Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

“Dədə Qorqud”a kinayə edən film

“Dədə Qorqud”a kinayə edən film
2132 dəfə oxunub

Bir neçə gün əvvəl premyerası keçirilmiş  “Yumurta” filminin “Xoxan”, “My name is İntiqam”, “Ay brilliant” komediyaları kimi çox tamaşaçı yığmasına bir az şübhə edirəm.

Məsələ “Yumurta”nın adını çəkdiyim filmlərdən süjetinə, hansısa kinematoqrafik dəyərinə, keyfiyyətinə görə geri qalmasında, tamaşaçını güldürə bilməməsində deyil.

Əksinə, bir çox cəhətlərinə görə, “Yumurta” üstündür: fərqli yanaşmasına, qurşaqdan aşağı zarafatların yoxluğuna, yaxşı mənada provokasiyon  mesajlarına və bu mesajların publisistik təqdimatda yox, məhz uyğun bədii vəziyyətlərə çevirə bilməsinə görə...

Beyin üçün saqqız istəyən, yüngül zarafatlara, əyləncəli intonasiyada söyüşlərə maraqlı olan kütlənin, mövcud vəziyyətdə digər komediyalara alternativ kimi görünən “Yumurta”nın da həzm edilməsini, əlbəttə ki, çox arzulayıram.

“Yumurta”nın az auditoriya yığa bilmə ehtimalını həm də dünən getdiyim seansda hardasa 40-a yaxın tamaşaçının olması, hətta filmin nümayişi zamanı bir neçə nəfərin zalı tərk etməsi də gücləndirir.

“Yumurta”nı izləyəndə hiss olunur ki, rejissor Ramil Adiloğlunun yuxarıda qeyd etdiyim komediya müəlliflərindən fərqli olaraq, kino bazası daha zəngindir.

Mən heç də “Xaç atası”, “Hörümçək adam”dan başlamış “Dədə Qorqud”a kimi müxtəlif filmlərdən gətirilən sitatları nəzərdə tutmuram.

Azərbaycan dilinə bərbad münasibətdən tutmuş elmin mövcud vəziyyətinə kimi çox ciddi məsələlərin absurd, sürreal təsviri, milli filmlərə göndərişlərdə ironik vurğu, təhkiyəçinin - rejissorun əhvalata müdaxiləsi, tamaşaçı ilə qısa kontaktı, qəsdən şişirdilmiş şərtilik və s.   

“Yumurta” (ssenari müəllifləri Ramiz Hüseynzadə, Elman Telmanoğlu, İslam Ağa, Ramil Adiloğlu və Məcid Hüseynov) filmi arxeoloq Tapdığın qazıntılar zamanı tapdığı, milyon yaşı olduğu iddia edilən, yumurtadan bəhs edir. Əhvalat paralel olaraq iki zamanda – keçmişdə və gələcəkdə baş verir. Qədim tayfa başçısı, ona babalarından miras qalmış müqəddəs yumurtaları oğlu Duduya təqdim edir və  yumurtalar sınarsa, böyük fəlakətin baş verəcəyini söyləyir. Təsadüfən Dudunun əlindən düşüb sınan yumurta onu indiki dövrə gətirir...

Motivlər o qədər eklektik, çoxtərəflidir ki, hərdən mənə elə gəldi, rejissor bəzi yerlərdə süjeti yığıb-yığışdıra bilməyib.

Müəlliflər həm toxunulmaz sayılan dəyərlər, həm ənənəvi kinotəhkiyə ilə bağlı klişeləri qırır: “Dədə Qorqud” filminə kinayə edir, Dudu səsini dəyişdirib, acığı tutduğu sevgilisi ilə gözlənilmədən bir anlıq “Təhminə” filmindəki Zaur obrazı kimi danışır, qəbilə üzvləri reklam tərzində monoloq deyir, yas mərasimində “Zəif bənd” teleoyunu oynayırlar, ibtidai insanlar əcaib, anlaşılmaz səslərdən ədəbi dilə keçir, keçmiş zamanda yaşayan Arif Quliyevin obrazının “Bəyin oğurlanması” filmindəki Miriş obrazına girməsi, titrlərdə Təbərinin arxeoloq Tapdığın yumurtası haqda tarixi qeydləri gedir, ibtidai dövrün insanları mentallığın əldən getməsindən şikayətlənir.

Yumurtanı tapan arxeoloqun kəşfinin təqdimatı üçün məhz şadlıq sarayını seçməsi, kəşfin vağzalı sədaları altında gətirilməsi, müxtəlif vəziyyətlərdə şou- biznes nümayəndələrinin peyda olub mahnı oxuması - bütün bunlar müəllifin total şəkildə şoulaşan çal-çağırın prioritetə çevrilməsinə qarşıdır və elm ocaqlarının şadlıq saraylarına uduzmasına etirazıdır. 

Qeyd etdiyim kimi filmin bir neçə epizodunda rejissor əhvalata müdaxilə edir. Titrlər gedir, sonra geri qayıdır, rejissor kadr arxasından tamaşaçıya sevgi əhvalatı danışacağını vəd edir. Yeri gəlmişkən, kinoda bu fəndi ilk dəfə Fridrix Murnau 1924-cü ildə “Sonuncu adam” filmində işlədib.

“Yumurta” Ramil Adiloğlunun komediya janrında çəkdiyi ilk tammetrajlı filmidir. Təbii ki, hansısa qüsurlar da vardı, bəzi dialoqlar sönük, kəsərsiz, müəyyən səhnələr (məsələn, xalçayuma məntəqəsinin təsvir olunduğu epizod) lazım olduğundan daha uzun idi. 

Klip estetikasına xas qırıqlıq, kəsik montaj filmin bütöv bir üslubu kimi nəzərdə tutulsa da bir neçə epizodda yorucu gəldi.   

Aktyor oyununa gəlincə, ən çox yadımda Nicat Rəhimov qaldı. Onun “Ay Brillinat”dakı oyunu ilə müqayisədə burdakı ifası çox parlaq, koloritliydi.

Ümumiyyətlə isə, “Yumurta” aktyor filmindən çox rejissor filmidir. Və burda qeyd etmədiyim çox maraqlı detallar var ki, filmi izləməyə dəyər.

Sevda Sultanova

kulis.lent.az

BUNU DA OXU

Roy Kin milli yığmamıza başçılıq edə bilər? - AFFA-dan açıqlama
Yük yerində sərnişin keçirməyə cəhd olundu - VİDEO
DSMF-nin vəzifəli şəxsləri saxlanıldı - VİDEO
Qapalı məkanlarda diqqətli olaq - VİDEO
Ağdaşda 50 nəfərdən artıq şəxs xüsusi karantin qaydalarını belə pozub - VİDEO
Xəbər lenti

Türkiyədə silsilə partlayış - 4 nəfər həyatını itirdi, 97 nəfər xəsarət aldı
23:35 03.07.2020

Tərtərdə 2 yaşlı uşaq qətlə yetirildi - Onun başından küt alətlə vurulub
23:14 03.07.2020

Neft borusunda sızma baş verib - Zəbt olunan ərazidə qəzanın qarşısı alınıb
22:54 03.07.2020

200 kq-a yaxın at əti müsadirə edilib - Yoxlama zamanı qayda pozuntuları da aşkarlandı
22:32 03.07.2020

COVID-19 virusu ilə bağlı daha bir araşdırma - Hansı qan qrupundan olanlar koronavirusa daha çox yoluxur?
22:14 03.07.2020

Maşın nömrələri üçün də icazə alınacaq - Kamera vasitəsi ilə cərimə yazılmayacaq
21:54 03.07.2020

190 manat daha kimlərə veriləcək? - Zərərçəkən sektorların siyahısına yenidən baxıla bilər
21:37 03.07.2020

Myanmarda torpaq sürüşməsi - Ölənlərin sayı 162-yə çatıb
18:36 03.07.2020

Merkel covid-19-un yaratdığı böhranı dəyərləndirdi - “Avropa birliyi tarixinin ən ağır dövrünü yaşayır”
18:14 03.07.2020

Virusdan ölüm halları 2 faizdən aşağıdır - Daha çox qadınlar virusa yoluxur
17:54 03.07.2020

Daha 583 nəfər koronovirusa yoluxdu - 395 nəfər sağaldı, 7 nəfər vəfat etdi
17:21 03.07.2020

Mağazalarda monitorinqlər davam edir - 1 ayda 4400-dən çox qayda pozuntusu aşkarlanib
16:54 03.07.2020

Artan rəqəmlərin nəticəsi - Məsuliyyətsizlik qaydaların sərtləşməsinə səbəb oldu
16:21 03.07.2020

DTX əməliyyat keçirir
15:54 03.07.2020

Tələbə köçürülməsi dayandırılır - Elektron sənəd qəbulu müvəqqəti təxirə salınır
15:36 03.07.2020

Ekspres marşrut xətlərinin fəaliyyəti bərpa olunur - Avtobuslar səhər saat 7.00-dan 20.00-dək işləyəcək
15:21 03.07.2020

Ziya Bünyadov prospekti bağlanır - Məhdudlaşma 2 gün olacaq
14:54 03.07.2020

Virusa yoluxanların sayı 11 milyonu ötdü - Epidemiya qurbanlarının sayı isə 524 mindən çoxdur
13:51 03.07.2020

Əfqanıstan Prezidentinin təşəbbüsü ilə Azərbaycan, Əfqanıstan və Türkmənistan Prezidentlərinin videokonfrans vasitəsilə görüşü baş tutub
13:39 03.07.2020

Goranboyda traktor yanıb - 20 ton ot bağlaması ilə birlikdə
13:21 03.07.2020

Karantin rejiminə nəzarət - Hərbi qulluçular da cəlb olunub
12:51 03.07.2020

Xüsusi karantin rejimi iyulun 20-dək uzadıldı - Həftə sonları ictimai nəqliyyatın hərəkəti dayandırılır
12:25 03.07.2020

Erməni nazir gileylidir - “Reanimasiyalarda boş yer yoxdur”
23:14 02.07.2020

BƏƏ-də 1 gündə 402 nəfər virusa yoluxdu - İyulun 7-dən Dubay turistlər üçün açıq olacaq
22:54 02.07.2020

ABŞ-ın baş infeksionisti həyəcan təbili çalır - “Gündəlik yoluxma 100 mini keçə bilər”
22:32 02.07.2020

Daxili işlər naziri karantin rejimindən danışdı - “Qaydaları pozmaqdan çəkindirən səmərəli vasitə cərimədir”
22:14 02.07.2020

Neftçalada yeni magistral su kəməri çəkilir - 80 mindən çox sakinin içməli su problemi həll ediləcək
21:59 02.07.2020

Daha 572 nəfər koronovirusa yoluxdu - 364 nəfər sağaldı, 8 nəfər vəfat etdi
21:39 02.07.2020

Ticarət obyektlərinə nəzarət gücləndi - Qaydalara əməl etməyənlərə qarşı ciddi tədbir görüləcək
21:21 02.07.2020

Dövlət imtahan mərkəzi müraciət etdi - “Saxta profillərdə verilən cavablara inanmayın”
20:54 02.07.2020

Cəlilabadda 151 şəxs barəsində protokol tərtib edildi - Xüsüsi karantin qaydalarını pozanlar cərimələndi
20:37 02.07.2020

Balakəndə qonur ayı balalarını satan şəxslər saxlanıldı - “Qırmızı kitab”a düşən balalar xilas edildi
20:14 02.07.2020

Cəlilabadda bir gündə 8 dəfə sms göndərdi - 10 sutka həbs olundu
19:54 02.07.2020

Rusiyada referendumun nəticələri elan olundu - Seçicilər konstitusiyada düzəlişləri dəstəklədi
19:31 02.07.2020

Virusa yoluxanların sayı 10 milyon 821 minə çatır - Epidemiya qurbanlarının sayı isə 520 minə yaxınlaşır
19:14 02.07.2020

Pandemiya başlanandan sonra ilk xarici səfər - Ərdoğan Qətərə yola düşdü
18:58 02.07.2020

Koronavirusa qarşı 141 peyvənd üzərində iş aparlır - ÜST: “İşlər aylarla davam edə bilər”
18:31 02.07.2020

Ermənistanda fövqəladə vəziyyət rejimi uzadılır - Hökumətdə bununla bağlı müzakirələr aparılır
18:14 02.07.2020

Birinci vitse-prezident Mehriban Əliyeva polis əməkdaşlarının peşə bayramı münasibətilə "Instagram" səhifəsində paylaşım edib
17:54 02.07.2020

Vahid nəzarət mexanizmi yaradılır - Məqsəd kadrların bilik və bacarıqlarının yoxlanılmasıdır
17:35 02.07.2020

Qəbələdə ailə faciəsi - Qardaş qardaşı güllələdi
17:14 02.07.2020

Prezident İlham Əliyev 2 iyul – Azərbaycan Polisinin peşə bayramı münasibətilə öz “Facebook” səhifəsində paylaşım edib
16:51 02.07.2020

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edib
16:21 02.07.2020

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib
15:54 02.07.2020

Polis günü - Azərbaycan polisinin yaranmasindan 102 il ötür
15:21 02.07.2020

Lerikdə avtomobil dərəyə aşdı - 3 nəfər öldü 2 nəfər yaralandı
14:51 02.07.2020

"İnter"dən darmadağın - "Milan" məğlubiyyətdən xilas oldu
14:21 02.07.2020

Yeni dərs ilinə hazırlıq - Bəzi dərsliklər ilk dəfə çap olunacaq
13:51 02.07.2020

“Bayram Nurlu” kimi tanınan şəxs saxlanıldı - Karantin rejimi qaydalarını pozduğu üçün cərimə edildi
13:36 02.07.2020

Ödənişli yolun bir hissəsi artıq hazırdır - 30 km-lik hissəsi yaxın günlərdə istifadəyə veriləcək
23:54 01.07.2020

Dağlıq Qarabağla bağlı danışıqlar yenidən canlanır - M.Brayza: “Ciddi irəliləyiş gözlənilmir”
23:14 01.07.2020

Sahibkarların güzəştli kredit imkanı - Aldıqları kreditlərin 60%-nə dövlət zəmanəti veriləcək
22:54 01.07.2020

Daha 588 nəfər koronovirusa yoluxdu - 346 nəfər sağaldı, 7 nəfər vəfat etdi
22:21 01.07.2020

Virusa yoluxanların sayı azala bilər - “Karantin qaydalarına əməl edək”
21:21 01.07.2020

Həkimlər vətəndaşlara çağırış edir - Virusla mübarizədə yeganə yol məsuliyyətli davranmaqdır
20:54 01.07.2020

Görülən tədbirlər nəticə verəcək - Sərt karantin rejimi yoluxma dinamikasını aşağı salır
20:39 01.07.2020

“Kann” film festivalına etiraz məktubu göndərildi - Ermənilərin işğaldakı torpaqlarımızda çəkdikləri filmə görə
20:21 01.07.2020

Bərdədə restoran sahibi saxlanılıb - Karantin qaydalarını pozan 7 nəfər həbs edilib
19:47 01.07.2020

AI-95 markali benzin bahalaşdı - Benzinin qiyməti 10 qəpik artdı
19:21 01.07.2020

Ölkəyə 168 min fərdi qoruyucu vasitə gətirildi - Pandemiya ilə mübarizəyə ayrılan tibb müəssisələrinə paylanılacaq
18:54 01.07.2020

"Barselona" xal itirdi - Messidən 700-cü qol
18:21 01.07.2020

“Türk Eskobar” həbs olundu - Türkiyənin daxili işlər naziri bu haqda məlumat verib
17:54 01.07.2020

Xaçmazda silah-sürsat tapılıb - 6 əl qumbarası, 361 ədəd patron anama-ya təhvil verilib
17:51 01.07.2020

Tehranda xəstəxanada partlayış olub - 18 nəfər həyatını itirib
17:21 01.07.2020

Bugündən qadağa yumşaldılır - Aİ 14 ölkə vətəndaşlarının avropaya səyahətinə icazə verəcək
16:54 01.07.2020

İranın xarici işlər naziri sanksiyalardan danışıb - Rəsmi Vaşinqtonun məsuliyyət daşıyacağını bəyan edib
16:26 01.07.2020

İstanbul-Bakı təyyarəsinin həcmi böyüyüdülüb - Aviareysə biletlərin sayı artırılıb
16:05 01.07.2020

175 nəfər təkrar qayda pozuntusuna görə məsuliyyətə cəlb edilib - 800 avtomobilin postlardan keçmək cəhdinin qarşısı alınıb
15:48 01.07.2020

Oğuzda yeni layihəyə başlanılıb - Ölkədə istehsal olunan kombaynlar biçin prosesinə cəlb olunub
15:21 01.07.2020

Həmsədrlər bəyanat yaydı - Təxribatçı ifadələr nizamlama prosessinə xələl gətirə bilər
14:54 01.07.2020

Bəhram Bağırzadə “ECMO” cihazından ayrılıb - Vəziyyətində müsbətə doğru dəyişikliklər var
14:21 01.07.2020

Pandemiyanın Azərbaycana vurduğu zərər hesablanır - Sahibkarlar yeni tələblərə uyğunlaşmalıdır
21:57 30.06.2020

Pandemiya ölkələri seçim qarşısında qoyub - İqtisadi zərər yoxsa əhalinin sağlamlığı?
21:38 30.06.2020

Koronavirusa yoluxan həkim əhaliyə çağırış etdi - “Bu gün çox böyük yük altındayıq”
21:21 30.06.2020

Goranboyda zəncirvarı yol qəzası - Yük avtomobili üç minik maşınına çırpılıb
20:54 30.06.2020

“ASAN Xidmət”in iş rejimi gücləndirilib - Gün ərzində 10 mindən çox vətəndaşın müraciəti qəbul olunur
20:02 30.06.2020

Toyuqların çəkisini süni şəkildə artırıblar - Qanunsuz fəaliyyət göstərən toyuq əti müəssisəsi aşkarlandı
19:51 30.06.2020

Cenevrədə ÜST-dən koronavirusla bağlı bədbin açıqlama - “Koronavirusun yayılması sürətlənir”
19:21 30.06.2020

İranda sayt rəhbəri edama məhkum edilib - ABŞ və İsrail kəşfiyyat xidmətlərindən maliyyə dəstəyi alıb
18:51 30.06.2020

Yeni pandemiya qorxusu - Çində təhlükəli virus tapıldı
18:21 30.06.2020

Bütün xəbərlər