Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən “Hədəf Bakıdır” - FİLMİ

Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən “Hədəf Bakıdır” - FİLMİ
   25321 dəfə oxunub

Heydər Əliyev Fondunun dəstəyi ilə faşizm üzərində qələbəyə həsr olunan “Hədəf Bakıdır” filmi istehsal edilib.

Fonddan Trend-ə verilən məlumata görə, Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal olunan “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin mayın 4-də təqdimat mərasimi keçiriləcək. İlk nümayiş Heydər Əliyev Mərkəzində təşkil olunacaq.

Faşizm üzərində Qələbənin 70 illik yubileyinə həsr olunan filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Lui Vodevil (Louis Vaudeville), rejissoru Robert Maqnerotdur (Robert Mugnerot).

Filmin süjet xətti Azərbaycan xalqının faşizm üzərində qələbədəki rolundan, eləcə də Azərbaycan neftinin müharibə illərində strateji əhəmiyyətindən bəhs edir.

1941-1945-ci illər Böyük Vətən müharibəsi zamanında Azərbaycandan 700 min adam cəbhəyə yollanıb, onların 400 mindən çoxu döyüşlərdə canından keçib. Azərbaycan bu müharibədə təkcə insan resursları ilə iştirak etməyib. Həmin illərdə Azərbaycan nefti qələbənin əldə edilməsində müstəsna rol oynayıb. Belə ki, Böyük Vətən Müharibəsi zamanında SSRİ-də hasil olunan neftin 72 faizini Bakı verirdi. Bu isə o deməkdir ki, döyüşə gedən hər 10 tankın, hər 10 təyyarənin 7-si Bakı nefti ilə işləyirdi.

“2015-ci il mayın 9-da faşizm üzərində qələbənin 70 illik yubileyi qeyd edilir. Bu Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynamışdır” - deyə filmin baş prodüseri Arzu Əliyeva izləyicilərə müraciətində qeyd edir.

Arzu Əliyevanın sözlərinə görə, “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin yaradılmasında əsas məqsəd Azərbaycanın qəhrəmanlıq tarixini yaşatmaq, onu böyüməkdə olan gənc nəslə və dünya ictimaiyyətinə çatdırmaqdır. “Bu film, eyni zamanda, müharibənin ağrı-acısını yaşayan bütün insanların – ön cəbhədə döyüşənlərin, eləcə də arxa cəbhədə gərgin əməyi ilə böyük qələbəni yaxınlaşdıran insanların xatirəsinə dərin hörmət və ehtiramımızın təzahürüdür” - deyə filmin baş prodüseri bildirib.

Qeyd edək ki, filmin çəkilişləri Bakı Media Mərkəzi və Fransanın sənədli film istehsalı sahəsində tanınmış “Clarke Costelle&Co” (CC&C) prodakşn şirkəti tərəfindən aparılıb.

“Clarke Costelle&Co” şirkətinin İkinci Dünya Müharibəsindən bəhs edən digər filmini – “Apokalipsis: II Dünya müharibəsi” adlı ekran əsərini 171 ölkədə 1 milyarddan çox tamaşaçı izləyib.

İstehsalı 14 ay davam edən “Hədəf Bakıdır” sənədli filmi çərçivəsində Azərbaycan, Almaniya, ABŞ, Böyük Britaniya, Fransa, Rusiyada tədqiqatlar aparılıb, bu ölkələrin arxivlərindən 200 saatdan çox videomaterial, foto və digər sənədlər araşdırılıb.

Filmdə İkinci Dünya Müharibəsinin tarixinə tamamilə yeni baxış bucağından – neft uğrunda savaş prizmasından baxılır. Tamaşaçılar, həmçinin İkinci Dünya Müharibəsinin ayrı-ayrı döyüş səhnələrinə dair bu günə kimi nümayiş etdirilməyən video kadrları yeni təqdimatda – bərpa olunmuş rəngli formatda seyr edəcəklər.

Bu sənədli ekran əsəri Azərbaycan dili ilə yanaşı rus, ingilis, fransız, alman, italyan və digər dillərə də tərcümə olunub.

Heydər Əliyev Mərkəzindəki təqdimat mərasimindən sonra filmin mayın 8-i, 9-u və 10-da “National Geographic” kanalı vasitəsi ilə 26 ölkə üzrə nümayişi keçiriləcək.

BUNU DA OXU

Orta məktəbdə atışma nəticəsində iki şagird həlak olub - ABŞ-da
Bəzilərimizi məyus edən qələbəmiz
Milli Məclisə 45 milyon 488 min manat ayrılacaq - Maliyyə Nazirliyindən əlavə vəsait istənildi
Vergi ödəyicilərin sayı artıb - Nazir 10 ayın statistikasını açıqladı
Diabet gününə həsr edilən aksiya keçirildi - Ölkəmizdə 255 mindən çox şəkərli diabet xəstəsi qeydiyyatdadır
Xəbər lenti

“Süni intellekt və insan hüquqları” - Bakıda Beynəlxalq konfrans keçirilib
21:41 15.11.2019

Əsəd ABŞ-dan BMT-yə şikayət edəcək - Neft oğurluğuna görə təzminat tələb olunacaq
21:22 15.11.2019

Azərbaycan nümayəndə heyəti VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir - FOTOLAR
21:05 15.11.2019

Naftalanda Bərpa Mərkəzi istifadəyə verildi - Əlilliyi olan 600-dək şəxsə xidmət göstəriləcək
20:46 15.11.2019

Evi yandırılan Səadət kimdən şübhələnir? - "Bizimləsən"də - VİDEO
20:29 15.11.2019

Nazir vətəndaşları qəbul etdi - Müxtəlif sahələr üzrə müraciətlərə baxılıb
20:07 15.11.2019

Bələdiyyə seçkilərinə hazırlıq - MSK növbəti seminar-müşavirə keçirdi
19:47 15.11.2019

Vaşinqton Qahirəni sanksiyalarla hədələdi - Misirin Rusiyadan “SU-35” almaq istəyi narazılıq yaradıb
19:29 15.11.2019

Albert Aqarunovun heykəlinin açılışı olub - Milli Qəhrəmanın xatirəsi əbədiləşdirildi
19:08 15.11.2019

Sabah dağlıq rayonlara sulu qar yağacaq
18:48 15.11.2019

Xəstəxanada ölüm faktı qeydə alınıb - Ağdaşda
18:29 15.11.2019

Dini liderlərin II Sammiti yekunlaşdı - Bakı Bəyannaməsi qəbul edildi
18:11 15.11.2019

Paytaxtda qurumuş beş min ağacdan 3500-ü kəsilib - Kəsilən ağacların əvəzinə sərv və eldar şamı əkilir
17:51 15.11.2019

Prezident bu rayonların hərəsinə üç milyon ayırdı
17:43 15.11.2019

Sultan Dadaşov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edildi
17:33 15.11.2019

Sabunçu məktəbliləri bölgələrə gedəcək - “Ölkəmizi tanıyaq” layihəsi davam edir
17:14 15.11.2019

Venesiyada fövqəladə vəziyyət elan edildi
16:58 15.11.2019

Fəal gənclərlə görüş keçirildi - İstedadlı fəallarla söhbət aparıldı
16:37 15.11.2019

Ayətullah Əli Xamenei əfv sərəncamı imzalayıb
16:18 15.11.2019

Zaur Baxşəliyev:“Mən atamın qəbri üstə getmirəm” - “Bizimləsən” - VİDEO
16:01 15.11.2019

Morales: "Parlament istefamı təsdiq etməsə, Boliviyaya qayıdacam"
15:41 15.11.2019

Xidmət rəisi valideynlərlə görüşdü - Bəzi çağırışçılar təkrar tibbi müayinəyə cəlb edilə bilər
15:20 15.11.2019

Dini liderlərin II Bakı sammiti davam edir - Sammitin sonunda Bakı bəyannaməsi qəbul olunacaq
15:01 15.11.2019

Gürcüstanda aksiyaçılar parlament binası qarşısına toplaşıb - Növbədənkənar parlament seçkiləri tələb edirlər
14:41 15.11.2019

NASA qanad çalan kosmik gəmi ilə Veneranın qaranlıq tərəfini tədqiq edəcək
14:22 15.11.2019

Türkiyədə daha bir ailənin üzvləri sianiddən zəhərlənərək ölüblər
14:05 15.11.2019

Dəmir yolları müasirləşir - Yük daşımaları artır
13:46 15.11.2019

Orta məktəbdə atışma nəticəsində iki şagird həlak olub - ABŞ-da
13:27 15.11.2019

Tovuz sakini naməlum şəraitdə bıçaqlanıb - Yaralının vəziyyəti ağırdır
13:10 15.11.2019

Qocalar evinə getmək istəyən atanı bu addımı atmağa nə vadar edir? - ""Bizimləsən"də - VİDEO
12:52 15.11.2019

Gürcüstanda etiraz aksiyaları başlayıb - Növbədənkənar parlament seçkiləri tələb olunur
12:34 15.11.2019

Nazirlik müxalifətçilərin həbs olunmasına münasibət bildirib
12:17 15.11.2019

Bəzilərimizi məyus edən qələbəmiz
12:00 15.11.2019

Tarixdə bu gün - 15 Noyabr - Universitet, siqaret və Nəsibə Abdullayeva...
11:48 15.11.2019

Azərbaycan xalça muzeyində 3 günlük konfrans başlayıb
11:30 15.11.2019

İndoneziya sahilləri yaxınlığında 7,2 bal gücündə zəlzələ olub - VİDEO
11:11 15.11.2019

Daha 1000 hektar ərazidə meşə salınacaq - Yanmış meşə əraziləri bərpa olunur
10:54 15.11.2019

Şeremetyevo aeroportunda iki təyyarə toqquşdu
10:36 15.11.2019

Bakıda baş vermiş yanğında 11 nəfər zəhərlənib - FOTOLAR
10:15 15.11.2019

1000-й матч в истории сборной Англии удался
10:00 15.11.2019

Nazirlik sosial kampaniyaya start verdi - Məktəblilərin İKT sahəsində bacarıqları artırılır
09:41 15.11.2019

Türkiyə, Çexiya, Fransa və İngiltərə AÇ 2020-nin final mərhələsində!
09:25 15.11.2019

Vergilər məcəlləsinə dəyişiklik müzakirə edildi - Hansı məshullar ƏDV-dən azad olunacaq?
22:01 14.11.2019

Sürücülərin nəzərinə! - Pərdə və jalüz dövrü sabah bitir
21:42 14.11.2019

Milli Məclisə 45 milyon 488 min manat ayrılacaq - Maliyyə Nazirliyindən əlavə vəsait istənildi
21:24 14.11.2019

Vergi ödəyicilərin sayı artıb - Nazir 10 ayın statistikasını açıqladı
21:05 14.11.2019

Qəzzada atəşkəs əldə edildi - Qarşılıqlı raket hücumlarında 34 fələstinli ölüb
20:48 14.11.2019

Körpələr əcnəbilərə satılır - Ermənistanda uşaqlar təhlükədə
20:30 14.11.2019

Millət vəkili Rəmişi "ruha" bənzətdi - "Şou ATV" də - VİDEO
20:13 14.11.2019

Diabet gününə həsr edilən aksiya keçirildi - Ölkəmizdə 255 mindən çox şəkərli diabet xəstəsi qeydiyyatdadır
19:54 14.11.2019

Bakıda Beynəlxalq Ekoloji sərginin açılışı olub - Nazirlik iş adamlarını texnologiyalarla tanış olmağa çağırdı
19:35 14.11.2019

Moldovanın yeni Baş naziri seçilib
19:20 14.11.2019

Ərdoğan Trampın sözünü kəsdi və səhvini düzəltdi
19:01 14.11.2019

Sabahdan qış rejiminə keçirik - Bakıda 300-ə yaxın binaya istilik verilməyəcək
18:42 14.11.2019

II Azərbaycan Diabet Konqresi keçirilib - Tibbi yardımın təkmilləşdirilməsi müzakirə olunub
18:25 14.11.2019

Azərbaycan–Rusiya mədəni əlaqələrinin möhkəmləndirilməsində xidmətləri olan mədəniyyət xadimlərinə fəxri adlar verildi
18:11 14.11.2019

İranda dəhşətli qəza - 28 nəfər ölüb, 21 nəfər yaralanıb
18:05 14.11.2019

Prezident bu qanunlarda dəyişiklik edilməsi haqqında Sərəncam imzaladı
17:55 14.11.2019

Sabah yenə yağış yağacaq
17:40 14.11.2019

Çində Mars planetinə eniş aparatı sınaqdan keçirilib
17:28 14.11.2019

Doktoranturaya qəbul qaydaları dəyişdi - Kimlər müsabiqə əsasında qəbul olunacaq?
17:10 14.11.2019

Sahibkarlar üçün növbəti imkan - Layihələr maliyyə qurumları ilə əlaqələndiriləcək
16:53 14.11.2019

Nikah üçün tibbi müayinənin nəticəsi - 1979 nəfərdə sifilis, 581 nəfərdə QİÇS aşkarlanıb
16:34 14.11.2019

Ərdoğanla görüşdən sonra qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə bloklandı
16:15 14.11.2019

Xaçmazda faciə - 20 yaşlı gənc qatarın altında qaldı
15:56 14.11.2019

Əvvəllər məhkum olmuş şəxs silsilə oğurluqlar etdi
15:38 14.11.2019

Küveytin Baş naziri və hökumət üzvləri istefa verib
15:19 14.11.2019

"Asiya ayı 2019” beynəlxalq vikimarafon keçirilir
15:00 14.11.2019

Sərnişinlərdən oğurluq edən şəxs tutulub - Kürdəmirdə
14:43 14.11.2019

İrandan gələn qaçaqmalçı şəxs saxlanılıb - Ona məxsus çantadan 25 kq nakotik vasitə aşkarlanıb
14:21 14.11.2019

Xose Bernardonun qardaşının sevgilisi nələr danışdı? - "Bizimləsən" verilişində - VİDEO
14:02 14.11.2019

Türkiyədə hərbi hissədə partlayış baş verib - 16 hərbçi yaralanıb
13:44 14.11.2019

Heydər Əliyev Fondundan birillik layihə - Diabeti olan 18 yaşadək şəxslər dərmanla təmin ediləcək
13:26 14.11.2019

Avstraliyada meşə yanğınlarını nəzarətə götürmək mümkün deyil
13:07 14.11.2019

Paytaxtımızda daha bir mühüm tədbir - Dünya dini liderlərinin II Bakı Sammiti keçirilir
12:49 14.11.2019

Erməni nazir təxribata əl atdı - Azərbaycan nümayəndəsi cavab verdi
12:31 14.11.2019

Rusiya kolleclərinin birində silahlı insident baş verib - Bir nəfər ölüb, üç nəfər xəsarət alıb
12:12 14.11.2019

Tarixdə bu gün - 14 Noyabr - Rəmiş, Ümumdünya Diabetlə Mübarizə Günü, Beynəlxalq Loqopedlər Günü ...
11:55 14.11.2019

Bu gün əfsanəvi azərbaycanlı Kərim Kərimovun doğum günüdür
11:36 14.11.2019

Qahirədə boru kəmərində güclü partlayış olub
11:17 14.11.2019

Bütün xəbərlər