpələrə

aid edilib), sahilə gələn ağ kəlağayılı sevgili, onu ürəyi çırpına-çırpına

gözləyən lirik qəhrəman... Necə də yadda qalan, zövqü oxşayan, ruha qida

verən lövhə.

Bu kiçik şeir parçasında həm də onu görürük ki, şairin poeziyası bədii

təsvir vasitələri ilə necə zəngindir. Bu zənginliyi görmək xatirinə bir misal da

gətirim:

Yuxusuz bir beyin – susuz bir bulaq,

Çalğısız əyləncə – tüstüsüz ocaq;

Yelkənsiz bir gəmi – ruhsuz bir cəsəd.

Budur azadlığa yabançı millət!

“Azadlıq dastanı” poemasından götürülən bu dörd misrada, əvvəla, ustalıqla

yaradılmış altı bədii təyin var; ikincisi, üç tutarlı bənzətmə diqqəti cəlb

edir; üçüncüsü və ən tutarlısı: yuxusuz beyinlə susuz bulaq, çalğısız əyləncəylə

tüstüsüz ocaq, yelkənsiz gəmiylə ruhsuz cəsəd azadlığa yabançı olan

azadlıq uğrunda mübarizə aparmayan millətlə yanaşı qoyulur, dördüncü bənzətmə

meydana çıxır və bütün bunlar şair fikrinin daha qüvvətli çıxmasında

müstəsna əhəmiyyət kəsb edir.

Müşfiq yeni poetik formalar yaratmaq cəhətində də öz qələm yoldaşlarından

seçilən, fərqlənən şairlərimizdəndir. Qeyd edim ki, narahat bir sənətkar

olan Müşfiq onu məşğul edən, düşündürən, nifrət və məhəbbətinə, kədər

və sevincinə səbəb olan məsələlərin ecazkar ifadəsi üçün həmişə çırpınmış,

rəngarəng mövzulu, məzmunlu poeziyasında əlverişli poetik formaların da

olmasına çalışmış, bu sahədəki axtarışını heç vaxt dayandırmamışdır.

Ənənənin rolunu çox düzgün başa düşən, novatorluğu layiqincə qiymətləndirən

şair istər şifahi xalq şerinin, istərsə də klassik şerin poetik formalarına

həmişə həssaslıqla yanaşmış, bunların çoxunu: qoşma, gəraylı, bayatı,

oxşama, rübai, məsnəvi, üçlük, dördlük (mürəbbe), beşlik (müxəmməs), altılıq

(müsəddəs), yeddilik (müsəbbe), səkkizlik (müsəmmən), tərcibənd, tərkibbənd,

müstəzad və s. poeziyasında işlətmişdir. Şairin Qərb şeirinin poetik

forması olan sonetə biganə qalmadığını, sonetlər yazdığını və yeri düşdükcə

özünün də yeni poetik formalar yaratdığını qeyd etsəm müəllifin bu sahəyə

nə qədər böyük əhəmiyyət verdiyi aydınlaşır.

Şair özünəməxsus bir formada yazdığı “Tərtərhes nəğmələri” və “Mingəçevir

həsrəti” əsərlərində üçlükdən ibarət 15 misralıq bənd yaratmışdır ki,

burada birinci üçlüyün iki misrası öz aralarında qafiyələnir, üçüncü misra isə

o biri üçlüklərin üçüncü misraları ilə həmqafiyə olur. “Tərtərhes nəğmələri”

əsərində bir bəndi gözdən keçirək:

Hər yamacda bir tamaşa,

Könlüm uçur dağa-daşa

Seyr etdikcə təbiəti.

Dağ başında duman gözəl,

Bu qaralan orman gözəl,

Könlümdədir məhəbbəti.

Kim der sənə yaman, dünya,

Sən gözəlsən aman, dünya,

Ey günəşin əmanəti!

Keçmişin göz yağmurundan

Ürəyinin çamurundan

Seçməliyiz şikayəti.

Ey əzəldən yığın-yığın,

Ölən, qalan insanlığın

İlk cənnəti, son cənnəti!

Şairin poeziyası vəzn cəhətindən də maraqlıdır. O, demək olar ki, heca

vəzninin bütün bölgülərində (üç hecalıdan tutmuş iyirmi hecalıya qədər), əruz

vəzninin əsasən, həzəc və rəməl bəhrlərində əsərlər, eləcə də sərbəst şeirlər

yazmışdır.

... Tar”ı və eləcə də “Zəfər səsləri”, “Gecə çeşməsi” şeirlərini tam heca

vəznində yazılmış şeirlər kimi götürmək olmur. Bu şeirlər heca vəzninin hər

ritm vahidi üç təqtidən ibarət formasında olsalar da, tam heca deyillər, zahiri

görünüşünə, misralarda hecaların qeyri-bərabərliyinə görə bu şeirlər sərbəstə

oxşasalar da, sərbəst də deyillər. Bəs onda bu şeirlər hansı vəzndə

yazılmışdır? Bu, Müşfiq icadıdır, heca ilə sərbəsti yaxınlaşdıran bir vəzndir.

Müşfiq vəznidir və bu vəznin poeziya tariximizdə yeganə nümunələrini Müşfiq

yaratmışdır. Ona qədər nə heca vəznində, nə də sərbəstdə yazılan əsərlər

arasında belə nümunələrə təsadüf olunmamışdır. Elə düşünürəm ki, bundan

sonra Müşfiq poeziyasının və eləcə də Azərbaycan ... şerinin vəznlərindən

danışılarkən heca vəzni, əruz vəzni, sərbəst vəzn istilahları ilə yanaşı, Müşfiq

vəzni istilahını da işlətmək lazım gələcəkdir”...

Sözü məharətlə yerində işlədəndir, sözə hakimdir Müşfiq.

Atamız dünyadan eh dedi getdi,

Tez sönən ömrünə meh dedi getdi.

Gül əkdi, vay dərdi cahan bağından,

Tökdüyü yaşlara şeh dedi getdi.

Mənalı səslərinlə şerim, incələş

bir kaman kimi!

Gecəm belə keçdi, səhərim gəlsin!

Dadıma sanballı sözlərim gəlsin!

Poeziyasında aforistik ifadələr kimi səslənən elə sanballı, elə mənalı

misralar, beytlər var ki, bunların daşıdığı poetik fikir oxucular tərəfindən razılıq

hissilə, sevinclə, ürəklərindən xəbər verirmiş kimi dərhal qəbul olunur.

Məharətlə yaradılmış belə aforistik misraları, beytləri oxuyanda bədii sözün

qüdrətinə, kəsərinə, təsirinə bir daha inanırsan.

Həyat həm gülməkdir, həm ağlamaqdır.

***

Zaman bir dərədir axıb dolanır,

Bəzən durulursa, bəzən bulanır.

***

Heyf, ömür qısa, arzu genişdir,

Kim bu qayğı ilə titrəməmişdir?

***

Bədbəxt bu dünyada tək yaşayandır.

***

Həyat ondan küsənləri incidər.

***

Cahan ki solmayan bir bağça-bağdır,

Burda rəvamıdır gülmədən ölmək!

Yazıq o şəxsə ki qaraqabaqdır,

Nə qədər yaraşır insana gülmək!

“Sənin gülüşlərin” şerinin bu sonuncu bəndinin axırıncı beyti xalq arasında

artıq zərb-məsəl kimi işlənməkdədir.

Poeziyası dedikcə musiqilidir, ahəngdardır, emosionaldır Müşfiqin:

Yağış yağır, rəqs eyləyir gur damlalar,

Sıra-sıra, inci-inci nur damlalar.

Göydə iki qara bulud çatılaraq,

İldırımlar şaqqıldayır şaraq-şaraq,

Quşlar uçur yuvasına fırıl-fırıl,

Şırıldayır navalçalar şırıl-şırıl.

Mikayıl Müşfiq bir sənətkar olaraq daima öz sənətini inkişaf etdirmək

üçün çırpınmış, özündən narazı qalmış, poetik duyğularının, böyük arzularının

ifadəsi üçün münasib, uyğun bədii təsvir vasitələri tapmağa çalışmış, yeni

forma axtarışlarını bir an belə olsun dayandırmamışdır. “Sabir üçün” şerində

o, ürəkdən gələn səmimiyyətlə nə gözəl demişdir:

Neyləyim ki, fikrim kimi qəşəng olsun nəğmələrim?

Parlaq bahar səmasilə həmrəng olsun nəğmələrim?

Sevinclərlə uğuldayan bir zəng olsun nəğmələrim?

Bir işıqlı, bir ətirli çələng olsun nəğmələrim?

Əlbəttə, şairin özünə müraciətən dediyi bu sözləri onun sənət əhli qarşısında

qoyduğu tələb kimi də başa düşmək olar. Müşfiq söz yox, düşündürücü

poetik suallarının cavabını yalnız gecəli-gündüzlü işləməkdə, “bir kəlmə

bulmaqçın əzaba, zəhmətə qatlaşmaqda”, “sanballı sözləri dadına” çağırmaqla

tapmış, bədii yaradıcılıqda istedadla bərabər gərgin əməyin də böyük

rolunu qiymətləndirməyi unutmamışdır. Zəhmətsevər şair özünə nə rəva bilmişdisə,

bunu qələm yoldaşlarına da məsləhət görmüş, onları sənət aləmində

xarüqələr yaratmağa səsləmişdir:

Ey bizim dünyanın söz deyənləri,

Ruhun dodağına tutun neyləri..

Bir nəğmə çalın ki, heyrətdə qalsın

Bütün dövrlərin müğənniləri.

Müşfiq belə bir şair olmuşdu və belə bir şair olaraq da qalır. Axı o, yalnız

cismən aramızda yoxdur, poeziyası isə yaşayır, öz işini görür, poetik təsirini göstərir.

Bəli, müasir Azərbaycan poeziyasını Müşfiqsiz təsəvvür etmək mümkün

deyildir. Bu, şairin sağlığında da belə idi, indi də belədir və belə də olacaqdır.

Bu gün şerimizin ümumi vəziyyətindən, yaxud ayrı-ayrı şairlərin yaradıcılığındakı

bu və ya digər nöqsandan danışılarkən haqlı olaraq M.Müşfiq şeri

əsl poeziya nümunəsi kimi örnək göstərilir. Şairin qələm yoldaşı Rəsul Rza

1978-ci ildə yazırdı: “Müşfiq yaradıcılığından danışarkən bugünlü şerimizin

bir sıra aktual məsələləri haqqında bəzi fikirlər söyləmək lazım gəlir.

Təbiətə aludəlik, təbiət mənzərələrinin əbədi gözəlliklərini təkrar-təkrar

vəsf etmək, standart sevgi motivləri, sızıltılar, intim məhəbbət macəraları bugünlü

poeziyamızın kəsərliliyini, vətəndaşlıq pafosunu azaldır, ayrı-ayrı

gənclərimizin yaradıcılıq yönünü arzu olunmayan bir yola çəkir.

Belə fikir yarana bilər ki, mən təbiət təsviri, sevgi, ülfət məsələlərindən

uzaqlaşmağı təbliğ edirəm. Yox, yüz dəfə yox. Müşfiqin şerinə diqqət edin.

Bu şeirdə təbiət mənzərələri, ülfət motivləri yoxdurmu? Var, ancaq necə?

Belə şeirlərin çoxunda yeni duyum, orijinal, təzə söz var:

Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,

Mənə elə gəldi ki,

Bizlərdən əvvəl nə göy, nə yer, nə torpaq olmuş...

– deyə Müşfiq onu əhatə edən aləm, təbiət, varlıq haqqında elə yazmışdır ki,

bu sətirlər yalnız var olan aləm haqqında deyil, onun ümumi dəyəri, bəşəri

mənası haqqında düşünməyə yol açır.

Bu poetik deyim Müşfiqə aiddir, onundur, ona məxsusdur.

Təbiət mənzərəsini qələmə alırsan, sevgidən, məhəbbətdən yazırsansa,

öz yolunu tap, özünəməxsusluğun görünsün”. Haqlı idi xalq şairi Rəsul Rza.

Müşfiqin nümunə göstərilməsi, ondan öyrənməyə çağırış mətbuatımızda

tez-tez səslənir. Bu da, söz yox, bir daha onu göstərir ki, Müşfiq ənənəsi yaşayır,

yeni-yeni gələn ədəbi nəsillərə bir örnək olur. Qırxıncı illərin ikinci

yarısında ədəbiyyata gələn ədəbi nəslin nümayəndəsi Əliağa Kürçaylı şairin

70 illiyi qeyd olunarkən necə də ürəkdən gələn səmimiyyətlə, vurğunluqla

Müşfiqə, onun həmişəyaşar poeziyasına münasibətini bildirmişdi:

“Qalsaydı, indi onun yetmiş yaşı tamam olurdu. Lakin kimsə onu yetmiş

yaşında təsəvvür edə bilməz. Dahilərin dahiliyinə inanırıq, ancaq bir zaman

uşaq və gənc olduğuna inana bilmirik. İnana bilmirik ki, Şandor Petefi,

Lermontov və Yesenin saçı-saqqalı ağarmış qoca kişiyə çevrilə bilərdilər.

Axı biz A.Eynşteynin və L.N.Tolstoyun, Füzulinin və Sabirin də nə zamansa

sütül bir cavan olduqlarına inanmırıq, daha doğrusu, bunu təsəvvür belə edə

bilmirik. Dahilərin dahiliyi, böyüklərin böyüklüyü, yaşından asılı olmayaraq,

şöhrət zirvəsinə çatdığı anda həkk olunub qalır, təsəvvürlərin aydın ekranında

əbədiyyətə köçürülür.

Qərinələr keçəcək, bir-birini əvəz edən nəsillər poeziya ümmanına baş

vurarkən onunla rastlaşacaq, saçları gecənin gözündən qara, gözləri işıq gölü

cavan dahini elə bu yaşda görəcək, poeziyasındakı yaşlılara məxsus müdrikliyi,

heyrətlə, təəccüblə dərk edəndə deyəcəklər: “Bu yaşda bu təb, bu ilham,

bu dərinlik? Görünür, o zamanlar insanlar qocalmırmış, elə beləcə cavan

olurmuşlar, ömürlərinin axırına qədər...”

Həqiqi poeziyaya zaval yoxdur. O yaşayır, həmişə də yaşayacaq.

Gülhüseyn Hüseynoğlu 

 

BUNU DA OXU

“Çelsi”nin transfer qadağası ləğv edildi
Bu gün 650 min ağac əkiləcək - Kampaniya bütün bölgələri əhatə edəcək - VİDEO
Qatar minik avtomobili ilə toqquşdu - Saatlıda
Konstitusiya Məhkəməsi plenumunun iclası - Prezidentin Milli Məclisin buraxılması ilə bağlı sorğusuna baxılır
Cenevrədə vaksinlərin təhlükəsizliyi məsələləri müzakirə olunur
Xəbər lenti

“KOB DOSTU”nun sayı artır - Lənkəran və Cəlilabadda da fəaliyyətə başladı
20:49 06.12.2019

Braziliyanın BMT-yə 415 milyon dollar borcu var - Ölkə səsvermə hüququndan məhrum edilə bilər
20:25 06.12.2019

TRASEKA hökumətlərarası komissiyasının 14-cü iclası - Bakı Bəyannaməsi qəbul edildi - FOTOLAR
20:00 06.12.2019

Rusiya pomidor idxalına qadağa qoyur - Qadağa Azərbaycana təsir edə bilərmi?
19:33 06.12.2019

“Putinlə təkbətək görüşdən qaç” - Poroşenkodan Zelenskiyə məsləhət
19:10 06.12.2019

Tramp iddiaları təkzib etdi - “ABŞ Yaxın Şərqə əlavə qüvvə göndərməyəcək”
18:45 06.12.2019

Ağacəkmə aksiyası bölgələri də əhatə edib - Tovuz və Qaxda 30 min ağac əkilib
18:28 06.12.2019

Həlak olan neftçilərin xatirəsi anıldı - SOCAR-ın əməkdaşları 100 min ağac əkdi
18:10 06.12.2019

Daha bir müəssisə bağlandı - Küçədən yığılan butulkalardan istifadə edilirmiş
17:44 06.12.2019

“YAP seçkidə yaxından iştirak edəcək” - Əli Əhmədov parlamentin buraxılmasından danışdı
17:21 06.12.2019

“Soyuq əllər, isti ürək” yarmarkasında maraqlı anlar - VİDEO
17:00 06.12.2019

Bələdiyyə seçkilərinə hazırlıq - Şirvanda seminar-müşavirə keçirilib
16:45 06.12.2019

Aqrar sığortanın tətbiqi - Yeni sistem hansı istiqamətləri əhatə edəcək?
16:25 06.12.2019

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda ağacəkmə aksiyasında iştirak ediblər - FOTOLAR
16:22 06.12.2019

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar - FOTOLAR
16:13 06.12.2019

Xalq yazıçısı Anarla görüş keçirilib - BSU-da “Qələmin əfsunu” adlı tədbir təşkil olunub
16:07 06.12.2019

Ağacəkmə aksiyası - ATV- də nəcib təşəbbüsə qoşuldu - FOTOLAR
16:06 06.12.2019

“Çelsi”nin transfer qadağası ləğv edildi
15:45 06.12.2019

Nəbi Xəzrinin 95 illiyinə həsr olunmuş tədbir keçirilib
15:25 06.12.2019

Şənbə günü hava necə olacaq?
15:06 06.12.2019

Hansı şirkətlər kibertəhlükə ilə üz-üzə qalıb? - Bəzi müəssisələrin informasiya təhlükəsizliyi büdcəsi yoxdur - VİDEO
14:45 06.12.2019

ABŞ İran hakimiyyətini mindən çox etirazçının qətlində ittiham edib
14:23 06.12.2019

Bank kartlarını təhlükədən necə qoruyaq? - VİDEO
14:00 06.12.2019

Bərdədə pendir sexinin fəaliyyəti dayandırıldı - Məhsullar anti-sanitar şəraitdə hazırlanıb
13:41 06.12.2019

Xarici İşlər nazirləri gələn il görüşəcək - Həmsədr ölkələrin nümayəndə rəhbərləri bəyanat yaydı
13:20 06.12.2019

Bu gün 650 min ağac əkiləcək - Kampaniya bütün bölgələri əhatə edəcək - VİDEO
13:00 06.12.2019

Şamaxıda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilən binada yaradılan şəraitlə tanışlıq - FOTOLAR
12:38 06.12.2019

Şamaxıda "ASAN Həyat" kompleksi istifadəyə verilib - Prezident İlham Əliyev açılışda iştirak edib - FOTOLAR
12:17 06.12.2019

266 min manat krediti qaytarmadı - 808 min manatlıq əmlakına həbs qoyuldu
11:55 06.12.2019

Anası tərəfindən atılmış Turanənin acı taleyi - VİDEO
11:40 06.12.2019

Elmar Məmmədyarov irlandiyalı nazirlə görüşüb - FOTOLAR
11:19 06.12.2019

Heydər Əliyev Fondu Rusiyada mükafata layiq görülüb
10:59 06.12.2019

Fransada gərginlik - 100-dən çox etirazçı saxlanılıb
10:18 06.12.2019

Polşa və Pribaltikanı NATO qoruyacaq - Yeni plan qəbul edildi
09:56 06.12.2019

Tarixdə bu gün - 6 Dekabr - Zəki Mürən, ilk telefon xətti, dünyanın ən iri həcmli ensiklopediyası, insulin...
09:35 06.12.2019

“Belarusla Rusiyanın birləşməsi mümkün deyil” - Lukaşenko ittifaqla bağlı qəti qərarını açıqladı
21:45 05.12.2019

“Azərbaycan ərazilərinin işğalı davam edir” - Çavuşoğludan ATƏT-in iclasında Qarabağ açıqlaması
21:38 05.12.2019

ABŞ silahla dolu İran gəmisini saxladı - Raket hissələri Husi üsyançılarına göndərilibmiş
21:22 05.12.2019

Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında - Sərəncam
21:00 05.12.2019

Serj Sarkisyana qarşı cinayət işi açıldı - O, dövlət büdcəsini mənimsəməkdə ittiham olunur
20:50 05.12.2019

Qəbul imtahanlarının vaxtı müzakirə olunur - Gözlənilən yarışlara uyğun dəqiqləşmə aparılacaq
20:25 05.12.2019

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında - Sərəncam
19:49 05.12.2019

Şəhriyarla ailə həyatı qurmağa gələn qız niyə fikirini dəyişdi? - "Bizimləsən"də - VİDEO
19:30 05.12.2019

"Müasir Azərbaycan diplomatiyasının 100 illiyi” - Ərəb dilində kitab çap olunub
18:42 05.12.2019

Əqli mülkiyyət hüquqlarının müdafiəsi - Bakıda seminar keçirilir
18:36 05.12.2019

Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında - Sərəncam
18:20 05.12.2019

On ölkədə "Azərbaycan Evi" fəaliyyətə başlayacaq - Diasporla İş üzrə Dövlət Komitəsi hesabat verdi
18:18 05.12.2019

Nəsiminin 650 illiyi qeyd olunur - Elmi-praktiki konfrans keçirilib
18:11 05.12.2019

Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında - Sərəncam
18:00 05.12.2019

Əlibaba Məmmədovun 90 illiyinin qeyd edilməsi haqqında - Sərəncam
17:30 05.12.2019

“Müzakirələr kifayət qədər çətin keçdi” - Məmmədyarov erməni həmkarı ilə görüşdən danışdı
17:28 05.12.2019

Bibiheybət yolu nə vaxt təmir ediləcək? - Agentlik əlaqədar qurumlardan hesabat gözləyir
17:10 05.12.2019

İcbari tibbi sığorta haqqı necə hesablanacaq? - Dövlət Agentliyindən açıqlama
16:30 05.12.2019

Magistraturaya qəbul qaydası dəyişə bilər - İmtahanın birmərhələli keçirilməsi təklif olunub
15:39 05.12.2019

Məişət əşyaları oğurlayan şəxs tutuldu - Quba sakini həmkəndlisinin evini qarət edib
12:49 05.12.2019

Kürdəmirdə “FORD” yük maşınına çırpılıb - Ölən və xəsarət alanlar var - FOTOLAR
09:50 05.12.2019

Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüb
09:35 05.12.2019

Tarixdə bu gün - 5 Dekabr - “Bermud üçbucağı”, Könüllülər günü, Uolt Disney...
09:19 05.12.2019

Sabah hava necə olacaq?
14:55 04.12.2019

Slovakiyada Qarabağ müzakirəsi - Azərbaycan münaqişənin həllinə dair mövqeyini təqdim edib
13:39 04.12.2019

Elmi-tədqiqat işləri artıb
13:21 04.12.2019

II Xəzər innovasiya konfransı keçirilib - Konfrans “Əşyaların interneti” mövzusuna həsr edilib
13:02 04.12.2019

Qatar minik avtomobili ilə toqquşdu - Saatlıda
12:43 04.12.2019

Konstitusiya Məhkəməsi plenumunun iclası - Prezidentin Milli Məclisin buraxılması ilə bağlı sorğusuna baxılır
12:22 04.12.2019

Bakıda məktəb binası uçmaq təhlükəsi ilə üzləşib - Şagirdlər başqa məktəbə köçürüldü
12:00 04.12.2019

Salyanda qəza: piyada öldü - Sürücü hadisə yerindən qaçdı
11:41 04.12.2019

“Fərqliyik, bərabərik” - Heydər Əliyev Mərkəzində Uşaq festivalı təşkil olundu - VİDEO
11:20 04.12.2019

Zakir Həsənov cəbhə xəttində
11:01 04.12.2019

Bakıda binanın zirzəmisindən top mərmisi tapılıb
10:42 04.12.2019

İranın Baş konsulluğu üçüncü dəfə yandırıldı
10:22 04.12.2019

Təchizatçılar bioyanacağı aviasiya yanacağı ilə qarışdırmalıdırlar
10:03 04.12.2019

Magistraturaya qəbul prosesinin sadələşdirilməsi ilə bağlı təkliflər hazırlanıb
09:45 04.12.2019

Albaniyadakı zəlzələnin ölkəyə vurduğu ziyan açıqlanıb
09:29 04.12.2019

Tarixdə bu gün - 4 Dekabr - “Moskviç-400”, Şaxta Babaya məktub və Ömər Xəyyam...
09:15 04.12.2019

Peşə məktəbinin direktoru tutuldu - Şagirdlərin təqaüdünü mənimsəyib
21:49 03.12.2019

Rəcəb Tayyib Ərdoğan: NATO-nun yenilənməsi qaçılmazdır
21:32 03.12.2019

22 əlil reabilitasiya vasitələri ilə təmin edildi - Masallı, Lənkəran, Astarada tədbir təşkil olunub
21:13 03.12.2019

Ибрагимович согласовал контракт с «Миланом»
20:30 03.12.2019

Yunanıstanın Xios adasındakı qaçqınlar düşərgəsində kütləvi iğtişaş baş verib
20:13 03.12.2019

Yeni duetlər - Amina - PRoMete. "Ayıb" - VİDEO
19:55 03.12.2019

Bütün xəbərlər