Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Səhnəmizin dahi aktyoru "xərçəng"ə belə can verdi - VİDEO

Səhnəmizin dahi aktyoru "xərçəng"ə belə can verdi - VİDEO
   7263 dəfə oxunub

Sağ olsaydı, yəqin deyərdi: «Bunu yazma!..»

Bu gün Bəşir Səfəroğlunun anadan olmasının 90 ili tamam olur. Martın 23-ü ölümündən 40 il keçir. Tamaşaçıları üçün, teatr üçün, bizim üçün, yaxın qohumları üçün Bəşir Səfəroğlu heç vaxt 44 yaşından o tərəfə adlamayacaq. 44 yaşının şəkli bütün ömrünə sonuncu illüstrasiya olacaq. Amma dünənə də, bu günə də, lap elə, indən beləyə də teletamaşalardan, kinolentlərdən şəkil-illüstrasiyalar göndərəcək. Hər dəfə bir özgə adamla, bir özgə tiplə, hər dəfə bir obrazda…   

 Elə bu boyda vəzifəni - Bəşir Səfəroğludan yazmaq məsuliyyətini öhdəsinə götürmüş, hardan başlayacağını götür-qoy edən müəllifə - mənə də ismarış yetirəcək.

 «Yazarsan ki, mən

mən Gülümsərov.

Həm ciddi, həm də

 şən Gülümsərov...»

Bəzən ayrı-ayrı sənətkarlar, aktyorlar haqqında portret oçerklər yazanda onların heç bir şəkildə ümumi olmayan fərdi cizgilərini kəşf edirəm. Sonra da mürəkkəb-sadə bənzətmələrlə onu dəqiq ifadə eləməyə çalışıram. Yazandan sonra görürəm ki, məqsədimə nail olmamışam, çoxları fikrimi tutmayıb. Amma yenə oxucu (tamaşaçı) duyumuna, fəhminə güvənib, Bəşir Səfəroğlunun aktyor portretinin (oyununun) bir cizgisini açmaq istəyirəm. Bəşir Səfəroğlu öz qəhrəmanlarını yaradır, bütöv edir, tamamlayır. Və maraqlıdır ki, bu tamlıqda həm də öz qəhrəmanına kənardan tamaşa edən, ona yad bir Bəşir Səfəroğlu var. Bu, oyunu dağınıq etmir. Əksinə, onu bütövləşdirir, tamamlayır. Hərdən onun qəhrəmanları «danışan Çaplinə» bənzəyir. Amma hər dəfə bayaq qeyd etdiyim cizgi dəqiqdir: «Mən qəhrəmanlarımı başa düşürəm və bağışlayıram».  

Tale   

Bəşir Səfəroğlunun yumoru sərtdi, çevikdi, bitkindi. Komik ampluanın bu qolu yalnız Bəşir Səfəroğlu yaradıcılığı üçün xasdı.

Bu sənətkar heç bir xüsusi peşə təhsili almayıb. Heç teatr təhsili də yoxdur. Hələ müharibədə eşitmə qabiliyyətini və nitqini itirdikdən sonra yenidən teatra qayıdıb. Və dili açıldıqdan sonra da onlarla obraz yaradıb.

 İlk dəfə səhnəyə 14 yaşında çıxıb. «Sevil» tamaşasında Gündüzü oynayıb. Bir il sonra Musiqili Komediya Teatrına gəlib və tamaşalarda sözsüz rollarda çıxış edib. 1941-ci ilin noyabrında yaşı düşməsə də könüllü cəbhəyə gedib. 1942-ci ildə «kontuziya» alaraq eşitmək və danışmaq qabiliyyətini itirib. Amma elə həmin il Musiqili Komediya Teatrının yardım heyətinə, mimans qrupuna götürülüb.

Sonra dili açılıb, eşitmə qabiliyyəti bərpa olunub. 1949-cu ildə Musiqili Komediya Teatrı bağlandıqdan sonra Bəşir Səfəroğlu bir müddət sürücü işləyib. Bir qədər sonra filarmoniyanın nəzdində estrada qrupuna daxil olub. 1956-cı ildə Musiqili Komediya Teatrı bərpa edilib və bədii rəhbər Şəmsi Bədəlbəylinin kollektivə ilk dəvət etdiyi aktyorlardan biri də Bəşir Səfəroğlu olub. 1949-cu ildə böyük qızı Zivər, 1955-ci ildə kiçik qızı Afaq dünyaya gəlib. 1964-cü ildə Bəşir Səfəroğlu əməkdar artist , 1968-ci ildə isə xalq artisti adına layiq görülüb.

Ölünü də qıdıqlayan rollar...  

Bəşir Səfəroğlunun yaradıcılığı Musiqili Komediya Teatrının möhtəşəm, parlaq bir dövrünü əhatə edir. Onun yaratdığı obrazlar rəngarəng və müxtəlifdir. Məşədi İbad və Qoçu Əsgər («O olmasın, bu olsun»), Uzun («Toy kimindir?»),Süleyman («Arşın mal alan»), Salyanski («Gözün aydın»), Şulu («50 yaşında cavan»), Baləmi («Rəisin arvadı»), Əli Dinməzov («Bir dəqiqə»), Dayandur («Olmadı elə, oldu belə »), Firuz bala («6 qızın biri Pəri»), Gülümsərov («Ulduz»), Höcətov («Höcət eləmə»), Polis rəisi («Milyonçunun dilənçi oğlu»)…

Bu teatr tamaşalarının çoxu günümüzə gəlib çatmayıb. Tamaşa ömrünü yaşayıb və bitib. Bu obrazları tamaşaçı alqışı dəfn edib. Əlbəttə ürəklərdə…

 Bəşir Səfəroğlunun rolun səhnə həllinə, qəhrəmanların sözlərinə münasibətdə fərqli mövqeyi vardı. Məsələn, o, hər kəlməni müxtəlif intonasiyalarla mənadəyişiminə məruz qoyurdu. Bəşir qəhrəmanın vəziyyətinə psixoloji zəmindən yanaşırdı və oyununda gözgörəsi ifşa - özünü ifşa yox idi. O, sadəcə qəhrəmanın xarakterini və vəziyyətinin komikliyini açırdı. Onun öz obrazlarına münasibəti ciddi və bütöv idi. Nadan professora da, bürokrat Murtuzova da, səfeh polis rəisinə də ciddi məntiqlə yanaşırdı. Bu daha düzgündü. Axı nadan adam öz nadanlığının fərqində deyil və bunu ona görə də xüsusilə qabartmır. Aktyor öz qəhrəmanlarının psixolojisini, düşüncə xəttini müəyyən edir və bu əsasdan da ona jest-hərəkət qrafiki cızırdı.   

Yalqızam, yalqız...  

Bəşir Səfəroğlu cəmi 7 filmə çəkilib.

 «Aygün», (Əmirxanın dostu), «Qəribə əhvalat» (Cəmil), «Əhməd haradadır?» (Sərxoş), «Ulduz» (Gülümsərov), «Xoca Nəsrəddinin 12 qəbri» (Nəsrəddin), «Yun şal» (Kişi), «Yaşamaq gözəldir, qardaşım» (Səfər) bu yeddiliyi təşkil edir.

Bu rollardan ən məşhuru “Ulduz” filmindəki Gülümsərovdur. «Ulduz»da isə Gülümsərov təcrübəyə gəlmiş tələbələrin rəhbəridir. Bu tipajı sanki Bəşir Səfəroğlu çoxdan tanıyır. Gülümsərov elmlə «məşğul olur» və cəmiyyət və şəxsiyyət müstəvisində bu tipaja mənəvi kütlük kimi baxılırdı. Gülümsərov özünü özü haqda formalaşdırdığı bir qəlibə salıb. Və bu qəlibi aktyor Bəşir Səfəroğlu çox peşəkarlıqla duyub. Gülümsərovun görkəmli alim «imici» bu qəlibin məhsuludur. Bu alimciyəzin Naziləyə (B.Şəkinskaya) rast gələcəyini qabaqcadan proqnozlaşdırmaq olur.

 «Əhməd haradadır?» filmində Bəşir Səfəroğlu ekranda çox az görünən epizodik və yaddaqalan bir obraz yaradır. Ümumiyyətlə, bu film sadə bir süjetin üzərində qurulmuş epizodlar komediyasıdır. Bəşir Səfəroğlu yaratdığı obrazda sərxoşluğun faciəsinin özünəməxsus yumorla açır. «Yalqızam, yalqız..» deyib də dirəkləri qucaqlayan sərxoş diqqətdən yayınmır. Lütfəli Abdullayevdən bir replika da qazanır «Can, ay yetim..». Bəşir Səfəroğlu hər hansı bir detalla obrazına xarakterik cizgilər əlavə etməyi xoşlayırdı. Bəşir Səfəroğlunun böyüklüyü, zövqünün həssaslığı orasında idi ki, o, detaldan istifadənin ölçülərini, həddini heç vaxt pozmurdu.

1965-ci ilin yay aylarında «Mosfilm»in rejissoru Tacikistanda Xoca Nəsrəddin haqqında film çəkməyə hazırlaşır. Baş rola Bəşir Səfəroğlu dəvət edilir. Filmdə əsas aparıcı obraz Xoca Nəsrəddindir. Müəllif bir-biri ilə bir o qədər də bağlılığı olmayan epizodları, hadisələri, müəllifləri vahid xətdə- Xoca Nəsrəddinin vasitəsilə birləşdirməyə çalışmışdır. Tamaşaçılar filmi yaxşı qarşıladılar.

… Alimlərin nüfuzlu bir məclisi... Elmi sessiya… Bir-birinin ardınca fikir yürüdən natiqlər «mühüm bir məsələ» barədə mübahisə edirlər: Xoca Nəsrəddin tarixi şəxsiyyətdirmi? O nə vaxt yaşamışdır? Nəsrəddinə isnad edən 12 qəbirdən hansı onundur

Bayaqdan bəri bu məclisi sakitcə seyr edən Xoca Nəsrəddin axırda mənalı şəkildə alimlərə müraciət edir:

- Sizin bu mübahisənizin camaata xeyri nədir?  

Yenə tale...  

Xoca Nəsrəddin rolu ümumittifaq miqyasa çıxdığı bir vaxtda tale Bəşirə «sürpriz» hazırladı - Xərçəng!

Sonra Bəşiri inandırırlar ki, xəstə deyil, onda heç nə yoxdur. Onu inandırmaq üçün nələr etmirdilər. Bir dəfə o, Qulamrzaya deyir ki, and iç, and iç ki, məndə heç nə yoxdur. Qulam and içir. Yerə, göyə and içir. Deyir: «Yox Qulam, and iç ki, balalarım ölsün, səndə heç nə yoxdu». Çarəsiz Qulam yenə and içir. Yanına dəyməyə gələnlərlə min cür ssenari quraşdırırlar. Bəşiri inandırırlar, ümidləndirirlər. Ağrılardan imkan tapan kimi teatra gəlib tamaşalarda çıxış edir. 40 dərəcə qızdırma içində «Milyonçunun dilənçi oğlu» tamaşasında oynayır. Polis rəisini… Bu rol tamaşada cəmi iki epizodda, qısa müddətdə səhnədə görünürdü. İkinci epizod xüsusilə maraqlı idi. Guya ölmüş senatorun arvadını götürmək üçün polis rəisi gəlir. Onun sözü çox azdı: «Axmaqlar! Ölünün də qıdığı gələr?» Burada aktyor mətndən kənara çıxaraq bu epizodu bir neçə variasiyada oynayırdı. Bu improvizələr heç vaxt bir-birini təkrarlamırdı. «Milyonçunun dilənçi oğlu» tamaşasında heç kim səhnəyə Bəşir Səfəroğlu qədər ciddi hərəkət və sifət ifadələri ilə çıxmırdı. Və heç kim də konkret situasiyanı bu dərəcədə dəqiq, bütün aydınlığı və yumor tutumu ilə canlandıra bilmirdi. Çünki bütün ifaçılar hamısı hadisəni oynamağa səy göstərirdi.

Bəşir Səfəroğlu xalq arttisti adını alandan sonra cəmi 7 ay yaşadı. Ağrılar içində, ümidlə, aldanışla, inanmaq istəyi ilə. Bir aktyor ömrü beləcə bitdi.   

Epiloq əvəzi  

Obrazları yaşayır, xatırlanır. Qızı Afaq xanım yaşayır, atasından sonra yeri boş qalan səhnəni doldurmaq amalı ilə yaradır…

…Bəşir Səfəroğlunu bu həyatdan xərçəng xəstəliyi apardı. Özü isə bu dünyadan - onun əbədiliyindən, faniliyindən, gülüşündən, kədərindən nələrisə qoparıb apardı. «Kim bu dünyadan nə aparır?» - yalan sözdü. Əgər xatırlanırsa, hamı nəsə aparır. Onun kimi…   

Mədəniyyət qəzeti

BUNU DA OXU

“ATV Qalereya”da yeni mövsümün ilk sərgisi - Qonaqlar sərgi haqqında öz təəssüratlarını bölüşdü - FOTOLAR
13 самых нелепых смертей
«ПСЖ» дал согласие на продажу Мбаппе в "Реал"
Məhəmmədrza Purməhəmmədi: Şərqi Azərbaycan vilayətinin orta ümumtəhsil məktəblərində Azərbaycan dilinin tədrisinə başlanacaq
"Park Cinema"da növbəti premyera - "Yesterday" filminin nümayişi - FOTOLAR
Xəbər lenti

Xalq bu siyasətə alternativ görmür - Azərbaycan xalqı prezidentin həyata keçirdiyi siyasəti dəstəkləyir - VİDEO
23:55 21.09.2019

Xəttə yeni avtobuslar buraxılıb - Avtobuslar “Avro 5” standartlarına cavab verir
23:42 21.09.2019

Kazım Can "Mənimlə" - "Tap Qazan"da - VİDEO
23:27 21.09.2019

Məcburi köçkünlərə dəstək tədbirləri - 200 nəfər müayinə olunub, məktəbə hədiyyələr verilib
23:06 21.09.2019

İsmayıllıda YAP ilk təşkilat sədrlərinin bölgə müşavirəsi və gənclərlə görüş olub - FOTOLAR
22:47 21.09.2019

Hərbçimiz həlak oldu - Hadisə ilə bağlı istintaq başlayıb
22:26 21.09.2019

Fındıq oğruları ələ keçdi - Zaqatalada əməliyyat keçirilib
22:07 21.09.2019

"Əsrin müqaviləsi" - Tarixi hadisə - VİDEO
21:55 21.09.2019

Ermənilər ekskovatoru atəşə tutdu - Düşmən sərhəddə təxribat törədib
21:48 21.09.2019

ABŞ Yaxın Şərqə əlavə qoşun və hava hücumundan müdafiə vasitələri yerləşdirir - Tramp qərar verdi
21:29 21.09.2019

Əfsanəvi filmlərdən əfsanəvi səhnələr. - "Nəsimi". Dərvişlə Nəsiminin dialoqu - VİDEO
21:11 21.09.2019

ETSN-dən ayı hücumu ilə bağlı açıqlama - Meşə ərazisinə yaxın ev tikilməməlidir
20:52 21.09.2019

Minik və yük maşını toqquşdu - Üç nəfər xəsarət alıb
20:33 21.09.2019

Xəmir yoğurmadan pizza hazırlayın - VİDEO
20:14 21.09.2019

Soydaşlarımız gürcü dilini bilmir - Azərbaycanlı deputat məsələ qaldırdı
20:00 21.09.2019

Təlimlərin nəticəsi müzakirə olunub - Müdafiə Nazirliyində kollegiya iclası keçirilib
19:48 21.09.2019

Xalq artisti Elçin Əzizov Böyük Teatrda “Traviata” operasında çıxış edəcək
19:30 21.09.2019

Astarada əməliyyat - İrandan ölkəyə narkotik keçirən şəxs saxlanıldı
19:13 21.09.2019

Nəsimiyə həsr olunmuş sərgi açılacaq - Xalça eskizi müsabiqəsi yekunlaşıb
18:53 21.09.2019

“Tarixi bilgilərin mədəniyyətin inkişafında rolu” mövzusunda növbəti seminar təşkil edilib - FOTOLAR
18:32 21.09.2019

Ev şəraitində asan üsul ilə bəzəkli məktəb tortunu hazırlayın - VİDEO
18:10 21.09.2019

Zöhrə Abdullayeva oğlunun vəfatından 14 ay sonra ilk dəfə efirə çıxdı - "Bizimləsən"də - VİDEO
17:47 21.09.2019

Şamaxıda Ticarət Mərkəzi yanaraq külə döndü - İki rayondan yanğınsöndürənlər cəlb edilib
17:29 21.09.2019

Bakı metrosunda qatar tüstüləndi - "Nəriman Nərimanov" stansiyasında həyəcanlı anlar yaşanıb
16:52 21.09.2019

Müəllimlərin işə qəbulu - Müqavilə ilə işləyənlər üçün ikinci tur başlayır
16:31 21.09.2019

Yuta ştatında avtobus qəzaya uğrayıb: ölənlər və yaralananlar var
16:12 21.09.2019

X.A.Xələfovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
15:52 21.09.2019

Azərbaycanın dəstəyi ilə Dərbənddə xalçaçılıq muzeyi yaradılacaq
15:39 21.09.2019

Ekologiya Nazirliyinin nümayəndəsi sabahkı küləklə bağlı xəbərdarlıq etdi
15:26 21.09.2019

İncəsənət ustaları Neft Daşlarında konsert proqramı ilə çıxış ediblər - FOTOLAR
15:05 21.09.2019

«Краснодар» расторг контракт с Мамаевым
14:45 21.09.2019

M.Ş.Şəkiliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
14:26 21.09.2019

Şərif Şərifov Olimpiadaya lisenziya qazandı
14:14 21.09.2019

"Bir qadın" serialının yaradıcı heyəti - "Gündən günə" verilişində - ÖZƏL - FOTOLAR
13:52 21.09.2019

Sentyabrın 21-i Beynəlxalq Altsheymer Xəstəliyi ilə bağlı Məlumatlandırma Günüdür
13:32 21.09.2019

Cüdomuzun növbəti uğuru - Leyladan gümüş medal gəldi
13:10 21.09.2019

Yaşlı qadın pulunu oğurlamaq istəyən gənc qızı belə döydü - VİDEO
12:42 21.09.2019

ABŞ dövlət katibinin müavini Andrea L.Tompson postunu tərk edir
12:23 21.09.2019

Nazir Gəncə şəhərində mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub - FOTOLAR
12:05 21.09.2019

Günay Baxşəliyevanın yeni sezonda ilk efiri - ÖZƏL - FOTOLAR
11:48 21.09.2019

Azərbaycanda traktor zavodu tikiləcək - Çin şirkəti ilə sənəd imzalandı
11:30 21.09.2019

Dünya çempionatında ilk uğurumuz - Zöhrə Ağamirova olimpiya lisenziyası qazandı - FOTOLAR
11:11 21.09.2019

"Zaurla Günaydın" yeni sezona start verdi - ÖZƏL - FOTOLAR
10:50 21.09.2019

Şəhid polisin ailəsi prezidentə müraciət etdi - VİDEO
10:29 21.09.2019

Yada düşər xatirələr. 1981-ci il - Flora Kərimova - "Keçə bilmirəm" - VİDEO
10:10 21.09.2019

“Şirinlər” növbəti dəfə Gənc Tamaşaçılar Teatrının səhnəsinə çıxacaq
09:53 21.09.2019

“Əsrin müqaviləsi” Heydər Əliyevin şah əsəridir” - Xoşbəxt Yuzifzadədən maraqlı xatırlamalar - VİDEO
09:35 21.09.2019

“Bədii layihə rəhbərliyi” – “YARAT”da növbəti mühazirə belə adlanır
23:51 20.09.2019

Əsrə bərabər 25 il - Yaxud “Əsrin müqaviləsi” nələri dəyişdi? - VİDEO
23:33 20.09.2019

“ABŞ kosmosa silah yerləşdirir” - Lavrovdan sensasiyalı açıqlama
23:10 20.09.2019

Türkiyədə baş vermiş meşə yanğınlarında PKK terror təşkilatının iştirakı var
22:47 20.09.2019

Azərbaycanın Bolqarıstandakı səfirliyi Sofiyada “Diplomatiya üçün incəsənət” layihəsində iştirak edib - FOTOLAR
22:26 20.09.2019

BDU beynəlxalq əlaqələrini genişləndirir - Beynəlxalq fizika mərkəzi ilə memorandum imzalandı
22:07 20.09.2019

Hüquqi şəxslərin qeydiyyatı asanlaşır - Elektron müraciət sistemi təqdim edilib
21:49 20.09.2019

Azərbaycan Milli Xalça Muzeyində İmadəddin Nəsimiyə həsr olunan sərgi açılacaq
21:30 20.09.2019

Cəbhə xəttində sakinlərə çıxarış verildi - Səyyar ofis 100-ə yaxın sakinə xidmət göstərdi
21:11 20.09.2019

Bu dəfə muğam və təsniflər “Rast dünyası”nda səslənib
20:53 20.09.2019

Lionda naməlum şəxs küçədən keçənlərə atəş açıb
20:34 20.09.2019

Tibb biznesi sektorunda mövcud vəziyyət - Bu sahədə çalışan sahibkarlar müzakirə apardı
20:16 20.09.2019

Ermənistan İsraildə səfirlik açır
19:58 20.09.2019

TÜRKSOY-un 22-ci Opera Günlərinə Girnə şəhərində start veriləcək
19:46 20.09.2019

Mədəniyyət Mərkəzində “Unudulmaz bəstəkar” adlı tədbir təşkil edilib
19:30 20.09.2019

Təlimlər davam edir - Döyüş atışları icra olunub
19:10 20.09.2019

N.Q.Cəfərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
18:51 20.09.2019

M.N.İmanovanın Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
18:34 20.09.2019

Sabah meteohəssas insanlar üçün hava əlverişsiz olacaq
18:16 20.09.2019

ABŞ-da silahlı insident baş verib - Bir nəfər ölüb, 6 nəfər yaralanıb
17:57 20.09.2019

"Kafelərin həyətindəki ağaclar qəsdən qurudulur” - Yaşıllaşdırma Təsərrüfatı Birliyi sərt tədbirlər görəcək
17:39 20.09.2019

Qobustan Milli Tarix-Bədii qoruğunda "Avropa İrs Günləri" layihəsinə həsr odilmiş tədbir təşkil olunub
17:21 20.09.2019

Ermənistan müdafiə naziri Dilqəm və Şahbazın dəyişdirilməsinin mümkünlüyünü istisna etməyib
17:02 20.09.2019

Tunisin devrilmiş prezidenti Zeynal Abdin bin Əli vəfat etdi
16:44 20.09.2019

Dələduzluq edən qadın saxlanıldı - O evlərdən oğurluq da edirmiş
16:25 20.09.2019

Rusiyalı violin ifaçısı Sergey Doqadin Bakıda ustad dərsi keçib - FOTOLAR
16:02 20.09.2019

Kənd təsərrüfatında uçot problemi - Rəqəmlər arasında uyğunsuzluqlar mövcuddur
15:45 20.09.2019

Texas qubernatoru ştatın 13 dairəsində təbii fəlakət rejimi elan edib
15:28 20.09.2019

Azərbaycan ədəbiyyatı Belarusun mərkəzi kitabxanaları və universitetlərində
15:10 20.09.2019

Очередной шанс для азербайджанских дзюдоистов - "Гран При Ташкента"
14:50 20.09.2019

BMT-nin Baş katibinin müdaxiləsindən sonra ABŞ İran Prezidentinə və Xarici İşlər nazirinə viza verib
14:33 20.09.2019

Türkiyədə akademik Nizami Cəfərovun “Azərbaycan ədəbiyyatı tarixinin etüdləri” kitabı oxuculara təqdim olunub
14:14 20.09.2019

“Qrand-Park” ticarət mərkəzində güclü yanğın baş verib
13:57 20.09.2019

Bütün xəbərlər