Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Sibirin əlillər xəstəxanasında vəfat edən şairimiz - VİDEO

Sibirin əlillər xəstəxanasında vəfat edən şairimiz - VİDEO
4364 dəfə oxunub

 Hüseyn Abdulla oğlu Rasizadə (Hüseyn Cavid) 1882-ci il oktyabrın 24-də qədim Naxçıvanda ruhani ailəsində anadan olub.  İlk ibtidai təhsilini evdə, atasından alıb. 1891-1896-cı illərdə mollaxanada oxuyub.  1896-1898-ci illərdə görkəmli maarifpərvər Məhəmməd Tağı Sidqinin təşkil etdiyi  "Məktəbi-tərbiyə"də təhsilini davam etdirib.  1899-1903-cü illərdə regionun pedaqoji mərkəzlərindən sayılan Təbrizdəki "Talibiyyə" mədrəsəsinin müdavimi olub və həmin illərdə fars dilini mükəmməl öyrənib. Təsadüfi deyildir ki, Cavidin ilk qələm təcrübələri də məhz fars dilində olub.  1906-1908-ci illərdə İstanbul Universitetinin ədəbiyyat şöbəsində ali təhsil alıb.  1909-cu ildə şair özünə  "Cavid" təxəllüsünü seçib və sonralar bu  təxəllüs  onun ailə üzvlərinin də soyadına çevrilib.

 Pedaqoji fəaliyyəti

Hüseyn Cavid 1910-cu ildə  Gəncədə ruhani məktəbində, 1912-ci ildə Gəncədə Pişnamazzadənin məktəbində, bir müddət sonra isə Tiflisdə "Aliyev uçeniye" məktəbində, 1914-cü ildə Tiflisdə  "İttifaq" məktəbində, 1915-1916-cı illərdə Bakıda  "Şəfa" məktəbində, 1918-ci ildə Naxçıvanda  "Rüşdiyyə" məktəbində, 1919-cu ildə Bakıda hazırlıq kursunda, həmçinin bir müddət qız məktəbində, 1920-1937-ci illərdə Darülmüəllimin- Bakı Müəllimlər  Seminariyasında işləyib. Ömrünün son on yeddi ilini burada çalışan Hüseyn Cavid nüfuzlu və hörmətli müəllim kimi tanınmaqla yanaşı, həm də ciddi və məhsuldar yaradıcılığı ilə də məşhur olub. 

Hüseyn Cavid və maarifçilik

Müxtəlif dərnəklərdə, komissiyalarda təmsil olunan Cavid artıq sağlığında  canlı klassikə çevrilmişdi. Belə ki, 1924-cü ildə Azərbaycan Xalq Maarif  Komissarlığının nəşriyyatında ədibin  "Peyğəmbər" dramı çap olunmuş, həmçinin  "İblis" faciəsi ilk dəfə kitab şəklində oxucu auditoriyasına təqdim edilmiş, Bakıdakı  II dərəcəli 16-cı qız məktəbinə hələ sağlığında ikən Hüseyn Cavidin adı verilmişdi.  1925-ci ilin fevral ayında Bakıda keçirilən  I  Türkoloji qurultayda Hüseyn  Cavid də iştirak edib.

1926-cı ilin iyun-oktyabr aylarında gözlərini müalicə etdirmək məqsədi ilə  Berlinə ezam edilən Cavid, Almaniya təəssüratlarından  "Azər"  poemasında və  "İblis"  faciəsində uğurla istifadə edib.

Şairin "Topal Teymur" əsəri 1926-cı ildə Azərbaycan Akademik Teatrında tamaşaya qoyulub.

Azərbaycan ədəbiyyatının inkişafında göstərdiyi çoxillik xidmətlərinə görə 1927-ci ildə Xalq Komissarları Şurasının qərarı ilə Hüseyn Cavidə fəxri təqaüd verilməsi məsələsi irəli sürülüb.

1928-ci ildə Təbriz teatrında  "Şeyx Sənan"  faciəsi, 1930-cu ilin martinda isə Tiflis Dövlət Qırmızı Ordu teatrında  "Knyaz"  pyesi tamaşaya qoyulub. 1937-ci il iyunun 3-nə qədər, yəni Hüseyn Cavidə qarşı haqsız ittihamlar irəli sürülənə qədər,  Azərbaycan yazıçılarının ən hörmətli, ən nüfuzlu bir yazarı kimi ədibin özü də, əsərləri də həmişə gündəmdə olub.

1937-ci il iyunun 4-də Cavid xalq düşməni kimi həbs edilib. İki il Keşlə və Bayıl həbsxanalarında ağır zindan həyatı yaşayan Cavid 1939-cu il iyul ayının 4-də antisovet təbliğatda iştirakı ittihamı ilə təqsirləndirilib. O, 8 il həbs cəzası alaraq Sibirə sürgün olunub.

Ömrünün sonlarında gözləri tutulan, mənəvi-psixoloji təzyiqlərdən sağlamlığını itirən böyük şair Hüseyn Cavid 1941-ci il dekabrın 5-də İrkutsk vilayətində, Tayşet rayonunun Şevçenko qəsəbəsindəki Əlillər evində dünyasını dəyişib. 

Gülbəniz Babaxanlı,  Cavidin ev-muzeyinin direktoru: - Cavid Azərbaycan ədəbiyyatının  əsl  klassikidir. Cavid Azərbaycan poeziyasının söz zadəganıdır. Cavid Azərbaycan poeziyasının zirvəsində duran şairdir. Cavid yaşadığı qısa bir dövrdə dünya şöhrətli əsərlər yaradıb. Onun müdrik yaşı hələ qarşıdaydı, yaşasaydı, dünya dahiləri ilə bir sırada dayanacaqdı, əbədiyaşar əsərləri daha çox yaradacaqdı, yaşasaydı, bu gün əlimizdə olandan iki dəfə çox yaradıcı irsi qalacaqdı... Bilirsiniz də, Cavidin bizə gəlib çatan əsərlərindən 5-i itib. Beş tarixi əsər ki, Cavid onları sürgündən əvvəl yazmışdı,  həbs edilən gecə, o əsərlər də müsadirə edilərək məhv olunub.

- Cavidlər haqqında yazılanlardan bəlli olur ki, şairin oğlu Ərtoğrol da öz ömrünü yaşaya bilməyib.., bir çox əsərləri də kimlər tərəfindənsə mənimsənilib...

- Bu, əslində ayrı bir söhbətin mövzusudur. Ərtoğrolu Bülbül də,  Üzeyir bəy də öz övladları  kimi çox istəyiblər.  Ərtoğrolun muzeyimizdə məktubları qorunur, o məktublardan görünür  ki, Cavidin adını çəkməyə belə kimsənin cəsarət etmədiyi bir zamanda Üzeyir bəy də, Bülbül də Cavidin oğluna çox böyük diqqət, qayğı göstəriblər. Ərtoğrol müharibəyə aparıldıqdan sonra  da, Tiflisdə  hospitalda vərəmdən ağır vəziyyətdə yatanda da mütəmadi olaraq məktub vasitəsi ilə  onlar Ərtoğrolun səhhəti, vəziyyəti ilə daim maraqlanıblar. Bülbül müalicəsinə görə Ərtoğrola pul da göndərib. Bu iki korifey sənətkar o dövrdə Cavid ailəsi üçün yeganə etibarlı kişilər idi ki, Ərtoğrol hər məktubunda anası ilə yeniyetmə bacısını yalnız onlara  etibar edib tapşırırdı. Bülbül Ərtoğrolu hələ tələbə ikən işə götürmüşdü. Biz,  yəni, muzeyin kollektivi,  Ərtoğrolun Bülbülün yanında işlədiyi zaman topladığı və tədqiq etdiyi əsərlərdən ibarət bu yaxınlarda 10  cildlik  kitab buraxdıq. Azərbaycan folklor nümunələri idi, aşıq yaradıcılığı idi, hamısı da əlyazma şəklində. 40 ədəd qovluqda rəngi solmuş, saralmış vərəqlər 70 il toxunulmaz qalmışdı. Biz onları toplayıb sistemləşdirdik. Hazırda muzeyimizdə  Cavidlə yanaşı, şairin oğlu bəstəkar Ərtoğrolun da, qızı teatrşünas Turan xanımın da şəxsi arxivləri saxlanılır. Muzeydə materiallar, bir qayda olaraq, əlyazma şəklində qorunur. Ərtoğrolun sənədlərinin arasındakı iclas protokollarında oxumuşam ki, 1938-ci ildə aşıqların ifasını lentə alıblar, sonra Ərtoğrol  34 adda aşıq mahnısını nota köçürüb. Bu gün də arxivimizdə qorunur. Bəzən  musiqişünaslar, bəstəkarlar Ərtoğrolun  çap olunmamış əsərlərini bizdən istəyirlər, vermirik. O əsərlərin üzərində Ərtoğrolun zəhməti və müəllif hüquqları var.

2012-ci ilin   oktyabrında Hüseyn Cavidin  anadan olmasının 130 illiyidir. Biz bu yubileyə çox ciddi hazırlaşırıq. Bu münasibətlə bizim bir çox layihələrimiz var. Hazırda   bu istiqamətdə planlaşdırdığımız işlərimizi görürük.

Muzeyə xaricdən də çox qonaqlarımız gəlir. Ümumiyyətlə, Cavid irsinə müraciət edənlər həmişə çoxdu. Muzey akademiyanın nəzdində fəaliyyət göstərdiyinə görə həm əlaqələndirmə mərkəzi kimidir, həm də burada elmi-tədqiqat işləri də gedir. Cavidin 5 cildlik külliyyatı var əlimizdə. Bu yaxınlarda Özbəkistanda Cavidin 130 illiyini keçirdik. "Topal Teymur" əsərinə görə Özbəkistanda Cavid irsinə çox böyük maraq var. Çünki hələ Cavidin sağlığında  onun əsərləri Daşkənddə tamaşaya qoyulurdu.

Özbəkistanda Cavidi tanıyırlar, Türkmənistanda Cavid kimdi, bilirlər, Türkiyədə Cavidi sevirlər. Cavidin əsərləri zaman, məkan tanımır. Onlar hər zaman müasirdi, aktualdı... 

Bu reys İrkutska  uçur...

1982-ci ilin oktyabr ayının 13-də Naxçıvandan üç eloğlu, üç vətənpərvər, üç Cavidsevər - Həmid Cəfərov, Telman Əliyev və Zakir Nəsirov çətin və məsuliyyətli bir səfərə yola düşdülər. Məqsəd Cavidin məzarını axtarıb tapmaq və onun cənazəsinin qalıqlarını Vətənə  gətirmək idi. 

Həmid Cəfərov: - Evimdə Cavid nurlu bir guşəm var. Burada təbii ki, Cavidin  əsərləri əsas  yer tutur. Vəfatından 41 il sonra Cavidin Vətənə qayıdışı ilə əlaqədar tarixi sənədləri,  məqalələri, oçerkləri,  şairin adının əbədiləşdirilməsini əks etdirən fotomaterialları  bu guşədə toplamışam. Cavidin qayıdışından sonra  ötən bu otuz il ərzində onlarla kitab yazılıb. Yüzlərlə qələm əhli mətbuatda bu mövzuya geniş yer  veriblər. Cavidin Vətənə qayıdışından sonra ulu öndərimizin göstərişi ilə şairin ev-muzeyi  yaradıldı. Latın qrafikası ilə əsərləri çap edildi.

Hüseyn Cavid elə bir söz sərrafıdır ki, onun həyat və yaradıcılığı həmişə geniş müzakirə predmetidir. Bəzən düşünürəm, məni Cavidə bağlayan nə olub?

1962-ci ildə mən tələbə idim. İndiki BDU-nun filologiya fakültəsinə, rus bölməsinə qəbul olunmuşdum. Hazırda Cavidin ev-muzeyi yerləşən binanın arxa tərəfində bizim fakültə yerləşirdi. Qrup rəhbərimiz  gözəl pedaqoq  Ziynət Əlizadəydi. Ruhu şad olsun!

Ziynət xanımın Azərbaycan ədəbiyyatına, Hüseyn Cavidə vurğunluğu mənə Cavidi sevdirdi. O, auditoriyamızla yanaşı dayanan binanı göstərib həmişə mənə deyərdi ki, sənin həmyerlin  Cavid Əfəndi 1937-ci iləcən bu evdə yaşayıb. O zaman  ağlıma belə gəlməzdi ki,  20 il ötəcək, ulu öndərin tapşırığı ilə, məhz mən və iki əməlisaleh eloğlum - Telman və Zakir uzaq Sibirə gedib dahi şairin məzarını doğma vətənə gətirəcəyik.

Ötən əsrdə - 80-ci illərin əvvəllərində repressiya qurbanlarına artıq dövlət səviyyəsində bir diqqət, qayğı yaranmışdı. Təbii ki, Cavid kimi dahi  şairin də həyat və yaradıcılığı diqqətdən kənarda qala bilməzdi .

Cavid 1937-ci ilin 4 iyununda həbs edildikdən sonra, iki il Keşlə və Bayıl həbsxanalarında saxlanılmış, sonra Maqadana sürgün edilmişdi. Orada səhhəti ağırlaşandan sonra İrkutsk vilayətindəki Tayşet rayonunun Şevçenko kəndinə - əlillər xəstəxanasına köçürülmüşdü. Biz üç həmyerli - mən, Telman və Zakir Tayşetdən Şevçenkoya gedən yolu öz gözümüzlə gördük. İndinin özündə də 75 kilometrlik o yol gediş-gəliş yolu yox, ölüm-dirim yoludu...İlin on  iki ayı şaxta, buz, fəlakət yoludu...100 kilometrlərlə  ərazisi olan Şevçenko kəndi əslində sərt, keçilməz Sibir meşəsidir.

Hüseyn Cavid Əlillər xəstəxanasında bir aydan da az qalib. 5 dekabr 1941-ci ildə  İrkutsk vaxtı ilə saat 10.30-da ürək çatışmazlığından və ayaqlarının don vurmasından vəfat edib. O vaxt Cavidin yanında adamlar olub və ehtimal olunur ki, dəfndə də elə həmin adamlar iştirak ediblər.

- Həmid müəllim, siz necə dəqiqləşdirdiniz ki, açılan qəbir məhz Hüseyn Cavidə məxsusdur? 

- Əvvəla, o İrkutsk vilayəti, Tayşet rayonundakı arxiv barədə fikrimi deyim. O arxiv yüksək səviyyədə səliqəli, dəqiq və aydın tərtib edilmiş kartlardan ibarətdir. Hər bir kartda oraya sürgünə göndərilənlərin adı, soyadı, tərcümeyi-halı, həyatının hansı şəkildə sona çatdığı, hansı nömrəli aktla, hansı nömrəli qəbirdə dəfn olunduğu barədə səhih məlumatlar var. O məzarlıqda düz 40 min nəfər sürgünə göndərilmiş repressiya qurbanı dəfn olunub. İndinin özündə də o  arxivlə maraqlanan olsa,repressiya qurbanı olmuş neçə-neçə azərbaycanlının məzarını müəyyənləşdirmək olar.

...Cavidi taxta tabutda, iki metr dərinlikdə, üzü Şərqə, yəni üzü qibləyə, müsəlmansayağı dəfn etmişdilər. Bu da onu düşünməyə əsas verir ki, son anında Cavidin yanında   ya öz millətimizdən, ya da öz dinimizdən kimsə olub.

1991-ci ildə  Cavidə həsr edilmiş  "Qayıdış"  filminin çəkilişində mən yenidən İrkutska getdim. Bizdən sonra keçmiş  SSRİ  məkanının  digər respublikalarından  da gəlib neçə-neçə qəbri köçürüb aparmışdılar öz vətənlərinə...

 Biz  Cavidin məzarını cəmi üç saat axtardıq. Dəhşətli burasıdır ki, arxiv kartlarına baxandan sonra belə qənaətə gəldik ki, 40 min nəfərlik məzar  əhlinin sırasında  azərbaycanlıların sayı daha çoxdur. O qanlı illərdə beriyaların və mikoyanların   "xidməti" sayəsində Gürcüstanda və Ermənistanda repressiya olunanların sayı  Azərbaycana nisbətən az olub.

Cavid çox nadir istedadı ilə yanaşı, böyük pedaqoq, üzaqgörən və qeyri-adi adam olub.

...Bir  dəfə Keşlə həbsxanasında olarkən, Mişkinaz xanımla görüş  zamanı Cavid ona deyib ki, filan əsərimin filan səhifəsində Ərtoğrolla Turanın  taleyini yazmışam, tap, oxu, amma özlərinə göstərmə. Mişkinaz xanım o yazını  tapıb oxuyub, sonra da yandırıb.

Cavid Quranı çox gözəl mənimsəmişdi. Şübhəsiz ki, onun bilik dairəsinin bu qədər zənginliyi o böyük kitabın hikmətiydi.

2002-ci ilin 24 oktyabrında, yəni Hüseyn Cavidin anadan olmasının 120 illik yubileyi günündə şairin ev-muzeyinin Bakıda  açılışı oldu.      

Hüseyn Cavidin  məqbərəsinin və ev-muzeyinin yaradılması ilə əlaqədar 1995-ci  il iyunun 10-da keçirilən müşavirədə ulu öndər Heydər Əliyev  çıxışında öz mövqeyini bildirdi.

1996-cı ilin oktyabrında Hüseyn Cavidin Naxçıvanda məqbərəsi yaradıldı, Mişkinaz  xanımın məzarı Bakıdan, Ərtoğrolun məzarı isə Naxçıvandan Cavid türbəsinə  köçürüldü. 2004-cü ildə Turan xanımın  vəfatından sonra Cavidlərin dördüncü - sonuncu nümayəndəsi də həmin məqbərədə dəfn edildi.  

Möhtərəm Prezidentimiz İlham Əliyevin  Hüseyn  Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncam ulu şairin irsinə çox böyük diqqətin  nəticəsidir. Mən böyük qürurla deyirəm ki, ulu öndərin tapşırığı ilə dahi Hüseyn Cavidin cənazəsinin vətənə gətirilməsi prosesində iştirakım bu yubileyə bir töhfədir. Bundan sonra hələ neçə yüz illər keçəcək, Cavid günəşi tarixin qanlı səhifələrindən  yenə də vüqarla boy göstərəcək... 

Telman Əliyev: - Mən 1936-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yengicə kəndində doğulmuşam. Orta məktəb illərində Cavidi sevən şagirdlərdən biri  də mən olmuşam. Onun əsərlərini və şeirlərini daim oxumuş, bir müəllimim kimi onun yaradıcılığından öyrənməyə çalışmışam.

1982-ci ildə Hüseyn Cavidin anadan olmasının 100 illik yubileyinə hazırlıq işləri ilə bağlı Azərbaycan KP Mərkəzi Komitəsinin Bürosunun qərarı çıxmışdı.

O zaman mən Naxçıvan Muxtar Respublikasının daxili işlər nazirinin müavini vəzifəsində çalışırdım.

Ulu öndərimiz Heydər Əliyevin tapşırığı ilə Naxçıvandan Sibirə gedib Hüseyn Cavidin məzarının tapılıb vətənə gətirilməsi bir vəzifə kimi Həmid Cəfərova, Zakir Nəsirova və mənə həvalə olundu.

İrkutska çatan günü Naxçıvana zəng vurdum və eşitdim ki, böyük bacım rəhmətə gedib. Anamı çox kiçik yaşlarımda itirdiyimdən bacım bizə ana əvəzi olmuşdu. Onun ölüm xəbəri məni çox sarsıtdı. Yas mərasiminə qatılmaq üçün Naxçıvana qayıtmağım qərara alındı. Hava limanına gəldik. Ancaq ürəyimə dolan bir hiss məni yoldan saxladı. Fikirləşdim ki, onsuz da dəfnə çata bilməyəcəyəm. İrkutskda qalım və bizə həvalə olunmuş tapşırığın yerinə yetirilməsində iştirak edim. Beləcə, Cavidin  ruhuna sevgim, ehtiramım məni hava limanından geriyə - yenidən İrkutska qaytardı. Sonrakı günlərdə biz şairin dəfn edildiyi qəbiristanlığı müəyyən etmək, Cavidin qəbrini tapmaq, cənazəsinin qalıqlarının  Azərbaycana gətirilməsini rəsmiləşdirmək  işləri ilə məşğul olduq.

Bu məqsədlə nümayəndə heyətimizin başçısı Həmid müəllim bir sıra partiya , sovet, hüquq-mühafizə orqanları ilə əlaqə yaradaraq lazımi sənədlərin alınmasına müvəffəq oldu.

Mən o günləri ömür salnaməmdə həyatımın ən şərəfli günləri sayıram. Çünki Azərbaycan xalqına, Azərbaycan vətəndaşlarına, o cümlədən Cavid ruhuna xidmət eləmək, onun cənazəsinin tapılıb Vətənə gətirilməsində üç nəfərdən biri olmaq, Azərbaycan oğlu üçün böyük bir şərəfdir. Yaşadığım bu 76 ilin içərisində o günləri ən unudulmaz günlər hesab edirəm ki, Cavidi öz çiyinlərimizdə gətirib Vətən torpağına tapşırdıq. Biz bu gün də üç mənəvi qardaş - Həmid, Zakir və mən özümüzü Hüseyn Cavidin mənəvi oğulları sayırıq.

Cavid məzara heç bir doğmasının çiynində getməmişdi. Amma Vətənə üç mənəvi oğlunun çiynində qayıtdı.   

Zakir Nəsirov: - 1982-ci ildə 28 yaşım vardı.  Naxçıvanda tikinti materialları kombinatının üzlük plitə sexində fəhlə işləyirdim. İşlədiyim yerdən SSRİ Ali Sovetinə deputat seçilmişdim. Bir qrup nümayəndənin sırasında mən də Fransaya səfərə hazırlaşırdım. O zaman Naxçıvan Vilayət Partiya Komitəsində üçüncü katib Həmid Cəfərov idi.  Mən onun  yanına getdim ki, sənədlərimin mümkün qədər tez düzəlməsində  kömək etsin. O isə bildirdi ki, yuxarıdan sorğu almışıq, biz getməliyik İrkutska, Cavidin məzarını gətirməyə. Dedim, gözüm üstə, gedirəm. Fransaya səfəri sonraya da saxlamaq olar. Oktyabrın 13-də mən, Həmid Cəfərov, Telman Əliyev Naxçıvandan çıxdıq. Naxçıvan-Yerevan, Yerevan-Moskva, Moskva-İrkutsk reysləri ilə getdik. Bu məsuliyyətli və ağır səfərimizin başa çatmağı iyirmi gün çəkdi. Noyabrın üçündə artıq Cavid Vətəndə torpağa tapşırıldı.  

İrkutskda azərbaycanlılar vardı, biz o buzlu torpağı qazanda, hamısı tökülüb gəldi köməyə. Müharibə dövründən qalan yeganə azərbaycanlı   tək bircə nəfər bərdəli Qəhrəman kişiydi, orada ailə qurmuşdu, qalanları sonradan gələn cavanlardı...

Cavidi tapdığımız qəbiristanlıqda  40 min nəfər uyuyur. Qəbirlər nömrəynəndi. O nömrələrin də hamısının arxivdə şəxsi uçot vərəqələri var. Arxiv sənədlərində üç-dörd yerdə Cavidin şəkli də vardı. Əynində sırıqlı, qoca bir kişidi, kədərli ...oturub belə...(Bu məqamda Zakir müəllim kövrəldi - müəllif). O şəkillərə baxanda ürəyim çox ağrıdı...

Cavid 1941-ci il noyabrın 8-də Maqadandan İrkutska - Əlillər evinə köçürülüb. Heç bir ay da yaşaya bilməyib orada. Xəstə adam, baxanı yox, tanıyanı yox... Həmin il dekabrın 5-də dünyasını dəyişib.

Mən Turan xanımı ilk dəfə İrkutskdan qayıdanda aeroportda- ulu Cavidin yolunu gözləyənlərin arasında gördüm. O, bizi çox soyuq qarşıladı, sanki donmuşdu, stresdən hiss etmirdi ki, nə baş verir. Sonralar əlaqə saxladıq, buralara yolum düşəndə, həmişə muzeyə gedib ona baş çəkirdim.

Allah  rəhmət eləsin dördünə də. Cavidlər  ailəsi ən əzabkeş ailə olub bu dünyada.., cəlladlar Cavid nəslini yaşamağa qoymadı. O ailədən  bir nəfər nişanə qalmadı. Adları, yaradıcılıqları əmanət qaldı bu günümüzə....Cavid kimi dahinin sorağı Maqadandan, Sibirdən gəlib. Neyləmişdi o peyğəmbər kimi insan?! Türkcə danışmışdı...türkcəni sevmişdi... 

İskəndər Orucəliyev, əməkdar müəllim: - Mən uzun illər  Turan xanımla çiyin-çiyinə çalışmışam. Özümü  onun qardaşı, Cavidin mənəvi övladı hesab etmişəm. Hüseyn Cavidlə  bağlı bir neçə kitabın müəllifiyəm. On əsrlik Azərbaycan ədəbiyyatı   tarixində Nizamidən sonra Cavidi görürəm - fəlsəfi düşüncələrinə, aforistik kəlamlarına görə...  

Cavid Vətənə xidməti nədə görürdü? Təbii ki, müəllimlikdə və şairlikdə. O, hər iki sənəti sevir və onlara hörmətlə yanaşırdı. Cavid şairlikdən aldığı zövqü müəllimlik peşəsindən də alırdı. O, müəllim sənətinə çox ciddi yanaşdığını öz pedaqoji düşüncə və nəzəri mülahizələrində də yazırdı. Bu qəbildən olan yazılarında Cavid, müəllimi məktəbdə əsas sima, uşaqlara əxlaq dərsi və tərbiyə verən, ədəb öyrədən şəxsiyyət kimi görürdü. Şair yeni nəslin maariflənməsində müəllimin roluna çox böyük əhəmiyyət verir, "maarifi sevən adam heç bir zaman cahil qala bilməz", - deyirdi.

Cavid nümunəvi bir müəllim kimi Naxçıvan mahalında milli məktəbin təsisçisi hesab edilən Məşədi Məhəmməd Tağı Sidqini göstərirdi.

Sidqinin məktəb, maarif və təhsil sahəsindəki xidmətlərini yüksək dəyərləndirirdi. Cavidin qənaətinə görə, əsl nümunəvi vətənpərvər, əqidəli, məsləkli, həmiyyətli olmalı, millətini və millətinin balalarını  sevməlidir. Müəllimin özü  təmiz qəlbə, parlaq  vicdana, gözəl əxlaqa, həqiqi və dərin məlumata malik olmalıdır. Müəllim öz ana dilində aydın, anlaşıqlı, səlis və gözəl danışmalıdır. "Məsləkli və əqidəli müəllim bir orduya bərabərdir", - deyən Cavid cəmiyyətdə ciddi islahatlar aparılması məsələsini maarif, məktəb və müəllimin adı ilə bağlayırdı.

Cavid müəllimdən tələb edirdi ki, o, yaşadığı əsrin mədəniyyətini bilsin, öyrənsin, maarifpərvər olsun, şagird və tələbələrinə qarşı səmimi, qayğıkeş, diqqətli, məhəbbətli olsun. Çünki "məhəbbət bəşəriyyətin ən  dərin, ən ülvi təcəlligahıdır" - deyirdi Cavid. 

Ellada Umudlu

BUNU DA OXU

Bakı-Şamaxı yolunda ağır qəza - 5 nəfər həyatını itirib - VİDEO
Kürdəmirdə yol qəzası baş verib - ÖZƏL - FOTOLAR
Çimərlik mövsümünə az qaldı - VİDEO
ATV-nin əməkdaşlarının koronavirus testi neqativ çıxdı - Yenilənib - VİDEO
Ələt azad iqtisadi zonası yaradıldı
Xəbər lenti

Ermənistanda koronavirus üçün test tapılmır - Virusa yoluxanları sayı 8 minə çatır
19:57 27.05.2020

İranda ziyarətgahlar açıldı - Daha 56 nəfər koronavirusun qurbanı oldu
19:32 27.05.2020

Gürcüstanda qadağalar aradan qaldırılır - Tiblisidə metro mayın 29-da açılacaq
19:16 27.05.2020

900 “Taliban” üzvü sərbəst buraxıldı - Azad edilən “Taliban” məhbuslarının sayı 2000-ə çatıb
19:12 27.05.2020

Türkiyədə komendant saatı başa çatıb - 47 mindən artıq insan cəzalandırılıb
18:59 27.05.2020

Co Bayden Trampı ittiham etdi - “O, tamamilə axmaqdır”
18:45 27.05.2020

Britaniya tarixində ilk - Hicablı müsəlman qadın hakim seçildi
18:23 27.05.2020

ABŞ qoşunlarını Əfqanıstandan çıxaxrır - Əsgərlərin evlərinə qaytarılması ilə bağlı danışıqlar gedir
18:03 27.05.2020

Ucarda gürzə ilanı öldürülüb - Uzunluğu təxminən 2 metr olub
17:41 27.05.2020

Şagirdlərin illik qiymətləndirilməsi - Hansı şagirdlər sinifdə qalacaq?
17:27 27.05.2020

Əhaliyə tibbi maska paylandı - Vətəndaşlar maskadan istifadə etmir
17:15 27.05.2020

Mingəçevirdə ağac məktəbin stadionuna aşıb - Sakinlər narahatdı
16:57 27.05.2020

Respublika Günü münasibətilə Moldova prezidenti İqor Dodon prezident İlham Əliyevə təbrik məktubu göndərib
16:41 27.05.2020

Ukrayna prezidenti Vladimir Zelenski Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
16:27 27.05.2020

1 tona yaxın çətənə kolu məhv edildi - Şəki sakinində narkotik vasitə aşkarlandı
16:18 27.05.2020

Salyanda kanaldan qadın meyiti tapıldı - Meyitin üzərində xəsarətlər aşkarlanıb
16:03 27.05.2020

Cərimələrin tutulmasına başlandı - Cərimələr necə ödəniləcək?
15:41 27.05.2020

Atəşkəs 25 dəfə pozuldu - Mövqelərimiz atəşə tutuldu
15:28 27.05.2020

Zaqatalada mal tövləsi yandı - 70-dən çox ot bağlaması yanıb
15:12 27.05.2020

Bakıda 11 yaşlı uşaq atası tərəfindən bıçaqlanıb - Polis faktla bağlı araşdırmaya başlayıb
14:42 27.05.2020

Tovuzda 20 yaşlı piyada vuruldu - Yaralının vəziyyəti kafidir
14:23 27.05.2020

Pulsuz tibbi maska paylanıldı - VİDEO
12:27 27.05.2020

Çimərliklərə yeni tələblər qoyuldu - Yenilənib - VİDEO
11:58 27.05.2020

Bakı-Şamaxı yolunda ağır qəza - 5 nəfər həyatını itirib - VİDEO
11:26 27.05.2020

Smart qaz sayğacları dəyişdirilir - Yenilənib - VİDEO
11:01 27.05.2020

Şamaxının icra başçısı rayondakı vəziyyət barəsində danışdı - VİDEO
10:35 27.05.2020

Kürdəmirdə yol qəzası baş verib - ÖZƏL - FOTOLAR
10:10 27.05.2020

Abonent tərəfindən “Azərişığ”ın əməkdaşı güllələndi - Enerji borcunu istəməyə getmişdir
22:35 26.05.2020

Daha 132 nəfər koronavirusa yoluxdu - 78 nəfər sağaldı, bir nəfər vəfat etdi
22:14 26.05.2020

Astarada qadın qonaq getdiyi evdən oğurluq etdi - 10000 manat pul və qızıl-zinət əşyaları oğurlandı
21:45 26.05.2020

Sabiq nazir koronavirusdan öldü - İyunun 1-dən daxili turizmdə məhdudiyyətlər yumşaldılır
21:39 26.05.2020

Astarada narkotacirlər saxlanılıb - Narkotik vasitəni Bakıda satmaq istəyirmiş
21:25 26.05.2020

Gürcüstan xin rəhbəri təşəkkür edib - “Köməklik göstərilməsəydi koronavirusun öhdəsindən gəlmək çətin olardı”
21:04 26.05.2020

ÜST rəsmi açıqlama verib - Malyariya əleyhinə dərman koronavirusa təsir etmir
20:47 26.05.2020

Türkiyədə gizli yas mərasiminə qatılanlar koronavirusa yoluxub - 163 nəfərdə virus aşkarlanıb
20:25 26.05.2020

Gəncədə 61 yaşlı kişinin meyiti evində aşkarlandı - Meyitə kəsici – deşici alətlə xəsarət yetirilib
20:05 26.05.2020

Yayda avtomobillər niyə yanır? - Ustalar səbələri açıqlayır
19:41 26.05.2020

Pulsuz tibbi maska paylanıldı - İctimai nəqliyyatda maskadan istifadə vacibdir
19:08 26.05.2020

Zaqatalada çobanı ilan sancdı - Gürzə gödəkçənin qolunda gizlənibmiş
18:34 26.05.2020

Bərdədə 70 kq yararsız ət aşkarlanıb - Ətdən nümunələr götürülüb
18:12 26.05.2020

Gəncədə avtomobil quyuya aşdı - 1 nəfər öldü, 1 nəfər xəsarət aldı
16:49 26.05.2020

Avtomobil ağaca çırpıldı - Sürücü xəsarət aldı
16:35 26.05.2020

Zidan, Qvardiola, Ançelotti - Çempionlar liqasının ən yaxşı məşqçiləri məlum oldu
15:58 26.05.2020

18 avroluq maskalar - "Barselona"dan azarkeşlərə xüsusi təklif
15:39 26.05.2020

20 min avroluq turnir başlayır - Yarışda milli komandanın üzvləri də iştirak edəcək
15:29 26.05.2020

Atəşkəs pozulub - Mövqelərimiz sutka ərzində 26 dəfə atəşə məruz qalıb
15:13 26.05.2020

Ermənistanda vəziyyət kritikdir - Boş yerlər tükənmək üzrədir
14:58 26.05.2020

Baş nazirin görmə qabiliyyəti pisləşib - Boris conson koronavirusun səhhətinə vurduğu zərərdən danışıb
14:38 26.05.2020

ABŞ-da yeni təhlükəli virus yayılır - Sakinlər həyəcan təbili çalır
14:16 26.05.2020

Dünyada koronavirusla bağlı son statistika - Virus qurbanlarının sayı 348 minə çatır
13:45 26.05.2020

Rusiyada hərbi helikopter qəzaya uğradı - Ölənlər var
13:23 26.05.2020

190 manat birdəfəlik ödəmə nə vaxtadək olacaq? - VİDEO
11:25 26.05.2020

Çimərlik mövsümünə az qaldı - VİDEO
10:59 26.05.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıya səfər edib - Yenilənib - VİDEO
10:28 26.05.2020

ATV-nin əməkdaşlarının koronavirus testi neqativ çıxdı - Yenilənib - VİDEO
10:01 26.05.2020

Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanıldı - 15 günlük həbs olundu
22:36 25.05.2020

Rusiya vətəndaşı saxlanıldı - Evindən nartotik vasitə və odlu silah götürüldü
22:16 25.05.2020

11 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarıldı - Faktla bağlı araşdırma davam edir
21:58 25.05.2020

Yeni Zelnadiyada baş nazir canlı efirdə olarkən zəlzələ baş verdi - 5,8 bal gücündə zəlzələ 30 saniyə davam edib
21:39 25.05.2020

Oksford alimlərindən COVİD-19 pevəndi ilə bağlı açıqlama - Sınaqların uğurlu olacağı ehtimalı 50 faizdir
21:28 25.05.2020

Ermənistanda koronavirus sürətlə yayılır - Bir gündə 452 nəfərdə virus aşkarlanıb
21:16 25.05.2020

Böyük Britaniya karantin qaydalarını pozduğu üçün istefası tələb olunur - Hakim partiyadan da ona qarşı çıxanlar var
20:49 25.05.2020

İki qardaş saxlanıldı - 17 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarıldı
20:39 25.05.2020

İmişlidə növbəti dəfə dezinfeksiya işləri aprıldı - Sakinlərə pulsuz maska paylandı
20:13 25.05.2020

149 nəfər yeni koronovirusa yoluxdu - 134 nəfər sağaldı, 2 nəfər vəfat etdi
19:49 25.05.2020

Prezident Ilham Əliyev Gürcüstanın Prezidenti Salome Zurabişvilini Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik edib
19:37 25.05.2020

İtaliya Prezidenti Sercio Mattarella Respublika Günü münasibətilə dövlət başçısına məktub göndərib
19:26 25.05.2020

Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib
19:03 25.05.2020

Şamaxıda icra hakimiyyətində 1 nəfərdə virus aşkarlandı - İcra başçısı və əməkdaşlar karantindədirlər
18:39 25.05.2020

"Azəriqaz" sosial aksiya keçirdi - Evlərə pulsuz qaz xətti çəkildi
18:27 25.05.2020

Şəkidə əməliyyat tədbiri keçirilib - 1 ton çətənə məhv edilib
18:12 25.05.2020

Ağdaşda qanunsuz narkotik bitki əkən şəxs saxlanıldı - Faktla bağlı araşdırma başladılıb
17:58 25.05.2020

Karantin qaydalarını pozan restoran aşkar edilib - 32 nəfər məsuliyyətə cəlb edilib
17:36 25.05.2020

Təlimlər başa çatdı - Şəxsi heyət təcrübə və vərdişlər əldə edib
17:12 25.05.2020

Pandemiya dövründə ilk titul - Belarus kubokunun yeni sahibi məlum oldu
16:52 25.05.2020

Zidan özünütəcrid qaydalarını pozdu - "Real"ın baş məşqçisi cərimələnəcək
16:38 25.05.2020

Daha bir yüksək vəzifəli şəxs koronavirusa yoluxdu - Tuva respublikasının rəhbəri COVİD-19-a tutulub
16:15 25.05.2020

Trampın tvitlərini yazan şəxs məlum olub - “Bir centlmenim var”
15:48 25.05.2020

Virusa yoluxanların sayı 5 milyon 502 mini ötüb - Ölənlərin sayı isə 346 mini ötüb
15:27 25.05.2020

Atəşkəs yenə pozuldu - Mövqelərimiz atəşə məruz qalıb
15:12 25.05.2020

Bütün xəbərlər