Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Azərbaycanın ən vətənsevər şairi - "Bolşevik casusu" kimi həbs edildi - VİDEO - VİDEO

Azərbaycanın ən vətənsevər şairi - "Bolşevik casusu" kimi həbs edildi - VİDEO - VİDEO
1544 dəfə oxunub
"Azərbaycan, mənim taxtım, tacım oy"
Almaz İldırımın vətən həsrətli şeirləri və istiqlal sevgisi gənclərə mükəmməl örnəkdir.
 
Vətəni Almaz İldırım kimi incə, zərif, eyni zamanda qüdrətli, mübariz ruhlu misralarla vəsf etmiş ikinci bir şair xatırlamaq mümkün deyil. Almaz İldırım poeziyasında incəliklə əyilməz vüqar, sınmaz qürur, əzəmət vəhdət təşkil edir.
   
Hansı bir şeir parçası, hansı bir misra indiyədək onun "Azərbaycan" şeirini əvəz edə bilib?!.
   
    
   
   Nərdə məni gül qoynunda doğuran, 
   
   Xəmirimi göz yaşıyla yoğuran,
   
   Beşiyimdə, lay-lay balam, çağıran,
   
   Azərbaycan, mənim bəxtsiz anam, oy!
   
   Neçə ildir həsrətinlə yanam, oy!..
   
    
   
   Xəbər alsam, Muğanımdan, Milimdən,
   
   Nazlı Bakım, o neft qoxan gülümdən,
   
   Kim demiş ki, düşmüş adın dilimdən,
   
   Azərbaycan, mənim eşsiz yurdum oy,
   
   Ölməz eşqim, içimdəki dərdim, oy!..
   
    
   
   Salam versəm, rüzgar alıb götürsə,
   
   Ağrı dağdan göy Xəzərə yetirsə,
   
   Xəzər coşub zəncirini qırsa oy,
   
   Hökm etsə, bu sərsəm gediş dursa, oy.
   
    
   
   Könlümə tək Kəbə yapdım səni mən,
   
   Sənsiz neylim qürbət eldə günü mən?
   
   Sənsiz neylim Allahı mən, dini mən,
   
   Azərbaycan, mənm taxtım, tacım, oy.
   
   Oyanmazmı kor olası baxtım oy!
   
   Bu misralar hər bir Azərbaycan türkünün qanını coşdurmağa, qəlbini riqqətə gətirməyə qadirdir. Damarında türk qanı axan hər bir insan üçün bu misralar bir Vətən himnidir, Vətən sevgisinin, həqiqətən də eşsiz tərənnümüdür. Azərbaycan sevdalısı olan bir insanın öz hisslərini ifadə etməsi üçün bundan gözəl nümunə ola bilməz. Almaz İldırım qəlbindən süzülür bu sevgi. Vətənə sonsuz məhəbbət, onu necə varsa, eləcə sevməz, sözün bütün mənalarında Vətən aşiqi olmaq. Bunu anlamaq üçün Almaz İldırım şeirlərini oxumaq yetərlidir. Almaz İldırım əsl vətənpərvər idi. Almaz İldırım Vətən yolunda bir cəfakeş idi. Onun başına nə acılar gəlmişdisə, Azərbaycanı sevdiyi üçün gəlmişdi. Bu sevgi sadəcə bir məhəbbətdən ibarət deyildi. Almaz İldırım Azərbaycanı onun istiqlalı ilə bir sevirdi. Sevgili Vətənini azad, hürr görmək istəyirdi. Almaz İldırımın qəlbindəki Azad Azərbaycan sevgisi idi. Əlbəttə ki, bu imperiyapərəstləri qane etməyəcəkdi. Ona görə də Almaz İldırıma olmazın əzablar verdilər, bununla qəlbindəki istiqlal sevgisini qoparıb ata biləcəklərini düşündülər. Amma yanıldılar. Bu mənada Almaz İldırımın həyatı Azərbaycan gəncləri üçün ən mükəmməl örnəkdir. Vətən sevgisini Almaz İldırım şeirlərindən alanların səmimiliyinə heç vaxt şübhə yeri qalmaz.
   
   Almaz İldırım 1907-ci il mart ayının 24-də Bakının Qala kəndində anadan olub. Azərbaycan ədəbiyyatı tarixinə daxil olmuş Almaz İldırımın əsl adı Əbdülhəsəndir. Uşaqlıqdan onu babasının adı ilə - Almaz çağırıblar. Almaz İldırım bu adla mətbuatda tanınıb və məşhurlaşıb. Şairin anası Nisəxanım evdarlıqla məşğul olub, uşaqlarını ehtiyac içində böyüdüb. Tədqiqatçılar göstərirlər ki, Almaz hələ 6 yaşında ikən ailələri Şüvəlana, 1920-ci ildə isə Çəmbərəkəndə köçür. Kiçik Almaz 1914-15-ci illərdə Cənubi Azərbaycandan Bakı neft mədənlərinə işləməyə gəlmiş fəhlə uşaqları üçün İran hökuməti tərəfindən təşkil olunmuş "İttihad" məktəbində təhsil almağa başlayır. Bu məktəbdə dərslər həm Azərbaycan, həm də fars dilində keçirilirdi. Sonra Almaz İldırım 1925-ci ildə 18 yaşında Abdulla Şaiqin nümunə məktəbində təhsilini davam etdirir. Bu məktəbdə dərs deyən müəllimlər - A.Şaiq və Hüseyn Cavid olublar. Almaz İldırım A.Şaiq və Hüseyn Cavidlə daha çox yaxın ünsiyyətdə olub. Bu ədiblərlə ünsiyyətdə olmaq Almaz İldırımın gələcək həyatının formalaşmasında mühüm rol oynayıb. Almaz İldırım "İttihad" məktəbində oxuyarkən şeir yazmağa başlayıb elə o vaxtdan ciddi mövzular üzərində işləyib. Bu məktəbdə oxuyarkən Almaz İldırım Hüseyn Cavidlə, Əhməd Cavadla, Cəfər Cabbarlı kimi ədiblərlə tanış olub, onların əsərlərini dönə-dönə oxuyub. Əhməd Cavad incə ruhu, həssas qəlbi, alicənab davranışı ilə şairin diqqətini cəlb edib. Bu kimi xüsusiyyətlərə görə Almaz İldırım Əhməd Cavadı özünə ustad seçib. Bu ədiblərin sayəsində Almaz İldırım o illərdə fəaliyyət göstərən "Ədəbiyyat Cəmiyyəti"nin üzvü olub, məsul katib kimi fəaliyyət göstərib. Bu cəmiyyətdə tanınmış sənətkarlarla yanaşı, gənc şair və yazıçılar da yaxından iştirak edirdilər. 1926-cı ildə bu cəmiyyət öz fəaliyyətini dayandırır. Cəmiyyət öz adını dəyişdirib "Qızıl Qələmlər İttifaqı" adlandırır. Cəmiyyətin məcmuəsində Almaz İldırımın 6 şeiri "Hindli qız", "Nəriman", "Qərbə" dərc edilib. Almaz İldırım bu illərdə ali təhsil almağı da yaddan çıxarmır. Odur ki, 1927-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə qəbul olunur. Çox çəkmir ki, Almaz İldırımı bu ali təhsil ocağından xaric edirlər. Səbəbi də bu olur ki, guya, onun atası tacir imiş. Ancaq həqiqətdə isə şairin atası Əbdülməhəmməd kişi Çəmbərəkənddə kiçik alış- verişlə məşğul olmuş və ailəsini güclə dolandırırmış. Onu bu kənddə ancaq belə tanıyırmışlar. Ancaq Almaz İldırım bundan çox məyus olmasına baxmayaraq, yığıncaqlarda müzakirələrdə öz şeirləri ilə yenə çıxış edir. 1928-ci il Almaz İldırımı yeni təsis olunmuş "Azərbaycan Proletar Yazıçıları Cəmiyyəti"nə gətirib çıxarır.
   
   Onun İstanbul şəhərində çıxan "Həyat" dərgisində "A dağlar", "Sevdiyim" şeirləri çap olunur. Almaz İldırım Hüseyn Cavid, Əhməd Cavad yolu keçmiş, C.Cabbarlı əsərlərindən faydalanmışdır. Onun şeirlərində Vətənə sevgi, ürəyini Vətənə açmaq üstünlük təşkil edir. Lap uşaqlıq vaxtından Almaz İldırım klassik ədəbi mənbələrə dərindən yiyələnmiş, xalq şeirini, onun incəliklərini sevmiş, poetik obrazlar yaratmışdır. Onun poeziyası çoxşaxəlidir. İstiqlal şairini duymayan, onun şeirləri xoşuna gəlməyən kommunist ideyaları vurğunları, onun kükrəyən ilhamından qorxanlar Almaz İldırımı təqiblərə məruz qoyur. Onu əvvəlcə Dağıstana, 2 ildən sonra isə Türkmənistana sürgün edirlər. 
   
   Almaz İldırım yaxşı bilirdi ki, bu cür işgəncələrlə, sürgünlərlə onu sındırmağa, əyməyə çalışırlar. Ancaq o nə sınır, nə əyilir, nə də əqidəsindən, məsləkindən dönürdü. Dağıstanda sürgündə olduğu vaxtda da qələmi ehtiyat bilmədən yazıb-yaradırdı. Şairi Dağıstanda da sakit buraxmır, izləyir, nə yazdığına, necə yazdığına göz qoyurdular. 1931-ci ildə 24 yaşında Dağıstandan Türküstana sürgün edilərkən "Əlvida, Bakı" adlı şeirində vətənə "can" dediyinə görə vətəndən qovulduğunu, ancaq vətənin "bu qurbana" acımadığını yana-yana, ürək ağrısıyla belə ifadə etmişdir:
   
   Günahım "can" dedim, sana, qovuldum,
   
   Acımadın bu qurbana, əlvida.
   
   Təkcə bu iki misranın üstündə nə qədər düşünmək, nə qədər söz demək olar. Almaz İldırım bu şeirdə vətəndən niyə qovulduğunu açıb göstərir. Biz onun "öz günahını" yaxşı anladığını bütün şeirlərində hiss edirik. "A dağlar" şeiri də başdan-ayağa şairin "günahları"yla yoğrulmuşdur:
   
   
   
  Of Bakı... bu ayrılıq mənə ölümdən ağır,
   
   Aləmə bahar gəldi, sənə yağmur, qar yağır.
   
   Gündüzlərin dumanlı, gecələr dilsiz, sağır,
   
   Bu boğulan səsimi varmı duyan, a dağlar?
   
   
   
   Bu şeirdəki dağlar vətəniydi. Şair "dağlar" deyəndə vətəni nəzərdə tuturdu. "Aləmə bahar gəldi, sənə yağmur, qar yağır" misrasında açıq-aydın Azərbaycanın işğalına işarə vururdu.
   
   Şeirlərində ifadə olunan millətçi ismarıclarına görə İldırım Dağıstana sürgün edilir. Sürgündə "Dağlardan xatirələr", "Ləzgi elləri", "Krımda axşamlar", "Səlimxan" və "Günah kimdədir?" adlı şeirlərini yazır. 1930-cu ildə Bakıya qayıdıb "Dağlar səslənərkən" şeirlər məcmuəsini nəşr etdirir. Lakin kitab senzuradan keçməyib şairin Azərbaycan Yazıçılar Birliyindən qovulmasına səbəb olur. Bu dəfə Almaz İldırım Türkmənistana sürgün edilir. Almaz İldırım Türküstanda da havasını dəyişmir, qələmin ovxarını azaltmır. Türküstanda A.İldırımın hər addımını izləmək üçün Bakıdan Əkbər Ruhi adlı siyasi idarəyə işləyən bir "şair"ə xüsusi sifariş verilir. Sözsüz ki, Almaz İldırım bütün bunları gözəl başa düşürdü. O gözəl bilirdi ki, 37-ci il repressiyaları başlayan kimi ilkin olaraq "ət maşını"nın ağzına atılanlardan biri olacaq. Millətin bütün gözüaçıq, şüurlu və işıqlı ziyalılarını həmin "ət maşını" gözləyirdi. Orada bir müddət məktəb direktoru vəzifəsində çalışır. Azərbaycandan Aşqabada göndərilən bir QPU agenti (Əkbər Ruhi) öz müşahidələri əsasında belə nəticəyə gəlmişdi ki, "A.İldırım ideolojimiz üçün zərərli bir insandır..." Bundan sonra Türkmənistanda qalmaq Almaz İldırım üçün təhlükəli idi və 1933-cü ilin iyun ayında o, yenicə evləndiyi arvadı Zivər xanımı və üç aylıq körpəsi Azəri də götürüb İrana doğru istiqamət alan qaçaqçı bir dəvə karvanına qoşulur. Sərhəd gözətçilərinin və kömrük məmurlarının gözünə görünməmək üçün ən çətin cığırlarla sıldırım qayalar ötüb, uca dağlar aşdıqdan sonra böyük məşəqqətlə İran torpağına çatırlar. Almas İldırım dərhal həbs olunur. 25 gün dustaqda qalır. Onu bolşevik casusu hesab edərək işgəncə verir, istədikləri məlumatı qoparmaq üçün sinəsinə qədər soyuq suyun içərisində saxlayırlar. Bu işgəncə şairin səhhətində dərin izlər qoyur. O, sağalmaz böyrək xəstəliyinə mübtəla olur. Nəhayət, azad edilib Məşhəd şəhərinə göndərilir. Burada ürəyincə iş tapa bilməyən Almaz İldırım çox yoxsul, acınacaqlı həyat sürür. Sonralar bu ağrılardan əziyyət çəkir, Almaz İldırım İranda qala bilməyib tezliklə Türkiyəyə gedir. 1934-cü ildə Almaz İldırım Türkiyə vətəndaşlığına qəbul edilir. Almaz İldırım Türkiyədə katibliklə, kargüzarlıqla məşğul olur, ibtidai məktəbdə dərs deyir. Ömrünün təqribən 12 ilini isə o, yaradıcılığını davam etdirməklə yanaşı, müxtəlif ölkələrdə bucaq müdirliyində (qəsəbə bələdiyyəsində) çalışmışdır. Burada bu ədiblər ona yazıb-yaratmağa bu cəfakeş şairə köməklik edirlər. Almaz İldırımın poeziyası yalnız doğma yurda, Azərbaycana aiddir. Özündən sonra İstiqlal şairi 4 övlad qoyub gedib. Şair dərd-bəlaya düçar olsa da, səadət, xoşbəxtlik duymasa da, çox böyük ürək sahibi idi. Azər, Araz, Otqan, Bakıxan adlı övladları olub. Azər adlı oğlu aldığımız məlumata əsasən, Türkiyədə tanınmış neft mütəxəssisidir. O həm də tanınmış şairdir. Otqan və Bakıxan da Türkiyədə yaşayırlar. İstiqlal şairi, möhkəm iradəli Almaz İldırım maddi çətinliklər içərisində yaşamasına baxmayaraq 7 şeir toplusu bizə miras qoyub, məzmunlu neçə-neçə məqalələr dərc etdirib. Haqlı olaraq Türkiyədə Almaz İldırımı həm də Türk şairi adlandırırlar. 
   
    45 yaşlı Almaz İldırım 1952-ci il yanvarın 14-də dünyadan köçür. Sevməkdən doymadığı, usanmadığı sevgili Vətənindən əbədi ayrılır, xoş güzəran keçirmədiyi qəmli qüssəli, işgəncəli dünyadan köç edir.
   
   Xüsusi vurğulamaq istərdik ki, zərif və qüdrətli poeziya sahibi Almaz İldırımın 100 illik yubileyi dövlət səviyyəsində qeyd edilib. Öz xalqını ürəkdən sevən, bütün çətinliklərə sinə gərən, lakin qəlbindəki İstiqlal işığını sönməyə qoymayan, daim poeziyamızda məşəl kimi işıq saçan mərd-mübariz Almaz İldırım irsi gənc nəslə daim örnək olacaqdır. Almaz İldırım məktəbi mərd mübarizlər məktəbidir. Bu məktəbdən gənc nəsil özü üçün nümunə götürməlidir. 
   
   
Məlahət Rzayeva
 

BUNU DA OXU

Roy Kin milli yığmamıza başçılıq edə bilər? - AFFA-dan açıqlama
Yük yerində sərnişin keçirməyə cəhd olundu - VİDEO
DSMF-nin vəzifəli şəxsləri saxlanıldı - VİDEO
Qapalı məkanlarda diqqətli olaq - VİDEO
Ağdaşda 50 nəfərdən artıq şəxs xüsusi karantin qaydalarını belə pozub - VİDEO
Xəbər lenti

Ödənişli yolun bir hissəsi artıq hazırdır - 30 km-lik hissəsi yaxın günlərdə istifadəyə veriləcək
23:54 01.07.2020

Dağlıq Qarabağla bağlı danışıqlar yenidən canlanır - M.Brayza: “Ciddi irəliləyiş gözlənilmir”
23:14 01.07.2020

Sahibkarların güzəştli kredit imkanı - Aldıqları kreditlərin 60%-nə dövlət zəmanəti veriləcək
22:54 01.07.2020

Daha 588 nəfər koronovirusa yoluxdu - 346 nəfər sağaldı, 7 nəfər vəfat etdi
22:21 01.07.2020

Virusa yoluxanların sayı azala bilər - “Karantin qaydalarına əməl edək”
21:21 01.07.2020

Həkimlər vətəndaşlara çağırış edir - Virusla mübarizədə yeganə yol məsuliyyətli davranmaqdır
20:54 01.07.2020

Görülən tədbirlər nəticə verəcək - Sərt karantin rejimi yoluxma dinamikasını aşağı salır
20:39 01.07.2020

“Kann” film festivalına etiraz məktubu göndərildi - Ermənilərin işğaldakı torpaqlarımızda çəkdikləri filmə görə
20:21 01.07.2020

Bərdədə restoran sahibi saxlanılıb - Karantin qaydalarını pozan 7 nəfər həbs edilib
19:47 01.07.2020

AI-95 markali benzin bahalaşdı - Benzinin qiyməti 10 qəpik artdı
19:21 01.07.2020

Ölkəyə 168 min fərdi qoruyucu vasitə gətirildi - Pandemiya ilə mübarizəyə ayrılan tibb müəssisələrinə paylanılacaq
18:54 01.07.2020

"Barselona" xal itirdi - Messidən 700-cü qol
18:21 01.07.2020

“Türk Eskobar” həbs olundu - Türkiyənin daxili işlər naziri bu haqda məlumat verib
17:54 01.07.2020

Xaçmazda silah-sürsat tapılıb - 6 əl qumbarası, 361 ədəd patron anama-ya təhvil verilib
17:51 01.07.2020

Tehranda xəstəxanada partlayış olub - 18 nəfər həyatını itirib
17:21 01.07.2020

Bugündən qadağa yumşaldılır - Aİ 14 ölkə vətəndaşlarının avropaya səyahətinə icazə verəcək
16:54 01.07.2020

İranın xarici işlər naziri sanksiyalardan danışıb - Rəsmi Vaşinqtonun məsuliyyət daşıyacağını bəyan edib
16:26 01.07.2020

İstanbul-Bakı təyyarəsinin həcmi böyüyüdülüb - Aviareysə biletlərin sayı artırılıb
16:05 01.07.2020

175 nəfər təkrar qayda pozuntusuna görə məsuliyyətə cəlb edilib - 800 avtomobilin postlardan keçmək cəhdinin qarşısı alınıb
15:48 01.07.2020

Oğuzda yeni layihəyə başlanılıb - Ölkədə istehsal olunan kombaynlar biçin prosesinə cəlb olunub
15:21 01.07.2020

Həmsədrlər bəyanat yaydı - Təxribatçı ifadələr nizamlama prosessinə xələl gətirə bilər
14:54 01.07.2020

Bəhram Bağırzadə “ECMO” cihazından ayrılıb - Vəziyyətində müsbətə doğru dəyişikliklər var
14:21 01.07.2020

Pandemiyanın Azərbaycana vurduğu zərər hesablanır - Sahibkarlar yeni tələblərə uyğunlaşmalıdır
21:57 30.06.2020

Pandemiya ölkələri seçim qarşısında qoyub - İqtisadi zərər yoxsa əhalinin sağlamlığı?
21:38 30.06.2020

Koronavirusa yoluxan həkim əhaliyə çağırış etdi - “Bu gün çox böyük yük altındayıq”
21:21 30.06.2020

Goranboyda zəncirvarı yol qəzası - Yük avtomobili üç minik maşınına çırpılıb
20:54 30.06.2020

“ASAN Xidmət”in iş rejimi gücləndirilib - Gün ərzində 10 mindən çox vətəndaşın müraciəti qəbul olunur
20:02 30.06.2020

Toyuqların çəkisini süni şəkildə artırıblar - Qanunsuz fəaliyyət göstərən toyuq əti müəssisəsi aşkarlandı
19:51 30.06.2020

Cenevrədə ÜST-dən koronavirusla bağlı bədbin açıqlama - “Koronavirusun yayılması sürətlənir”
19:21 30.06.2020

İranda sayt rəhbəri edama məhkum edilib - ABŞ və İsrail kəşfiyyat xidmətlərindən maliyyə dəstəyi alıb
18:51 30.06.2020

Yeni pandemiya qorxusu - Çində təhlükəli virus tapıldı
18:21 30.06.2020

Şəmkirdə təhsil şöbəsinin müdiri və ailəsi koronavirusa yoluxub - Müalicələri evdə davam edir
17:51 30.06.2020

Parlamentin növbədənkənar sessiyası başa çatdı - Sessiya dövründə 35 qanun və qərar qəbul edilib
17:36 30.06.2020

Yeni güzəştli kredit təklifi - Sahibkarlar üçün elektron kredit platformasi təqdim edilib
17:12 30.06.2020

Koronavirus üçün polikliniklara müraciət olunacaq - Səhiyyə nazirliyi xəstələrin evdə müalicəsini açıqladı
16:57 30.06.2020

Qeyri-neft sektoru üzrə ixrac azalıb - Rusiya, İsveçrə və Çinə edilən qeyri-neft məhsulların ixracı artıb
16:47 30.06.2020

Göyçayda ikimərtəbəli evdə yanğın baş verib - Əraziyə üç yanğınsöndürən cəlb olunub
16:21 30.06.2020

Gəncədə yaşayış evində yanğın baş verib - Ətrafdakı evlər yanğından mühafizə olunub
15:51 30.06.2020

Rusiyadan daha 225 azərbaycanlı vətənə gətirilir - Onlar karantinə alınacaqlar
15:21 30.06.2020

Roy Kin milli yığmamıza başçılıq edə bilər? - AFFA-dan açıqlama
12:25 30.06.2020

SMS-icazə sisteminə limit qoyuldu - Yenilənib - VİDEO
12:00 30.06.2020

Daha iki yeni metro qatarı xəttə buraxıldı - VİDEO
11:36 30.06.2020

Yük yerində sərnişin keçirməyə cəhd olundu - VİDEO
11:11 30.06.2020

DSMF-nin vəzifəli şəxsləri saxlanıldı - VİDEO
10:49 30.06.2020

Qapalı məkanlarda diqqətli olaq - VİDEO
10:25 30.06.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda aparılan bərpa-konservasiya işləri ilə tanış olublar - Yenilənib - VİDEO
10:01 30.06.2020

DSX İmişlidə İran vətəndaşını saxladı - 21,7 kq narkotik maddə aşkar edilərək götürülüb
21:32 29.06.2020

Cərimələrin tətbiq olunacağı yerlər açıqlanıb - Hansı yerlərdə maska taxmaq məcburidir?
20:54 29.06.2020

Azərbaycana göstərilən növbəti etimad - Dünya birliyi bir araya gəlməyə hazırlaşır
20:21 29.06.2020

Dəyişiklik qəbul olundu - Aztəminatlı ailələrə yaşayış sahələri veriləcək
19:51 29.06.2020

Astarada narkotik becərən 3 qonşu saxlanıldı - Toyuq hinindən 6 kq narkotik maddə çıxdı
19:21 29.06.2020

Maska taxmamağa görə cərimələr iki dəfə artırıldı - Cərimələrin artırılma səbəbinə aydınlıq gətirildi
18:21 29.06.2020

Pakistanda fond birjasının binasına silahlı hücum - Doqquz nəfər həyatını itirib
17:51 29.06.2020

Çində təbii fəlakət həyatı iflic edib - 12 nəfər həyatını itirib
17:21 29.06.2020

Dünyada koroanvirusla bağlı son durum - Virus qurbanlarının sayı yarım milyonu ötüb
16:51 29.06.2020

Cəzaçəkmə müəssisələrində səyyar xidmət - Məhbusların şəxsiyyət vəsiqələri dəyişidirilir
16:14 29.06.2020

Döyüş atışlı məşqlər keçirilib - Gözətçi gəmiləri yoxlanılıb
15:54 29.06.2020

Prezident İlham Əliyevin Sərəncam imzaladı
15:36 29.06.2020

Qazaxda mübahisə bıçaqlanma ilə nəticələndi - 48 yaşlı şəxs həyatını itirdi
15:25 29.06.2020

Zaqatalada “Xaş-Xaş 2020” əməliyyatı - 5 ton çətənə bitkisi məhv edilib
15:14 29.06.2020

Ağstafada bədbəxt hadisə - Qazax sakini su kanalında boğulub
14:25 29.06.2020

Hande Harmançı çağırış etdi - “Qaydalara əməl etməklə özümüzü və yaxınlarımızı qoruya bilərik“
14:14 29.06.2020

Maska taxmamağa görə cərimələr iki dəfə artırıldı
13:58 29.06.2020

HAMİLƏ QADIN KORONAVİRUSDAN HƏYATINI İTİRDİ - Bakıda
13:33 29.06.2020

Ağdaşda 50 nəfərdən artıq şəxs xüsusi karantin qaydalarını belə pozub - VİDEO
13:11 29.06.2020

Zaqatalada may balının süzümü davam edir
12:45 29.06.2020

Pandemiyanın turizm sektoruna təsiri - Yenilənib - VİDEO
12:21 29.06.2020

Paytaxt ərazisində koronavirusa ən çox yoluxma hal hansı rayondadır?
11:55 29.06.2020

Ehtiyyatlı olun! Çiyələk və pomidordan zəhərlənmə baş verə bilər - VİDEO
11:30 29.06.2020

Aygün Kazımova iki həftə karantində olub - Yenilənib - VİDEO
11:07 29.06.2020

İcazələrin bir hissəsi ləğv edilib - VİDEO
10:44 29.06.2020

BNA mətbuat katibinin koronavirus testinin nəticələri pozitiv çıxıb - VİDEO
10:20 29.06.2020

Virusa yoluxan ATV-nin əməkdaşı nələri müşahidə etdi? - “Dəhlizdə gəzən bir xəstə səhər tezdən dünyasını dəyişdi” - VİDEO
09:52 29.06.2020

Daha 534 nəfərdə koronavirus aşkarlandı - 307 nəfər sağalıb, 5 nəfər vəfat edib
19:21 28.06.2020

Qırğızıstan və Serbiyada son durum - Virus dövlət idarələrinə də yol açdı
18:51 28.06.2020

İranda da virusun yayılması sürətlənir - Hökumət karantin rejimini yenidən sərtləşdirəcək
18:21 28.06.2020

ABŞ-da rekord yoluxma - Bir gündə 42500 nəfər Covid-19 virusuna yoluxdu
17:54 28.06.2020

ABŞ-da növbəti silahlı insident - 1 nəfər ölüb, 4-ü yaralanıb
17:21 28.06.2020

Putinin bütün koronavirus testləri neqativ çıxıb - O hər gün 3-4 dəfə test olunur
16:54 28.06.2020

Azərbaycan prezidentinin təşəbbüsü - BMT Baş assambleyasının xüsusi sessiyası keçiriləcək
14:51 28.06.2020

Bütün xəbərlər