Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

"Nadejda" - Tural Sahab yazır...

"Nadejda" - Tural Sahab yazır...
10528 dəfə oxunub

Onun adı ilə...

...qapını döyürəm, soyuqdan titrəyən barmaqlarımla. Əgər ki, qapı açılmasa soyuq nəfəsimi kəsəcək, bu həyat oynunu ərkən bitirməli olacam. Necədə romantik bir mənzərə var çöldə. Tam sevgililərin qar topu oynayacağı, üşüyəcəyi və daha sonra birlikdə gəlib sobanın kənarında bir-birilərini öpüşləri ilə isidəcəkləri... Di gəl ki, bu romantika mənim sonum ola bilər. Romantik bir ölüm - əslində istədiyim elə bu deyildimi, bir düşünsənə son nəfəsini verirsən və göz qapaqlarına bir birindən gözəl qar dənələri qonur, baxışların sonuncu dəfə sonsuz göy üzünə baxır, sevdiyin qadını düşünüb kövrəlmək istəyirsən, ancaq gözlərindən yaş gəlmir, gözlərin çoxdan ölüb-quruyub. Bax bu olmadı ki, romantik xəyal qurduğum yerdə... Ancaq reallıq da var əzizim, reallıq! Görəsən insanın gözləri özündən öncə öləndə nə düşünür, düşünə bilirmi?!

Gücümü toplayıb bir kəz daha döyürəm qapını, bu döydüyüm qapı... elə həyatın da qapısıdı. Və möcüzə baş verir. Budur qapı açıldı. Xatırladığım, daha doğrusu gördüyüm sonuncu şey bir kölgənin, xəyalın məni sürüyüb içəri salması olur. Gözlərim ölməsə də, beynimdən öncə yuxuya dalır... Gözlərim yuxu görür, ancaq düşüncəm hələki yerindədir, düşünə bilirəm. Qaranlıqdı, ancaq balaca bir işıq gəlir sinəmdən. Bəli, bəli yalan danışmıram ürəyimlə bir işıq görürəm. O işıq mənə ilk insandan bu günə qədər  yaşamış, sevmiş insanların ümid nəğməsini söyləyir. Qəlbimlə görürür, duyuram, hətta gözlərim yuxuda olduğundan ürəyimlə kövrəlirəm. Hər zaman qan vuran ürək, bir neçə anlıq yaş axıdır damarlarımla bədənimə. Elə, o yaşlar da isidir məni, dirildir. Yavaş-yavaş gözlərimin, qulaqlarımın buzu, donu əriyir. 

Əl-ayağımda bir istilik, dodaqlarımda isti  bir nəfəs hiss edirəm. Səhv başa düşməyin, bu öz nəfəsimdi. Qəlbimin göz yaşı damarlarımda dolaşdıqca mən nəfəsimi duyur, öz gözlərimə baxıram. Artıq gözlərim ətrafımda olanları kölgəli şəkildə də olsa görür. Bax budur, kimsə bir nəfər qarla bədənimi ovur, məni həyata qaytarmağa çalışır. Gözlərimi açan kimi də sevinir, bunu görmürəm hiss edirəm təbii ki,  bədənimdə gəzən əllərindən. Əvvəlcə qorxa-qorxa gəzən əllər indi sevinc, sevgi ilə dolanır bədənimdə. Deyəsən yavaşca ölümdən həyata tərəf iməkləyirəm. Ətraf aydınlanmağa, düşüncəm durulmağa başlayır. İndi sadəcə öz nəfəsimi deyil, məni həyata qaytaran insanın da nəfəsini tənimdə duyuram. Bu nəfəsdə sevgi, mehribanlıq, həyat var. Elə bunlardan anlayıram bunun bir qadın nəfəsi olduğunu. Sonuncu dəfə haçan tənimə bir qadının nəfəsi toxunmuşdu, haçan bir qadınla ölümünə sevişmişdim və ya sevişmişdimmi?! Bu nəfəsi tanıdığıma görə, bədənimdə dolaşan bu əllər qəlbimin atışını dəyişdirdiyinə görə yəqin ki, mənim də haçansa dəli kimi sevdiyim bir qadınım olub. Bəs, indi onu niyə xatırlamıram?! Hər halda düşüncəmin buzu hələ əriməyə təzə-təzə başlayır. Onun üçün xatirələrim dumanlı havada azan canavar kimi ulayır. Yerə uzadıblar məni - yerdən salınmış bir yatağa. Balaca bir otaqdı. İçində iki çarpayı, balaca bir masa, bir də alovlu yanan odun sobası. Mənim yatağım sobanın yaxınlığındadı. Odunun yanarkən çıxardığı səs, bayırda özünü qapı-pəncərəyə vuran küləyin səsi. Ölüm və həyat kimi bir-birinin əksi... İndi bədənimi ovan qadının qara uzun saçlarını seçə bilirəm. Yatağın yanına əyləşib, əlindəki qarla tənimə həyat verməyə çalışır. O, əyildikcə saçları, sinəsi bədənimə toxunur. Qulağıma incə bir səs gəlir, "adın, adın nədir?" – dodaqlarımı hərəkətə gətirməyə çalışıram. Soyuqdan göyərən dodaqlarımın hərəkət etmədiyini görüb, mənə tərəf əyilir. İsti dodaqları utana- utana dodaqlarıma həyat verir. Buna öpüş demək olarmı, bilmirəm, ancaq dodaqlarımın yavaş yavaş isindiyini, ağzımın dada gəldiyini hiss edirəm. Lakin onun dodaqlarına cavab verəcək gücüm hələ  də yoxdu. Bir qədər dodaqlarımı ağzında oynatdıqdan sonra başını qaldırır – Murad, adım Muraddı deyə bilirəm asta bir səslə. Gülümsəyərək, "Mənim adım da Nadejdadı, qorxma həyata qayıtdın" deyir. Yenə bir duman çökür gözlərimə. Bu dəfə istidən bədənim boşalır, yuxuya gedirəm... Özümü hiss etdiyim zamanca ağzımda Nadejdanın dodaqlarının dadı, qəlbimdə qəribə bir hiss...

İkinci Dünya müharibəsi illəri, faşistlərin hələki irəllədiyi vaxtlar. Bütün cəhdlərə baxmayaraq düşmənin qarşısı alına bilmir. Hər gün bir az daha torpaqları tuta-tuta gəlir. Qara kağızın getdiyi ailələrinsə sayı-hesabı yoxdu. Bax o qanlı savaşların birində bütün döyüş yoldaşlarımı itirərək, təkcə mən sağ qaldım. Qarlı-çovğunlu gün, göz gözü görmür. Həyatda qalmaq üçün meşənin olduğu tərəfə doğru getməyə başladım. Bütün ümidimi itirmiş, ölümün gələcəyi anı gözləyirdim. Elə bu vaxt meşənin içində balaca bir kənd gördüm. Qıraqdan baxmaqla heç vaxt tapmaq olmazdı buranı. Çox yox, 10-15  ev ancaq olardı. Onlar da balaca komalar. Hiss olunurdu ki, burada yaşayan insanlar ya çox kasıb, ya da savaşdan qaçıb buraya sığınan insanlardı. Bədənimi hiss etmirdim. Güc bəla ilə sürünüb, ilk evin qapısını döydüm. Bax məni həyata qaytaran Nadejda həmin o qadındı. Bir-iki gün sonra özümə gəlməyə başladım. İndi onunla danışır, dərdləşirdik. 35 yaşı vardı. Əri savaşa gedib, qayıtmamışdı. Bu daxmada tək qalırdı. Bu balaca kənddə demək olar ki, heç kişi yox idi. Bəzilərinin qara kağızı gəlib, bəzilərindən arada-sırada da olsa məktub gəlirdi. Elə əvvəldən kasıb kənddə yaşayırdı bu insanlar. Müharibə başlamamışdan əvvəl kasıb olsalar da xoşbəxt idilər. Kiçik əkin sahələri, bağları vardı. Cavan oğlanlardan bəziləri şəhərlərə işləməyə də gedirdi. Uzun sözün qısası yaşayırdılar. Belə anlarda insan sadəcə yaşamaq istəyir. Deyir ki, kaş kasıblıq olaydı, bir tikə quru çörəyim olaydı, ancaq yaşaya biləydim. Nadejda danışdıqca çox uzaqlarda olan ailəmi, qadınımı, balaca uşaqlarımı xatırladım. Bəli, indi yadıma düşdü mənim də sevdiyim bir qadınım vardı, iki də balaca oğlum. Demək ki, bədənimi nəfəsi ilə isidən qadınım üçün çox darıxmışammış. Bunu Nadejdanın üzünə baxdıqca, sözlərini dinlədikcə hiss edirdim. Bizim kəndimiz də, elə balaca bir kənddi. Meşənin içində olmasa da, qırağında yerləşirdi. Sapsarı taxıl zəmilərimiz vardı. Yay aylarında uşaqlarla göyərçin ovlamağa gedərdik, sünbüllərin içində gizlənə-gizlənə. Hərdən qoruqçu bizi görər, qovalayardı. O zamanlar ən böyük düşmənimiz bozan atı, ceyran ayağından qamçısı olan qoruqçu Abbas kişi idi. İndi isə dünyanı qana bulayan faşistlər....

Daha sağalırdım. Bir neçə gündən sonra buradan çıxmalı, böyük vətən üçün savaşmağa davam etməliydim. Bir aydan artıqdı buradayam. Kim bilir nələr baş verib... Nadejda ilə keçən bu bir ayda çox yaxınlaşmışdıq. Utanmasam bir-birimizi sevirik deyərdim. Ehhh, nə bilim bəlkə də sevirdik. Bu qanlı savaşın ortasında, qanlı bir sevgi olardı bu. Getmək vaxtıma azaldıqca ürəyim sancır, Nadejdanın gözlərindəki kədər isə qara bir deşik kimi böyüyürdü. Nəhayət zaman gəlib keçdi. Sabah yola çıxmalıyam. Bu gecənin bitməsini heç istəməzdim, ancaq bitməliydi. Axşam oldu. Ətrafı ışıqlandıran sadəcə sobanın atəşi idi. Nadejda mənə yaxınlaşdı, boynumdan qucaqlayıb dəli kimi üzümdən, dodaqlarımdan öpdü... İlk gün gəldiyim zamankı yer yatağını sərdi mənim üçün... Bədəni bu dağlar, meşələr, qış kimi təravətli idi. İlk gündən ağzımda qalan dodaqlarının dadını bir daha duydum. İndi o dodaqları bütün gücüm ilə öpürdüm - sanki varlığıma hopdurmaq istəyirdim. Bu öpüşlər qanlı savaş kimi atəşli idi...

Sabah oradan ayrılıb, partizanlara qoşuldum. Düz üç il böyük vətənin başqa-başqa yerlərində savaşdım. Dəfələrlə yaralandım, ancaq Tanrı mənə ölməməyi, uzun illər yaşamaq, xatırlamaq kimi bir əzab verdi. Uşaqlar böyüdü, nəvələr evləndi. Yaşıdım olan bütün insanlar öldü. O günləri, sonu qələbə ilə bitən savaşı anlatacağım kimsə qalmadı. Ancaq ən çox canımı acıdan Nadejdanın xəyalıdı. Hər qış çovğunlu gecələrdə pəncərəmi küləklə döyür. "Gəl, Murad, gəl artıq" deyir, ancaq hələki gedə bilmirəm...

Tural Sahab

BUNU DA OXU

Azərbaycan cüdoçusu mükafatını Silahlı Qüvvələrə Yardım Fonduna köçürəcək
“Böyük dəbilqə”də cüdoçularımız ilk medalını qazanıb
Ermənistanda daha 2474 nəfər koronavirusa yoluxub, 14 nəfər ölüb
NATO-nun BAŞ KATİBİNDƏN QARABAĞ AÇIQLAMASI
“Light” neftinin qiyməti bahalaşır
Xəbər lenti

Hikmət Hacıyev: Fransa parlamenti heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır
11:47 25.10.2020

Prezident İlham Əliyev: Türkiyə Azərbaycana yalnız siyasi dəstək verir və bu, kifayətdir
11:21 25.10.2020

Azərbaycan cüdoçusu mükafatını Silahlı Qüvvələrə Yardım Fonduna köçürəcək
11:00 25.10.2020

Prezident İlham Əliyev: Hücuma başlayan Ermənistan olub, biz özümüzü müdafiə etməli və cavab verməli idik
10:36 25.10.2020

Orucov “Böyük dəbilqə” turnirinin qalibi olub - Rüstəm qalibiyyətini "əskər salamı" ilə qeyd etdi
10:10 25.10.2020

Prezident İlham Əliyev: Əgər Ermənistan dayanmasa, biz işğal edilmiş bütün əraziləri azad etmək üçün sonadək gedəcəyik
11:59 24.10.2020

Hikmət Hacıyev: Ermənistanın atdığı raket fərdi yaşayış evinin həyətinə düşüb
10:22 24.10.2020

“Böyük dəbilqə”də cüdoçularımız ilk medalını qazanıb
09:58 24.10.2020

KORONAVİRUSA YOLUXMA SAYINDA YENİ REKORD
12:18 23.10.2020

QARABAĞDA DÖYÜŞƏN KEÇMİŞ ERMƏNİ POLİS RƏİSİ MƏHV EDİLİB
11:56 23.10.2020

Pele - 80!
11:32 23.10.2020

“Böyük dəbilqə” turnirinin birinci günündə 7 cüdoçumuz mübarizəyə başlayır
11:09 23.10.2020

Ermənistanda daha 2474 nəfər koronavirusa yoluxub, 14 nəfər ölüb
10:55 23.10.2020

Avroliqada ilk turun nəticələri
10:32 23.10.2020

"Qarabağ" "Makkabi"yə məğlub oldu
10:10 23.10.2020

Müdafiə Nazirliyi: Düşmən fərarilik edərək mövqeləri tərk edir
09:49 23.10.2020

Prezident İlham Əliyev: Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır
14:16 22.10.2020

Çempionlar Liqasında I tura yekun vuruldu
13:54 22.10.2020

Ermənistana məxsus daha bir PUA məhv edilib
13:32 22.10.2020

Prezident İlham Əliyev: Azərbaycanın haqq işi Türkiyə mətbuatı vasitəsilə dünyaya çatdırılır
13:08 22.10.2020

Baş Prokurorluq: Ermənistan ordusu Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alaraq raket atıb
12:43 22.10.2020

AVROPADA 1 MİLYONDAN ÇOX COVİD-19 XƏSTƏSİ OLAN İLK ÖLKƏ
12:19 22.10.2020

NATO-nun BAŞ KATİBİNDƏN QARABAĞ AÇIQLAMASI
11:57 22.10.2020

BANKA SOXULAN CİNAYƏTKAR TƏSLİM OLUB - Gürcüstanda
11:32 22.10.2020

ERMƏNİSTAN ORDUSUNDA PKK TERRORÇULARI - “ONLAR ÖN MÜDAFIƏ XƏTTINƏ TƏYIN OLUNUR”
11:11 22.10.2020

YAŞAYIŞ MƏNTƏQƏLƏRİNDƏ RAKETLƏR TAPILDI
10:50 22.10.2020

Müdafiə Sənayesi Nazirliyi “İti qovan” pilotsuz uçuş aparatlarının seriyalı istehsalını davam etdirir
10:24 22.10.2020

Siyəzən, Qəbələ və Kürdəmir rayonları Ermənistan ərazisindən raket atəşinə tutulub
09:57 22.10.2020

Cəbhədəki son vəziyyət
09:44 22.10.2020

Luçesku Çempionlar Liqasının tarixinə düşdü
13:27 21.10.2020

Ermənistan ordusuna məxsus pilotsuz uçuş aparatı vurulub
13:04 21.10.2020

Doqquz ayda Azərbaycandan 2722 çeşiddə məhsul ixrac olunub
12:40 21.10.2020

VİRUSA REKORD SAYDA YOLUXMA HALI QEYDƏ ALINIB - Böyük Britaniyada
12:19 21.10.2020

HİKMƏT HACIYEV : “ERMƏNİLƏR MÜLKİ VƏTƏNDAŞLARA QARŞI MÜHARİBƏ CİNAYƏTLƏRİNİ DAVAM ETDİRİR”
11:56 21.10.2020

Düşmənin dinc əhalini hədəfə alması nəticəsində həlak olan mülki şəxslərin sayı 63-ə çatıb
11:30 21.10.2020

“Light” neftinin qiyməti bahalaşır
11:08 21.10.2020

Cəbhədə oktyabrın 21-nə olan son vəziyyət
10:45 21.10.2020

General Şəkinski vəfat etdi
10:23 21.10.2020

Çempionlar Liqası: "Bavariya" "Atletiko"ya, "Liverpul" "Ayaks"a qarşı
10:00 21.10.2020

Millimizin və "Qarabağ"ın ev oyunları ilə bağlı qərar qəbul olundu
09:39 21.10.2020

Prezident İlham Əliyev: Biz Böyük Qayıdışın astanasındayıq
15:50 20.10.2020

Prezident İlham Əliyev Xocavənd rayonunun isğaldan azad edilən Vəng kəndinə Çinarlı adı verib
15:28 20.10.2020

Prezident İlham Əliyev: Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib
15:15 20.10.2020

Paşinyanın zəngləri
11:57 20.10.2020

Azərbaycan neftinin bir barreli 42,44 dollara satılır
10:33 20.10.2020

Çempionlar Liqasında qrup mərhələsinə start verilir
10:10 20.10.2020

Cəbhədə son vəziyyət
09:49 20.10.2020

VİRUSA YOLUXANLARIN SAYI 40 MİLYON 287 MİNİ ÖTDÜ
13:13 19.10.2020

DÜŞMƏN HUMANİTAR ATƏŞKƏSİ POZUR
12:51 19.10.2020

COVID-19: Fransada bir gündə 32 427 yeni yoluxma qeydə alınıb
12:28 19.10.2020

Meza Kolli "Keşlə"yə qayıtdı
11:56 19.10.2020

DTX: Həqiqəti əks etdirməyən məlumatların yayılması ümumi işimizə əngəl törədir
11:33 19.10.2020

Hikmət Hacıyev: Humanitar atəşkəsin birinci günü Ermənistan Azərbaycanın 5 rayonuna 229 mərmi atıb
11:10 19.10.2020

Prezident İlham Əliyev: Ermənistan silahlı qüvvələri razılaşdırılmış müvəqqəti humanitar atəşkəs rejimini kobudcasına pozub
10:51 19.10.2020

Cəbhədə son vəziyyət
10:30 19.10.2020

Prezidentin Mətbuat Xidmətinin məlumatı
10:07 19.10.2020

Prezident İlham Əliyev: Cəbrayıl rayonunun 13 kəndi azad edilib
09:49 19.10.2020

Prezident İlham Əliyev: Bu gün Füzuli şəhəri və rayonun bir neçə kəndi işğalçılardan azad edilib
10:25 17.10.2020

FHN: İndiyədək dağıntılar altından xəsarət almış 52 nəfər və 13 nəfərin cəsədi çıxarılıb
10:17 17.10.2020

Hikmət Hacıyev: Gəncədə 10-dan çox mülki şəxs öldürüldü, təxminən 40 nəfər yaralandı
09:50 17.10.2020

Düşmən Gəncədə yenə dinc sakinləri hədəf aldı
09:23 17.10.2020

Ermənistan silahlı qüvvələri Ordubad rayonu ərazisinə raket zərbəsi endirib
13:37 16.10.2020

Yanvar-avqust aylarında Azərbaycan 5,6 milyard dollarlıq neft ixrac edib
12:18 16.10.2020

Adil Əliyev: Zəfər bizimdir
11:56 16.10.2020

"Azərbaycan Rusiya Federasiyasından olan hərbi müşahidəçilərin Qarabağda yerləşdirilməsi fikrini dəstəkləmir” - Hikmət Hacıyev
11:30 16.10.2020

Azərbaycan neftinin bir barreli 41,90 dollara satılır
11:09 16.10.2020

Ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunur
10:45 16.10.2020

Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır
10:22 16.10.2020

Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub
10:07 16.10.2020

Birinci vitse-prezident Mehriban Əliyeva: Dünya ictimaiyyətini Ermənistanın müharibə cinayətlərini qınamağa çağırıram
09:44 16.10.2020

KORONAVİRUSA YOLUXANLARIN SAYI 39 MİLYONA ÇATIR
11:23 15.10.2020

TƏRTƏRƏ 130-DAN ÇOX MƏRMİ ATILIB - EVLƏRƏ CİDDİ ZİYAN DƏYİB
11:00 15.10.2020

DÜŞMƏNİN XEYLİ TEXNİKASI MƏHV EDİLİB - Oktyabrın 14-dən 15-ə keçən gecə
10:35 15.10.2020

Fransada koronavirus pandemiyasının ikinci dalğası başlayıb
10:11 15.10.2020

ZELENSKİ BU GÜN TÜRKİYƏYƏ YOLLANIR
09:49 15.10.2020

Mesut Özildən Azərbaycana dəstək
12:59 14.10.2020

Müdafiə Nazirliyi: Mülki əhalimizi və yaşayış məntəqələrimizi hədəfə alan düşmənin bütün legitim hərbi hədəfləri məhv ediləcək
12:35 14.10.2020

TƏRTƏR ATƏŞƏ TUTULUB - BİR NƏFƏR HƏLAK OLUB, YARALILAR VAR
12:10 14.10.2020

ERMƏNİSTANIN NÖVBƏTİ BALLİSTİK RAKET KOMPLEKSİ SIRADAN ÇIXARILIB
11:46 14.10.2020

Rusiya Müdafiə naziri azərbaycanlı və erməni həmkarlarına çağırış edib
11:33 14.10.2020

Bütün xəbərlər