Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

“Naxçıvanda Dədə Qorqud” beynəlxalq elmi simpoziumu - FOTOLAR

“Naxçıvanda Dədə Qorqud” beynəlxalq elmi simpoziumu - FOTOLAR
12327 dəfə oxunub

Oktyabrın 26-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun, AMEA Naxçıvan Bölməsinin, Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə iki gün davam edəcək “Naxçıvanda Dədə Qorqud” beynəlxalq elmi simpoziumu öz işinə başlayıb.

Simpozium iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət ediblər.

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyi ilə tanış olan simpozium iştirakçılarına muzey barədə ətraflı məlumat verilib.

Sonra simpozium iştirakçıları AMEA Naxçıvan Bölməsində “Naxçıvanda Dədə Qorqud” adlı sərgiyə baxıblar.

Daha sonra “Naxçıvanda Dədə Qorqud” beynəlxalq elmi simpoziumu işə başlayıb.

Simpoziumu açan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar Siyasət Məsələləri və İctimai Təşkilatlarla İş Şöbəsinin müdiri Rəhman Məmmədov iştirakçıları salamlayaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu Himayəçilik Şurasının təşkilatçılığı ilə keçirilən simpoziumda Azərbaycanın nüfuzlu alim və tədqiqatçıları, Türkiyə və İran İslam Respublikasının ali təhsil müəssisələrinin nümayəndələri iştirak edirlər. Bu isə beynəlxalq elmi simpoziumun səmərəli keçəcəyinə əsas verir.

Qeyd olunub ki, “Kitabi-Dədə Qorqud” irsinin araşdırılması, Naxçıvanla bağlılığı və yaşadılması istiqamətində muxtar respublikada mühüm işlər görülüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində “Dədə Qorqud meydanı”nın salınması haqqında” 9 mart 1999-cu il tarixli Sərəncamı ilə Naxçıvan şəhərində Dədə Qorqudun abidəsi ucaldılıb və Dədə Qorqud meydanı yaradılıb, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyi ilə bağlı elmi konfrans keçirilib, tədqiqatlar aparılıb, kitablar nəşr olunub.

Vurğulanıb ki, bu işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 25 iyul tarixli Sərəncamı ilə təsdiq etdiyi Tədbirlər Planına əsasən “Kitabi-Dədə Qorqud” dastanı və onun Naxçıvanla bağlılığı” mövzusunda açıq dərslər keçirilib, “dəyirmi masa”lar təşkil edilib, “Kitabi-Dədə Qorqud” və Naxçıvan” televiziya filmi hazırlanıb. Bununla yanaşı, “Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri” monoqrafiyasının təkmilləşdirilmiş ikinci nəşri hazırlanıb, Dədə Qorqud boylarındakı süjet və qəhrəmanların rəsm və əl işlərində yaşadılmasına diqqət artırılıb.

“Ali Məclis Sədrinin “Kitabi-Dədə Qorqud” irsinin yaşadılması sahəsində gördüyü işlər bütövlükdə, milli mənəvi dəyərlərə, ədəbi-mədəni irsə ehtiramın ifadəsidir”, – deyən Rəhman Məmmədov bildirib ki, bu gün öz işinə başlayan “Naxçıvanda Dədə Qorqud” beynəlxalq elmi simpoziumu “Kitabi-Dədə Qorqud”un Naxçıvanla bağlılığının daha dərindən araşdırılması baxımından mühüm elmi əhəmiyyət daşıyır. Aparılan araşdırmalar, tarixi və coğrafi dəlillər sübut edir ki, “Kitabi-Dədə Qorqud” dastanında təsvir edilən bir sıra tarixi hadisələr məhz Naxçıvan ərazisində baş verib. Buna görə də muxtar respublikada “Kitabi-Dədə Qorqud”la bağlı çoxsaylı yer-yurd adları mövcuddur. Dastanda adı çəkilən Naxçıvan şəhərindəki Qaraçuq kəndi, Şərur rayonundakı Dana qalası, Dana sazı, Əyrək və Oğuzdaşı kəndləri, Qazan bağı, Sarı ağıl, Xan bulağı, Şərur düzü, Babək rayonundakı Ağ qaya, Altuntaxt, Dərəşam, Dərəşam suyu, Günortac, Sarı bulaq, Xan yurdu, Ordubad rayonundakı Qazan göl, Qazangöl dağı, Qazangöl aşırımı, Qazanköç, Göy göl, Culfa rayonundakı Qazançı, Qazançı qalası, Qara dərə, Əlincə qalası, Əlincə dağı, Əlincəçay, Kəngərli rayonundakı Buğaçeşmə, Şahbuz rayonundakı Qaradağ, Köksü gözəl, Sədərək rayonundakı Qara çoban düzü, Sədərək kəndi, Sədərək düzü yer adları “Kitabi-Dədə Qorqud” boylarındakı hadisələrin əsasən Naxçıvan ərazisində cərəyan etdiyini göstərir.

Diqqətə çatdırılıb ki, dastanın Salur Qazanın evinin yağmalandığı, Basatın Təpəgözü öldürdüyü, Uşun Qoca oğlu Səkrək, Dirsə xan oğlu Buğac xan, Baybörənin oğlu Bamsı Beyrək, Qazan bəyin oğlu Uruz bəyin, Salur Qazanın dustaq olduğu və oğlu Uruzun onu xilas etdiyi, İç Oğuza Dış Oğuzun dönük çıxması və Beyrəyin öldüyü boylarında baş verən hadisələr Naxçıvanda cərəyan edib. Naxçıvanda “Kitabi-Dədə Qorqud” boyları və onlardakı süjetlərlə əlaqədar olaraq 50-dən artıq toponim müəyyənləşdirilib. Aparılan tədqiqatlar sübut edir ki, bu toponimlərin sayı daha çoxdur və onların bir qrupunu adları birbaşa dastanda göstərilən coğrafi obyektlər, digər qrupunu isə dastanın qəhrəmanlarının və Oğuz tayfalarının adlarından yaranan toponimlər təşkil edir. Bu toponimlər tarixin inkaredilməz, danılmaz şahidləridir. Onların ətraflı və dərindən öyrənilməsi, yerləşdiyi ərazinin tarixi-coğrafi xüsusiyyətlərinin dəqiqləşdirilməsi Naxçıvanı və bir sıra türk torpaqlarını özlərinin “qədim torpaqları” hesab edənlərə, özlərinə uydurma tarix düzəldənlərə ən kəskin və layiqli cavabdır.

“Naxçıvanda Dədə Qorqud” beynəlxalq elmi simpoziumunun qeyd olunan istiqamətlərdə fəaliyyətə öz töhfəsini verəcəyinə inandığını bildirən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar Siyasət Məsələləri və İctimai Təşkilatlarla iş Şöbəsinin müdiri Rəhman Məmmədov simpozium iştirakçılarına uğurlar arzulayıb.

Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylininin “Dədə Qorqud ideyaları və müasirlik”, AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanovun “Dədə Qorqud və Naxçıvan folkloru”, Türkiyənin İğdır Universitetinin professoru Turqut Öcalın “Kitabi-Dədə Qorqud” dastanlarında islami dəyərlər”, İran İslam Respublikasının Təbriz Universitetinin professoru İbad Məmizadə Ağdaşlının “İranda Dədə Qorqudun tədqiqi və nəşri məsələləri”, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasınının üzvü, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Kitabi-Dədə Qorqud” dastanları və onun Naxçıvanla bağlılığı” mövzularında məruzələri dinlənilib.

Çıxışlarda bildirilib ki, Azərbaycan oğuz türklərinin yaratdığı “Kitabi-Dədə Qorqud” dastanları dünya ədəbiyyatında özünəməxsus yer tutur. Xalqımızın həyatını, məişətini, adət və ənənələrini özündə əks etdirən, türk dünyasının qədim mədəniyyət abidələrindən, bədii və fəlsəfi təfəkkürümüzün ən nadir incilərindən sayılan “Kitabi-Dədə Qorqud” dastanlarının Azərbaycan xalqının ictimai-siyasi və mədəni həyatında mühüm rolunu nəzərə alan görkəmli dövlət xadimi Heydər Əliyev onun tədqiqi və təbliği istiqamətdə tarixi addımlar atıb.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” 20 fevral 2015-ci ildə imzaladığı Sərəncam mahiyyət etibarilə bu böyük abidənin dünya mədəniyyəti hadisəsi səviyyəsində dəyərləndirilməsi istiqamətində dövlət siyasətinin məntiqi davamıdır.

Çıxış edənlər “Kitabi-Dədə Qorqud”un alman dilinə ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi ilə əlaqədar tarixi sərəncam imzaladığına və həmin sərəncamın Naxçıvan Muxtar Respublikasında yerinə yetirilməsi ilə bağlı Tədbirlər Planını təsdiq etdiyinə, beynəlxalq elmi simpoziumun keçirilməsinə dəstək verdiyinə və himayə etdiyinə görə ölkə Prezidenti İlham Əliyevə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova simpozium iştirakçıları adından minnətdarlıqlarını bildiriblər.

Simpozium öz işini bölmə iclasları ilə davam etdirir.













BUNU DA OXU

Doqquz ayda Azərbaycan ən çox Rusiyadan məhsul idxal edib
"Milan" rekordunu təkrarladı
Prezident İlham Əliyev: Ermənistan rəhbərliyi işğalçı siyasətdən imtina etsə, barışıq mümkündür
Prezident İlham Əliyev Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının dünən işğaldan azad edilmiş kəndlərinin adlarını açıqlayıb
Düşmənin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 297 nəfər, o cümlədən 32 uşaq yaralanıb
Xəbər lenti

HİKMƏT HACIYEV "EURONEWS" ÇƏKİLİŞ QRUPUNA HÜCUMU PİSLƏDİ
13:33 27.10.2020

Doqquz ayda Azərbaycan ən çox Rusiyadan məhsul idxal edib
13:10 27.10.2020

HİKMƏT HACIYEV: “ERMƏNISTAN DƏHLIZ YARADIB”
12:47 27.10.2020

"Milan" rekordunu təkrarladı
12:23 27.10.2020

Çempionlar Liqasında 2-ci tura start veriləcək
12:11 27.10.2020

VİRUS QURBANLARININ SAYI 1 MİLYONDAN ÇOXDUR
11:46 27.10.2020

XİN BƏYANAT YAYDI - “ERMƏNİSTAN UŞAQ HÜQUQLARINI KOBUD ŞƏKİLDƏ POZUR”
11:24 27.10.2020

Prezident İlham Əliyev: Ermənistan rəhbərliyi işğalçı siyasətdən imtina etsə, barışıq mümkündür
11:01 27.10.2020

Azərbaycan-Monteneqro oyunu Xorvatiyada keçiriləcək
10:40 27.10.2020

Azərbaycan Prezidenti: Təəssüf edirəm ki, bizə qarşı əsassız ittihamlar həmsədr ölkələrdən daxil olur
10:18 27.10.2020

Cəbhədə oktyabrın 27-nə olan son vəziyyət
09:55 27.10.2020

Prezident İlham Əliyev: Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik
13:10 26.10.2020

Prezident İlham Əliyev Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının dünən işğaldan azad edilmiş kəndlərinin adlarını açıqlayıb
13:00 26.10.2020

Poqba millidəki karyerasını başa vurdu - Makronun sözlərinə görə
12:30 26.10.2020

Ermənistanda koronavirusa yoluxanların sayı 78 mini keçib
12:09 26.10.2020

Düşmənin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 297 nəfər, o cümlədən 32 uşaq yaralanıb
11:46 26.10.2020

Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndlərinin və Qubadlı şəhərinin azad edilməsi münasibətlə xalqımızı təbrik edib
11:25 26.10.2020

Budapeşt səfərindən zəfərlə döndülər - Kişi cüdoçularımızdan gözəl nəticə
11:08 26.10.2020

Hikmət Hacıyev: Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə də məsuliyyət Ermənistanın üzərinə düşür
10:45 26.10.2020

Düşmən Tərtər rayonunu atəşə tutub
10:22 26.10.2020

Ermənistan silahlı qüvvələri bölmələrimizi artilleriya atəşinə tutub
10:07 26.10.2020

Prezident İlham Əliyev: Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad edib
09:46 26.10.2020

Hikmət Hacıyev: Fransa parlamenti heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır
11:47 25.10.2020

Prezident İlham Əliyev: Türkiyə Azərbaycana yalnız siyasi dəstək verir və bu, kifayətdir
11:21 25.10.2020

Azərbaycan cüdoçusu mükafatını Silahlı Qüvvələrə Yardım Fonduna köçürəcək
11:00 25.10.2020

Prezident İlham Əliyev: Hücuma başlayan Ermənistan olub, biz özümüzü müdafiə etməli və cavab verməli idik
10:36 25.10.2020

Orucov “Böyük dəbilqə” turnirinin qalibi olub - Rüstəm qalibiyyətini "əskər salamı" ilə qeyd etdi
10:10 25.10.2020

Prezident İlham Əliyev: Əgər Ermənistan dayanmasa, biz işğal edilmiş bütün əraziləri azad etmək üçün sonadək gedəcəyik
11:59 24.10.2020

Hikmət Hacıyev: Ermənistanın atdığı raket fərdi yaşayış evinin həyətinə düşüb
10:22 24.10.2020

“Böyük dəbilqə”də cüdoçularımız ilk medalını qazanıb
09:58 24.10.2020

KORONAVİRUSA YOLUXMA SAYINDA YENİ REKORD
12:18 23.10.2020

QARABAĞDA DÖYÜŞƏN KEÇMİŞ ERMƏNİ POLİS RƏİSİ MƏHV EDİLİB
11:56 23.10.2020

Pele - 80!
11:32 23.10.2020

“Böyük dəbilqə” turnirinin birinci günündə 7 cüdoçumuz mübarizəyə başlayır
11:09 23.10.2020

Ermənistanda daha 2474 nəfər koronavirusa yoluxub, 14 nəfər ölüb
10:55 23.10.2020

Avroliqada ilk turun nəticələri
10:32 23.10.2020

"Qarabağ" "Makkabi"yə məğlub oldu
10:10 23.10.2020

Müdafiə Nazirliyi: Düşmən fərarilik edərək mövqeləri tərk edir
09:49 23.10.2020

Prezident İlham Əliyev: Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır
14:16 22.10.2020

Çempionlar Liqasında I tura yekun vuruldu
13:54 22.10.2020

Ermənistana məxsus daha bir PUA məhv edilib
13:32 22.10.2020

Prezident İlham Əliyev: Azərbaycanın haqq işi Türkiyə mətbuatı vasitəsilə dünyaya çatdırılır
13:08 22.10.2020

Baş Prokurorluq: Ermənistan ordusu Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alaraq raket atıb
12:43 22.10.2020

AVROPADA 1 MİLYONDAN ÇOX COVİD-19 XƏSTƏSİ OLAN İLK ÖLKƏ
12:19 22.10.2020

NATO-nun BAŞ KATİBİNDƏN QARABAĞ AÇIQLAMASI
11:57 22.10.2020

BANKA SOXULAN CİNAYƏTKAR TƏSLİM OLUB - Gürcüstanda
11:32 22.10.2020

ERMƏNİSTAN ORDUSUNDA PKK TERRORÇULARI - “ONLAR ÖN MÜDAFIƏ XƏTTINƏ TƏYIN OLUNUR”
11:11 22.10.2020

YAŞAYIŞ MƏNTƏQƏLƏRİNDƏ RAKETLƏR TAPILDI
10:50 22.10.2020

Müdafiə Sənayesi Nazirliyi “İti qovan” pilotsuz uçuş aparatlarının seriyalı istehsalını davam etdirir
10:24 22.10.2020

Siyəzən, Qəbələ və Kürdəmir rayonları Ermənistan ərazisindən raket atəşinə tutulub
09:57 22.10.2020

Cəbhədəki son vəziyyət
09:44 22.10.2020

Luçesku Çempionlar Liqasının tarixinə düşdü
13:27 21.10.2020

Ermənistan ordusuna məxsus pilotsuz uçuş aparatı vurulub
13:04 21.10.2020

Doqquz ayda Azərbaycandan 2722 çeşiddə məhsul ixrac olunub
12:40 21.10.2020

VİRUSA REKORD SAYDA YOLUXMA HALI QEYDƏ ALINIB - Böyük Britaniyada
12:19 21.10.2020

HİKMƏT HACIYEV : “ERMƏNİLƏR MÜLKİ VƏTƏNDAŞLARA QARŞI MÜHARİBƏ CİNAYƏTLƏRİNİ DAVAM ETDİRİR”
11:56 21.10.2020

Düşmənin dinc əhalini hədəfə alması nəticəsində həlak olan mülki şəxslərin sayı 63-ə çatıb
11:30 21.10.2020

“Light” neftinin qiyməti bahalaşır
11:08 21.10.2020

Cəbhədə oktyabrın 21-nə olan son vəziyyət
10:45 21.10.2020

General Şəkinski vəfat etdi
10:23 21.10.2020

Çempionlar Liqası: "Bavariya" "Atletiko"ya, "Liverpul" "Ayaks"a qarşı
10:00 21.10.2020

Millimizin və "Qarabağ"ın ev oyunları ilə bağlı qərar qəbul olundu
09:39 21.10.2020

Prezident İlham Əliyev: Biz Böyük Qayıdışın astanasındayıq
15:50 20.10.2020

Prezident İlham Əliyev Xocavənd rayonunun isğaldan azad edilən Vəng kəndinə Çinarlı adı verib
15:28 20.10.2020

Prezident İlham Əliyev: Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib
15:15 20.10.2020

Paşinyanın zəngləri
11:57 20.10.2020

Azərbaycan neftinin bir barreli 42,44 dollara satılır
10:33 20.10.2020

Çempionlar Liqasında qrup mərhələsinə start verilir
10:10 20.10.2020

Cəbhədə son vəziyyət
09:49 20.10.2020

VİRUSA YOLUXANLARIN SAYI 40 MİLYON 287 MİNİ ÖTDÜ
13:13 19.10.2020

DÜŞMƏN HUMANİTAR ATƏŞKƏSİ POZUR
12:51 19.10.2020

COVID-19: Fransada bir gündə 32 427 yeni yoluxma qeydə alınıb
12:28 19.10.2020

Meza Kolli "Keşlə"yə qayıtdı
11:56 19.10.2020

DTX: Həqiqəti əks etdirməyən məlumatların yayılması ümumi işimizə əngəl törədir
11:33 19.10.2020

Hikmət Hacıyev: Humanitar atəşkəsin birinci günü Ermənistan Azərbaycanın 5 rayonuna 229 mərmi atıb
11:10 19.10.2020

Prezident İlham Əliyev: Ermənistan silahlı qüvvələri razılaşdırılmış müvəqqəti humanitar atəşkəs rejimini kobudcasına pozub
10:51 19.10.2020

Cəbhədə son vəziyyət
10:30 19.10.2020

Prezidentin Mətbuat Xidmətinin məlumatı
10:07 19.10.2020

Prezident İlham Əliyev: Cəbrayıl rayonunun 13 kəndi azad edilib
09:49 19.10.2020

Prezident İlham Əliyev: Bu gün Füzuli şəhəri və rayonun bir neçə kəndi işğalçılardan azad edilib
10:25 17.10.2020

Bütün xəbərlər