Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

"Sənin çılpaq bədəninə..." - Çaplinin qızına möhtəşəm məktubu

"Sənin çılpaq bədəninə..." - Çaplinin qızına möhtəşəm məktubu
   19986 dəfə oxunub

O,  dünya kinomatoqrafiyasının ulduzunun qızıdır. Onsuz dünya kinomatoqrafiyasını qiymətləndirmək qeyri-mümkündür. Hələ 1965-ci ildə aktyorluq sənətinə yenicə qədəm basan qızcığaz yetmiş altı yaşlı atasından milad məktubu alır.

Bu məktub böyük bir epoxanın təmsilçisinin gülüş dolu həyatının əslində acı həqiqətlərlə dolu olmasından  bəhs etməsi idi.

Bu böyük insan  76 yaşlı  Çarli Çaplin idi.

“Qızım!

İndi gecədir, milad gecəsidir. Sən necə də məndən uzaqsan,  amma sənin siluetin mənim gözümün qarşısındadır. Sənin portiretin burdadır,  stolumun üstündə,  ürəyimin yanındadır.  Bəs sən hardasan?

Sirli  Parisdəsənmi, Yeliseyin əsrarəngiz səhnəsindəmi oynayırsan?

 Gecənin sakitliyində hərdən sənin addım səslərini eşidirəm, sənin parıldayan gözlərini görürəm.

Mən "Tatar xanın əsiri İran şahzadəsi " tamaşasında necə oynadığını bilirəm. Əgər ulduz olub səhnələrdə parlayacaqsansa, alqışlar səni  meyxoş edəcəksə və gətirilən qızıl güllərin ətirləri başını gicəllədəcəksə, kənara çəkil və məktubumu oxu, ürəyinin səsinə qulaq as.

Mən sənin atanam, Jeraldina! Mən-Çarliyəm, Çarli Çaplin! Sən bilirsənmi ki, neçə gecə beşiyinin kənarında oturub nağıllar oxumuşam. Gözlərim qapananda isə yuxunu qovurdum,  deyirdim ki, bu mənim qızcığazımın arzularıdır.

Mən sənin arzularını görürdüm,  Jeraldiniya, gələcəyini hiss edirdim. Mən səhnədə rəqs edən qızı görürdüm,  səmada uçan mələyi görürdüm. İnsanların pıça-pıçlarını eşidirdim,  onlar deyirdi ki, görürsünüz bu qızı? Bu qız qoca təlxəyin qızıdır. Xatırla ki, onun adı Çarli idi. Bəli mən Çarliyəm-qoca təlxək! Bu gün sənin oynamaq növbəndir! Mən cırığı olan şalvarda oynayırdım,  amma sən, şahzadənin ipək paltarında rəqs edirsən. Bu rəqslər və alqışlar səni göylərə qaldıracaq. Uç, göylərə doğru,  uç! Amma yerə dönməyi unutma! Sən adi insanların həyatını görməlisən, küçə rəqqaslarının necə soyuqdan dondurlarını və acıdıqlarını görməlisən. Mən onlar kimi idim, Jeraldinia. Sən o sehirli gecələrdə danışdığım nağılların sədası altında yatarkən,  dünyanın ən xoşbəxt adamıydım və səhərəcən gözümə yuxu getmirdi.

Mən sənin gözəl simana baxırdım, sənin ürək döyüntünə qulaqa asırdım və özümə sual verirdim "Çarli, bu pişik nə zamansa səni tanıyacaqmı?"  Sən məni tanımırsan,  Jeraldiniyo.  Sənə uzaq keçmişdə çoxlu nağıllar danışırdım,  amma heç zaman öz həyat hekayəmi danışmamışam. Deyim ki, bu hekayə  heç də digərlərindən maraqsız deyil. Bu hekayə səfil təlxəyin Londonun kasıb məhlələrində oxuyub, oynamaq və  dilənməyindən  bəhs edir.  Bax bu mənim hekayəmdir, evsizliyin, aclığın nə olduğunu mən onda dərk etmişəm. Mənə ən çox təsir edən oynayan təlxəyin dilənməsi idi. Okean qədər qüruru olan təlxək atılan qəpiklər altında əzilirdi. Bunlara baxmayaraq,  mən sağam və bunu keçmişdə qoyuram.

Ən yaxşısı,  sən haqda danışaq. Sənin adından sonra mənim soyadım gəlir,  Jeraldina Çaplin. Mən bu soyadla 40-ildən artıqdır insanları güldürmüşəm. Amma onların güldüyündən çox mən ağlamışam. Jeraldinia,  sən yaşadığın dünya təkcə rəqs və musiqidən ibarət deyil. Sən  gecə böyük teatrlardan çıxıb evə qayıdarkən,  varlı fanatlarını unuda bilərsən,  amma səni evə aparan sürücüdən mütləq həyat yoldaşının kefini soruşmağı unutma.

Əgər onun həyat yoldaşı hamilədirsə və ya pulları yoxdursa onun cibinə pul qoy. Mən sənin xərclərini ödənməsinə görə banka göstəriş vermişəm,  amma hərdən metro və avtobudan istifadə etməyi unutma. Hərdən hava yaxşı olanda piyada gəz və ətrafına fikir ver.

İnsanlara bax, kimsəsizlərə xüsusən. Mən ən azı gündə bir dəfə özümə “onlar kimiyəm" deyirəm. Bəli, qızım,  sən onlardan birisən!

Yaradıcılıq göylərə uçmaq üçün insana qanad verməzdən əvvəl mütləq ayaqlarını qırır. Əgər sən bir gün tamaşaçıların üstün olduğunu hiss edərsənsə, o an səhnəni tərk elə.

Əvvəl, taksi ilə Parisin kənarına get, mən oraları çox gözəl tanıyıram. Orda sənin kimi oynayanları görəcəksən. Hətta onların səndən də gözəl olduqlarını duyacaqsan. Sənin gözlərini kor edən səhnə projektorları orda olmayacaq. Unutma ki, onların projektorları ayın işığıdır. Diqqətlə bax, onlar səndən daha gözəl oynayırlarmı? Qızım, qəbul et, həmişə səndən daha gözəl rəqs edən tapılacaq! Mən öləcəm, amma sən yaşayacaqsan və istəyirəm ki, sən heç zaman kasıblıq üzü görməyəsən.

Məktubla yanaşı sənə çek kitabcamı göndərirəm, pula  nə qədər ehtiyacın varsa, xərclə. Amma iki frank xərclədikdə unutma ki, üçüncüsü sənin deyil o tanımadığın və ehtiyacı olana qismət olmaldır. Mən sənə pullar haqda ona görə danışaram ki, onların şeytani qüvvəsini his etmişəm. Mən sirkdə çox olmuşam və həmişə ip üstündə gəzənlər üçün çox narahatçılıq keçirmişəm,  amma sənə deyim ki, adi insanlar həmişə yerə bərk yıxılırlar.

Bir gün briliyantın parıltısı sənin gözlərini kor edə bilər, həmin andan həmin daş sənin kanatına çevriləcək. Həmin kanatdan yıxılmağın isə qaçılmaz olacaq. Günlərin bir günü qarşına gözəl ağ atlı şahzadə çıxacaq,  amma öz qəlbini qızıla, pula və zinət əşyalarına satma. Unutma ki, sənin ən böyük briliyantın sənin ürəyindir. Zamanı gələndə, sevəcəksən, ondan həmin adamı bütün qəlbinlə bağlan. Sevgi ilə bağlı anana demişəm ki, daha çox sənlə danışsın,  o bu barədə məndən daha çox bilir.

Sənin bədənin sadəcə ipək parçası ilə örtülüdür. Səhnə üçün soyunmaq da olar, amma ordan dönəndən sonra geyinməyinlə bərabər təmizliyini də qorumağı unutma. Mən qocayam, bəlkə mənim sözlərim çox gülməli səslənə bilər,  amma mənim düşüncəmə görə sənin çılpaq bədəninə  çılpaq ruhunu sevən adam yiyələnə bilər. Gözlərimin yaşı yazdığım məktuba tökülməmiş inanmaq istəyirəm ki, bu günkü milad gecəsi möcüzələr gecəsinə çevriləcək.

İstərdim ki,  möcüzə baş versin və sən həqiqətən dedikərimi anlayasan.Çarli artıq qocalıb, Jeraldina. Gec -tez sənin əynindəki ağ ipək əlbisə matəmin qara geyiminə çevriləcək ki, mənim qəbir üstümə gələsən. Sənin kefini pozmaq istəmirəm, amma zamanla sən aynaya baxanda,  mənim üz cizgilərimi öz hüsnündə görəcəksən. Sənin damarlarında mənim qanım axır. Damarlarımda qan qurusa belə, sənin damarlarında mənim qanım axmağa davam edəcək. İstərdim ki, sən öz atanı unutmayasan. Mən heç zaman mələk olmamışam,  amma həmişə adi insan olmağa çalışmışam.

 Öpürəm Jernaldina,  sənin Çarlin 1965 -ci il".

Orxan Muxtarlı

BUNU DA OXU

Ərdoğandan qondarma soyqırımla bağlı açıqlama - “Hadisənin uydurma olduğunu sənədlərlə sübut etdik”
"Boeing 737" перестал быть самым продаваемым самолетом в мире
Afət Fərmanqızı :"Tərəddüd etdiyimdən uşağı abort etdirdim” - VİDEO
Sərnişinlərin nəzərinə! - Bakı-Sabunçu-Bakı elektrik qatarlarının hərəkəti dayandırılıb
Andorralı futbolçu tarixə düşdü
Xəbər lenti

644 vakant iş yeri təqdim olundu - Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib
21:54 19.11.2019

Ərdoğandan qondarma soyqırımla bağlı açıqlama - “Hadisənin uydurma olduğunu sənədlərlə sübut etdik”
21:35 19.11.2019

Vəzifəli şəxsin 7 milyonluq əmlakına həbs qoyuldu - Onun 3 milyon dollari təyinati üzrə istifadə etmədiyi aşkarlanıb
21:19 19.11.2019

Qaranlığa qərq olan yaşayış kompleksi - Elektirik enerjisinin verilməsində problem yaşanır
21:00 19.11.2019

Bakı-Şamaxı-Yevlax yolunda çat əmələ gəldi - Çökmə nəticəsində asfalt örtüyünə ziyan dəyib
20:41 19.11.2019

Faiq Ağayev: “Zövqlər çox dəyişib” - VİDEO
20:22 19.11.2019

Rahidə Baxışova maraqlı suallara belə cavab verdi - “Üçümüz”də - VİDEO
20:00 19.11.2019

Xamneyinin nümayəndəsinə qarşı sui-qəsd cəhdi - Dörd nəfər saxlanıldı
19:40 19.11.2019

Talıb Tale Əflatun Qubadovu "aldatdı" - “Üçümüz”də - VİDEO
19:21 19.11.2019

Günəş enerjisi ilə işləyən avtomobil - Saatda 90 km sürətlə hərəkət edir - FOTOLAR
19:04 19.11.2019

"Boeing 737" перестал быть самым продаваемым самолетом в мире
18:45 19.11.2019

Sabah hava metohəssas insanlar üçün əlverişsizdir
18:28 19.11.2019

Paytaxtda avtomobil qəzası baş verib - Sürücü xəsarət alıb
18:11 19.11.2019

Prezident İlham Əliyev Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin yenidənqurma işlərindən sonra açılışında iştirak edib - Yenilənib - FOTOLAR
17:52 19.11.2019

Ağsu–Kürdəmir–Bəhrəmtəpə (53 km)–Zərdab avtomobil yolunun yenidən qurulmasına 5 milyon manat ayrılıb
17:34 19.11.2019

“Müxtəliflik həftəsi”nə həsr olunmuş növbəti tədbir - FOTOLAR
17:17 19.11.2019

Nəsiminin 650 illiyi qeyd edilir - Bakı Slavyan Universitetində tədbir keçirilib - FOTOLAR
17:00 19.11.2019

Cənubi Koreya və ABŞ hərbi xərclərin bölünməsi üzrə razılığa gələ bilməyib
16:38 19.11.2019

İran ordusu hərbi təlimlərə başladı
16:19 19.11.2019

Луис Энрике вернулся в сборную Испании
15:58 19.11.2019

Afət Fərmanqızı :"Tərəddüd etdiyimdən uşağı abort etdirdim” - VİDEO
15:40 19.11.2019

Bakıda məşhur fotoqrafın sərgisi açıldı - Azərbaycana aid fotolar da nümayiş olunur
15:23 19.11.2019

“İnterfaks”ın redaktoru Moskvada itib
15:05 19.11.2019

Helsinkidə Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə tədbir keçirilib - VİDEO
14:50 19.11.2019

Qubada ağır qəza - Körpə dünyasını dəyişdi
14:14 19.11.2019

Qəza törədən sürücü hadisə yerindən qaçdı
13:40 19.11.2019

“Barış bulağı” əməliyyatı yenidən başlayacaq - Türkiyə XİN-dən ABŞ və Rusiyaya xəbərdarlıq
13:21 19.11.2019

Yeni duetlər - Nigar Camal ft Aygun Bəylər - "Nəfəsim, qəlbim" - VİDEO
13:03 19.11.2019

Tarixdə bu gün - 19 Noyabr - Beynəlxalq Kişilər Günü, Pelenin mininci qolu və Azərbaycan parlamenti
12:45 19.11.2019

Bakı metrosunun inkişaf planı açıqlanıb - VİDEO
12:38 19.11.2019

Qarabağ İcması ABŞ-da görüşlərini davam etdirir - Qarabağ münaqişəsi haqqında məlumat verilib
12:30 19.11.2019

Sumqayıtın 70 illiyi qeyd olunacaq - Şəhərdə geniş hazırlıq işləri görülüb - YENİLƏNİB - VİDEO
12:12 19.11.2019

Sərnişinlərin nəzərinə! - Bakı-Sabunçu-Bakı elektrik qatarlarının hərəkəti dayandırılıb
11:55 19.11.2019

TANAP-ın açılacağı tarix məlum oldu - VİDEO
11:39 19.11.2019

Gürcüstan parlamenti fəaliyyətini bərpa edib - 37 etirazçı saxlanılıb
11:20 19.11.2019

Prezident İlham Əliyev Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbovun qəbul etdi - VİDEO
11:02 19.11.2019

Andorralı futbolçu tarixə düşdü
10:47 19.11.2019

Cəlil Məmmədquluzadənin Polşada yaşayan nəticəsi və kötükcəsi ölkəmizdə səfərdədirlər - VİDEO
10:30 19.11.2019

Avro 2020-nin seçmə mərhələsi - İtaliyadan 10 qələbə, Danimarka və İsveçrə - final mərhələdə
10:11 19.11.2019

Ən çox şikayət elektrik təchizatı ilə bağlıdır - İstilik sisteminin inkişafi üçün Alman şirkəti cəlb olunub
09:56 19.11.2019

160 min uşaq ünvanlı yardımla əhatə edilib - Uşaqların sosial müdafiəsi üçün ildə 485 milyon manat ayrılır
09:35 19.11.2019

100 nəfər xaricdə doktorantura təhsili ala biləcək - Onların bütün xərclərini dövlət üzərinə götürüb
21:37 18.11.2019

Ev yandırmaqda təqsirli bilinən qonşu nələr danışdı? - “Bizimləsən” - VİDEO
21:18 18.11.2019

“Yolu bağlayanlar haqda ölçü götürülməlidir” - Ruhani etirazçılara xəbərdarlıq etdi
21:01 18.11.2019

Gülay və Mətanətin evdarlığı yoxlanıldı - "Gündən-Günə"də - VİDEO
20:41 18.11.2019

87 əlilə 403 reablitasiya vasitəsi təqdim edilib - Salyan və Neftçalada tədbir keçirilib
20:20 18.11.2019

Çəyirtkəkimilərə qarşı mübarizə - Ölkə ərazisində payız monitorinqi həyata keçirilir
20:01 18.11.2019

Bir qrup məktəbli bölgələrə yola düşdü - “Ölkəmizi tanıyaq” layihəsi davam edir
19:41 18.11.2019

Qlobal elektromobil istehsalı beş milyon ədədi keçib
19:23 18.11.2019

Əlli mininci vətəndaş müraciəti qeydə alındı - DOST mərkəzinin fəaliyyəti genişlənir
19:02 18.11.2019

Nitq qüsurlu qadının ev satmaq adı ilə pulunu aldılar - "Bizimləsən" - VİDEO
18:50 18.11.2019

Sabah bəzi rayonlarda hava dumanlı olacaq
18:42 18.11.2019

Vaxt başa çatdı, sürücülər cərimələnmədi - DYP rəisi pərdə və jalüzlərlə bağlı göstəriş verib YENİLƏNİB - VİDEO
18:23 18.11.2019

Rusiya bir il əvvəl saxladığı üç Ukrayna hərbi gəmisini geri qaytarıb
18:14 18.11.2019

Azərbaycanlı alimlərdən növbəti uğur - Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçildilər
17:56 18.11.2019

Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub - FOTOLAR
17:37 18.11.2019

Xəzərdə neftçi batıb - Onun axtarışları aparılır
17:18 18.11.2019

Onkoloji xəstələrin sayı niyə artıb? - Onkoloqdan əhaliyə xəbərdarlıq - VİDEO
17:01 18.11.2019

TANAP-ın açılacağı tarix məlum oldu - İlin sonunadək Yunanıstana qaz nəql ediləcək
16:45 18.11.2019

Gürcüstanda etirazçılar deputatları parlamentə buraxmırlar
16:27 18.11.2019

Hirkan Milli Parkında bəbirlər çoxalıb - Kameralar vasitəsilə 6 bəbirin olduğu müəyyən edilib YENİLƏNİB - VİDEO
16:08 18.11.2019

Həftənin ilk iş günü hansı bürc sahiblərini uğur gözləyir? - VİDEO
15:50 18.11.2019

İran ABŞ-ın bəyanatına cavab verib
15:33 18.11.2019

Bələdiyyə seçkiləri ilə bağlı işlər başa çatır
15:17 18.11.2019

ABŞ İrandakı etirazları dəstəkləyib
14:59 18.11.2019

Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib
14:40 18.11.2019

Azərbaycan mətbəxi Parisdə təqdim edilib - FOTOLAR
14:21 18.11.2019

Uzun illərdir oğlunu axtaran anaya zəng vurub nələr dedilər? - VİDEO
14:03 18.11.2019

Cüdoçularımız növbəti "Böyük Dəbilqə"yə bu heyətlə qatılacaq
13:45 18.11.2019

Bill Geyts yenidən dünyanın ən zəngin adamı oldu
13:24 18.11.2019

Gürcüstanda aksiyaların miqyası artır - Nümayişçilər parlament qarşısında gecələyib
13:05 18.11.2019

25 ildir ölkədən gedən Mehman qınanıldı - “Bizimləsən”də - VİDEO
12:47 18.11.2019

Özbəkistanın aeroportları özəlləşdirilir
12:30 18.11.2019

İranın Ali Dini Lideri mitinqlərə görə xalqa müraciət edib
12:19 18.11.2019

Siyəzəndə yol qəzasında həlak olan xanımların fotoları - ÖZƏL - FOTOLAR
12:07 18.11.2019

Rusiya dənizçilərinin olduğu gəmi yanıb
11:54 18.11.2019

“Azərişıq”dan xəbərdarlıq - İki qəsəbədə işıq olmayacaq
11:35 18.11.2019

FHN-in İdman-sağlamlıq mərkəzində sərbəst güləş üzrə çempionat keçirilib
11:18 18.11.2019

Portuqaliya Avro-2020-də
11:11 18.11.2019

Tarixdə bu gün - 18 Noyabr - Eldar Ryazanov, poçtalyon göyərçinlər və Mikki Maus...
10:55 18.11.2019

Bütün xəbərlər