Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Güney Azərbaycanın Üzeyiri - "Təbrizin ruhu mənə daha yaxındı"

Güney Azərbaycanın Üzeyiri - "Təbrizin ruhu mənə daha yaxındı"
   26212 dəfə oxunub
Onlar çox uzaqda deyillər. Əlimiz də çatır, ünümüz də yetir. Amma bizim onlar üçün görə biləcəyimiz çox iş var, elə onların da bizdən umduqları az deyil. Ən azı, tanınmaq, izlənmək, xatırlanmaq istəklərində haqlıdırlar.  Cənubi Azərbaycanda yaşayan istedadlı soydaşlarımızı sizə təqdim edirik:

Aria Torkanbori Təbrizdə doğulub. Bakıda professor Arif Məlikovdan, Ceyhun Allahverdiyevdən və Azər Dadaşovdan bəstəkarlıq, Eyyub Quliyevdən dirijorluq, Lala Rzayevadan və Leyla Məmmədovadan piano dərsləri alıb. Tehranda, Təbrizdə, İstanbulda və Berlində musiqi təhsilini sistemli şəkildə davam etdirib. Təbrizdə ilk dəfə operanı səhnəyə gətirən həmyerlimizlə söhbətləşirik:

- Musiqi ilə uşaqlıqdan məşğul olmağa başlamışam. Yeddi yaşımdan bəri piano çalmışam. On səkkiz yaşım olanda Təbriz Universitetinin “Mühəndislik” ixtisasına daxil olsam da, bir il sonra öz istəyimlə universitetdən çıxdım. Bundan sonra bəstəkar olmağa qərar verdim və həyatımı musiqiyə bağladım.

- Təbrizdə Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operasının musiqisi əsasında forma və məzmunca yeni olan “Məcnun - Talibi-Nur” tamaşasının səhnəyə qoyulması xəbəri sevindiricidir, həm də nəzərə alsaq ki, bu, Təbriz səhnəsində göstərilən ilk operadır.

- “Məcnun-Talibi-Nur” Təbrizin mədəniyyət tarixində ilk opera idi və çox böyük anşlaqla qarşılandı.

- Bu qürurverici hadisə olsa da, xeyli təəccübləndirir. İranda operanın bu qədər gecikməyinin səbəbi nədir? Qadağalarmı vardı?

- Yox, operaya qadağadan söhbət gedə bilməz. Sadəcə, yaxşı musiqiçilər, yüksək səviyyəli ifaçılar olmayıb ki, opera səhnəyə çıxa bilsin.

- Bütün yeniliklər çətin qəbul edilir. Yəqin, bu ilk opera da səhnədən qəribə görünüb tamaşaçıya.

- Elədir. Tamaşaçı sözün əsl mənasında heyrətə gəlmişdi. Çoxları sevincdən ağlayırdı. Bəziləri ifadan bir neçə gün sonra da, məni tapıb qucaqlayır, təbrik edirdi.

- İndi sizi Cənubun Üzeyiri adlandırırlar, yəqin?

- Yox. Üzeyir bəy olmaq mümkün deyil. Üzeyir bəy təkcə dahi bəstəkar yox, həm də dahi insan olub. Onu yalnız Şostakoviçlə müqayisə etmək olar. Bəlkə də, hələ uzun illər belə insan doğulmayacaq. Onun necə böyük şəxsiyyət olduğunu hələ də bilmirlər.

- Opera ilə bağlı, yəqin, planlarınız genişdir...

- İndi “Koroğlu” operası üzərində işləyirik. Birinci pərdə artıq hazırdı. Burda da Üzeyir bəyin “Leyli və Məcnun” operasında olduğu kimi məzmun və mətn fərqli olacaq. Hər iki mətnin müəllifi özüməm. Bir uşaq nağılı əsasında operetta yazmışam, tezliklə onu da səhnəyə çıxaracağıq. Yaxın vaxtlarda öz əsərlərimdən ibarət konsert verməyi düşünürəm.

- Siz nəsr də yazırsınız eləmi?

- “Laçının sirri” adlı bir romanım var. On səkkiz yaşımda yazmışam. Bu yaxınlarda çap olunacaq. Romanın mövzusu daha çox musiqi və fəlsəfə ilə bağlıdır.

- Ümid edirik uğur qazanacaq. Romanı azərbaycanca yazmısınız?

- Yox, farsca. “Razeh  Lachin” – orijinalda belə səslənir. Amma bir zamanlar azərbaycancaya da tərcüməsini düşünürdüm, ilk cəhdim uğursuz alındı.

- Necə, yəni?

- Dörd il bundan öncə Bakıda bir ədəbiyyatçıya yaxınlaşdım, farscanı yaxşı bilirdi. Kitabın tərcüməsindən danışanda dedi ki, ruslar bu haqda çox yazıblar, bu kitab nəyimizə gərəkdi? Mən də sadəcə güldüm və sağollaşdım.

- Təəssüf edirəm. Amma çoxumuz bəzən yanlış ünvanlara gedirik. Ümid edirəm, ruhdan düşməyəcəksiniz.

- Təəssüf doğursa da, reallıq budur. Amma ruhdan düşməkdən söhbət belə gedə bilməz.

- Sizcə, Təbrizdən Azərbaycan mədəniyyəti, incəsənəti, ədəbiyyatı necə görünür?

- Düşünürəm ki, çox yaxşıdır. Bu sahələrdə xeyli irəliləyiş var.

- Amma, yəqin, umu-küsünüz də yox deyil.

- Hə, elədir. Amma faydası yoxdu, təəssüf ki.

- Məsələn?

- Məsələn, düşünürdüm ki, “Məcnun Talibi-Nur” Bakıya dəvət alacaq. Ancaq olmadı. Yaxınlarda bu əsər Berlin də də səhnəyə çıxacaq. Ancaq özüm azərbaycanlı ola-ola, Bakıda təhsil ala-ala nəyə görəsə heç bir şansım yoxdur.

- Müraciətinizə nə cavab veriblər?

- Bayaq özünüz dediyiniz kimi, yenilik həmişə çətin qarşılanır.

Operanın məzmununun dəyişdirilməsi birmənalı qəbul edilməyib. Soruşurlar ki, niyə bu əsərdə Leyli yoxdu? Deyirəm, Leyli əsərdə fiziki olaraq mövcud deyil. Çünki Leyli və Məcnunun eşqi başqa bir eşqdir, yalnız qız-oğlan münasibəti deyil.

Ayrı-ayrı adamlar müxtəlif fikirlər səsləndirir. Bəzən deyirlər, Üzeyir Hacıbəyli sən qədər bilmirdimi, lazım olsaydı özü əsəri belə hazırlayardı? Kimisi də deyir, əsəri dəyişdiyinə görə səni məhkəməyə vermək lazımdı. Bu il Üzeyir bəyin xatirəsinə həsr olunan musiqi festivalında İtaliyadan musiqişünas professor Mattietti qonaq qismində iştirak edirdi. Maraqlısı budur ki, o, Bakıda “Leyli və Məcnun” operasının ikinci pərdəsində durub getmişdi. Bizim operaya isə diqqətlə baxaraq, mənə əsərlə bağlı çox yüksək fikirlər səsləndirmişdi. Bakıda isə bu əsəri qəbul elətdimək çox çətindir. Sizcə, nə etmək olar?

- Düzü, sual gözlənilməz oldu. Həm də, bu mənim bildiyim sahə deyil. Bir də, sizin tamaşanı görməmişəm, axı.

- Odur ki, indi heç bir cavabım yoxdur. Amma hər halda nəsə etmək olar.

- Məncə də olar. Ancaq sponsor lazımdı. Səhnə verilməlidir, ifaçıların hotel və yol xərcləri ödənməlidir.

Bu əsərə yeni baxış Üzeyir bəyin “Leyli və Məcnun”una yeni can verib. Bakıdan himayə fikrini hələlik özümdən uzaqlaşdırmışam. Üzeyir bəyin ev-muzeyinin direktoru Sərdar Fərəcov söz verib ki, bizim afişamızı muzeyin divarına vurduracaq. Afişanı Təbrizdən Bakıya özümlə daşıdım. Ancaq bilmirəm asıldımı?

- Bakıya köçmək istəmirsiniz ki?

- Bakıda daha çox gəzməyi sevirəm. Doğrudan da gözəl şəhərdir. Ancaq mədəniyyət baxımından çox fərqli ruhlardayıq. Təbrizin ruhu mənə daha yaxındı.

- Fürsət düşmüşkən, hansı həmkarlarınızın tanınmasını, diqqət mərkəzində olmasını istərdiniz?

- Ali Geranmehr Bakıda təhsil almış bəstəkar və tarzəndir. Farhad Soltani vokal ifaçısıdır. Bakıda Bülbül adına Vokal festivalında birinci yeri tutub. Səməd Maralbaşı gözəl klarnet ifaçısıdır. Bu adamlar hal-hazırda Təbrizdə yaşayırlar və olduqca istedadlıdırlar. Ancaq təəssüf ki, nə Təbrizdə,  nə  Bakıda  layiq  olduqları qədər tanınmırlar.

- Mütaliə ilə aranız necədir? İndi nə oxuyursuz?

- Babək Əhmədinin fəlsəfəyə və incəsənətə aid kitablarını, bir də və Peter Şafferin “Günəş naminə kral ovu” əsərini oxuyuram.

- Yaşıd həmkarlarına bir sözün, arzun varmı?

Bakıdakı gənc bəstəkarlara arzum budur ki, yeniliyə açıq olsunlar. Bakıda olduqca istedadlı gənc musiqiçilər var: Ayaz Qəmbərli, Türkər Qasımzadə, Tahir İbişov, Firudin Allahverdi, Səid Qəni. Yenə deyirəm, təəssüf ki, bu dostlar lazım olduğu qədər tanınmırlar, baxmayaraq ki, müxtəlif beynəlxalq festivallarda mükafatlandırılıblar. Gənc bəstəkarlar nəinki onların, heç dünyaca məşhur bəstəkarların da musiqilərini dinləmirlər. Kimi dindirsən Şostakoviçin, Prokofyevin, Skryabinin adını çəkir. Fərəc Qarayev kimi gözəl bəstəkarın əsərləri Bakıda ifa olunur, ancaq zal boş qalır. Bu insanlar bir nemətdir, onların qədrini bilsinlər. Bir vaxtlar Üzeyir bəyin yenilik gətirməsinə görə onu təqib ediblər. Gənc bəstəkarlar öz yollarını tapmalıdırlar, qarşılarına heç bir sədd qoymamalıdırlar. Musiqi riyaziyyat deyil.

Musiqi ancaq rus məktəbi, Bethoven, Bax demək deyil. Marco Stroppa, Helmut Lavhenman, Bit Furrer, Hans Tutşku kimi insanlar da böyük bəstəkarlardır. Qara Qarayev kimi bəstəkarları özlərinə ustad hesab edənlər bilmirlər ki, Qara müəllim Amerikaya gedib Stravinskini görəndən sonra, ömrünün sonuna qədər müasir musiqi yazmağa başlayır. Qara müəllimin davamçısı olan oğlu Fərəc Qarayev onun başladığı yolu davam etdirir. Bu insandan nə qədər mümkündürsə faydalanmaq lazımdır. Hər iki ildən bir Qara Qarayev adına müasir musiqi festivalı keçirir. Ancaq mən şəxsən zallarda tələbələri o qədər də görmürəm. Bu isə çox böyük problemdir. Gənclər yeniliyə açıq olmasalar, bu, yaradıcılığın məhvi ola bilər. Narahatedici məqamlardan biri də odur ki, gənc musiqiçilərin düşüncələri özlərindən iki nəsil böyük həmkarlarından fərqlənmir. Dünyada təkrara ehtiyac yoxdur. Azı siz eynən öz də müəllimlərinizə oxşayacaqsınızsa, onda daha özünüzə nə ehtiyac var?

- Qarşıdakı planlarınız, istəkləriniz...

- Romanım haqqında danışdım. Yenisini də yazıram. Bəzi tərcümələr edirəm. Məsələn, 2010-cu ildə, Bakıda azərbaycanca alətşünaslıqla bir dənə də olsun bağlı kitab tapa bilmədim. Başladım özüm tərcümə etməyə. Kitabın yarısını tərcümə etsəm də, heç bir maddi dəstək almadığıma görə iş yarımçıq qaldı.http://aydinyol.az/

Feyziyyə Soltanmurad

 
 

 

BUNU DA OXU

Ailə həyatı qurmağa hazırlaşan gənclərə ətrafdakılar niyə dəstək olmadı? - “Bizimləsən”də - VİDEO
Kosmonavtlar da unudulmadı - Onlara yeni il hədiyyəsi aparıldı
“Çelsi”nin transfer qadağası ləğv edildi
Bu gün 650 min ağac əkiləcək - Kampaniya bütün bölgələri əhatə edəcək - VİDEO
Qatar minik avtomobili ilə toqquşdu - Saatlıda
Xəbər lenti

Şahin Mustafayev Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri təyin edilib
18:35 07.12.2019

Bələdiyyə seçkilərinə hazırlıq - Şirvanda seminar-müşavirə keçirilib
18:10 07.12.2019

“Xalça diyarına səyahət" - Uşaq festivalında möhtəşəm anlar yaşanıb
17:52 07.12.2019

Sabah yağış yağacaq
17:30 07.12.2019

Ailə həyatı qurmağa hazırlaşan gənclərə ətrafdakılar niyə dəstək olmadı? - “Bizimləsən”də - VİDEO
14:33 07.12.2019

Tramp Dünya Bankını Çinə kredit verməyi dayandırmağa çağırıb
14:09 07.12.2019

Yada düşər xatirələr. 2005-ci il. - Abbas Bağırov - "Məhəbbətin qüdrəti" - VİDEO
13:44 07.12.2019

Kosmonavtlar da unudulmadı - Onlara yeni il hədiyyəsi aparıldı
13:20 07.12.2019

Kirayə mənzillər necə satılacaq? - Qaydalar açıqlandı - VİDEO
12:53 07.12.2019

Avstraliyada meşə yanğınları - Dörd nəfər ölüb, 30 nəfərdən çox xəsarət alan var
12:30 07.12.2019

Qaz sayğacları ilə bağlı qanunsuz pul yığılır - “Azəriqaz”dan abonentlərə xəbərdarlıq - VİDEO
12:11 07.12.2019

Avtomobillərin toqquşması ölümlə nəticələndi - Qəbələdə - FOTOLAR
11:51 07.12.2019

Qırğızıstanın sabiq Baş nazirlərinə hökm oxunub - FOTOLAR
11:32 07.12.2019

Vətəndaşların problemlərinin həlli diqqət mərkəzindədir - VİDEO
11:11 07.12.2019

“Danışan məktub” filmi yeni versiyada - Görmə və eşitmə məhdudiyyəti olan şəxslər üçün hazırlanıb - VİDEO
10:49 07.12.2019

Taliban 10 polis əməkdaşını qətlə yetirdi - Əfqanıstanda şiddətli atışma
10:25 07.12.2019

AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı açıqlandı
10:06 07.12.2019

Xaçmazda ağır avtoqəza - Sürücü və sərnişin dünyasını dəyişdi
09:45 07.12.2019

“KOB DOSTU”nun sayı artır - Lənkəran və Cəlilabadda da fəaliyyətə başladı
20:49 06.12.2019

Braziliyanın BMT-yə 415 milyon dollar borcu var - Ölkə səsvermə hüququndan məhrum edilə bilər
20:25 06.12.2019

TRASEKA hökumətlərarası komissiyasının 14-cü iclası - Bakı Bəyannaməsi qəbul edildi - FOTOLAR
20:00 06.12.2019

Rusiya pomidor idxalına qadağa qoyur - Qadağa Azərbaycana təsir edə bilərmi?
19:33 06.12.2019

“Putinlə təkbətək görüşdən qaç” - Poroşenkodan Zelenskiyə məsləhət
19:10 06.12.2019

Tramp iddiaları təkzib etdi - “ABŞ Yaxın Şərqə əlavə qüvvə göndərməyəcək”
18:45 06.12.2019

Ağacəkmə aksiyası bölgələri də əhatə edib - Tovuz və Qaxda 30 min ağac əkilib
18:28 06.12.2019

Həlak olan neftçilərin xatirəsi anıldı - SOCAR-ın əməkdaşları 100 min ağac əkdi
18:10 06.12.2019

Daha bir müəssisə bağlandı - Küçədən yığılan butulkalardan istifadə edilirmiş
17:44 06.12.2019

“YAP seçkidə yaxından iştirak edəcək” - Əli Əhmədov parlamentin buraxılmasından danışdı
17:21 06.12.2019

“Soyuq əllər, isti ürək” yarmarkasında maraqlı anlar - VİDEO
17:00 06.12.2019

Bələdiyyə seçkilərinə hazırlıq - Şirvanda seminar-müşavirə keçirilib
16:45 06.12.2019

Aqrar sığortanın tətbiqi - Yeni sistem hansı istiqamətləri əhatə edəcək?
16:25 06.12.2019

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda ağacəkmə aksiyasında iştirak ediblər - FOTOLAR
16:22 06.12.2019

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar - FOTOLAR
16:13 06.12.2019

Xalq yazıçısı Anarla görüş keçirilib - BSU-da “Qələmin əfsunu” adlı tədbir təşkil olunub
16:07 06.12.2019

Ağacəkmə aksiyası - ATV- də nəcib təşəbbüsə qoşuldu - FOTOLAR
16:06 06.12.2019

“Çelsi”nin transfer qadağası ləğv edildi
15:45 06.12.2019

Nəbi Xəzrinin 95 illiyinə həsr olunmuş tədbir keçirilib
15:25 06.12.2019

Şənbə günü hava necə olacaq?
15:06 06.12.2019

Hansı şirkətlər kibertəhlükə ilə üz-üzə qalıb? - Bəzi müəssisələrin informasiya təhlükəsizliyi büdcəsi yoxdur - VİDEO
14:45 06.12.2019

ABŞ İran hakimiyyətini mindən çox etirazçının qətlində ittiham edib
14:23 06.12.2019

Bank kartlarını təhlükədən necə qoruyaq? - VİDEO
14:00 06.12.2019

Bərdədə pendir sexinin fəaliyyəti dayandırıldı - Məhsullar anti-sanitar şəraitdə hazırlanıb
13:41 06.12.2019

Xarici İşlər nazirləri gələn il görüşəcək - Həmsədr ölkələrin nümayəndə rəhbərləri bəyanat yaydı
13:20 06.12.2019

Bu gün 650 min ağac əkiləcək - Kampaniya bütün bölgələri əhatə edəcək - VİDEO
13:00 06.12.2019

Şamaxıda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilən binada yaradılan şəraitlə tanışlıq - FOTOLAR
12:38 06.12.2019

Şamaxıda "ASAN Həyat" kompleksi istifadəyə verilib - Prezident İlham Əliyev açılışda iştirak edib - FOTOLAR
12:17 06.12.2019

266 min manat krediti qaytarmadı - 808 min manatlıq əmlakına həbs qoyuldu
11:55 06.12.2019

Anası tərəfindən atılmış Turanənin acı taleyi - VİDEO
11:40 06.12.2019

Elmar Məmmədyarov irlandiyalı nazirlə görüşüb - FOTOLAR
11:19 06.12.2019

Heydər Əliyev Fondu Rusiyada mükafata layiq görülüb
10:59 06.12.2019

Fransada gərginlik - 100-dən çox etirazçı saxlanılıb
10:18 06.12.2019

Polşa və Pribaltikanı NATO qoruyacaq - Yeni plan qəbul edildi
09:56 06.12.2019

Tarixdə bu gün - 6 Dekabr - Zəki Mürən, ilk telefon xətti, dünyanın ən iri həcmli ensiklopediyası, insulin...
09:35 06.12.2019

“Belarusla Rusiyanın birləşməsi mümkün deyil” - Lukaşenko ittifaqla bağlı qəti qərarını açıqladı
21:45 05.12.2019

“Azərbaycan ərazilərinin işğalı davam edir” - Çavuşoğludan ATƏT-in iclasında Qarabağ açıqlaması
21:38 05.12.2019

ABŞ silahla dolu İran gəmisini saxladı - Raket hissələri Husi üsyançılarına göndərilibmiş
21:22 05.12.2019

Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında - Sərəncam
21:00 05.12.2019

Serj Sarkisyana qarşı cinayət işi açıldı - O, dövlət büdcəsini mənimsəməkdə ittiham olunur
20:50 05.12.2019

Qəbul imtahanlarının vaxtı müzakirə olunur - Gözlənilən yarışlara uyğun dəqiqləşmə aparılacaq
20:25 05.12.2019

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında - Sərəncam
19:49 05.12.2019

Şəhriyarla ailə həyatı qurmağa gələn qız niyə fikirini dəyişdi? - "Bizimləsən"də - VİDEO
19:30 05.12.2019

"Müasir Azərbaycan diplomatiyasının 100 illiyi” - Ərəb dilində kitab çap olunub
18:42 05.12.2019

Əqli mülkiyyət hüquqlarının müdafiəsi - Bakıda seminar keçirilir
18:36 05.12.2019

Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında - Sərəncam
18:20 05.12.2019

On ölkədə "Azərbaycan Evi" fəaliyyətə başlayacaq - Diasporla İş üzrə Dövlət Komitəsi hesabat verdi
18:18 05.12.2019

Nəsiminin 650 illiyi qeyd olunur - Elmi-praktiki konfrans keçirilib
18:11 05.12.2019

Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında - Sərəncam
18:00 05.12.2019

Əlibaba Məmmədovun 90 illiyinin qeyd edilməsi haqqında - Sərəncam
17:30 05.12.2019

“Müzakirələr kifayət qədər çətin keçdi” - Məmmədyarov erməni həmkarı ilə görüşdən danışdı
17:28 05.12.2019

Bibiheybət yolu nə vaxt təmir ediləcək? - Agentlik əlaqədar qurumlardan hesabat gözləyir
17:10 05.12.2019

İcbari tibbi sığorta haqqı necə hesablanacaq? - Dövlət Agentliyindən açıqlama
16:30 05.12.2019

Magistraturaya qəbul qaydası dəyişə bilər - İmtahanın birmərhələli keçirilməsi təklif olunub
15:39 05.12.2019

Məişət əşyaları oğurlayan şəxs tutuldu - Quba sakini həmkəndlisinin evini qarət edib
12:49 05.12.2019

Kürdəmirdə “FORD” yük maşınına çırpılıb - Ölən və xəsarət alanlar var - FOTOLAR
09:50 05.12.2019

Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüb
09:35 05.12.2019

Tarixdə bu gün - 5 Dekabr - “Bermud üçbucağı”, Könüllülər günü, Uolt Disney...
09:19 05.12.2019

Sabah hava necə olacaq?
14:55 04.12.2019

Slovakiyada Qarabağ müzakirəsi - Azərbaycan münaqişənin həllinə dair mövqeyini təqdim edib
13:39 04.12.2019

Elmi-tədqiqat işləri artıb
13:21 04.12.2019

II Xəzər innovasiya konfransı keçirilib - Konfrans “Əşyaların interneti” mövzusuna həsr edilib
13:02 04.12.2019

Bütün xəbərlər