Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Qafqazda ən qədim soyad kimindir?

Qafqazda ən qədim soyad kimindir?
   30628 dəfə oxunub

Həm coğrafi baxımdan, həm də görünüş baxımından Qafqaz ölkələri bir-birinə çox yaxındır. Bu gün maraqlı mövzuya toxunuruq: Qafqaz soyadlarının anlamlarını və yaranma səbəblərini araşdıracağıq.

1. Azərbaycan soyadları

   

Müasir Azərbaycan soyadlarının yaranması XX əsrin əvvəllərinə, daha dəqiq desək, sovet hakimiyyətinin qurulduğu ilk illərə təsadüf edir. Hələ XIX əsrdə azərbaycanlıların antroponimik modeli əsas adlardan və ata adlarından ibarət idi. Kişilərdə ata adına “oğlu” və ya “zadə” (oğlu) əlavə olunurdu. Məsələn: İbrahim Səttar oğlu, Ziya Nəcəfzadə və s. Qadınlarda isə “qızı” əlavə olunurdu. Məsələn: Reyhan Qurban qızı və s.

Bu cür soyadlar, əsasən, xüsusi imtiyazlara malik olan sinfin nümayəndələrinə şamil edilirdi. Elə sovet Azərbaycanı yaradılarkən də bu adamlara ilk olaraq soyadları verilmişdir. Sadə adamlarda isə hələ uzun müddət ikitərkibli antroponimik model saxlanılmışdır. Belə ki, sadə adamlarda fərqləndirmək və tanıtmaq üçün ada ləqəblər qoyulması modeli mövcud idi. Məsələn: Keçəl Məmməd, Çolaq Əhməd, Uzun Qasım və s...

İlk azərbaycanlı soyadları ata, baba adlarından ibarət olurdu və bu adlara yalnız “oğlu” və ya “qızı” sözləri əlavə olunurdu. Belə adlara indi də rast gəlinir. Məsələn: Əliağa Səlimzadə və ya Cəfəroğlu, Səfəroğlu, Ramazanzadə və s... Amma sovet hakimiyyətinin ilk illərində Azərbaycanda “ruslaşmış soyadlar” variantından istifadə olunmağa başlandı. Misal olaraq: Səmədov, Qasımov, Mansurov, Vəzirov və s...

Baxmayaraq ki, əksəriyyət azərbaycanlı soyadları patronimlərdən ibarətdir, bəzi hallarda peşələrlə bağlı olan soyadlara da rast gəlinir. Məsələn: Vəkilov, Həkimov və s... Bəzi hallarda isə soyadlarda  “xan” və “bəy” sözləri də əlavə olunur. Bu da soyadı daşıyanın yüksək statuslu nəsildən olduğunu bildirir. Buna Talışxanov, Qubaxanov, Şəkixanov və s. soyadarı misal göstərmək olar. Bakıxanov soyadı da bu soyadı daşıyanın Bakı xanı nəslindən olduğunu biruzə verir.

Azərbaycanlı soyadları ölkədən kənarda da geniş yayılmışdır. Belə ki, Gürcüstan Ədliyyə Nazirliyinin Vətəndaşların Qeydiyyat Reestri Agentliyinin verdiyi rəsmi məlumatlara əsasən, Gürcüstanda yaşayan azərbaycanlı soyadlarından ən çox yayılanı Məmmədov (25.968 nəfər) və Əliyev (17.605 nəfər) soyadlarıdır.

2013-cü ilin mart ayından Azərbaycan Ədliyyə Nazirliyinin qərarı ilə azərbaycanlı soyadları öz kökünə qaytarılmışdır. Belə ki, soyadlara “zadə”, “oğlu” və “qızı” sonluqlarının əlavə olunması rəsmiləşdirilmişdir. Burada da, əsas məqsəd ərəb, fars və türk köklü soyadların sonluqlarının rus soyadı sonluqları olan “ov”, “yev”dən fərqləndiyini göstərməkdir.

2. Gürcü soyadları

Gürcü soyadlarının mənşəyini etnoqraflar VII-VIII əsrlərə aid edirlər. Bu soyadların bəziləri yaşayış yerinə uyğun, peşələrə uyğun, ata adlarına və hərbi rütbələrə uyğun olaraq qoyulurdu. Məsələn: Amilaxvari və ya Eristavi və s.

Gürcü soyadlarının strukturu digər soyadlar kimidir. Yəni – Kök+ şəkilçi. Amma gürcü soyadlarındakı sonluq şəkilçisi, o adamın hansı regiondan və hansı etnik qrupdan olduğu müəyyən etməyə imkar verir. Məsələn: meqrellərdə soyadlar əsasən, “ua”  ( Todua, Qoqua) və ya “iya” (Qamsaxurdiya, Beriya), lazlarda isə “şi” (Xalvaşi, Tuquşi) sonluq şəkilçiləri ilə bitir.

Linqvistlər sonluq şəkilçilərini 13 növə ayırırlar. Gürcüstanın bəzi vilayətlərində əsasən də, İmereti, Quriya, Acariya, Leçxumidə soyadlar daha çox “dze” (yəni-“oğlu”) (Qonqadze, Dumbadze) şəkilçisi ilə sonuclanır. Verilən rəsmi məlumatlara görə (1997), “dze” sonluqlu soyad daşıyanlar Gürcüstanda 1.649.222 nəfər təşkil edir.

Digər bir soyad sonluğu “şvili”-dir. Bu sonluq “ uşaq”, “körpə” mənasını daşıyır. Daha dəqiq desək, “törəmə” mənasını daşıyır. Bu cür sonluqlu soyadlar, rəsmi məlumatlara əsasən (1997),  Gürcüstanda 1.303.723  nəfər təşkil edir. Bu cür soyadlar Kaxetiya və Kartli vilayətlərində daha çox yayılmışdır (Cuqaşvili, Kululaşvili, Elerdaşvili) ...

Gürcü soyadlarında “iani” sonluğu da populyardır. Bu “svan”  soyadı sonluğudur (Dadeşkeliani, Dadianı,Gelivani). Soyad daha çox qərbi Gürcüstanda yayılmışdır. Bu cür soyadlar tanınmış nəsillər, əsasən də knyazlara aid olurdu.

Gürcü soyadları müxtəlif mənşəlidir. Bəzilər dini mənşəli (Nikoladze, Qeorqadze), bəziləri ərəb (müsəlman) mənşəli (Calaqoniya, “cəlal” sözündən), bəziləri adi isimlər (Qoniqadze, “qoni”- “ağıl”, “düşüncə” mənasında), bəziləri isə heyvan adları (Lominadze, “lomi”-“aslan” mənasında, Cuqaşvili, “cuq” – “qoyun sürüsü” mənasında) mənşəlidir.

3. Erməni soyadları

 Erməni soyadları digərlərinə nisbətən yenidir. Rəsmi olaraq XIX əsrdən əhalinin siyahıya alınması və sənədləşdirmə işlərilə bağlı qeydiyyata alınmağa başlanmışdır. Amma zadəgan ailələrində soyad orta əsrlərdə də mövcud idi – Mamikonyan, Amatuni, Rştuni. Ənənəyə görə, tanınmış soyadların əvvəlinə “azq”(“nəsil”) və ya “tun” (“ev”) sözləri əlavə olunurdu. Məsələn: “Azq Mamikoyan” və ya “Tun Arçruni”....

 Soyadların yaranmasına qədər, siravi əhali arasında  adamları bir-birindən ayırmaq üçün onların adlarına ata və ya baba adları əlavə edilirdi. Hətta, iki eyni adlı adamları bir-birindən ayırmaq üçün də ata və ya baba adlarından istifadə edilirdi. Məsələn: Ayk Arnonun nəvəsi, Ayk Qarnikin nəvəsi. Çox vaxt adamlara xarakterik ləqəblər verirdilər: “Çolaq Amayak” və ya “Anait” – “12 uşaqlı ana” adlandırırdılar. Soyadların yaranmasına əsas səbəb cəmiyyətin inkişafı və miqrasiyanın güclənməsi olmuşdur.

 Erməni soyadlarının əksəriyyəti köklə bağlı olan adlardır. Bu adlara “eanç” sonluq şəkilçiləri artırılmaqla soyad edirmişlər. Bu şəkilçi transformasiya olunaraq, -“enç” olub. Müasir erməni dilində “enç”  dəyişərək, “yanç”, daha sonra sondakı “ç” hərfi də ixtisar olunmuş və “yan” fonetik formasını almışdır.

 Kiminsə hər hansı bir kökə-nəslə bağlılığını bildirmək üçün “yan” şəkilçisindən istifadə olunurdu. Məsələn: Davidenç, indi bu soyad Davidyan kimi səslənir. Şəkilçinin sonundakı “ç” hərfi heç də bütün erməni soyadlarında ixtisara salınmayıb. XIX əsrdə Rusiyaya köç edən bəzi ermənilər soyadlarındakı “ç” sonluğunu  saxlamışlar. Ermənistanın özündə də bəzi dağ rayonlarında “ç” sonluqlu soyadlar qalmaqdadır. Məsələn: Adonç, Kalvarenç.

 Erməni soyadlarının ən çox yayılanı sənət və peşə ilə bağlı olan soyadlardır. Məsələn: Açtuxyan- (“çörəkçi”), Voskerçyan (“zərgər”), Ekimyan (“loğman” (bu əslində “həkim” ərəb sözündəndir), Kartaşyan (“daşyonan”). Bəzi soyadlar isə adamlara görkəminə xarakterik olaraq verilirdi. Məsələn: Çaxatyan(“tülkü”), Karçikyan(“karlik”-“balaca”) və s.

Qərbi Ermənistanda yaşayan əhalinin daşıdığı soyadlar özünəməxsusluğu ilə digər erməni soyadlarından seçilir. Bu soyadların əksəriyyəti türk sözlərindən düzəldilmişdir. Bu da, bu ərazilərin uzun müddət Osmanlı imperiyasının tərkibində olmasından irəli gəlib. Məsələn: Dəmirçiyan soyadı - türk sözü olan “dəmirçi”, Bardakçyan soyadı - türk özü olan “bardakçı” sözündən yaranmışdır.

Etnoqraf Levon Abramyanın fikrincə, türk dilində sənətlər “çi”, “çı” şəkilçiləri ilə qurtarır; bardaqçı, dəmirçi, balıqçı, əkməkçi və s... Ermənilərdə də “ç” hərfi sənətlə bağlı soyadlarda işlədilir. Məsələn: Bardakçyan, Dəmirçyan...

Bəzi erməni soyadlarında “məlik” və “ter” sözönlüyü xüsusi maraq kəsb edir. “Məlik” soyad önlüyü xüsusi statuslu adamların soyadlarının qarşısına (Melik-Akopyan), “ter” soyad önlüyü isə ruhanilərin, din xadimlərinin soyadlarının qarşısına əlavə edilirdi (Ter-Petrosyan). “Ter” sözü ermənicə “ata”, “hökmdar” mənasındadır...

Azens.az

Jalə Orucova

BUNU DA OXU

Ailə həyatı qurmağa hazırlaşan gənclərə ətrafdakılar niyə dəstək olmadı? - “Bizimləsən”də - VİDEO
Kosmonavtlar da unudulmadı - Onlara yeni il hədiyyəsi aparıldı
“Çelsi”nin transfer qadağası ləğv edildi
Bu gün 650 min ağac əkiləcək - Kampaniya bütün bölgələri əhatə edəcək - VİDEO
Qatar minik avtomobili ilə toqquşdu - Saatlıda
Xəbər lenti

Ailə həyatı qurmağa hazırlaşan gənclərə ətrafdakılar niyə dəstək olmadı? - “Bizimləsən”də - VİDEO
14:33 07.12.2019

Tramp Dünya Bankını Çinə kredit verməyi dayandırmağa çağırıb
14:09 07.12.2019

Yada düşər xatirələr. 2005-ci il. - Abbas Bağırov - "Məhəbbətin qüdrəti" - VİDEO
13:44 07.12.2019

Kosmonavtlar da unudulmadı - Onlara yeni il hədiyyəsi aparıldı
13:20 07.12.2019

Kirayə mənzillər necə satılacaq? - Qaydalar açıqlandı - VİDEO
12:53 07.12.2019

Avstraliyada meşə yanğınları - Dörd nəfər ölüb, 30 nəfərdən çox xəsarət alan var
12:30 07.12.2019

Qaz sayğacları ilə bağlı qanunsuz pul yığılır - “Azəriqaz”dan abonentlərə xəbərdarlıq - VİDEO
12:11 07.12.2019

Avtomobillərin toqquşması ölümlə nəticələndi - Qəbələdə - FOTOLAR
11:51 07.12.2019

Qırğızıstanın sabiq Baş nazirlərinə hökm oxunub - FOTOLAR
11:32 07.12.2019

Vətəndaşların problemlərinin həlli diqqət mərkəzindədir - VİDEO
11:11 07.12.2019

“Danışan məktub” filmi yeni versiyada - Görmə və eşitmə məhdudiyyəti olan şəxslər üçün hazırlanıb - VİDEO
10:49 07.12.2019

Taliban 10 polis əməkdaşını qətlə yetirdi - Əfqanıstanda şiddətli atışma
10:25 07.12.2019

AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı açıqlandı
10:06 07.12.2019

Xaçmazda ağır avtoqəza - Sürücü və sərnişin dünyasını dəyişdi
09:45 07.12.2019

“KOB DOSTU”nun sayı artır - Lənkəran və Cəlilabadda da fəaliyyətə başladı
20:49 06.12.2019

Braziliyanın BMT-yə 415 milyon dollar borcu var - Ölkə səsvermə hüququndan məhrum edilə bilər
20:25 06.12.2019

TRASEKA hökumətlərarası komissiyasının 14-cü iclası - Bakı Bəyannaməsi qəbul edildi - FOTOLAR
20:00 06.12.2019

Rusiya pomidor idxalına qadağa qoyur - Qadağa Azərbaycana təsir edə bilərmi?
19:33 06.12.2019

“Putinlə təkbətək görüşdən qaç” - Poroşenkodan Zelenskiyə məsləhət
19:10 06.12.2019

Tramp iddiaları təkzib etdi - “ABŞ Yaxın Şərqə əlavə qüvvə göndərməyəcək”
18:45 06.12.2019

Ağacəkmə aksiyası bölgələri də əhatə edib - Tovuz və Qaxda 30 min ağac əkilib
18:28 06.12.2019

Həlak olan neftçilərin xatirəsi anıldı - SOCAR-ın əməkdaşları 100 min ağac əkdi
18:10 06.12.2019

Daha bir müəssisə bağlandı - Küçədən yığılan butulkalardan istifadə edilirmiş
17:44 06.12.2019

“YAP seçkidə yaxından iştirak edəcək” - Əli Əhmədov parlamentin buraxılmasından danışdı
17:21 06.12.2019

“Soyuq əllər, isti ürək” yarmarkasında maraqlı anlar - VİDEO
17:00 06.12.2019

Bələdiyyə seçkilərinə hazırlıq - Şirvanda seminar-müşavirə keçirilib
16:45 06.12.2019

Aqrar sığortanın tətbiqi - Yeni sistem hansı istiqamətləri əhatə edəcək?
16:25 06.12.2019

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda ağacəkmə aksiyasında iştirak ediblər - FOTOLAR
16:22 06.12.2019

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar - FOTOLAR
16:13 06.12.2019

Xalq yazıçısı Anarla görüş keçirilib - BSU-da “Qələmin əfsunu” adlı tədbir təşkil olunub
16:07 06.12.2019

Ağacəkmə aksiyası - ATV- də nəcib təşəbbüsə qoşuldu - FOTOLAR
16:06 06.12.2019

“Çelsi”nin transfer qadağası ləğv edildi
15:45 06.12.2019

Nəbi Xəzrinin 95 illiyinə həsr olunmuş tədbir keçirilib
15:25 06.12.2019

Şənbə günü hava necə olacaq?
15:06 06.12.2019

Hansı şirkətlər kibertəhlükə ilə üz-üzə qalıb? - Bəzi müəssisələrin informasiya təhlükəsizliyi büdcəsi yoxdur - VİDEO
14:45 06.12.2019

ABŞ İran hakimiyyətini mindən çox etirazçının qətlində ittiham edib
14:23 06.12.2019

Bank kartlarını təhlükədən necə qoruyaq? - VİDEO
14:00 06.12.2019

Bərdədə pendir sexinin fəaliyyəti dayandırıldı - Məhsullar anti-sanitar şəraitdə hazırlanıb
13:41 06.12.2019

Xarici İşlər nazirləri gələn il görüşəcək - Həmsədr ölkələrin nümayəndə rəhbərləri bəyanat yaydı
13:20 06.12.2019

Bu gün 650 min ağac əkiləcək - Kampaniya bütün bölgələri əhatə edəcək - VİDEO
13:00 06.12.2019

Şamaxıda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilən binada yaradılan şəraitlə tanışlıq - FOTOLAR
12:38 06.12.2019

Şamaxıda "ASAN Həyat" kompleksi istifadəyə verilib - Prezident İlham Əliyev açılışda iştirak edib - FOTOLAR
12:17 06.12.2019

266 min manat krediti qaytarmadı - 808 min manatlıq əmlakına həbs qoyuldu
11:55 06.12.2019

Anası tərəfindən atılmış Turanənin acı taleyi - VİDEO
11:40 06.12.2019

Elmar Məmmədyarov irlandiyalı nazirlə görüşüb - FOTOLAR
11:19 06.12.2019

Heydər Əliyev Fondu Rusiyada mükafata layiq görülüb
10:59 06.12.2019

Fransada gərginlik - 100-dən çox etirazçı saxlanılıb
10:18 06.12.2019

Polşa və Pribaltikanı NATO qoruyacaq - Yeni plan qəbul edildi
09:56 06.12.2019

Tarixdə bu gün - 6 Dekabr - Zəki Mürən, ilk telefon xətti, dünyanın ən iri həcmli ensiklopediyası, insulin...
09:35 06.12.2019

“Belarusla Rusiyanın birləşməsi mümkün deyil” - Lukaşenko ittifaqla bağlı qəti qərarını açıqladı
21:45 05.12.2019

“Azərbaycan ərazilərinin işğalı davam edir” - Çavuşoğludan ATƏT-in iclasında Qarabağ açıqlaması
21:38 05.12.2019

ABŞ silahla dolu İran gəmisini saxladı - Raket hissələri Husi üsyançılarına göndərilibmiş
21:22 05.12.2019

Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında - Sərəncam
21:00 05.12.2019

Serj Sarkisyana qarşı cinayət işi açıldı - O, dövlət büdcəsini mənimsəməkdə ittiham olunur
20:50 05.12.2019

Qəbul imtahanlarının vaxtı müzakirə olunur - Gözlənilən yarışlara uyğun dəqiqləşmə aparılacaq
20:25 05.12.2019

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında - Sərəncam
19:49 05.12.2019

Şəhriyarla ailə həyatı qurmağa gələn qız niyə fikirini dəyişdi? - "Bizimləsən"də - VİDEO
19:30 05.12.2019

"Müasir Azərbaycan diplomatiyasının 100 illiyi” - Ərəb dilində kitab çap olunub
18:42 05.12.2019

Əqli mülkiyyət hüquqlarının müdafiəsi - Bakıda seminar keçirilir
18:36 05.12.2019

Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında - Sərəncam
18:20 05.12.2019

On ölkədə "Azərbaycan Evi" fəaliyyətə başlayacaq - Diasporla İş üzrə Dövlət Komitəsi hesabat verdi
18:18 05.12.2019

Nəsiminin 650 illiyi qeyd olunur - Elmi-praktiki konfrans keçirilib
18:11 05.12.2019

Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında - Sərəncam
18:00 05.12.2019

Əlibaba Məmmədovun 90 illiyinin qeyd edilməsi haqqında - Sərəncam
17:30 05.12.2019

“Müzakirələr kifayət qədər çətin keçdi” - Məmmədyarov erməni həmkarı ilə görüşdən danışdı
17:28 05.12.2019

Bibiheybət yolu nə vaxt təmir ediləcək? - Agentlik əlaqədar qurumlardan hesabat gözləyir
17:10 05.12.2019

İcbari tibbi sığorta haqqı necə hesablanacaq? - Dövlət Agentliyindən açıqlama
16:30 05.12.2019

Magistraturaya qəbul qaydası dəyişə bilər - İmtahanın birmərhələli keçirilməsi təklif olunub
15:39 05.12.2019

Məişət əşyaları oğurlayan şəxs tutuldu - Quba sakini həmkəndlisinin evini qarət edib
12:49 05.12.2019

Kürdəmirdə “FORD” yük maşınına çırpılıb - Ölən və xəsarət alanlar var - FOTOLAR
09:50 05.12.2019

Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüb
09:35 05.12.2019

Tarixdə bu gün - 5 Dekabr - “Bermud üçbucağı”, Könüllülər günü, Uolt Disney...
09:19 05.12.2019

Sabah hava necə olacaq?
14:55 04.12.2019

Slovakiyada Qarabağ müzakirəsi - Azərbaycan münaqişənin həllinə dair mövqeyini təqdim edib
13:39 04.12.2019

Elmi-tədqiqat işləri artıb
13:21 04.12.2019

II Xəzər innovasiya konfransı keçirilib - Konfrans “Əşyaların interneti” mövzusuna həsr edilib
13:02 04.12.2019

Qatar minik avtomobili ilə toqquşdu - Saatlıda
12:43 04.12.2019

Konstitusiya Məhkəməsi plenumunun iclası - Prezidentin Milli Məclisin buraxılması ilə bağlı sorğusuna baxılır
12:22 04.12.2019

Bakıda məktəb binası uçmaq təhlükəsi ilə üzləşib - Şagirdlər başqa məktəbə köçürüldü
12:00 04.12.2019

Salyanda qəza: piyada öldü - Sürücü hadisə yerindən qaçdı
11:41 04.12.2019

Bütün xəbərlər