Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

"Qəbələ Festivalı mühüm hadisədir" - Mehriban Əliyeva

"Qəbələ Festivalı mühüm hadisədir" - Mehriban Əliyeva
35343 dəfə oxunub
İyulun 25-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanda növbəti möhtəşəm incəsənət bayramının - VII Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin qarşısındakı parkda keçirilən mərasimdə əvvəlcə Azərbaycanda musiqi mədəniyyətinin inkişafı və təbliğində müstəsna rol oynayan Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın festival iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub.

Məktubda deyilir: “Əziz dostlar! Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən öz qapılarını iştirakçılarının və qonaqlarının üzünə açır. Bizim festival Azərbaycanın ən gözəl guşələrindən biri olan Qəbələdə keçirilir. Bu gün qala divarlarının və məbədlərin qalıqları bu şəhərin qədim zamanlarda əfsanəvi dövlətin - Qafqaz Albaniyasının paytaxtı olduğunu xatırladır. Məhz Qafqaz Albaniyası dövründən tolerantlıq ənənələrinin qorunub saxlanıldığı, müxtəlif xalq və dinlərin nümayəndələrinin əsrlər boyu sülh içində yaşadığı, mədəniyyət və sivilizasiyalararası dialoqun təşviqi və inkişafına daim öz töhfəsini verən Azərbaycan son illər beynəlxalq musiqi və incəsənət festivallarının, konfrans və sərgilərin, idman yarışlarının keçirildiyi məkan kimi tanınmaqdadır. Fərəhləndirici haldır ki, iyun ayında ilk dəfə olaraq keçirilən Avropa Oyunlarına ev sahibliyini məhz Azərbaycan etmişdir. Azərbaycan birinci Avropa Oyunlarının açılış mərasimində tarixini, mədəniyyətini, musiqisini, müasirliyini dünyaya təqdim edə bildi. Açılış mərasimində Azərbaycanın dahi bəstəkarları Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun əsərləri səslənərək Azərbaycan musiqisini bütün dünyada bir daha tanıdaraq, möhtəşəmliyini növbəti dəfə vurğuladı.

2009-cu ildə Qəbələdə musiqi festivalının keçirilməsi ilə milli musiqi mədəniyyəti tarixində yeni ənənənin təməli qoyuldu. Beynəlxalq mədəni əlaqələrin genişləndirilməsi, zəngin musiqi mədəniyyətimizin dünya ictimaiyyətinə çatdırılması, xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmləndirilməsi işinə xidmət edən bu festival artıq gözəl bir ənənəyə çevrilərək beynəlxalq nüfuzunu ildən-ilə artırır. Qəbələ bütün musiqiçilərin, tamaşaçıların, sənətsevərlərin tanınmış və sevimli görüş yerinə çevrilmişdir. Bu festival Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni həyatında mühüm hadisədir.

Dünyanın bir çox ölkəsindən çoxsaylı musiqiçilərin iştirak etdiyi bu dostluq və musiqi bayramı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə öz töhfəsini verir. Əminəm ki, indiki festival sərhəd və rəqabət tanımayan musiqi dünyasında bizə gözəl birlik hissi bəxş edəcək daha bir bayrama çevriləcəkdir. Bütün iştirakçılara və qonaqlara uğurlar və festivalımızın heyranedici mühitində xoş ünsiyyət arzulayıram”.

Sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, festivalın bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli çıxış edərək, bu möhtəşəm musiqi bayramında iştirak etmək üçün dünyanın müxtəlif yerlərindən ölkəmizə gəlmiş bütün qonaqları, istedadlı ifaçıları, musiqiçiləri Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adından salamlayıblar. Bildirilib ki, Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən bu festival həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün bir vasitədir. Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda çoxsaylı mədəniyyət layihələri həyata keçirilir. Bu mədəniyyət tədbirlərindən biri olan Qəbələ Beynəlxalq Musiqi Festivalı öz möhtəşəmliyi ilə musiqisevərlərin rəğbətini qazanıb.

Çıxışlarda qeyd edilib ki, Azərbaycan mədəniyyətinin hamisi Mehriban xanım Əliyevanın təşəbbüsü və yaxından köməyi ilə Qəbələdə keçirilən beynəlxalq musiqi festivalı artıq gözəl bir ənənəyə çevrilib. Festivalın proqramına uyğun olaraq Qəbələ səhnəsində Azərbaycan və dünyanın dahi bəstəkarlarının əsərləri səsləndirilir. Gənc ifaçılarla yanaşı, dünya şöhrətli musiqiçilər də bu səhnəyə çıxırlar. Burada klassik və kamera musiqisi, muğamlarımız ifa olunur.

Diqqətə çatdırılıb ki, Azərbaycan öz musiqi mədəniyyəti ilə hər zaman fərqlənir. Heydər Əliyev Fondu ölkəmizin musiqi irsinin qorunub saxlanılması və təbliği yolunda bir sıra iri layihələr həyata keçirir. 2009-cu ildən ənənəvi olaraq hər il keçirilən bu musiqi festivalı ölkəmizdə və onun hüdudlarından kənarda böyük əks-səda doğurur. İyulun 25-dən başlayaraq qədim Qəbələ şəhəri Heydər Əliyev Fondunun möhtəşəm beynəlxalq layihəsi olan bu musiqi festivalına yenidən ev sahibliyi edir. İyulun 31-dək davam edəcək VII Beynəlxalq Musiqi Festivalında Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər. Bu il Üzeyir Hacıbəylinin 130 illik yubileyi qeyd olunur. Bu festival çərçivəsində dahi bəstəkarın əsərləri səsləndiriləcək. Festivalda iştirak edən İtaliya Simfonik Orkestri bəstəkar Üzeyir Hacıbəylinin əsərlərini məharətlə ifa edəcək.

Çıxışlardan sonra İtaliya Simfonik Orkestrinin möhtəşəm konserti olub. Konsertdə Ü.Hacıbəylinin “Koroğlu” operasından uvertüra, M.Maqomayevin, C.Rossininin, K.Sen-Sansın, J.Bizenin, P.Maskanyininin və digər tanınmış Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirildi.

Qeyd edək ki, İtaliya Simfonik Orkestri dünyanın ən möhtəşəm orkestrlərindən biridir və 30 ildən çoxdur fəaliyyət göstərir.

 

BUNU DA OXU

Yer kürəsinə doğru təhlükəli asteroid yaxınlaşır
Dənizkənari bulvarda selfi etmək istəyən gənc dənizə düşüb - VİDEO
Tibbi maska taxmayanlar və sosial şəbəkələrdə təhqir - Milli Məclisdə müzakirə olundu - VİDEO
Şəki şəhərinin mərkəzində qonur ayı - YENİLƏNİB - VİDEO
Qorunan əmanətlərin qaytarılmasına başlanılır - YENİLƏNİB - VİDEO
Xəbər lenti

DVİZİON VƏ GƏNCLƏR LİQASI ERKƏN YEKUNLAŞDIRILDI - "TURAN TOVUZ" VƏ "QƏBƏLƏ" ÇEMPİON ELAN EDİLDİ
12:59 02.06.2020

ÜST ABŞ-LA ƏMƏKDAŞLIĞI DAVAM ETDİRMƏK İSTƏYİR
12:33 02.06.2020

Yer kürəsinə doğru təhlükəli asteroid yaxınlaşır
12:11 02.06.2020

SON STATİSTİKA - 302 MİNDƏN ÇOX TEST APARILIB
11:46 02.06.2020

Heydər Əliyev Fondunun bayram hədiyyəsi - dörd azyaşlı ürək əməliyyatı olundu - VİDEO
11:24 02.06.2020

Ekologiya postu sökülür - VİDEO
11:01 02.06.2020

Karantin qaydalarını pozan tədris mərkəzi açkarlanıb - Gəncədə - VİDEO
10:38 02.06.2020

Dənizkənari bulvarda selfi etmək istəyən gənc dənizə düşüb - VİDEO
10:15 02.06.2020

Tibbi maska taxmayanlar və sosial şəbəkələrdə təhqir - Milli Məclisdə müzakirə olundu - VİDEO
09:54 02.06.2020

Gəncədə karantin qaydalarını pozan tədris mərkəzi aşkarlanıb - Mərkəzin rəhbəri və əməkdaşları məsuliyyətə cəlb olunub
19:47 01.06.2020

Pandemiya dövründə turizmin vəziyyəti müzakirə edildi - “Bərpaya doğru yol”
18:19 01.06.2020

Ağsuda 1 ton çətənə kolu aşkarlanıb - Xaçmazda daş karxanasında narkotik becərən şəxs saxlanıb
17:54 01.06.2020

Göygöldə "KamАz" qoyun sürüsünə çırpılıb - Çoban xəsarət aldı, 25-ə yaxın qoyun tələf oldu
17:37 01.06.2020

Milli məclis sədri hesabat verdi - Yaz sessiyasında 12 iclas olub, 23 qanun və qərar qəbul edilib
17:35 01.06.2020

Nəzarət gücləndiriləcək - Maska taxmayanlar avtobusa buraxılmayacaq
17:12 01.06.2020

Rezidentura və magistraturaya imtahan - Şifahi müsahibələr onlayn olacaq
16:52 01.06.2020

8 yaşdan yuxarı olan uşaqların təhsili - Uşaqların fərdi təhsilə cəlb olunması üçün qeydiyyat başlayır
16:32 01.06.2020

Koronavirus ixracata da mənfi təsir göstərib - 4 ayda 549 milyon dollarliq ixrac reallaşdirilib
15:46 01.06.2020

ABŞ-da iğtişaşlar davam edir - Vaşinqtonda küçəyə çıxmaq qadağa olunub
15:26 01.06.2020

Ağstafada ağır yol qəzası - 4 nəfər xəsarət alıb
15:12 01.06.2020

Paşinyan və ailə üzvləri koronavirusa yoluxdu - Baş nazir virusa doğum günündə yoluxub
14:57 01.06.2020

Dünyada koronavirusla bağlı son statistika - Virus qurbanlarının sayı 374 minə çatır
14:36 01.06.2020

Fransada istirahət mərkəzləri, restoranlar açılır - Ölkə daxilində insanların səyahətinə icazə veriləcək
14:15 01.06.2020

Ucarda avtomobil qəfildən alışdı - Yanğın qısaqapanmadan baş verib
13:57 01.06.2020

Məktəblilərin nəzərinə - Buraxılış imtahanları başlayır
13:42 01.06.2020

Məktəbəhazırlıq qruplarına qəbul başlandı - Müsahibənin vaxtı ilə bağlı SMS göndəriləcək
13:23 01.06.2020

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı paylaşım edib
13:03 01.06.2020

“NEFTÇİ”NİN LEGİONERLƏRİ MÖVSÜMÜN SONUNU GÖZLƏMƏYİB
12:48 01.06.2020

1 İYUN - UŞAQLARIN MÜDAFİƏSİ GÜNÜDÜR
12:25 01.06.2020

Şəki şəhərinin mərkəzində qonur ayı - YENİLƏNİB - VİDEO
12:00 01.06.2020

Tələblərə məsuliyyətsiz yanaşan insanlarla mübarizə inzibati yollarla aparılacaq - VİDEO
11:36 01.06.2020

Qorunan əmanətlərin qaytarılmasına başlanılır - YENİLƏNİB - VİDEO
11:11 01.06.2020

Sosial şəbəkələrin mənfi təsirləri - VİDEO
10:40 01.06.2020

Maska taxmayan vətəndaşları 50 manatdan 200 manatadək cərimə gözləyir - VİDEO
10:18 01.06.2020

10 sinif şagirdi çimərkən suda boğulub - Göyçay rayonunda
09:57 01.06.2020

Putindən “Qələbə Günü” ilə bağlı sərəncam - Faşizm üzərində qələbənin 75 illiyi iyunun 24-də qeyd olunacaq
20:35 30.05.2020

Balakəndə əməliyyat keçirilib - Hovuzda narkotik yetişdirən şəxs saxlandı
20:12 30.05.2020

Daha 257 nəfər koronavirusa yoluxdu - 202 nəfər sağalıb, 3 nəfər vəfat edib
19:46 30.05.2020

Şirvanda ağır yol qəzası - 22 yaşlı gənc dünyasını dəyişdi
19:28 30.05.2020

4 avtomobil qaçıran şəxs tutuldu - Onun digər oğurluqları da üzə çıxıb
19:15 30.05.2020

Maştağada əməliyyat keçirilib - İstixanada narkotik becərən şəxs tutuldu
18:57 30.05.2020

Sosial şəbəkələrlə bağlı mühüm qərar - “Donald Trampın atdığı addım çox önəmlidir”
18:43 30.05.2020

Mərhələli həll yeganə variantdır
18:26 30.05.2020

ABŞ ÜST ilə bütün əlaqələrini dayandırıb
18:22 30.05.2020

Qorunan əmanətlərin qaytarılmasına başlanılır - Əmanətçilər hansı banka yaxınlaşmalıdır?
18:14 30.05.2020

ABŞ-da polis zorakılığı kütləvi iğtişaşlara səbəb oldu - Minnepolis şəhərində komendant saatı tətbiq edildi
17:46 30.05.2020

1 iyunla bağlı fləşmob keçirmək istəyiblər - Karantin rejimi qaydalarını pozmağa cəhd edənlər cəzalandırılıb
17:43 30.05.2020

Müdafiə nazirindən düşmənə mesaj - “Bu dəfə görüləcək tədbirlər tam fərqli olacaq”
17:26 30.05.2020

Dezinfeksiya işləri davam etdirilir - Lökbətan və sahil qəsəbələrində küçələr dezinfeksiya olunub
16:43 30.05.2020

Bərdədə “Azərtoxum” MMC-nin direktoru bıçaqlanıb - Mübahisə bıçaqlanma ilə nəticələnib
16:21 30.05.2020

Cərimələrin məbləği məlum olub - Maskadan istifadə tələblərini pozanlarla bağlı
16:13 30.05.2020

İcma rəhbərindən kəskin etiraz - “Bu addım Kanadanın xarici siyasət maraqlarına kölgə salır”
15:36 30.05.2020

Türkiyədə növbəti faciənin qarşısı alındı - 60-dək miqrant xilas edildi
15:27 30.05.2020

Tarixi missiya bu gün reallaşdırılacaq - “Space-X” kosmosa raket göndərəcək
14:59 30.05.2020

İran prezidenti Həsən Ruhani koronavirusla mübarizə komitəsinin iclasında çışıx edib
14:37 30.05.2020

300-dən çox küçə dezinfeksiya olunub - Bakıda dezinfeksiya işləri davam etdirilir
14:23 30.05.2020

Rusiya prezidentinin mətbuat katibi koronavirusdan sağaldıqdan sonra ilk dəfə ictimaiyyətə görünüb
13:56 30.05.2020

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan koronavirus pandemiyasının sonuna qədər tibb mərkəzində qalacaq
13:15 30.05.2020

Goranboyda qadını ilan sancıb
12:45 30.05.2020

Ucarda yaşayış evində yanğın baş verib - Dördotaqlı ev tamamilə yanıb
12:13 30.05.2020

Zaqatalada qonşusunun evinə oğurluğa girdi - Oğurladığı qızılları satıb əyləncəyə xərclədi
21:52 29.05.2020

Tovuzda əkin sahəsində avtomobil yandı - Mühərrik qəfildən alışdı
21:12 29.05.2020

İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə - İyunun 1-dən sənəd qəbuluna başlanılır
20:32 29.05.2020

Ağdaşda 1 tondan çox çətənə kolu aşkarlanıb - Narkotik becərən qohumlar tutuldu
20:12 29.05.2020

İt döyüşdürənlər saxlanıldı - Onlardan birinin üzərindən narkotik maddə aşkarlandı
19:54 29.05.2020

Açıq tipli tapşırıqların say azaldıldı - Dövlət imtahan mərkəzindən abituriyentlər üçün vacib açıqlama
19:36 29.05.2020

Koronavirusla bağlı ictimai nəzarət sistemi yaradılıb - “Qaydalar ham üçün eynidir” sistemində nələr nəzərdə tutulur ?
19:12 29.05.2020

Sərhədlər iyunun 15-dək bağlı qalacaq - Nazirlər kabinetinin qərarı
18:58 29.05.2020

Tibbi maskadan istifadəyə dair tələblər müəyyənləşdi - Tələblərə əməl etməyənlər cərimələnəcək
18:42 29.05.2020

İsmayıllıda mənzildən oğurluq edilib - Oğurlanan əşya və məhsullar sahibinə qaytarılıb
18:23 29.05.2020

Ermənistan şirkətində kütləvi yoluxma - 80-dən çox işçi koronavirus daşıyıcısıdır
17:58 29.05.2020

Dünyanın ən yaşlı kişisi vəfat etdi - O, 112 yaşında dünyasını dəyişib
17:38 29.05.2020

Nigeriyada kütləvi qətl - Yüzə qədər silahlı şəxs 60 dinc sakini qətlə yetirdi
17:15 29.05.2020

İstanbulda partlayış - 2 nəfər həyatını itirdi
16:45 29.05.2020

Koronavirusun ağır fəsadları - ABŞ-ı müflisləşmə dalğası bürüdü
16:29 29.05.2020

Virusa yoluxanların sayı 5 milyon 940 mindən çoxdur - Ölənlərin sayı isə 363 mini ötüb
16:12 29.05.2020

Karantin rejiminin müddəti uzadıldı - Bəs hansı sahələrdə yumşalmalar olacaq?
15:48 29.05.2020

Ermənistan Gürcüstandan üzr istədi - Torosyan Tbilisini tədbirsizlikdə ittiham etmişdi
15:36 29.05.2020

İtaliyadan Azərbaycana yüksək dəyər - “Mercati di Traiano” abidəsi Azərbaycan bayrağına “büründü”
15:02 29.05.2020

Daha 230 nəfər koronavirusa yoluxub - 103 nəfər sağalıb 2 nəfər vəfat edib
14:48 29.05.2020

Bütün xəbərlər