Davamı
Əvvəli: http://news.atv.az/news/culture/21269-eyyas-don-juan-ve-dahi-yesenin
Əlimizdə olan mənbələrdə Bakıda olarkən Yesenin Cabbar Qaryağdıoğlu ilə görüşünün olduğuna dair məlumatlara rast gəlirik. İlk dəfə bu görüş haqqında Voronski məlumat verib: “Bir dostluq gecəsində Yesenin şeir oxuyurdu. Onu dinləyənlər arasında xalq mahnılarını toplayan və ifa edən Cabbar adlı qoca türk də var idi... O, rus dilində bir söz də bilmirdi. Sakitcə və soyuq halda şairə baxır, yalnız şeirin ritminə uyğun olaraq quru dodaqlarını tərpədirdi. Yesenin şeiri deyəndən sonra Cabbar ayağa qalxdı, ata oğluna deyən kimi türkcə dedi: “Mən qocalmışam. 35 ildir ki, xalqımın mahnılarını toplayır və və oxuyuram. Mən peyğəmbərə səcdə edirəm, amma peyğəmbərdən də çox şairə səcdə edirəm- o, həmişə başqaları üçün əlçatmaz və sirli olan yeniliklər kəşf edir. Sənin oxuduqlarını başa düşmürəm. Amma hiss etdim və anladım ki, sən böyük, çox böyük şairsən. Bu fitri istedadın qarşısında mən qocanın hörmət və ehtiramını qəbul et.”
Tədqiqatçı Firudin Şuşinski isə bu görüşü belə təsvir edir: “Yesenin dəfələrlə Cabbar Qaryağdıoğlu olan məclislərdə iştirak edib. Lirik şair Azərbaycan xanəndəsinin gözəl səsini eşitməkdən doymazmış. Qoca sənətkarlar söyləyirdilər ki, bir gün Əliheydər Qarayevin evində Sergey Yeseninin şərəfinə qonaqlıq verilir. Həmin qonaqlıqda Azərbaycan bolşevik firqəsi MK-sinin birinci katibi Kirov, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Səmədağa Ağamalıoğlu və Ruhulla Axundov da iştirak edirmişlər... Qaryağdığolu oxumağa başlayır. Yesenin inana bilmir ki, 64 yaşlı qocada belə səs olar. Qaryağdıoğlu oxuduqdan sonra salonu alqış səsləri bürüyür. Yesenin Cabbarın şərəfinə bədahətən şeir deyir, onu Şərq musiqisinin peyğəmbəri adlandırır”.
Yeseninin o illərdə digər məşhur azərbaycanlı - Əliağa Vahidlə görüşünə dair əlimizdə heç bir fakt olmasa da, bəzi müəlliflər belə görüşlərin varlığı haqqında yazıblar. Xalq arasında Yeseninin Əliağa Vahidlə görüşləri haqqında rəvayətlər söylənilir. Hətta bəzi tədqiqatçılar iddia edirlər ki, Yesenin dostu Çaqinin vasitəsilə Əliağa Vahidə mənzil verilməsinə belə nail olub.
Yeseninin Bakıda keçirdiyi təxminən 4 aylıq müddəti onun yaradıcılığının ən məhsuldar dövrü hesab etmək olar. Təsadüfi deyil ki, yeseninşünaslar bu dövrü şairin yaradıcılığının “qızıl dövrü” adlandırır və bunu Puşkin yaradıcılığının “Boldino payızı” ilə müqayisə edirlər. Bircə onu xatırladaq ki, 1924-1925-ci illərdə Yesenin Bakıda olduğu dövrdə mətbuatda 37 şeiri və 2 poeması dərc edilmiş, onun sevgi himni sayıla biləcək "İran nəğmələri" silsiləsindən bir sıra şeirlər burada yazılmışdı. Şair Bakıya son gəlişində 1925-ci ilin iyulunda deyirmiş: “Mən Bakısız və bakılılarsız uzun müddət qala bilmərəm”.
Yesenin nə qədər səlist və gözəl poetik təfəkkürə malik olsa da bir o qədər də mürəkkəb xarakter sahibi idi. Onun insanlarla münasibəti, ətrafında baş verən hadisələrə reaksiyası bəzən o qədər qey-adi təsir bağışlayırdı ki, bunu yalnız dəlilik kimi qəbul etmək olardı.
Onun birinci mürəkkəbliyi özünü qadınlara münasibətdə biruzə verirdi. O, həyatı boyu bir çoxlarıyla eşq macərası yaşamışdı. İlk ailə qurduğu Anna İzryadnovadan sonra Zinaida Rayxla, Nadejda Volpinlə, böyük rus yazıçısı Lev Tolstoyun nəvəsi Sofya Tolstaya ilə də ailə həyatı qurmuşdu. Ancaq onun ən qalmaqallı nikahı Amerikalı rəqqasə Aysedora Dunkanla olmuşdu.
Aysedora Yeseninə ərə getdiyi zaman şairdən düz 17 yaş böyük idi. Ancaq bu yaş fərqi iki sənətkarın bir-birinə qarşı olan çılğın sevgilərinə mane ola bilmir. Onlar dünya səyahətinə çıxırlar, Avropanı, Amerikanı gəzirlər. Təbii ki, qısqanc Yeseninin dava-dalaşları, və aralarında yaşanan qalmaqalların müşayiəti ilə.
Bu evlilik iki ilə yaxın çəkir və nəhayət Yesenini “azad olmaq daha yaxşıdır” fikrini söyləməsi ilə başa çatır. Bu həmin qadın idi ki, şairin ona hədiyyə etdiyi ipək şarfın güdazına getmişdi. Onlar 1924-cü ildə ayrılırlar, 1 il sonra Yesenin, 3 il sonra isə Aysedora Dunkan vəfat edir.
Ümumiyyətlə, onu sevən bütün qadınların Yesenini həmişə xoş hisslərlə xatırladığını demək lazımdır. Hətta onun yoxluğunu həyatı bahasına yaşamış qadınlar belə olub. Onunla 1920-ci ilin noyabrında tanış olan Qalina Benislavskaya kimi. Qalina bu tanışlığı belə təsvir edir: “Həmin gündən bir nağıl başladı. Bu nağıl 1925-ci ilin iyun ayına qədər davam etdi. Mənim dözə biləcəyimdən daha ağır həyəcanlara, bütün ağrılara, yaralara baxmayaraq, bu doğrudan da bir nağıl idi. Bu elə bir nağıl idi ki, nəinki belə bir qısa ömürdə, hətta çox uzun və uğurlu ömürdə də yaşanmaya bilərdi.”
1925-ci ilin yayında Yesenin Tolstaya ilə ailə qurması ərəfəsində Qalinadan ayrılır. Yesenini dəli məhəbbətlə sevən Qalina sona qədər onun yoxluğunu qəbul edə bilmir. Beləcə qadın şairin vəfatının ildönümü ərəfəsində - 1926-cı il dekabrın 3-də onun məzarı üstündə intihar edir və Yeseninin məzarı yaxınlığında dəfn edilir.
Onun mürəkkəb xarakteri, dalaşqanlığı da sözsüz ki, şairə böyük problemlər yaradırdı. Əvvəli-sonu bilinməyən içki məclisləri, sərxoşluğun gətirdiyi inadkarlıqlar dəlisov şairi dəfələrlə milis idarələrinə aparıb çıxarmışdı. Hələ bura onun antisovet anlamına gələ biləcək azad fikirlərini, bir sıra yüksək rütbəli bolşevik rəhbərləri ilə münasibətlərini də əlavə eləsək, vəziyyətin həqiqətən mürəkkəb olduğunu düşünməyə əsasımız var.
O, məhz bunlara görə Rusiya milisinin əlindən tez-tez qaçıb Bakıya gəlur, burada ruhunun və yaradıcılığının sakitliyinə qovuşurdu. Bu baxımdan, bəlkə də Kirov haqlı idi. Bəlkə də 1925-ci ilin sentyabrında Yesenin Bakıda qalsaydı, “Anqleter” faciəsi də baş verməzdi. Məhz bu səbəbdən şairin intihar etməsi, yoxsa öldürülməsi fikri ətrafında mübahisələr səngimək bilmir. Ümumiyyətlə, verilən rəsmi məlumata görə, 1925-ci il dekabrın 27-dən 28-nə keçən gecə Leninqradın "Anqleter" otelində Yesenin özünü asaraq intihar edib. Uzun illər intihar faktı qəbul edilsə də, 80-ci illərin sonuna yaxın yeni, müəmmalı fikirlər ortaya çıxmağa başladı. Müxtəlif qəzet və jurnallarda Yeseninin ölümünün yeni versiyası – onun əvvəlcə qətlə yetirilməsi və sonradan asılması haqda çoxsaylı fikirlər ildırım sürəti ilə yayıldı. Bütün bu şübhələrə son qoymaq məqsədilə 1989-cu ildə SSRİ Yazıçılar İttifaqının təşəbbüsü ilə SSRİ EA-nın M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutu nəzdində xüsusi komitə – Ümumittifaq Yesenin Komitəsi yaradıldı. Komitənin sədri Yesenin irsinin araşdırılmasında fövqəladə rolu olan Prokuşev idi. Komissiyaya bir sıra yazıçılar, yeseninşünaslar, Yeseninin yaxın qohumları, kriminalistlər, Rusiyanın Baş Prokurorluğunun nümayəndələri və başqa mütəxəssislər daxil idilər. Komissiyanın verdiyi son qərar sensasiyaların heç bir əsasının olmadığını göstərsə də, hələ indi də əks fikirlər beyinlərdən silinməyib. Belə görünür ki, bu mübahisə hələ uzun illər mətbuatın və ictimaiyyətin diqqət mərkəzində olacaq. Hətta 2007-ci ildə Yeseninin qətlə yetirilməsi versiyasına həsr edilmiş film də televiziya ekranlarında göstərildi. Nə olursa–olsun, 1925-ci il dekabrın ayının 27-dən 28-nə keçən gecə, Nazim Hikmətin sözləri ilə desək, bəşəriyyət “dünyanın ən böyük və ən səmimi şairlərindən biri”ni itirdi. Yeseninin ölüm xəbərindən sarsılan Aleksey Tolstoy yazırdı: “...Onun ölüm günü ədəbiyyatda matəm kimi qeyd edilməlidir”. Yeseninin iki məşhur şeiri var ki, onlar həm uslubca, həm də ruh etibarilə bir-birinə çox yaxındır. Bu şeirlərin hər ikisi onun həyatının ən dramatik dövrlərində yazılıb. Hər iki şeirdə Yesenin vidalaşır, hər iki şeirdə “dost” deyə müraciət edir. Bunlar “Əlvida, Bakı!” və “Salamat qal, dostum mənim, salamat!” şeirləridir. Birinci şeiri Yesenin Bakıdan, ikinci şeirini isə həyatdan ayrılmazdan bir az əvvəl yazıb. Bu o demək deyilmi ki, Yesenin üçün Bakı həqiqətən əvəzsiz bir dost qədər əziz, həyat qədər şirin imiş?
Yazıda İsaxan İsaxanlının “Şeir gülüstanının təkrarolunmaz çiçəyi” kitabından istifadə edilib.
İlham Tumas
Mövlud Çavuşoğlu: Azərbaycanın ərazi bütövlüyü hər kəs tərəfindən qeyd-şərtsiz dəstəklənməlidir
15:00 04.11.2020
Cəbhənin Ağdərə istiqamətində düşmənin UAZ-ı sıradan çıxarılıb
14:04 04.11.2020
Fuad Muradov: Azərbaycan və Türkiyə icmaları dünyanın 50-dən çox ölkəsində birgə fəaliyyət göstərir
13:36 04.11.2020
İndiyədək Azərbaycanda COVID-19 xəstələrinin donoru olmaq üçün 150 nəfər müraciət edib
12:58 04.11.2020
Ermənistanın təxribatları nəticəsində 2734 ev, 98 yaşayış binası və 500 mülki obyekt yararsız vəziyyətə düşüb
12:42 04.11.2020
Donald Tramp: Biz seçkilərdə qalib gəlirik
12:14 04.11.2020
Leyla Abdullayeva: Ermənistan prezidenti RBK kanalına müsahibəsində faktları təhrif edib
11:50 04.11.2020
Çempionlar Liqasında 3-cü tura start veridi
11:21 04.11.2020
Əlcəzair prezidenti koronavirusa yoluxub
11:00 04.11.2020
HİKMƏT HACIYEVDƏN AÇIQLAMA - KƏNDLƏRİMİZ ARTİLLERİYADAN ATƏŞƏ TUTULUR
10:34 04.11.2020
CƏBHƏDƏ SON VƏZİYYƏT
10:10 04.11.2020
ABŞ-da prezident seçkilərini, hələ ki, Donald Tramp öndə aparır
09:49 04.11.2020
Azərbaycanda koronavirus infeksiyasına daha 1242 yoluxma faktı qeydə alınıb
15:00 03.11.2020
Neft Fondu Seuldakı daşınmaz əmlakını satıb
14:36 03.11.2020
Adil Əliyev: Ermənistana qarşı sanksiyalar tətbiq edilməsi üçün hələ də gec deyil
14:07 03.11.2020
Bakıda yağış yağacaq
13:45 03.11.2020
Ronaldu ən yaxşı bombardirlər siyahısında liderdir
13:24 03.11.2020
DÜŞMƏN ATƏŞKƏSİ POZDU LİD - MEŞƏDƏ YANĞIN BAŞLADI
12:59 03.11.2020
BMT SƏNƏD YAYDI - ERMƏNİSTANIN UŞAQLARI ƏSGƏR KİMİ CƏLB ETMƏSİ PİSLƏNİB
12:36 03.11.2020
BMT-NİN İNSAN HÜQUQLARI ÜZRƏ ALİ KOMİSSARI ERMƏNİSTANIN HÜCUMLARINI PİSLƏDİ
12:13 03.11.2020
Bu gün Çempionlar Liqasında 3-cü tura start veriləcək
11:48 03.11.2020
UEFA-dan Avro-2020 açıqlaması
11:22 03.11.2020
ABŞ-DA 59-CU ÜMUMİ SEÇKİLƏR KEÇİRİLİR
11:00 03.11.2020
Prezidentin Mətbuat Xidmətinin məlumatı
10:34 03.11.2020
ANAMA 28 əməliyyat həyata keçirib
10:10 03.11.2020
Cəbhədə noyabrın 3-nə olan son vəziyyət
09:48 03.11.2020
Azərbaycan Prezidenti: Paşinyanın Rusiya Prezidentinə məktub göndərməsi, əslində, Ermənistanın məğlubiyyətinin etirafıdır
14:55 02.11.2020
PAŞİNYAN MƏĞLUBİYYƏTƏ GÖRƏ RUSİYANI GÜNAHLANDIRIR
12:56 02.11.2020
BİNƏLİ YILDIRIM AZƏRBAYCANA DƏSTƏYƏ GƏLDİ
12:30 02.11.2020
Вüşmənin Su-25 döyüş təyyarəsi də məhv edilib
12:03 02.11.2020
BAŞ PROKURORLUQDAN AÇIQLAMA - QARABAĞDA QIZIL YATAQLARINDAN QANUNSUZ İSTİFADƏ EDƏNLƏR BEYNƏLXALQ AXTARIŞA VERİLİB
11:44 02.11.2020
RUSİYA SƏFİRLİYİ ERMƏNİ YALANINI İFŞA ETDİ
11:20 02.11.2020
Balaş Qasımovun komandası “Kim? Harada? Nə vaxt?” intellektual yarışmasının payız finalının qalibi olub
10:57 02.11.2020
Cəbhədə noyabrın 2-nə olan son vəziyyət
10:32 02.11.2020
İzmirdə 3 yaşlı qız 65 saat sonra dağıntılar altından sağ çıxarılıb
10:10 02.11.2020
Hikmət Hacıyev ermənilərin saxtakarlığını ifşa edib - FOTOLAR
09:49 02.11.2020
Prezident: Yeddi rayon bizə qaytarılmalıdır, Dağlıq Qarabağdan qovulmuş azərbaycanlılar da oraya qayıtmalıdır
12:54 31.10.2020
Azərbaycan Prezidenti: Bizdə “Amnesty International” və “Human Rights Watch”ın qərəzliliyi ilə bağlı böyük şübhələr var
12:45 31.10.2020
Prezident İlham Əliyev: Bizim cavabımız sərt oldu, amma onlar buna layiq idilər
12:33 31.10.2020
Ceyhun Bayramov: Həmrəyliyimiz, dəstəyimiz, dualarımız sizinlədir, qardaş Türkiyə!
12:18 31.10.2020
Prezident İlham Əliyev: Azərbaycan Ordusu Cəbrayılın, Zəngilanın və Qubadlının 9 kəndini işğaldan azad edib
15:15 30.10.2020
Baş prokuror: Ermənistan ordusunun mülki əhalini atəşə tutması nəticəsində 7 ailə tamamilə məhv olub
15:01 30.10.2020
Cari ildə 234,7 min ton meyvə-tərəvəz idxal edilib
14:37 30.10.2020
TÜRKİYƏNİN SABİQ BAŞ NAZİRİ DÜNYASINI DƏYİŞİB
12:19 30.10.2020
Maradona - 60! - VİDEO
11:58 30.10.2020
Avropa Liqasında gecənin nəticələri
11:33 30.10.2020
FHN: Ermənistan ölkəmizə qarşı növbəti ekoloji terror aktları törədib
11:09 30.10.2020
ANAMA-ya Ağcabədi, Ağdam, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə müraciət daxil olub
10:44 30.10.2020
"Qarabağ" İstanbudla "Vilyarreal"a uduzdu
10:20 30.10.2020
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb
09:57 30.10.2020
Ermənistanın iki Su-25 təyyarəsi məhv edilib
14:06 29.10.2020
Prezidentin Mətbuat Xidmətinin məlumatı
13:38 29.10.2020
Birinci vitse-prezident Mehriban Əliyeva qardaş Türkiyə xalqını 29 Oktyabr – Respublika Günü münasibətilə təbrik edib
13:05 29.10.2020
MN: Azərbaycan HHQ-nin aviasiya vasitələri bugünkü döyüşlərdə tətbiq olunmayıb
12:46 29.10.2020
Hikmət Hacıyev: Azərbaycan Ordusu düşmənin cavabını verir və onları iti qovan kimi qovuruq
12:22 29.10.2020
UNİCEF MÜNAQİŞƏ İLƏ BAĞLI BƏYANAT YAYIB
12:00 29.10.2020
CEYHUN BAYRAMOV Aİ-nin ALİ NÜMAYƏNDƏSİ İLƏ DANIŞIB
11:35 29.10.2020
"Qarabağ" "Vilyarreal"a qarşı
11:14 29.10.2020
Çempionlar Liqasında 2-ci tura yekun vurulub - Nəticələr
10:52 29.10.2020
Müdafiə Nazirliyi: Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib
10:30 29.10.2020
“MÜLKİ ŞƏXSLƏRİN HƏDƏF ALINMASI QƏBULEDİLMƏZDİR” - AVROPA İTTİFAQINDAN DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ İLƏ BAĞLI BƏYANAT
10:07 29.10.2020
Qızıl Aypara cəmiyyətinin könüllüsü həlak olub - Bərdədə
09:45 29.10.2020
Prezident İlham Əliyev: Azərbaycan Ordusu Zəngilan, Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının 13 kəndini işğaldan azad edib
16:40 28.10.2020
Prezident İlham Əliyev: Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək
16:25 28.10.2020
Ermənistanın Bərdəyə raket hücumu nəticəsində ölənlərin sayı 19-a çatıb
15:10 28.10.2020
Baş Prokurorluq: Ermənistan ordusunun Bərdəni raket atəşinə tutması nəticəsində həlak olanların sayı 14-ə çatıb
14:39 28.10.2020
Düşmən Bərdəni yenidən “Smerç” raketləri ilə atəşə tutub
14:05 28.10.2020
Çempionlar Liqasında 2-ci tura start verilib - Nəticələr
13:40 28.10.2020
Gürcüstanda koronavirusa yoluxanların sayı 34 min 858-ə çatıb
13:18 28.10.2020
“SƏRHƏDSİZ REPORTYORLAR” FRANSALI JURNALSİTLƏRƏ TƏZYİQLƏRİ PİSLƏDİ
12:57 28.10.2020
ÇAVUŞOĞLUDAN SƏRT SÖZLƏR - “TƏHQİR ACİZLƏRİN SİLAHIDIR”
12:33 28.10.2020
"Barselona"nın prezidenti istefa verdi
12:11 28.10.2020
ERMƏNİ TƏXRİBATI NƏTİCƏSİNDƏ 69 MÜLKİ ŞƏXS HƏLAK OLUB
11:45 28.10.2020
ERMƏNİSTANDA FƏRARİLİYİN QARŞISINI ALMAQ ÜÇÜN CƏZALAR SƏRTLƏŞDİRİLİB
11:20 28.10.2020
İran parlamentinin sədri koronavirusa yoluxub
10:57 28.10.2020
Bu gün "Dünya Cüdo Günü" kimi qeyd edilir
10:34 28.10.2020
Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Bərdəyə raket hücumu nəticəsində həlak olanların yaxınlarına başsağlığı verib
10:10 28.10.2020
Cəbhədə oktyabrın 28-nə olan son vəziyyət
09:49 28.10.2020
HİKMƏT HACIYEV "EURONEWS" ÇƏKİLİŞ QRUPUNA HÜCUMU PİSLƏDİ
13:33 27.10.2020
Doqquz ayda Azərbaycan ən çox Rusiyadan məhsul idxal edib
13:10 27.10.2020
Bütün xəbərlər