Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Türkiyədə hamı elə bilirmiş Həsən Məmmədov Hollivud aktyorudur

Türkiyədə hamı elə bilirmiş Həsən Məmmədov Hollivud aktyorudur
19162 dəfə oxunub

"Yeddi oğul istərəm"in başçısı, Sarı Şəmistanın sağ əli olan Bəxtiyarın - xalq artisti, sevilən aktyor Həsən Məmmədovun xatirə günüdür.

Azərbaycan kinosunda Dədə Qorqud, Bəxtiyar, Qaraş, Murad, Abbasqulu Ağa Şadlinski və daha neçə belə yaddaqalan obrazlar yaradan sənətkarımızı tələbə yoldaşı, xalq artisti Rafiq Əzimovla birgə yad edəcəyik.    
 
ATV.az aktyorun publika.az-a müsahibəni təqdim edir.
 
- Rafiq müəllim, gəlin biraz ondan danışaq, həm tələbə yoldaşı, həm də yaxın dostunuzdan...

- Düzdür, Həsən mənim həm tələbə yoldaşım olub, həm də yaxın dostum. O birgə təhsil aldığımız Teatr İnstitutuna Universitetdən gəlmişdi. Riyaziyyat fakültəsinin birinci kursunu bitirən Həsən Məmmədov müəllim olmaq istəmədi.
 
- Müəllim olmaq istəmirdisə, niyə həmin ali məktəbi seçmişdi?

- Əslində, müəllim olmağını atası istəyirdi. Elə atasının istəyi ilə də sənədlərini həmin fakültəyə vermişdi. Amma sonradan ürəyinin səsinə qulaq asıb. Görüb ki, yox, onun daxili aləmi başqa söz deyir. Riyaziyyat onun daxili aləmini ifadə edə bilməzdi. Buna görə də qərarını dəyişib, aktyorluq peşəsinin ardınca Teatr İnstitutuna gəldi. Hətta buna görə bir müddət atası ilə küsülü də qaldılar.
 
- Bəs, atası ilə necə barışdı?

- Həsən tələbə vaxtı "Böyük dayaq" filmində Qaraş roluna çəkildi. Film bütün Azərbaycanda sevildi, hər kəs Qaraşdan danışırdı. Atası Qaraşa görə Həsəni bağışladı.
 
- Həsən necə tələbə idi?

- Əvvəllən, onu deyim ki, çox qəribəlikləri vardı. Kənd uşağı olsa da, qapalı idi, dinib-danışmazdı. Biz görkəmli rejissor Məhərrəm Haşımovun kursunda oxuyurduq. Özümüzü öldürürdük ki, onun rəğbətini qazanaq. Yadımdadır ki, Həsən bizim kimi canfəşanlıq etməzdi. Birinci kursun sonunda Məhərrəm müəllimin qarşısında etüd göstərməli idik, fikirləşirdik ki, ilboyu bir dəfə də olsun etüd hazırlamayan Həsən, görəsən, vəziyyətdən necə çıxacaq?
Buna görə çox həyəcanlanırdıq. Qorxurduq ki, birdən imtahandan kəsilər. Biz bir neçə etüd göstərdik, növbə çatdı Həsənə. Həsən o vaxt çox məşhur olan Amerika filmi - "Qəlp pul"da kor bir dilənçi obrazını təqdim etdi. O qədər gözəl oynadı ki, təəccübdən gözümüz kəlləmizə çıxdı. Demək istəyirəm ki, bu adam hazırlıqsız-filansız, anadangəlmə istedad idi.
 
- Tələbəlik illəri ilə bağlı xatirələriniz çox olar yəqin?

- O qədər... Tələbəlik illərində Həsənlə mən pul qazanmaq üçün "Azdrama"da kütləvi səhnələrə çıxırdıq. Həm də özümüzü bir aktyor kimi sınamaq istəyirdik. Yadımdadır ki, hər çıxışımıza görə, bizə 80 qəpik qonorar ödəyirdilər. Tələbə təqaüdümüz də vardı, üstəgəl,bu qonorar. Həmin pula bəy kimi dolanırdıq. Qismət elə gətirdi ki, ikimizi də eyni vaxtda təyanatla "Azdrama"ya göndərdilər.
 
- Aktyorluq fəaliyyətinə teatrda başlasa da, daha çox filmlərdə çəkilib, özü də baş rollarda...

- İlk dəfə onu "Böyük dayaq" filminə rejissor Həbib İsmayılov dəvət etmişdi. Həsən üçüncü kursda oxuyanda "Toy" komediyasında Şeyda rolunda oynayırdı. O vaxt həmin tamaşa Azərbaycan televiziyasında da nümayiş olundu. Həbib müəllim həmin ərəfədə, sən demə, Qaraş roluna aktyor axtarırmış. Həsəni görən kimi, axtardığını tapdığını düşünüb. Həmin vaxt bir neçə tanınmış aktyor da sınaq çəkilişlərində iştirak etmişdi. Amma Həsəni seçmişdilər.
 
- Sağlığında mənə verdiyi müsahibələrinin birində ən çox Qaraş rolunu sevdiyini demişdi...

- Qaraşı çox sevirdi - həm özü kənddə böyümüşdü, həm də Qaraş onun kinodakı ilk rolu idi. Amma mən hesab edirəm ki, Həsənin yaratdığı Abbasqulu ağa Şadlinski, Bəxtiyar və digər rolları da kinomuzda iz buraxan mükəmməl obrazlardır.
 
- Həmişə onu baş rollara çəkiblər. Bu mənada onu şanslı aktyor saymaq olar. Rejissorların diqqətini, sizcə, daha çox nəylə cəlb edirdi?

- Həm daxili aləmi, həm də xarici görkəmi ilə. Hündürboylu, həm də çox xarizmatik adam idi. Çox qəribə gözləri vardı... İnsanı özünə cəlb edir, daim diqqət mərkəzində olurdu. Həm də təbii oynayırdı. Rejissorlar bilirdilər ki, o filmdə Həsən çəkiləcəksə, film uğur qazanacaq.
 
- Bildiyimizə görə, sevənləri də çox olub? Aktrisa Nuriyyə Əhmədova deyir ki, "Həm ziyarət, həm ticarət" filminin çəkilişləri zamanı Türkiyədə hamı elə bilirmiş Həsən Məmmədov Hollivud aktyorudur...

- Yaraşıqlı kişi idi. Cavanlıqda xanımlar onun arxasınca düşürdülər. 
 
- Doğrudurmu ki, Həsən Məmmədov "Gün keçdi" filmində açıq-saçıq sevgi səhnəsinə görə rejissora etirazını bildirib, rejissor da onunla razılaşıb...

- Hansı səhnəyə görə?
 
- Oqtay Əsməri otağa dəvət edib, sevgi səhnəsi qurulacaqmış, Həsən də etiraz edib ki, başqasının arvadını evə gətirib, sevişmək Azərbaycan kişisinə yaraşmaz...   

- Ola bilər. Çünki Həsən mentaliteti nəzərə alan adam idi.
 
- Bayaq dediniz ki, qəribəlikləri vardı, nə idi o qəribəliklər?

- Özünəməxsus həyat tərzi vardı. Poluxin küçəsində birotaqlı ev kirayələmişdi. Haçan gedirdim, görürdüm ki, təkcə oturub, qabağında çayı, radioda xarici mahnılara qulaq asır. Bundan zövq alırdı. Qaradinməz idi, amma gözlənilmədən zarafatlar edirdi. Yadımdadır ki, tələbə vaxtı müəllimlərimiz ona deyirdilər ki, ay Həsən, niyə bu qədər qaradinməzsən, sən də uşaqlarla de,gül, zarafat elə. Bir xatirə yadıma düşdü. Barat Şəkinskayanın qızı Solmaz Həmzəyeva da bizimlə eyni kursda oxuyurdu. Tələbə vaxtı ailə qurmuşdular, hamilə vəziyyətdə dərsə gəlirdi. Artıq sonuncu həftələri idi. Uşağın doğulmasına az qalmışdə. Solmaz dərsə gəldi. Qapının ağzında stul qoyduq ki, otursun. Həsən qəfildən o stulu çəkdi, Solmaz gupultu ilə yerə yıxıldı. Dəli olduq ki, bu neyləyir? Su dalınca qaçdıq, onu özünə gətirməyə çalışırıq, Həsənsə qəşş edib gülür. Yaxınlaşdım ki, Həsən, belə zarafat olar? Heç vecinə də olmadı, əksinə, bizdən incidi ki, noolub, başqa vaxt deyirsiniz qaradinməzəm, zarafat da başa düşmürsünüz. "Flaminqo" filminin çəkilişləri vaxtı da belə zarafatlardan birini etdi. O filmə mənim 7 yaşlı oğlumu da çəkirdilər. Bir gün çəkiliş zamanı rejisor Tofiq Tağızadə nə illah elədisə, uşaq rolunu oynamaq istəmədi. Mənim də sözümə fikir vermədi. Tofiq müəllim axırda əsəbiləşdi ki, gedin başqa uşaq tapın, bunun da paltarlarını əynindən çıxarıb ona geiyndirin, mənim uşağın nazıyla oynamaq fikrim yoxdur. Həsənlə də Şahmar Ələkbərov qıraqdan oturub sakitcə bizə baxırdılar. Uşağın əynini dəyişəndə gördüm Həsən qımışır. Yaxınlaşdım ki, Həsən, noolub, uşağa nə demisiniz? Sonradan bəlli oldu ki, Həsənlə Şahmar uşağı öyrədiblər ki, biz sənə deməyənə qədər çəkilmə. Sən demə, həmin filmin qonorarını ləngitdikləri üçün Həsəngil Tofiq Tağızadəni hirsləndirmək istəyiblərmiş. Bax, belə qəribə insan idi.
 
- Özü necə, zarafat götürürdü?

- Əhvalından asılı idi. Onu da deyim ki, Həsənin filmlərinin uğurlu alınmasının bir sirri də vardı. O çəkilişlər başlayandan ta filmin axırına qədər rolun təsiri altında yaşayırdı. Bəxtiyarı oynayırdısa, Həsən adi həyatda da dönüb Bəxtiyar olurdu. Onunla zarafat etmək olmurdu, əsəbiləşirdi. Oynadığı rolların taleyini özününküləşdirməyi bacarırdı, bu adam rolu ilə yaşayırdı, nəfəs alırdı. Tarzən tarı kökləyən kimi o da özünü rola kökləyirdi.
 
- Heç xəstəlikdən şikayətlənirdi, çünki ölümü qəfil oldu?

- Qətiyyən. "QAZ 24" markalı maşını vardı. Bir gün gördüm ki, pörtüb, soruşdum ki, təzyiqin var? Təəccübləndi ki, nə təzyiq? Apardım həkimə, təzyiqini ölçdülər, gördülər ki, təzyiq 240-dır. Tibb bacısının gözü hədəqəsindən çıxdı. Onu bir neçə dəfə həkimə aparmışdım. Özünə fikir vermirdi. Axırda da ürəyi ona naxələf çıxdı.
 
- Problemləri çox idi?

- Çox abırlı adam idi. Kimsəyə ağız açmağı xoşlamazdı. Dərdini içində çəkidi. Ulu öndərimiz Heydər Əliyev onu bir aktyor kimi çox istəyirdi, dəfələrlə tamaşalarına da gəlib baxmışdı. Ulu öndərin sərəncamı ilə Həsənə ev də verilmişdi. Sonralar bəzi məmurlar evin əvəzinə ona torpaq sahəsi verdilər. Amma orda ev tikdirə bilmirdi. Bir neçə dəfə aldadıb, torpağını əlindən almışdılar. Heç kiçik oğlunu da evləndirə bilmirdi. Axır vaxtlar kinoya çəkilmirdi, işçiz idi. Polad Bülbüloğlunun köməyi ilə "Azdrama"ya işə qayıtmışdı.

 

BUNU DA OXU

Roy Kin milli yığmamıza başçılıq edə bilər? - AFFA-dan açıqlama
Yük yerində sərnişin keçirməyə cəhd olundu - VİDEO
DSMF-nin vəzifəli şəxsləri saxlanıldı - VİDEO
Qapalı məkanlarda diqqətli olaq - VİDEO
Ağdaşda 50 nəfərdən artıq şəxs xüsusi karantin qaydalarını belə pozub - VİDEO
Xəbər lenti

Tramp Boston terrorçusunun edamını tələb edir - ABŞ prezidenti məhkəmənin qərarı ilə razılaşmır
23:36 03.08.2020

Erməni saxtakarlığı davam edir - Müdafiə nazirliyinin adından saxta "Twitter" hesabı açılıb
23:12 03.08.2020

Şəmkirdə yük maşını ilə minik avtomobili toqquşdu - Yağışlı hava qəzaya səbəb oldu
22:59 03.08.2020

241 nəfər yoluxdu, 647 nəfər sağaldı - COVID-19 analizi müsbət çıxmış 6 nəfər vəfat edib
22:36 03.08.2020

İtaliya Azərbaycana tibbi missiya göndərir - 11 nəfərdən ibarət ölkəmizə gəlir
22:14 03.08.2020

Müsbət dinamikanı qorumaq bizim əlimizdədir - Belə olan halda, qaydalar daha da yumuşaldılacaq
21:56 03.08.2020

Erməni lobbisinin məğlubiyyəti - Azərbaycan diasporunun uğuru Paşinyanı sınaq qarşısında qoyub
21:21 03.08.2020

SMS icazə ləğv olunur - 5 avqustdan etibarən karantin rejimi yumşaldılacaq
21:17 03.08.2020

Bakı-Sumqayıt yolunda təmir işləri davam edir - Sulutəpə qəsəbəsi və Şamaxı yolu istiqamətindəki körpü genişləndirilir
20:56 03.08.2020

Ənənəvi yoxsa distant təhsil? - İbtidai təhsil ənənəvi qaydada keçirilməlidir
20:21 03.08.2020

Zərdabda 2 kiloqram marixuana müsadirə edildi - Narkotik tərkibli bitgilərə qulluq etdiyini etiraf etdi
20:14 03.08.2020

Türkiyəli həkimlər tovuzda - Şəhid ailələrinə qurban sovqatı paylanıldı
19:58 03.08.2020

Tovuzda karantin rejimi qaydaları pozuldu - Yas mərasimi keçirənlər, sürücü və sərnişinlər cərimələndi
19:36 03.08.2020

Karantin qaydalarını pozanlar saxlanıldı - Karantin keçid postlarını keçmək istəyən maşınlar geri qaytarıldı
19:21 03.08.2020

İkinci “Azərbaycan dili” imtahanında iştirak edənlərin nəzərinə - 14 avqust gecə saat 12.00-dək qeydiyyatdan keçməlidirlər
18:56 03.08.2020

Zaqatalada leysan yağışlar və güclü külək fəsadlar törətdi - Su xətti zədələndi, elektrik naqilləri, ağaclar qırıldı
18:36 03.08.2020

“Azal”dan açıqlama - Baki-İstanbul reysləri artırılacaq
18:21 03.08.2020

Karantin rejimi yumşaldılır - Avqustun 5-dən çimərliklər açılır, SMS icazə ləğv edilir
18:20 03.08.2020

UFC-yə rəsmi etiraz məktubu göndərildi - Qanunsuz rejimin qondarma bayrağının qaldırılmasına imkan verildiyinə görə
17:54 03.08.2020

Avstraliyada təbii fəlakət rejimi - Melburnda koronavirusa görə karantin rejimi sərtləşdirilir
17:21 03.08.2020

Cənubi Koreyada sel və torpaq sürüşməsi - 6 nəfər həyatını itirdi
16:56 03.08.2020

Virusa yoluxanların sayı 18 milyon 252 mini ötüb - Epidemiya qurbanlarının sayı 693 mindən çoxdur
16:36 03.08.2020

Əfqanıstanda partlayış - 20 nəfər dünyasını dəyişdi, xeyli sayda yaralı var
16:12 03.08.2020

Müəllimlərin işə qəbulu üzrə müsabiqə - 46 mindən çox namizəd müsabiqədə iştirak etmək hüququ qazanıb
15:58 03.08.2020

Paytaxtda sərnişin avtobusları toqquşdu - Sürücülərdən biri xəsarət aldı
15:36 03.08.2020

Oğuzda polis əməliyyat keçirtdi - Silahlı şəxslər müqavimət göstərdilər
15:14 03.08.2020

Göygöldə silsilə oğurluqlar edən iki nəfər saxlanıldı - Mağazalardan, evlərdən və avtomobillərdən oğurluq ediblər
14:58 03.08.2020

Heydər Əliyev fondunun qurban hədiyyəsi - Aztəminatlı ailələrə ərzaq yardımı paylanıldı
14:21 03.08.2020

Naxçıvan qarnizonu qoşunlarında yeni tədris ili - Yeni tədris dövrünün ilk məşğələləri keçirilir
13:21 03.08.2020

NASA astronavtları kosmosdan qayıtdılar - “Crew Dragon” Meksika körfəzində suya eniş etdi
12:58 03.08.2020

Dünyanın yarısını məhv edəcək qlobal fəlakət - Yaxın yüz ildə dünyanı sel basacaq
12:25 03.08.2020

Ermənistanın mənəvi prinsiplərə sayğısızlığı - İşğalçı ölkə islam dəyərlərinə qarşıdır
19:54 02.08.2020

Ölkədə 286 nəfər koronovirusa yoluxdu - 639 nəfər sağaldı, 8 nəfər vəfat etdi
19:21 02.08.2020

Toronto şəhərində təxribat - Bir qrup erməni 2 nəfər azərbaycanlıya hücum etdi
18:54 02.08.2020

Cəbhədə son durum - Düşmən atəşkəsi 41 dəfə pozub
18:36 02.08.2020

2 avqust milli kino günüdür - Azərbaycan kinosunun 122 yaşı qeyd olunur
18:12 02.08.2020

“Azəriqaz” İB-dən sosial aksiya - Vətəndaşların müraciətləri ödənişsiz təmin olunub
17:54 02.08.2020

Yoluxma sayları gün keçdikcə azalır - Müsbət dinamikanın davam etməsi üçün qaydalara əməl etməliyik
17:39 02.08.2020

Birlik və bərabərlik - Cəmiyyətimizə aşılanan dəyərlər
17:12 02.08.2020

Evdə nişan mərasimi keçirənlər saxlanıldı - Qaydaları pozan 7 nəfər cərimələndi
16:54 02.08.2020

Baş tutmayan ucuz niyyət - KTMT daxil bütün beynəlxalq ictimaiyyət Ermənistana dərs verdi
16:21 02.08.2020

Azərbaycan – Türkiyə birgə təlimləri - Təlimlərin növbəti mərhələsi keçirilib
15:56 02.08.2020

Ermənisayağı “hüquq müdafiəsi” - “Human Rights Watch”-ın “dərdi” bəlli oldu
15:21 02.08.2020

“Rusiya erməni təxribatını təhlil etməlidir” - “Ermənistanın regionda yürütdüyü siyasət Rusiyanın maraqlarına qarşıdır”
20:14 01.08.2020

XİN-dən açıqlama - “Qondarma qurumla görüş özünü aldatmaqdan başqa bir şey deyil”
17:58 01.08.2020

Ronaldo son matçda iştirak etməyəcək - Futbolçu "Qızıl Buts" mükafatına namizəd olmayacaq
17:36 01.08.2020

Millidə daha bir italyan - Baş məşqçinin daha bir köməkçisi məlum oldu
17:15 01.08.2020

Daha 279 nəfər koronovirusa yoluxdu - 592 nəfər sağalıb, 6 nəfər vəfat edib
16:58 01.08.2020

Azərbaycan-Türkiyə birgə təlimləri davam edir - Naxçıvanda taktiki uçuş, taktiki atışlı təlimlər keçirilib
16:36 01.08.2020

Koronavirusa yoluxanların sayı azalır - Təcili tibbi yardıma edilən zənglər 30 faiz azalıb
16:15 01.08.2020

Meydanda tək qalan Ermənistan - Təcavüzkar siyasətin nəticəsi
15:58 01.08.2020

ABŞ-da polis zorakılığı - Keçmiş diplomat: “hər bir amerikalı bunu görməlidir”
15:36 01.08.2020

Bu gün Azərbaycan dili günüdür - Azərbaycan Əlifbası günü 2001-ci ildən qeyd edilir
15:14 01.08.2020

Siyəzəndə dəhşətli yanğın ölümlə nəticələndi - Hadisə Siyəzənin Sədan kəndi ərazisində qeydə alınıb
14:58 01.08.2020

Qanunsuz ət kəsimi ilə məşğul olan 7 nəfər saxlanılıb - Onlar barəsində protokol tərtib edilib
14:36 01.08.2020

Ağdaşda reyd keçirildi - Qurbanlıq heyvanların qanunsuz satışı və kəsimi ilə məşğul olan şəxs saxlanıldı
14:15 01.08.2020

Hikmət Hacıyevdən Ermənistanla bağlı açıqlama - Azərbaycanın uğurları Ermənistanı narahat edir
13:59 01.08.2020

Virusa yoluxanların sayı 17 milyon 990 mini ötüb - Epidemiya qurbanlarının sayı 683 mindən çoxdur
13:36 01.08.2020

Rusiyada beynəlxalq uçuşlar bərpa edildi - Turistlər hələlik üç ölkəyə səfər edə biləcək
13:14 01.08.2020

Almaniyada bank şöbəsinə hücum - 12 nəfər xəsarət aldı
12:59 01.08.2020

Portuqaliyada dəmiryol qəzası - 2 nəfər ölüb, 40-a qədər sərnişin yaralanıb
12:36 01.08.2020

Braziliya prezidenti insanları qorxmamağa çağırdı - “Demək olar ki, hamı yoluxacaq”
12:25 01.08.2020

Rusiyada yaşayan erməni əsilli jurnalist Paşinyana hiddətləndi - “Hansı üzlə Rusiyadan kömək istəyirsiniz?”
23:58 31.07.2020

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə zəng edib
23:41 31.07.2020

İran razılıq verdi - Vurulan təyyarəyə görə təzminat ödəniləcək
23:36 31.07.2020

ABŞ-dan İrana sanksiya xəbərdarlığı - Xamneyi: “Vaşinqton İran iqtisadiyyatını çökdürmək niyyətindədir”
23:12 31.07.2020

Tramp fikrini dəyişdi - “Seçkilərin gecikməsini istəmirəm”
22:54 31.07.2020

Rusiya hərbçiləri Ermənistanda təlimlərə başladı - Manevrlərə 4 mindən çox hərbçi cəlb olunub
22:39 31.07.2020

Təlimlərdə iştirak edənlər üçün bayram keçirilib - Qurbanlar kəsilib, xidmətdə fərqlənənlər mükafatlandırlıb
22:21 31.07.2020

318 nəfər koronovirusa yoluxdu - 714 nəfər sağaldı, 7 nəfər vəfat etdi
21:57 31.07.2020

Prezident İlham Əliyev Sərəncam imzaladı
21:36 31.07.2020

Hacıqabulda meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub - Qətldə şübhəli bilinən 1 nəfər saxlanılıb
21:14 31.07.2020

Helsinki yekun aktının 45-ci ildönümü - Xarici İşlər nazirliyi bəyanat yaydı
20:54 31.07.2020

Ağstafada avtomobil qoyunlara çırpıldı - 20 baş qoyun tələf odu
20:36 31.07.2020

Polis əməliyyat keçirdi - İstixanada narkotik becərən şəxs tutuldu
20:34 31.07.2020

Heydər Əliyev fondu aztəminatlı ailələri sevindirir - 100 mindən çox ailəyə qurban payı verilir
20:14 31.07.2020

Los anceles polisi erməni yalanalarını ifşa etdi - Ermələrin bu dəfə ki, yalanı da baş tutmadı
16:58 31.07.2020

Cəlilabadda minik avtomobili traktorla toqquşdu - Sürücü hadisə yerində keçindi
16:39 31.07.2020

Bayram namazı qılındı - Pandemiya ilə əlaqədar insanlar namazı evlərində qıldılar
16:21 31.07.2020

Ağdaşda iki avtomobil toqquşdu - Sürücü öldü, sərnişin xəsarət aldı
15:58 31.07.2020

Bütün xəbərlər