Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Nəsimi Allahı və insanı o qədər çox sevirdi ki...

Nəsimi Allahı və insanı o qədər çox sevirdi ki...
64473 dəfə oxunub
Dəyərlər anlayışının tarixi spesifikası onun mahiyyətini anlamaqda əsas məğz  idi. Dəyər anlayışına fəlsəfə və kulturologiyada müxtəlif aspektli baxışlar mövcud olmuşdur. Fəlsəfəçilər dəyərlər kultunu insanların və toplumların əsas genetik varlıq meyarı hesab edirdi. Kulturologiya dəyərlər prizmasına fəlsəfədən daha geniş yanaşırdı. Kulturoloqlar dəyərlərin aktuallığına fəlsəfədən daha çox inanırdı. Buna baxmayaraq fəlsəfənin təsirləri ilə ictimai şüurun yeni pillələrə qədəm qoyması ilə yenilikçilik baxışları zədələnməyə başladı. İndinin özündə belə dəyərlərin varislik əlaqəsinin psixoloji və mənəvi təsir rolunu küçümsəyən adamlara hər yerdə rast gəlmək olur və bu çox zərərli tendensiyalara səbəb olur.

Dəyər həm mahiyyət etibarilə, həm də özünün daşıdığı tarixi mövcudluq missiyası ilə xalqların ayaqda qalması və toplumların rifahı üçün əsas stimuldur. Dəyər anlayışına ən yaxşı yanaşmanı göstərən sosioloq Emil Dürkheymə görə dəyərlər insanların təklikdən qurtulub, bərabər şəkildə var olma mübarizəsinin əsas silahı idi. Dəyərlərlə bağlı Şəms Təbrizinin də insanı fikirdə var-gəllər etməyə səbəb olan yanaşması var idi. Dəyərlər insanların könül vəhdətini hörən bənna kimi qiymətləndirilirdi. Maddi dəyərlər bir xalqın toplumsal rifahına və gələcəyinə işıq idisə, mənəvi dəyərlər xalqları aşınmadan qoruyan, onları öz irsinə sahiblənməyə səsləyən nüans idi. Əlbəttə, dəyərlər anlayışının sosial yükünün məsuliyyəti artdıqca, bəzi uydurma klişeləri də bura calamağa çalışanlar olmuşdur və tarixin süzgəcindən əsl dəyərlər öz qiymətini almağı bacarmışdı.

Azərbaycanın fəlsəfi fikir tarixində ədəbiyyata və toplumun azadlıq hisslərinə əvəzsiz töhfələr həsr dən hürufilər də öz tarixi missiyasını başa vursalar da, onların şeiriyyatındakı ilahi hisslər, mübarizəsindəki dəyanət və aşıladığı insan sevgisi bir ömür boyu bu xalqın genetik yaddaşından silinməyəcək. Hürufiliyin tarixindən geniş bəhs etməyi düşünmürəm. Hürufilik günümzdə belə, həm dini-mistik çalarları, həm də fəlsəfi ağırlığı ilə mübahisələrə səbəb olmağı bacarmışdır.

Qərbdə mövcud olan numeroloji fəlsəfi baxışların rəqəmlər üzərinə köklənən tezisləri sonrakı dövrün riyazi tərəqqisinə səbəb olsa da, qərb ədəbi və dini dünyagörüşünün formalaşmasında heç bir rola malik olmamışdır. Spinoza numerologiyanı can verən meyidə bənzədərək, numeroloji araşdırmalar edən insanları darıxan kütlə deyə dəyərləndirirdi. Hürufilərdə isə baxış tam ayrı idi. Burda yalnız hərflərin dini mənaları açıqlanmır, həm də insan və yaradan münasibətlərinə fərqli baxışlar yer alırdı.

Şərqin düşüncə tarixindəki dövrü də heç çəkinmədən hürufilərə qədərki və hürufilərdən sonrakı dövrlərə bölə bilərik. Antik yunan filosofu Pifaqorda hərflərin fəlsəfi anlamının izahına cəhdlər olsa da, sonralar bu artıq düşüncə adanlarının və müxtəlif fikir axınlarının marağına səbəb olmurdu. İslam tarixində hərflərə yanaşma və qiymət vermə hələ Həzrəti Əli zamanından mövcud idi. Hərflər sözlərin nizamı sayılırdı. İslam fəlsəfəsində hərflər ayrıca millətlərdən əmələ gələn bir “millət” kimi qiymətləndirilirdi və hələ hürufilərə qədər buna bənzər baxışlar var idi.

Hürufilər istədikləri hərflərdən hər hansı bir nəticəni çıxarır, onu anlamağa sövq edirdi. Sözü insanın qalası hesab edən hürufi şairlər hərfləri sözün yaradıcısı, sözü isə hərflərin külliyatından doğan zinət hesab edirdilər. Allah da sözlərlə ifadə olunur və onun yaratdıqları da sözlərin cəmindən formalaşır. İslam fəlsəfi fikir tarixində hürufilərə qədər insana ilahi mıərtəbəyə çatma şansı tanıyan cərəyanlar çox az idi.

Sufilərin təkkələrində, xüsusilə ifrat sufi ordenlərində buna cəhdlər olmuşdu. İfrat sufilərin məhz insanı ilahiləşdirməsi, sonralar mötədil sufi qanadının onlardan ayrılmasına səbəb olurdu. Hürufilərin insanı azad varlıq kimi dəyərləndirməsi də öz dövrü üçün, şüur tarixində inqilabi situasiya idi. Hürufiyə görə insan həyatının dəyəri onun özlüyündə gizli idi. Özünü dərk edən insan həm də ağıllı və güclüdür.

Güclü olmayan insanın naqisliyi onun yaradılışına zidd idi. Zəif insan Allahla rabitəsini itirən varlıq hesab olunurdu və hürufinin insan fəlsəfəsinin mərkəzində yüksək insan şüuru dayanırdı. Hürufiliyin yüksək insan qiymətləndirməsinə Nitsşşenin fəlsəfəsində işarələr olmuşdu. Klassik qərb fəlsəfi cərəyanları hürufiliyi öyrənmiş və insan fəlsəfəsinə hürufilik güclü təsirlər göstərmişdi. Necə ki, sonralar fəlsəfə tarixindəki məktəblərdə poetik düçüncə tərzi formalaşırdı. Ədəbiyyat tarixini araşdıran tədqiqatçılar sözün şeiriyyat zirvəsini hürufilərdə görürdü. Hürufilik yalnızca bir məqsəd və fəlsəfi ideya mübraizəsi deyil, həm də poeziya savaşının adı idi.

Seyyid İmadəddin Nəsimi isə hürufiliyin intibah imzası idi. Fəzlullah Nəimi kimi hürufi lideri ilə tanışlıq onun sonrakı həyatının axışını dəyişdirmişdi. Nəsimiyə öz ardıcılları “eşqin cəsarət simvolu”, “məhəbbət fədaisi” adlarını verdi.  Nəimi təsəvvüflə tanış etdiyi Nəsiminin içindəki sevda lirikasına bələd olduqdan sonra onu daha çox sevmiş və hürufiliyin ədəbi vəzifəsini Nəsimiyə həvalə etmişdi.

Nəsiminin soyu ilə bağlı müxtəlif fikirlər uzun illər dolaşsa da, onun Şamaxıda doğulması və Azərbaycan dilində şeirlər yazması sonralar tarixçiləri yekun fikirə gəlməyə sövq edir. Təəsüf ki, Teymurilərin amansız basqılarından təngə gələn Nəsimi Azərbaycanı tərk etməyə məcbur qalmışdı. Nəsimin insan sevgisi sonralar Bursa və Ankaradakı Osmanlı əyanlarının da xoşuna gəlməmiş və bu böyük eşq fədaisi həm səyahətlərə məcbur qalmış, həm də ideyalarını yaymışdır.

Nəsimi Allahı və insanı o qədər çox sevirdi ki, Anadoluda onu “Allahlıq iddiasına düşən kafir” adıyla damğalamağa cəhd etmişdilər. Nəsimi insan simasında 32 hərfi oxuyaraq, şeirlərində bu fikiriləri qələmə alırdı. Vəhdət-i-vücud fəlsəfəsini dərindən mənimsəməsi Nəsimini həmişə dilləndirmiş və Nəsimi düşmənləri də onu rahatlıqla “zındıq” ibarələri ilə təzyiqə məruz qoymuşdu.  Nəsimi hər yerdə hörmət qazanmış və sonralar başına gələn zülmlər gəzdiyi yerlərdə onu xalq qəhrəmanı zirvəsinə qaldırmışdır.

Nəsimi həm öz doğma ana dilini mükəmməl mənimsəmiş, həm də farsca divan şeirləri yazmışdır. Buna baxmayaraq, gəncliyində yaxşı təhsil alan Nəsimi ərəb dilinin də mahir bilicisi idi. Nəsimi mədrəsələrdəki klassik dərs sistemləri ilə heç vaxt barışmır və bu səbəbdən də, şərq texniki elmlərini də öyrənməyə cəhd edirdi. Özəlliklə qəzəllərində buna açıq-aşkar işarələr mövcud idi.

Nəsimin yaradıcılığını hürufiliklə çərçivələmək cəhdləri isə çox yanlışdır, çünki Nəsimi hürufiliyə qədər şeirlər yazırdı. Ədəbiyyatçılar bu baxımdan onun yaradıcılığını Nəimiyə qədərki və Nəimidən sonrakı dövrlərə bölürdü. Mövlananı sevən Nəsimi hürufi fəzlullahı olmadan öncə imamlara və islamın görkəmli isimlərinə şeirlər yazırdı. Nəsimi qəzəlləri ilə şöhrət qazanırdı. Lakin, o, məsnəvi və türk şeiriyyatının zirvəsi sayılan tuyuqlar da yaza bilirdi. Nəsimi şeiriyyatında Allaha sevgi o qədər dərin idi ki, Allah aşiqi olan insanları ilahi hesab edirdi.

Nəsimiyə görə insan xeyirin yüksək pilləsi olan Allahı dərk etməlidir və şərdən qaçmaq üçün mütləq onun sevgisi uğrunda “yanmağı”  bacarmalıdır. Nəsimi həqiqi yolu mənəvi bihuş olmaqda görürdü. Nəsimi müəllimi Nəimini çox sevmiş, eyni zamanda sufi Həllac Mənsurdan da təsirləndiyini öz şeirlərində büruzə verirdi. Bu günümüzdə də, bir çox yaradıcı və fərqli fikirli insanın əsas problemi olan ailə dedi-qoduları Nəsimidən də yan keçmirdi. Qardaşı Nəsiminin ideyalarına etinasız yanaşır və onu ehtiyyatlı olmağa səsləyirdi. Nəsimi qardaşının məsuliyyət və narahatlıq hissini anlasa da, qardaşına cavab şəkilində qələmə aldığı qəzəllərində onu ilahi eşq və səadət yolunda məhrumiyyətlərdən çəkindirməməyə çağırırdı.

Nəsimi öz inancına və düşüncəsinə o qədər bağlı olmuşdur ki, son anına qədər yaradıcılığında bir dənə də olsun mövqeyinə təəssüf hissi ehtiva edən nümunəyə rast gəlinmirdi. Nəsimi cahilliyə nifrət edirdi. Hürufiliyi öyrənmək istəyən gənc şairlərə təbiətşüaslıq dərsləri keçdiyi bilinməkdə idi. Onun öz dövrü üçün sülh və ədalət nitqləri sonralar onun davamçılarının əsas tezisləri olur. Nəsimi insanın neqativ tərəfini və meyillərini də orijinal izah edirdi. Nəsimi şəri təmsil edən insanları daxili vicdan etalonu ilə qiymətləndirsə də,  insanın pis əməllərini onun dünyanın qaranlıqdakı çarpışmasından törəyən tərəfi hesab edirdi. O insanları ürfana və saflaşmağa çağıraraq, pis hisslərdən təmizlənməni mənvi kamillikdə həll edici hesab edirdi. İnsan öz hürriyyətinə öz vicdanı və məhrumiyyətləri ilə çata bilərdi.

Nəsimi həm də Azərbaycan fəlsəfi düçüncə pilləsində metafizik məsələlərə əsaslı toxunmağa cəhd edən ilk mütəfəkkirlərdən idi. Baxmayaraq ki, Əfsələddin Xaqani və Nizami Gəncəvi yaradıcılığında buna cəhdlər olmuşdu. Nəsiminin özəlliyi mistikanı şeiriyyatdan çıxara bilməsində idi.

Nəsiminin dərisinin diri-diri soyulması fəlsəfə tarixinə və ədəbiyyata vurulan mənəvi zərbə oldu. Bu cinayət hadisəsi Nəsiminin cismini yerdən ayırsa da, onun ədəbi gücü və söz dühası heç bir zaman yaddaşlardam silinmədi. Nəsiminin ibrət aldığı Həllac Mənsur və işraqilik fəlsəfəsinin yaradıcısı Sührəverdi ideyalarına bağlılığı da onu öz yoluna sədaqətli  olmaqda möhkəm etmişdi.

Nəsiminin aktuallığı onun sevgi hissinin incəliklərini çözməsində idi. Texniki tərəqqinin insani duyğuları tərəzidə laxlatmağa çalışdığı indiki fərdiyyətçi dünyada Nəsimi qəzəlləri bir daha insan qəlbini ovsunlamağı bacarır.  Nəsiminin bu qəzəli indiki dövrün saxta sevgilərinə necə də gözəl zərbə vurur:

Can еşqə düşdü, еy könül, yarəb, nədir tədbirimiz? 

Can nеyləsin, biçarə, çün həqdən budur təqdirimiz.

Mişkin saçın еşqi bizi zəncirə çəkdi, bağladı,
Yə’ni ki, biz məcnunlarız, şol həlqədir zəncirimiz.

Saqi ləbindən doğmuşuz, yə’ni ki, bеydən lam ilə,
Fitrət günündən ta əbəd şol dayədəndir şirimiz.

Şol gözlərin kirpiginə aşiq nеcə sеyd olmasın,
Gör kim, nə yaydandır gələn şol zəхmə mərhəm tirimiz.

Çün qirü qarın qiymətin mə’nidə bildin kim, nədir,
Kafura döndü qarımız, həm ənbər oldu qirimiz.

Еşq əhli iqlimində çün hüsnündür, еy dilbər, məlik,
Hökmünə məhkum olmuşuq, sultanımızdır, mirimiz.

Qur’andır anın surəti, aydır Nəsimi, şək dеgil,
Münkir əgər yoх dеrisə, uş müshəf, uş təfsirimiz.

Ya da bu möhtəşəm qəzəldəki rəvanlıq insanı həqiqətən titrətməyə qadirdir. Nəsimi dünyasının incəlikləri hər beytdə özünü büruzə verir.

Ey özündən bixəbər, gəl haqqı tanı, səndədir,

Gəl vicdan şəhrinə seyr et, gör anı səndədir.

Qandadır deyü nə sərgərdan gəzərsən zənn ilən,
Gəzməgil hər mənzili çün can məkanı səndədir.

Mən nə vəch ilən deyəm haqqı ki, səndən ayrıdır,
Çün gözümlə görmüşəm haqqın nişanı səndədir.

Bülbüli-qüdsi isən ayrı gülüstan gözləmə,
Seyrə çıx, ruhul-əminin gülüstanı səndədir.

Yeddi müshəfdir yüzün, iştə qiraətlən tamam,
Alim ol ol səbadan, çün səbagani səndədir.

Nəsimi Azərbaycan fikirində dəyərdir və onun yaradıcılığı ilə keçdiyi həyat yolu bu xalqın tarixi sərvətidir. Dəyərləri isə daim yaşatmaq xalqın üzvlərinin öz tarixi qarşısında mənəvi borcudur.

Tural İSMAYILOV

 

 

 

BUNU DA OXU

“Legiya”–“Qarabağ” oyununa UEFA tərəfindən təhlükəsizlik üzrə xüsusi nümayəndə təyin olunub
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Sami Yusif “Twitter”də Azərbaycanla bağlı paylaşım edib
"Qalatasaray" Azərbaycana dəstək oldu
HAVA LİMANI MƏHDUD İŞ REJİMİNƏ KEÇİR
Xəbər lenti

TƏHSİL NAZİRLİYİ KORONAVİRUSLA BAĞLI NƏTİCƏNİ AÇIQLAYIB
14:44 29.09.2020

“Legiya”–“Qarabağ” oyununa UEFA tərəfindən təhlükəsizlik üzrə xüsusi nümayəndə təyin olunub
14:21 29.09.2020

Maykl Essyendən Azərbaycana növbəti dəstək
14:00 29.09.2020

Azərbaycan Prezidenti: Mülki şəxslərin öldürülməsi erməni cinayətkar rejiminin faşist mahiyyətini bir daha nümayiş etdirir
13:38 29.09.2020

Prezidentin Mətbuat Xidmətinin məlumatı
13:21 29.09.2020

Böyük Britaniya və Kanadanın Xarici İşlər nazirləri Dağlıq Qarabağ münaqişəsi tərəflərini atəşi dərhal dayandırmağa çağırıblar
13:00 29.09.2020

ANKARANIN SİMVOLU AZƏRBAYCAN BAYRAĞININ RƏNGLƏRİNƏ BÜRÜNÜB
12:40 29.09.2020

Sami Yusif “Twitter”də Azərbaycanla bağlı paylaşım edib
12:27 29.09.2020

DÜŞMƏNİN 3-CÜ “MARTUNİ” MOTOATICI ALAYI DARMADAĞIN EDİLİB
12:06 29.09.2020

ERMƏNİ POLKOVNİK MƏHV EDİLDİ
11:45 29.09.2020

Prezident İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
11:27 29.09.2020

Düşmənin “Uraqan” yaylım atəş sistemi məhv edilib
11:09 29.09.2020

Daşkəsən rayonunun ərazisi artilleriya atəşinə tutulub
10:48 29.09.2020

Antonio Quterreşin Azərbaycan Prezidenti İlham Əliyev arasında videokonfrans formatında görüş olub
10:37 29.09.2020

Düşmən dinc əhalini atəşə tutmaqda davam edir
10:14 29.09.2020

Vaqif Dərgahlı: Olmayanı məhv etmək mümkün deyil
09:52 29.09.2020

Füzuli şəhərinin azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir
09:31 29.09.2020

Erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində məktəblilər həlak olub
14:05 28.09.2020

PREZİDENTİN KÖMƏKÇİSİ “AL JAZEERA” KANALINA MÜSAHİBƏ VERİB
13:54 28.09.2020

Düşmənin Tərtər Rayon Məhkəməsinin yerləşdiyi əraziyə artilleriya atəşi nəticəsində bir nəfər həlak olub, üç nəfər yaralanıb
13:28 28.09.2020

"Qalatasaray" Azərbaycana dəstək oldu
13:03 28.09.2020

İNDİYƏDƏK 26 MÜLKİ ŞƏXS YARALANIB
12:42 28.09.2020

HAVA LİMANI MƏHDUD İŞ REJİMİNƏ KEÇİR
12:19 28.09.2020

Emmanuel Makron Prezident İlham Əliyevə zəng edib
11:56 28.09.2020

TALIŞ KƏNDİ ƏTRAFINDAKI YÜKSƏKLİKLƏR DÜŞMƏNDƏN TƏMİZLƏNDİ
11:33 28.09.2020

General-mayor Mais Bərxudarov: Düşməni sona qədər məhv etmək uğrunda vuruşacağıq
11:11 28.09.2020

Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında - Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
10:56 28.09.2020

Hərbi vəziyyət nədir və onun tələbləri nədən ibarətdir?
10:30 28.09.2020

DÜŞMƏN 550 NƏFƏR İTKİ VERİB
10:06 28.09.2020

Ermənilər fərdi yaşayış ev və mülki obyektlərdə yanğın törədib - FHN-in müvafiq qüvvələri Ağdam və Tərtərə cəlb edilib
22:05 27.09.2020

Baş prokurorluq məlumat yaydı - Mülki əhalidən 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb
21:44 27.09.2020

Azərbaycanda hərbi vəziyyət elan olundu - Hansı dəyişikliklər baş verə bilər?
21:21 27.09.2020

Paşinyan əhaliyə qaçmaği tövsiyə etdi - “Azərbaycan ordusu irəliləməyə davam edir”
21:14 27.09.2020

Hər bir kəs Vətən üçün döyüşməyə hazırdır - “30 ildir qələbə xəbərini gözləyirik”
21:06 27.09.2020

Paşinyandan gözlənilməz açıqlama
20:42 27.09.2020

Pakistandan Azərbaycana dəstək - “Qardaş Azərbaycan xalqının yanındayıq”
20:00 27.09.2020

İrəvandan Moskvaya təcili zəng - Paşinyan Putinlə əlaqə saxladı
19:36 27.09.2020

Murov zirvəsi azad olundu - Vardenis-Ağdərə avtomobil yolu vizual atəş nəzarətinə götürülüb
19:20 27.09.2020

Ölkədə hərbi vəziyyət elan edildi - Saat 21.00-dan 06.00-a qədər komendant saatı tətbiq olunur
19:03 27.09.2020

Xarici İşlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın telefon danışığı baş tutub
18:38 27.09.2020

Naftalanda 5 nəfər həyatını itirdi - Ermənistanın açdığı atəş nəticəsində bir ailənin bütün üzvü həyatını itirdi
18:18 27.09.2020

Düşmən zirehli texnikasını qoyaraq qaçır - Ərazidə qalan hərbi texnikaların video görüntüləri yayıldı
17:57 27.09.2020

Ermənistanın məşhur saytı çökdürüldü - "Qarabağ Azərbaycandır!”
17:40 27.09.2020

Prezident İlham Əliyev: Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır
15:35 27.09.2020

Zakir Həsənov: Düşmənin ön xətti yarılıb, 7 kənd işğaldan azad olunub
15:07 27.09.2020

Prezidentin mətbuat xidmətinin məlumatı
14:44 27.09.2020

15 ERMƏNİ ÖLDÜRÜLÜB - ERMƏNİSTAN İTKİLƏRİNİ AÇIQLAMAĞA BAŞLAYIB
14:28 27.09.2020

Azərbaycan Ordusu işğal altındakı bir sıra kəndləri azad edib
14:10 27.09.2020

“YETƏR, 30 İLDİR GÖZLƏDİK” - DAĞLIQ QARABAĞIN AZƏRBAYCANLI İCMASI BƏYANAT YAYIB
13:55 27.09.2020

MƏTBUAT ŞURASI KİV TƏMSİLÇİLƏRİNƏ MÜRACİƏT EDİB
13:34 27.09.2020

Tərəfləri atəşi dərhal dayandırmağa çağırırıq” - RUSİYA XİN-DƏN BƏYANAT
13:10 27.09.2020

Prezident İlham Əliyev: Azərbaycan torpaqlarının işğalı Ermənistanın planındadır və onlar bunu gizlətmirlər
12:45 27.09.2020

Azərbaycan Prezidenti: Bizim Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur
12:22 27.09.2020

Tərtər istiqamətində bir döyüş helikopteri zədələnib
12:09 27.09.2020

ERMƏNİSTAN İTKİLƏRİNİN BİR HİSSƏSİNİ AÇIQLADI
11:46 27.09.2020

Türkiyə: Regiondakı bütün xoşagəlməz hadisələrə görə Ermənistan məsuliyyət daşıyır
11:23 27.09.2020

Müdafiə Nazirliyi: Bölmələrimiz cəbhədə düşmən üzərində tam üstünlüyə malikdir
11:01 27.09.2020

Düşmənin təxribatı nəticəsində Ağdamın Qaradağlı kənd sakini ağır yaralanıb
10:25 27.09.2020

Erməni təxribatının qarşısını almaq üçün ölkə üzrə internetin verilməsi məhdudlaşdırılıb
10:15 27.09.2020

Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb
09:57 27.09.2020

Epidemiya qurbanlarının sayı 990 mindən çoxdur - Virusa yoluxanların sayı 32 milyon 500 mini ötdü
18:23 25.09.2020

Müdafiə Nazirliyi təlim görüntülərini yaydı - Mühəndis-istehkam bölmələri ilə məşğələlər keçirilir
17:54 25.09.2020

Ermənistan müxtəlif ölkələrdən Dağlıq Qarabağa muzdlular və terrorçular cəlb edir
17:36 25.09.2020

Norveç kralının səhhəti pisləşdi - O, xəstəxanaya yerləşdirildi
17:36 25.09.2020

Parisdə silahlı hücum - Dörd nəfər xəsarət aldı
17:21 25.09.2020

Tarixi hamamlar məhv olmaq üzrədir - Fatmayı qəsəbəsindəki hamamlar niyə qorunmur?
17:01 25.09.2020

Tramp vətəndaşlara vəd verdi - “Vaksın 24 saat ərzındə bütün ərazılərə çatdırılacaq”
16:54 25.09.2020

Goranboyda iki avtomobil toqquşdu, sürücülər ağır xəsarət aldı - Avtomobillərdən biri iki yerə parçalandı
16:36 25.09.2020

Ağdam ilk tibbi yardım təlimləri başa çatdı - Təlimlər təmas xətti boyunca davam etdiriləcək
16:26 25.09.2020

BMT-nin xəbər portalı prezidentin çıxışını yaydı - Bu ölkə başçısının siyasi nüfuzunun göstəricisidir
16:23 25.09.2020

Ermənistanda çox ciddi hərbi hazırlıqlar gedir - Onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir
15:25 25.09.2020

Yeni proqramın üstünlükləri - Başqa dillərdə olan yazıları azərbaycan dilində oxumaq mümkün olacaq
14:54 25.09.2020

Tullantıları gölə atanlar özləri ərazini təmizlədi - “Müəssisələrə də cərimə tətbiq oluna bilər”
14:26 25.09.2020

Bərdədə 28 yaşlı qız xəstəxanada həyatını itirdi - O əməliyyatdan sonra dünyasını dəyişib
17:54 24.09.2020

Ali məktəblərə 5751 vakant yer var - Qəbul aparılacaq ixtisaslar sabah açıqlanacaq
17:36 24.09.2020

Qızıl ehtiyatlarının həcmi artıb - “Daşkəsən” yatağı polad məhsulların istehsalı üçün perspektiv vəd edir
17:23 24.09.2020

Rəqəmsal texnologiyanın zərərləri - Görmə qabiliyyəti və danışıq problemi olan uşaqların sayı artıb
16:54 24.09.2020

Prezident İlham Əliyev Sərəncam imzaladı
16:36 24.09.2020

XİN paşinyanın təxribatlarının siyahısını yaydı - “Ermənistan yeni ərazilər zəbt etmək məqsədi güdür”
16:25 24.09.2020

Qubada avtomobil piyadanı vurub - Piyada həyatını itirib
15:54 24.09.2020

Bütün xəbərlər