Əlaqə: (012) 497-46-21 [email protected]tv.az

ATV.AZ×

Siyavuş Kərimi: “Dərddən içənləri anlaya bilmirəm” - FOTOLAR

Siyavuş Kərimi: “Dərddən içənləri anlaya bilmirəm” - FOTOLAR
15869 dəfə oxunub

ATV.az-ın Milli Konservatoriyanın rektoru, professor Siyavuş Kərimi ilə müsahibəsi.

- Qonaqları qarşılayaraq hər gün nə qədər çay içmək məcburiyyətindəsiniz və neçə stəkanı könüllü içirsiniz?

- Bu qonaqların sayından asılıdır (gülür). Lakin mənə çətin deyil, çünkü çayı sevirəm. Problem çay tərəfdən yox, mineral su tərəfdən yaranır, cünki “Borjomi” içməyi həddindən artıq xoşlayıram. Özü də içinə sıxılmış limon şirəsi ilə.

- Bəs alkaqollu içkilərdən hansını xoşlayırsınız?

- Cavan vaxtlarımda hər bir növ alkaqollu içkilərdən dadmışam - portveyndən tutmuş viskiyə qədər. Lap “Uşaqlığın son gecəsi” filmindəki qəhrəmanlardan birinin sözü olmasın, yerli sənayemiz nə buraxsa, içə bilərdim. Indi daha çox qırmızı şərab xoşlayıram, ya da yaxşı kokteylləri, xüsusilə “Campari” tərkibli olanları. Özü də, bilirsiniz ki, hər içkinin öz məzəsi, öz çərəzi var. Mən konyakı duzlu xiyarla içənlər də görmüşəm, viskini xaşla içənləri də. Halbuki hamıya məlumdur - xaşın içkisi yalnız və yalnız araqdır. Xaşsız araq gəlinsiz toya bənzəyir.

- “Içkini ya xoşbəxtlikdən icirlər, ya da dərdən” kəlamına münasibətiniz?

- Doğrusu, xoşbəxtlikdən badə qaldıranları anlasam da – ad günlərində, hansısa bir qələbəyə nail olanda, amma dərddən və ya hansısa bədbəxtliyə görə bunu edənləri anlaya bilmirəm. Niyə içirlər? Daha da vəziyyətlərini pisləşdirməyəmi? Yoxsa, içəndə kimisə və ya nəyi isə həyata qaytarmaq mümkün olub?

- Xoşbəxtlik daim olmur – bu, aksiomadır. Həyatınızda yaşanan ən xoşbəxt anlar hansılar olub?

- İlk növbədə övladlarımın həyata gəldiyi günlər, uşaqlarımla ünsiyyət... Bu, qiymətsizdir! Gəlirsən evə və içəri girən kimi sənin üstünə iki balaca “terrorçu” şığıyır! Və sən heç kostyumunu çıxartmağa macal tapmadan başlayırsan onlarla oynamağa - bundan gözəl nə ola bilər! Bu zaman bütün problemlər, bütün yorgunluq unudulur və qarşıdakı sərhədsiz məhəbbəti görərkən, xoşbəxtlik dünyasına baş vurursan. Ya da Milli Konservatoriya tələbələrinin konsertini seyr elədiniz. Görürdünüz, orada çıxış edən uşaqların gözləri necə parıldayırdı, o gözlərdə nə qədər istək, nə qədər çalışqanlıq var idi! Bu anlar məni Milli Konservatoriyanın rəhbəri kimi xoşbəxt etməyə bilməz! Bizim bu on beş illik fəaliyyətimizdə nə qədər çətinliklər var idi, nələrdən keçdik... Xoşbəxt insan kiməsə yaxşılıq edib qarşısındakının üzündə kədəri əvəz edən təbəssümü görəndir. Hansısa bir insana əlindən gələn hansısa bir yaxşılığı edəndə adam özü də xoşbəxt olur. Konsert verərkən camaatın səni necə alqışlamağını görəndə, xoşbəxt olursan. Bilirsən, bu, müvəqqətidir, 10-15 dəqiqəlikdir, amma məhz bu dəqiqələrdə sən xoşbəxt olursan. Və ən nəhayət mənim ən sevdiyim, ən çox gözlədiyim bayram - Yeni il! Yeni il gecəsi ailəmi bir süfrə arxasında yığanda, o süfrənin başında oturarkən hamını gülərüz və şən görəndə, səbirsizliklə gecə saat 12-ni hamımız birlikdə gözləyəndə xoşbəxtəm!

- Mən müxtəlif ranqlı məmurlarla görüşmüşəm, müxtəlif vəzifəli insanların kabinetlərində olmuşam, amma iş vaxti idman formasında öz iş otağında oturan görməmişdim. Və fikirimcə, sizin bu geyim tərziniz yalnız alqışa layiqdir...

- Mən hər zaman yalnız özümə rahatlıq yaradan paltar geyinirəm. Dəfələrlə olub ki, hətta konsertlərə gedəndə də cins şalvarda, yüngül gödəkcədə getmişəm. Əlbəttə, rəsmi görüşlərdə etiket qaydalarına uyğun olaraq kostyumda və qalstukda oluram, amma özümdən asılı olanda tam sərbəst, yəni elə bugünkü kimi geyinirəm. Idman formasında mənə çox rahatdı. İstər cins geyimdə ol, istər idman paltarında, istər kostyumda - əsas odur ki, tələbələr səni sevsin, səni özününkü saysın. Mən tələbələrimi çox istəyirəm, onların da qarşılıqlı sevgisini hiss edirəm.

- Tələbələrdən söz düşmüşkən, sizcə Milli Konservatoriyaya ancaq musiqi məktəbini bitirənlərin qəbul ola bilməsi düzgündürmü? Bəlkə hansısa rayonda, hansısa kənddə musiqi istedadı olan, amma musiqi təhsili olmayan bir gənc Milli Konservatoriyaya qəbul olmaq istəyir? Və bu qərar onun qabağını kəsir...

- Bəli, bu gün biz yalnız musiqi təhsili olan uşaqları konservatoriyamıza qəbul edə bilərik. Ancaq mən də istəyərdim ki, indiki vəziyyət dəyişsin və istedadlı, musiqi duyumu yüksək səviyyədə olan, lakin musiqi məktəbini deyil, adı məktəbi bitirən uşaqlar bizin konservatoriyaya qəbul olmaq şansını qazansın. Bu azmış kimi digər ali təhsil ocaqlarında da musiqi sisteminə aid, yəni sırf bizə aid fakultələr fəaliyyət göstərir, onlar da musiqi təhsili verir, halbuki, bu sırf konservatoriyanın işidir. Misal üçün, Tusi adına Pedaqoji Universiteti də bitirib musiqi müəllimi olmaq olar, bizi də. İncəsənət Universitetində az qala bəstəkarlıq fakultəsi var... Bu hansı məntiqə uyğundur? Bu, düzgün deyil! Axı, biz digər ali təhsil məktəblərinin işinə qarışmırıq! Onda gərək biz də “tarix fakultəsi”, ya da “coğrafiya fakultəsi” açaq ki, oraya qəbul olmaq istəyən tələbələr bizə gəlsin. Musiqi ilə yalnız konservatoriya məşğul olmalıdır! Digər yerlər də məşğul olsalar, onda gəlin buranı bağalayaq! Təhsildə “dublikat” olmamalıdır!

- İşdən və ailə qayğısından başqa həyatınızda nəyə yer var?

- Səyahətlər. Digər ölkələrdə olmağı, gözəl təbiəti olan yerləri gəzməyi çox xoşlayıram. Amma təəssüf ki, son vaxtlar buna vaxt ayıra bilmirəm. Vaxtımın çox hissəsi konservatoriyada keçir. Belə gözəl binadan adam heç bayıra çıxmaq istəmir (gülür).

- Sizi ən çox təəccübləndirən ölkə varmı?

- Yaponiya. Orada olan nizam-intizam dünyanın heç bir yerində yoxdu! Yaponiyada hətta yolu keçərkən işıqforu gözləyəndə camaat bir-birindən bir metr məsafə saxlayır. Yəni, düşünürlər ki, birdən kiminsə kimdənsə gələn qoxu xoşuna gəlmədi, ya da kiminsə baxışını xoşlamadı... Yaponlarda olan xüsusiyyətlər yalnız alqışlanasıdı.

Vüqar VÜQARLI

 















BUNU DA OXU

“Light” neftinin qiyməti bahalaşır
Prezident İlham Əliyev: Biz Böyük Qayıdışın astanasındayıq
Paşinyanın zəngləri
Hikmət Hacıyev: Humanitar atəşkəsin birinci günü Ermənistan Azərbaycanın 5 rayonuna 229 mərmi atıb
Cəbhədə son vəziyyət
Xəbər lenti

Luçesku Çempionlar Liqasının tarixinə düşdü
13:27 21.10.2020

Ermənistan ordusuna məxsus pilotsuz uçuş aparatı vurulub
13:04 21.10.2020

Doqquz ayda Azərbaycandan 2722 çeşiddə məhsul ixrac olunub
12:40 21.10.2020

VİRUSA REKORD SAYDA YOLUXMA HALI QEYDƏ ALINIB - Böyük Britaniyada
12:19 21.10.2020

HİKMƏT HACIYEV : “ERMƏNİLƏR MÜLKİ VƏTƏNDAŞLARA QARŞI MÜHARİBƏ CİNAYƏTLƏRİNİ DAVAM ETDİRİR”
11:56 21.10.2020

Düşmənin dinc əhalini hədəfə alması nəticəsində həlak olan mülki şəxslərin sayı 63-ə çatıb
11:30 21.10.2020

“Light” neftinin qiyməti bahalaşır
11:08 21.10.2020

Cəbhədə oktyabrın 21-nə olan son vəziyyət
10:45 21.10.2020

General Şəkinski vəfat etdi
10:23 21.10.2020

Çempionlar Liqası: "Bavariya" "Atletiko"ya, "Liverpul" "Ayaks"a qarşı
10:00 21.10.2020

Millimizin və "Qarabağ"ın ev oyunları ilə bağlı qərar qəbul olundu
09:39 21.10.2020

Prezident İlham Əliyev: Biz Böyük Qayıdışın astanasındayıq
15:50 20.10.2020

Prezident İlham Əliyev Xocavənd rayonunun isğaldan azad edilən Vəng kəndinə Çinarlı adı verib
15:28 20.10.2020

Prezident İlham Əliyev: Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib
15:15 20.10.2020

Paşinyanın zəngləri
11:57 20.10.2020

Azərbaycan neftinin bir barreli 42,44 dollara satılır
10:33 20.10.2020

Çempionlar Liqasında qrup mərhələsinə start verilir
10:10 20.10.2020

Cəbhədə son vəziyyət
09:49 20.10.2020

VİRUSA YOLUXANLARIN SAYI 40 MİLYON 287 MİNİ ÖTDÜ
13:13 19.10.2020

DÜŞMƏN HUMANİTAR ATƏŞKƏSİ POZUR
12:51 19.10.2020

COVID-19: Fransada bir gündə 32 427 yeni yoluxma qeydə alınıb
12:28 19.10.2020

Meza Kolli "Keşlə"yə qayıtdı
11:56 19.10.2020

DTX: Həqiqəti əks etdirməyən məlumatların yayılması ümumi işimizə əngəl törədir
11:33 19.10.2020

Hikmət Hacıyev: Humanitar atəşkəsin birinci günü Ermənistan Azərbaycanın 5 rayonuna 229 mərmi atıb
11:10 19.10.2020

Prezident İlham Əliyev: Ermənistan silahlı qüvvələri razılaşdırılmış müvəqqəti humanitar atəşkəs rejimini kobudcasına pozub
10:51 19.10.2020

Cəbhədə son vəziyyət
10:30 19.10.2020

Prezidentin Mətbuat Xidmətinin məlumatı
10:07 19.10.2020

Prezident İlham Əliyev: Cəbrayıl rayonunun 13 kəndi azad edilib
09:49 19.10.2020

Prezident İlham Əliyev: Bu gün Füzuli şəhəri və rayonun bir neçə kəndi işğalçılardan azad edilib
10:25 17.10.2020

FHN: İndiyədək dağıntılar altından xəsarət almış 52 nəfər və 13 nəfərin cəsədi çıxarılıb
10:17 17.10.2020

Hikmət Hacıyev: Gəncədə 10-dan çox mülki şəxs öldürüldü, təxminən 40 nəfər yaralandı
09:50 17.10.2020

Düşmən Gəncədə yenə dinc sakinləri hədəf aldı
09:23 17.10.2020

Ermənistan silahlı qüvvələri Ordubad rayonu ərazisinə raket zərbəsi endirib
13:37 16.10.2020

Yanvar-avqust aylarında Azərbaycan 5,6 milyard dollarlıq neft ixrac edib
12:18 16.10.2020

Adil Əliyev: Zəfər bizimdir
11:56 16.10.2020

"Azərbaycan Rusiya Federasiyasından olan hərbi müşahidəçilərin Qarabağda yerləşdirilməsi fikrini dəstəkləmir” - Hikmət Hacıyev
11:30 16.10.2020

Azərbaycan neftinin bir barreli 41,90 dollara satılır
11:09 16.10.2020

Ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunur
10:45 16.10.2020

Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır
10:22 16.10.2020

Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub
10:07 16.10.2020

Birinci vitse-prezident Mehriban Əliyeva: Dünya ictimaiyyətini Ermənistanın müharibə cinayətlərini qınamağa çağırıram
09:44 16.10.2020

KORONAVİRUSA YOLUXANLARIN SAYI 39 MİLYONA ÇATIR
11:23 15.10.2020

TƏRTƏRƏ 130-DAN ÇOX MƏRMİ ATILIB - EVLƏRƏ CİDDİ ZİYAN DƏYİB
11:00 15.10.2020

DÜŞMƏNİN XEYLİ TEXNİKASI MƏHV EDİLİB - Oktyabrın 14-dən 15-ə keçən gecə
10:35 15.10.2020

Fransada koronavirus pandemiyasının ikinci dalğası başlayıb
10:11 15.10.2020

ZELENSKİ BU GÜN TÜRKİYƏYƏ YOLLANIR
09:49 15.10.2020

Mesut Özildən Azərbaycana dəstək
12:59 14.10.2020

Müdafiə Nazirliyi: Mülki əhalimizi və yaşayış məntəqələrimizi hədəfə alan düşmənin bütün legitim hərbi hədəfləri məhv ediləcək
12:35 14.10.2020

TƏRTƏR ATƏŞƏ TUTULUB - BİR NƏFƏR HƏLAK OLUB, YARALILAR VAR
12:10 14.10.2020

ERMƏNİSTANIN NÖVBƏTİ BALLİSTİK RAKET KOMPLEKSİ SIRADAN ÇIXARILIB
11:46 14.10.2020

Rusiya Müdafiə naziri azərbaycanlı və erməni həmkarlarına çağırış edib
11:33 14.10.2020

Birinci vitse-prezident Mehriban Əliyeva “İnstagram” səhifəsində paylaşım edib
11:00 14.10.2020

Azərbaycan milli komandası Kiprə qalib gələ bilmədi
10:37 14.10.2020

EVSİZ QALAN VƏTƏNDAŞLAR KİRAYƏ EVLƏ TƏMİN EDİLİB
10:10 14.10.2020

DÜŞMƏNİN HƏRBİ HƏDƏFLƏRİ ZƏRƏRSİZLƏŞDİRİLDİ
09:47 14.10.2020

Fövqəladə Hallar naziri Ermənistan silahlı qüvvələrinin raket atəşləri nəticəsində dağılmış binalara baxış keçirib - Gəncədə
12:25 13.10.2020

“Böyük dəbilqə” turnirində Azərbaycanı 17 cüdoçu təmsil edəcək
12:00 13.10.2020

Azərbaycan yığması UEFA Millətlər Liqasında dördüncü oyununu keçirəcək
11:40 13.10.2020

ERMƏNİSTAN HUMANİTAR ATƏŞKƏS REJİMİ POZUR
11:18 13.10.2020

Düşmənin bütün cəbhəboyu fəaliyyətinin qarşısı alınıb
10:53 13.10.2020

18 yaşlı oğlan dayanacaqda 6 nəfəri güllələyib - Rusiyada
10:30 13.10.2020

Silahlı Qüvvələrə Yardım Fondunda əlavə hesablar açılıb
10:11 13.10.2020

Dünyada ilk dəfə koronavirusa təkrar yoluxmadan ölüm halı qeydə alınıb
09:49 13.10.2020

EMOMƏLİ RƏHMON PREZİDENT SEÇKİLƏRİNİN QALİBİ OLUB
11:45 12.10.2020

Milli komandamız Kiprə qarşı oyuna qara sarğı ilə çıxacaq
11:22 12.10.2020

Bağlanmış 4 bankın əmanətçilərinə 542 milyon manatdan çox kompensasiya ödənilib
11:00 12.10.2020

Qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü qoruyur
10:34 12.10.2020

Ceyhun Bayramov ölkəmizdəki diplomatik korpusun rəhbərləri üçün brifinq keçirib
10:12 12.10.2020

Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram
09:51 12.10.2020

Hikmət Hacıyev: Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam edir
10:48 11.10.2020

Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində dağılan evlərin dağıntıları altından 17 yaralı və 5 cəsəd çıxarılıb
10:24 11.10.2020

Ermənistanın Gəncəni atəşə tutması nəticəsində 5 nəfər həlak olub - FOTOLAR
09:59 11.10.2020

Müdafiə Nazirliyi bu xəbəri qəti şəkildə təkzib etdi
11:59 10.10.2020

HUMANİTAR MƏQSƏDLƏRLƏ ATƏŞKƏS ELAN OLUNDU
11:35 10.10.2020

DÜŞMƏNİN XEYLİ SAYDA CANLI QÜVVƏSİ VƏ HƏRBİ TEXNİKASI MƏHV EDİLİB
11:11 10.10.2020

TÜRKİYƏ MİLLİ MÜDAFİƏ NAZİRLİYİNDƏN AÇIQLAMA - “ERMƏNİSTAN TARİXİNƏ QARA LƏKƏ YAPIŞDIRMAQDADIR”
13:24 09.10.2020

Azərbaycanın Xarici İşlər naziri Moskvaya işgüzar səfər edəcək
13:03 09.10.2020

Müflis olmuş 4 bankın əmanətçilərinə 541,7 milyon manat kompensasiya ödənilib
12:40 09.10.2020

Ermənistan ordusunun dinc əhalini hədəfə alması nəticəsində 31 nəfər həlak olub, 164 nəfər xəsarət alıb
12:00 09.10.2020

Gürcüstanda koronavirusa yoluxanların və bu virusdan ölənlərin sayı artır
11:16 09.10.2020

Bütün xəbərlər