Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Canı para erməni Paracanov - Azərbaycanı niyə sevirdi? - VİDEO - FOTOLAR

Canı para erməni Paracanov - Azərbaycanı niyə sevirdi? - VİDEO - FOTOLAR
   14053 dəfə oxunub
Bəlkə də aradan iki qərinə ötdükdən sonra tatar qızı Nigarın qatar relsinin üstünə hansı səbəbdən düşməsinin heç bir əhəmiyyəti olmazdı. Ancaq o dilbər gözəlin aşiq olduğu erməni Sergeyin sümükləri çürüsə də, adı-sanı fiziki ömründən çox sürdüyündən bu adamın bioqrafları üçün Nigarın ölümünün səbəbini bilmək böyük əhəmiyyət kəsb edir…

Bu gün – iyulun 21-i Tiflisdə doğulan, Ukrayna milliyyətçiliyi üstündə həbsxanaya düşən, Azərbaycanı və onun mədəniyyətini sevən erməni Sergey Paracanovun öldüyü gündür…
…Atası İosif Tiflisin ən varlı adamlarından biriydi. Əntiq əşyalar alveriylə məşğul idi, fahişəxana saxlayırdı və arvadıyla birgə guya Fransadan, hətta Parisin orta göbəyindən qızlar gətizdirirdi. Ümumiyyətlə, bu erməni ailəsi üçün pul qazanmaqdan ötrü dünyanın ən axmaq işlərinə getmək su içmək kimi asan və adiydi.

Gələcəyin məşhur rejissoru olacaq Sergey Paracanov 1924-cü il yanvarın 9-da belə bir ailədə doğulmuşdu və valideynlərinin pul qazanmaq, var-dövlət yığmaq ehtirası uşaqlıqdan onun da başında çatlamışdı. Böyüyəndə etiraf edirdi ki, bir dəfə hökumət adamları evlərini yoxlamağa gələndə atası qiymətli əntiq daş-qaşları ona uddurub. Yoxlama bitəndən sonrasa onu ayaqyoluna salıb udduğu daşları “doğmağa” məcbur eləyiblər…
…Onun müsibətli və dolanbac həyat yolu olub. Ancaq bir tərəfdən baxanda görürsən ki, bu müsibətləri həyat yox, özü öz başına açıb. Əvvəlcə Tiflis Dəmiryolu İnstitutuna daxil olan Sergey bir ildən sonra buranı tərk eləyir və birdən-birə iki yerdə – konservatoriyada və opera teatrı nəzdində xoreoqrafiya məktəbində təhsilini davam etdirir. Bir neçə il sonra Moskva Konservatoriyasına keçir, burada oxuya-oxuya “VQİK”ə daxil olur, Dovjenkodan dərs alır. Paracanov ilk məhəbbətini – Moldaviyadan olan tatar qızı Nigarı burada oxuyanda tapır. Hər iki gənc valideynlərindən xəbərsiz evlənirlər. Bir neçə aydan sonra qızın qardaşları Moskvaya gəlir və Sergeydən başlıq istəyirlər. Kasıb tələbə pul üçün atasına məktub yazır, simic İosif imtina eləyir. Deyirlər, bundan sonra Moldaviyaya getmək istəməyən Nigarı qardaşları qatarın altına atırlar… 
Ümumiyyətlə, Paracanovun arvad məsələsində bəxti gətirməyib. 1950-ci ildə evləndiyi ukrayna gözəli Svetlana ona 11 il dözə bilib və “səninlə yaşamaq gözəldir, ancaq dözülməzdir” deyib evdən çıxıb. Müasirləri isə Sergey Paracanovun həqiqətən məişətdə çox dözülməz olduğunu bildirirlər. Deyirlər, onun şıltaqlığı, hətta tərəvəzlərin müəyyən edilmiş formada dilimlənməsi, boşqabda kotletlərin düzülüşündə simmetriyanın gözlənilməsi tələblərinə qədər gedib çıxırmış. Ancaq onun qeyri-adi hərəkətləri, danışıqları, həyata, insanlara, hadisələrə özünəməxsus baxışları yalnız məişət səviyyəsində qalmırdı. Bütün bunlar Sergey Paracanovun sənətinə sirayət elədiyindən o, kinematoqrafiyada özünəməxsus üslub yarada bildi… 

…1964-cü ildə Ukraynada çəkdiyi “Unudulmuş əcdadların kölgəsi” filmiylə Paracanovun məşhurluğu başlayır. Filmdə çəkilən aktyorlar danışırlar ki, Paracanov təbiətdən istədiyi rəngi almaq üçün xüsusi qurğu ilə ağacları, gülləri belə rəngləyibmiş. “Unudulmuş əcdadların kölgəsi” filmi “Qızğın atlar” adıyla Avropada nümayiş olunur və kino tənqidçiləri Ukraynada yeni poetik kinonun yarandığı haqda danışmağa başlayırlar. Film Böyük Britaniya kinoakademiyasının və müxtəlif festivalların 28 mükafatını alır. 

Bundan sonra Paracanov Böyük Vətən Müharibəsindən bəhs eləyən “Kiyev freskaları” filminin çəkilişlərinə başlayır. Ancaq kino məmurları çəkilmiş materiala baxdıqdan sonra çəkilişlər dayandırılır və rejissor “qəhrəmanlıq tarixinə mistik-subyektiv fikirlərlə yanaşır” ittihamına tuş gəlir. Onun növbəti filmi də fiaskoya uğrayır. İrəvanda Sayat Novanın həyatı və yaradıcılığı haqda çəkdiyi film erməni senzorların qəzəbinə tuş gəlir, material başdan-ayağa doğranır. O, haqlı olaraq Sayat Novanın dilindən daha çox azərbaycan nəğmələri vermişdi... Beləcə, filmi yığmaqdan imtina eləyir və çəkilmiş materialın montajına başqa rejissor dəvət olunur. 

…Paracanovda cinsi problemlər olub. Bu baxımdan, “qondarma homoseksual ittihamıyla həbs olundu” iddiası Paracanovsevərlərin təəssübkeşliyindən savayı bir şey deyil. Hər halda xeyli əvvəl, özü də hələ 25 yaşındaykən bir dəfə də eyni ittihamla həbs olunmuşdu. Ancaq insaf naminə demək lazımdır ki, ikinci dəfə onun həbsinə səbəb axmaq meyli və istəyi olmaya bilərdi. Axı, 1971-ci ildə Ukraynada milliyyətçilərə qarşı aparılan repressiyalara etiraz eləyənlərin ön sırasında dayanmasını, əcnəbi qəzetlərə “Mərkəzi Komitə üzvlərinin 20-siylə yatmışam” sayaq gic-gic açıqlamalarını kim ona bağışlayardı? Bağışlamadılar və bir neçə yalançı şahid, yalançı zorlama epizodları kifayət elədi ki, 1973-cü ildə rejissora 5 il iş versinlər…


Həbsxana həyatı ona baha başa gəlir. Məhbus məktublarının birində yazır: “İndi Tiflisdə istidir, burada isə dayanmadan leysan tökür. Ayaqlarımda dəhşətli ağrılar var. Kamerada insanlıq simasını itirənlərlə bir yerdəyəm. Məni onların yanına qəsdən salıblar ki, məhv olum…” 

Ancaq dostları, xüsusən Mayakovskinin sevgilisi Lilya Brik onu bu darlıqdan qurtarmağa çalışdılar. 80 yaşlı Brik Fransanın kommunist yazıçısı Lui Araqona dedi ki, Paracanovun həbsdən çıxması üçün Brejnevə müraciət etsin. Brejnev fransız yazıçının sözünü yerə salmır: 1977-ci il dekabr ayının 30-da rejissor həbsdən buraxılır. Ancaq üstündən 5 il keçəndən sonra Paracanov təzədən hakim qarşısında dayanır. Bu dəfə onu rüşvətvermə maddəsiylə suçlu bilirlər. Burada da Sergey bəlaya doğru özü yerikləyir. Rejissor bacısı oğlunun instituta girməsi üçün qəbul komissiyasının rəhbərinə verdiyi brilyant üzük barədə hər yerdə danışır və 1982-ci ildə ona təzədən 5 il iş kəsilir, bu dəfə şərti. Bu illərdə Paracanov bir neçə dəfə Ermənistana film çəkmək xahişi ilə müraciət eləsə də, yenə Gürcüstan ona arxa durur. 1984-cü ildə rejissor düz 16 illik fasilədən sonra “Gürcüfilm”də “Suram qalasının əfsanəsi” filmini çəkir və bu film də bir sıra ciddi kinofestivalların qalibi olur… 

…Bilirəm, yəqin, hətta səbrli oxucular belə bura qədər özlərini saxlamayıb “erməni Sergey Paracanovdan yazmaq bu qədərmi vacibdir” kimi qənaətə gəliblər. Düzdü, Paracanovun adı dünya kinematoqrafiyasının ən adlı-sanlı isimləriylə yanaşı çəkilir və o, Kurasava, Fellini, Pazolini, Tarkovski kimi kinematoqrafiyada öz dilini, sintaksisini yaratmış rejissor idi.

Düzdü, Paracanov qeyri-adi dərəcədə istedadlı adam olub və ətrafında olan hər kəsi də dünyanı bu qeyri-adi istedadının gözüylə baxmağa vadar edirmiş, onun filmləri qədər də maraqlı rəsmləri, əl işləri var, “sənətdə Paracanov üslubu” deyilən bir anlayış mövcuddur və sair və ilaxır. Ancaq pisdir, ya yaxşıdır, bilmirəm, şəxsən mən bütün bunlara görə deyil, Sergey Paracanovun sonuncu filmi olan “Aşıq Qərib”ə görə ölüm günündə onun haqqında yazmağı vacib bildim. Paracanov bu filmin çəkilişlərini aparanda artıq Qarabağ hadisələri başlamışdı. Ancaq o, yuxarıda barəsində sadalanan yüksək sənətkarlıq keyfiyyətlərinin hamısına layiq olduğunu bir daha sübut elədi və Azərbaycan türkcəsində dünyanın ən gözəl filmlərindən birini yaratdı. O, bütün təzyiqlərə baxmayaraq, ayağını bir başmağa dirəyib “bu film Azərbaycanda çəkilməli, burada Azərbaycan xanəndəsi oxumalı və filmin musiqisini azərbaycanlı bəstəkar yazmalıdır” dedi. Fikirləşin, görün son 30 ildə hansı Azərbaycan rejissorunun tutarlı bir filmində Aşıq Ələsgərin adı çəkilib, mahnısı oxunub? Mənim yadıma “Bəxt üzüyü” filmi düşdü, ancaq burada Aşıq Ələsgər tərif edilməyib, lağa qoyulub… Erməni Sergey Paracanov isə elə təkcə Cavanşir Quliyevin musiqisi, Alim Qasımovun səsi, Aşıq Ələsgərdən mahnıyla bu filmə bir Azərbaycan möhürü vurdu…

…Paracanov qısa ömür yaşamadı. O, 66 illik həyatında dünya kinematoqrafiyasında özünəməxsus ənənə qoydu, heç kimin yoluyla getmədi. Ancaq onun unikallığı və qeyri-adiliyi ondaydı ki, Tiflisdə doğulsa da, Ukrayna milliyyətçiliyi üstündə həbsxanaya düşdü, erməni olsa da, Azərbaycanı və onun mədəniyyətini sevdi, sənəti siyasətin, intriqanın, saxtakarlığın ayağına vermədi…

İlham Tumas

 























BUNU DA OXU

Paytaxda ağac kəsilərək, üzəri asfaltlanıb - Nazirlik faktı təsdiqləyir, Agentlik inkar edir
Birinci vitse-prezident kömək etdi - Şəhid ailəsinin evi qaytarıldı
Xose Bernardo qıza görə bıçaqlanan qardaşından danışdı - Hadisənin səbəbləri hər kəsi şoka salacaq - VİDEO
“Unun bahalaşması gözlənilmir” - Nazirlik nümayəndəsindən açıqlama YENİLƏNİB - VİDEO
Dünyanın ən bahalı saatı satılıb - FOTOLAR
Xəbər lenti

Quş qripi ilə bağlı yoxlama başladı - Abşeron Milli Parkında səhra laboratoriyası qurulub
21:55 13.11.2019

Müavinət və təqaüdün elektron təyinatı - Yeni sistem 15 min nəfəri əhatə edəcək
21:37 13.11.2019

Təmas xəttində monitorinq keçirilib - Proses insidentsiz başa çatıb
21:20 13.11.2019

Bələdiyyə seçkilərinə hazırlıq - Gəncədə növbəti seminar-müşavirə təşkil edilib
21:01 13.11.2019

Hökumətin istefasi vəziyyəti dəyişmədi - Daha yeddi nəfər iğtişaşların qurbanı oldu
20:45 13.11.2019

Klip çəkilişində Elnarənin başına iş gəldi - O niyə rejissoru öldürmək istəyib? - VİDEO
20:26 13.11.2019

Zədələnmiş pulları harda dəyişdirə bilərik? - VİDEO
20:05 13.11.2019

Sabah bəzi rayonlarda duman olacaq
19:47 13.11.2019

Paşinyanın reytinqi sürətlə aşağı düşür - O isə sorğunun yenidən keçirilməsini istəyir
19:30 13.11.2019

Paytaxda ağac kəsilərək, üzəri asfaltlanıb - Nazirlik faktı təsdiqləyir, Agentlik inkar edir
19:11 13.11.2019

Bakıda Beynəlxalq sərgi keçirilir - Yerli şirkətlər müxtəlif məhsullar təqdim edib
18:54 13.11.2019

Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib - VİDEO
18:36 13.11.2019

Birinci vitse-prezident kömək etdi - Şəhid ailəsinin evi qaytarıldı
18:17 13.11.2019

Dövlət büdcəsinin müzakirəsi başladı - Baş nazir və hökümət üzvləri Milli Məclisdə YENİLƏNİB - VİDEO
18:00 13.11.2019

Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası ilə bağlı tədbirlər haqqında - Sərəncam
17:50 13.11.2019

Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrini qəbul edib
17:38 13.11.2019

Ev şəraitində sosiskanın hazırlanma qaydası - VİDEO
17:20 13.11.2019

Çilidə etirazçılar Argentina səfirliyinə hücum ediblər
17:01 13.11.2019

Trampdan Ərdoğana yüz milyard dollarlıq təklif
16:44 13.11.2019

“Lavrovun çıxışı təəssüf və təəccüb doğurur” - Qarabağın azərbaycanlı icması bəyanat yaydı
16:25 13.11.2019

Xose Bernardo qıza görə bıçaqlanan qardaşından danışdı - Hadisənin səbəbləri hər kəsi şoka salacaq - VİDEO
16:07 13.11.2019

“Ölkəmizi tanıyaq” tur aksiyası başladı - Qaradağ məktəbliləri rayonlara yola salınıb
15:48 13.11.2019

“Unun bahalaşması gözlənilmir” - Nazirlik nümayəndəsindən açıqlama YENİLƏNİB - VİDEO
15:30 13.11.2019

Yonca və taxıl sahələri təhlükədə - 294 min hektar ərazidə tədbirlərə start verildi
15:09 13.11.2019

Dünyanın ən iri ticarət mərkəzini su basıb - VİDEO
14:50 13.11.2019

Школьник отдал приятелю 2,5 миллиона из сейфа родителей для раскрутки телеграм-канала
14:31 13.11.2019

337 min “Ford” geri çağırıldı - Avtomobilin ön oturacağı problemli olub
14:14 13.11.2019

ABŞ Suriyadan qoşunlarını çıxarmağa davam edir
13:51 13.11.2019

Büdcə müzakirələri davam edir - Bu gün layihənin birinci oxunuşda qəbulu gözlənilir
13:33 13.11.2019

Qazaxın iki kəndində mərmi aşkarlanıb
13:13 13.11.2019

İki nəfər yolu kəsib qıza hücum etdi - Bakıda xoşagəlməz hadisə
12:57 13.11.2019

Fuad Muradov Avstriyada yaşayan azərbaycanlılarla görüşüb
12:39 13.11.2019

Trampla Makron arasında telefon danışığı olub - İran və Suriya müzakirə olunub
12:21 13.11.2019

İki ölkə arasında dördüncü ticarət məclisi baş tutub
12:00 13.11.2019

Aysun: “Özümü yetim kimi hiss edirəm” - VİDEO
11:41 13.11.2019

"Opel" dəmir maneəyə çırpılıb
11:34 13.11.2019

Tarixdə bu gün - 13 Noyabr - Ümumdünya Xeyirxahlıq Günü, sosiskalar və hipnoz
11:15 13.11.2019

900-dən çox təyyarə reysi təxirə salındı - ABŞ-da şaxtalı hava fəsadlar törətdi
10:56 13.11.2019

Dünyanın ən bahalı saatı satılıb - FOTOLAR
10:13 13.11.2019

Morales istefadan sonra ilk açıqlamalarını verib
09:56 13.11.2019

Əlil tələbənin təhsil haqqını dövlət ödəyəcək - Dörd milyon manat ayrılıb
09:37 13.11.2019

27 "iPhone" avtomobildə gizlətdi, itin köməyi ilə ifşa olundu - "Samur" gömrük postunda - VİDEO
09:19 13.11.2019

Bələdiyyə seçkilərinə hazırlıq - Seçkidə iştirak edəcək siyasi partiyaların sayı 13-ə çatıb
22:02 12.11.2019

Gələn il üçün nəzərədə tutulan yaşayış minimumu açıqlandı
21:45 12.11.2019

Şəhid ailələrinə və əlillərə mənzil verildi - Bu il 934 mənzilin verilməsi planlaşdırılıb
21:27 12.11.2019

Ərdoğandan Suriya açıqlaması - “Nə ABŞ, nə də Rusiya terrorçuları bölgədən çıxara bilib”
21:10 12.11.2019

"Dövlət atributlarından konstitusiyaya” - DTX-nin Akademiyasında konfrans keçirildi
20:52 12.11.2019

Rusiyada internetə giriş üçün mütləq şəkildə pasportdan istifadə təklif edilir
20:12 12.11.2019

Büdcə müzakirələri - Komitə sədri bankları dialoqa çağırdı
19:51 12.11.2019

Sabah yağış yağacaq
19:32 12.11.2019

FHN-in idmançıları mükafatlandırıldı
19:10 12.11.2019

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” - Sərəncam
18:49 12.11.2019

“Heydər Əliyev və Azərbaycan tarixi” - Ali məktəb tələbələri arasında bilik yarışı keçirildi
18:31 12.11.2019

MSK seminar-müşavirələrə start verdi - Tədbir şikayətlərə baxılma mövzusuna həsr edilib
18:12 12.11.2019

Livanın Dəməşqdəki səfirliyində partlayış - İki nəfər ölüb, altı nəfər yaralanıb
17:52 12.11.2019

Agentlik ana ölümü ilə bağlı məlumat yayıb - “Araşdırma aparmaq Səhiyyə Nazirliyinin səlahiyyətindədir”
17:34 12.11.2019

İraqda etiraz aksiyasında ölənlərin sayı artır
17:13 12.11.2019

"Ərazi bütövlüyümüz danışıqlar predmeti deyil” - Ziyafət Əsgərovdan Lavrovun fikirlərinə münasibət
16:29 12.11.2019

Meksika Boliviyanın keçmiş prezidentinə siyasi sığınacaq verib
16:08 12.11.2019

Məşhur repçi həyat yoldaşından bağışlanmasını istədi - VİDEO
15:50 12.11.2019

Ərdoğan bu gün ABŞ-a gedir - Liderlər nələri müzakirə edəcək?
15:32 12.11.2019

Banqladeşdə sərnişin qatarları toqquşub - Ölən və yaralananlar var
14:50 12.11.2019

“Subaylar günü”ndə rekord göstərici - 1 gündə 38 milyard 300 milyon dollarıq məhsul satılıb
14:31 12.11.2019

Bakı şəhərinin bu rayonlarına yeni icra hakimləri təyin edildi
14:10 12.11.2019

Azərbaycanın bu rayonlarına yeni İcra hakimləri təyin edildi
13:55 12.11.2019

Merkellə Putin arasında telefon danışığı olub - Suriya və Ukrayna məsələləri müzakirə edilib
13:50 12.11.2019

Azərbaycanın bu rayonlarının icra hakimləri işdən azad edildi
13:40 12.11.2019

Fransada zəlzələ olub - Dörd nəfər yaralanıb, 200 evə ziyan dəyib
13:26 12.11.2019

İnək 12 metrlik su quyusuna düşdü - FHN-in xilasediciləri köməyə gəlib - ÖZƏL - VİDEO
13:07 12.11.2019

Bakıda binanın 3 və 4-cü mərtəbələri uçub
12:50 12.11.2019

Kürdəmirdə avtomobil piyadanı vurub
12:31 12.11.2019

Bakının Nizami rayonunda su olmayacaq - Təmir işləri aparılacaq
12:14 12.11.2019

Azərbaycan cüdoçusu Ukrayna çempionu oldu
11:55 12.11.2019

Турпоток из России в Грузию упал на 26%
11:39 12.11.2019

Ordumuz təlimlərə başlayır
11:19 12.11.2019

Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
11:00 12.11.2019

Superkubok Səudiyyə Ərəbistanında - İspaniya Futbol Federasiyasına 120 milyon avro ödəniləcək
10:40 12.11.2019

Elariz ABŞ-a sevgisini yeni kliplə etiraf etdi - VİDEO
10:22 12.11.2019

KONSTİTUSİYASININ QƏBUL EDİLMƏSİNDƏN 24 İL KEÇİR
10:01 12.11.2019

Глава WADA уверен в виновности России
09:43 12.11.2019

Bütün xəbərlər