Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Əyyaş, “Don Juan” və dahi Yesenin - Bakıda VİDEO - VİDEO - FOTOLAR

Əyyaş, “Don Juan” və dahi Yesenin - Bakıda VİDEO - VİDEO - FOTOLAR
2108 dəfə oxunub

1927-ci ilin sentyabrında Nitsa küçələrinin birində qeyri-adi, həm də faciəli hadisə baş verdi. Sürücü qadın elə sükan arxasındaca boğazındakı qırmızı ipək şərfin güdazına getdi. Sürətlə gedən avtomobilin açıq pəncərəsindən yellənən ipək parça təkərə dolanaraq qadını boğub öldürdü. Deyirlər, bu şərfi ona illər əvvəl əri olduğu məşhur rus şairi hədiyyə edibmiş. Taleyin gərdişinə bax ki, rəsmi məlumatlara inansaq, həmin şair də 2 il əvvəl  məhz boğularaq ölmüşdü. Ancaq 1925-ci ilin soyuq dekabrında Leninqraddakı məşhur “Anqleter” mehmanxanasının 5-ci otağında ömrünü başa vuran şair poeziya tarixinə tutarlı möhür vurmağa da vaxt tapmışdı. Qısa ömür yaşamasına baxmayaraq, o, nəinki Sovetlərin yenicə qurulduğu Rusiyada, həm də  Azərbaycanda, Bakıda belə tanınmağa və sevilməyə nail olmuşdu.

İndiliksə “Anqleter”dəki o məşum gecəyə hələ çox var. Necə ki, şair dəsti-xəttiylə tərtib elədiyi tərcümeyi-halını bu cümlələrlə bitirmişdi: “Düşünürəm ki, özümə hansısa yekun vurmaq tezdir. Mənim həyatım hələ qabaqdadır.” Rus ədəbiyyatında ilhamlı şairlər çox olub. Ancaq  maraqlıdır ki, onu, təkcə onu “XX əsr rus poeziyasının Puşkini” adlandırırlar. Bu adam Sergey Yesenin idi.

O, özü haqqında deyirdi:“Mən 1895-ci il sentyabrın 21-də Ryazan qəzası və Ryazan quberniyasının Kuzmino vilayətnin Konstantinova kəndində andan olmuşam. Atam kəndli Aleksandr Nikitiç Yesenin, anam isə Tatyana Fyodorovnadır...

...Bizim evdə tez-tez kəndləri dolaşan korlar yığışar, gözəl cənnət barəsində, Lazar, Nikola və naməlum şəhərdən gəlmiş nurlu qonaq- adaxlı haqqında dini şeirlər söyləyərdilər. Dayəm mənə nağıl danışardı. O nağılları ki, bütün kəndli uşaqlar dinləyir və bilir.  Babam mənim üçün mahnı oxuyardı. Şənbə və bazar günləri o mənə Bibliya və müqəddəs rəvayətdən danışardı.

Mənim küçə həyatımsa, evdəkinə bənzəmirdi. Yaşıdlarım dəcəl uşaqlar idi. Onlarla bir yerdə cammatın bostanına girərdik. Iki- üç günlüyə qaçıb otlağa gedər, çobanlarla bir yerdə əvvəl suyunu əlimizlə və ya ördək balalarının vasitəsilə bulandırdığımız kiçik göllərdən tutduğumuz balığı yeyərdik.  Evə qayıdan da isə çox vaxt cəzalandırılardım. 

...1921-ci ildə mən Dunkan ilə evləndim və İspaniyadan başqa, bütün Avropanı gəzdikdən sonra Amerikaya getdim.

Xaricdən qayıtdıqdan sonra, mən öz ölkəmə və baş verən hadisələrə başqa gözlə baxmağa başladım.

Bizm bir qədər soyumuş düşərgəmiz xoşuma gəlmir. Mən sivilizasiyanı xoşlayıram.

...Hazırda mən bütün məktəbləri inkar edirəm. Hesab edirəm ki, şair hansısa müəyyən bir məktəbin arxasınca gedə də bilməz. Bu, onun əl-qolunu bağlayar. Yalnız azad sənətkar, azad söz deyə bilər. Budur mənim tərcümeyi- halıma aid olan qısa- sxematik məlumatlar. Burada hər şey deyilməyib. Lakin düşünürəm ki, özümə hansısa yekun qoymağım hələ tezdir. Mənim həyatım və yaradıcılığım qabaqdadır.”

Yesenin Rusiya və ruslar üçün doğma, sevimli olduğu qədər, bizə də eyni dərəcədə yaxın və əzizdir. O, çox az sayda rus şairlərindəndir ki, Azərbaycana, Bakıya belə bağlı olub, Azərbaycanı, Bakını bu qədər sevib. Bu baxımdan, Yeseninin Bakı səfərləri, bi səfərlər dövründəki yaradıcılığı xüsusi əhəmiyyət kəsb edir. Çünki hər şeydən əvvəl Bakı dövrü Yeseninin özü üçün yaradıcılıq baxımından çox məhsuldar olması ilə yanaşı, Azərbaycan poeziyasevərləri üçün xüsusilə əzizdir. Şairin yaxın dostu, o dövrdə Azərbaycan MK-nin ikinci katibi, “Bakinski raboçi” qəzetinin baş redaktoru işləmiş Çaqinin, onun kiçik qardaşı Boldovkinin, Manulyovun  xatirələrində, eləcə də bir sıra digər yazılarda Yeseninin Bakı həyatı haqqında xeyli maraqlı məlumatlara rast gəlirik.

Yesenin ilk dəfə Bakıya 1920-ci ildə gəlsə də də, növbəti uzunmüddətli Bakı səfəri 1924-cü ilə təsadüf edir.

O, həmin ilin sentyabrında Bakıya gəlir və “Yeni Avropa” otelində yerləşir. Lakin bir qədər sonra Çaqinin təkidi ilə onun Mərdəkanda yaşadığı bağ evinə köçür.

Çaqinin xatirələrindən aydın olur ki, Yeseninin burada yaşaması yalnız dost evində yaşamaq kimi başa düşülməməlidir. Məsələ burasındadır ki, həmin vaxtlar İrana getmək – Hafizin, Xəyyamın, Sədinin, Firdovsinin diyarını gəzmək arzusu  Yesenini rahat buraxmırmış. Ancaq şairi və onun yaradıcılığını çox sevən Azərbaycanın o vaxtkı rəhbəri Kirov, İran səfərinin Yeseninin həyatı üçün təhlükəli ola biləcəyini düşünür və bu səbəbdən də onun İrana getməsini istəmir. Odur ki, Kirov Çaqinə tapşırıq vermişdi ki, Bakıda Yesenin üçün “İran illüziyası” yaratsın. Çaqinin bağ evi isə özünün memarlıq üslubuna görə bu ideyaya tam uyğun gəlirdi.

Yeseninin burada yaşaması ilə bağlı başqa bir versiya mövcuddur. Qılman İlkin bu haqda yazır: “Atam 20-ci ildə vəfat edib. O, Murtuza Muxtarovun bağında  tuikinti işlərinə baxan əsas usta idi. Onun vəfatından sonra mən də yay tətillərində gedib orada işləyirdim.  Həmin vaxtlarda Yesenin Muxtarovun bağında qalırdı. Onu tez-tez görürdüm Şərq klassik şeirinə vurğun olan Yesenin İrana getmək istəyəndə Kirov – Azərbaycanın o vaxtkı I katibi, onu aldadıb, paroma oturdub və Xəzərə çıxardaraq Zirə, Hövsan, Zığ sahilləri ilə Mərdəkana gətiriblər ki, bura İrandır. Yesenin əvvəlcə buna inanıb. Sonra isə başa düşəndə ki, onu aldadıblar, bundan o qədər də incimir. Çünki bura onun ürəyincə idi.”

İstənilən halda, Kirovun Yeseninlə yaxşı münasibətdə olmasını bir sıra digər mənbələr də təsdiqləyir. Çaqinin xatirlərindən aydın olur ki, Kirov Bakıda olduğu müddətdə Yeseninlə bir necə dəfə görüşmüş, imkan olduqca ona arxa durmağa çalışmışdı. Çaqin yazır: “Yoldaş Kirov 1925-ci il dekabrın sonunda Moskvaya partiyanın 14-cü qurultayına gəlmişdi. Fasilədə məndən Moskvada Yesenini görüb-görməməyimi soruşdu. Cavab verdim ki, məndə olan məlumata görə, Yesenin Leninqrada gedib. Dedi ki, “lap yaxşı, onu qorumağa davam edəcəyik. Bir neçə gündən sonra oradayıq”. Mən əvvəlcə anlamadım. Sonra məlum oldu ki, Kirovun Leninqrada I katib, mənim də “Krasnaya qazeta”ya baş redaktor göndərilməyim haqqında qərar qəbul edilib. Təəssüf ki, onu qorumaq mümkün olmadı. Səhərisi gün Yeseninin ölüm xəbəri yayıldı”.

Manulyovun Yesenin haqqında xatirələrindən isə oxuyuruq: “Bir dəfə 1928-ci ilin yazında Leninqradda Kirovla rastlaşdıq. Bakını, onun Leninqrad nəşriyyatlarında işə cəlb etdiyi dostu Çaqini xatırladıq. Yesenindən söhbət düşdü. Kirov onu böyük məhəbbətlə xatırladı və dedi ki, əgər biz onda - 1925-ci ilin sentyabrında Yesenini və Sofya Andreyevnanı payızda 2-3 ay Bakıda saxlaya bilsəydik, bəlkə də dekabr faciəsi baş verməzdi”.

Yeseninin Bakıya gəlməsindən bir neçə gün əvvəl Çaqinin İranda səfir olan kiçik qardaşı Boldovkin də Bakıya gəlmişdi. O, Yeseninin Bakıda olduğu vaxt ərzində - oktyabrın 6-na qədər onunla birlikdə olmuşdu. Boldovkin yazır: “Biz evdən çıxdıq və dənizkənarı bulvara yollandıq. O heyrətlə Qala divarlarını, İçəri şəhəri, məşhur Qız Qalasını, İsmailiyyə binasını seyr edir, onların tikilmə tarixi, memarlığı ilə maraqlanırdı. Mən onun suallarına cavab verməyə vaxt çatdırmırdım. Hətta bəzən elə suallar olurdu ki, onlara cavab verə bilmirdim. Məsələn, şair soruşurdu: “Xan sarayında sonuncu xan kim olub?”

Həmin axşam Boldovkin Yeseninə Şərq və İran haqqında müxtəlif əfsanələr danışır, Şərq şəhərlərinin gözəlliyindən, oradakı bazarlardan, çadralı qadınlardan, çaydan, çayxanalardan ətraflı söhbət açır. Səhər yeməyində o, Şərq haqqında tam bir şeirlər silsiləsi yazmaq istədiyini deyir. Beləcə, Sergey Yeseninin məşhur “İran nəğmələri” yaranır.

Yesenin bu 16 günlük səfər zamanı bir neçə şeir gecəsi və görüşlər keçirir. Sentyabrın 24-də keçirilən görüş haqqında bir gün əvvəl mətbuatda belə bir xəbər getmişdi: “3-cü gün axşam saat 6–da Qara şəhərdə “Pyatokov” adına klubda hazırda Bakıda olan şair Sergey Yeseninin iştirakı ilə fəhlə, şair və yazıçıların yığıncağı keçirildi. Gündəlik: Yeseninin şeirləri müəllifin ifasında.”

Bakını tərk etməzdən 3 gün əvvəl, oktyabrın 3-də isə Sabir adına Tələbə klubunda Yeseninin şeir gecəsi keçirilir. Həmin gecə haqqında qəzetdə verilən elandan oxuyuruq: “Yeseninin adı bütün oxucu kütləsinə yaxşı tanışdır və əmin olmağa əsas verir ki, Bakının bütün ədəbiyyat aləmi və ədəbiyyatsevərləri burada təmsil olunacaqlar. Yeseninin sizə ona poetik forma baxımından böyük uğurlar gətirən və yaradıcı fəaliyyətində ciddi dönüş yaradan şeir və poemalarını oxuyacaq. ”

Böyük əks- səda doğuran bu görüş haqqında oktyabrın 5-də “Trud” qəzetində “Çiklop” imzası ilə bir yazı, oktyabrın 6-da isə “Bakinski raboçi” qəzetində Mixail Danilovun hesabat yazısı çap olunur. Mixail Danilov yazır: “Əzməyə də, əzilməyə də, vurub dağıtmağa da eyni dərəcədə qadir olan rus ruhunun tufanı Yesenində, hətta hiss edilməməsi mümkün olmayan, mənasız və hansısa ibtidai şüuru ehtiva edən bu ruhda sağlam, faydalı çox şey var. O şeylər ki, indi bizə lazımdır. Bax, elə buna görə də həmişə yaxası açıq, boz köynəkli, dəliqanlı görkəmli və avazımış mavi gözlü bu “qalmaqallı şair” bizə qəribə şəkildə çox yaxındır.”

Ümumilikdə, qərəzli mövqedən yazılmış digər yazıda da müəllifin istehzasına baxmayaraq, Yesenin səhnə mədəniyyəti göz qabağındadır. “Qızılı qıvrımsaçlı  şair auditoriya gözəl parçalar ünvanlayaraq, tələbələrin hay-küylü alqışlarını qazandı. Onun ədəbsiz lirikasının qızğın pərəstişkarları özlərini təqdim edərək şairin əlini öpdülər. O da öz növbəsində mütəəsir halda xanımların zərif  barmaqlarını öpdü.”

Yesenin bu Bakı səfəri zamanı paytaxt mətbuatında 8 əsəri – 7 şeir və 1 poeması dərc olundu.

Yesenin növbəti daha uzunmüddətli Bakı səfəri 1925-ci il martın 30-a təsadüf edir. Şair bu dəfə Bakıda mayın 25-ə qədər qalır.

Aprelin 3-də “Bakinski raboçi” qəzetində Yeseninin şeirləri dərc edilir.  Elə həmin gün Yesenin qəzetin nəzdində fəaliyyət göstərən fəhlə şair və yazıçıların ədəbi dərnəyində yeni şeirlərini oxuyur.

Yeseninin bu dərnəyin məşğələlərində olması ilə bağlı şahidlərdən birinin xatirələrindən oxuyuruq: “Bakıda olduğu müddətdə hər cümə günü o, səliqəli şəkildə dərnəyin məşğələlərinə gəlir, dərnək üzvlərinin şeirlərinin müzakirəsində iştirak edirdi. Biz ondan məşğələdən sonra şeirini oxumağı xahiş etdik. O, əzilib-büzülmədi  - belə şeyləri sevməzdi - dərhal razılaşdı, oturdu, dizlərini əlləri arasına aldı və oxumağa başladı. O, səsini qaldırmadan astadan oxuyurdu. Bəzi sözləri pıçıltı ilə deyirdi. Lakin elə sakitlik idi ki, hamımız onu eşidirdik. Şair başını bir qədər aşağı sallayaraq, oxuyur, kirpiklərindən kiçicik  yaş damlaları süzülürdü. Rus dili zəngin dildir, amma Yeseninin şeir oxumağını dinlədiyimiz zaman keçirdiyimiz hissləri çatdırmaq üçün söz tapmaq mümkün deyil.”

1 may günü Yeseninin Bakı həyatının ən yaddaqalan günlərindən biri olur. Çaqin yazır: “Biz 1 may gününü qeyri-adi keçirməyi qərara almışdıq. Nümayiş yerinə sənaye və zavod rayonlarında, təzə fəhlə qəsəbələrinin əsasının qoyulmasına həsr edilmiş mitinqlər, sonra isə xalq gəzintiləri təşkil etdik. MK katiblərinin əyləşdikləri maşına Yesenini də mindirdik. Şənliklərdə onu köhnə tanış kimi qarşıladılar. Fəhlələrin öz ailələri ilə birlikdə təzə yaz otları üzərində oturduqları çəmənliyi partiya rəhbərləri ilə birlikdə gəzən Yesenin şeirlər deyir, çastuşkalar oxuyurdu. Sonra Mərdəkandakı bağa getik. Burada Yesenin Kirovun yanında “İran nəğmələri”ndən oxudu.”

Sonradan onun “1 May” şeiri “Bakinski raboçi” qəzetinin 5 may tarixli sayında dərc edilir.

Yeseninin Boldovkinə həsr etdiyi məşhur “Proşay, Baku!” – “Əlvida, Bakı” şeiri onun Bakını tərk etdiyi gün qəzetdə dərc edilir. Ancaq şair “Əlvida, Bakı!” yazsa da, Bakıdan ayrıla bilmir. İyul ayının 28-də nişanlısı Sofiya Tolstaya ilə yenidən Bakıya gəlir, sentyabrın 3-ə qədər burada qalır. Bu səfər Yeseninin Bakı ilə son görüşü idi. Tolstayanın yazdığına görə bu son Bakı səfərində Yesenin əsasən, “İran nəğmələri” silsiləsinin tamamlanması üzərində işləmişdi.

Davamı sabah

Yazıda İsaxan İsaxanlının “Şeir gülüstanının təkrarolunmaz çiçəyi” kitabından istifadə edilib.

İlham Tumas















BUNU DA OXU

İndiyədək Azərbaycanda COVID-19 xəstələrinin donoru olmaq üçün 150 nəfər müraciət edib
Ermənistanın təxribatları nəticəsində 2734 ev, 98 yaşayış binası və 500 mülki obyekt yararsız vəziyyətə düşüb
Neft Fondu Seuldakı daşınmaz əmlakını satıb
UEFA-dan Avro-2020 açıqlaması
Balaş Qasımovun komandası “Kim? Harada? Nə vaxt?” intellektual yarışmasının payız finalının qalibi olub
Xəbər lenti

Mövlud Çavuşoğlu: Azərbaycanın ərazi bütövlüyü hər kəs tərəfindən qeyd-şərtsiz dəstəklənməlidir
15:00 04.11.2020

Cəbhənin Ağdərə istiqamətində düşmənin UAZ-ı sıradan çıxarılıb
14:04 04.11.2020

Fuad Muradov: Azərbaycan və Türkiyə icmaları dünyanın 50-dən çox ölkəsində birgə fəaliyyət göstərir
13:36 04.11.2020

İndiyədək Azərbaycanda COVID-19 xəstələrinin donoru olmaq üçün 150 nəfər müraciət edib
12:58 04.11.2020

Ermənistanın təxribatları nəticəsində 2734 ev, 98 yaşayış binası və 500 mülki obyekt yararsız vəziyyətə düşüb
12:42 04.11.2020

Donald Tramp: Biz seçkilərdə qalib gəlirik
12:14 04.11.2020

Leyla Abdullayeva: Ermənistan prezidenti RBK kanalına müsahibəsində faktları təhrif edib
11:50 04.11.2020

Çempionlar Liqasında 3-cü tura start veridi
11:21 04.11.2020

Əlcəzair prezidenti koronavirusa yoluxub
11:00 04.11.2020

HİKMƏT HACIYEVDƏN AÇIQLAMA - KƏNDLƏRİMİZ ARTİLLERİYADAN ATƏŞƏ TUTULUR
10:34 04.11.2020

CƏBHƏDƏ SON VƏZİYYƏT
10:10 04.11.2020

ABŞ-da prezident seçkilərini, hələ ki, Donald Tramp öndə aparır
09:49 04.11.2020

Azərbaycanda koronavirus infeksiyasına daha 1242 yoluxma faktı qeydə alınıb
15:00 03.11.2020

Neft Fondu Seuldakı daşınmaz əmlakını satıb
14:36 03.11.2020

Adil Əliyev: Ermənistana qarşı sanksiyalar tətbiq edilməsi üçün hələ də gec deyil
14:07 03.11.2020

Bakıda yağış yağacaq
13:45 03.11.2020

Ronaldu ən yaxşı bombardirlər siyahısında liderdir
13:24 03.11.2020

DÜŞMƏN ATƏŞKƏSİ POZDU LİD - MEŞƏDƏ YANĞIN BAŞLADI
12:59 03.11.2020

BMT SƏNƏD YAYDI - ERMƏNİSTANIN UŞAQLARI ƏSGƏR KİMİ CƏLB ETMƏSİ PİSLƏNİB
12:36 03.11.2020

BMT-NİN İNSAN HÜQUQLARI ÜZRƏ ALİ KOMİSSARI ERMƏNİSTANIN HÜCUMLARINI PİSLƏDİ
12:13 03.11.2020

Bu gün Çempionlar Liqasında 3-cü tura start veriləcək
11:48 03.11.2020

UEFA-dan Avro-2020 açıqlaması
11:22 03.11.2020

ABŞ-DA 59-CU ÜMUMİ SEÇKİLƏR KEÇİRİLİR
11:00 03.11.2020

Prezidentin Mətbuat Xidmətinin məlumatı
10:34 03.11.2020

ANAMA 28 əməliyyat həyata keçirib
10:10 03.11.2020

Cəbhədə noyabrın 3-nə olan son vəziyyət
09:48 03.11.2020

Azərbaycan Prezidenti: Paşinyanın Rusiya Prezidentinə məktub göndərməsi, əslində, Ermənistanın məğlubiyyətinin etirafıdır
14:55 02.11.2020

PAŞİNYAN MƏĞLUBİYYƏTƏ GÖRƏ RUSİYANI GÜNAHLANDIRIR
12:56 02.11.2020

BİNƏLİ YILDIRIM AZƏRBAYCANA DƏSTƏYƏ GƏLDİ
12:30 02.11.2020

Вüşmənin Su-25 döyüş təyyarəsi də məhv edilib
12:03 02.11.2020

BAŞ PROKURORLUQDAN AÇIQLAMA - QARABAĞDA QIZIL YATAQLARINDAN QANUNSUZ İSTİFADƏ EDƏNLƏR BEYNƏLXALQ AXTARIŞA VERİLİB
11:44 02.11.2020

RUSİYA SƏFİRLİYİ ERMƏNİ YALANINI İFŞA ETDİ
11:20 02.11.2020

Balaş Qasımovun komandası “Kim? Harada? Nə vaxt?” intellektual yarışmasının payız finalının qalibi olub
10:57 02.11.2020

Cəbhədə noyabrın 2-nə olan son vəziyyət
10:32 02.11.2020

İzmirdə 3 yaşlı qız 65 saat sonra dağıntılar altından sağ çıxarılıb
10:10 02.11.2020

Hikmət Hacıyev ermənilərin saxtakarlığını ifşa edib - FOTOLAR
09:49 02.11.2020

Prezident: Yeddi rayon bizə qaytarılmalıdır, Dağlıq Qarabağdan qovulmuş azərbaycanlılar da oraya qayıtmalıdır
12:54 31.10.2020

Azərbaycan Prezidenti: Bizdə “Amnesty International” və “Human Rights Watch”ın qərəzliliyi ilə bağlı böyük şübhələr var
12:45 31.10.2020

Prezident İlham Əliyev: Bizim cavabımız sərt oldu, amma onlar buna layiq idilər
12:33 31.10.2020

Ceyhun Bayramov: Həmrəyliyimiz, dəstəyimiz, dualarımız sizinlədir, qardaş Türkiyə!
12:18 31.10.2020

Prezident İlham Əliyev: Azərbaycan Ordusu Cəbrayılın, Zəngilanın və Qubadlının 9 kəndini işğaldan azad edib
15:15 30.10.2020

Baş prokuror: Ermənistan ordusunun mülki əhalini atəşə tutması nəticəsində 7 ailə tamamilə məhv olub
15:01 30.10.2020

Cari ildə 234,7 min ton meyvə-tərəvəz idxal edilib
14:37 30.10.2020

TÜRKİYƏNİN SABİQ BAŞ NAZİRİ DÜNYASINI DƏYİŞİB
12:19 30.10.2020

Maradona - 60! - VİDEO
11:58 30.10.2020

Avropa Liqasında gecənin nəticələri
11:33 30.10.2020

FHN: Ermənistan ölkəmizə qarşı növbəti ekoloji terror aktları törədib
11:09 30.10.2020

ANAMA-ya Ağcabədi, Ağdam, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə müraciət daxil olub
10:44 30.10.2020

"Qarabağ" İstanbudla "Vilyarreal"a uduzdu
10:20 30.10.2020

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb
09:57 30.10.2020

Ermənistanın iki Su-25 təyyarəsi məhv edilib
14:06 29.10.2020

Prezidentin Mətbuat Xidmətinin məlumatı
13:38 29.10.2020

Birinci vitse-prezident Mehriban Əliyeva qardaş Türkiyə xalqını 29 Oktyabr – Respublika Günü münasibətilə təbrik edib
13:05 29.10.2020

MN: Azərbaycan HHQ-nin aviasiya vasitələri bugünkü döyüşlərdə tətbiq olunmayıb
12:46 29.10.2020

Hikmət Hacıyev: Azərbaycan Ordusu düşmənin cavabını verir və onları iti qovan kimi qovuruq
12:22 29.10.2020

UNİCEF MÜNAQİŞƏ İLƏ BAĞLI BƏYANAT YAYIB
12:00 29.10.2020

CEYHUN BAYRAMOV Aİ-nin ALİ NÜMAYƏNDƏSİ İLƏ DANIŞIB
11:35 29.10.2020

"Qarabağ" "Vilyarreal"a qarşı
11:14 29.10.2020

Çempionlar Liqasında 2-ci tura yekun vurulub - Nəticələr
10:52 29.10.2020

Müdafiə Nazirliyi: Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib
10:30 29.10.2020

“MÜLKİ ŞƏXSLƏRİN HƏDƏF ALINMASI QƏBULEDİLMƏZDİR” - AVROPA İTTİFAQINDAN DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ İLƏ BAĞLI BƏYANAT
10:07 29.10.2020

Qızıl Aypara cəmiyyətinin könüllüsü həlak olub - Bərdədə
09:45 29.10.2020

Prezident İlham Əliyev: Azərbaycan Ordusu Zəngilan, Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının 13 kəndini işğaldan azad edib
16:40 28.10.2020

Prezident İlham Əliyev: Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək
16:25 28.10.2020

Ermənistanın Bərdəyə raket hücumu nəticəsində ölənlərin sayı 19-a çatıb
15:10 28.10.2020

Baş Prokurorluq: Ermənistan ordusunun Bərdəni raket atəşinə tutması nəticəsində həlak olanların sayı 14-ə çatıb
14:39 28.10.2020

Düşmən Bərdəni yenidən “Smerç” raketləri ilə atəşə tutub
14:05 28.10.2020

Çempionlar Liqasında 2-ci tura start verilib - Nəticələr
13:40 28.10.2020

Gürcüstanda koronavirusa yoluxanların sayı 34 min 858-ə çatıb
13:18 28.10.2020

“SƏRHƏDSİZ REPORTYORLAR” FRANSALI JURNALSİTLƏRƏ TƏZYİQLƏRİ PİSLƏDİ
12:57 28.10.2020

ÇAVUŞOĞLUDAN SƏRT SÖZLƏR - “TƏHQİR ACİZLƏRİN SİLAHIDIR”
12:33 28.10.2020

"Barselona"nın prezidenti istefa verdi
12:11 28.10.2020

ERMƏNİ TƏXRİBATI NƏTİCƏSİNDƏ 69 MÜLKİ ŞƏXS HƏLAK OLUB
11:45 28.10.2020

ERMƏNİSTANDA FƏRARİLİYİN QARŞISINI ALMAQ ÜÇÜN CƏZALAR SƏRTLƏŞDİRİLİB
11:20 28.10.2020

İran parlamentinin sədri koronavirusa yoluxub
10:57 28.10.2020

Bu gün "Dünya Cüdo Günü" kimi qeyd edilir
10:34 28.10.2020

Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Bərdəyə raket hücumu nəticəsində həlak olanların yaxınlarına başsağlığı verib
10:10 28.10.2020

Cəbhədə oktyabrın 28-nə olan son vəziyyət
09:49 28.10.2020

HİKMƏT HACIYEV "EURONEWS" ÇƏKİLİŞ QRUPUNA HÜCUMU PİSLƏDİ
13:33 27.10.2020

Doqquz ayda Azərbaycan ən çox Rusiyadan məhsul idxal edib
13:10 27.10.2020

Bütün xəbərlər

ÇOX OXUNANLAR