Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

"Yeddi oğul istərəm"in oğul itkisi yaşayan qəhrəmanı

"Yeddi oğul istərəm"in oğul itkisi yaşayan qəhrəmanı
4414 dəfə oxunub

Həsənağa Turabovun qızı Sevinc Turabova atalı günlərini  xatırlayır.

Sevinc xanım söhbəti Gəray bəylə başladı. "Atam Gəray bəy obrazı ilə öz həyatını yaşadı. Gəray bəy elə onun özü idi. Xasiyyəti eynən Gəray bəy kimiydi. Heç kimə əyilməzdi, mərd, qürurlu, sözündən dönməyən adam idi. Gəray bəy surəti o qədər sevilmişdi ki, hətta mənə "Gəray bəyin qızı Humay" deyirdilər. Uşaq vaxtı nənəmgilə getmişdim. Məni həyətdə görən uşaqlar "Komsolu güllələyib öldürən Gəray bəyin qızı Humaydı" dedilər. O zaman bu sözlərə çox qəzəblənirdim.

- Sevinc xanım, Həsənağa müəllim Bakıda doğulub. Uşaqlığı Milli Dram Teatrının yaxınlığında keçib. Çoxuşaqlı ailənin ilk sağ qalan övladı olub. Valideynləri ona Həsənağa adını təsadüfən verməyiblər, eləmi?

- Elədir. Atamdan əvvəl beş oğlan və bir qız doğulub. Amma, bu qədər uşaqdan heç biri qalmayıb. Valideynləri atama Həsən adını qoyublar. Atam sağ qalıb. Yəni, atamın əsl adı Həsəndir. Babalarının adıdır. Atamdan başqa bir əmim də var. Onun adı Aydındır. Sonralar hörmət əlaməti olaraq, Həsən adının yanına ağa kəlməsi də əlavə edildi. Xalq onu ağa obrazında gördü, yaddaşına elə də həkk etdi. Bu səbəbdən də Həsən onlar üçün Həsənağa müəllimə çevrildi. Amma rəsmi sənəddə adı Həsən Turabovdur.

- Sevinc xanım, Həsənağa Turabov və Solmaz xanımın sevgi hekayəsi haqqında az-çox məlumatım var. Deyəsən, ananızı aktyor olduğu üçün atanıza vermək 

istəməyiblər?

- (Gülümsünür) Hə... Atamla anam eyni məktəbdə oxuyublar, məktəb vaxtlarından bir-birlərini çox seviblər. Evlənmək qərarı alandan sonra problemlər yaranıb, anamın anası bu izdivaca razılıq verməyib. Deyib artistə qız verməzlər, o qastrollarda olacaq, ailə saxlamayacaq. Amma anam razılaşmayıb, deyib  ki, "ondan başqa heç kəs həyatımda ola bilməz, onu sevirəm". Atamla anam həmin vaxt nişanlı olub. Anamın ailəsi fikirlərini dəyişdirib və cavanları ayırmaq istəyiblər, amma atamgil ayrılığı öz münasibətlərinə yaxın qoymayıb, bütün çətinliklərə baxmayaraq, qoşulub qaçıblar, bir sözlə, sevgiləri hər şeyə qalib gəlib. Ömür boyu bir-birlərini çox seviblər, xoşbəxt olublar. Hər dəfə ailə, sevgi münasibətlərindən söz düşəndə onları misal gətirirəm, deyirəm, kaş hamının sevgisi onların sevgisi qədər olsun. Sevgi həqiqətən də ayrı bir dünyadır. Atam anamı o qədər çox sevirdi ki, onun bir sözü atam üçün qanun idi.

- Solmaz xanım sonralar Həsənağa müəllimi qısqanmırdı?

- Yox, anam atamın sənətini başa düşürdü və qiymətləndirməyi bacarırdı. Həm də atam anamı çox sevirdi, axı. Onların qovuşması çətinliklə başa gəlib. Ona görə də anam inanırdı ki, atam onu hər zaman ürəkdən sevir və sevəcək. Belə də oldu. Atamı mən daha çox qısqanırdım.

- Həsənağa Turabov teatrda çox ciddi, hökmlü adam idi. Bəs, ailədə, evdə bir ata, həyat yoldaşı kimi necəydi?

- Atam ailəcanlı idi, ailəsini çox sevirdi. Yadıma düşmür ki, bizə nə vaxtsa qışqıra və ya əl qaldıra. Belə hadisə olmayıb. Nədənsə narazı olanda bir baxışı bunların hamısını əvəz edirdi. Baxışdan bilirdik ki, o, nə demək istəyir və artıq özümüzü düzəldirdik.

Biz hər gün onun işdən gəlməsini səbirsizliklə gözləyirdik. Atam xoşlayırdı ki, ailəsi onu gülərüzlə qarşılasın. Nə qədər yorğun və ya kefsiz olsaq da, onu gözəl qarşılamağa çalışırdıq. Anam deyirdi ki, o yorğun gəlir, onu elə qarşılayın ki, evində yorğunluğunu unutsun.

Qapını bəzən anam açırdı, içəri daxil olan kimi ilk sözü "uşaqlar hanı" olurdu. Övladlarını hədsiz çox sevirdi. Ona görə də övlad itkisinə dözə bilmədi, daxilən yıxıldı.

 

- Ailədə üç uşaq olmusuz...

- Bəli: Daşqın, Yalçın və mən. Daşqın məndən 10 yaş, Yalçın isə 6 yaş böyük idi. Evin sonbeşiyi mən idim. Atam məni hamıdan çox sevirdi, ona görə də ərköyün edib. Atam məni  çox istəyirdi, ona görə də  qardaşlarım mənə söz deyə bilmirdi, deyirdim "atama deyəcəm".  İndi dönüb baxıram keçmişə, deyirəm nə gözəl günlər idi, qədrini bilmədik, başa düşə bilmədik. Atam var idi, Daşqın var idi, bəlkə də ona görə, bəlkə də uşaq olmuşuq. İndi baxıram, görürəm ki, ərköyünlüyüm də onlarla getdi, heç nə qalmadı.

- Sevinc xanım, Sizin üçün kədərli olsa da, Daşqın barəsində soruşacam. Daşqın ailənin ilk övladı olub. Həm də, hər iki oğul Həsənağa müəllimə çox oxşayırdı. Daşqın dünyadan köçəndə onun həlak olmasıyla bağlı bəzi şayiələr yaranmışdı. Bir çoxları bunun qəsd olduğunu deyirdilər...

- Əvvəla onu deyim ki, bənzərlik məsələsini düz deyirsiniz. Həm Daşqın, həm də Yalçın atamın gənclik illərinə çox bənzəyirlər. Daşqın haqqında danışmaq kədərlidir, ağırdır. Amma bəzi şayiələri biz də eşitmişdik. Bunların heç bir əsası yoxdur. Heç bir qəsd yox idi, işi ilə bağlı oldu. Daşqın kapitan idi. Siyəzəndə Narkomaniyaya Qarşı Mübarizə İdarəsində işləyirdi. Növbəti əməliyyatların birində bu hadisə baş vermişdi.

Martın 24-də atam doğulub. Martın 17-də isə mənim ad günümdür. Daşqın sonuncu dəfə 8 Martda gəlmişdi. Anamı, məni təbrik etdi. Tez qayıtmalı olduğu üçün, mənə ad gününə qədər mütləq gələcəyini söz verdi və getdi. Gələ bilmədi... Martın 11-də xəbər gəldi ki, Daşqını vurublar. Biz inanmadıq, inanmaq mümkün deyildi. Dedik bəlkə yalnış informasiyadı çatdırıblar bizə (susur). Onun ölümü ilə hər şey dəyişdi, hər şey... İnana bilmirdik. Atama çox təsir etdi, düzdür, demirdi, amma hiss etməmək mümkün deyildi. Gözlərinə kədər çökmüşdü. Daşqın vəfat edəndən sonra atam çox dəyişdi. Dərd onu daxildən sındırdı. Düzdür, çalışırdı ki, heç kimə bildirməsin. Onun şəkillərini asmışdı divardan, bütün günü gözünü şəkildən çəkmirdi. İndi həmin şəkilləri mən qoymuşam evimdə, indi mən baxıram... (Kövrəlir)

- Elə ürək ağrısını da Daşqından sonra tapdı?

- Ürəyi əvvəldən ağrıyırdı. Bir dəfə Moskvada Kreml xəstəxanasında yatmışdı, mikroinfarkt olmuşdu. Həkimlər ona çox hərəkət etməyi, əsəbləşməməyi məsləhət görmüşdülər.

- Həsənağa müəllim teatr direktoru olandan sonra səhnədən uzaqlaşdı. Səbəbi bu xəstəliklə bağlı idi?

- Elədir. Çox adam bunu bimir. Həkimlər ona səhnəyə çıxmağı qadağan etmişdilər. Oynaya bilərdi, amma özünü çox yormamaq şərtilə. Bu da atam kimi aktyor üçün mümkünsüz idi. Sonra da direktor keçdi, işləri lap çoxaldı, başı qarışdı. Vaqif İbrahimoğlu atamın yaxın dostu idi. "Şah Qacar"ı hazırlayırdılar, məşqlər gedirdi. Atamın arzusu idi Qacar rolunda oynamaq. Qardaşım rəhmətə getdi və ... (susur)

- Sevinc xanım, atanızın oynadığı tamaşalardan hansı yadınızda qalıb?

"Quşu uçan budaqlar", Atam, Yaşar Nuri, Səməndər Rzayev, Amalya Pənahova... Çoxdan olub dəqiq yadımda deyil. "Bizim qəribə taleyimiz", "Şeyx Xiyabani", demək olar bütün tamaşaları gözəl idi, seçim etmək çox çətindir. Hamısı ayrı-ayrılıqda mənim üçün doğmadır. Elə olurdu ki, bir tamaşaya dörd-beş dəfə gedib baxırdım. Atam deyirdi "qızım, eyni tamaşadı", deyirdim yox getmək istəyirəm yenə də orda yeni nəsə tapacam. Böyük həvəsim var idi teatra.

Atam teatra həvəsimi görüb, tamaşalara qonaq kimi dəvət alanda məni də aparırdı. Deyirdi səninlə məsləhətləşmək mənə maraqlıdı, gedək sən də öz fikrini de. O qədər teatra getmisən ki, artıq görürəm ki, sənin fikirlərin mənimkilərlə üst-üstə düşür, səninlə müzakirə aparmaq olar.

 

- Ən çox sevdiyiniz obrazı hansı idi?

- İlyas Əfəndiyevin "Unuda bilmirəm" tamaşasında Kamran. Bu əsərdə saf sevgi var. İllər sonra bu əsərin davamını İlyas Əfəndiyev yenidən yazdı. O, atama zəng etdi ki istəyirəm "Unuda bilmirəm"in davamını yazam, adını da "Bizim qəribə taleyimiz" qoyacam. Kamranın yaşlı vaxtını da, sən oynayacaqsan. Belə də oldu. Atam yenidən Kamran obrazı ilə səhnəyə çıxdı. Bir də, teatrda Nicat rolunu oynamışdı. "Mahnı dağlarda qaldı" tamaşasında. Həmin əsər əsasında çəkilən filmdə isə, Böyük bəyi oynamışdı. O tamaşada da, saf sevgi var. Gözəl tamaşalar idi. Kinoda ən çox sevdiyim rolları: Gəray bəy, Böyük bəy, Qaçaq Nəbi... Ümumiyyətlə, atamın bütün rolları mənə əzizdir.

- Sevinc xanm, Həsənağa müəllim Ağa Məhəmməd şah Qacar rolunun həsrətində idi. Bəs, o obrazdan başqa, arzusunda olduğu hansı obrazı ifa edə bilmədi?

 

- Xeyr. İfa etmək istədiyi bütün rolları oynadı. Ürəyində qalan obraz yox idi. Təkcə Qacardan başqa. Qacara da, ömür vəfa etmədi. Teatrın direktoru olanda mənə deyirdi ki, bütün oynamaq istədiyim obrazları canlandırmışam. Hamlet, Aydın, Kefli İsgəndər... daha hansı rolun arzusunda olacam? Bilirsiz, atam elə tərəf müqabilləri ilə səhnəyə çıxmışdı ki, onlardan sonra heç səhnəyə çıxmaq da, istəmirdi.

- Həm də, Həsənağa Turabov uzun müddət Akademik Milli Dram Teatrına rəhbərlik edib...

- Hə, elədir. Atam Akademik Milli Dram Teatrının tarixində seçki yolu ilə seçilən ilk direktor oldu. Atamı həm Akademik Milli Dram Teatrına, həm də Teatr Xadimləri İttifaqının sədrliyinə səsvermə yolu ilə seçmişdilər.

- Sevinc xanım, Həsənağa müəllimin teatr rəhbərliyindən gedişi qəfil oldu. O zaman teatrın daxilində ona qarşı haqsızlıq olduğu deyilirdi...

- Bəzi söhbətləri biz də eşitmişdik. Amma atam danışmazdı. Bizə başqaları xəbər verərdi. Atamın belə bir xasiyyəti var idi. İşdə olan söz-söhbəti evə gətirməzdi. Elə söhbətlər var ki, bu gün açıb-ağartmağı lazım bilmirəm. Mən həmişə düşünürdüm ki, ona qarşı pis hərəkət etməzlər. Atamı hamı çox istəyirdi. Sizə deyim ki, atam teatrdan işdən çıxandan sonra Teatr Xadimləri İttifaqının sədri kimi fəaliyyətini davam etdirirdi. Bununla belə, teatra həmişə gedirdi. Bütün tamaşalara gedib baxırdı. Hərdən deyirdim ki, "Ay ata, sən o teatrdan çıxmısan. Niyə hər tamaşaya gedib, baxırsan. Deyirdi ki, "Bütün həyatım, cavanlığım o teatrda keçib, ora mənə doğmadır". Atamın kini yox idi. Ürəyində heç nəyi saxlamazdı. Bir dəfə teatra növbəti tamaşaya baxmağa getmişdi. Fasilədə bir nəfər kişi atama yaxınlaşıb dedi ki, "Həsənağa müəllim bəs dedilər ki, siz teardan çıxmısız?" Atam dedi ki, "Hə, daha bu teatrın direktoru deyiləm". Həmin kişi atama baxıb dedi ki, "Daha bu teatra gəlməyə dəyməz. Biz sizə görə gəlirdik". Sözünü dedi və uzaqlaşdı. Bu sözlər atama elə təsir etmişdi ki...

- Bəs, bu gün necə, teatra gedirsinizmi?

- Xeyr, indi getmirəm, gedə bilmirəm əslində. Dəvət edirlər. Xatirələr çoxdu orda, uşaqlıq xatirələri, gənclik xatirələri... Atam məni özü ilə teatra çox aparırdı. O vaxtdan indiyədək çox şey dəyişib. Heç nə o dövrdəki kimi deyil. O aktyorlar yoxdu. Gələcəyin atam kimi aktyorları isə yetişmir. O dövrdə rejissorlar da çox güclü idi, indi elə rejissorlar yoxdur. Köhnə aktyorlar da yoxdu, çox azdı, olanlar da yaşlanıb, teatra qonaq kimi gəlirlər. Baxa bilmirəm - nə onlara, nə də teatra. Mən onları əvvəl gördüyüm kimi görə bilmirəm, bu da məni çox ağrıdır. Mənim uşaqlığım teatrda keçib. Hətta rəhmətlik Yaşar Nuri atama deyirdi ki, "Turabov, bu qız axırda aktrisa olacaq..."

 

- Aktrisa olmaq istəyərdiz?

- Yox. Aktrisa olmaq istəmirdim. Həm də, atam qoymazdı. Bir dəfə ixtisas seçimi edəndə, söz arası dedim ki, adam bilmir nə ola, aktrisa ola, yoxsa... Qardaşım dedi aktrisa nədi, sənin yerin müəlliməlikdi, get müəlliməliyini elə. (Gülür) Anam alman dili müəlliməsidir. Müəllimə olmaq mənə çətin gəlirdi. Amma, bacardım. İndi anamın yolunu mən davam etdirirəm. Sizə bir xatirə danışım. Uşaqlıqda bir dəfə yadımda deyil hansı kinonun çəkilişi idi. Atam məni də özü ilə çəkiliş meydançasına aparmışdı. Biz orda olan vaxt çəkilişə balaca qız uşağı lazım oldu, rejissor məni gördü və dedi ki, bax elə bu balaca qızımız oynasın. Atam dərhal dilləndi ki, "xeyr olmaz, o qız olmaz".  Hətta balaca uşaq idim, kinoda ora-bura qaçmaq səhnəsində oynamağa qoymurdu məni. Böyüdükdən sonra heç icazə verməzdi. Məni çox qısqanırdı, istəyirdi həmişə yanında, gözünün önündə olum. Hər dəfə institutdan, sonralar işdən çıxanda özü ardımca gəlirdi. Ya da zəng edib tapşırırdı ki, "gəl teatra, evə birlikdə gedək". Məni çox istəyirdi. Həm də, çox qısqanırdı.

- Qızını bu cür çox sevən, çox qısqanan adam onun ailə qurmasına necə razılıq verdi?

- Düzünü deyim, atam razı deyildi ailə qurmağıma, o deyirdi ki, qız həmişə yanımda olmalıdı. Bacısı olmadığına görə, qızına çox bağlıydı atam. Ona görə də, çox çətin idi məni köçürmək. Amma həyatın qanunudu, olmalı idi. Həyat yoldaşım qohumdu. Anam "qızı yada verməyək" dedi. Ona görə də, öz tanıdıqları adamla izdivac qurdum. Elçilikdə də çox ciddi idi atam, hamı çəkinirdi ondan. Söhbət hər şeydən gedirdi, heç kəs risk edib söz aça bilmirdi. Nəhayət, söhbəti əmim açdı. Atamın razılığını birtəhər aldılar (gülür).

- Sizi bu qədər çox sevən ata bişirdiyiniz yeməkləri yeyərdi?

- Doğrudan da eləydi. Mənim bişirdiyim yeməkləri sevirdi. Yeməklər deyəndə ki, təkcə kartof qızarda bilirdim (gülür). Atama qızartma yeməklər olmazdı, buna baxmayaraq deyirdi ki, Sevincin kartof qızartmasından istəyirəm. Anam deyirdi mən bişirim də, deyirdi yox Sevinc daha yaxşı qızardır. Ən sevdiyi yemək kartof qızartması, yarpaq dolması idi.

- Sevinc xanım Həsənağa müəllimin ailəvi dostları kim idi?

- Düzü, evə çox adamlar gəlməzdi. Amma, yazıçı Kamal Abdulla və rejissor Vaqif İbrahimoğlu ilə yaxın dost idilər. Onlardan başqa evə gəlib-gedən az olurdu. Atam bütün 

dostları ilə evdən kənarda görüşərdi.

- Ad günlərində, xüsusi günlərdə necə?

- Heç ad günündə evdə olurdu ki? (Gülür) Dostları həmişə onu qonaqlığa aparırdılar. Ona görə də, ad günlərini evdən kənarda keçirərdi. Hər il  iki dəfə doğum günü qeyd edirdi. Əvvəlcə dostları, sonra da ailəsi ilə. Amma, sonuncu dəfə olan hadisə ürəyimdə ağır yük kimi qalıb. Hər il fevralın 23-də onu təbrik edərdik. 2003-cü il ayın 22-də mənə dedi ki, "Sabah ayın 23-dür. Məni kişilərin bayramında təbrik edəcəksən?". Dedim ki, "Əlbəttə edəcəm, sənə hədiyyə almışam". Ətir almışdım. Anam da ətir almışdı. 22-də anama dedi ki, mənim hədiyyəmi ver, sabahı gözləmək istəmirəm. Anam gətirib ətiri verdi. Çox bəyəndi. Sonra mənə dedi ki, sən məni bu gün təbrik etməyəcəksən. Dedim ki, xeyr mən sənin hədiyyəni sabah verəcəm. Kaş mən də, fevralın 22-də hədiyyəsini verəydim. Axı, nə bilərdim ki, səhəri gün onu həmişəlik itirəcəm. (Kövrəlir)

- Sevinc xanım, Həsənağa müəllim dünyasını dəyişəndən sonra onu kimlər yad edir?

- Sağ olsunlar dostları unutmurlar. Hər dəfə Azərpaşa Nemət zəng edir, maraqlanır. Eldar Quliyev bizi unutmur. Atamın ən yaxın dostu Eldar Quliyev idi. Həmişə bizim ailə ilə maraqlanır. Bir zamanlar rəhmətlik Yaşar Nuri zəng vururdu, tez-tez atamın qəbrini ziyarət edirdi. Bir də, Səyavuş Aslan atamı unutmadı. Vəziyyəti yaxşı olanda həmişə bizə zəng edirdi. Atamı xalq çox istəyirdi. Nəinki Azərbaycanda, İranda da onu çox sevirdilər. İranda ürəyindən əməliyyat olunanda eşidiblər ki, xəstəxanadadır, otağına o qədər gül-çiçək göndərmişdilər ki... İranın müxtəlif yerlərindən azərbaycanlılar axışıb gəlmişdi xəstəxanaya, plakatlar qaldırmışdılar: "Turabov tez sağal".

- Deyəsən, əməliyyata getmək istəmirdi?

- Qardaşımdan sonra həyat eşqi yox olmuşdu. Yaşamaq istəmirdi. Həmin vaxtlarda mənim oğlum dünyaya gəldi. Balaca Daşqın. Daşqının dünyaya gəlişi ilə həyata sevgisi yarandı. Əməliyyata da balaca Daşqına görə getdi. İstəyirdi onu çox görsün. Onun üçün çox şey etmək istəyirdi. Amma, cəmi dörd il görə bildi. Balaca Daşqın da onu çox istəyirdi. Hətta atam dünyasını dəyişəndə, həkimlərə baxıb dedi ki, "Siz babamı öldürdüz. Onu xilas edə bilmədiz". Bu sözləri 4 yaşında uşaq deyirdi. Daşqın yaşından erkən böyüdü. İndi orta məktəbi bitirib, ali məktəb tələbəsidir. Uşaqlıqdan sənətə böyük həvəsi var idi. Amma Texniki Universitetə qəbul oldu. Bu gün də babasını xatırlayır. Tez-tez babasının məzarını ziyarət edir. Uğurlarını babası ilə paylaşır.

Həsənağa Turabovun ailəsində nəvələri böyüyür. 

35 yaşında dünyadan köçən Daşqının ailəsində böyüyən qızı Ülviyyə ali təhsil alıb. Hazırda Türkiyədə yaşayır, ailəlidir, övladı var. Yəni, Həsənağa Turabovun nəticəsi  var.

Ailənin ikinci övladı Yalçının 3 övladı var. Yalçının ailəsində babasının adını daşıyan balaca Həsən böyüyür.

Turabovların hələlik ən kiçik üzvü Sevinc xanımın oğlu Zaurdur. Zaur babasını görməyib. Onu şəkillərdən tanıyır. Babasının kim olduğunu, Azərbaycan teatrı, kinosu üçün nələr etdiyini qarşıdakı illərdə biləcək. Babasını tanıyıb, onunla fəxr edəcək...

report.az

BUNU DA OXU

Roy Kin milli yığmamıza başçılıq edə bilər? - AFFA-dan açıqlama
Yük yerində sərnişin keçirməyə cəhd olundu - VİDEO
DSMF-nin vəzifəli şəxsləri saxlanıldı - VİDEO
Qapalı məkanlarda diqqətli olaq - VİDEO
Ağdaşda 50 nəfərdən artıq şəxs xüsusi karantin qaydalarını belə pozub - VİDEO
Xəbər lenti

Balakəndə qonur ayı balalarını satan şəxslər saxlanıldı - “Qırmızı kitab”a düşən balalar xilas edildi
20:14 02.07.2020

Cəlilabadda bir gündə 8 dəfə sms göndərdi - 10 sutka həbs olundu
19:54 02.07.2020

Rusiyada referendumun nəticələri elan olundu - Seçicilər konstitusiyada düzəlişləri dəstəklədi
19:31 02.07.2020

Virusa yoluxanların sayı 10 milyon 821 minə çatır - Epidemiya qurbanlarının sayı isə 520 minə yaxınlaşır
19:14 02.07.2020

Pandemiya başlanandan sonra ilk xarici səfər - Ərdoğan Qətərə yola düşdü
18:58 02.07.2020

Koronavirusa qarşı 141 peyvənd üzərində iş aparlır - ÜST: “İşlər aylarla davam edə bilər”
18:31 02.07.2020

Ermənistanda fövqəladə vəziyyət rejimi uzadılır - Hökumətdə bununla bağlı müzakirələr aparılır
18:14 02.07.2020

Birinci vitse-prezident Mehriban Əliyeva polis əməkdaşlarının peşə bayramı münasibətilə "Instagram" səhifəsində paylaşım edib
17:54 02.07.2020

Vahid nəzarət mexanizmi yaradılır - Məqsəd kadrların bilik və bacarıqlarının yoxlanılmasıdır
17:35 02.07.2020

Qəbələdə ailə faciəsi - Qardaş qardaşı güllələdi
17:14 02.07.2020

Prezident İlham Əliyev 2 iyul – Azərbaycan Polisinin peşə bayramı münasibətilə öz “Facebook” səhifəsində paylaşım edib
16:51 02.07.2020

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edib
16:21 02.07.2020

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib
15:54 02.07.2020

Polis günü - Azərbaycan polisinin yaranmasindan 102 il ötür
15:21 02.07.2020

Lerikdə avtomobil dərəyə aşdı - 3 nəfər öldü 2 nəfər yaralandı
14:51 02.07.2020

"İnter"dən darmadağın - "Milan" məğlubiyyətdən xilas oldu
14:21 02.07.2020

Yeni dərs ilinə hazırlıq - Bəzi dərsliklər ilk dəfə çap olunacaq
13:51 02.07.2020

“Bayram Nurlu” kimi tanınan şəxs saxlanıldı - Karantin rejimi qaydalarını pozduğu üçün cərimə edildi
13:36 02.07.2020

Ödənişli yolun bir hissəsi artıq hazırdır - 30 km-lik hissəsi yaxın günlərdə istifadəyə veriləcək
23:54 01.07.2020

Dağlıq Qarabağla bağlı danışıqlar yenidən canlanır - M.Brayza: “Ciddi irəliləyiş gözlənilmir”
23:14 01.07.2020

Sahibkarların güzəştli kredit imkanı - Aldıqları kreditlərin 60%-nə dövlət zəmanəti veriləcək
22:54 01.07.2020

Daha 588 nəfər koronovirusa yoluxdu - 346 nəfər sağaldı, 7 nəfər vəfat etdi
22:21 01.07.2020

Virusa yoluxanların sayı azala bilər - “Karantin qaydalarına əməl edək”
21:21 01.07.2020

Həkimlər vətəndaşlara çağırış edir - Virusla mübarizədə yeganə yol məsuliyyətli davranmaqdır
20:54 01.07.2020

Görülən tədbirlər nəticə verəcək - Sərt karantin rejimi yoluxma dinamikasını aşağı salır
20:39 01.07.2020

“Kann” film festivalına etiraz məktubu göndərildi - Ermənilərin işğaldakı torpaqlarımızda çəkdikləri filmə görə
20:21 01.07.2020

Bərdədə restoran sahibi saxlanılıb - Karantin qaydalarını pozan 7 nəfər həbs edilib
19:47 01.07.2020

AI-95 markali benzin bahalaşdı - Benzinin qiyməti 10 qəpik artdı
19:21 01.07.2020

Ölkəyə 168 min fərdi qoruyucu vasitə gətirildi - Pandemiya ilə mübarizəyə ayrılan tibb müəssisələrinə paylanılacaq
18:54 01.07.2020

"Barselona" xal itirdi - Messidən 700-cü qol
18:21 01.07.2020

“Türk Eskobar” həbs olundu - Türkiyənin daxili işlər naziri bu haqda məlumat verib
17:54 01.07.2020

Xaçmazda silah-sürsat tapılıb - 6 əl qumbarası, 361 ədəd patron anama-ya təhvil verilib
17:51 01.07.2020

Tehranda xəstəxanada partlayış olub - 18 nəfər həyatını itirib
17:21 01.07.2020

Bugündən qadağa yumşaldılır - Aİ 14 ölkə vətəndaşlarının avropaya səyahətinə icazə verəcək
16:54 01.07.2020

İranın xarici işlər naziri sanksiyalardan danışıb - Rəsmi Vaşinqtonun məsuliyyət daşıyacağını bəyan edib
16:26 01.07.2020

İstanbul-Bakı təyyarəsinin həcmi böyüyüdülüb - Aviareysə biletlərin sayı artırılıb
16:05 01.07.2020

175 nəfər təkrar qayda pozuntusuna görə məsuliyyətə cəlb edilib - 800 avtomobilin postlardan keçmək cəhdinin qarşısı alınıb
15:48 01.07.2020

Oğuzda yeni layihəyə başlanılıb - Ölkədə istehsal olunan kombaynlar biçin prosesinə cəlb olunub
15:21 01.07.2020

Həmsədrlər bəyanat yaydı - Təxribatçı ifadələr nizamlama prosessinə xələl gətirə bilər
14:54 01.07.2020

Bəhram Bağırzadə “ECMO” cihazından ayrılıb - Vəziyyətində müsbətə doğru dəyişikliklər var
14:21 01.07.2020

Pandemiyanın Azərbaycana vurduğu zərər hesablanır - Sahibkarlar yeni tələblərə uyğunlaşmalıdır
21:57 30.06.2020

Pandemiya ölkələri seçim qarşısında qoyub - İqtisadi zərər yoxsa əhalinin sağlamlığı?
21:38 30.06.2020

Koronavirusa yoluxan həkim əhaliyə çağırış etdi - “Bu gün çox böyük yük altındayıq”
21:21 30.06.2020

Goranboyda zəncirvarı yol qəzası - Yük avtomobili üç minik maşınına çırpılıb
20:54 30.06.2020

“ASAN Xidmət”in iş rejimi gücləndirilib - Gün ərzində 10 mindən çox vətəndaşın müraciəti qəbul olunur
20:02 30.06.2020

Toyuqların çəkisini süni şəkildə artırıblar - Qanunsuz fəaliyyət göstərən toyuq əti müəssisəsi aşkarlandı
19:51 30.06.2020

Cenevrədə ÜST-dən koronavirusla bağlı bədbin açıqlama - “Koronavirusun yayılması sürətlənir”
19:21 30.06.2020

İranda sayt rəhbəri edama məhkum edilib - ABŞ və İsrail kəşfiyyat xidmətlərindən maliyyə dəstəyi alıb
18:51 30.06.2020

Yeni pandemiya qorxusu - Çində təhlükəli virus tapıldı
18:21 30.06.2020

Şəmkirdə təhsil şöbəsinin müdiri və ailəsi koronavirusa yoluxub - Müalicələri evdə davam edir
17:51 30.06.2020

Parlamentin növbədənkənar sessiyası başa çatdı - Sessiya dövründə 35 qanun və qərar qəbul edilib
17:36 30.06.2020

Yeni güzəştli kredit təklifi - Sahibkarlar üçün elektron kredit platformasi təqdim edilib
17:12 30.06.2020

Koronavirus üçün polikliniklara müraciət olunacaq - Səhiyyə nazirliyi xəstələrin evdə müalicəsini açıqladı
16:57 30.06.2020

Qeyri-neft sektoru üzrə ixrac azalıb - Rusiya, İsveçrə və Çinə edilən qeyri-neft məhsulların ixracı artıb
16:47 30.06.2020

Göyçayda ikimərtəbəli evdə yanğın baş verib - Əraziyə üç yanğınsöndürən cəlb olunub
16:21 30.06.2020

Gəncədə yaşayış evində yanğın baş verib - Ətrafdakı evlər yanğından mühafizə olunub
15:51 30.06.2020

Rusiyadan daha 225 azərbaycanlı vətənə gətirilir - Onlar karantinə alınacaqlar
15:21 30.06.2020

Roy Kin milli yığmamıza başçılıq edə bilər? - AFFA-dan açıqlama
12:25 30.06.2020

SMS-icazə sisteminə limit qoyuldu - Yenilənib - VİDEO
12:00 30.06.2020

Daha iki yeni metro qatarı xəttə buraxıldı - VİDEO
11:36 30.06.2020

Yük yerində sərnişin keçirməyə cəhd olundu - VİDEO
11:11 30.06.2020

DSMF-nin vəzifəli şəxsləri saxlanıldı - VİDEO
10:49 30.06.2020

Qapalı məkanlarda diqqətli olaq - VİDEO
10:25 30.06.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda aparılan bərpa-konservasiya işləri ilə tanış olublar - Yenilənib - VİDEO
10:01 30.06.2020

DSX İmişlidə İran vətəndaşını saxladı - 21,7 kq narkotik maddə aşkar edilərək götürülüb
21:32 29.06.2020

Cərimələrin tətbiq olunacağı yerlər açıqlanıb - Hansı yerlərdə maska taxmaq məcburidir?
20:54 29.06.2020

Azərbaycana göstərilən növbəti etimad - Dünya birliyi bir araya gəlməyə hazırlaşır
20:21 29.06.2020

Dəyişiklik qəbul olundu - Aztəminatlı ailələrə yaşayış sahələri veriləcək
19:51 29.06.2020

Astarada narkotik becərən 3 qonşu saxlanıldı - Toyuq hinindən 6 kq narkotik maddə çıxdı
19:21 29.06.2020

Maska taxmamağa görə cərimələr iki dəfə artırıldı - Cərimələrin artırılma səbəbinə aydınlıq gətirildi
18:21 29.06.2020

Pakistanda fond birjasının binasına silahlı hücum - Doqquz nəfər həyatını itirib
17:51 29.06.2020

Çində təbii fəlakət həyatı iflic edib - 12 nəfər həyatını itirib
17:21 29.06.2020

Dünyada koroanvirusla bağlı son durum - Virus qurbanlarının sayı yarım milyonu ötüb
16:51 29.06.2020

Cəzaçəkmə müəssisələrində səyyar xidmət - Məhbusların şəxsiyyət vəsiqələri dəyişidirilir
16:14 29.06.2020

Döyüş atışlı məşqlər keçirilib - Gözətçi gəmiləri yoxlanılıb
15:54 29.06.2020

Prezident İlham Əliyevin Sərəncam imzaladı
15:36 29.06.2020

Qazaxda mübahisə bıçaqlanma ilə nəticələndi - 48 yaşlı şəxs həyatını itirdi
15:25 29.06.2020

Zaqatalada “Xaş-Xaş 2020” əməliyyatı - 5 ton çətənə bitkisi məhv edilib
15:14 29.06.2020

Ağstafada bədbəxt hadisə - Qazax sakini su kanalında boğulub
14:25 29.06.2020

Hande Harmançı çağırış etdi - “Qaydalara əməl etməklə özümüzü və yaxınlarımızı qoruya bilərik“
14:14 29.06.2020

Bütün xəbərlər