Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Bəxtiyar yaşadı, Bəxtiyar da köçdü!

Bəxtiyar yaşadı, Bəxtiyar da köçdü!
22146 dəfə oxunub

Əgər adilərdən fərqli olaraq Tanrının bu cür seçilmişləri xüsusi missiya ilə yüklədiyinə inansaq, onun bu missiyanı tamamladığına da inanmaq lazım gəlir: bir şair, bir ictimai xadim, ən əsası anlaqlı həyatı boyu bu başıbəlalı millətin ağır günlərində yumruqları düyünlənmiş halda haqqı danmayan bir məşhur vətəndaş kimi. Bəlkə də bunun səbəbi bizim nəslin onu yaşının ahıl vaxtında daha yaxından tanımağında, tez-tez görməyindədi. Ancaq yox, mən isə elə bilirəm, hamımıza doğma adamımızın siması kimi doğma gələn bu simanın, səliqəylə arxaya daraqlanmış gur, ağ saçların, dərinlikdən kədərli-kədərli işıldayan gözlərin və illərin əzablarından xəbər verən qırışlı çöhrənin sahibi elə anadan olandan belə olub və heç vaxt cavanlıq, şuxluq keçirməyib… 84 yaşlı Bəxtiyar Vahabzadə mənim təsəvvürümdə həyatının 84 ilini bola-bol bu Tanrı missiyasına xərcləmiş BƏXTİYARlardan biri olub və olacaq… 
Bizim Bəxtiyarımız çox tək-tək şairlərdən idi ki, onun özü haqqında, yaxud başqalarının onun haqqında danışmağına ehtiyac yoxuydu. O hər şeyi özü danışar və özü göstərərdi. Maraqlıdı ki, başqaları haqqında dediyi sözlərlə, baş verənlərə sərgilədiyi mövqeyi ilə həm başqalarının haqqını qorumağa, həm olub-keçənləri dürüst qiymətləndirməyə yardım edər, bunlarla yanaşı həm də özünün kimliyini, hansı düşüncənin və təfəkkürün insanı olduğunu göstərər, ötəri məcburiyyətlər qarşısında nə vaxtsa dəyişəcəyinə şübhə yeri qoymazdı… 
Görəsən, Bəxtiyar Vahabzadə Azərbaycan tarixinə nə vaxtdan həkk olunub? Bəlkə, cavan yaşlarında yazdığı və başına bəla açdığı “Gülüstanla”? Bəlkə, Azərbaycan türkcəsinin divara qısnandığı illərdə yazdığı “Ana dilim”lə?.. Ya, cənubla bağlı şeirlərinə, poemalarına görə? Yox, bunların hər biri ayrı-ayrılıqda onun, yaxud bir başqasının tarixə həkk olunması üçün kafi olsa da, Bəxtiyar Vahabzadəni təkcə şeir və SÖZ aləminə vermək bir insan kimi haqqını danmaqdır. Dedim axı, o, sözüylə hadisə yaradar, sözüylə örnək göstərərdi… 
90-cı ilin əvvəlinin zamanını, indiki Milli Məclisin yerindəki Ali Sovetin iclas salonu məkanını kim xatırlamır? Darqursaqlar və qıpıqgözlülər sürüsünün dünənlərini unudaraq, ittiham və iftiralarına qarşı bu məşum günlərdə deputat Vahabzadənin ağzından çıxan o dörd kəlmə söz: “Axı, bu kürsü şahiddir…” Özünüz deyin, deputat Vahabzadənin bu vicdanlı və ləyaqətli reveransı şair Bəxtiyarın hansı şeirindən, hansı poemasından geridə qalar? Şeiri, poemanı çox yazan gördük, ancaq hər kəsdən də belə reveranslar görməmişik, axı. Bəli, özünün sənəti SÖZ olsa da, Azərbaycan onu sözündən daha çox əməlinə, özü də haqq və ədalətli əməlinə görə sevirdi. Ancaq indi dayanıram və nə qədər böyük xətaya yol verdiyimi başa düşürəm: əslində, söhbət təkcə əməldən yox, daha dəqiqi, əməl qədər tutarlı olan SÖZdən gedir!
Vallah, adının uyğarlığına görə yazmıram, onsuz da məndən qabaq çox yazıblar, ancaq deməliyəm ki, Bəxtiyar Vahabzadə bütün əzablarına, çətinliklərinə baxmayaraq, bəxtiyar adamdı: bəxtiyar yaşadı, bəxtiyar da köçdü! Onun bəxtiyarlığı, bəzi ağzıgöyçəklərin danışdıqları və yazdıqları komfortda, mənzildə, deputatlıq-filanda yox, ömrünü öz əqidəsinə və təfəkkürünə uyğun sürməyində, vicdanının əleyhinə getmədən yaşamağında, qaragüruhun üstümüzə ayaq açdığı vaxtlarda onun səsinə və fikrinə sığınmağımızda, 20-ci əsrin Azərbaycanı üçün ən qorxulu və qanlı illərdə məmləkətin mənəvi cəhətdən SÖZə və siyasət baxımından OBRAZa olan ehtiyacını özünün əsəbləri və canı bahasına ödəməyindəydi. Həqiqətən, 90-cı illərin o çətin döngələrini Bəxtiyar Vahabzadəsiz təsəvvür eləmək xeyli çətindir.
Şairin ruhu məni bağışlasın, mən Nəsimi deyəndə, “ənəlhəq”, Füzuli deyəndə “şəbi hicran”, Məmməd Araz deyəndə “nə yatmısan, qoca vulkan”, Xəlil Rza deyəndə “azadlığı istəmirəm, zərrə-zərrə”ni xatırlasam da, Bəxtiyar deyəndə onun özündən yox, ustad Şəhriyardan pıçıldayıram: “Bəxtiyarın gözündən öp…” 
Gözündən öpürük, Ustad!

BUNU DA OXU

Hikmət Hacıyev Qüdrət Həsənquliyevə cavab verdi - VİDEO
Tullantıların emalından əldə olunan məhsullar
Çörəyi dəmirdən çıxanlar - VİDEO
Məktəblidən əsgər salamı - VİDEO
Asfaltlanmayan küçələrlə bağlı müjdə - VİDEO
Xəbər lenti

Bərdədə 28 yaşlı qız xəstəxanada həyatını itirdi - O əməliyyatdan sonra dünyasını dəyişib
17:54 24.09.2020

Ali məktəblərə 5751 vakant yer var - Qəbul aparılacaq ixtisaslar sabah açıqlanacaq
17:36 24.09.2020

Qızıl ehtiyatlarının həcmi artıb - “Daşkəsən” yatağı polad məhsulların istehsalı üçün perspektiv vəd edir
17:23 24.09.2020

Rəqəmsal texnologiyanın zərərləri - Görmə qabiliyyəti və danışıq problemi olan uşaqların sayı artıb
16:54 24.09.2020

Prezident İlham Əliyev Sərəncam imzaladı
16:36 24.09.2020

XİN paşinyanın təxribatlarının siyahısını yaydı - “Ermənistan yeni ərazilər zəbt etmək məqsədi güdür”
16:25 24.09.2020

Qubada avtomobil piyadanı vurub - Piyada həyatını itirib
15:54 24.09.2020

Peşə təhsili müəllimlərinin işə qəbulu başlandı - Müsabiqəyə 257 vakant yer ayrılıb
15:36 24.09.2020

Terrorçu ilə əməkdaşlıq edən ermənistan - Qarabağı terrorçu yuvasına çeviriblər
15:23 24.09.2020

"Oradan-buradan" - "ATV Səhər"də - VİDEO
14:54 24.09.2020

İstixanada çətənə kolları yetişdirən şəxs saxlanılıb - 2 kilo marexuana isə həyətdən aşkar olunub
14:36 24.09.2020

SUPERKUBOK GÖRÜŞÜ - "BAVARİYA"-"SEVİLYA"YA QARŞI
14:30 24.09.2020

Diqqətli olun - Ermənilər sosial şəbəkələrdə təxribat aparır
14:21 24.09.2020

"Tez bişir" - Pendirli kətə - VİDEO
14:08 24.09.2020

İslam dünyası niyə susur? - Təcavüzkara qarşı sərt reaksiya mütləqdir
13:54 24.09.2020

TALİBAN HÜCUM ETDİ - 28 polis əməkdaşı öldürülüb
13:44 24.09.2020

DÜNYA ÜZRƏ VİRUSA YOLUXANLARIN SAYI 32 MİLYONU ÖTDÜ
13:20 24.09.2020

CEYHUN BAYRAMOV GÜRCÜSTANDA RƏSMİ SƏFƏRDƏDİR
12:59 24.09.2020

Qapalı məkanlarda yoxlamalar davam edir - VİDEO
12:35 24.09.2020

Müdafiə Nazirliyi Qüdrət Həsənquliyevə cavab verdi - VİDEO
12:10 24.09.2020

Müasir avadanlıqlarla təchiz olunan ambulanslar - VİDEO
11:47 24.09.2020

Hikmət Hacıyev Qüdrət Həsənquliyevə cavab verdi - VİDEO
11:25 24.09.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Balaxanı qəsəbəsinin sakinləri ilə görüşüblər - Yenilənib - VİDEO
11:01 24.09.2020

Azərbaycan əhalisinin 20 faizi vaksinasiya ediləcək - VİDEO
10:40 24.09.2020

Sabirabadda “Ağ qızıl”ın yığımına başlanılıb - Yenilənib - VİDEO
10:17 24.09.2020

Uşaqlar da koronavirusa yoluxur - Yenilənib - VİDEO
09:54 24.09.2020

Düşmənə sirr vermə - Ermənilər sosial şəbəkələr vasitəsilə məlumat əldə etmək istəyir
17:54 23.09.2020

Təcavüzkarın hərbi ritorikası - Anna Akopyan niyə “Sülh quşu” ola bilmədi?
17:25 23.09.2020

Yeni proqramın üstünlükləri - Başqa dillərdə olan yazıları Azərbaycan dilində oxumaq mümkün olacaq
16:25 23.09.2020

Tullantiları gölə atanlar özləri ərazini təmizlədi - “Müəssisələrə də cərimə tətbiq oluna bilər”
15:23 23.09.2020

85 ildən sonra incəsənət məktəbi yeni görkəm aldı - 3 mərtəbəli binada müasir şərait yaradılıb
14:36 23.09.2020

Piyada səkisinin üzərində tikilən stadion - Qurumlar “biz icazə verməmişik” deyir. Bəs, qanun nə deyir?
13:36 23.09.2020

Baba Vəziroğlu "Bağ mövsümü" verilişində - VİDEO
12:45 23.09.2020

Tullantıların emalından əldə olunan məhsullar
12:21 23.09.2020

Çörəyi dəmirdən çıxanlar - VİDEO
12:00 23.09.2020

Ermənistanın işğalçı təxribatları ifşa edildi - VİDEO
11:35 23.09.2020

Məktəblidən əsgər salamı - VİDEO
11:11 23.09.2020

Asfaltlanmayan küçələrlə bağlı müjdə - VİDEO
10:46 23.09.2020

Qubada 8 müəllim koronavirusa yoluxdu - Yenilənib - VİDEO
10:23 23.09.2020

Azərbaycan ordusu ən müasir silahlarla güclənib - VİDEO
09:59 23.09.2020

KORONAVİRUS PEYVƏNDİNİN VAXTI AÇIQLANDI - Türkiyədə
13:45 22.09.2020

Agentlik sürücülərə bunu tövsiyə etdi
13:23 22.09.2020

ÇEMPİONLAR LİQASI - BU AXŞAM 3 OYUN BAŞ TUTACAQ
12:59 22.09.2020

MİLLİ MƏCLİSİN SƏDRİ SAHİBƏ QAFAROVA RUSİYADA RƏSMİ SƏFƏRDƏDİR
12:34 22.09.2020

Peyvənd Azərbaycana da gətiriləcək - VİDEO
12:10 22.09.2020

Elza Seyidcahan koronavirusa şeir oxudu - "Bağ mövsümü"ndə - VİDEO
11:46 22.09.2020

Düşmən bizi provakasiyaya çəkir - VİDEO
11:23 22.09.2020

BMT-nin 75 illiyinə həsr edilmiş iclas keçirilib - VİDEO
11:00 22.09.2020

Dərslikdə erməni bayrağı iddiası - Təhsil nazirliyi açıqlama yaydı - Yenilənib - VİDEO
10:40 22.09.2020

Ehtiyyatda olan hərbçilərin təlimi başladı - Yenilənib - VİDEO
10:17 22.09.2020

"Vine Şou" - Sabah - ATV-də - VİDEO
09:55 22.09.2020

Prezident İlham Əliyev Ermənistanın işğalçı siyasətini, məkrli oyunlarını mütəmadi olaraq ifşa edir
18:10 21.09.2020

Prezident İlham Əliyevin fərmanı ilə “İşsizlikdən sığorta haqqında” qanuna dəyişikliklər təsdiq edilib.
17:46 21.09.2020

Artıq kişilərin pensiya yaşı artırılmayacaq - Qadınlar daha erkən pensiyaya çıxa bilər
17:28 21.09.2020

Rüsumsuz mallara limit tətbiqi - Yeni qaydalar sentyabrın 24-dən qüvvəyə minəcək
16:23 21.09.2020

Bu il baytarlıq klinikası istifadəyə veriləcək - Heyvanları əməliyyat da etmək mümkün olacaq
15:57 21.09.2020

Düşmənin müharibə cəhdləri - Rəsmi irəvan növbəti provakasiyalara əl atır
15:25 21.09.2020

Zəbt olunan yol - Antisanitar vəziyyətdə meyvə-tərəvəz satışı həyata keçirilir
15:22 21.09.2020

Taksilər həftə sonu qiymətləri süni şəkildə qaldırır - Yenilənib - VİDEO
15:16 21.09.2020

Hərbi qulluqçumuz şəhid olub - “Cinayətin məsuliyyətini ermənistan hərbi siyasi rəhbərliyi daşıyır”
14:52 21.09.2020

Əmircan qəsəbəsi yeni görkəm alır - Tarix və müasirlik yeni formada təqdim olunacaq
14:25 21.09.2020

Toylar başlaya bilər - Şadlıq evlərində yerlər artıq dolub
14:05 21.09.2020

Gömrük əməliyyatı keçirilib - Dərman, mobil telefon və kosmetik vasitələr müsadirə edilib
13:35 21.09.2020

DÜNYA ÜZRƏ VİRUSA YOLUXANLARIN SAYI 31 MİLYONU ÖTDÜ
13:00 21.09.2020

Səyyar sənəd qəbuluna başlanılıb
12:35 21.09.2020

QARDAŞ BACINI ODLU SİLAHLA QƏTLƏ YETİRDİ
12:12 21.09.2020

"QARABAĞ"DAN NÖVBƏTİ MƏĞLUBİYYƏT
11:50 21.09.2020

Ermənistan yeni müharibəyə hazırlaşır - Yenilənib - VİDEO
11:29 21.09.2020

Neftçi peşəsi - Fədakarlıq və tərəqqinin təcəssümü - VİDEO
10:42 21.09.2020

Prezident İlham Əliyev Ermənistanın danışıqlar prosesini pozduğunu bildirib - Yenilənib - VİDEO
10:21 21.09.2020

26 il öncə imzalanan uğurlu müqavilə - “Əsrin Müqaviləsi” Azərbaycanın neft strategiyasının əsasını qoydu - Yenilənib - VİDEO
09:58 21.09.2020

Abituriyentlərin nəzərinə - İxtisas seçiminin vaxtı uzadıldı
20:52 20.09.2020

Sabirabadda yeznə qaynını güllələdi - Hadisə ov zamanı baş verib
20:05 20.09.2020

ABŞ İrana qarşı sanksiyaları bərpa etdi - Pompeo Tehrana kömək edəcək ölkələri də hədələdi
18:22 20.09.2020

Taksilər həftə sonu tarifi - Qiymətlər süni şəkildə qaldırılır
17:49 20.09.2020

Qanada faciə - Avtobus çaya düşdü, 8 futbolçu həyatını itirdi
17:22 20.09.2020

Putin yeni silahlar barədə danışdı - “Belə silahlardan hələ heç kimdə yoxdur”
16:48 20.09.2020

Trampa sui-qəsd - “Ağ Ev”ə zəhərli risin maddəsi göndərildi
16:15 20.09.2020

ABŞ-da növbəti polis zorakılığı - 50-dən çox aksiya iştirakçısı saxlanıldı
15:45 20.09.2020

Salyanda Ələt-Astara yolunda qəza - 2 nəfər xəsarət aldı
15:26 20.09.2020

Bütün xəbərlər