Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Kökəldən və arıqladan kinolar - VİDEO

Kökəldən və arıqladan kinolar - VİDEO
   1478 dəfə oxunub

Alimlərin apardığı araşdırmalar ortaya maraqlı faktlar çıxarıb. Sən demə döyüş filmlərinə baxmaq insanın kökəlməsinə gətirib çıxarır.

ATVxəbər.az-ın məlumatına görə, elm adamlarının araşdırması nəticəsində məlum olub ki, belə filmlər qida pozğunluğu yaradır. Tədqiqata cəlb olunan 960 nəfər üzərində müşahidə aparan alimlər bu qənaətə gəliblər. Bir neçə həftə davam edən tədqiqat zamanı məlum olub ki, digər janrda olan filmlərdən fərqli olaraq, döyüş səhnələri bol olan filmlər insanların diqqətini ekrana çəkdiyindən, onlar özlərini unudur, tez-tez qida qəbul edir və bu da onların artıq çəkidən əziyyət çəkməsinə gətirib çıxarır.

Döyüş filmlərindən fərqli olaraq qorxu filmləri izləyərkən bədəndə baş verən dəyişikliklər  nəticəsində, insan oturduğu yerdə belə kalori itirə bilər. Alimlər bu qənaətə gəlib ki, qorxu filmləri izlədiyimiz zaman bədəndəki qan dövranı sürətlənir və beləcə bədəndə adrenalin ifrazı artır. Qorxduğumuz zaman yaşanan adrenalin iştahanın azalmasına, əsasən də metabolik proseslərin sürətlənməsinə gətirib çıxarır. Bu isə 60- 90 dəqiqə boyunca kifayət qədər kalori itirməyimizə səbəb olur. Qeyd edək ki, baş rolunu Jack Nicholsonun oynadığı  “Parıltı”  filmi kalori itirə bilməyimiz üçün ən ideal qorxu  filmlərindən biri hesab olunur.