Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Zavallı Liza - Ədəbiyyatın əbədi mövzuları

Zavallı Liza - Ədəbiyyatın əbədi mövzuları
   17035 dəfə oxunub

Məhəbbət, nifrət, ayrılıq, ölüm, mübarizə, yalan, xeyir, şər və.s. Bütün bunlar müxtəlif dövrlərdə ədiblərin müraciət etdikləri mövzulardandır. Əslində eyni mövzuların zaman-zaman işlənməsində qəbahət yoxdur. Hər dövr öz baxış bucağını sərgiləyir. Vaxt isə qüdrətli hakimdir.

Məsələn, əsrlər boyu eyni xətt üzrə işlənmiş məhəbbət mövzusu günlərin birində  daha fərqli libas geyinərək kökündən dəyişə bilər. Nizami Gəncəvi yaradıcılığında vaxtilə qəlbləri riqqətə gətirən Məcnun, müasir dövrdə milyon qat fəlsəfə libasına bürünsə belə qəbul edilməyə də bilər. Mövzunun bir ucunun fəlsəfə və sufizmə getməsinə baxmayaraq, çağdaş dövrün insanına Məcnunun hərəkətləri gülməli və cəsarətsiz görünə bilər. Hər halda bütün bunlar zamanın ixtiyarında olan problemlərdir. Zaman isə (Xron, Kron- yunan mifologiyasında zaman allahı idi və övladlarının taxta keçməməsi üçün onları udardı) hamımızı udur, qalib gəlir.

Bu təkcə bədii ədəbiyyatda deyil. Eyni tendensiyanı, ardıcıllığı rəsmdə, incəsənətdə də sezmək mümkündür. Əbədi mövzular rəngkarların da fırçasından yan qaçmır. Az qala ilahiləşdirilmiş və tapmaca kimi açması məlum olmayan “Mona Liza”nın təbəssümü də müasir rəssamın fırçasından daha modern, fərqli çıxır. Əlbəttə ilk, ilk olaraq qalır. Sadəcə münasibət və hisslər fərqliləşir.

Yaradıcı təkrarları Vinsent Van Qoqda da sezə bilərik. Onun dəfələrlə təkrarladığı günəbaxan motivlərindən nə qədər həzz almasından bixəbərik. Bəlkə də bütün fikrini eyni əşyaya yönləndirən rəssam, hər ləçəyin, hər yarpağın dayanışında belə onu riqqətə gətirəcək nələrisə tapırdı.Onun ustalığı da elə bunda idi.Hər halda, əsərlərin məşhurluğu onun qiymətindən və dəyərindən xəbər verir.

Ədəbi mövzular yazının məlum olmadığı vaxtlarda şifahi, yazının mövcudiyyatı dövründə isə kağızlarda əbədilik tapırdı. Hər dövr öz bədii estetikasını mövzulara hopdurmuş, məhəbbət, nifrət, yalan, doğru, şər və.s bütün dövrlər üçün öz aktuallığını saxlamaqda davam edirdi.

Vaxtilə Aidin səltənətinə yol açan Odissey, sonralar Şekspirin “Olum, ya ölüm” ifadəsində öz bədii həllini tapmağa çalışırdı. Nədənsə ölülərin getməsi üçün yaradılmış yeraltı Aid sığınacağına Odisseyin var olaraq daxil olub, var olaraq işıqlı dünyaya çıxışı Məlikməmmədin qaranlıq dünyadan sıçramasına bənzəyirdi. Müəllifi bəlli olmayan nağılın yaradıcısının nə düşündüyü, elə “Odissey”i yaradan Homerin nə düşündüyü qədər müəmmalıdır. İnsanın yoxluğa daxil olub, heçdən var olmağı başlanğıc mifdə - “Adəm və Həvva”da daeyniquruluşlu görünür. Heç nədən yaranan Adəm vara, varlığa çevrilir.

Görəsən Odisseyi yeraltı dünyaya aparan Homer nəyə eyham vurmaq istəyirdi? Bəlkə qocalıq qapısını döydüyündən ölümü hər dəfə özündən uzaqlaşdırmağa cəhd edirdi? Hər halda, var olmağı yaşadığımız üçün yoxluğun nədən ibarət olmasını anlaya bilmirik. Çox güman elə Homer özü də bunun axtarışında idi.

Yoxluğu itki kimi dərk edirik. Kobud bir müqaisədə fikirlərimin izahına çalışmaq istəyirəm. İtki hələ yox olmaq demək deyil. Bir əşyanın qəflətən itməsi onun tamamilə yer üzündən silinməsi anlamına gəlməyir. Bəlkə, sadəcə haradasa, bizə məlum olmayan bir yerdə unutmuşuq. Zaman keçdikdən sonra ona rast gəlincə sevinmişikdə. Demə uzun zamandır axtarışında olduğumuz əşya yaşamında davam edirdi.

Çox güman Homer də bu suallar ilə özünü yormuşdu. İbtidai fikir öyrəşdikləri, daima yanlarında gördükləri insanların birdən-birə hara qeyb olmasını açıqlaya bilmirdi. Əslində çağdaş insan da Yaradan ilə monoloqunda bunu açıqlamağa çalışır. Yazarlar öz əsərlərində eyni sualların bədii həllini, cavabını axtarır.

Yoxluğun axtarışı Kitabi Dədə Qorqudda da peyda olur. Duxa qoca oğlu Dəli Domrul əslində göndərilmiş elçi vasitəsilə Aid səltənətinə yol almalıydı. Qorxu bilməz, yol kəsən Domrul nədən Əzrayılın əlində aciz qalsın ki? Niyə ondan möhlət istəsin? Niyə Əzrayıl buna razılaşısın? Niyə canının əvəzində can istəsin? Əgər onun məqsədi sırf Domrulun canını almaq idisə, nədən alış-veriş dünyasında insanın qavradığı meyarlara ram olur?

Nə Domrulun anası, nə də atası qeyb dünyasına getmək istəmir. Yalnız sadiq həyat yoldaşı ölümə getməyə razı olur. Birgə sevib-yaşamağa alışan iki şəxs ədəbiyyatın digər – ayrılıq mövzusu qarşısındadırlar. Bunu sınaq müddəti də adlandıra bilərik. Əslində müəllif onları ayırmaq istəmir. Ayırmır da. O səbəbdən də ölüm satın alınır. Bu dünya qanunları digər dünyanın qanunlarına qalib gəlir.

Müəllif bununla nəyə eyham vurmaq istəyir? Yoxsa məqsədi oxucusunda inamı formalaşdırmaq idi? Niyə o dünyanın bir giriş qapısının olmasını təkrarlayan bəşəriyyət, bir ədib qələmi ilə Domrulu xilas edir? Əbədi sualdır...

Odisseyi illərlə gözləməkdə davam edən Penelopa da eyni aqibəti yaşayır. Demək qadın və kişi dözümlülüyü, iradəsi üzərinə vurğunu qoymaqdan ötrü ölüm-dirim mübarizəsi gedir. Ayrılıq kimi atributlar insan iradəsini yoxlamaqdan ötrü bədii əsərə ayaq açır.İlkin Həvva və Adəm mifindən başlayaraq bu ardıcıllıq davam edir. Ədiblər isə Şekspir dövründən indiyə qədər “Olum ya ölüm” arasında gözəgörünməz körpünün axtarışınıdavam etdirir.

Ədəbiyyatın növbəti əbədi mövzusu.

Ədəbiyyatın qadın, kişi qolu və ailənin digər ailəni qəbul etməməsi qolu da əbədi mövzulardandır. “Arşın mal alan”da cəmiyyət psixologiyasını öndə qoyan müəllif, vəziyyəti Dədə Qorqud dastanında olduğu kimi cəmiyyətin xeyirinə dəyişir. Məsələ, həm sən deyən oldu, həm də mən deyən, istiqamətinə yol alır.

Eradan öncə yaşamış Publi Terensi də beş pərdəli “Androslu qız” komediyasındabu mövzunu işləyib. Gənc zadəgan yetim bir qıza aşıq olur. Varlı ata onların evlənməsinə razı olmur. Hadisələr intriqa yolu ilə dolaşıb mürəkkəbə doğru davam edir. Sonda yetim qızın varlı bir zadəganın qızı olması məlum olur. Mövzunun sonu atanın və oğulun qələbəsi ilə yekunlaşır.

Məncə belə yekuna görə Publinin kitabı zadəgan ailələrində sevimli kitaba çevrilə bilir.  Yazıçı cəmiyyətin tələblərini, normalarını pozmamaqdan ötrü əsərində kasıb qızın zadəgan atasını yaradır. Əlinə kitab alıb oxuyan zadəgan atarahatlıq tapır. “Yox” bildiyinin arxasında var-dövləti görüncə sevinir. Cəmiyyət qanunları qalib gəlir.

Eyni mövzunun fərqli boyalarla əksini Rabindranat Taqorun “Alver” hekayəsində də görürük. Hə, burada vəziyyət düşündüyümüzdən daha acınacaqlıdır.

Beş oğul atası Ramşundar Mitronun bir qız övladı da dünyaya gəlir. Sevincək ata qızını Nirupoma (əvəzolunmaz) adlandırır. Vaxt gəlir qızı ərgən qız olur, artıq evlənmək zamanıdır. Hindistan qaydalarına görə seçim qız evinin öhdəliyindədir. Qız atası övladını arxayın görməkdən ötrü əsli-nəcabəti olan, zəngin bir ailə ilə qohum olmaq arzusundadır. Nəhayətdə Raybahadurun aman-zaman oğlunun münasib adaxlı olması qənaətinə gəlir. Bundan yaxşı  seçim ola bilməzdi. Oğlan evi, təyin olunmuş məbləğin gətiriləcəyi təqdirdə qızının alınmasına razılıq verir. Ata toy gününə qədər pulun 6-7 minini verir. Qalan hissəsini isə toydan sonra verəcayinə söz verir.

Əsərin ən faciəvi anı qız atasının çıxılmaz durumda olmasıdır. O yoxsuldur, pulun haradan əldə olunmasının yollarını axtarır. Gah intihar haqqinda düşünür, gah da evini satmaq qərarına gəlir. Gücündən qat-qat ağır olan məsuliyyətin altına girməsi ona baha başa gəlir. Oğlan evində isə qızı iztirab çəkir. Ona çörək, su belə vermirlər. Qulluqçu kimi yanaşırlar.

Əsərin sonunda qız xəstəlik taparaq həlak olur. Zəngin ailə isə yoxsul şəraitdə saxladığı gəlinlərini adlarına layiq şəkildə dəfn edirlər. Ən bahalı ağaclar ilə gəlini yandırırlar. Ən zəngin nemətlər yas mərasimində süfrəyə düzülür. Dəfnin əks-sədası bütün Hindistana yayılır. Hamı yoxsul qızın ölümünə qibtə edir. Şan-şöhrətlə məclisinin verilməsindən danışır.

Taqor bir balaca küləyin əksi istiqamətinə hərəkət etməyi düşünürdü. Əsərlərdə öz köklü mövqeyini qazanmış yoxsul-varlı münasibətləri onun qələmində sosial vəziyyətin xeyirinə işləmir. Bəlkə də o, bunu etməklə cəmiyyətini haradasa silkələməyə çalışır. Hər halda eyni silsilənin çağdaş dövrümüzə qədər Hindistanda davam etməsini görüncə ədibin əsərinin heç vaxt sosial durumu düzəltmək gücündə olmadığı qənaətinə gəlmiş oluruq.

Qızın dəfnindən bir neçə gün sonra oğlan üçün zəngin ailənin qızı gəlin olaraq gəlir. Cəmiyyətin əbədi qanunu bərqərar olur.

Budur, “Zavallı Liza”göz yaşı içindədir. Onu xoşbəxt etməyə söz verən Erast sözünə sadiq qalmır. Gül satan qız xoşbəxtlik xülyaları qurarkən Erast onların münasibətlərinin ehtiras çərçivəsinə gəlməməkdən ötrü Yaradana dua edir. Əslində o, sevginin adiləşməsindən qorxurdu. Şeytanın aralarına girməməsi üçün bütün hisslərinin platonik köklənməsini yaradandan diləyirdi. Bəlkə müəllif bu yolla obrazlarını daha ülvi, daha pak düzəngaha çıxarmağı arzulayırdı?

Nikolay Mixayloviç Karamzin “Zavallı Liza”sını yırtıcı qollarına atmaq istəmirdi. Eynilə ondan qat-qat öncə yaşamş Nizami Gəncəvi kimi. Zaman daimi hisslərin üzərindən xətt çəkə bilmir. İnsan bütün zamanlarda şəhvət və əsl sevginin nə olduğunun fərqinə varır. Müəllif məhəbbəti yerin altına çəkmək istəmir onu daha ülvi, ilahi uçuşa dəvət edir.

Nizami sona qədər bu missiyanın öhdəsindən gələ bilir. Məcnunu səhralara salsa belə Leyliyə yaxınlaşmasına icazə vermir. Onun obrazını ilahiləşdirməyə nail ola bilir. Leyli Qeysin ağuşundan vaxtında xilas olur.

Bəs Liza?

Bəli, zamanla çoxalan görüşmələr, söhbətlər toxunmaq, əl vurmaq hissini hər iki gəncin ürəyində alovlandırır. Liza taxunulmazlığını pozduqdan sonra Erastın həyatına ard-arda gələn qadınlardan birinə çevrilir. Öz müqəddəsliyini kəndin tək ağacı altında qurban verir.

Və yenədə zadəgan həyatı. Müharibə adı ilə aradan çıxan Erastın xəyalı bir müddət Lizanı yaşada bilir. Gül satan qız yenə də Moskvadadır. Gözləri sevdiyi insanı axtarır. Geniş küçələrin birində Lizanın qarşısına dəbdəbəli bir kareta çıxır. Liza karetanın içinə baxaraq, sevdiyi kişini görür. Erast karetadan düşüb böyük evin pillələri ilə qalxmaq istəyəndə, birdən-birə özünü Lizanın qolları arasında görür. Qorxudan rəngi qaçan Erast, Lizanın nidalarına bir kəlmə də olsun cavab vermir. Onu otağa çəkərək vəziyyətin dəyişdiyini, zəngin qadınla evlənməyə razılıq verdiyini bildirir. “Sənin yaxşılığını arzu edirəm. Budur, yüz manat, bu pulları götür və icazə ver səni sonuncu dəfə öpüm” deyir.

Məhəbbət nifrətə çevrilir. Zamandır onu sevən qadın bir günün içində ilahiləşdirdiyi obraza nifrət edir. Ədəbiyyatın növbəti mövzusu işə keçir. Yazıçı bu məqama diqqət çəkmək üçün hadisələri bir az da genişləndirmək fikrinə düşür. Liza küçəyə çıxır, onun bu halını heç bir qələmlə təsvir etmək mümkün deyil. “O, məni qovdu? Məni daha sevmir? Mən məhv oldum!”. Liza özündən gedib yerə yıxılır.Bir xeyirxah qadın ona kömək edir. “Mənə yaşamaq olmaz – deyə Liza fikirləşirdi, - olmaz!...Ah, kaş bu göylər uçub mənim üstümə töküləydi”. Liza bu fikirlərlə şəhərdən uzaqlaşır. Bir də özünü qocaman palıd ağacının altında görür. Yol ilə gedən qonşu qızcığazı görüb, cibindəki pulları ona verir. “Anyuta, bu pulları anama verərsən”. Ürəyindəki sözləri də anasına çatdırmağı xahiş edir. Sonra suya tullanaraq intihar edir. Ruhu da, cismi də gözəl olan insan öz həyatını belə tamamlayır. Bəlkə müəllif onu suyun qoynuna ataraq paklamaq istəyirdi? Hər halda Liza ölür. Onu, bəkarətini itirdiyi qocaman palıd ağacının altında dəfn edirlər.

Həm Taqor, həm də Karamzin obrazı öldürməklə bəlkə də qisas alırdılar. Bəs toxunulmaz Leylinin öldürülməsində kim günahkar idi?

Bəli, Nirupoma zəngin həyatın, varlı yaşam ehtirasının qurbanı olduğu üçün öldürülmüşdüsə, Liza da şəhvətin qurbanı olduğundan müəllif tərəfindən öldürülür. Hər iki müəllif qadını belə cəzalandırır. Elə Nizami Gəncəvidə çırkab həyatdan qaçmaq üçün ölümü yeganə çıxış yolu kimi görür. Leylini çirkab dünyadan xilas edir.

Taqorun kişi obrazı təəssüf hissi keçirsə də başqa qadınla evlənməklə yaşamını davam etdirir. Karamzinin Erastı ömrünün sonuna kimi rahatlıq tapa bilmir, özünü qatil hesab edirdi. Nizami isə məsələyə daha humanist, insani, Şərq insanı və sadiqliyi ilə fəlsəfi yanaşır. Məcnunu uzaqda deyil, Leylinin qəbri üstündə canını alır.

Taqor realizmi masa üzərinə qoyur, Karamzin vicdanı, Nizami isə əbədiyyatı məsələ olaraq oxucunun ixtiyarına verir.

Aidin səltənətindən sağ çıxan Odissey nəhayət ki, Penelopaya qovuşur. Ara-sıra pərilərin cazibəsinə düşsə belə ailəni, gəldiyi yeri unutmur. Homer Penelopanın da sadiqliyinə öz möhürünü vurur. Sadiqlik olan yerdə məhəbbət qaraya bulaşmır. Var-dövlət, taxt-tac belə önəmini itirir. Hər halda burada növbəti sual müydana çıxır. Odissey Penelopaya görəmi geri dönməyə tələsirdi, yoxsa yenidən taxt-tacına sahiblənmək istəyi onu geri səsləyirdi? Hər halda bu, Karamzinin ortaya qoyduğu vicdan məsələsi çərçivəsində dövr etməkdədir.

Ədəbiyyatın əbədi mövzuları yer kürəsinin ətrafında dövrə vuraraq dövrümüzə qədər ayaq açır. Bəşəriyyət zamanla işlənmiş suallara yenə də cavab axtarmağı düşünür. Əbədi mövzular sandığı üzərində əyləşən ədiblərin heç birinin sandığı açmaq fikirlərinə belə gəlmir. Bəlkə də belə daha doğrudur. Çünki olumun və ölümün nə olmasını bilmək artıq sualın cavabıdır və məsələnin nöqtəsidir. Vergül, davam, tamamalaya bilmək eşqi isə bütün hisslərdən uca və əsrarəngizdir. Cavabsız suallar daima öz cazibəsini qoruyub saxlaya bilir. Yaradan belə əbədi sualların bəkarətini əldən verməməkdə israrlıdır. 

Günel EYVAZLI

BUNU DA OXU

Gülşən Qurbanovanın həyatı haqqında bilmədikləriniz - VİDEO
ATV-də yeni serial - "Duzkomediya" - FOTOLAR
Муж 30 лет скрывал от жены, что продал ее квартиру дочери от первого брака
AFFA-nln Baş katibi : "Tənqid hər insanın haqqı və hüququdur"
Rahidə Baxışova və İslam Mehrəliyevdən maraqlı səhnəcik - "Üçümüz" də - VİDEO
Xəbər lenti

“Dubai Airshow 2019” sərgisində ən müasir texnologiyalar nümayiş etdirilir - FOTOLAR
21:56 21.11.2019

Şəhid ailələri və Qarabağ əlillərinə ev verildi - Daha 13 ailə mənzillə təmin olunub
21:35 21.11.2019

Təhlükəli "GHOSTY" tətbiqi silindi - Nazirlik vətəndaşlara xəbərdarlıq etdi
21:16 21.11.2019

Ən çox islahat aparan 20 ölkədən biri - On ayda ölkəmizdə qeyri-neft sektoruna 7,2 milyard manat yönəldilib
20:55 21.11.2019

Pirşağı, Zabrat, Ramana və Maştağa sakinlərinə şad xəbər - Kanalizasiya xətləri çəkiləcək, yeni yol salınacaq
20:34 21.11.2019

Qobuda on ailə fərdi evlə təmin olundu - Şəhid ailələri və Qarabağ əlillərinin mənzil problemi həll olunur
20:13 21.11.2019

“Cinayətə əli bulaşanlar layiqli cəza alacaqlar” - Prezidentin köməkçisi deport olunanlardan danışdı
19:54 21.11.2019

Bələdiyyə sədri həbs edildi - Onun torpaq satdığı aşkarlanıb
19:35 21.11.2019

1500 hektarda 420 min fındıq ağacı əkilib - Yeni fındıq bağları salınır
19:14 21.11.2019

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında - Sərəncam
18:55 21.11.2019

Sabah hava necə olacaq?
18:36 21.11.2019

Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib - FOTOLAR
18:19 21.11.2019

Qida zəhərlənməsi ilə bağlı cinayət işi açıldı - Tələbələrin nədən zəhərləndiyi araşdırılır
17:59 21.11.2019

Gürcüstanda növbəti etiraz aksiyası keçirilib
17:38 21.11.2019

Körpə uşağını atıb gedən ana studiyaya gəldi - "Bizimləsən" - VİDEO
17:19 21.11.2019

Ermənistanın keçmiş prezidentindən açıqlama
16:59 21.11.2019

Zakir Fərəcov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
16:47 21.11.2019

Sumqayıt şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında - Sərəncam
16:40 21.11.2019

Sumqayıt şəhərində yeni “ASAN xidmət”lə bağlı - Sərəncam
16:35 21.11.2019

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında - Sərəncam
16:30 21.11.2019

Milli Qəhrəmana film həsr olundu
16:24 21.11.2019

Üç ölkənin opera ulduzu Bakıda bir araya gəlib
16:06 21.11.2019

Tailand-Laos sərhədində 5,8 bal gücündə zəlzələ olub
15:48 21.11.2019

Bakıda avtobus qəzasında 6 nəfər yaralanıb - Yaralılardan biri azyaşlıdır
15:29 21.11.2019

İranda etirazçıların rəhbərləri həbs edilib - Onların xarici casuslarla əlaqəsinin olduğu bildirilir
15:10 21.11.2019

Estoniya internetsiz qalıb - Siçovullar kabelləri yeyib
14:51 21.11.2019

Sabunçu-Pirşağı xətti istifadəyə hazırdır - Stansiya müasir standartlara uyğun qurulub - VİDEO
14:32 21.11.2019

Nitq qüsurlu Şəhriyar evlənmək üçün efirə gəldi - “Bizimləsən” - VİDEO
14:15 21.11.2019

Gülşən Qurbanovanın həyatı haqqında bilmədikləriniz - VİDEO
14:00 21.11.2019

Yaşar Böyükanıt vəfat edib - Dörd gün əvvəl isə həyat yoldaşı dünyasını dəyişmişdi
13:45 21.11.2019

Sosial Tədqiqatlar Mərkəzi sorğu keçirib - VİDEO
13:23 21.11.2019

Hacıqabulda elektrik xətlərini kəsib oğurlayan 2 nəfər saxlanılıb - VİDEO
13:02 21.11.2019

Hindistan ballistik raketlərin sınağını keçirib - Raketlər nüvə başlıqları daşıya bilir
12:45 21.11.2019

Əsədə tabe qüvvələr İdlibi bombalayıb - 12 dinc sakin həyatını itirib
12:27 21.11.2019

Yeni Azərbaycan Partiyasının yaradılmasından 27 il ötür
12:08 21.11.2019

Роналду тайно женился на Джорджине Родригес в Марокко?
11:51 21.11.2019

Kürdəmirdə avtomobil qəzası baş verib - Sürücü dünyasını dəyişib - FOTOLAR
11:35 21.11.2019

İki avtomagistralda sürət həddi endirildi - Yağışlı hava ilə əlaqədar
11:16 21.11.2019

İş axtarmaq asanlaşdı - Yeni sistemdən istifadə qaydası - VİDEO
10:58 21.11.2019

Pompeodan strateji silahlarla bağlı vacib bəyanat
10:39 21.11.2019

İnquşetiyada bütpərəstlik məbədi tapılıb
10:20 21.11.2019

Bələdiyyə seçkilərinə hazırlıq - Komissiya üzvləri üçün treninqlərə start verildi
10:03 21.11.2019

Sumqayıt məktəbliləri ATV-də - Kanalın əməkdaşları ilə görüşüb, studiyalara baxdılar - VİDEO
09:45 21.11.2019

Tarixdə bu gün - 21 Noyabr - YAP-ın yaranması, Ümumdünya Salam Günü və hava şarı
09:30 21.11.2019

Mal-qara müəmmalı şəkildə tələf olur - Təcili müayinələrə başlandı
22:02 20.11.2019

İcbari tibbi sığortanın tətbiqinə 41 gün qaldı - Kimlər sığorta haqqı ödəməkdən azaddır?
21:45 20.11.2019

“ASAN xidmət” BMT ilə memorandum imzaladı - Uşaq hüquqlarının qorunması istiqamətində işlər görüləcək
21:29 20.11.2019

VI İncəsənət Biennalesi başladı - Tədbirə 17 ölkədən 40 rəssam dəvət edilib - FOTOLAR
21:10 20.11.2019

Morales kompromis təklif edir - O, Boliviyaya geri dönmək arzusundadır
20:52 20.11.2019

Qidalar necə yoxlanılır? - İstehlakçılar proseslə əyani tanış oldular
20:31 20.11.2019

Avtomobil anidən alışaraq yanıb - Ucarda - FOTOLAR
20:12 20.11.2019

Ehtiyatda olan hərbi qulluqçular təltif olundu - Goranboyda tədbir təşkil edilib - FOTOLAR
19:53 20.11.2019

Qəhrəman dənizçilər mükafatlandırıldı - Onlar 14 nəfəri partlayışdan sağ çıxarmışdılar - FOTOLAR
19:35 20.11.2019

İsrailin Suriyaya hava hücumu
19:16 20.11.2019

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyaya rəsmi səfərə gəlib
18:57 20.11.2019

Sabah bəzi rayonlara sulu qar yağacaq
18:40 20.11.2019

Daha 50 ailəyə mənzil verildi - Şəhid ailəsi və Qarabağ əlillərinin mənzil problemi həll olunur
18:21 20.11.2019

“Qarabağın statusu ilə bağlı qəlizlik yoxdur” - Politoloq Lavrovun fikirlərinə münasibət bildirdi
18:02 20.11.2019

Quba rayonunda 6 kənddə 948 fərdi evə qaz verildi - FOTOLAR
17:41 20.11.2019

Əfqanıstanda “Taliban” hərbi bazaya hücum edib
17:23 20.11.2019

Qadın fermerlər avadanlıq problemi ilə üzləşib - Onlara AFAQ layihəsi çərçivəsində kömək ediləcək - VİDEO
17:04 20.11.2019

38 ildən sonra atasına qovuşdu - “Bizimləsən” - VİDEO
16:45 20.11.2019

Xamenei: “Düşməni geri oturtmuşuq"
16:27 20.11.2019

Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının, həmçinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında - Sərəncam
16:08 20.11.2019

ATV-də yeni serial - "Duzkomediya" - FOTOLAR
15:50 20.11.2019

Муж 30 лет скрывал от жены, что продал ее квартиру дочери от первого брака
15:32 20.11.2019

Almaniyanın sabiq prezidentinin oğlu mühazirə zamanı öldürülüb
15:17 20.11.2019

Azərbaycanın bu rayonlarına yeni icra hakimləri təyin edildi
15:00 20.11.2019

Azərbaycanın bu rayonlarının icra hakimləri işdən azad edildi
14:45 20.11.2019

Bakı-İstanbul təyyarəsi təcili eniş edib - Sərnişinlərdən birinin halı qəfildən pisləşib
14:34 20.11.2019

Masallıda evdən oğurluq olub - Pul və qızıl-zinət əşyaları götürülüb
14:16 20.11.2019

Balakəndə əl qumbaraları tapılıb
13:59 20.11.2019

İranda aksiyalarda ölənlərin sayi 106 nəfərə çatıb - Aksiyanın təşkilatçıları edam olunacaq
13:48 20.11.2019

AFFA-nln Baş katibi : "Tənqid hər insanın haqqı və hüququdur"
13:29 20.11.2019

Bakıda Quba yolunda sürət həddi endirildi - Səbəb yolda qəzaların sayının artmasıdır - VİDEO
13:10 20.11.2019

Sumqayıtın 70 illiyi qeyd olunub - Ümümşəhər tədbiri möhtəşəm paradla yadda qalıb YENİLƏNİB - VİDEO - FOTOLAR
12:52 20.11.2019

Mourinyo "Tottenhem"də!
12:35 20.11.2019

Leyla Əliyevanın iştirakı ilə Bakının Atatürk prospektindəki parka 10 tutuquşu buraxılıb - FOTOLAR
12:30 20.11.2019

Özəl məhkəmə ekspertizası yaradılır - İkinci qanunvericilik paketi müzakirəyə çıxarıldı
12:17 20.11.2019

Avropa çempionatının final mərhələsinə vəsiqə qazanan 20 komanda bəlli oldu
12:00 20.11.2019

Bütün xəbərlər