Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Xanəmir Telmanoğlu: - “Ədəbiyyatda sevginin və ölümün yanında iman da olmalıdır”

Xanəmir Telmanoğlu: - “Ədəbiyyatda sevginin və ölümün yanında iman da olmalıdır”
60885 dəfə oxunub
Yazar Xanəmir Telmanoğlu ilə bu müsahibədə Azərbaycan ədəbiyyatının müxtəlif məsələlərinə toxunulub. ATV.az oxucuları üçün həmin müsahibəni təqdim edirik.  

- Bu gün dərgilər və portallar ədəbi prosesləri necə işıqlandırır?

- Sürət əsrində, (əzəldən əsalətə qarşı etiraz kimi, süngü kimi yaranmış) ədəbiyyatda gerçəkləşməsi gərəkən (proletariat və kəndli ünsiyyəti zəminində) XX əsrdən Promoteyə divan tutan proseslər sanki gec baş verir və verdi. Ən azından 20-25 il ərzində sovet sistemindən qopan, ayrılan, öz varlığını isbatlayan bir ədəbiyyat əsrlərdir sevimli canından şarlatanlığın cinini çıxarmağa çalışan cəmiyyətə meydan oxumalıydı, fikirmcə. Di gəl, bugünkü disko-dərgilər və pop-portallar da ədəbazlığıyla qol-boyunlaşmış ədəbiyyatın olanından artığını, ya əskiyini belinə götürəcək dərəcədən o yana keçmir. Dərgilər, qəzetlər, portallar ən çox təngənəfəsliliyindən dolayı tərcümə materialları ilə gündəm ehtiyacını ödəməyə çalışırlar. Özünə, özünkünə ya güvənmir, ya özünkü ehtiyacını qarşılamırmış kimi Arximed həndəsəsinin söz ekvalentinə uduzmuş bu dünyada bir ab-hava sərgiləyir(lər). Bəlkə də ən maraqlı, ən mükəmməl əsərləri bu adı gedən “məkanlar” sərgiləyir. Elə isə bu dərgi və portallarda niyə o mükəmməl nümunələr elə bir estetik zövq aşılamır sizcə? Çünki bu dərgi və portalların çevrəsindəki qələmdaşlarımız o materialların, o yayımladıqları mətnlərin yaşında, səviyyəsində, ədəbi məhsulların vəd etdiyi ədəbi varidatda deyillər. Həqiqət bizim gördüklərimiz və bizim dediklərimiz deyil. Bu yerdə həqiqət var olanların fonunda, müqabilində bizim şüurumuzda və ruhaniyyətimizdə oluşan həyatımızda yerini tapacaq hər bir şeylə bağlı kəsin qənaətlərimizdir. Mən bu gün bir şeir oxuyub nəyinsə eyforiyasına qapılaraq ona yaxşı deyə bilərəm. Ancaq bu söz mənim sözüm və ya bu fikir qənaətim olmaz. Bu, olduqca incə məsələdir. Hətta bu yanaşma, olduqca gülüş də doğura bilər. Kənar ədəbiyyata meyillilik öyrənmək, təzə və yeni malzəmələrlə tanışlıq prinsipinə əsaslansa da, bir də yeni yaranan ədəbiyyatı tərcümə ədəbiyyatı üzərində qurmaq məncə, şüursuzluqdur. (müqəddəs ruhlar xatirinə niyyətlənib vurduğu çıraqları çaşdığından projektorlardan istifadə edən çağdaş ədəbiyyatımız tərcümə materialları üzərində formalaşır. Kitab oxumalar, Azərbaycan ədəbiyyatını başdan sona, mərhələli şəkildə öyrənmələr bir tərəfədə qaldığı zaman, dövriyyədəki boşluqda “yad ünsürlərin” azdırıcı, təməlsiz girişimləri öz dağıdıcı, yaradıcı olmayan izlərini geniş şəkildə sürdürür. Gəl də, bunun qabağında dayan. O zaman, ədəbiyyat nə tərs ərsəyə gələn (doğulan) tərcümələrdən, xarici ədəbiyyatlardan doğulan, nə də Misir ehramlarının da ritmini əsilzadələr kimi qoruyan milli ədəbiyyatdan törəyən mətnlər ola bilmir. O sarıdan da günümüzün ədəbi-bədii nümunələri bic təsiri bağışlayır. Bic doğulanın kimliyi olmur. Bu kimliksiz böyüyən uşaqlar isə, bağışlayın, mətnlər isə, cəmiyyətdə, mədəniyyətdə özünü isbatlama, özünə güvənmə duyğusunu kimsəyə vermir. Çünki ədəbi nümunələr, mətndən, ciddi yazı mirasından daha çox, mədəniyyət üçün önyarğı təşkil edən özünəgüvənmə duyğusu oluşdurmaqla, fərqli bir status qazanma xüsusiyyətini qorumalıdır. Mən Azərbaycan ədəbiyyatında yazarın və etnosun taleyindəki reallıqların nikahından doğulacaq mətnlərin varlığını istəyirəm. Mən Azərbaycan ədəbiyyatında bu gün “muta nikahlılıq” görüntüsü sərgiləyən şərqli əsərlərə, yerli materiallara da heç dostanə münasibət bəsləmirəm. İlahi nigahdan doğulmayan, göylərdə aktı kəsilməyən bu məbəddən uzaq məkanlarda “suya salınıb vavtsiz edilmiş” mətnlərin iman sarıdan kasad və yoxsul olduqlarını adımıza yazdırmaq istəməzdim. Azərbaycan mədəniyyətinin alt qatının şüurumuza ötürdüyü metafizik təlqinlər və mistik dalğalar bütöv əxlaqın, bişkin imanın ipuclarıyla bizlərə Ötükəndən, Ərgənəkondan, Şumerdən, Mu mədəniyyətindən bu yana özgürlük aşılayıb. Bax, o iman bağlarının yoxsulluğu, ədəbi-bədii materiallarımızın içsəl və batini adlarının yoxsulluğuyla mütənasib təşkil edir. Ədəbiyyatda həmişə sevginin və ölümün yanında iman da olması gərəkir. O imanın adı insanın dışını da içinin erişilməz Ərşinə doğru seyrə göndərən EŞQdir. Elmi texniki tərəqqi son həddinə çatdıqca, Herodotun qafasına aludəçilik edən həyatımızın ruhaniyyəti özünü gec-tez müddətlə kısıtlanan maddiliyimizə quyruq bulayaraq qurban verir. O zaman bu qarşıdurma önündə sözün magiyası, sözün yaddaş energetikası, sözün metafizik qapsamı itir. Hə, biz nə etməliyik? Yazarları, şairləri aparıb kilsələrə, məscidlərə, zaviyələrə, sinaqoqlara, tapınaqlara, ibadətxanalaramı doldurmalıyıq?! Ədəbiyyat həm də yarıelm sərgüzəşti olduğu üçün, bu yerdə, sadəcə olaraq, ədəbiyyatın intim qığılcım qopardan istiqamətini düzgün bəlirləmək gərəkir.

- Dərgilərin ədəbi prosesdə rolu və təsiri nə qədərdir?

- Əslində dərgilər ədəbiyyatın, sözün, bədiyyatın yozlaşmasına, ədəbi zövq və şüurun inhisara alınmasına xidmət edir bu gün. Belə bir yarqısız anlayış formalaşır ki, bu dərgiləri çıxaran intelegent, bu dərgilərədki materiallar intellektual, verimli yazılardır. Fikrimcə, Azərbaycan ədəbiyyatında Mirzə Cəlilin ən böyük vurduğu zərbələrdən biri də “Molla Nəsrəddin” dərgisini çıxarmasıydı. Zamanında hiss olunmaya bilərdi, ancaq bu günkü gözlə baxdığın zaman bu dərgi nə qədər yazarları öz instiktindən, öz anlayışından, öz yazı təcrübəsdindən, öz poetik potensialından uzaqlaşdırdı və döndərdi. Hardasa dərgi propaqandaçılığına yüklənən bir güvənmə, inanma hakim ki, dərgi məhz bu ideyayla silahlanıb çıxırsa, demək bu estetik dəyər qəbulolunan, “tarix üçün məsləhətlidir.” Yazar isə, yazılarını çox əminliklə yazır və onun içindəki əbədilik, yaşamaq, unudulmamaq instikti yazarın istedadını elə üstələyib, xıxlayır ki, yazar özü də bilmədən it gününə düşür. Bu sarıdan, “Molla Nəsrəddin”, “Füyuzat” kimi dərgilərin ətrafındakı istedadlı yazarları (o yazarlar özyaranışdan gəlmə fəhmlərini kullanmayaraq, bitərəf edərək) qula çevirdi, öz inhisarına aldı, əl-qollarını bağlayıb çölə-düzə saldı. Beləliklə, o dönəm Azərbaycan ədəbiyyatının poetik əraziləri həmin yazarların simasında daraldı, genişliyə həsrət qaldı. Bu itirilmiş genişlik sonrakı dönəmdə ədəbi iflasa, durğunluğa gətirib çıxardı. Bu nə deməkdir, sorsanız? Deyərəm ki, 20-ci əsrin əvvəllərindən başlayaraq ta bu günlərə qədər, o itirilmiş ədəbi genişlik, ədəbi ərazilər sahəsində, bizim üzdə olan yazarlarımız qaymalara, bizə dəxli olan konkretlikdən uzaqlaşmağa doğru meyilləndilər. Bizə aid mövzuların dışında manipulyasiya etməyə başladılar. Azərbaycan insanının, xalqının, etnosunun, ruhunun energetikasının mövzularını yazmadılar. Baş qatdılar. Gündəm oluşdurdular. Bütün bunların kökündə M. Cəlilin “Molla Nəsrəddin”i və Əli bəy Hüseynzadənin “Füyuzat”ı durduğunu söyləmək lazım. Mənim bu fikirlərim heç də xoşagələn deyil. Bu şəkildə danışıq üslubu ədəbi müstəvidə, bir şairin dilindən səsləndirildiyi üçün narahatçılıq doğurmamalıdır. Bunu şair, söz adamı deyirsə … mən bir siyasətçi, dövlət xadimi, araşdırmaçı, tarixçi, ideoloq olsaydım, təbii ki, belə danışmaz, bu fikirlərin əksini söylərdim. Çünki Xanəmirin şair kimi söylədikləri dövlət xadiminin, ideoloqun, siyasətçinin, araşdırmaçının haqqına özgürlük, qazandırır, onların mövzuyla bağlı fikir, düşüncə, maraqlarına birmənalı və bir istiqamətə köklənmiş şərait yaradır. Ümumiyyətlə, bu dərgiçilik, qəzetçilik ənənələri dağıdılmalı, darmadağın edilməlidir. Yenə çünki, fikirdən, sözdən, yazıdan dolayı təqdir görən Yusuiflərin gerçək gözəlliyini fəhm edərək minillərin yalıncaq üzlü yorğunluğunu bir anda çıxaran yazar, düşünür, şair, yaradıcı ruh mədəniyyətin gələcək imkanlarını və yansıma imkanlarını birbaşa hələ də şəhadətini yerə qoymayan şərin ixtiyarına təslim edir.

- Ədəbi dərgilərin nəşrlə bağlı problemləri varmı?

- Ədəbi dərgilərin bu gün hansını bağlasan, narahat olmayın, ölkədə ədəbi aclıq, ya qıtlıq görünməyəcək. Yəni, bu dərgilərin olub-olmamasıyla, Azərbaycan ədəbiyyatı adlı bir sahibkar heç bir xəzinə itirmir. Qazanmağına gəldikdə isə, bu proses həmişə qazanc məsələsində gizli gedir. Molla Nəsrəddinin oğurluqda ikən qapının cəftəsini sürtməyi var. Bir anda fakt qarşısında qalan və izi itirməyə çalışan Mollanın iş başında qapının üzərindəki əməliyyatını kamançaya bənzətməsi də unudulmazdır. Lətifənin kuliminasiya nöqtəsi isə kamançanın səsinin sabah çıxacağını deməsidir. Zamanında, vaxtında gördüyün istənilən iş oğurluqdur. Biz bu gün yaşadığımız dönəmdən, tarixdən nələr oğurlayırıq söz üçün, məcaz, metafora, poetika üçün? Ən əsası isə mif üçün? Sabah yarqılanmaq üçün üzə çıxacaq səsdən kimsənin burnu qanamayacaq. Oğru “oğurluq anında” oğrudur. Oğru qapı qırılandan sonra, içəri girəndən sonra, əlinə geçənlərdən yığışdırdıqdan sonra, aləm duyuq düşəndən sonra cinayətkar adlanır. Elə etmək lazım ki, gələcək bizləri kütləvi şəkildə həbsxanalara doldurmasın. Heç olmasa bir-ikimiz sabah da çöldə qalaq...

- "Dokkuziklimi"in ədəbi çapda yeri…

- “Doqquziklim” əvvəlcə bir dərgi olaraq çıxardım. Heç bir maddi yardım və kömək olmadan 10-dan artıq sayısı işıq üzü gördü. Ev şəraitində. Doğrusu, imkan olmadığı üçün dayandırdım. Sağ olsun, yazar dostlarımız, yığışıb onu elektron şəklinə saldıq. Bu işdə şair Bahadur Qobustanın zəhmətini unuda bilmirəm. O həm də bizim ÇÖLÇÜLƏR ƏDƏBİYYAT MƏRKƏZİnin üzvüdür. Bu dərgi heç bir vəsait olmadan beləcə, ədəbi bildiyi nümunələri çap edir. Baş redaktoru da Bahadurdu. Yazar dostlarımız könüllü şəkildə saytı idarə edirlər. Bu dərginin ədəbi prosesdə yerini qeyd etmək lazım gəlsə, deyə bilərəm ki,dərgi Orhun-Yenisey əlifbasından, əlifbaların mahiyyətindən, Təbriz fenomenologiyasından,Təbrizin bir etnosun varlığındakı metafizikasından, ortaq dil anlayışından, türk və müsəlman dünyasının ortaq ədəbiyyat, tarix, mədəniyyət dərsliklərinin vacibliyindən, Azərbaycan ədəbiyyatındakı mövzuların mistiksından, sağdan sola yazı üsulunun varolma, düşüncə bazamıza yön verəcəyindən bəhs edirdi. Sanki bu mövzular dərginin elektron versiyasında yaşaya bilmir kimi hislər aşılayır. Kağız sadaladığım mövzulara sanki daha çox müsaid idi.

- Son kitabınız “MAQlar” adlı nəsr nümunəsi adlanır. Bildiyim qədərincə birmənalı qarşılanmır. Nələr deyə bilərsiniz?

- Kitab “XAN” Nəşrlər Evi tərəfindən yayımlandı və keçən ay imza günü keçirildi. “MAQlar” barədə onu deyə bilərəm ki, bu kitab kifayət qədər hazırlıqlı oxucu üçündür. Ədəbi təcrübəsi geniş olanlar üçündür. Dünya ədəbi təcrübəsiylə tanış olmuş qələm əhli bu əsərlə təmas qura bilər. Bu kitab, oxucu üçün deyil, yazarlar üçündür. Bu kitab yazarları oxucuya çevirmək üçün caba göstərən kitabdır.

- Siz şairsiniz. Nəsr yazmaq şeirə, şairliyə mane olmur ki, yaxud şairlik nasirliklə yola gedirmi?

- Mən ədəbiyyatı özüm üçün su hesab edirəm: H2O. Bu formulun parçalanmağını deyil təbii, bu formulun oluşumu naminə, nəsrimi H2, şeirimi isə oksigen adlandırıram. Elə o sarıdan eksperimentlərə çox və risk edərək gedirəm. Çünki suyun özəlliyində bəzən buz, donma, bəzən buxar olma, bəzən buluda çevrilmə keyfiyyətləri İlahi vasfdır. Su durmağı sevməz. Yerdə çaylar kimi axmağı, yerdən doydusa, göylərdə bulud kimi süzüb getməyi sevər.

Müsahibəni aldı: Təranə Məhərrəmli

 

 

BUNU DA OXU

Roy Kin milli yığmamıza başçılıq edə bilər? - AFFA-dan açıqlama
Yük yerində sərnişin keçirməyə cəhd olundu - VİDEO
DSMF-nin vəzifəli şəxsləri saxlanıldı - VİDEO
Qapalı məkanlarda diqqətli olaq - VİDEO
Ağdaşda 50 nəfərdən artıq şəxs xüsusi karantin qaydalarını belə pozub - VİDEO
Xəbər lenti

Türkiyədə silsilə partlayış - 4 nəfər həyatını itirdi, 97 nəfər xəsarət aldı
23:35 03.07.2020

Tərtərdə 2 yaşlı uşaq qətlə yetirildi - Onun başından küt alətlə vurulub
23:14 03.07.2020

Neft borusunda sızma baş verib - Zəbt olunan ərazidə qəzanın qarşısı alınıb
22:54 03.07.2020

200 kq-a yaxın at əti müsadirə edilib - Yoxlama zamanı qayda pozuntuları da aşkarlandı
22:32 03.07.2020

COVID-19 virusu ilə bağlı daha bir araşdırma - Hansı qan qrupundan olanlar koronavirusa daha çox yoluxur?
22:14 03.07.2020

Maşın nömrələri üçün də icazə alınacaq - Kamera vasitəsi ilə cərimə yazılmayacaq
21:54 03.07.2020

190 manat daha kimlərə veriləcək? - Zərərçəkən sektorların siyahısına yenidən baxıla bilər
21:37 03.07.2020

Myanmarda torpaq sürüşməsi - Ölənlərin sayı 162-yə çatıb
18:36 03.07.2020

Merkel covid-19-un yaratdığı böhranı dəyərləndirdi - “Avropa birliyi tarixinin ən ağır dövrünü yaşayır”
18:14 03.07.2020

Virusdan ölüm halları 2 faizdən aşağıdır - Daha çox qadınlar virusa yoluxur
17:54 03.07.2020

Daha 583 nəfər koronovirusa yoluxdu - 395 nəfər sağaldı, 7 nəfər vəfat etdi
17:21 03.07.2020

Mağazalarda monitorinqlər davam edir - 1 ayda 4400-dən çox qayda pozuntusu aşkarlanib
16:54 03.07.2020

Artan rəqəmlərin nəticəsi - Məsuliyyətsizlik qaydaların sərtləşməsinə səbəb oldu
16:21 03.07.2020

DTX əməliyyat keçirir
15:54 03.07.2020

Tələbə köçürülməsi dayandırılır - Elektron sənəd qəbulu müvəqqəti təxirə salınır
15:36 03.07.2020

Ekspres marşrut xətlərinin fəaliyyəti bərpa olunur - Avtobuslar səhər saat 7.00-dan 20.00-dək işləyəcək
15:21 03.07.2020

Ziya Bünyadov prospekti bağlanır - Məhdudlaşma 2 gün olacaq
14:54 03.07.2020

Virusa yoluxanların sayı 11 milyonu ötdü - Epidemiya qurbanlarının sayı isə 524 mindən çoxdur
13:51 03.07.2020

Əfqanıstan Prezidentinin təşəbbüsü ilə Azərbaycan, Əfqanıstan və Türkmənistan Prezidentlərinin videokonfrans vasitəsilə görüşü baş tutub
13:39 03.07.2020

Goranboyda traktor yanıb - 20 ton ot bağlaması ilə birlikdə
13:21 03.07.2020

Karantin rejiminə nəzarət - Hərbi qulluçular da cəlb olunub
12:51 03.07.2020

Xüsusi karantin rejimi iyulun 20-dək uzadıldı - Həftə sonları ictimai nəqliyyatın hərəkəti dayandırılır
12:25 03.07.2020

Erməni nazir gileylidir - “Reanimasiyalarda boş yer yoxdur”
23:14 02.07.2020

BƏƏ-də 1 gündə 402 nəfər virusa yoluxdu - İyulun 7-dən Dubay turistlər üçün açıq olacaq
22:54 02.07.2020

ABŞ-ın baş infeksionisti həyəcan təbili çalır - “Gündəlik yoluxma 100 mini keçə bilər”
22:32 02.07.2020

Daxili işlər naziri karantin rejimindən danışdı - “Qaydaları pozmaqdan çəkindirən səmərəli vasitə cərimədir”
22:14 02.07.2020

Neftçalada yeni magistral su kəməri çəkilir - 80 mindən çox sakinin içməli su problemi həll ediləcək
21:59 02.07.2020

Daha 572 nəfər koronovirusa yoluxdu - 364 nəfər sağaldı, 8 nəfər vəfat etdi
21:39 02.07.2020

Ticarət obyektlərinə nəzarət gücləndi - Qaydalara əməl etməyənlərə qarşı ciddi tədbir görüləcək
21:21 02.07.2020

Dövlət imtahan mərkəzi müraciət etdi - “Saxta profillərdə verilən cavablara inanmayın”
20:54 02.07.2020

Cəlilabadda 151 şəxs barəsində protokol tərtib edildi - Xüsüsi karantin qaydalarını pozanlar cərimələndi
20:37 02.07.2020

Balakəndə qonur ayı balalarını satan şəxslər saxlanıldı - “Qırmızı kitab”a düşən balalar xilas edildi
20:14 02.07.2020

Cəlilabadda bir gündə 8 dəfə sms göndərdi - 10 sutka həbs olundu
19:54 02.07.2020

Rusiyada referendumun nəticələri elan olundu - Seçicilər konstitusiyada düzəlişləri dəstəklədi
19:31 02.07.2020

Virusa yoluxanların sayı 10 milyon 821 minə çatır - Epidemiya qurbanlarının sayı isə 520 minə yaxınlaşır
19:14 02.07.2020

Pandemiya başlanandan sonra ilk xarici səfər - Ərdoğan Qətərə yola düşdü
18:58 02.07.2020

Koronavirusa qarşı 141 peyvənd üzərində iş aparlır - ÜST: “İşlər aylarla davam edə bilər”
18:31 02.07.2020

Ermənistanda fövqəladə vəziyyət rejimi uzadılır - Hökumətdə bununla bağlı müzakirələr aparılır
18:14 02.07.2020

Birinci vitse-prezident Mehriban Əliyeva polis əməkdaşlarının peşə bayramı münasibətilə "Instagram" səhifəsində paylaşım edib
17:54 02.07.2020

Vahid nəzarət mexanizmi yaradılır - Məqsəd kadrların bilik və bacarıqlarının yoxlanılmasıdır
17:35 02.07.2020

Qəbələdə ailə faciəsi - Qardaş qardaşı güllələdi
17:14 02.07.2020

Prezident İlham Əliyev 2 iyul – Azərbaycan Polisinin peşə bayramı münasibətilə öz “Facebook” səhifəsində paylaşım edib
16:51 02.07.2020

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edib
16:21 02.07.2020

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib
15:54 02.07.2020

Polis günü - Azərbaycan polisinin yaranmasindan 102 il ötür
15:21 02.07.2020

Lerikdə avtomobil dərəyə aşdı - 3 nəfər öldü 2 nəfər yaralandı
14:51 02.07.2020

"İnter"dən darmadağın - "Milan" məğlubiyyətdən xilas oldu
14:21 02.07.2020

Yeni dərs ilinə hazırlıq - Bəzi dərsliklər ilk dəfə çap olunacaq
13:51 02.07.2020

“Bayram Nurlu” kimi tanınan şəxs saxlanıldı - Karantin rejimi qaydalarını pozduğu üçün cərimə edildi
13:36 02.07.2020

Ödənişli yolun bir hissəsi artıq hazırdır - 30 km-lik hissəsi yaxın günlərdə istifadəyə veriləcək
23:54 01.07.2020

Dağlıq Qarabağla bağlı danışıqlar yenidən canlanır - M.Brayza: “Ciddi irəliləyiş gözlənilmir”
23:14 01.07.2020

Sahibkarların güzəştli kredit imkanı - Aldıqları kreditlərin 60%-nə dövlət zəmanəti veriləcək
22:54 01.07.2020

Daha 588 nəfər koronovirusa yoluxdu - 346 nəfər sağaldı, 7 nəfər vəfat etdi
22:21 01.07.2020

Virusa yoluxanların sayı azala bilər - “Karantin qaydalarına əməl edək”
21:21 01.07.2020

Həkimlər vətəndaşlara çağırış edir - Virusla mübarizədə yeganə yol məsuliyyətli davranmaqdır
20:54 01.07.2020

Görülən tədbirlər nəticə verəcək - Sərt karantin rejimi yoluxma dinamikasını aşağı salır
20:39 01.07.2020

“Kann” film festivalına etiraz məktubu göndərildi - Ermənilərin işğaldakı torpaqlarımızda çəkdikləri filmə görə
20:21 01.07.2020

Bərdədə restoran sahibi saxlanılıb - Karantin qaydalarını pozan 7 nəfər həbs edilib
19:47 01.07.2020

AI-95 markali benzin bahalaşdı - Benzinin qiyməti 10 qəpik artdı
19:21 01.07.2020

Ölkəyə 168 min fərdi qoruyucu vasitə gətirildi - Pandemiya ilə mübarizəyə ayrılan tibb müəssisələrinə paylanılacaq
18:54 01.07.2020

"Barselona" xal itirdi - Messidən 700-cü qol
18:21 01.07.2020

“Türk Eskobar” həbs olundu - Türkiyənin daxili işlər naziri bu haqda məlumat verib
17:54 01.07.2020

Xaçmazda silah-sürsat tapılıb - 6 əl qumbarası, 361 ədəd patron anama-ya təhvil verilib
17:51 01.07.2020

Tehranda xəstəxanada partlayış olub - 18 nəfər həyatını itirib
17:21 01.07.2020

Bugündən qadağa yumşaldılır - Aİ 14 ölkə vətəndaşlarının avropaya səyahətinə icazə verəcək
16:54 01.07.2020

İranın xarici işlər naziri sanksiyalardan danışıb - Rəsmi Vaşinqtonun məsuliyyət daşıyacağını bəyan edib
16:26 01.07.2020

İstanbul-Bakı təyyarəsinin həcmi böyüyüdülüb - Aviareysə biletlərin sayı artırılıb
16:05 01.07.2020

175 nəfər təkrar qayda pozuntusuna görə məsuliyyətə cəlb edilib - 800 avtomobilin postlardan keçmək cəhdinin qarşısı alınıb
15:48 01.07.2020

Oğuzda yeni layihəyə başlanılıb - Ölkədə istehsal olunan kombaynlar biçin prosesinə cəlb olunub
15:21 01.07.2020

Həmsədrlər bəyanat yaydı - Təxribatçı ifadələr nizamlama prosessinə xələl gətirə bilər
14:54 01.07.2020

Bəhram Bağırzadə “ECMO” cihazından ayrılıb - Vəziyyətində müsbətə doğru dəyişikliklər var
14:21 01.07.2020

Pandemiyanın Azərbaycana vurduğu zərər hesablanır - Sahibkarlar yeni tələblərə uyğunlaşmalıdır
21:57 30.06.2020

Pandemiya ölkələri seçim qarşısında qoyub - İqtisadi zərər yoxsa əhalinin sağlamlığı?
21:38 30.06.2020

Koronavirusa yoluxan həkim əhaliyə çağırış etdi - “Bu gün çox böyük yük altındayıq”
21:21 30.06.2020

Goranboyda zəncirvarı yol qəzası - Yük avtomobili üç minik maşınına çırpılıb
20:54 30.06.2020

“ASAN Xidmət”in iş rejimi gücləndirilib - Gün ərzində 10 mindən çox vətəndaşın müraciəti qəbul olunur
20:02 30.06.2020

Toyuqların çəkisini süni şəkildə artırıblar - Qanunsuz fəaliyyət göstərən toyuq əti müəssisəsi aşkarlandı
19:51 30.06.2020

Cenevrədə ÜST-dən koronavirusla bağlı bədbin açıqlama - “Koronavirusun yayılması sürətlənir”
19:21 30.06.2020

İranda sayt rəhbəri edama məhkum edilib - ABŞ və İsrail kəşfiyyat xidmətlərindən maliyyə dəstəyi alıb
18:51 30.06.2020

Yeni pandemiya qorxusu - Çində təhlükəli virus tapıldı
18:21 30.06.2020

Bütün xəbərlər