Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Bəy kimi doğulan, bəy kimi yaşayan, bəy kimi də ölən - RƏFİLİ - FOTOLAR

Bəy kimi doğulan, bəy kimi yaşayan, bəy kimi də ölən - RƏFİLİ - FOTOLAR
   10706 dəfə oxunub

Mikayıl Rəfili 1905-ci ilin bu günü doğuldu, 1958-ci ilin bu günü də dünyadan köçdü...

Nəslimin yarpaq tökümü başlandı.

Çoxumuz qışa qalmayacayıq...…

Dəliyə döndüm, Rəfili,

Ölüm xəbərini alanda.

Böyük türk şairi Nazim Hikmət ən yaxın dostu - filologiya elmləri doktoru, professor Mikayıl Rəfilinin ölümündən təsirlənərək bu şeiri yazmışdı. Həmin şeirin sonu belədir:

Düşünürəm, məndən çox sonra öləcək,
dalımca bir məqalə də yazacaq,

Ya da bir şeir:

“Nazimlə Moskvada 24-də tanış olduq”.
Elədir, Mikayıl, elə.
Şair ola bilərdin,
Professor oldun.

Keçən əsrin 20-ci illərindən başlayaraq Nazim Hikmət Azərbaycanda ən çox oxunan, ən çox sevilən şairlərdən biri idi, 1927-ci ildə ilk dəfə Bakıya gəldi, burada “Günəşi içənlərin türküsü” adlı şeirlər kitabı nəşr olundu və o zaman ədəbiyyata qədəm qoyan bir çox şairlər Nazim Hikmətin şeir səpkisinə - sərbəst şeirə meyil göstərdilər. Amma onun tanış olduğu ilk azərbaycanlı şair-alim Mikayıl Rəfili idi. Nazim Hikmətin şeirində deyildiyi kimi, onlar 1924-cü ildə Moskvada tanış olmuşdular. Sonralar bu tanışlıq dostluğa çevrildi. 
“Şair ola bilərdin, professor oldun”. Nazim Hikmət Mikayıl Rəfilinin şeir yazdığına, amma şair kimi yox, görkəmli alim kimi tanındığına işarə edir. Mikayıl Rəfili doğrudan da şair idi, sadəcə olaraq, elmi yaradıcılıqla müntəzəm məşğul olduğundan, bir müddət şeirin daşını atmışdı. Yalnız ömrünün son illərində bir daha şeirə qayıtmış, hətta “Mingəçevir” adlı poema da yazmış, Nazim Hikmətə həsr etdiyi bir şeirdə ona olan məhəbbətini bu misralarla ifadə etmişdi: “Qarşımda əksin. Əlimdə sadə bir qələm. Gözlərimdə Moskvada keçən gəncliyimizin solmayan yarpaqları. Sən Nazim Hikmətsən. Mən - sadə bir tələbən”.
Şair və alim. 1936-cı ilədək Rəfili həm şair, həm də tənqidçi-ədəbiyyatşünas kimi bu yaradıcılıq sahələrinin hər ikisində fəallıq göstərirdi. O, sərbəst şeirin alovlu təbliğatçısı kimi həm özü bu səpkidə şeirlər yazır, həm də bu tipli şeirin nəzəriyyəsini anladan məqalələrlə mətbuat səhifələrində çıxış edirdi.
Ötən əsrin 20-30-cu illəri Azərbaycan ədəbiyyatının ziddiyyətli, təzadlı bir dövrü idi. Kommunist-bolşevik ideologiyası ədəbiyyatda da öz hakim-amirlik mövqeyini gücləndirir, sənətkardan şura inqilabını, fəhlə-kəndli hakimiyyətini, leninizm ideyalarını təbliğ etməyi, keçmişdə yaradılan və minillərin sınağından keçmiş milli dəyərləri feodalizm qalıqları kimi pisləməyi tələb edirdi. “Yeni ədəbiyyat” yaranırdı və bu ədəbiyyatın qarşısında yeni məzmuna uyğun forma yaratmaq məsələsi də dururdu. Mikayıl Rəfili də bu mənada “refermator” kimi çıxış edir, sərbəst şeiri “əski metrikanı, əski şəkli rədd və inkar edən” yeni bir şeir forması hesab edirdi. Əslində, sərbəst şeirin ədəbiyyatda intişarı yeni hadisə deyildi, bu formanın bizim poeziyamızın qədim təcrübəsində müəyyən əlamətləri vardı. “Dədə Qorqud” dastanlarındakı şeirlər öz sintaktik quruluşu və poetikası ilə sərbəst şeir anlayışına uyğun gəlirdi. Lakin o zaman Rəfili də bir çox başqaları kimi belə bir qənaətdə idi ki, bu məsələ yenidir, bütün dünya poeziyasında sərbəst şeir novator rolunu oynayır. 
Rəfilinin şeirlərinin heç də hamısına “bunlar inqilabi şeirlərdir” demək insafsızlıq olardı. Onun şeirləri hansı mövzuda yazılırsa, metaforalarla, təşbihlərlə zəngin olurdu.

Gilavar bu gün bir az sakit,
Yarpaqların titrəməsi duyulmayır.
Lakin şəhər, böyük şəhər
Gecə yarı olmuş
Fəqət uyumayır.
Bir koridor 
Açılmış ağ pəncərədən
Fikrim bir sap kimi
İlişmişdir parıldayan bir xəncərə.

Rəfilinin sərbəst şeirləri müəyyən mənada eksperiment səciyyəsi daşıyırdı. Amma o, şair idi və dünya ədəbi təcrübəsindən, Mayakovski və Nazim Hikmət poeziyasından ruhlanır, təsirlənir və mümkün qədər çalışırdı ki, geniş oxucu kütlələri bu yeniliyə alışsınlar (yazırlar ki, Rəfili döş cibində həmişə Uitmenin şeirlər kitabını gəzdirərdi, daim Bloku, Nazim Hikməti, Mayakovskini mütaliə edirdi, öz şeirlərini isə əzbərdən deyib deklamasiya edə-edə yazardı). Amma 1937-ci ildə Rəfilini “formalizm kimi bir qorxulu ədəbi cərəyana meyil etdiyi üçün” Azərbaycan Yazıçılar İttifaqı sıralarından xaric etdilər.
Bununla yanaşı, Rəfilinin sərbəst şeirləri və bu xüsusda nəzəri fikirləri 1920-ci illərin sonları - 1930-cu illərin əvvəllərində yeni bir şeir vəzninin poeziyada geniş yayılmasına imkan yaratdı. Səməd Vurğun, Rəsul Rza, Ə.Fövzi, M.Rzaquluzadə, N.Rəfibəyli kimi şairlərin də yaradıcılığında sərbəst şeirə meyil gücləndi. Belə bir həqiqətə göz yummaq olmaz ki, Rəfili sərbəst şeirinin poeziyamızda digər vəznlərlə yaşamağa haqqı var. Xalq yazıçısı Anara istinad edək: “Bu gün yeni-yeni ədəbi nəsillərin gur axınıyla yenilməzliyi bir daha təsdiq olunmuş, təcrid çəpərlərini yıxıb çıxmış sərbəst şeir tariximizin beşiyi başında dayananlardan, illər boyu onu tənələrdən, hədələrdən, rişxəndlərdən qoruyanlardan biri də Mikayıl Rəfili idi”.
Doğrudur, sonralar “sərbəst şeir hərəkatı” bir qədər səngidi, yalnız Rəsul Rza bu yoldan çəkinmədi və indi qətiyyətlə demək olar ki, məhz böyük şair Azərbaycan ədəbiyyatında sərbəst şeirin əsl nümunələrini yaratdı.
1936-cı ildən başlayaraq Rəfili qəti olaraq elm yolunu tutdu. Vaxtilə klassik ədəbiyyatı inkar edən Rəfili bundan sonra həmin ədəbiyyatın alovlu təbliğatçısı kimi çıxış etməyə başladı. 
Mikayıl Rəfili çox savadlı, geniş elmi dünyagörüşə malik ziyalı idi. O, Avropa, rus və Şərq ədəbiyyatlarını dərindən mənimsəmişdi. Bir ədəbiyyatşünas alim kimi onun xidmətləri danılmazdır. O, XX əsr Azərbaycan ədəbiyyatşünaslığının nadir simalarından biridir. Xalq yazıçısı Anar doğru qeyd edir ki: “M.Rəfilinin Azərbaycan ədəbiyyatşünaslığı, ədəbiyyat tariximiz sahəsində gördüyü iş əvəzsizdir. Onun zəngin elmi irsi mədəniyyət tariximizin qiymətli səhifələrindəndir. Rəfili bütün elmi fəaliyyəti boyu doğma ədəbiyyatımıza və daha geniş götürsək, doğma xalqımıza, onun inkişafına, dünyagörüşünün genişlənməsinə, daha artıq maariflənməsinə, mədəniləşməsinə xidmət etmişdir”.
Mikayıl Rəfili qeyd etdiyimiz kimi, ilk növbədə, görkəmli ədəbiyyat tarixçisi idi. Onun 1941-ci ildə rus dilində nəşr olunmuş “Qədim Azərbaycan ədəbiyyatı” kitabı ədəbiyyat tariximizin ta qədimlərdən XVI əsrə qədər bir dövrünü əhatə edir. Bu mövzuda o, Tiflisdə doktorluq dissertasiyası müdafiə etmişdi, lakin Moskva bu işin təsdiqini yubadırdı, ona görə də Rəfili Moskvaya gedir, görkəmli alimlərin qarşısında, özü də rus dilində bir neçə saat məruzə edir və bundan sonra o, filologiya elmləri doktoru diplomunu ala bilir. Bu sahədə ilk elmlər doktorumuz Mikayıl Rəfilidir.
Rəfilinin elmi fəaliyyətində iki böyük klassikin - dahi Nizami Gəncəvinin və böyük mütəfəkkir Mirzə Fətəli Axundzadənin tədqiqi mühüm yer tutur. Onun “Nizamiyə qədər Azərbaycan kulturası”, həmçinin “Nizami Gəncəvi” tədqiqatı nizamişünaslıqda yeni bir dönüşün - mərhələnin başlanğıcı kimi maraqla qarşılandı. Rəfili Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfə olaraq “Azərbaycan intibahı” ideyasını irəli sürmüş və o zaman bunu sübut edəcək dəlillərlə çıxış etmişdi. Onun Nizami və İntibah haqqında fikirləri görkəmli rus alimləri tərəfindən də yüksək qiymətləndirilmişdir.
M.Rəfili Axundovşünaslıq elminin də yaradıcılarından biridir. Onun M.F.Axundzadənin həyat və yaradıcılığı ilə bağlı ilk kitabı 1939-cu ildə çap edilmişdir, sonralar bu sahədə tədqiqatını genişləndirmiş, vəfatından bir il öncə, 1957-ci ildə “M.F.Axundzadə (həyatı və yaradıcılığı)” monoqrafiyası işıq üzü görmüşdür. Həmin kitab Moskvada “Görkəmli adamların həyatı” seriyasından rus oxucularına çatdırılmışdı. Bu seriyadan ilk kitab çap etdirən ilk azərbaycanlı da məhz Rəfili olmuşdur. İndinin özündə də onun M.F.Axundzadə ilə bağlı tədqiqatları qiymətli bir mənbə kimi istifadə olunur. Bu monoqrafiyada iki üslub tərzi nəzərə çarpır. Kifayət qədər elmi təfəkkür sahibi olan Rəfili yeri gəldikcə obrazlı ifadələr də işlədir, Axundzadənin həyatının ən təsirli səhnələrini bədii-publisistik səhnələrlə təsvir edir. Ola bilsin, müasir oxucu bu monoqrafiyada (o, həm də mükəmməl ədəbi portretdir) sovet dövrünün ədəbi-elmi standartlarına uyğun müddəalar görsün, bunları inkar etmək olmaz, lakin kitabda Axundzadə, ilk növbədə, öz xalqını sevən, onun mənəvi-mədəni tərəqqisi yolunda yorulmadan çalışan bir ziyalı kimi təqdim edilir. 
Mikayıl Rəfili ədəbiyyat tarixçisi olmaqla yanaşı, bir nəzəriyyəçi kimi də xatırlanır. Hələ 30-cu illərdə o impressionizm və ekspressionizm ədəbi cərəyanları haqqında məqalə çap etdirmişdi. Ədəbiyyat tarixinə və ayrı-ayrı sənətkarlara həsr etdiyi tədqiqatlarında onun nəzəri bazasının möhkəmliyinə yalnız heyrət edirsən. Azərbaycan ədəbiyyatşünaslığında ilk “Ədəbiyyat nəzəriyyəsi” kitabının müəllifi də Rəfilidir və üstündən 57 il keçməsinə baxmayaraq, indi də ali məktəblərdə bu kitabın tədrisi tövsiyə olunur.
Rəfili həm də mahir tərcüməçi idi. O, rus dilini əla bilirdi, məqalələrinin bir çoxunu da rusca yazırdı. Amma ruscadan olunan tərcümələrdə Rəfilinin Azərbaycan dilinin bütün incəliklərinə bələd olması da diqqətdən yayınmır. Özü də o, dünya ədəbiyyatının ən şedevr əsərlərini dilimizə çevirmişdir. Baxın: Viktor Hüqonun “Gülən adam”, “Paris Notrdam kilsəsi”, “Səfillər” (I, II, III, V və VI hissələr), Balzakın “Qorio ata”, “Qobsek”, “Novellalar”, Tolstoyun “Dirilmə” (I və II hissələr), Puşkinin “Bağçasaray fontanı”, “Tunc atlı” əsərlərinin tərcümələri indi də bədii tərcümə tariximizin Qızıl Fonduna daxildir. 1939-cu ildə rusca nəşr olunan “Azərbaycan poeziyası antologiyası”nın hazırlanmasında Rəfili də yaxından iştirak etmişdir. 
Mikayıl Rəfili indiki Goranboy rayonunun Borsunlu kəndində, varlı bir kəndli ailəsində dünyaya göz açmışdı (1905). Gəncədə klassik gimnaziyada təhsil almışdı. Bakıya köçəndən sonra ADU-nun Şərq dilləri fakültəsinin müdavimi olmuşdu. Bir müddət “Maarif və mədəniyyət” jurnalında işləyəndən sonra Moskvaya getmiş, orada - MDU-da təhsil almışdı. Uzun müddət ADU-da və APİ-də Azərbaycan ədəbiyyatı kursundan mühazirələr oxumuş, professor rütbəsinə yüksəlmişdi. Bu qədər məşhur olmağına baxmayaraq, ara-sıra haqsız tənqidlərə də məruz qalan Rəfili hətta “Kirpi” jurnalında bir karikatura “qəhrəmanı” da olmuşdu.
Nə etmək? Bizim bütün böyük sənətkarlarımız həmişə belə mənəvi təqiblərə məruz qalmamışlarmı?
Varlı kəndli elə bəy deməkdir və Rəfilini yaxından tanıyanlar deyirlər ki, o, həddindən artıq kübar idi. 
Bəy kimi doğuldu, bəy kimi yaşadı, bəy kimi də öldü.

Vaqif YUSİFLİ

filologiya elmləri doktoru

"Azərbaycan" qəzeti













BUNU DA OXU

Sərnişinlərin nəzərinə! - Bakı-Sabunçu-Bakı elektrik qatarlarının hərəkəti dayandırılıb
Andorralı futbolçu tarixə düşdü
Azərbaycanlı alimlərdən növbəti uğur - Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçildilər
Cüdoçularımız növbəti "Böyük Dəbilqə"yə bu heyətlə qatılacaq
Siyəzəndə yol qəzasında həlak olan xanımların fotoları - ÖZƏL - FOTOLAR
Xəbər lenti

Bakıda məşhur fotoqrafın sərgisi açıldı - Azərbaycana aid fotolar da nümayiş olunur
15:23 19.11.2019

“İnterfaks”ın redaktoru Moskvada itib
15:05 19.11.2019

Helsinkidə Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə tədbir keçirilib - VİDEO
14:50 19.11.2019

Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
14:31 19.11.2019

Qubada ağır qəza - Körpə dünyasını dəyişdi
14:14 19.11.2019

Qəza törədən sürücü hadisə yerindən qaçdı
13:40 19.11.2019

“Barış bulağı” əməliyyatı yenidən başlayacaq - Türkiyə XİN-dən ABŞ və Rusiyaya xəbərdarlıq
13:21 19.11.2019

Yeni duetlər - Nigar Camal ft Aygun Bəylər - "Nəfəsim, qəlbim" - VİDEO
13:03 19.11.2019

Tarixdə bu gün - 19 Noyabr - Beynəlxalq Kişilər Günü, Pelenin mininci qolu və Azərbaycan parlamenti
12:45 19.11.2019

Bakı metrosunun inkişaf planı açıqlanıb - VİDEO
12:38 19.11.2019

Qarabağ İcması ABŞ-da görüşlərini davam etdirir - Qarabağ münaqişəsi haqqında məlumat verilib
12:30 19.11.2019

Sumqayıtın 70 illiyi qeyd olunacaq - Şəhərdə geniş hazırlıq işləri görülüb - YENİLƏNİB - VİDEO
12:12 19.11.2019

Sərnişinlərin nəzərinə! - Bakı-Sabunçu-Bakı elektrik qatarlarının hərəkəti dayandırılıb
11:55 19.11.2019

TANAP-ın açılacağı tarix məlum oldu - VİDEO
11:39 19.11.2019

Gürcüstan parlamenti fəaliyyətini bərpa edib - 37 etirazçı saxlanılıb
11:20 19.11.2019

Prezident İlham Əliyev Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbovun qəbul etdi - VİDEO
11:02 19.11.2019

Andorralı futbolçu tarixə düşdü
10:47 19.11.2019

Cəlil Məmmədquluzadənin Polşada yaşayan nəticəsi və kötükcəsi ölkəmizdə səfərdədirlər - VİDEO
10:30 19.11.2019

Avro 2020-nin seçmə mərhələsi - İtaliyadan 10 qələbə, Danimarka və İsveçrə - final mərhələdə
10:11 19.11.2019

Ən çox şikayət elektrik təchizatı ilə bağlıdır - İstilik sisteminin inkişafi üçün Alman şirkəti cəlb olunub
09:56 19.11.2019

160 min uşaq ünvanlı yardımla əhatə edilib - Uşaqların sosial müdafiəsi üçün ildə 485 milyon manat ayrılır
09:35 19.11.2019

100 nəfər xaricdə doktorantura təhsili ala biləcək - Onların bütün xərclərini dövlət üzərinə götürüb
21:37 18.11.2019

Ev yandırmaqda təqsirli bilinən qonşu nələr danışdı? - “Bizimləsən” - VİDEO
21:18 18.11.2019

“Yolu bağlayanlar haqda ölçü götürülməlidir” - Ruhani etirazçılara xəbərdarlıq etdi
21:01 18.11.2019

Gülay və Mətanətin evdarlığı yoxlanıldı - "Gündən-Günə"də - VİDEO
20:41 18.11.2019

87 əlilə 403 reablitasiya vasitəsi təqdim edilib - Salyan və Neftçalada tədbir keçirilib
20:20 18.11.2019

Çəyirtkəkimilərə qarşı mübarizə - Ölkə ərazisində payız monitorinqi həyata keçirilir
20:01 18.11.2019

Bir qrup məktəbli bölgələrə yola düşdü - “Ölkəmizi tanıyaq” layihəsi davam edir
19:41 18.11.2019

Qlobal elektromobil istehsalı beş milyon ədədi keçib
19:23 18.11.2019

Əlli mininci vətəndaş müraciəti qeydə alındı - DOST mərkəzinin fəaliyyəti genişlənir
19:02 18.11.2019

Sabah bəzi rayonlarda hava dumanlı olacaq
18:42 18.11.2019

Vaxt başa çatdı, sürücülər cərimələnmədi - DYP rəisi pərdə və jalüzlərlə bağlı göstəriş verib YENİLƏNİB - VİDEO
18:23 18.11.2019

Rusiya bir il əvvəl saxladığı üç Ukrayna hərbi gəmisini geri qaytarıb
18:14 18.11.2019

Azərbaycanlı alimlərdən növbəti uğur - Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçildilər
17:56 18.11.2019

Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub - FOTOLAR
17:37 18.11.2019

Xəzərdə neftçi batıb - Onun axtarışları aparılır
17:18 18.11.2019

Onkoloji xəstələrin sayı niyə artıb? - Onkoloqdan əhaliyə xəbərdarlıq - VİDEO
17:01 18.11.2019

TANAP-ın açılacağı tarix məlum oldu - İlin sonunadək Yunanıstana qaz nəql ediləcək
16:45 18.11.2019

Gürcüstanda etirazçılar deputatları parlamentə buraxmırlar
16:27 18.11.2019

Hirkan Milli Parkında bəbirlər çoxalıb - Kameralar vasitəsilə 6 bəbirin olduğu müəyyən edilib YENİLƏNİB - VİDEO
16:08 18.11.2019

Həftənin ilk iş günü hansı bürc sahiblərini uğur gözləyir? - VİDEO
15:50 18.11.2019

İran ABŞ-ın bəyanatına cavab verib
15:33 18.11.2019

Bələdiyyə seçkiləri ilə bağlı işlər başa çatır
15:17 18.11.2019

ABŞ İrandakı etirazları dəstəkləyib
14:59 18.11.2019

Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib
14:40 18.11.2019

Azərbaycan mətbəxi Parisdə təqdim edilib - FOTOLAR
14:21 18.11.2019

Uzun illərdir oğlunu axtaran anaya zəng vurub nələr dedilər? - VİDEO
14:03 18.11.2019

Cüdoçularımız növbəti "Böyük Dəbilqə"yə bu heyətlə qatılacaq
13:45 18.11.2019

Bill Geyts yenidən dünyanın ən zəngin adamı oldu
13:24 18.11.2019

Gürcüstanda aksiyaların miqyası artır - Nümayişçilər parlament qarşısında gecələyib
13:05 18.11.2019

25 ildir ölkədən gedən Mehman qınanıldı - “Bizimləsən”də - VİDEO
12:47 18.11.2019

Özbəkistanın aeroportları özəlləşdirilir
12:30 18.11.2019

İranın Ali Dini Lideri mitinqlərə görə xalqa müraciət edib
12:19 18.11.2019

Siyəzəndə yol qəzasında həlak olan xanımların fotoları - ÖZƏL - FOTOLAR
12:07 18.11.2019

Rusiya dənizçilərinin olduğu gəmi yanıb
11:54 18.11.2019

“Azərişıq”dan xəbərdarlıq - İki qəsəbədə işıq olmayacaq
11:35 18.11.2019

FHN-in İdman-sağlamlıq mərkəzində sərbəst güləş üzrə çempionat keçirilib
11:18 18.11.2019

Portuqaliya Avro-2020-də
11:11 18.11.2019

Tarixdə bu gün - 18 Noyabr - Eldar Ryazanov, poçtalyon göyərçinlər və Mikki Maus...
10:55 18.11.2019

Boşanmaq istəyən qadın qətlə yetirildi - Gəncədə ailə münaqişəsi bıçaqlanma ilə nəticələnib
10:37 18.11.2019

İranda etiraz aksiyaları davam edir - Ölənlərin sayı 25 nəfərə çatıb
10:20 18.11.2019

İki avtomobil toqquşdu - Xəsarət alanlar var - ÖZƏL - FOTOLAR
10:10 18.11.2019

Ramil Şeydayev: "Səfərə yalnız qələbə üçün yollanırıq"
10:02 18.11.2019

Bu il 6 min ton bal istehsal olunub - Arı ailələrinin sayı 540 minə çatıb
09:45 18.11.2019

Yol qəzası iki qadının ölümünə səbəb oldu - Siyəzəndə
09:25 18.11.2019

Rusiyanın tanınmış yumoristi Maksim Qalkinin yaradıcılıq gecəsi olub - VİDEO
09:15 18.11.2019

Bələdiyyə seçkilərinə hazırlıq - Seçkiləri izləmək üçün 499 müşahidəçi qeydə alınıb
21:39 16.11.2019

Otel müsafirlərinin ən qəribə müraciətləri
21:18 16.11.2019

Xəzər rayonunda 1000-ə yaxın ağac əkildi - Ədliyyə işçiləri də ağacəkmə aksiyasına qoşuldu
20:59 16.11.2019

Ucarda 8 ailə mənzillə təmin edildi - Ölkə üzrə 6951 şəhid ailəsi və Qarabağ əlili evlə təmin edilib
20:37 16.11.2019

Tramp impiçmentlə bağlı dinləmələrə münasibət bildirdi - "Bu, biabırçılıqdır!"
20:18 16.11.2019

Şəhid ailələri və Qarabağ əlillərinə ev verildi - Hacıqabulda 6 ailəyə mənzil təqdim olunub
20:00 16.11.2019

Daha bir qurum ağacəkmə aksiyasına qoşuldu - Miqrasiya işçiləri 220 zeytun ağacı əkib
19:40 16.11.2019

Sabah hava necə olacaq?
19:02 16.11.2019

Dublyaj sənətinin inkişafı - “Dublyajda səs çələngi” adlı bədii gecə keçirilib
18:45 16.11.2019

Serbiya prezidenti xəstəxanaya yerləşdirildi - Onun ürək-damar sistemində problemlər yaranıb
18:26 16.11.2019

Armavirdə Qaregin Njdeni qırmızıya boyadılar - Rusiyalı deputat faşizmə etirazını bu cür bildirdi - FOTOLAR
18:07 16.11.2019

İranda benzin bahalaşmasına qarşı etirazlarda bir nəfər öldü
17:49 16.11.2019

Qolan təpələri ilə bağlı qətnamə qəbul edildi
17:30 16.11.2019

Bağdadda altı nəfər terrorun qurbanı oldu - Etiraz aksiyalarında isə dörd nəfər öldü
17:12 16.11.2019

Bütün xəbərlər