Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

“Erotika, pornoqrafiya ilə teatra tamaşaçı gətirmək düzgün deyil”

“Erotika, pornoqrafiya ilə teatra tamaşaçı gətirmək düzgün deyil”
28818 dəfə oxunub
ATV.az saytının budəfəki qonağı Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Abbas Qəhrəmanov oldu. Məşhur aktyorumuzla ad günündə ATV telekanalının dublaj otağında rastlaşdıq. İşinin bitməsini gözləyib redaksiyamıza dəvət edik.

- Abbas müəllim, necəsiniz, işləriniz necə gedir?

- Əsas odur ki, əhvalım yaxşıdır. Çünki ATV-də dublyajdayam (Gülür). İş olanda özümü yaxşı hiss edirəm. İşdən kənarda isə əksinə. Hazırda teatrda bir az narahatçılıq var. Çəkilişlər bir az səngiyib.

- Siz yalnız teatrda işləmirsiniz, eyni zamanda mətnləri də dublyaj  edirsiniz. Bəs filmlərdən, seriallardan sizə təklif gəlirmi?

- Bəli, filmlərə, seriallara təklif alıram. Çəkilişlərim də olur. Amma indi vəziyyət istədiyim kimi deyil. Çünki yaradıcı mühit ilə demək olar ki, rastlaşmıram. Amma axırıncı çəkildiyim İlham Qasımovun filmini çox bəyəndim. Ümumiyyətlə, hesab edirəm ki, bizdə yaradıcılıq mühiti inkişaf etmir. Buna görə də, teatrda yaradıcılıq baxımından bir aktyor, rejissor kimi işlər görmək istəyirəm. Amma bunu etmək üçün də heç cür imkan yoxdu. Narahatçılığımın da əsas səbəbi budur.

- Sizin fikrinizcə bu problem nədən yaranır? Yaradıcılıqdan, münasibətdən, yoxsa idarəetmədən?

- Mənə elə gəlir ki, bu məsələ idarəetmədən qaynaqlanır. Bu, sırf məni sıxma-boğmaya salmaq söhbəti deyil, sadəcə özümə qarşı laqeydlik görürəm. Amma fikirləşirəm ki, laqeyd olunası aktyor deyiləm. Teatrda iş münasibətlərimi dilə gətirmək bir az çətindir. Bunu şikayət kimi qəbul etməyinizi də istəmirəm, amma düzünü desək, neçə ildir bu proses davam edir. Başa düşürəm, məni anlayan rejissor və həmfikrim yoxdur. Bu kənardan aqressiya kimi görünə bilər, amma sifarişi yerinə yetirmək üçün artıq  müəyyən mənada səbrim çatmır. Bəlkə də, ona görə kənarda qalıram. Mənim yaradıcılığa, pyesə, işə olan individual münasibətimi nəzərə almırlar. Nəzərə almadıqları üçün də, alınan işin nəticəsi olmur.

- Yaxşı fakturanız var. Bax bu faktura ilə, bu yaradıcılıqla niyə məhsuldar deyilsiniz?

- Mən özümü məhsuldar işləyə bilməyən aktyor saymıram, sadəcə məni uzaqlaşdırıblar. Bayaq da qeyd etdiyim kimi, bu şikayət deyil. Sadəcə onlar məndən aktyor kimi düzgün istifadə edə bilmirlər. Bunun da əlbəttə, səbəbləri var. Ya bacarmırlar, ya da qəsdən istəmirlər.

- Abbas müəllim, çox maraqlıdır ki, digər aktyorlarımız da sizin kimi eyni problemdən şikayətlənir. O zaman “Azdrama” kimlər oynayır, yaxud kimlər var?

- Mən şəxsən roldan narazı deyiləm, prosesdən narazıyam. Təklif gəlib, bir neçə teatrda oynasam da, bəzilərindən ya uzaqlaşdırılmışam, ya da özüm uzaqlaşmışam. Çünki əsərin təklif elədiyi vəziyyət, xarakter, yozum olmayandan sonra niyə oynayasan? Mən təklif edirəm ki, əgər rejissor yoxdursa və ancaq maddiyyat düşünülürsə, teatrın struktrunu dəyişək. Ancaq qonorar sistemi edək, akyorların pulu da teatra gələn tamaşaçıdan çıxsın. Beləcə, yaxşı işin çıxmasına heç kəsin marağı ölməsin. İndi teatrların 90 faizi işləsə də, onlarda əsas problem ideyasızlıqdır.  Yəni, aktyorlara istiqamət verilib,  kömək edilmir. Aktyorların individual işləməsi çox çətindir.

- Baxın, istehsalat deyirsiniz, fikrimi bir az kobud şəkildə deyəcəm, tam anlaşılması üçün. Teatr həm də bir bazardır, yəni məhsulu bazara çıxarırsınız. Əsas çatışmazlıqlar nərdir?

- Çatışmazlıqlardan biri budur ki, teatrlar qonorar sisteminə keçməlidir. 150-200 manat maaşla heç cavan aktyor da tamaşada oynamaq istəmir. Bu məsələ artıq 15 ildir ki, məni narahat edir. Mən deyirəm ki, tamaşa səhnəyə qoyulsun, ona uyğun da aktyora qonorar verilsin.

- Abbas müəllim, bu günlərdə “Oda” teatrından erotik bir səhnə göstərildiyi barədə məlumat yayıldı. Ümumiyyətlə, siz teatrda bu tip yeniliklərin olmasının tərəfdarısız?

- Yox, əzizim, yox! “Mən səhnəyə istədiyimi qoyaram” deyə bir şey yoxdur. Sən səhnəyə bədii keyfiyyətli əsər qoymalısan. Erotika, pornoqrafiya ilə teatra tamaşaçı gətirmək düzgün deyil. Yəni bizim səviyyəmiz pornoqrafiyanı səhnəyə gətirməkdi?! Bu gün dövlətin teatra yardımı var, tamaşaçısı gəlir. Sən teatra tamaşaçı gətirməlisən, onun da bəhrəsini görməlisən. Tamaşaçını da teatra bədiiliklə gətirmək lazımdır, pornoqrafiya ilə deyil.

- Cavan nəsil sizə, sizin o vaxt sənətkarlara qoyduğunuz hörməti qaytara bilir, yoxsa böyük-kiçik hamısı bir-birinə qarışıb?

- İndi hər kəs individual olaraq öz mövqeyini müəyyən əlaqələrləri bərkitməyə çalışır, yaradıcılığı ilə yox. Bunun səbəbi teatrlarda mən dediyim sistemin olmamasıdır. Çünki bunlar zəncirvari sistemdir. Hamı öz səlahiyyətini profesionallığı ilə ölçüb otaya qoya bilmədiyi üçün hamı bir-birinə qarışıb. Ona görə yaradıcılıq mədəniyyəti yoxdur. Bu mədəniyyət olmayan yerdəsə heç nə olmur.

- Abbas müəllim, biz elə bilirdik bu gün sizin ad gününüzdür, elə Vikipediyada da belə yazılıb. Amma deyirniz ki, yox, bu gün ad gününüz deyil.  Bu necə olur?

- Elə doğum günümdən başlayaraq onu deyə bilərəm ki, mən bir az laməkanam. Məndə nədənsə ikililik həmişə olub. Biz İrəvanda olanda hər il avqustun 25-də mənə ad günü keçirərdilər. Amma vəsiqə alanda bir də baxdım ki, erməni dilində doğum haqqında şəhadətnaməmdə 24 iyul yazılıb. Atamdan bunun səbəbin soruşdum. Dedi ki, yox, ad günün avqustun 25-dir. Daha sonra anamdan soruşdum, o, da dedi: “Yox, doğum günün iyulun 24-dür, atan səhv deyib”. Atam ad günümü yadında saxlaya bilməyib. Amma eyibi yox, əsas odur təbrik edib (Gülür).

- Ümumiyyətlə Azərbaycanda deyil, bütün dünyada aktyorlar, sənətkarlar üçün şəxsi həyat bir qədər problemli olur. Necə düşünürsünüz, bax indi bu gün şəxsi həyatda xoşbəxtsinizmi?

- Bəli, şəxsi həyatda xoşbəxtəm. Xoşbəxtlik o zaman olur ki, sən dərd-kədəri görüb, onun nə olduğunu hiss edə biləsən. Bax, bundan sonra əsl xoşbəxtliyin nə olduğunu anlamaq olur. Ağrının dadın bilməsən, xoşbəxliyi haradan bilə bilərsən? Teatrın bugünkü vəziyyəti ilə bağlı problemlər həyatıma pis təsir edir. Deyə bilmirəm ki mən tam xoşbəxtəm. Amma evə gedəndə özümü xoşbəxt hiss edirəm.

Xəyalə Coşqun

Natəvan Çavuş

 

BUNU DA OXU

İndiyədək Azərbaycanda COVID-19 xəstələrinin donoru olmaq üçün 150 nəfər müraciət edib
Ermənistanın təxribatları nəticəsində 2734 ev, 98 yaşayış binası və 500 mülki obyekt yararsız vəziyyətə düşüb
Neft Fondu Seuldakı daşınmaz əmlakını satıb
UEFA-dan Avro-2020 açıqlaması
Balaş Qasımovun komandası “Kim? Harada? Nə vaxt?” intellektual yarışmasının payız finalının qalibi olub
Xəbər lenti

Mövlud Çavuşoğlu: Azərbaycanın ərazi bütövlüyü hər kəs tərəfindən qeyd-şərtsiz dəstəklənməlidir
15:00 04.11.2020

Cəbhənin Ağdərə istiqamətində düşmənin UAZ-ı sıradan çıxarılıb
14:04 04.11.2020

Fuad Muradov: Azərbaycan və Türkiyə icmaları dünyanın 50-dən çox ölkəsində birgə fəaliyyət göstərir
13:36 04.11.2020

İndiyədək Azərbaycanda COVID-19 xəstələrinin donoru olmaq üçün 150 nəfər müraciət edib
12:58 04.11.2020

Ermənistanın təxribatları nəticəsində 2734 ev, 98 yaşayış binası və 500 mülki obyekt yararsız vəziyyətə düşüb
12:42 04.11.2020

Donald Tramp: Biz seçkilərdə qalib gəlirik
12:14 04.11.2020

Leyla Abdullayeva: Ermənistan prezidenti RBK kanalına müsahibəsində faktları təhrif edib
11:50 04.11.2020

Çempionlar Liqasında 3-cü tura start veridi
11:21 04.11.2020

Əlcəzair prezidenti koronavirusa yoluxub
11:00 04.11.2020

HİKMƏT HACIYEVDƏN AÇIQLAMA - KƏNDLƏRİMİZ ARTİLLERİYADAN ATƏŞƏ TUTULUR
10:34 04.11.2020

CƏBHƏDƏ SON VƏZİYYƏT
10:10 04.11.2020

ABŞ-da prezident seçkilərini, hələ ki, Donald Tramp öndə aparır
09:49 04.11.2020

Azərbaycanda koronavirus infeksiyasına daha 1242 yoluxma faktı qeydə alınıb
15:00 03.11.2020

Neft Fondu Seuldakı daşınmaz əmlakını satıb
14:36 03.11.2020

Adil Əliyev: Ermənistana qarşı sanksiyalar tətbiq edilməsi üçün hələ də gec deyil
14:07 03.11.2020

Bakıda yağış yağacaq
13:45 03.11.2020

Ronaldu ən yaxşı bombardirlər siyahısında liderdir
13:24 03.11.2020

DÜŞMƏN ATƏŞKƏSİ POZDU LİD - MEŞƏDƏ YANĞIN BAŞLADI
12:59 03.11.2020

BMT SƏNƏD YAYDI - ERMƏNİSTANIN UŞAQLARI ƏSGƏR KİMİ CƏLB ETMƏSİ PİSLƏNİB
12:36 03.11.2020

BMT-NİN İNSAN HÜQUQLARI ÜZRƏ ALİ KOMİSSARI ERMƏNİSTANIN HÜCUMLARINI PİSLƏDİ
12:13 03.11.2020

Bu gün Çempionlar Liqasında 3-cü tura start veriləcək
11:48 03.11.2020

UEFA-dan Avro-2020 açıqlaması
11:22 03.11.2020

ABŞ-DA 59-CU ÜMUMİ SEÇKİLƏR KEÇİRİLİR
11:00 03.11.2020

Prezidentin Mətbuat Xidmətinin məlumatı
10:34 03.11.2020

ANAMA 28 əməliyyat həyata keçirib
10:10 03.11.2020

Cəbhədə noyabrın 3-nə olan son vəziyyət
09:48 03.11.2020

Azərbaycan Prezidenti: Paşinyanın Rusiya Prezidentinə məktub göndərməsi, əslində, Ermənistanın məğlubiyyətinin etirafıdır
14:55 02.11.2020

PAŞİNYAN MƏĞLUBİYYƏTƏ GÖRƏ RUSİYANI GÜNAHLANDIRIR
12:56 02.11.2020

BİNƏLİ YILDIRIM AZƏRBAYCANA DƏSTƏYƏ GƏLDİ
12:30 02.11.2020

Вüşmənin Su-25 döyüş təyyarəsi də məhv edilib
12:03 02.11.2020

BAŞ PROKURORLUQDAN AÇIQLAMA - QARABAĞDA QIZIL YATAQLARINDAN QANUNSUZ İSTİFADƏ EDƏNLƏR BEYNƏLXALQ AXTARIŞA VERİLİB
11:44 02.11.2020

RUSİYA SƏFİRLİYİ ERMƏNİ YALANINI İFŞA ETDİ
11:20 02.11.2020

Balaş Qasımovun komandası “Kim? Harada? Nə vaxt?” intellektual yarışmasının payız finalının qalibi olub
10:57 02.11.2020

Cəbhədə noyabrın 2-nə olan son vəziyyət
10:32 02.11.2020

İzmirdə 3 yaşlı qız 65 saat sonra dağıntılar altından sağ çıxarılıb
10:10 02.11.2020

Hikmət Hacıyev ermənilərin saxtakarlığını ifşa edib - FOTOLAR
09:49 02.11.2020

Prezident: Yeddi rayon bizə qaytarılmalıdır, Dağlıq Qarabağdan qovulmuş azərbaycanlılar da oraya qayıtmalıdır
12:54 31.10.2020

Azərbaycan Prezidenti: Bizdə “Amnesty International” və “Human Rights Watch”ın qərəzliliyi ilə bağlı böyük şübhələr var
12:45 31.10.2020

Prezident İlham Əliyev: Bizim cavabımız sərt oldu, amma onlar buna layiq idilər
12:33 31.10.2020

Ceyhun Bayramov: Həmrəyliyimiz, dəstəyimiz, dualarımız sizinlədir, qardaş Türkiyə!
12:18 31.10.2020

Prezident İlham Əliyev: Azərbaycan Ordusu Cəbrayılın, Zəngilanın və Qubadlının 9 kəndini işğaldan azad edib
15:15 30.10.2020

Baş prokuror: Ermənistan ordusunun mülki əhalini atəşə tutması nəticəsində 7 ailə tamamilə məhv olub
15:01 30.10.2020

Cari ildə 234,7 min ton meyvə-tərəvəz idxal edilib
14:37 30.10.2020

TÜRKİYƏNİN SABİQ BAŞ NAZİRİ DÜNYASINI DƏYİŞİB
12:19 30.10.2020

Maradona - 60! - VİDEO
11:58 30.10.2020

Avropa Liqasında gecənin nəticələri
11:33 30.10.2020

FHN: Ermənistan ölkəmizə qarşı növbəti ekoloji terror aktları törədib
11:09 30.10.2020

ANAMA-ya Ağcabədi, Ağdam, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə müraciət daxil olub
10:44 30.10.2020

"Qarabağ" İstanbudla "Vilyarreal"a uduzdu
10:20 30.10.2020

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb
09:57 30.10.2020

Ermənistanın iki Su-25 təyyarəsi məhv edilib
14:06 29.10.2020

Prezidentin Mətbuat Xidmətinin məlumatı
13:38 29.10.2020

Birinci vitse-prezident Mehriban Əliyeva qardaş Türkiyə xalqını 29 Oktyabr – Respublika Günü münasibətilə təbrik edib
13:05 29.10.2020

MN: Azərbaycan HHQ-nin aviasiya vasitələri bugünkü döyüşlərdə tətbiq olunmayıb
12:46 29.10.2020

Hikmət Hacıyev: Azərbaycan Ordusu düşmənin cavabını verir və onları iti qovan kimi qovuruq
12:22 29.10.2020

UNİCEF MÜNAQİŞƏ İLƏ BAĞLI BƏYANAT YAYIB
12:00 29.10.2020

CEYHUN BAYRAMOV Aİ-nin ALİ NÜMAYƏNDƏSİ İLƏ DANIŞIB
11:35 29.10.2020

"Qarabağ" "Vilyarreal"a qarşı
11:14 29.10.2020

Çempionlar Liqasında 2-ci tura yekun vurulub - Nəticələr
10:52 29.10.2020

Müdafiə Nazirliyi: Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib
10:30 29.10.2020

“MÜLKİ ŞƏXSLƏRİN HƏDƏF ALINMASI QƏBULEDİLMƏZDİR” - AVROPA İTTİFAQINDAN DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ İLƏ BAĞLI BƏYANAT
10:07 29.10.2020

Qızıl Aypara cəmiyyətinin könüllüsü həlak olub - Bərdədə
09:45 29.10.2020

Prezident İlham Əliyev: Azərbaycan Ordusu Zəngilan, Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının 13 kəndini işğaldan azad edib
16:40 28.10.2020

Prezident İlham Əliyev: Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək
16:25 28.10.2020

Ermənistanın Bərdəyə raket hücumu nəticəsində ölənlərin sayı 19-a çatıb
15:10 28.10.2020

Baş Prokurorluq: Ermənistan ordusunun Bərdəni raket atəşinə tutması nəticəsində həlak olanların sayı 14-ə çatıb
14:39 28.10.2020

Düşmən Bərdəni yenidən “Smerç” raketləri ilə atəşə tutub
14:05 28.10.2020

Çempionlar Liqasında 2-ci tura start verilib - Nəticələr
13:40 28.10.2020

Gürcüstanda koronavirusa yoluxanların sayı 34 min 858-ə çatıb
13:18 28.10.2020

“SƏRHƏDSİZ REPORTYORLAR” FRANSALI JURNALSİTLƏRƏ TƏZYİQLƏRİ PİSLƏDİ
12:57 28.10.2020

ÇAVUŞOĞLUDAN SƏRT SÖZLƏR - “TƏHQİR ACİZLƏRİN SİLAHIDIR”
12:33 28.10.2020

"Barselona"nın prezidenti istefa verdi
12:11 28.10.2020

ERMƏNİ TƏXRİBATI NƏTİCƏSİNDƏ 69 MÜLKİ ŞƏXS HƏLAK OLUB
11:45 28.10.2020

ERMƏNİSTANDA FƏRARİLİYİN QARŞISINI ALMAQ ÜÇÜN CƏZALAR SƏRTLƏŞDİRİLİB
11:20 28.10.2020

İran parlamentinin sədri koronavirusa yoluxub
10:57 28.10.2020

Bu gün "Dünya Cüdo Günü" kimi qeyd edilir
10:34 28.10.2020

Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Bərdəyə raket hücumu nəticəsində həlak olanların yaxınlarına başsağlığı verib
10:10 28.10.2020

Cəbhədə oktyabrın 28-nə olan son vəziyyət
09:49 28.10.2020

HİKMƏT HACIYEV "EURONEWS" ÇƏKİLİŞ QRUPUNA HÜCUMU PİSLƏDİ
13:33 27.10.2020

Doqquz ayda Azərbaycan ən çox Rusiyadan məhsul idxal edib
13:10 27.10.2020

Bütün xəbərlər

ÇOX OXUNANLAR