Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

“Bir var mahnını yazmaq, bir də var mahnı qoşmaq” - Yalçın Adığözəlov - FOTOLAR

“Bir var mahnını yazmaq, bir də var mahnı qoşmaq” - Yalçın Adığözəlov - FOTOLAR
11742 dəfə oxunub

ATV.az-ın Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlovla müsahibəsi.

- Azərbaycan musiqisinin fəxri olan Vasif Adıgözəlovun iki oğlu var,  siz və hazırda Mərkəzi Klinik Xəstəxanasına rəhbərlik edən Toğrul Adıgözəlov. Necə oldu ki, qardaşınızla tam fərqli həyat yolu seçdiniz, axı musiqiyə hər ikinizin həvəsi var idi...

- Sadəcə, Toğrul anamızın ailəsinin yolu ilə getdi və həkim oldu. Axı, anam tərəfdə hamı ya dilçidir, ya da həkim. Qardaşım da həkimliyi seçdi və peşəkar reanimatoloq oldu. Və mən sizə bircə onu deyim ki, Toğrul olmasaydı, bəlkə də atam bu qədər, yəni 71 il, yaşamazdı. Atam çox gənc yaşında öz atasını itirdi. Zülfü Adıgözəlov rəhmətə gedəndə, atamım 27 yaşı var idi və böyük bir ailə - anası, bacısı, qardaşı, həyat yoldaşı və iki uşaq məhz onun çiyinlərində qaldı. O tək işləyərək hamını ayağa qaldırmalı idi. Hər səhər AzTV-yə gedib, pianoda səhər idmanını ifa edirdi, sonra Filarmoniyaya işə gedirdi, ordan çıxıb Konservatoriyaya dərs deməyə gedirdi və nəhayət, Bəstəkarlar İttifaqına yollanırdı. Gecələr də musiqi yazmağıla məşgul olurdu. Bu iş qrafiki də ağır fəsadlara, şəkər xəstəliyinə gətirib çıxartdı və ömrünün axırına kimi atam bu xəstəlikdən əziyyət çəkdi. Onu da qeyd edim ki, qardaşım nəinki atamı, yüzlərlə insanı xilas edib, Qarabağ müharibəsinin ən qızğın çağında cəbhə xəttində çalışıb. Bilirsiniz, məni konsertdən sonra əlimi sıxıb qucaqlayırlar, gül-çiçək hədiyyə edirlər, mənimlə şəkil çəkdirirlər. Amma onun əllərindən öpürlər! Mən özün dəfələrlə belə səhnələrin şahidi olmuşam. Görmüşəm ki, onun xilas etdiyi insanların valideyinləri və ya övladları qardaşımın əllərindən necə öpürlər. Bunlar çox təsiredici səhnələr idi.

- Peşiman deyilsiniz ki, siz də həkim olmamısınız?

- Əsla yox! Mən musiqisiz yaşaya bilmərəm! Bəlkə bir qədər pafoslu səslənir, amma tam səmimi sözlərimdi. Musiqi mənim həyatımın mənasıdır!

- Atanızın 80 illiyinin keçirilməsində belə aktiv iştirak etməyiniz qardaşınızın onun üçün elədiklərini edə bilmədiyinizdən irəli gəlir?

- Birincisi, bu  bizim atamizin xatirəsi qarsısında mənəvi borcumuzdu . Ikincisi, biz nə etsək də, Vasif Adıgözəlovun bizə etdiyinin heç yuzdə beşini də edə bilmərik!

...Və ən əsas – bu barədə Ölkə başçımızın sərəncamı var idi. Və altı gün müxtəlif yerlərdə keçirilən yubiley tədbirləri onun Azərbaycan müsiqisinə verdiyi tövhəsinin qiyməti idi. Onun musiqiləri bu gün yaşayırsa, mən bir musiqici kimi bundan qürur duyuram. Onun yubiley tədbirinə bu qədər adam toplaşırsa, onun həm klassik, həm də estrada janrında yazdığı  musiqiləri insanlar tərəfindən eyni istəklə qarşılanırsa, biz - övladlari qürurlanırıq!

Və ümumiyyətlə, musiqisi ölümündən sonra da yaşayan bəstəkar xoşbəxtdi!  “Çanaqqala-1915” Oratoriyasi, “Qərənfil”, “Bakı haqqında mahnı”, “Şuşam lay-lay”- bunlar məncə artıq əbədidir. Vay o bəstəkarların gününə ki, onları nə xalq tanıyır, nə də mahnıları yaşayır...

- Lakin indi siz dediyiniz növ bəstəkarların“gündəlik” mahnıları dəbdərir...

- Xeyr, belə mahnıların ömrü də elə bir-iki gündür...  Bilirsiniz, bir var mahnını yazmaq, bir də var mahnı qoşmaq. Onlar ordan-burdan götürüb qoşurlar, yazmırlar. Yaza bilsəydilər, onların mahnıları da illərcə yaşayardı, maksimum bir-iki ay yox.

- Musiqidən və ailədən başqa başqa həyat sizin üçün nədən və ya kimlərdən ibarətdir?

- Həyat mənim üçün yaxın dostlarımdan, yaxın çevrəmdən ibarətdir. Onlarla daimi ünsiyyətdə olmağa çalışıram.

- Sonuncu dəfə nə vaxt və hansı dostunuzu, misal üçün,birgə xaş yeməyə dəvət etmisiniz?

- Heç vaxt! Çünki xaş mənim yeməyim deyil. Sadəcə, xoşlamıram o yeməyi. Dostlarımla isə, demək olar ki, hər həftə görüşürük, futbola da baxmağa birgə gedirik. Mən bir az qurman olduğumdan hansı ölkəyə getsəm, oranın milli mətbəxindən mütləq dadacam. Ona görə də, faktiki olaraq hər növ yemək yemişəm. Çində və Afrikada olarkən - qurbağa ətindən başlayaraq ilan ətinə qədər yemişəm. Braziliyada  dadmadığım dəniz məhsulu qalmadı (gülür).

- Bəs içkilərdən nə xoşlayırsınız?

- Ağ sərablar və viskini. Birdə ki, yalnız Meksikada istehsal olan tekila xoşlayıram. Yeri gəlmişkən, biləsiniz ki, Meksikada cəmi bir tekila istehsal olunur - “Don Xulio” adında! O da beş növdür, tam ağ rəngdən başlamış qaraya qədər. Qalan tekilaların bu ölkəyə heç bir aydiyyatı yoxdu! Bunu mənə meksikalıların özü deyib. Çünki tekila aqavadan çəkilir, o kaktus ağaclarının isə sayı o qədər deyil ki, bütün dünya ondan çəkilmiş tekila içsin. Bunu siz də yazın, oxucularınıza çatdırın ki, bundan sonra aldanmasınlar. Amma bir şey də var ki, nə yesəm də, nə içsəm də, anamım hazırladığı “Qarabag plovu”ndan dadlı heç nə görməmişəm!

Vüqar VÜQARLI

 

 

 











BUNU DA OXU

Elektriklə işləyən yeni taksilərin üstünlükləri - Bu avtomobillər digərilərindən nə ilə fərqlənir? - VİDEO
Türkiyənin müdafiə nazirindən mesaj - “Türkiyə hər zaman Azərbaycanın yanındadır” - VİDEO
Gənclər arasında kütləvi dava - Bərdədə - VİDEO
200 kq-dan artıq heroin aşkar edildi - YENİLƏNİB - VİDEO
2130 AVTOBUS XƏTTƏ ÇIXARILIB
Xəbər lenti

DAĞLIQ QARABAĞ BÖLGƏSİNİN AZƏRBAYCANLI İCMASI BƏYANAT YAYDI
13:13 14.08.2020

"Barselona" "Bavariya"ya qarşı
12:47 14.08.2020

Prezident İlham Əliyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının nümayəndə heyətinin üzvlərini qəbul edib - YENİLƏNİB - VİDEO
12:24 14.08.2020

Bakıda sərnişin avtobusu yanıb kül oldu - VİDEO
11:56 14.08.2020

"Leyptsiq" tarix yazdı
11:33 14.08.2020

Prezidentimiz milli maraqlarımızı qətiyyətlə müdafiə edir - YENİLƏNİB - VİDEO
11:12 14.08.2020

Elektriklə işləyən yeni taksilərin üstünlükləri - Bu avtomobillər digərilərindən nə ilə fərqlənir? - VİDEO
10:50 14.08.2020

Türkiyənin müdafiə nazirindən mesaj - “Türkiyə hər zaman Azərbaycanın yanındadır” - VİDEO
10:25 14.08.2020

Səfir Eldar Həsənov həbs edildi - YENİLƏNİB - VİDEO
10:01 14.08.2020

Təhsil institutu təkliflər verdi - Növbəti tədris ilə bağlı 2 ssenari var
21:57 13.08.2020

Azərbaycan-Türkiyə birgə təlimləri - Təlimdə hər iki ölkənin müdafiə naziri iştirak edib
21:36 13.08.2020

Türkiyənin hərbi nümayəndə heyəti Bakıdadır - Fəxri xiyabanı və şəhidlər xiyabanını ziyarət ediblər
20:43 13.08.2020

Yeni Zelnadiya 102 gündən sonra yenidən koronavirus aşkarlandı - Ölkədə qadağalar olacaq
20:14 13.08.2020

Yaponiyada isti hava ölümə səbəb oldu - Şanxayda narıncı təhlükə səviyyəsi elan olundu
19:54 13.08.2020

91 nəfər koronovirusa yoluxdu - 211 nəfər sağaldı, 3 nəfər vəfat etdi
19:21 13.08.2020

Minsk qrupunun buraxılması zərurətə çevrilir - Politoloq: “Türkiyə Minsk qrupundan öz rolunu oynamalıdır”
18:54 13.08.2020

Gələn həftədən seroloji testlər ediləcək - Tədqiqatlar Bakı, Sumqayıt, Gəncə şəhərlərində aparılacaq
18:39 13.08.2020

“Azərenerji”dən gənc kadrlara dəstək - Davamlı onlayn kurslar təşkil edilir
18:21 13.08.2020

Siyəzənin 2 kəndinə magistral su xətti çəkilir - Layihə çərçivəsində 170 evə su veriləcək
17:36 13.08.2020

Mübarizə tədbirləri davam etdirilir - “Meyvəli” bazarı dezifeksiya olundu
17:21 13.08.2020

Türkiyədə məktəblərin açılacağı tarix açıqlandı - Yeni tədris ilinə distant üsulla başlanılacaq
16:54 13.08.2020

Kanadada meşə yanğınları - Minlərlə insan təxliyə edildi
16:36 13.08.2020

Fransada COVİD-19-un ikinci dalğası başlayıb - Virusa yoluxma və ölüm halları artıb
16:14 13.08.2020

ABŞ-da çimərlik və parklar bağlanıb - Yoluxma sayları yenidən artıb
15:56 13.08.2020

Virusa yoluxanların sayı 20 milyon 826 mini ötüb - Epidemiya qurbanlarının sayı 747 min 500-dən çoxdur
15:21 13.08.2020

Beynəlxalq gənclər gününə həsr olunan forum - Online forumda azərbaycanlı nümayəndələr də çıxış etdi
14:58 13.08.2020

ABŞ-da azərbaycanlılara hücum edən erməni axtarılır - Los-Anceles polisi foto yayıb
14:25 13.08.2020

2 və 3-cü ixtisas qrupları üzrə imtahanlar keçirildi - Növbəti imtahan sabah olacaq
13:54 13.08.2020

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib
13:36 13.08.2020

Haciqabulda “xınayaxdı” mərasimi keçirənlər saxlanılıb - Bəy barəsində protokol yazılıb, məhkəməyə göndərildi
13:15 13.08.2020

ƏDV-nin 5,9 milyon manatı istehlakçılara qaytarılıb - 20,6 milyondan çox kassa çeki portalda qeydə alınıb
12:54 13.08.2020

Tovuzda qəza baş verdi - Bir nəfər xəsarət aldı
12:36 13.08.2020

Kiçik yaşlarından şəhidlik zirvəsini arzulayan İlqar - VİDEO
12:27 13.08.2020

Tovuzda yaşayış binasının zirzəmisində mərmi aşkarlandı - Sakinlər təxliyə olundu
12:25 13.08.2020

"Heç bir sosial layihə təxirə salınmayacaq" - VİDEO
12:01 13.08.2020

Gənclər arasında kütləvi dava - Bərdədə - VİDEO
11:36 13.08.2020

Sahibkarlara maliyyə dəstəyi göstərilir - VİDEO
11:12 13.08.2020

200 kq-dan artıq heroin aşkar edildi - YENİLƏNİB - VİDEO
10:50 13.08.2020

Ölkənin təhsil strategiyası - VİDEO
10:25 13.08.2020

13-14 avqust tarixlərində qəbul imtahanları keçiriləcək - VİDEO
10:01 13.08.2020

2130 AVTOBUS XƏTTƏ ÇIXARILIB
14:19 12.08.2020

Prezident İlham Əliyev sərəncam imzaladı
13:54 12.08.2020

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyədədir - VİDEO
13:30 12.08.2020

Daha 279 soydaşımız Gürcüstandan Azərbaycana təxliyə olunub
13:09 12.08.2020

Qarabağ yatağının perspektivləri - VİDEO
12:26 12.08.2020

Serbiyanın Baş Nazirinin müavini Neboyşa Stefanoviç Azərbaycana səfər edib - YENİLƏNİB - VİDEO
12:02 12.08.2020

Karantin rejimini pozub toy etdi - VİDEO
11:41 12.08.2020

Uğurlu neft strategiyası - VİDEO
11:16 12.08.2020

Dənizdə boğulma halları artıb - VİDEO
10:47 12.08.2020

Müəllim olmaq istəyənlərin nəzərinə - VİDEO
10:22 12.08.2020

Suya qənaət edən ağıllı idarəetmə sistemi - VİDEO
10:01 12.08.2020

Oğurladığı 1200 manatlıq velosipedi 30 manata satdı - Polis şübhəlini “iş” başında yaxaladı
21:05 11.08.2020

Rəqəmlərin azaldığını görüb arxayınlaşmayaq! - Bəzi ölkələrdə virusa yoluxma sayı yenidən artmağa başlayıb
20:41 11.08.2020

Üzərindən kibrit qutusunda olan marexuana tapıldı - Evindən isə 12 kq narkotik maddə aşkarlandı
20:20 11.08.2020

Azərbaycan-Belarus əlaqələri inkişaf edir - Münasibətlərin yüksək səviyyədə olması beynəlxalq arenada da özünü göstərir
19:58 11.08.2020

Qubada karantin rejimini pozub, toy etdilər - Restoranın sahibi, bəy və onun 28 dostu saxlanıldı
19:29 11.08.2020

ÜST-dən ilk peyvəndin qeydiyyatına münasibət - Peyvəndin standartlara uyğun olub-olmaması müzakirə olunur
19:06 11.08.2020

Daha 84 nəfər Covid-19-a yoluxub - 3 nəfər vəfat edib
18:57 11.08.2020

Mənzillərin altını-üstünə çevirənlər yaxalandı - 4 il ərzində 80 evi qarət ediblər
18:39 11.08.2020

Prezident İlham Əliyev Sərəncam imzaladı
18:17 11.08.2020

Azərbaycan hərbi xərclərini artırır - Dövlət büdcəsində müdafiə xərcləri 4 milyard manata yaxındır
17:55 11.08.2020

245 veterana ərzaq yardımı edilib - Aksiya pandemiya dövründə, kömək məqsədi ilə keçirilib
17:30 11.08.2020

Putinin qızı koronavirusa qarşı peyvənd olunub - Peyvənddən sonra qızının hərarəti 38 dərəcə olub
17:07 11.08.2020

ABŞ-da Ağ Ev yaxınlığında atışma - Tramp mətbuat konfransından uzaqlaşdırılıb
16:40 11.08.2020

Qeyts tarix açıqladı - Dünya 2022-ci ilin sonunda koronavirusdan qurtulacaq
16:16 11.08.2020

Qusarda 18 nəfər saxlanıldı - İcazələri olmadan istirahətə gedənlər cərimələndi
15:51 11.08.2020

Venesuelada karantin sentyabrın 13-dək uzadıldı - Koronavirusa qarşı mübarizə davam edir
15:25 11.08.2020

Xaçmaz karantin rejimini pozanlar saxlanıldı - Sürücü və 27 sərnişin cərimələndi
15:00 11.08.2020

Canni De Byazinin köməkçiləri müəyyənləşib
14:43 11.08.2020

Ölkəmizdə koronavirusla bağlı müsbət tendensiya davam edir - VİDEO
14:14 11.08.2020

Dünya üzrə yeni növ koronavirusa yoluxanların sayı 20 milyon 264 mini ötüb
13:50 11.08.2020

RUSİYADA COVİD-19-A QARŞI İLK VAKSİN QEYDİYYATDAN KEÇİB
13:27 11.08.2020

XARİCİ İŞLƏR NAZİRİ CEYHUN BAYRAMOV TÜRKİYƏDƏDİR
13:00 11.08.2020

PAYTAXTDA HAVA YAĞMURSUZ KEÇƏCƏK
12:12 11.08.2020

Bölgələrdə karantin rejimini pozanlar saxlanılıb - VİDEO
11:56 11.08.2020

Çimərlik ərazisində təmizliyə riayət edilmir - Yenilənib
11:30 11.08.2020

Türkəçarə yoxsa həkim müalicəsi? - VİDEO
11:09 11.08.2020

Bakı-Sumqayıt qatarının fəaliyyəti dayandı
10:45 11.08.2020

Peşə məktəblərinə qeydiyyat başladı - Qəbul 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılacaq - VİDEO
10:21 11.08.2020

Prezident İlham Əliyev Qarabağ yatağının dayaq bloku dənizə yola salınma mərasimində iştirak edib - VİDEO
09:58 11.08.2020

Bütün xəbərlər