Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Elxan Elatlı: “Məndən hər şey gözləmək olar” - FOTOLAR

Elxan Elatlı: “Məndən hər şey gözləmək olar” - FOTOLAR
4238 dəfə oxunub

Əgər tarixə bir roman, özümüzə bu romanın obrazları kimi baxsaq, onda müsahibimi haqlı olaraq müsbət qəhrəman hesab eləmək olar. Onunla söhbətdən yorulmursan, maraqlı və aurası xoş bir insandı. Bəlkə elə buna görə də, ona yazıçı kimi yaxşı bələd olmadan da onunla dostlaşmaq, həmsöhbət olmaq xoşdur. Müsahibim Azərbaycanda dedektiv romanlarıyla tanınmış, çox oxunan və sevilən Elxan Elatlıdır.

Ilham Tumas

- Sizinlə artıq üçüncü dəfədi ki, üz-üzə oturub söhbət edirik. Açığı, bu, fikrimcə, müsahibə deyil. Sadəcə, Sizinlə söhbət etmək ehtiyacı hiss etdim. Müsbət auranız var, Sizinlə dərdləşmək xoşdur. Özümü siğortalamaq üçün demirəm, ancaq kitablarınızı oxumamışam. Kitabınızı oxumayan adamla söhbət maraqlıdırmı? Acıqlanmırsınız ki?

- Yox, qətiyyən. Oxucularım, təvazökarlıqdan uzaq da olsa, məni çox sevirlər. Oxucum olmayan birinin mənə rəyi müsbətdirsə, bu məni daha çox sevindirir ki, deməli, hardasa məndə bir qədər insanlıq baxımdan da nəsə var ki, münasibəti müsbətdir.

- Necə düşünürsünüz, oxucu yazıçını niyə sevir? Sözün arxasındakı adamı görmək olurmu?

- Təbii. Birincisi, mənə elə gəlir ki, oxucularım məndə səmimiyyət hiss edirlər. İkincisi, çox nüfuzlu bir şəxs bir dəfə dedi ki, Elxan müəllim çox  mənfi surətlər yaradır, ancaq ən mənfiliklərin özünə də ikrahını bildirmir, bu adamda heç kəsə qarşı ikrah yoxdu. Yəni, cinayətkar surəti də yaradır, pozğun, əxlaqsız surəti də, ancaq onlara qarşı nifrət yoxdu. Bəlkə də buna görə, yaratdığım obrazların timsalında məni sevirlər. Məsələn, bu yaxınlarda bir yaşlı oxucumu mənimlə tanış elədilər və dedilər ki, bu xanımın 60-dan çox yaşı var, Qambay Qasımlını uzaqdan da olsa, görmək istəyir. Deməli, yaratdığım obraz yaxşı obrazdır ki, onu sevirlər.

- Həyatda da eləsiniz? Deyək ki, pis insanlara, yaxınınıza, doğmalarınıza qarşı pislik etmiş insanlaradamı müsbət münasibət bəsləyirsiniz?

- Mənə pislik edən insanlara ilk vaxtlar aqressiv münasibət göstərə bilərəm, amma bu çox tez də keçib gedir. Bağışlamağı bacarıram və düşünürəm ki, o da insandı, səhv edə bilər. Özüm də kimlərinsə qəlbinə dəymişəm, ona görə də çox tez bağışlayıram. Və həmişə də bunun xeyrini görmüşəm. Allaha tapşırmaq məsələsi var və bunun da xeyrini gördüyümdən, artıq mənə heç kəs sübut edə bilməz ki, bu, səhv fikirdir. Tam bu yaşımda anlamışam ki, insanları başa düşmək lazımdır və heç kəs günahkar deyil. Hər kəs ata-anasının, nəslinin genini daşıyır. Bir az müdrik olmaq, insanları başa dümək lazımdır.

- Nə zaman bildiniz ki, yaza bilərsiniz?

- Uşaqlıqdan olub, amma hekayələr, şeirlər yazmışam. Müəyyən mənada məni ruhdan salıblar və düşmüşəm ki, məndən nə şair, nə yazıçı olar. Bu, hardasa 13-15 yaşımdan 40 yaşıma qədər davam edib. Ümüdsizliklər, geriçəkilmələr olub. Ümumiyyətlə, iddialı insan deyiləm, özümə düşmən kəsilmişəm. Ətrafımda məni sevən tək-tük insanlar həmişə mənimlə mübarizə aparıblar ki, sən güclüsən, bacarıqlısan, sən bunu bacararsan, ancaq mən hər zaman belə bir fəlsəfə ilə yaşamışam ki, mən kiməm? Və bu gün ətrafımda özünə aşiq olan narsisizm xəstəliyinə tutulan insanları görəndə çox təəccüblənirəm. Hamı birinci olmaq istəyir, hamı özünü yüksək tutur, amma mən həmişə əsərlərimə də şübhə ilə yanaşmışam, düşünmüşəm ki, daha da yaxşı ola bilərdi. Bir şeyə iddiam var ki, maddi cəhətdən kömək olsa, vaxt verilsə, üç ilə bir roman yazaram. Yəni, qaçahaqaç olmasa, keyfiyyət də yüksək olar...

- Elxan müəllim, camaat deyir, 1 aya roman yazdım, özü də şedevrdi...

- Onlar lazımsız şeylərdir.

- Hesab edirəm, romançılıq bir az da gopçuludu. Razısınız?

- Yox, mən razı deyiləm. Çünki romandakı hadisələrə, obrazlara reallıq kimi baxıram.

- Nəyə görə dedektiv janırında yazırsız? Həmin janrda  özünüzü beləmi rahat hiss edirsiniz?

- Əslində, bu sahə mənə çox yad bir sahədir. Bəzən belə deyirlər ki, kimsə dedektiv, ya müstəntiq olmaq istəyir, amma bacarmadığına görə dedektiv yazıçı olur. Mən belə hesab eləmirəm. Bilirsiniz, məndə bir şair ruhu var ki, məsələn, televizorda bəzən plastik cərrahların işlərini göstərəndə, üzümü yana çevirirəm. Yaxud mən polis də ola bilmərəm. Demirəm ki, qorxuram, çəkinirəm, sadəcə olaraq mənə xoş deyil.

- Obrazlarınıza oxşamaq istəməmisiniz ki?

- Obrazda xüsusiyyətlər olur ki, 70 faizini bəzən özümün içdən gələn xüsusiyyətlərimdən götürürəm. Mən heç vaxt ideal insan obrazı yaratmamışam, çünki hər kəsdə bir qüsur var.

- İxtisasca riyazıyyatçısınıs, riyaziyyat yaradıcılıqda köməyinizə gəlirmi?

- Təbii ki, roman yazanda riyaziyyat tənliklərindən, düsturlardan istifadə etmirəm, amma riyaziyyat mənə dəqiqlik verib. Məsələn, əsərlərimin birində yazıram: o, 9 mərtəbəli binanın 3-cü blokuna girdi və 2-ci mərtəbiyə qalxıb, sağdakı 40-cı mənzilin zəngini çaldı. Oxucu bunu götürür və hesablayır ki, hə, 9 mərtəbəli binada bir blokda 18 mənzil olursa, deməli, sağdakı mənzilin nömrəsi həqiqətən 40-dır. Yaxud, mən yazanda ki, bu adam 1982-ci ilin filan günündə - bazar günündə həlak olmuşdu, tez təqvimi götürüb baxırlar ki, görək, həmin gün həqiqətən bazar gününəmi düşür?

- Həyatda da belə dəqiqsiniz?

- Mən bir adamla görüşmək üçün əgər demişəmsə ki, saat 3-də görüşək, o adam ora 5 dəqiqə gec gəlsə, mən inciyirəm və həmin adamın müsbət kefiyyətlərinə qarşı şübhə yaranır.

- Günlərin birində ola bilərmi ki, dedektiv janrının başını buraxasınız və tarixi romanlara keçəsiniz?

- Olar, açığını desək, məndən hər şey gözləmək olar (Gülür). Məsələn, başqa həmkarlarım deyir ki, yazmaya bilmərik, ancaq mən, səmimi deyirəm, yazmaya da bilərəm. Yəni, bundan sonra başımı qatmağa başqa  bir sənət olsa, dolanmağıma kifayət eləsə, bəlkə də yazmaram.

- Yazılarınız pul gətirirmi?

- Bəli, gətirir. Konkret bir yerdə işləmirəm, ancaq deyim ki, gedib kimdənsə borc da istəməmişəm.

- Necə fikirləşirsiniz, sizin oxucularınız əsasən kimlərdir?

- Bu gün oxucularım arasında yeniyetmələr də var, 90 yaşında insanlar da...

- Sizi niyə oxuyurlar?

- Niyə oxuyurlar... Yəqin ki, sadə yazıram, ona görə... Məncə, sadə yazmaq çox çətindir. Hətta yazdığımı sonuncu dəfə oxuyanda, hansısa sözü daha da sadələşdirmək mümkündürsə, onu da edirəm. Bəlkə də başqası bunu eləməzdi, deyərdi ki, qoy, məni daha savadlı bilsinlər, mürəkkəb söz qalsın orda, mən isə elə hesab etmirəm, oxucunu aldatmaq, özünü oxucuya göstərmək olmaz. Ona görə də, məncə həmkarlarım da sadə yazmalıdırlar. Həmişə Cəlil Məmmədquluzadəni misal çəkirəm, o öz dövrünün yazıçılarından heç birindən savadsız deyildi, amma qarşısına məqsəd qoydu ki, mən xalqımın dilində, sadə yazacağam.

- Düşünürəm ki, bütün yaradıcılq, sənət xeyirlə şərin mübarizəsi üstündədir. Sizin əsərlərinizdə xeyir qalib gəlir, yoxsa şər?

- Mütləq xeyir qalib gəlməlidi. Düzdü, bəzən oxucularım əsərin sonunda ağlayırlar, amma onlar məğlubiyyətə görə ağlamırlar, təsirli səhnələrə görə ağlayırlar. Mən insanları ruhdan salmaq üçün əlimə qələm götürməmişəm. Başının altına yastıq qoymamaq şərtilə, mən də millətimə ruh vermək istəyirəm.

- Maraqlı alınsın deyə, dedektivlərdə çox vaxt hüquq mühafizə, xüsusi xidmət orqanlarının fərasətsizliklərini göstərmək lazım gəlir...

- Mən həmişə dövlətçiliyimizi ön plana çəkirəm. İnsanlarımızın öz polisinə, ordusuna inamı artsın deyə, mütləq bir sıra məqamlara fikir verməlisən.

- Çingiz Abdullayevin əsərlərini oxumusunuzmu və Sizə necə təsir edib?

- Son illər mütaliəm olduqca azalıb, ancaq bu gün inanıb oxuduğum iki-üç-yazıçı varsa, onlardan biri Çingiz Abdullayevdi. Birincisi, mənim Çingiz müəllimə şəxsi hörmətim var, ikincisi, gözəl yazıçıdı. Ümimiyyətlə, mənim ədəbiyyata gəlməyimdə Çingiz Abdullayevin adının xidməti olub. Məsələn, Çingiz Abdullayev olmasaydı, mən əlimə kitab götürüb, istər Yazıçılar Birliyinə, istər hansısa bir müəssisəyə gedəndə, “dedektiv yazıram” desəydim, məni istehza ilə qarşılayacaqdılar. Ancaq buna cəsarət eləmədilər, çünki artıq Çingiz müəllim özünü dünya səviyyəsində tanıtmışdı və heç kəs cəsarət edib deyə bilməzdi ki, dedektiv nədir ki, onu yazırsan? Mən dönə-dönə demişəm, Çingiz müəllimi böyük qardaşım sayıram, hər zaman hörmətini uca tutmuşam və tutacam.

- Elxan müəllim, yazı ictimai təhlükə kəsb edən bir işdir. Çünki elə bir yazı yazarsan ki, yer yerindən oynayar, elə yazı yazarsan ki hər şey sakitləşər. Bir də görürsən, kiminsə, şeir, roman kitabı çıxır, oxuyursan ki, mənasız şeylərdi. O insanlara irad tutmaq olarmı ki, niyə yazırsan, yoxsa, “adam öldürmürlər ki, qoy yazsınlar” deyək?

- Kitab mənim üçün dəyərli bir şeydir. Kitabın kitab adı var və “Quran” da kitabdır. Nəsiminin kiçik bir kitabını əlimizə götürəndə bir ağırlıq hiss edirsən, amma elə kitab da var ki, nə qədər iri olur-olsun, yüngül gəlir sənə...

- Elxan Elatlı Azərbaycan ədəbiyyat  tarixində özünü harda görür?

- Əslində, görmürəm.

- 10-15 ildən sonranızı necə görürsünüz?

- Çox da yaxşı görmürəm.

- Niyə?

- Bu günümlə yaşayıram, hələlik bu günümdən, ən çox da oxucularımın məhəbbətindən zövq alıram. Böyük iddiada deyiləm. 

- Oxucuları nə gözləyir, təzə nə yazırsınız?

- Yəqin ki, aprelin axırına kimi “Qanunsuz əməliyyat” adlı romanım çıxacaq. Bu romanı Milli Təhlükəsizlik Nazirliyinə, polisə ithaf etmişəm.

- Nəyi soruşmadım Sizdən, nəyi demək istəyərdiniz?

- Ənənəvi bir söhbət var ki, deyirlər, bu gün Azərbaycanda kitab oxunmur. Ancaq məncə,  insanlarımız yaxşı kitab olanda oxuyurlar.

Hazırladı: Nərmin

Qəmər Əliyeva

 















BUNU DA OXU

Roy Kin milli yığmamıza başçılıq edə bilər? - AFFA-dan açıqlama
Yük yerində sərnişin keçirməyə cəhd olundu - VİDEO
DSMF-nin vəzifəli şəxsləri saxlanıldı - VİDEO
Qapalı məkanlarda diqqətli olaq - VİDEO
Ağdaşda 50 nəfərdən artıq şəxs xüsusi karantin qaydalarını belə pozub - VİDEO
Xəbər lenti

Türkiyədə silsilə partlayış - 4 nəfər həyatını itirdi, 97 nəfər xəsarət aldı
23:35 03.07.2020

Tərtərdə 2 yaşlı uşaq qətlə yetirildi - Onun başından küt alətlə vurulub
23:14 03.07.2020

Neft borusunda sızma baş verib - Zəbt olunan ərazidə qəzanın qarşısı alınıb
22:54 03.07.2020

200 kq-a yaxın at əti müsadirə edilib - Yoxlama zamanı qayda pozuntuları da aşkarlandı
22:32 03.07.2020

COVID-19 virusu ilə bağlı daha bir araşdırma - Hansı qan qrupundan olanlar koronavirusa daha çox yoluxur?
22:14 03.07.2020

Maşın nömrələri üçün də icazə alınacaq - Kamera vasitəsi ilə cərimə yazılmayacaq
21:54 03.07.2020

190 manat daha kimlərə veriləcək? - Zərərçəkən sektorların siyahısına yenidən baxıla bilər
21:37 03.07.2020

Myanmarda torpaq sürüşməsi - Ölənlərin sayı 162-yə çatıb
18:36 03.07.2020

Merkel covid-19-un yaratdığı böhranı dəyərləndirdi - “Avropa birliyi tarixinin ən ağır dövrünü yaşayır”
18:14 03.07.2020

Virusdan ölüm halları 2 faizdən aşağıdır - Daha çox qadınlar virusa yoluxur
17:54 03.07.2020

Daha 583 nəfər koronovirusa yoluxdu - 395 nəfər sağaldı, 7 nəfər vəfat etdi
17:21 03.07.2020

Mağazalarda monitorinqlər davam edir - 1 ayda 4400-dən çox qayda pozuntusu aşkarlanib
16:54 03.07.2020

Artan rəqəmlərin nəticəsi - Məsuliyyətsizlik qaydaların sərtləşməsinə səbəb oldu
16:21 03.07.2020

DTX əməliyyat keçirir
15:54 03.07.2020

Tələbə köçürülməsi dayandırılır - Elektron sənəd qəbulu müvəqqəti təxirə salınır
15:36 03.07.2020

Ekspres marşrut xətlərinin fəaliyyəti bərpa olunur - Avtobuslar səhər saat 7.00-dan 20.00-dək işləyəcək
15:21 03.07.2020

Ziya Bünyadov prospekti bağlanır - Məhdudlaşma 2 gün olacaq
14:54 03.07.2020

Virusa yoluxanların sayı 11 milyonu ötdü - Epidemiya qurbanlarının sayı isə 524 mindən çoxdur
13:51 03.07.2020

Əfqanıstan Prezidentinin təşəbbüsü ilə Azərbaycan, Əfqanıstan və Türkmənistan Prezidentlərinin videokonfrans vasitəsilə görüşü baş tutub
13:39 03.07.2020

Goranboyda traktor yanıb - 20 ton ot bağlaması ilə birlikdə
13:21 03.07.2020

Karantin rejiminə nəzarət - Hərbi qulluçular da cəlb olunub
12:51 03.07.2020

Xüsusi karantin rejimi iyulun 20-dək uzadıldı - Həftə sonları ictimai nəqliyyatın hərəkəti dayandırılır
12:25 03.07.2020

Erməni nazir gileylidir - “Reanimasiyalarda boş yer yoxdur”
23:14 02.07.2020

BƏƏ-də 1 gündə 402 nəfər virusa yoluxdu - İyulun 7-dən Dubay turistlər üçün açıq olacaq
22:54 02.07.2020

ABŞ-ın baş infeksionisti həyəcan təbili çalır - “Gündəlik yoluxma 100 mini keçə bilər”
22:32 02.07.2020

Daxili işlər naziri karantin rejimindən danışdı - “Qaydaları pozmaqdan çəkindirən səmərəli vasitə cərimədir”
22:14 02.07.2020

Neftçalada yeni magistral su kəməri çəkilir - 80 mindən çox sakinin içməli su problemi həll ediləcək
21:59 02.07.2020

Daha 572 nəfər koronovirusa yoluxdu - 364 nəfər sağaldı, 8 nəfər vəfat etdi
21:39 02.07.2020

Ticarət obyektlərinə nəzarət gücləndi - Qaydalara əməl etməyənlərə qarşı ciddi tədbir görüləcək
21:21 02.07.2020

Dövlət imtahan mərkəzi müraciət etdi - “Saxta profillərdə verilən cavablara inanmayın”
20:54 02.07.2020

Cəlilabadda 151 şəxs barəsində protokol tərtib edildi - Xüsüsi karantin qaydalarını pozanlar cərimələndi
20:37 02.07.2020

Balakəndə qonur ayı balalarını satan şəxslər saxlanıldı - “Qırmızı kitab”a düşən balalar xilas edildi
20:14 02.07.2020

Cəlilabadda bir gündə 8 dəfə sms göndərdi - 10 sutka həbs olundu
19:54 02.07.2020

Rusiyada referendumun nəticələri elan olundu - Seçicilər konstitusiyada düzəlişləri dəstəklədi
19:31 02.07.2020

Virusa yoluxanların sayı 10 milyon 821 minə çatır - Epidemiya qurbanlarının sayı isə 520 minə yaxınlaşır
19:14 02.07.2020

Pandemiya başlanandan sonra ilk xarici səfər - Ərdoğan Qətərə yola düşdü
18:58 02.07.2020

Koronavirusa qarşı 141 peyvənd üzərində iş aparlır - ÜST: “İşlər aylarla davam edə bilər”
18:31 02.07.2020

Ermənistanda fövqəladə vəziyyət rejimi uzadılır - Hökumətdə bununla bağlı müzakirələr aparılır
18:14 02.07.2020

Birinci vitse-prezident Mehriban Əliyeva polis əməkdaşlarının peşə bayramı münasibətilə "Instagram" səhifəsində paylaşım edib
17:54 02.07.2020

Vahid nəzarət mexanizmi yaradılır - Məqsəd kadrların bilik və bacarıqlarının yoxlanılmasıdır
17:35 02.07.2020

Qəbələdə ailə faciəsi - Qardaş qardaşı güllələdi
17:14 02.07.2020

Prezident İlham Əliyev 2 iyul – Azərbaycan Polisinin peşə bayramı münasibətilə öz “Facebook” səhifəsində paylaşım edib
16:51 02.07.2020

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edib
16:21 02.07.2020

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib
15:54 02.07.2020

Polis günü - Azərbaycan polisinin yaranmasindan 102 il ötür
15:21 02.07.2020

Lerikdə avtomobil dərəyə aşdı - 3 nəfər öldü 2 nəfər yaralandı
14:51 02.07.2020

"İnter"dən darmadağın - "Milan" məğlubiyyətdən xilas oldu
14:21 02.07.2020

Yeni dərs ilinə hazırlıq - Bəzi dərsliklər ilk dəfə çap olunacaq
13:51 02.07.2020

“Bayram Nurlu” kimi tanınan şəxs saxlanıldı - Karantin rejimi qaydalarını pozduğu üçün cərimə edildi
13:36 02.07.2020

Ödənişli yolun bir hissəsi artıq hazırdır - 30 km-lik hissəsi yaxın günlərdə istifadəyə veriləcək
23:54 01.07.2020

Dağlıq Qarabağla bağlı danışıqlar yenidən canlanır - M.Brayza: “Ciddi irəliləyiş gözlənilmir”
23:14 01.07.2020

Sahibkarların güzəştli kredit imkanı - Aldıqları kreditlərin 60%-nə dövlət zəmanəti veriləcək
22:54 01.07.2020

Daha 588 nəfər koronovirusa yoluxdu - 346 nəfər sağaldı, 7 nəfər vəfat etdi
22:21 01.07.2020

Virusa yoluxanların sayı azala bilər - “Karantin qaydalarına əməl edək”
21:21 01.07.2020

Həkimlər vətəndaşlara çağırış edir - Virusla mübarizədə yeganə yol məsuliyyətli davranmaqdır
20:54 01.07.2020

Görülən tədbirlər nəticə verəcək - Sərt karantin rejimi yoluxma dinamikasını aşağı salır
20:39 01.07.2020

“Kann” film festivalına etiraz məktubu göndərildi - Ermənilərin işğaldakı torpaqlarımızda çəkdikləri filmə görə
20:21 01.07.2020

Bərdədə restoran sahibi saxlanılıb - Karantin qaydalarını pozan 7 nəfər həbs edilib
19:47 01.07.2020

AI-95 markali benzin bahalaşdı - Benzinin qiyməti 10 qəpik artdı
19:21 01.07.2020

Ölkəyə 168 min fərdi qoruyucu vasitə gətirildi - Pandemiya ilə mübarizəyə ayrılan tibb müəssisələrinə paylanılacaq
18:54 01.07.2020

"Barselona" xal itirdi - Messidən 700-cü qol
18:21 01.07.2020

“Türk Eskobar” həbs olundu - Türkiyənin daxili işlər naziri bu haqda məlumat verib
17:54 01.07.2020

Xaçmazda silah-sürsat tapılıb - 6 əl qumbarası, 361 ədəd patron anama-ya təhvil verilib
17:51 01.07.2020

Tehranda xəstəxanada partlayış olub - 18 nəfər həyatını itirib
17:21 01.07.2020

Bugündən qadağa yumşaldılır - Aİ 14 ölkə vətəndaşlarının avropaya səyahətinə icazə verəcək
16:54 01.07.2020

İranın xarici işlər naziri sanksiyalardan danışıb - Rəsmi Vaşinqtonun məsuliyyət daşıyacağını bəyan edib
16:26 01.07.2020

İstanbul-Bakı təyyarəsinin həcmi böyüyüdülüb - Aviareysə biletlərin sayı artırılıb
16:05 01.07.2020

175 nəfər təkrar qayda pozuntusuna görə məsuliyyətə cəlb edilib - 800 avtomobilin postlardan keçmək cəhdinin qarşısı alınıb
15:48 01.07.2020

Oğuzda yeni layihəyə başlanılıb - Ölkədə istehsal olunan kombaynlar biçin prosesinə cəlb olunub
15:21 01.07.2020

Həmsədrlər bəyanat yaydı - Təxribatçı ifadələr nizamlama prosessinə xələl gətirə bilər
14:54 01.07.2020

Bəhram Bağırzadə “ECMO” cihazından ayrılıb - Vəziyyətində müsbətə doğru dəyişikliklər var
14:21 01.07.2020

Pandemiyanın Azərbaycana vurduğu zərər hesablanır - Sahibkarlar yeni tələblərə uyğunlaşmalıdır
21:57 30.06.2020

Pandemiya ölkələri seçim qarşısında qoyub - İqtisadi zərər yoxsa əhalinin sağlamlığı?
21:38 30.06.2020

Koronavirusa yoluxan həkim əhaliyə çağırış etdi - “Bu gün çox böyük yük altındayıq”
21:21 30.06.2020

Goranboyda zəncirvarı yol qəzası - Yük avtomobili üç minik maşınına çırpılıb
20:54 30.06.2020

“ASAN Xidmət”in iş rejimi gücləndirilib - Gün ərzində 10 mindən çox vətəndaşın müraciəti qəbul olunur
20:02 30.06.2020

Toyuqların çəkisini süni şəkildə artırıblar - Qanunsuz fəaliyyət göstərən toyuq əti müəssisəsi aşkarlandı
19:51 30.06.2020

Cenevrədə ÜST-dən koronavirusla bağlı bədbin açıqlama - “Koronavirusun yayılması sürətlənir”
19:21 30.06.2020

İranda sayt rəhbəri edama məhkum edilib - ABŞ və İsrail kəşfiyyat xidmətlərindən maliyyə dəstəyi alıb
18:51 30.06.2020

Yeni pandemiya qorxusu - Çində təhlükəli virus tapıldı
18:21 30.06.2020

Bütün xəbərlər