Hərdən Xanəmir Telmanoğlu ilə görüşüb, çay süfrəsi ətrafında ədəbiyyat söhbətlərinə qulaq vermək, adama tam başqa zövq verir. Başdan-başa ədəbiyyat adamı olan Xanəmiri dinlədikcə, həm bir qədər beynini zora salmaq, həm də əl-ayağını yerdən üzüb, özünü sözlərdən asmaq məcburiyyətində qalırsan...
- Ustad, bəzi insanlar sizin şeirlərinizin alt qatındakı ideyaları anlamaqda çətnlik çəkir. Yəni təhsil səviyyəsindən aslı olaraq hər kəs Xanəmiri anlaya bilmir. Bəlkə şeirlərinizdə çatdırmaq istədiyiniz mesajların nədən ibarət olduğunu biraz da olsa açıqlayasınız.
- Mənə qarşı bitməyən ədəbi camianın şübhələrini hələ də dəf edə bilməyən “şarlatan” şeirlərimi anlamaq konusunda saysız-hesabsız şəbədəyə sığacaq xeyli şikayətlər eşitmişəm. Elə şeirölüsü adamlara da rast gəlmişəm ki, militan ruhmu ram edən hər misramı elə izah edib, dəhşətə gəlmişəm. Azərbaycanın poetik dilini dağıdan şeirlərimdən biri, “Su gülün harasında soyuyar” şeirimi, “Qarğa beyni yeyənlərə namə” şeirimi bədii olaraq elə izahlarla qarşıma çıxarıblar ki, fikirləşmişəm, bu yazılar deyəsən mənim deyil. Bu yerdə anlamışam ki, ciddi ədəbiyyatın müəllifi həm bəlli olar, həm də ona şübhəylə yanaşarlar. Özü də o şübhəni ilkin olaraq müəllif öz-özünə etməlidir. Təbii ki, “heç kim olduğunu” dərk etmək şərtiylə.
Şeirlərimdə mərd, iyid insanın sonsuz hislərə, düşüncələrə sahib ola biləcəyindən, bu eşqli insanların mənasının onların çəkdiyi yüklə, daşıdığı ağırlıqla ölçüldüyünü, heç də hamımızın buralı olmadığımız mövzusunda sərsəmləmələrimi dilə gətirirəm. Buralı olmayan insanın dünyaya, insanlara baxışı, baş verən hadisələrə münasibəti , istər-istəməz daha fərqli, daha yad görünəcək. Çarəsini işlədiyi iş yerindəki müdriyyətin sırtılmış, saxta təbəssümündə, bankların ona verdiyi möhlətərdə arayan çağdaş insanın isə bu şairlərlə, bu mətnlərlə sən deyən elə də iricə irtibatı olmayacaq. Yalan danışan, pul üstə adam aldadan, başqalarının imkanlarına paxıllığı tutan adamın mənim şeirlərimlə nə işi var? Cəmiyyət isə, bu notlar üstə köklənməyibmi?
- Sizcə, Azərbaycan oxucularının könlünü fəth edə bilmisinizmi və ya oxucuların könlünü fəth etmək sizin üçün əsasdırmı?
- Qədərimi görüb, qədrimi bilib, o qədər də röyalara, düşlərə, yuxulara, illuziyalara aldandığımı düşünmürəm. Adamın üzünü Məsihlə, Mehdiylə aldadan məsələnin kökü bir az fərqlidir. Şair və şeirlər var ki, qəlbə xitab edən səriştə yeyəsidir. Şair və şeirlər var ki, qəlb şeirə, mətnə, şairə xitab etməlidir. Mənim şeirlərimi duyan, anlayan qəlb gərək bütün ordularını səfərbər edərək oyaq olsun. Göylərin yaxasın yırtan, Vatikanın qapısını döyəcləyən, Bağdadın alma bağlarını unutmayan, kitabxanasını dönüb- dolaşıb xatırlayan yazılarıma həssas qəlb lazım deyil, yazılarıma oyaq qəlb, oyaq ruh lazımdır.
- Özünüzü necə tərbiyə etdiniz, kimləri oxudunuz ki, Xanəmir oldunuz?
İnsana sarsılmaz səhhət bəxş edən bu sualın bir az böyük adamlara Üləmasını da göstərməyi gözardı etməyib, sonradan ünvanlanacaq sualdır. Kişi kimi deyirəm, özümü o yerdə görmürəm, sözsüz. Xanəmir kimdir? Heç kim. Yunus demiş, ətə sümüyə bürünüb gəzirəm və gerçəkdən tam bu ab-hava içərisində ömür sürürəm. Yoxsa, bir gündə 100 cinayət törədərəm. Bütün saxtakar məxluqları qırıb- batıraram. Mən sadəcə azar- bezarı mənə keçmiş Azərbaycan türkcəsində şeir yazmağa çalışan bir şair babayam.
Başında dolunayları girələyən, günəşləri yola verən, ulduzları sakitləşdirib soyudan dağların bic-bic, bığaltı gülüşünü gədəlikdən uzaq dura-dura o qədər “görmüşəm ki”... qulağıma gələn o sözün uğultulu mesajlarını eşitmişəm: “ruhunun havası məndəndir”. Bax, budur oxuduğum və oxuduqlarımın namərdlə mərdi ayırd edəcək şahpəri: ruhundakı havada dağların iştirakı...
Söhbət nəsr və şeirdən gedirsə, piyada olmadığıma əminəm.
- 10 il bundan öncəki Xanəmirlə bugünki Xanəmir arasında fərq nədir?
- 10 il qabaq mənə qarşı gülünc doğuracaq dərəcə bağışlanılmaz hərəkət edənləri, qəribədir, o vaxt bağışlayırdım, bu gün nədənsə bağışlaya bilmirəm. 10 il qabaq üstündən keçdiyim hadisələrin, bu gün üstündən keçmirəm. Necə olursa- olsun, sorğuya çəkirəm. Hətta elə hadisələr baş verib həyatımda, bilmişəm ki, orda ölüm var, kimsəyə də bir kəlmə deməmişəm, əl çəkməmişəm, getmişəm. Şükür ki, indiyə kimi olanların içindən üzüağ çıxmışam. Bu, görünür özümü çox sorğu-suala çəkməyimdəndir.
Yaradıcılığa gəldiyimdə, 30 yaşıma qədər, 10 il bundan qabaq yazdıqlarımı hələ indi – indi kitablaşdırıram.
- Nəsr və nəzm bir arada necə yola gedir? Bir-birlərinə mane olmurlar ki?.
- Söhbət bir yazarın həm şeir, həm də nəsr yazmasından gedir. Bu nümunədə Pasternakın və Rilkenin yaradıclıqlarını göstərə bilərəm. Artıq bir zamanlardakı kimi, bir adam şeir döşüyəcək, biri isə nəsr yazacaq deyə elə bir ayrım, bölgü yoxdur. Çünki ədəbi janrların kökündə böyük həyati təbəddülatlar, mədəni dəyişimlər, genişmiqyaslı inqilablar dayanır. Bu gün planetdə baş verən hadisələr janr yaratmır, ancaq janrlar arası əlaqələr, keçidlər, axınlar “təşkil edə bilir”. Gerçək səbəbi isə, inqilabların, savaşların, qarşıdurmaların, xeyir-şər toqquşmalarının izinin itirməsi və insanın varlığında hansı şəkildə təcəssüm etməsindədir. Dünənə kimi janrların əksəriyyəti inqilablara, hakimiyyətlərə, çevrilişlərə işləyirdisə, bu gün eyni janrlar planetin bütöv taleyinə, dünyadan neçə km uzaqlarda yerləşən planetlərə, ordakı ərazilərə, o ərazilərin gələcəkdə insan tapdağındakı əndişəsinə işləyir. Artıq dünyanın banklarında Marsın, Veneranın, Yupiterin, Ayın.. ərazisi ilə bağlı açılmış hesablara yatırılan paralara rast gələrsiniz. İnsan nəfsinin, zəkasının, ruhunun gələcəklə bağlı geniş, iri və bəlkə də gülünc doğuracaq planları, layihələri bizə qədər davam eləmiş ədəbiyyatın janr içəriyində fərqlər yaradan cizgilər ortaya qoyur. Bu yerdə ədəbiyyata çəki-düzən verən janrların sərhəddi də dəyişir, qarışır. Çünki onlar da bizim kimi dəyişmək, ən azından uzanacağımız yerlərə qədər uzanmaq zorundadır. Bu gün öz Nirvanasına ulaşmaq amacıyla yola çıxmış yiyəsiz, sahibsiz yazarın içində nəsr uzananda şeirə gəlib çıxır. Şeir isə poeziyaya uduzanda gəlib nəsrə dayanır.
- Siz həm də televiziyada fəaliyyət göstərirsiniz. Onlarla sənədli filmlərin müəllifisiniz. O filimlər sizin üçün şeirləriniz və romanlarınız qədər əzizdirmi?
- Hamısı olmasa da, içlərində mənə doğma olan az sayda çəkilişlərimiz olub. Ürək istəyən bir sənədli filmin ortaya qoyulması üçün heç olmasa bir ortabab rejissora, operatora, montajçıya mütləq ehtiyac var. Mən bir müəllif kimi mövzunu qoyub, mətni yaza bilərəm.
- Yazmağa başlayanda əvvəl adını qoyub sonra yazırsınız, yoxsa yazıb sonra ad qoyursunuz?
- Konkret olaraq, bu istiqamətdə elə bir prinsipim yoxdur. Nəsr nümunələrimin əksəriyyətini adını yazdıqdan sonra başlamışam yazmağa. Şeirlər bir az fərqli olur. Orta çağlardakı aparıcı janr sayılan qəzəldə, misra sonundakı fel yükdaşıyıcı olduğundan ona elə bir haqq tanınırdı və qəzəlin adını sözlə, adla səsləndirmək olurdu. ( Onu da qeyd edim ki, Azərbaycan türk ədəbiyyatının poetik özəlliyini, şeirsəl gücünü 20-ci əsrin əvvəllərinə qədər dilimizdəki fellər çəkib. O fellər hesabına da ən mükəmməl şeirlərdəki ərəb-fars tərkibləri dilimizin təfəkkür ehtiyatından yararlanıb, bizim poetik dilimiz deyəcəyimiz gücünü ortaya çıxarıb. Şeirimiz həm də fellərimizə borcludur. Niyəsi də var. Çünki şərq şairləri həm də mistikdirlər bir yönüylə, qəbul etməsəniz də. Onlar söz, mənəviyyat, məna aləmində də öz varlıqlarıyla rol oynadıqlarına, orda da hərəkətdə olub yatmadıqlarına bir poetik şəkildə ismarıc göndərirdilər.) Ya da eləcə ümumi şəkildə Füzulinin, Nəsiminin qəzəli deyə xitab edilirdi. (şeirin möhür bəndində müəllif adını çəkməklə, bu işi bitmiş hesab edirdi.)Ümumiyyətlə, şeirə, ritimli, oxunan mətnlərə ad qoymaq yanlış düşüncə və yanaşmadır. Şeir əsər deyil. Şeir mətni əsər ola bilməz. Şeir bir çox funksiya yerinə yetirdiyindən, onun hər hansı bir adı daşıması, hikmət və mahiyyət baxımından sakıncalı, yanlış, səhv hesab edilməlidir və edildiyindən də dolayı qədim şeirlərin adları olmurdu da. Niyə? Çünki bir çox funksiyanın icrasını bünyəsində barındıran şeir, mənaya xitab etdiyi kimi, ayində də icra oluna bilər. Musqi kimi səsləndirilə bilər. Hər hansı bir gizli mesajı vermə imkanını yaxalayar. Yaxud dövlətə, xalqa, və yaxud cəmiyyətdə çox önəmli bir yeri olan şəxsə şeir vasitəsi ilə xitab edərək, ona lazım olan informasiyanı çatdırmaqla, bir çox fəlakətlərin qarşısının necə alındığının şəxsən mən şahidi olmuşam. Yəni şer fərqli missiya icrasında tətiyi çəkilmiş durumda bəklər. Yəni şeir, yazı, mətn,musiqi, ayin kimi özəlliyi sayəsində dəqiq olaraq adını yazdırmaya, bildirməyə bilər.
Şeir mətni əsər sayıla bilməz, ona görə ki, qədim şairlər irihəcmli əsərlərə, bir də kitablara ad qoyardılar. Kitab yazmaq ifadəsi bizə məxsus deyil. Bizdə kitab yazılması yoxdur, Kitab bağlamaq var.Çünki o zamanlar kitab yazmaq kimi bir anlayış, dünyagörüş vardı, şeir yazmaq yox. Bu o demək idi ki, dünyaya, həyata kitab şəklində, bütöv, sistemli şəkildə yanaşma, münasibət, əxlaq nümayiş etdirilirdi. Biz bu gün kitab yazma ənənəsini itirmişik. Bu o deməkdir ki, biz bu gün dünyaya, həyata bütöv yox, bölücü, parçalayıcı, zərrəbin əxlaqi statuslarla yanaşır, münasibət bildiririk. Bir zamanlar “zakuskasız şərablar qoxumayan” batiniyyat dışında zahirə önəm verməyən şeirimiz kimi imperiya olmuş Azərbaycanın gerçək ərazilərini də ahənrubalığımızı qayb edərək eləcə azalda- azalda, gerçək gülüş hədəfimizi də itirərək buralara kimi gəlmişik.
Sözə bax, kitab yazmaq deyil, kitab bağlamaq. Yəni ki, insan özünü o qədər bütöv, kainatla iç-içə görüb ki, yazılarıyla qoşulub bağlanıb kosmosa. İfadənin başqa üzündə isə, kitab anlayışıyla sözün, mənanın və ritmin varlığında bir sirr yatdığını, bu vasitələrlə “bir bağlı sandıqda əmanət gizlədildiyinə” də eyham vurulur. Çünki yazan adam yazılarına özünü deyil, Yaradanın bir töhfəsi kimi baxdığından, başlatdığı fikirlərini, hisslərini tamamlamaq instiktiylə yazıya, sözə əmanət kimi baxardı. Ona görə də, kitablar Allaha, peyğəmbərə, müqəddəsatlara müraciətlə, övgüylə açılardı.Yazı ki, əmanət olmadısa, ona bir əmanət kimi baxılmadısa, o Gözəlliyin malına dönüşə biməz, Xeyirin xərcini çıxartmamaqda naşılıq edər. Biz Şərqin şər ruhlu yazarları ola bilmərik.
Kitab bağlamaq ifadəsi çox su aparandır. Şərq, İslam düşünür və şairləri elə bir əxlaq sahibi olub ki, bu ifadəylə özlərini həmişə Allahı təqlidə, Böyük Kitabı təqlidə calayırmışlar. Bütün bu oyunların hamısı bir Müqəddəs Kitabın çevrəsində yerini şirin salmaqdan başqa bir şey deyildi.
Şeirin ad altında yayımlanması onun bütövlüyünü öldürər, gələcək zamanlara yalançı sifətini göstərər. Müəllifin gözdən düşməsinə yol açar. Şeir isə adsız olaraq hər zamana uyğun adlandırıla bilər. Ciddi nümunə varsa ortalıqda, təbii ki. Mən digər tərəfədən şeirlərə ad qoymadığım zaman, sən o mətni zaman qarşısında sınağa çəkməli olursan. Həm də yazılarının özündən sonrakı taleyinə qarşı güvəncəni itirmirsən deməkdir.
- Ən çox hansı əsərinizi sevirsiniz?
- Artıq çapa verdiyim “Maq-lar” r.a.m.o.n.-umu. Şeirdə isə “Qəvi Qövmün Qalı”nı.
- Sevgi məktubu yazmısızmı, mobil telefonla yazılan sevgi məktubunun kağıza yazılan məktubdan nə fərqi var?
Yazmışam.Telfondakı mesajlar məktub deyil, ola da bilməz. Anında baş verən bir hadisədən sonuc gözləmə. Mesajlaşmaq yazılı zəngləşmədir.
Məktublar isə vaxt tələb edirdi. Gözləmələr vardı. Günləri saymalar, poçtalyonun qapını döymələri… bu isə tamamilə dastandır.
- İnternet və telefon sizcə dünyadan nə alıb və ya nə verib?
- İnternet də, telefon da, fikirmcə,bir zamanlar sufilərin gerçəkləşdirdiyi rabitəyə əyani olaraq aparıb çıxardacaq. Allahdan gizli qalmayan bir şey bəndələrdən niyə gizli qalmalıdır ki?- fəlsəfəsinə gətirib çıxaracaq. Şəffaf bir dünya düzəni… digər bir yöndən çağdaş texnologiyalardan kimlərsə başqa cür də istifadə edirlər axı. İnsanlığı idarə edib sürü yaratmağın ən bariz nümunəsi deyilmi internet həm də? Müsbət yönlərini də unutmuram.
- Gündə neçə saat mütailə edirsiniz?
- Əvvəlllər daha çox mütaliə edərdim. İndi də edirəm. Günuzunu götürsək, mütaliəm 5-6 saat çəkir. 10-12 saat kitab oxumağım olub.
- Bildiyimə görə facebookdan istifadə edirsiniz. Bu şəbəkə sizin vaxtınızı alırmı və ya üstünlükləri varmı sizə görə?
- İstifadə edirəm. Aktiv deyiləm. Vaxtımı almır. Ora bəlli məqsədlə girir və çıxıram. Uzaq başı, orda 10, 20 dəqiqədən artıq olmaram gün ərzində. Üstünlükləri sözsüz var. Dostlarla, tanışlarla xəbərləşmək, məyyən tədbirlərin olmasından, vaxtından anında xəbər alırsan. Informasiya əldə edirsən. Amma bunlarsız da keçinmək olar, fikrindəyəm. Yəni interneti, telefonu bu gün mənim əlimdən al, həyatımda heç nə dəyişməyəcək. Çünki onları varlığımın bir hissəsinə qələm kimi çevirməmişəm. Bilgisayar bu gün mənə bir qələm kimi lazımdır.
Böyük yazarlar var ki, gedib otururlar lampalarla dağlarda, Tibetdə. Bəziləri kilsəyə çəkilir. İbadət yerlərinə çəkilirlər. Bizim isə sığındığımız internet ola bilməz. İnsan “burda“ rabitəsini gerçəkləşdirə bilməz. Yaradıcı insanın inzivaya çəkilməsi lazımdır.
Hazırladı: Bahadur Qobustan
“Belarusla Rusiyanın birləşməsi mümkün deyil” - Lukaşenko ittifaqla bağlı qəti qərarını açıqladı
21:45 05.12.2019
“Azərbaycan ərazilərinin işğalı davam edir” - Çavuşoğludan ATƏT-in iclasında Qarabağ açıqlaması
21:38 05.12.2019
ABŞ silahla dolu İran gəmisini saxladı - Raket hissələri Husi üsyançılarına göndərilibmiş
21:22 05.12.2019
Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında - Sərəncam
21:00 05.12.2019
Serj Sarkisyana qarşı cinayət işi açıldı - O, dövlət büdcəsini mənimsəməkdə ittiham olunur
20:50 05.12.2019
Qəbul imtahanlarının vaxtı müzakirə olunur - Gözlənilən yarışlara uyğun dəqiqləşmə aparılacaq
20:25 05.12.2019
Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında - Sərəncam
19:49 05.12.2019
Şəhriyarla ailə həyatı qurmağa gələn qız niyə fikirini dəyişdi? - "Bizimləsən"də - VİDEO
19:30 05.12.2019
"Müasir Azərbaycan diplomatiyasının 100 illiyi” - Ərəb dilində kitab çap olunub
18:42 05.12.2019
Əqli mülkiyyət hüquqlarının müdafiəsi - Bakıda seminar keçirilir
18:36 05.12.2019
Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında - Sərəncam
18:20 05.12.2019
On ölkədə "Azərbaycan Evi" fəaliyyətə başlayacaq - Diasporla İş üzrə Dövlət Komitəsi hesabat verdi
18:18 05.12.2019
Nəsiminin 650 illiyi qeyd olunur - Elmi-praktiki konfrans keçirilib
18:11 05.12.2019
Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında - Sərəncam
18:00 05.12.2019
“Azəriqaz” İB-nin sədri sakinləri qəbul etdi - Bəzi sakinlərin işlə bağlı müraciətinə də baxılıb
17:38 05.12.2019
Əlibaba Məmmədovun 90 illiyinin qeyd edilməsi haqqında - Sərəncam
17:30 05.12.2019
“Müzakirələr kifayət qədər çətin keçdi” - Məmmədyarov erməni həmkarı ilə görüşdən danışdı
17:28 05.12.2019
Bibiheybət yolu nə vaxt təmir ediləcək? - Agentlik əlaqədar qurumlardan hesabat gözləyir
17:10 05.12.2019
İcbari tibbi sığorta haqqı necə hesablanacaq? - Dövlət Agentliyindən açıqlama
16:30 05.12.2019
Magistraturaya qəbul qaydası dəyişə bilər - İmtahanın birmərhələli keçirilməsi təklif olunub
15:39 05.12.2019
Məişət əşyaları oğurlayan şəxs tutuldu - Quba sakini həmkəndlisinin evini qarət edib
12:49 05.12.2019
Kürdəmirdə “FORD” yük maşınına çırpılıb - Ölən və xəsarət alanlar var - FOTOLAR
09:50 05.12.2019
Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüb
09:35 05.12.2019
Tarixdə bu gün - 5 Dekabr - “Bermud üçbucağı”, Könüllülər günü, Uolt Disney...
09:19 05.12.2019
Sabah hava necə olacaq?
14:55 04.12.2019
Həsən Ruhani: "ABŞ rəsmiləri bizə ismarış göndəriblər"
14:19 04.12.2019
Slovakiyada Qarabağ müzakirəsi - Azərbaycan münaqişənin həllinə dair mövqeyini təqdim edib
13:39 04.12.2019
Elmi-tədqiqat işləri artıb
13:21 04.12.2019
II Xəzər innovasiya konfransı keçirilib - Konfrans “Əşyaların interneti” mövzusuna həsr edilib
13:02 04.12.2019
Qatar minik avtomobili ilə toqquşdu - Saatlıda
12:43 04.12.2019
Konstitusiya Məhkəməsi plenumunun iclası - Prezidentin Milli Məclisin buraxılması ilə bağlı sorğusuna baxılır
12:22 04.12.2019
Bakıda məktəb binası uçmaq təhlükəsi ilə üzləşib - Şagirdlər başqa məktəbə köçürüldü
12:00 04.12.2019
Salyanda qəza: piyada öldü - Sürücü hadisə yerindən qaçdı
11:41 04.12.2019
“Fərqliyik, bərabərik” - Heydər Əliyev Mərkəzində Uşaq festivalı təşkil olundu - VİDEO
11:20 04.12.2019
Zakir Həsənov cəbhə xəttində
11:01 04.12.2019
Bakıda binanın zirzəmisindən top mərmisi tapılıb
10:42 04.12.2019
İranın Baş konsulluğu üçüncü dəfə yandırıldı
10:22 04.12.2019
Təchizatçılar bioyanacağı aviasiya yanacağı ilə qarışdırmalıdırlar
10:03 04.12.2019
Magistraturaya qəbul prosesinin sadələşdirilməsi ilə bağlı təkliflər hazırlanıb
09:45 04.12.2019
Albaniyadakı zəlzələnin ölkəyə vurduğu ziyan açıqlanıb
09:29 04.12.2019
Tarixdə bu gün - 4 Dekabr - “Moskviç-400”, Şaxta Babaya məktub və Ömər Xəyyam...
09:15 04.12.2019
Peşə məktəbinin direktoru tutuldu - Şagirdlərin təqaüdünü mənimsəyib
21:49 03.12.2019
Rəcəb Tayyib Ərdoğan: NATO-nun yenilənməsi qaçılmazdır
21:32 03.12.2019
22 əlil reabilitasiya vasitələri ilə təmin edildi - Masallı, Lənkəran, Astarada tədbir təşkil olunub
21:13 03.12.2019
Ибрагимович согласовал контракт с «Миланом»
20:30 03.12.2019
Yunanıstanın Xios adasındakı qaçqınlar düşərgəsində kütləvi iğtişaş baş verib
20:13 03.12.2019
Yeni duetlər - Amina - PRoMete. "Ayıb" - VİDEO
19:55 03.12.2019
Cenevrədə vaksinlərin təhlükəsizliyi məsələləri müzakirə olunur
19:37 03.12.2019
KOBİA “Bakutel 2019” sərgisində - Yerli sahibkarlar məhsul və xidmətlərini nümayiş etdirir
19:18 03.12.2019
Türkiyənin iki əsgəri şəhid olub
19:00 03.12.2019
Sabahın havası...
18:43 03.12.2019
İranda ağır yol qəzası baş verib - Üç nəfər öldü, 24 nəfər yaralandı
18:24 03.12.2019
Elbrus İsayev Naxçıvan Dövlət Universitetinin rektoru təyin edildi
18:22 03.12.2019
Gürcüstanda itkin düşən balıqçılar axtarılır - Axtarışa FHN-in əməkdaşları da cəlb olunub
18:13 03.12.2019
Milli Məclisin növbəti plenar iclası keçirilib
18:03 03.12.2019
Rafael Dadaşov reanimasiyaya yerləşdirilib - Xalq artistinin vəziyyəti ağır-stabil qiymətləndirilir
17:47 03.12.2019
POS-terminal quraşdırmayan obyekt cərimələnəcək - Gələn ildən ƏDV-nin istehlakçılara qaytarılmasına başlanılacaq
17:28 03.12.2019
20-yə yaxın otelə kiber hücum olub - Viruslar bron sifarişi şəklində göndərilib
17:11 03.12.2019
Penitensiar müəssisələrdə seçkiyə hazırlıq - Növbəti seminar-məşğələ keçirilib
16:52 03.12.2019
Yardımlı rayonunda İdman Kompleksinin tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında - Sərəncam
16:33 03.12.2019
Manilada qasırğa səbəbindən 300-ə yaxın aviareys ləğv edilib
16:15 03.12.2019
Sergey Lavrov: Rusiya ilə Azərbaycan arasında münasibətlər qarşılıqlı inama və etibara əsaslanır
15:56 03.12.2019
Agentlikdən sahibkarlara xəbərdarlıq! - Yanvarın 1-dək vaxt verildi
15:37 03.12.2019
"Azərbaycanda qadın hüquqları” - Ümumrespublika inşa müsabiqəsinə start verilir
15:18 03.12.2019
Ayman Safadi: “Qarabağ münaqişəsinin sülh yolu ilə həlli vacibdir”
15:00 03.12.2019
Yeni ildə iş və istirahət günlərinin yeri dəyişdirilib
14:41 03.12.2019
Ukrayna Macarıstana nota verib
14:22 03.12.2019
Azərbaycanın və Rusiyanın Xarici İşlər nazirlərinin görüşü keçirilir
14:04 03.12.2019
Sərhədçilərimizdən nümunəvi addım - Xəzərdə halı pisləşən İran və Rus dənizçilərinə yardım edilib
13:44 03.12.2019
Sergey Lavrov ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR
13:25 03.12.2019
Ziya Bünyadov prospektində ağır qəza baş verib
13:06 03.12.2019
İranda aksiyalarda ölənlərin dəqiq sayı açıqlanıb
12:44 03.12.2019
62 yaşlı kişini avtomobil vurdu - Piyada kəllə-beyin travması alıb
12:26 03.12.2019
Gəncədə top mərmisi aşkarlanıb
12:07 03.12.2019
Pekində fabrikdə partlayış baş verib - Bir nəfər ölüb, on bir nəfər xəsarət alıb
11:49 03.12.2019
Milli Məclisin bugünkü iclasında 15 məsələ müzakirə olunacaq
11:30 03.12.2019
İki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb - Ağstafada
11:17 03.12.2019
Tarixdə bu gün - 3 Dekabr - Teleskop, SMS, 3D simvolu və Mariya Stadnik...
11:00 03.12.2019
SOCAR-a yeni vitse-prezident təyin edilib
10:26 03.12.2019
NATO-nun sammiti işinə başlayır
10:11 03.12.2019
Bütün xəbərlər