Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Qadınların sevdiyi və qorxduğu dahi - VİDEO - FOTOLAR

Qadınların sevdiyi və qorxduğu dahi - VİDEO - FOTOLAR
1653 dəfə oxunub

Düz 188 il bundan əvvəl bəşəriyyət dahi bir bəstəkarını itirdi. Bu adam ömrü boyu tənha oldu, sevdiyi qadınlar hamısı ondan qaçdı, ancaq o, musiqi tarixində şimşək kimi çaxaraq adını ölməzlərin sırasına yazdı…

Fərqli Bethoven

Bu cür adamları sadə tərcümeyi-halla, dövrlərinin hadisələriylə guya «tanıtmağa» cəhd göstərmək onları gözdən salmaqdı. Belələri dövrlərindən, dövrlərinin siyasi və sosial kataklizmlərindən çox-çox yuxarılarda dayanırlar. Qəhrəmanımız Lüdviq van Bethoven də məlum insanların sırasında dayanan nəhənglərdəndir. 
İlk baxışdan onun həyatı 18-19-cu əsr Avropasında yaşamış bəstəkarların həyatlarından heç nəylə fərqlənmir: 1770-ci ilin dekabr ayında Bonnda kilsə xorunda oxuyan kişinin ailəsində doğulub, musiqiçi olmaq arzusuyla bir müəllimin yanından çıxıb o birinin yanına gedib, həyatın bütün çətinliklərinə sinə gərərək sonunda dediyini eləyib və dünya musiqi mədəniyyətində böyük bir iz qoyub. Ancaq bu cür ümumiləşdirmələrlə Bethoveni xarakterizə eləmək, təkrar edirəm, onu kiçiltməkdir. Bəs, onu digərlərindən, «musiqi peyğəmbəri» Motsart günahımızdan keçsin, hətta Mostartdan belə fərqləndirən nə idi? 

Sevilən Motsart, anlaşılmayan Bethoven

Ondan başlayaq ki, atası Lüdviqdən şöhrəti aləmi başına götürmüş «ikinci Motsart» düzəltmək arzusuyla ona klavesində və skripkada ifa eləməyi öyrədir. 1778-ci ildə balaca Lüdviq Kölndə ilk konsertini verir. Əfsus, atanın arzusu gözündə qalır: oğuldan vunderkind alınmır. Konsertə gələnlər 8 yaşlı balacada qeyri-adi heç nə görmürlər. Bundan sonra «fərsiz» oğul ayrı-ayrı müəllimlərin yanında dərs almağa başlayır. Ancaq 1770-ci ildə Kölndə konsert verən məşhur orqan ifaçısı və bəstəkar Kristian Qotlib Nefe bu oğlanda heç kimin görə bilmədiyi istedadı görür. Nefe 10 yaşlı Lüdviqi Hendelin, Baxın, Haydnın, Motsartın əsərləri ilə tanış eləyir. Onun 12 yaşındaykən Dresslerin marşı əsasında yazdığı ilk əsər də məhz Nefenin himayəsi ilə işıq üzü görür. 17 yaşına qədər Kölndə müxtəlif işlərdə çalışan Lüdviq anasının ölüm xəbərini alan kimi Bonna qayıtmalı olur. Burada ailənin yükünü çiyinlərinə götürür və orkestrdə alt çalmağa başlayır. 1792-ci ilə qədər bir sıra xırda əsərlər bəstələyən Bethoven həmin il Bonnu tərk edir və Vyanaya yollanır. Burada onun böyük Haydnla görüşü olur, ondan dərs almağa başlayır. Ancaq nə müəllim, nə də tələbə bu dərsdən həzz ala bilmirlər. Bethoven hesab edirdi ki, qoca Haydn onun səylərini başa düşmür, Haydn isə tələbəsinin bəstələrində o dövrə uyğun olmayan həddindən artıq cəsarətli, bir az da inqilabi əhval-ruhiyyəli musiqi mövzuları görür və bunu zərərli hesab edirdi. Haydnın ona məktubundan oxuyuruq: «Sizin bəstələriniz yaxşıdır, bəziləri hətta qeyri-adi təsir bağışlayır. Ancaq bir yerdə, gah da başqa yerdə o qədər qaranlıq, qorxulu məqamlar var ki… Bunların haradan gəldiyini bilirəm: çünki Siz özünüz qaranlıq insansınız; musiqiçinin üslubu isə həmişə onun özüdür ki, var…». 
İngiltərəyə gedən Haydn tələbəsini məşhur pedoqoq və nəzəriyyəçi Albrextsberqerə tapşırır. Deyirlər, Bethoven musiqi ruhunun azadlığı ilə onun da canını boğazına yığır. Müasirləri müəllimlə tələbə arasında tez-tez belə dialoqların olduğunu yazırlar: 
- Axı, qaydaya görə akkordların bu cür düzülüşünə icazə verilmir…
- Mən icazə verirəm! 
Hətta Albrextsberqerin onun barəsində «bu zırrama heç nə öyrənməyib, heç öyrənməyəcək də» dediyini yazanlar da var… Əsrlər ötəndən sonra, özünüz deyin, kimin adını eşidibsiniz: Albrextsberqerin, yoxsa Bethovenin?..
Musiqi Bethoven üçün notlara köçürülmüş fantastik bir aləm, notlar da sadəcə bu aləmin kağız üzərində quruca şəkliydi. Axı, düşüncəni, emosiyanı, ehtirası necə qaydalara otuzdurmaq, onlara çərçivə vurmaq olardı? Qısası, bu arada Bethoven Salyeridən də səs üçün musiqi yazmaq dərsi alır. Az keçməmiş bütün Vyana virtuoz-pianoçu Bethovendən danışmağa başlayır. Bu da əbəs deyildi. Onun aşqın-daşqın ifasının arxasında təkcə texnika yox, nə isə əsrarəngiz və insanı həyəcanlandıran elə şey var idi ki, bunun izahını heç kim verə bilmirdi. Bethoven ilk dəfə gur akkordlardan yararlanır, əsasən orta registrlərdə ifa eləyənlərdən fərqli olaraq aşağı və yuxarı registrlərə tez-tez müraciət edirdi. O, pianonun pedalından xüsusilə istifadə eləməklə ifalarına indiyədək Vyana əhlinin eşitmədiyi emosiya qatırdı. Beləcə, Bethoven musiqini klavesinin ölü, nərmənazik üslubundan xilas eləyərək, ona coşqunluq, ehtiras gətirməyi bacarırdı. Hər kəs bunu onun «Patetik», «Apposianata» kimi sonatalarından həmin an duya bilir… Əlbəttə, bu yazdıqlarımızı musiqi nəzəriyyəsinə dair istənilən kitabdan oxumaq olar. Ancaq Bethovenin musiqilərindəki gizli məqam heç də onun ifa texnikasına gətirdiyi yeniliklərdən ibarət deyil. Hamı onun musiqisində bir inqilab əhval-ruhiyyəsi görürdü. Bu, həqiqətən inqilab idi. Məsələn, siz Haydnın, Motsartın, ümumiyyətlə, o dövrün heç bir bəstəkarının musiqilərində bu cür ehtiras, bu emosiya və inqilabilik duya bilməzsiniz. Bethovenin, yalnız Bethovenin musiqisdir ki, bu musiqidən 18-19-cu əsrlərin saray qoxusunu duya bilməzsiniz; bu musiqidə zındıq əyanların keyfinə, eyş-işrətinə azacıq da olsa işarə yoxdur. Bethovenin musiqisi onun müəllimləri üçün məhz buna görə başadüşülən deyildi. Bütün Vyananın qulaqlarında dahi Motsartın şən, oynaq, problemsiz, hətta minorlarda belə qayğısız musiqisinin «dadı» qalmışdı. Bethoven isə əksinə, dövründə baş verən siyasi hadisələrlə ahəng təşkil eləyən musiqilər yaradırdı. Bu mənada qəhrəmanımızı yaşadığı cəmiyyətin mahiyyətini notlara köçürən, insanların inqilabi hisslərinin, yenilik duyğularını musiqiyə çevirən dilmanc hesab eləmək olar. Heç uzağa getməyib, elə bircə «Eqmont» üvertürasını dinləyin… Bu musiqidə həyatın ağırlığı insanın faciəsinə, insanın faciəsi onun ərdəmliyinə, ərdəmlik isə heç vaxt ram olmayacaq mübarizliyə qarışıb. Həqiqətən, möhtəşəm bir əsərdir! Bunların hamısını isə o qəsdən, elə-belə qaydaları pozmaq naminə eləmirdi. Onun həyatının, düşüncəsinin, dünyagörüşünün, xarakterinin, yaşamının mahiyyəti də beləydi. Həm də unutmayaq ki, Bethoven musiqiylə yanaşı fəlsəfəni, məntiqi, ədəbiyyatı, latın, yunan dillərini də öyrənmişdi. Onun əsərlərindəki fəlsəfi dərinliyin bir sirri də buradadır… 
Deməli, Haydnın «Siz özünüz qaranlıq insansınız; musiqiçinin üslubu isə həmişə onun özüdür ki, var…» fikrində əlbəttə, böyük həqiqət var… 

İnsan Bethoven

Bethoven zahiri görkəminə elə də fikir verən olmayıb. Ona görə də, dövrünün zədaganlarından, saray adamlarından, sənətkarlarından kəskin şəkildə seçilirdi: saçını daramaz, səliqəli geyinməzdi. Bu «qeyri-adi»liyin üstünə bəstəkarın sərt və kəskin xarakterini, tərslik dərəcəsinə gedib çıxan etirazlarını da əlavə eləsək, Lüdviqi narahat və adamyovuşmaz insan adlandırmaq olar. Deyirlər, bir dəfə ifa zamanı dinləyicilərdən birinin hansısa xanımla danışdığını görüb bəstəkar ifasını yarımçıq kəsib «mən belə donuzlar üçün ifa eləmək istəmirəm» deyir və nə qədər yola gətirmək istəsələr də, salonu tərk edir. Bethoven onun musiqisinin böyük pərəstişkarı olan knyaz Lixnovskinin qonaqlar qarşısında çıxış xahişinə əməl eləmir və knyazın israrlarını özünə təhqir hesab eləyərək Vyanaya qayıdıb, ona aşağıdakı məzmunda məktub göndərir: «Knyaz, mən bu gün mən olduğum üçün özümə borcluyam! Knyazlar həmişə olub və bundan sonra minlərlə olacaq. Bethoven isə təkdir və bir də heç zaman olmayacaq!» 
Bu cür sərt və tərs əməllərinə baxmayaraq, Lüdviq həmişə yaxşı dost, etibarlı insan olub. Özü bu barədə yazır: «Mənim bir tikə çörəyim varsa, heç bir dostum gərək ehtiyac içində yaşamasın. Qoy, cibim boş olsun və dostum məndən kömək istəsin. Həmin andaca masa arxasına oturaram, nəsə yazaram və dostuma düşdüyü durumdan çıxmaqda kömək eləyərəm».
Bethovenin xarakterinin daha bir cəhəti artıq az qala əfsanəyə çevrilmiş Höteylə birgə baş verən olaydır. 1812-ci ildə zəmanənin iki dahisi – Höteylə Bethoven görüşürlər. Onlar parkda birgə addımlayanda əyanları ilə birgə Avstriya kraliçasıyla rastlaşırlar. Qoca Höte tez kənara çəkilir, şlyapasını çıxarır və kraliçaya təzim edir. Dəlisov Lüdviq isə başını dik tutaraq əliylə yüngülcə şlyapasına toxunmaqla ehtiramını bildirib saray əyanlarının kütləsini yararaq keçib gedir. Sonra arxada qalan Höteni gözləyən Bethoven ona deyir: «Mən Sizi gözlədim, çünki Sizə böyük hörmət və ehtiramım var. Ancaq bu cənablara həddən artıq ehtiram göstərdiniz…». 

Eşitməyən bəstəkarın faciəsi

Dünya tarixində onun başına gələn faciəni, yəqin ki, heç kim yaşamayıb. Bir bəstəkarın bədəninin hansısa orqanı zədələnə, gözü tutula bilər və bunların heç biri onu musiqidən ayrı salmaz. Ancaq bəstəkarın ürəyindən, beynindən, ruhundan süzülüb gələn musiqisini eşidə bilməməsi, həqiqətən böyük dərddir. Bethovenin faciəsi belə faciə idi. O, 1796-cı ildən başlayaraq eşitmə qabiliyyətini sürətlə itirməyə başlayır. Bu xəstəlik hələ cavanlığından vardı. Bəlkə də bunun səbəbi bəstəkarın musiqi bəstələməyə başlamazdan əvvəl həmişə başını buzlu su olan qabın içinə basıb islatması olub. Nəsə, ya zəlzələdən, ya vəlvələdən onda daxili qulaqcığın soyuqlaması baş verir və qulaqları get-gedə daha az eşitməyə başlayır. Onsuz da adamayovuşmaz, cəmiyyət arasında tez-tez görünməyi sevməyən bəstəkar bundan sonra bir az da yalqız həyat sürməyə başlayır. Bəlkə də, bu anda onu sevgi xilas eləyə bilərdi. Ancaq sevdiyi qadınların heç biri ilə onun bəxti gətirməmişdi. Tanış olduğu, dəli kimi sevdiyi qızların hamısı onun dahiliyinə vurulsalar da, xarakterindəki sərtlikdən və ikilikdən, ziddiyyətdən qorxurdular. İndi də bu lənətə gəlmiş karlıq gözləyirdi. Daha onun özü bütün görüşlərdən imtina eləyir, vaxtının böyük hissəsini dörd divar arasında, not dəftərinin, pianonun qarşısında keçirirdi. Ancaq heç kəs bilmirdi ki, dünyanın min cür səsini eşitməkdən məhrum olan Lüdviq van Bethoven bu səsləri eşitməyə-eşitməyə yaradıcılığının şah əsərlərini yaratmaqda davam eləyir. Bu dövrdə o, «Fidelio» operası üzərində işləyir, fortepiano üçün bir neçə sonet yazır. Və nəhayət, təkcə dövrünün deyil, bütün əsrlərin şah əsərini yaradır. 9-cu simfoniya yazılır…

9-cu simfoniya

Bethoven bu əsərlə də simfoniya yaradıcılığına yenilik gətirərək, sevimli şairi Şillerin məşhur «Sevinc odası» üstündə əsərə xor əlavə eləyir. Dostlarının köməkliyi ilə 9-cu simfoniya ilk dəfə 1824-cü il may ayının 7-də Vyana sakinləri qarşısında ifa olunur. Əsərə dirijorluğu Umlauf eləyir. Bethoven isə rampanın arxasından heç nə eşitmədən, yalnız hissiyyatına və daxili musiqi duyumuna əsasən hər hissədən sonra orkestrə templə bağlı göstərişlərini verirmiş. Şahidlər yazırlar ki, bu nəhəng əsər başa çatanda zaldakılar komanda verilibmiş kimi ayağa qalxaraq bəstəkarı alqışlamağa başlayırlar. Ancaq o heç nə eşitmir, arxası zala, üzü orkestrə tərəf dayanmaqda davam eləyirmiş. Vəziyyəti belə görən orkestrin Unqer adlı gənc müğənni qızı bəstəkarın əlindən tutaraq onun üzünü zala doğru çevirir. Bethoven yalnız bundan sonra hər şeyin uğurla başa çatdığını anlayır. Ovasiya o qədər uzun çəkir ki, axırda polislər işə qarışmalı olurlar. Axı, belə uzun-uzadı alqışlar yalnız İmperator üçün ola bilərdi. 
…Bu olaydan üç il sonra – 1827-ci il mart ayının 26-da Lüdviq van Bethoven vəfat edir. Adı bəşəriyyətin qızıl insanları sırasına yazılmış bir dahini vəfat eləmiş qardaşının oğlunun dərdi yıxır. Müasirləri onun xəstəliyi barədə xəbərləri laqeyd qarşılasalar da, bəstəkarın ölümü ilə bütün Vyana ayağa qalxır. Minlərlə insan musiqinin məğlubedilməz İmperatorunu son mənzilə yola salmaq üçün küçələrə çıxır. Həmin gün hətta ali məktəblər belə bağlanır… Ancaq…
…Ancaq maraqlıdır, 9-cu simfoniya onun ölümündən sonra növbəti dəfə ifa olunanda daha əvvəlki kimi maraq doğurmur. Deyirlər, təşkilatçılar hətta zalı doldurmaqda belə çətinlik çəkirlər. Budur, dünya durduqca yaşayacaq bu simfoniya da öz dövründə başa düşülməyib. Müəllifi Lüdviq van Bethoven kimi…

İlham Tumas

 













BUNU DA OXU

Roy Kin milli yığmamıza başçılıq edə bilər? - AFFA-dan açıqlama
Yük yerində sərnişin keçirməyə cəhd olundu - VİDEO
DSMF-nin vəzifəli şəxsləri saxlanıldı - VİDEO
Qapalı məkanlarda diqqətli olaq - VİDEO
Ağdaşda 50 nəfərdən artıq şəxs xüsusi karantin qaydalarını belə pozub - VİDEO
Xəbər lenti

Qeyri-neft sektoru inkişaf tempini saxlayıb - Azərbaycanın postpandemiya dövrünə yeni iqtisadi modellərlə daxil olur
21:14 09.07.2020

Kürdəmirdə oğurluq edən şəxslər saxlanıldı - Onlar məişət avadanlıqlarını oğurlayıblar
20:54 09.07.2020

Göygöldə 4 nəfər saxlanıldı - 2 baş heyvan oğurladıqlarına görə
20:14 09.07.2020

Gəncədə üzərindən 773 qram miqdarda heroin götürüldü - 2.5 kq heroin isə soyuducuda aşkarlandı
19:54 09.07.2020

Çirkin erməni lobbiçiliyi - Bəzi Avropa qurumlarını ələ alırlar
19:14 09.07.2020

Cavid Paşayevin səhhəti xüsusi nəzarətə götürülüb - Hazırda heç bir cihaza qoşulu deyil
18:58 09.07.2020

Prezident İlham Əliyev Bakının Nizami rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan “8-ci km” yarımstansiyasının açılışında iştirak edib
18:41 09.07.2020

Xarici mütəxəssilər bakıya gəldi - Onlar “COVİD-19”la mübarizədə Azərbaycan səhiyyəsinə kömək edəcək
18:21 09.07.2020

SOCAR onlayn dərslər keçirir - 37 adda vebinar təşkil olunub
17:54 09.07.2020

AZAL Berlinə xüsusi reyslər açır - Biletlərin satışı xüsusi şərtlərlə satılacaq
17:21 09.07.2020

Virusa yoluxanların sayı 12 milyon 190 mini ötüb - Epidemiya qurbanlarının sayı 552 500-dən çoxdur
16:54 09.07.2020

Qırğızıstanda Atambayevin səhhəti normallaşıb - O, yenidən təcridxanaya köçürülüb
16:21 09.07.2020

Bolton Trampın planları haqda danışdı - Qoşunlar Yaponiya və Cənubi Koreyadan çıxarıla bilər
15:54 09.07.2020

"Trabzonspor" qızıla bərabər xallar itirdi - "Qalatasaray" yenə uduzdu
15:32 09.07.2020

Şamaxıda yaşayış binası istifadəyə verilib - 6 ailə yeni mənzillə təmin olunub
15:12 09.07.2020

Ermənistan öz xalqına düşmən mövqedədir - Leyla Abdullayeva: “Rəsmi İrəvan əsl simasını göstərir”
14:52 09.07.2020

Şirvanda hərbi xidmətə gedən oğlu üçün qonaqlıq etdi - Ev sahibi və gələn qonaqlar da cərimələndi
14:21 09.07.2020

Ekspress avtobusların hərəkət qrafiki dəyişdirilib - Avtobuslar saat 21:00-dək işləyəcək
13:54 09.07.2020

Daha bir kafe aşkarlanıb - İcarədar 3 min manat cərimələnib
12:14 09.07.2020

Qeydiyyatdan keçə bilməyən sahıbkarların nəzərinə - Dövlət vergi xidmətinə müraciət edə bilərsiniz
21:51 07.07.2020

Kürdəmirdə 15 yaşlı gənc kürdə batdı - Axtarışları davam edir
21:14 07.07.2020

Daha 537 nəfər koronavirusa yoluxdu - 453 nəfər sağaldı, 7 nəfər vəfat etdi
20:57 07.07.2020

Prezident Ilham Əliyev Yaponiyanin İmperatoru Əlahəzrət Naruhitoya başsağlığı ünvanlayıb
20:36 07.07.2020

“Buzlu Şüşə” yalnız COVİD-19 üçün səciyyəvi deyil - Bu normal insanlarda da müşahidə oluna bilər
20:14 07.07.2020

Bərdədə karantin rejiminə nəzarət güclənib - Qaydaları pozalar cəzalandırılır
19:54 07.07.2020

Təkcə bir klinikada 33 həkim koronavirusa yoluxub - Tədris-cərrahiyyə klinikasının 27 həkiminin müalicəsi davam etdirilir
19:25 07.07.2020

İy-qoxunun səbəbləri bilindi - ETSN monitorinqin nəticələrini açıqladı
19:14 07.07.2020

“Zaminbank”ın vəzifəli şəxslərinin əməlləri ifşa olundu - Sabiq sədr həbs edilib
18:54 07.07.2020

Qırğızıstan parlamentinin keçmiş spikeri vəfat etdi - O, ikitərəfli pnevmaniyadan əziyyət çəkirmiş
18:21 07.07.2020

Virusa yoluxanların sayı 11 milyon 765 mini ötüb - Epidemiya qurbanlarının sayı isə 541 mindən çoxdur
17:54 07.07.2020

Türkiyə sahillərində əməliyyat - Göyərtəsində 276 miqrant olan gəmi saxlanılıb
17:21 07.07.2020

Türkiyədə meşə yanğını - Yalova kəndi tamamilə boşaldıldı
16:54 07.07.2020

Türkiyə Superliqası: 30-cu tur - "Beşiktaş"dan sürpriz məğlubiyyət
16:14 07.07.2020

Yevlaxda yük avtomobili piyadanı vurub - 32 yaşlı qadın dünyasını dəyişib
15:54 07.07.2020

Masallıda quldurluq yolu ilə evə daxil olublar - Pul və telefon oğurlayıblar
15:36 07.07.2020

Sabirabadda ağır yol qəzası - İki nəfər həyatını itirib, iki nəfər xəsarət alıb
15:14 07.07.2020

Astarada toy etmək istəyənlər saxlanılıb - Astara polisi 7 nəfəri cərimələyib
14:51 07.07.2020

Bakı sakinini Şamaxıda maşın vurub - 24 yaşlı qızın vəziyyəti ağırdır
14:21 07.07.2020

Yaponiyada sel ağır fəsadlara yol açdı - 50 nəfər təbii fəlakətin qurbanı oldu
23:32 06.07.2020

İsrailin müdafiə naziri iddiaları yalanladı - “İranla bağlı hər insidenti İsraillə bağlamaq düzgün deyil”
23:14 06.07.2020

Ruhanidən İranla düşmən ölkələrə ismarış - “İqtisadiyyatını məhv etmək onlara nəsib olmayacaq”
22:54 06.07.2020

Lənkəranda Milli Parkda yanğın baş verib - Taxıl zəmisində baş verən yanğın hadisəyə səbəb olub
22:21 06.07.2020

Oksford Universitetinin qənaəti - “Covid-19” virusu çində yox, ispaniyada meydana gəlib”
21:54 06.07.2020

Virusa yoluxanların sayı 11 milyon 604 mini ötüb - Epidemiya qurbanlarının sayı isə 538 mindən çoxdur
21:32 06.07.2020

İctimai iaşə müəssisələrində müştəri qəbulu - Müştəri qəbulu necə tənzimlənəcək?
21:14 06.07.2020

Daha 513 nəfər koronovirusa yoluxdu - 440 nəfər sağaldı, 8 nəfər vəfat etdi
20:54 06.07.2020

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Ilham Əliyevə məktub ünvanlayib
20:36 06.07.2020

Prezident İlham Əliyev Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevə zəng edib
20:02 06.07.2020

Göyçayda yanğın baş verdi - Alov tövlədən yaxınlıqdakı evə keçib
19:54 06.07.2020

Dövlət Təhlükəsizlik Xidməti əməliyyat keçirdi - Xarici İşlər nazirliyinin vəzifəli şəxsləri saxlanıldı
19:36 06.07.2020

Beynəlxalq videokonfrans keçirildi - Diasporla iş üzrə dövlət komitəsinin 18-ci ildönümünə həsr olundu
19:14 06.07.2020

Yalamada karantin rejimini pozanlar saxlanıldı - Toy dayandırıldı, bəy cərimə edildi
18:54 06.07.2020

Saatlıda yük avtomobili qatarla toqquşdu - Xəsarət alan sürücünün qolu amputasiya edildi
18:36 06.07.2020

İsmayıllıda qadın sürücü yük maşını ilə qəza törətdi - Sürücü dünyasını dəyişdi, sərnişini xəsarət aldı
18:14 06.07.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva modul tipli hospitalının açılışında iştirak ediblər
17:54 06.07.2020

Məktəb seçiminə başlanılır - Valideynlər hansı məktəbləri seçə bilər?
17:21 06.07.2020

Morrikone 91 yaşında vəfat etdi - O, saysız-hesabsız musiqilərin bəstəkarı idi
16:54 06.07.2020

İran dairələri hadisənin səbəblərini açıqladı - “Natanzda baş verən partlayışa yanğın səbəb olub”
16:21 06.07.2020

Virusa yoluxanların sayı 11 milyon 580 mini ötüb - Epidemiya qurbanlarının sayı isə 537 mindən çoxdur
15:54 06.07.2020

190 manat kimlərə veriləcək? - Birdəfəlik ödəməmin veriləcəyi rayonlar məlumdur
15:36 06.07.2020

"Real"dan minimal hesabli qələbə - Ramos yenə qol vurdu
15:14 06.07.2020

DİM və Təhsil Nazriliyi birgə məlumat yaydı - Bəzi məzunlara attestat veriləcək
14:54 06.07.2020

Ermənistan reallıqları dərk etmir - Qarabağın Azərbaycanlı icması bəyanat yaydı
14:21 06.07.2020

İstirahət mərkəzində əməliyyat keçirildi - Daha bir hotel karantin qaydalarını pozdu
13:54 06.07.2020

Ermənistandan növbəti təxribatçı addım - Mnatsakanyan qondarma rejimin lideri ilə görüşüb
13:39 06.07.2020

Taktiki təlimlər keçirilib - Şərti düşmən hədəfləri məhv edilib
13:15 06.07.2020

Magistrlərin qeydiyyatı başladı - İyulun 15-nə qədər davam edəcək
12:51 06.07.2020

Abituriyentlərin nəzərinə - 41 şəhər və rayonda imtahan keçiriləcək
12:25 06.07.2020

Oteldə istirahət edənlər saxlanılıb - Polis karantini pozan şəxslərə qarşı əməliyyat keçirib
20:35 05.07.2020

Koronavirusla mübarizə - Türkiyə Azərbaycana tibbi yardım göndərib
20:14 05.07.2020

Dünya koronovirusun çəngində - Yoluxanların sayı 11 415 900 nəfəri ötüb
19:54 05.07.2020

Ölkəmizdə daha 523 nəfərdə Covid-19 aşkarlanıb - 9 nəfər vəfat edib
19:35 05.07.2020

4 yeni doğulmuş körpə koronavirusa yoluxub - Körpələr sağalaraq evə buraxılıb
19:14 05.07.2020

Ağcabədidə qonaqlıq təşkil edən şəxslər cərimələnib - Qanunu pozanlar cəzalandırıldı
18:54 05.07.2020

Yevlaxda qanunsuz işləyən trenajor zalı aşkarlandı - Qanunu pozanlar cəzalandırıldı
18:21 05.07.2020

Bir qrup qadın ad günü şənliyi keçirdi - Qaydaları pozanlar məsuliyyətə cəlb olundu
17:54 05.07.2020

Ögey ata həyat yoldaşını və qızını bıçaqladı - Naftalanda ailə münaqişəsi ölümlə nəticələndi
17:48 05.07.2020

8103 sms icazə sistemi ilə bağlı yeniliklər - İcazəsi ləğv edilən qurumlar yenidən icazə ala bilməyəcək
17:21 05.07.2020

Vahid Əhmədov Türkiyəyə aparılıb - Deputatın səhhətində problemlər yaranıb
16:54 05.07.2020

Hacıqabulda iki yük maşını toqquşdu - Sürücünün vəziyyəti ağırdır
16:21 05.07.2020

Bütün xəbərlər