Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

“Bakı, mən səni sevirəm” kinolayihəsinin təqdimatı - FOTOLAR

“Bakı, mən səni sevirəm” kinolayihəsinin təqdimatı - FOTOLAR
17879 dəfə oxunub

Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə “Bakı, mən səni sevirəm” kinolayihəsinin təntənəli təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, tanınmış ictimaiyyət və incəsənət xadimləri, yaradıcı insanlar, diplomatik korpus nümayəndələri və xarici qonaqlar iştirak ediblər.

Aktyorlar və rejissorlar möhtəşəm layihə üzərində iş haqqında Trend-ə təəssüratlarını bölüşüblər.

Yeqor Mixalkov-Konçalovski – tanınmış rusiyalı kinoaktyor, kinorejissor, ssenarist və prodüser: “Bakı həmişə mənim ürəyimdə yaşayacaq. Bakının bir çox yerlərində olduqdan sonra, ilin müxtəlif fəsillərində onu kinolentin yaddaşına köçürdükdən sonra belə qənaətə gəldim ki, Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Bizim çox gözəl beynəlxalq komandamız var idi və bu, filmi yalnız zənginləşdirmədi. Həm də müxtəlif ölkədən olan aktyor və rejissorlar gözəl ölkənizi, adət və ənənələrinizi tanımaq, Azərbaycanı və sakinlərinin gözəlliyini öz gözlərilə görmək imkanı əldə etdilər. Film bir neçə dilə təkrar dublyaj ediləcək və başqa ölkələrdə də təqdim olunacaq. Həyatımda 40 qısametrajlı filmə prodüserlik etmişəm – bu, 40 əhvalat, 40 rejissor deməkdir. Artıq daha çox sevdiyim Bakı layihəmizdə 10 film var idi, bu isə 10 rejissor, 10 istedad, 10 baxış deməkdir ki, bu da mənim üçün bir ustad dərsi oldu. Bu layihə üzərində işləyərkən mənim üçün əsas yaradıcılıq fərqi bax bu oldu”.

Portuqaliyalı rejissor Andre Badalo isə “Sevgi haqqında” novellasını çəkib: “Bakı, mən səni sevirəm” kino layihəsi Bakını, onun müasir həyatını və orijinallığını göstərməyə imkan verən çox gözəl layihədir. Bu layihəyədək Bakı haqqında təsəvvürə malik deyildim, lakin burada olduğum ilk gündən Bakının nə qədər ekzotik və eyni zamanda müasir şəhər olduğunu gördüm. Özümü burada tamam başqa dünyada hiss etdim. Burada insanlar hədsiz xeyirxahdırlar və ən əsası öz Vətənlərini sevirlər. Rəqslərinizə, musiqinizə, memarlıq ənənələrinizə, mətbəxinizə heyran olmuşam, ən çox isə məni şəhərin gecələr işıqlı olması heyran etdi. Təəssüratlar sadəcə fantastikdir!”.

Britaniyalı rejissor Aleksandr Fodol “Lotereya bileti” novellasını çəkib: “Bakı ilk baxışdan romantik şəhər təsiri bağışladı. Şəhər belə irimiqyaslı layihələrin reallaşdırılması üçün ideal uyğun gəlir. Burada məni hər şey təəccübləndirirdi və ilhamlandırırdı – günəşin qürub etməsindən doğmasınadək, qədimdən başlayaraq müasir memarlığa qədər, insanların qonaqpərvərliyindən tutmuş yaradıcı kollektivin peşəkarlığına qədər. Bura qayıtmaq, daha bir film çəkməyi çox istərdim, lakin bu dəfə dağlıq ərazidə. Möhtəşəm kinolayihələrin reallaşdırılması üçün burada böyük potensial var”.

Rusiyalı aktyor, Şimali Osetiya - Alaniya Respublikasının xalq artisti Vadim Tsallati “Aysel” novellasında rol alıb: “Bu, sənədli və bədii kinonun harmonik birləşdiyi unikal layihədir. Qeyd edim ki, mənim üçün layihədə iştirak bu möcüzəli şəhərə özünəməxsus sevgi etirafım oldu. Mən Bakıya ikinci dəfə gəlirəm, lakin təəssüratlarım həddindən artıq böyükdür – bənzərsiz mehriban aura, insanların hədsiz qonaqpərvərliyi, müasir şəhərin əsrarəngiz gözəlliyi və İçərişəhərin orijinallığı. Bütün bunlar yalnız yaxşı təəssüratlar doğurur, Azərbaycan xalqı tarixi və müasir dövrü ilə fəxr edə, gələcəyə inamla baxa bilər”.

Azərbaycanlı kinorejissor İlqar Safat layihənin iki filmində iştirak edib – “Xəzər Atlantidası” novellasının rejissoru və “Bəhram Gur”un ssenari müəllifi kimi: “2011-2012-ci illərdə başlayan bu kinolayihənin reallaşdırılması kinematoqrafiyamızın inkişafında böyük rol oynayaraq aktyorların və rejissorların məhsuldar işini stimullaşdırdı, kino sənayemizin keyfiyyətini və səviyyəsini xeyli yüksəltdi. “Bakı, mən səni sevirəm” üzərində iş yüksək peşəkar kollektivlə əvəzsiz əməkdaşlıq təcrübəsi verdi”.

Azərbaycanlı kinorejissor Samir Kərimoğlu “Rəssam” novellasını çəkib: “Yeqor Mixalkov-Konçalovski Moskvadan mənə zəng edərək, layihədə iştirak etməyi təklif edəndə çox xoşbəxt idim. Çəkilişlər çox maraqlı keçirdi, üstəlik ölkəmizdən olan peşəkarlar da daxil olmaqla beynəlxalq yaradıcı kollektiv layihə üzərində işləyib. Bu mənim üçün böyük təcrübə və peşəkar sınaq oldu, çünki 9 dəqiqə ərzində süjet xəttini tam açmaq, tamaşaçılarda emosiya doğurmaq, bununla yanaşı milli iz qoymaq və layihənin digər rejissorları arasında öz “mən”ini göstərmək lazım idi. Ümid edirəm ki, işimiz tamaşaçıların xoşuna gələcək”.

Azərbaycanın Xalq artisti, Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının aktyoru Məbud Məhərrəmov: “Çox şadam ki, Heydər Əliyev Fondu belə gözəl layihəyə imza atdı, çünki hamımız bu şəhərdə yaşayırıq və paytaxtımızda hansı möhtəşəm dəyişikliklərin baş verdiyini görürük. Bakı gündən-günə daha gözəl və əzəmətli olur, hər gün onu daha çox dəlicəsinə sevməyə davam edirik. Hamını bu möhtəşəm premyera münasibətilə təbrik edirəm!”.

Azərbaycanın Əməkdar artisti, “Azərbaycanfilm” kinostudiyasının aktyoru Şamil Süleymanov: “Hər şeydən əvvəl layihənin reallaşdırılmasına görə onun təşkilatçılarına minnətdarlığımı bildirmək istəyirəm, çünki bu paytaxtımızın bütün dünyada təbliğatı baxımından çox vacibdir. Axı, məlum olduğu kimi daha əvvəl “Paris, mən səni sevirəm”, “Nyu-York, mən səni sevirəm”, “Moskva, mən səni sevirəm” kimi analoji kinolayihələr reallaşdırılmışdı. “Bakı, mən səni sevirəm” layihəsi üzərində işləmiş gənc rejissorlarımızın işini qeyd etmək istərdim, onlar yaradıcı yanaşmalarında məşhur xarici kinematoqraflardan geri qalmayıblar”.

Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə: “Mən “Həyət” novellasında rol aldım, burada hadisələr Bakının köhnə həyətlərinin birində baş verir. Filmin çəkilişlərində aktyor deyil, məhz bakılı kimi iştirak etməyim mənim üçün çox xoş idi. Rejissor mənim simamda əsl bakılı obrazını tapdı. Ola bilsin ki, çoxları bu rolu oynaya bilərdi, lakin mənə ikiqat xoşdur ki, həmin rola məhz məni dəvət etdilər. “Bakı, mən səni sevirəm!” – bu hisslər doğulduğum gündən bəri ürəyimdə yaşayır və əsl bakılı kimi həmişə doğma şəhərimə çiçəklənməyi arzu edirəm. Bu kinolayihə isə əsl Bakı qəsidəsi oldu!”.

Azərbaycanın Əməkdar artisti, Dövlət Akademik Milli Dram Teatrının aktyoru Elşən Cəbrayılov: “Teatrda çox rol oynamışam, kinoda çəkilmişəm, lakin bu kinolayihədə iştirak etmək mənim üçün böyük uğur, yaradıcılıq fəaliyyətimin zirvələrindən biri oldu, çünki bu film bütün dünyada təqdim olunacaq. Biz kinematoqrafiyanın əsl peşəkarları ilə işləyirdik və ölkəmiz üçün belə vacib layihənin reallaşdırılmasına görə Heydər Əliyev Fonduna xüsusi təşəkkürümü bildirmək istərdim”.

Azərbaycanın Əməkdar artisti, Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının aktyoru Fuad Osmanov: “Layihə milli kinematoqrafiyanın inkişafı üçün çox vacibdir, üstəlik onun üzərində məşhur xarici mütəxəssislər işləyiblər. Mənə rusiyalı rejissorlarla işləmək, digər məktəbin ustalarının işi ilə tanış olmaq görmək çox maraqlı idi, çünki bu da yaradıcılıq baxımından özünü zənginləşdirmək üçün xeyli təcrübə qazandırdı. Əminəm ki, layihə beynəlxalq arenada böyük uğur qazanacaq”.

Gənc Tamaşaçılar Teatrının aktrisası Günel Məmmədova: “Layihə üzərində işə başlamazdan əvvəl çox həyəcanlanırdım, çünki böyük məsuliyyət var idi. Doqquz dəqiqəlik filmdə “Sevgi haqqında” novellanın əsas qəhrəmanını açmaq asan deyildi, lakin portuqaliyalı rejissorla iş mənə böyük zövq, əlavə təkan, gənc aktrisa kimi başqa kinematoqrafiya məktəbilə tanış olmaq imkanı verdi. Müxtəlif ölkələrdən olan müxtəlif rejissorların bu layihədə iştirak etmələri çox vacib idi, xüsusilə onların gözəl şəhərimizə və sakinlərinə baxışı maraqlı idi. Bu layihə böyük uğur qazanacaq”.

Layihənin prodüserləri Yeqor Mixalkov-Konçalovski və Nadir Maçanovdur. Kinonovella “Mosfilm” kinokonsernində ərsəyə gəlib.

“Bakı, mən səni sevirəm” layihəsi 10 novella əsasında ekranlaşdırılan qısametrajlı filmlərdən (“Aziya”, “Görüş”, “Rəssam”, “Həyət”, “Bəhram Gur”, “Xəzər Atlantidası”, “Lotereya bileti”, “Sevgi haqqında”, “Aysel”, “Təsadüf”) ibarətdir.

Filmlərin rejissorları Yeqor Mixalkov-Konçalovski, Nadir Maçanov, Aleksey Qolubev, Andrey Razenkov (Rusiya), Aleksander Fodor (Böyük Britaniya), Andre Badalo (İspaniya), Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu və Yavər Rzayevdir (Azərbaycan).

Novellaların ssenari müəllifləri isə Nadir Maçanov, Yavər Rzayev, İlqar Safat, Samir Kərimoğlu, Nərgiz Bağırzadə və Aleksandr Novotoskidir.

Çəkiliş prosesinə 2011-ci ilin noyabrında start verilib, ilk çəkilişlər 2012-ci il martın 12-də başlanılıb. Çəkilişlər iki sessiyadan ibarət olub. Mart-aprel və iyun-iyul aylarını əhatə edən yaz və yay sessiyalarının hər birində beş film çəkilib. Kinoalmanaxın çəkiliş qrupu 138 nəfərdən ibarət olub. Kütləvi çəkiliş səhnələrini də nəzərə almaqla “Bakı, mən səni sevirəm” layihəsində 150-dən çox aktyor və aktrisa iştirak edib.

Ekran əsərlərində Azərbaycanın Xalq artistləri Rasim Balayev, Məbud Məhərrəmov, Laləzar Mustafayeva, Əməkdar artistlər Şamil Süleymanlı, Bəhram Bağırzadə, Ayşad Məmmədov, Sənubər İsgəndərli və digər sənətkarlarla yanaşı, İtaliya, Böyük Britaniya, Türkiyə, Rusiya, Belarus, Litva və Özbəkistandan dəvət olunmuş aktyor və aktrisalar da çəkiliblər. Onların arasında Alessandro Bertoluççi, Aziya Arcento, Nadirə Myurrey, Aqniya Ditkovskite, Vadim Tsallati, Vyaçeslav Razbeqayev və Tatyana Rujavskaya kimi tanınmış simalar da rol alıb.

Ekran əsərlərinin hər biri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Qısametrajlı filmlər insanlar arasında münasibətləri, onların sevgi və həsrətlərini, şad və qəmli anlarını canlandırır. Bu insanları, münasibətləri, həyatın müxtəlif anlarını birləşdirən baş qəhrəman isə Bakı şəhəridir. Film həm də aktyor və rejissorların nəzərində Bakıya bir sevgi etirafıdır. //Trend























BUNU DA OXU

Roy Kin milli yığmamıza başçılıq edə bilər? - AFFA-dan açıqlama
Yük yerində sərnişin keçirməyə cəhd olundu - VİDEO
DSMF-nin vəzifəli şəxsləri saxlanıldı - VİDEO
Qapalı məkanlarda diqqətli olaq - VİDEO
Ağdaşda 50 nəfərdən artıq şəxs xüsusi karantin qaydalarını belə pozub - VİDEO
Xəbər lenti

Cəlilabadda meşə massivində dəhşətli yanğın - Külək yanğının yayılmasına səbəb olub
22:58 06.08.2020

“Polad Həşimov küçəsi” - General-mayor Polad Həşimovun xatirəsi əbədiləşdirilir
22:14 06.08.2020

Gəncədə 15 mənzil təqdim olundu - Şəhid ailələrinə və müharibə əlillərinə mənzil verildi
21:58 06.08.2020

"Kəlbəcər” neftdaşıyan tankeri suya salınıb - Tankerin xarici sularda istismarı nəzərdə tutulur
21:36 06.08.2020

144 nəfər koronovirusa yoluxdu - 435 nəfər sağaldı, 3 nəfər vəfat etdi
20:21 06.08.2020

Müdafiə Nazirliyi valideynlərə müraciət etdi - Andıçmə mərasiminə gəlməyin!
18:54 06.08.2020

Sereloji testlərin əhəmiyyəti - “Koronovirusla müabirəzədə vacib metoddur”
18:36 06.08.2020

Koronavirusla mübarizədə növbəti addım - İtaliyalı həkimlər Mərkəzi Neftçilər Xəstəxanasında olublar
18:21 06.08.2020

Yaşıllıqlar qrunt suları ilə sulanacaq - Metropolitenin tunellərindəki qrunt sularından istifadə ediləcək
17:54 06.08.2020

Prezident İlham Əliyev Sərəncam imzaladı
17:36 06.08.2020

AQTA çağırış etdi - İctimai iaşə müəsissələrinin qarşısına lövhələr qoyulmalıdır
17:12 06.08.2020

40 nəfər qaydaları pozub, lerikə istirahətə getdi - Avtobus sürücüsü və 26 sərnişin cərimələndi
16:54 06.08.2020

Sakinlərin 30 ildən sonra arzuları çin oldu - İkinci Alatavaya asfalt çəkildi
16:36 06.08.2020

Sosial rifaha dəstək - Bu tədbirlər 5 milyona yaxın vətəndaşı əhatə edir
16:26 06.08.2020

İncəsənət xadimləri vətəndaşlara çağırış etdi - “Çətin günün ömrü az olar”
16:14 06.08.2020

Zaqatalada bədbəxt hadisə - Fəhlənin qolu amputasiya olundu
15:51 06.08.2020

Ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin növbəti mərhələsi icra olunub
15:36 06.08.2020

Bolqarıstanda Qaragin Njde “sevgisi” - “Bu faktı Avropa xalqları etirazla qarşılamalıdır”
15:26 06.08.2020

Azərbaycanda ordu-xalq birliyi - “Könüllü ordu sıralarına yazılmaq xalqın inamının göstəricisidir”
15:14 06.08.2020

Hiroşimada xatirə mərasimi təşkil olunub - Atom bombalarının müharibədə istifadəsindən 75 il ötür
14:52 06.08.2020

Prezident İlham Əliyev videoformatda müşavirə keçirib
14:36 06.08.2020

Hərbi qulluqçuların pensiyaları necə olacaq? - Əmək pensiyalarına dəyişikliklər edilməsi müzakirə olunur
14:21 06.08.2020

Millət vəkilləri ticarət mərkəzlərinin açılmasını təklif edir - “Sərt karantin rejimi yumuşaldılmalıdır”
13:54 06.08.2020

Asayişi pozanlar barədə həbs tədbiri seçildi - İki qurum birgə istintaq-əməliyyat qrupu yaratdı
13:21 06.08.2020

Fuad Qəhrəmanlının vəkili açıqlama verdi - “Zorakılığa məruz qalması xəbəri yalandır”
12:54 06.08.2020

Virusa yoluxanların sayı 18 milyon 999 mini ötüb - Epidemiya qurbanlarının sayı 711 mindən çoxdur
12:36 06.08.2020

Belçikada yenidən karantin ola bilər - Koronavirusun ikinci dalğası gözlənilir
12:12 06.08.2020

Əfqanıstanda koronavirusun ikinci dalğası xəbərdarlığı edildi - 10 milyon insan virusa yoluxub
11:54 06.08.2020

Beyrutda ölənlərin sayı 137 nəfərə çatıb - Yaralıların sayı 5 mini ötüb, onlarla insan itkin düşüb
11:36 06.08.2020

Çində “Bunya virus” - 60 nəfər virusa yoluxub, 7 nəfər ölüb
11:21 06.08.2020

Nəqliyyatda süni sıxlıq yaradan daşıyıcılar var - Onlara qarşı sərt tədbir görüləcək
10:58 06.08.2020

Qazaxıstandan daha 18 azərbaycanlı təxliyyə edildi - Onlar gəmi vasitəsi ilə yola salınıb
10:36 06.08.2020

“TRT Arabi” də erməni təxribatından bəhs edildi - Ermənistanın son təxribatlarından bəhs edən sujet yayımlandı
10:21 06.08.2020

Ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin növbəti mərhələsi icra olunub
23:59 05.08.2020

Prezident İlham Əliyev Livan Respublikasının Prezidenti Mişel Aunaya başsağlığı məktubu göndərib
23:50 05.08.2020

Dövlət dəstəyi davam edir - 109 şəhid ailəsi və Qarabağ müharibəsi əlillərinə mənzillər verildi
23:45 05.08.2020

Onlayn yolla narkotik maddə alveri - Şəbəkəni idarə edən iran vətəndaşı olub
23:36 05.08.2020

Mübahisə zəminində paytaxt sakini qətlə yetirildi - Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
23:29 05.08.2020

Olimpiya kompleksləri xəstəxanaya çevrildi - İki Olimpiya kompleksinə koronaviruslu xəstələr yerləşdiriləcək
23:21 05.08.2020

“Koronavirus bəlasından hələ qurtulmamışıq” - “Həmrəy olub, qaydalara əməl edək”
23:14 05.08.2020

“Turaz Qartalı – 2020” - Taktiki uçuş təlimləri davam edir
22:58 05.08.2020

Kütləvilik daha çox yoluxmaya səbəb ola bilər - “Toylara qoyulan məhdudiyyət boşuna deyil”
22:41 05.08.2020

193 nəfər koronovirusa yoluxdu - 492 nəfər sağaldı, 3 nəfər vəfat etdi
22:36 05.08.2020

Ermənistanın tükənməyən uğursuzluqları - Müdafiə nazirliyində vəzifəli şəxslər hansı səbəbdən azad edilir?
22:26 05.08.2020

Ölkədə tütünçülüyün inkişafı davam etdirilir - 800 tonadək quru tütün məhsulu istehsal ediləcək
22:14 05.08.2020

Sahibkarlara dəstəyin 2-ci mərhələsi başlayır - Avqust-sentyabr aylarında 250 manat ödəniləcək
21:58 05.08.2020

Fransız alimlərdən COVİD-19 açıqlaması - Ölkə ikinci dalğa ilə qarşılaşacaq
21:36 05.08.2020

Böyük Britaniya alimlərdən xəbərdarlıq - İngiltərədə güclü ikinci COVİD-19 dalğası gözlənilir
21:26 05.08.2020

Koronavirus təxminən 1 milyard tələbə və məktəbli üçün təhsil prosesini tamamilə pozub
21:21 05.08.2020

Almaniya ikinci dalğanın başlanğıcındadır - İnfeksiyanın yayılmasının səbəbləri araşdırılır
21:12 05.08.2020

Yaponiyada virusa yoluxanların sayı sürətlə artır - Aiçi prefekturasında fövqaladə vəziyyət rejimi elan olunub
20:59 05.08.2020

Sosialyönümlü siyasət davam etdirilir - Sosial sahədə ödəmələr 3 milyondan çox vətəndaşı əhatə edib
20:47 05.08.2020

Sərhədçilər əməliyyat keçirtdi - Şübhəli avtomobildən 23 kiloqram narkotik maddə tapıldı
20:36 05.08.2020

Ezamiyyə vərəqi əsasında rayona getmək mümkündür - Ezamiyyələr icaze.e-gov.az portalından alınır
20:26 05.08.2020

Rezidenturaya qəbul imtahanı keçirildi - İmtahanda iştirak üçün 1525 nəfər ərizə təqdim edib
20:14 05.08.2020

Göyçayda mal-qara oğurlayan şəxslər saxlanıldı - 5 min manatlıq heyvanlar 1300 manata satılıb
19:54 05.08.2020

Kürdəmirdə polis əməliyyat keçirdi - 28 kq-dan çox marexuana saxlanıldı
19:21 05.08.2020

Tovuzda yol qəzası - 11 yaşlı piyadanı avtomobil vurdu
18:54 05.08.2020

Beyrutda ölənlərin sayı 100-ü ötdü - Terror aktı, yoxsa, məsuliyyətsizlik?
18:21 05.08.2020

Millət vəkilləri təklif etdilər - Məktəb və ticarət mərkəzləri açılsın
17:58 05.08.2020

Dövlət büdcəsinə dəyişikliklər müzakirə olunur - Maliyyə naziri büdcədəki azalmalardan danışdı
17:21 05.08.2020

Hərbi hissələrdə döyüş hazırlığı - Qoşunlarda yay tədris dövrü başlayıb
16:54 05.08.2020

Avstraliyada ştatlar arasında sərhədlər bağlanır - Estoniyada koronavirusun ikinci dalğası başlandı
16:21 05.08.2020

Virusa yoluxanların sayı 18 milyon 722 mini ötüb - Epidemiya qurbanlarının sayı 704 mindən çoxdur
15:58 05.08.2020

Paytaxtdakı çimərliklər fəaliyyətə başladı - Qızdırma ölçüldükdən sonra çimərliyə keçidə icazə verilir
15:21 05.08.2020

Sahibkarlara 250 manat yardım yenidən veriləcək - Yeni müraciətlər avqustun 10-dək qəbul ediləcək
14:58 05.08.2020

Beyrutda azərbaycanlılar xəsarət almayıb - Xarici İşlər Nazirliyi açıqlama yaydı
14:36 05.08.2020

Prezident İlham Əliyev Sərəncam imzaladı
14:25 05.08.2020

Pakistan şurası ədalət tələb edir! - Bəyanatda ermənilərin əməlləri pislənib
14:12 05.08.2020

Çinli mütəxəssislər Bakıya gəlib - Azərbaycanli həmkarları ilə birgə çalışacaq
23:56 04.08.2020

Milli şuraçıların cılızlığı - Xalqa düşmən münasibəti bu videodan tam aydın görünür
23:41 04.08.2020

Daha 5 ekspres avtobus xətti fəaliyyətə başlayır - Mərdəkan, Nardaran istiqamətində də ekspres avtobuslar işləyəcək
23:36 04.08.2020

İkitərəfli münasibətlərə zərər vuran silah satışı - Serbiya Azərbaycanın etdiklərini niyə unudur?
23:14 04.08.2020

226 yeni yoluxma faktı qeydə alınıb - 588 nəfər müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib
23:02 04.08.2020

Polis əməliyyat keçirdi - 10 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarıldı
22:59 04.08.2020

ÜST-dən bədbin proqnoz - “Normallaşmağa gedən yol uzun olacaq”
22:21 04.08.2020

Meksikada məktəblər yeni tədris ilində açılmayacaq - Koronavirusa yoluxanların sayı sürətlə artır
21:54 04.08.2020

Almaniyada koronavirusun ikinci dalğası başladı - Gündəlik yoluxma min nəfərə yaxındır
21:39 04.08.2020

Prezident İlham Əliyev Sərəncam imzaladı
21:21 04.08.2020

Daxili İşlər Nazirliyinin açıqlaması - Rayonlara ölkə daxili icazəsi olanlar gedə biləcək
20:54 04.08.2020

Bütün xəbərlər