Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Mənsum İbrahimov: - “Onlardan yalnız estetik zövq alıram” MÜSAHİBƏ

Mənsum İbrahimov: - “Onlardan yalnız estetik zövq alıram” MÜSAHİBƏ
7515 dəfə oxunub

ATV.az-ın tanınmış xanəndə, Azərbaycanın Xalq artisti, professor Mənsum İbrahimovla müsahibəsi

- “Leyli və Məcnun”a sonuncu dəfə baxarkən həm sevindik, həm də təəssüfləndik. Sevindik ona görə ki, siz 23 ildir bu tamaşada oynamağınıza baxmayaraq, yenə də zalda anşlaq idi. Təəssüfləndik ona görə ki, bu operada qurulan dekorasiyaların yaşı az qala sizin ümumi stajınızdan da çoxdur...

- Əvvəla, sizə təşəkkür edirəm, diqqətinizə görə. Siz vaxtı ilə özünüz də yazmışdınız ki,  anşlaqla keçən ən çox konsert və tamaşalar məhz mənim çıxış etdiyim tədbirlər olur. Çox şadam ki, bu tamaşa şou-konsert olmadığına baxmayaraq, bilet tapılmır. Bu məqam məni çox sevindirir. O ki, qaldı dekоrasiyalara, birincisi, onlar gündə dəyişmir, ikincisi də buna maliyyə vəsaiti lazımdır. O da, bildiyiniz kimi, hal-hazırda nəinki bizim teatrda, bütün teatrlarda problemdir. İnanıram ki, bu problem öz həllini tapaçaq, çünki bu teatr bizim mədəniyyətin, millətin sifətidir.

- Yaxşı, bu  problem öz həllini tapacaq, bəs həmin operada yaşanan digər problem - “Leyli”lərin artıq çəki problemi niyə öz həllini tapmır? Axı, bizim brend tamaşada belə bir qüsurun olması çox xoşagəlməz bir haldır...

- Mən yalnız özümə görə cavab verə bilərəm, o sualı aidiyyatı olan ünvana yollasanız, daha yaxşı olar. Bircə onu deyim ki, opera müğənnisi gündə yetişmir. Misal üçün, elə mən özüm ilk dəfə “Məcnun”u oynadığım tamaşaya baxa bilmirəm. Kənardan o uğurlu görsənsə də, indi mən o lenti gizlədirəm ki, bunu heç kəs görməsin. Çünki sadəcə olaraq mətni əzbərləmişdim, obrazı yaşamamışdım və fikrim yalnız mətndə idi ki, səhvə yol verməyim. Görün “Leyli”ni Rübabə Muradova necə oynayırdı, necə o obrazı yaşadırdı! Nəzakət Teymurova ilə bizim duetimiz də çoz gözəl alınır, bunu mən yox, məhz biz oynayan “Leyli və Məcnun”a bilet axtaran tamaşaçılar deyir. Sözümü ona gətirirəm ki, əsas rolu oynamaq bacarığıdır, səs imkanlarının yüksək səviyyədə olmasıdır. Əlbəttə ki, görünüş də vacibdir, amma yuxarıdakı amillər tamaşaçını qane etsə, xarici görkəm ikinci plana keçir.

- 23 ildir ki, “Məcnun”u oynayırsınız. Nə vaxta kimi bu obrazda səhnəyə çıxmaq fikiriniz var?

- Mən artıq yavaş-yavaş tamaşalarımın sayını azaldıram, Allaha şükür, bu gün “Məcnun”u gözəl oynaya biləcək cavan ifaçılarımız var. Səbuhi İbayev var, İlkin Əhmədov var, Elnur Zeynalov var və mən bu gün onlara dəstək verirəm. Çalışıram ki, bu cavanlar daha tez-tez belə tamaşaları oynasın, mən özüm isə ara-bir səhnəyə çıxım.

- İndi neçə gənc xanəndənin nəinki adını çəkdiniz, hətta dediniz ki, özünüz onlara yaradıcılıqlarında yardımçı olmağa hazırsınız. Sizcə xanəndələr arasında qısqanclığın gözə görsənməməsi, qalmaqalların olmaması nə ilə bağlıdır? Axı xanəndələr arasında da zəif və güclü ifaçılar var.

- Mən deyərdim ki, bu abu-hava muğam dünyasında olan qarşılıqlı münasibətlərdən irəli gəlir. Axı kim nəyi görür, onu da götürür. Biz necə ki, indi də ustadların qabağında dillənmirik, necə oların hörmətini saxlayırıq, eləcə də bizə qarşıda bizdən sonrakı nəslin xanəndələri davranır. Mən elə indi də otağa Arif Babayev, Ağaxan Abdullayev, Canəli Əkbərov, Əlibaba Məmmədov girsələr, ayağa qalxıram, onları harada görsəm, birinci özüm yaxınlaşıram. Arif Babayev özü də Əlibaba müllimə qarşı elədir, Alim Qasımov Ağaxan Abdullayevə qarşı elədir. Bizdə bu ənənədir, böyük kiçik ənənəsi. Mənim tələbələrim də belə  məqamları görüb böyüyürlər. Biz hansısa özümüzdən yaşca böyük xanəndənin sözünü heç vaxt kəsmirik, hətta onunla razı olmasaq belə. Teatrmızda da gözəl bir ənənə yaranıb ki, hər bir yaşda olan xanəndələr üçün tamaşalar var və hamı hansısa bir tamaşada məşğuldur. Və hamı bir-birinə qısqanclıqla, kinayə ilə yox,  məhəbbətlə, qayğı ilə yanaşır.

- Məhəbbətdən söz düşmüşkən. Sizin həyartınıza bu hiss neçə dəfə daxil olub?

- Bilirsiniz, mən hələ Ağdamda orta məktəbdə oxuyarkən bu məhəbbət mənim ürəyimi necə zəbt eləyibsə, öz həyat yoldaşıma necə vurulmuşamsa, indi də baxmayaraq ki, biz artıq 30 ilə yaxındır  evliyik və dörd uşağımız var, bu məhəbbət mənim ürəyimnən çıxmır ki, hansısa başqası ora girə bilsin (gülür). Ona görə də səhnədə səkkiz “Leylim” olsa da, həyatda bir “Leylim” var!

- Hayatınızda ən böyük qazanc nə olub?

- İlk növbədə ailəm, övladlarım və nəvələrimdir! Düzdü, yaradıcılığımda qazanılan nailiyyətlər də olub, amma onlar ailə sevincinin, uşaq və nəvə qayğısının yanında heçnədir!

- Xarıcdən dönərkən, ilk növbətə kimin üçün nəsə alırsınız?

- Əəbəttə ki, nəvələrim üçün! Başqa cür ola da bilməz.

- Bəs, xarıci qastrollarda konsert verərkən indiyədək ən çox sizi hansı ölkənin tamaşaçıları təəccübləndirib?

- Danimarkadakı tamaşaçılar, daha doğrusu onlardan biri. Danimarkada konsertdən sonra,  bir kişi balaca Azərbaycan bayrağını həmyerlilərmizin birinin əlindən alaraq səhnəyə çıxdı. Və orada bayrağı öpərək dedi ki, mən dünyaya belə bir musiqi, belə bir ifa bəxş edən xalqın, ölkənin qabağında baş əyirəm və onun bayrağını öpüb, diz çökürəm. Bizim üçün bu çox təsirli səhnə idi və indiyədək o məqam yadımdan çıxmır. İnanırsınız, qürürumdan ağladım o zaman...Bir də, Braziliyada konsert verəndə. Rio-de-Janeyroda qədim bir Opera teatrında çıxış edəndən sonra, ora toplaşan 2000-dən çox tamaşaçı bizi buraxmırdı və yenidən muğam ifa etdik. Yəni, ilk baxışdan bizim musiqidən tamamiylə uzaq olan bir xalq musiqimizə necə qaynayıb- qatışdı, bunu görmək lazım idi! 

- Içki içmirsiniz, siqaret çəkmirsiniz. Ümumiyyətlə, necə istirahət edirsiniz?

- Yeriyirəm. Piyada gəzməyi çox xoşlayıram. Siqaret çəksəydim, bu qədər gəzə bilməzdim, nəfəsim çatmazdı. Bir də ki, futbola baxmağı xoşlayıram. Amma evdə baxıram, stadiona gedə bilmirəm, cünki səsimi soyuqdan qorumalıyam, bir də ki, stadiona getdin, qışqırmadınsa onun nə ləzzəti? Evdə çayı qabağıma qoyub, mürəbbədən dadıb, maraqlı oyunlara baxıram.

- Amma, futbola adətən pivə ilə baxırlar...

- Mənim çox gözəl spirtli içkilər kolleksiyam var, içsəydim elə ondan dadardım da!(gülür). Dost-tanış gələndə, onlar üçün içkilərdən birini açıram, amma özüm o şüşələrə baxıb yalnız estetik zövq alıram.

Vüqar VÜQARLI

 

 

BUNU DA OXU

Sami Yusif “Twitter”də Azərbaycanla bağlı paylaşım edib
"Qalatasaray" Azərbaycana dəstək oldu
HAVA LİMANI MƏHDUD İŞ REJİMİNƏ KEÇİR
Hərbi vəziyyət nədir və onun tələbləri nədən ibarətdir?
Ölkədə hərbi vəziyyət elan edildi - Saat 21.00-dan 06.00-a qədər komendant saatı tətbiq olunur
Xəbər lenti

Sami Yusif “Twitter”də Azərbaycanla bağlı paylaşım edib
12:27 29.09.2020

DÜŞMƏNİN 3-CÜ “MARTUNİ” MOTOATICI ALAYI DARMADAĞIN EDİLİB
12:06 29.09.2020

ERMƏNİ POLKOVNİK MƏHV EDİLDİ
11:45 29.09.2020

Prezident İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
11:27 29.09.2020

Düşmənin “Uraqan” yaylım atəş sistemi məhv edilib
11:09 29.09.2020

Daşkəsən rayonunun ərazisi artilleriya atəşinə tutulub
10:48 29.09.2020

Antonio Quterreşin Azərbaycan Prezidenti İlham Əliyev arasında videokonfrans formatında görüş olub
10:37 29.09.2020

Düşmən dinc əhalini atəşə tutmaqda davam edir
10:14 29.09.2020

Vaqif Dərgahlı: Olmayanı məhv etmək mümkün deyil
09:52 29.09.2020

Füzuli şəhərinin azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir
09:31 29.09.2020

Erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində məktəblilər həlak olub
14:05 28.09.2020

PREZİDENTİN KÖMƏKÇİSİ “AL JAZEERA” KANALINA MÜSAHİBƏ VERİB
13:54 28.09.2020

Düşmənin Tərtər Rayon Məhkəməsinin yerləşdiyi əraziyə artilleriya atəşi nəticəsində bir nəfər həlak olub, üç nəfər yaralanıb
13:28 28.09.2020

"Qalatasaray" Azərbaycana dəstək oldu
13:03 28.09.2020

İNDİYƏDƏK 26 MÜLKİ ŞƏXS YARALANIB
12:42 28.09.2020

HAVA LİMANI MƏHDUD İŞ REJİMİNƏ KEÇİR
12:19 28.09.2020

Emmanuel Makron Prezident İlham Əliyevə zəng edib
11:56 28.09.2020

TALIŞ KƏNDİ ƏTRAFINDAKI YÜKSƏKLİKLƏR DÜŞMƏNDƏN TƏMİZLƏNDİ
11:33 28.09.2020

General-mayor Mais Bərxudarov: Düşməni sona qədər məhv etmək uğrunda vuruşacağıq
11:11 28.09.2020

Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında - Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
10:56 28.09.2020

Hərbi vəziyyət nədir və onun tələbləri nədən ibarətdir?
10:30 28.09.2020

DÜŞMƏN 550 NƏFƏR İTKİ VERİB
10:06 28.09.2020

Ermənilər fərdi yaşayış ev və mülki obyektlərdə yanğın törədib - FHN-in müvafiq qüvvələri Ağdam və Tərtərə cəlb edilib
22:05 27.09.2020

Baş prokurorluq məlumat yaydı - Mülki əhalidən 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb
21:44 27.09.2020

Azərbaycanda hərbi vəziyyət elan olundu - Hansı dəyişikliklər baş verə bilər?
21:21 27.09.2020

Paşinyan əhaliyə qaçmaği tövsiyə etdi - “Azərbaycan ordusu irəliləməyə davam edir”
21:14 27.09.2020

Hər bir kəs Vətən üçün döyüşməyə hazırdır - “30 ildir qələbə xəbərini gözləyirik”
21:06 27.09.2020

Paşinyandan gözlənilməz açıqlama
20:42 27.09.2020

Pakistandan Azərbaycana dəstək - “Qardaş Azərbaycan xalqının yanındayıq”
20:00 27.09.2020

İrəvandan Moskvaya təcili zəng - Paşinyan Putinlə əlaqə saxladı
19:36 27.09.2020

Murov zirvəsi azad olundu - Vardenis-Ağdərə avtomobil yolu vizual atəş nəzarətinə götürülüb
19:20 27.09.2020

Ölkədə hərbi vəziyyət elan edildi - Saat 21.00-dan 06.00-a qədər komendant saatı tətbiq olunur
19:03 27.09.2020

Xarici İşlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın telefon danışığı baş tutub
18:38 27.09.2020

Naftalanda 5 nəfər həyatını itirdi - Ermənistanın açdığı atəş nəticəsində bir ailənin bütün üzvü həyatını itirdi
18:18 27.09.2020

Düşmən zirehli texnikasını qoyaraq qaçır - Ərazidə qalan hərbi texnikaların video görüntüləri yayıldı
17:57 27.09.2020

Ermənistanın məşhur saytı çökdürüldü - "Qarabağ Azərbaycandır!”
17:40 27.09.2020

Prezident İlham Əliyev: Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır
15:35 27.09.2020

Zakir Həsənov: Düşmənin ön xətti yarılıb, 7 kənd işğaldan azad olunub
15:07 27.09.2020

Prezidentin mətbuat xidmətinin məlumatı
14:44 27.09.2020

15 ERMƏNİ ÖLDÜRÜLÜB - ERMƏNİSTAN İTKİLƏRİNİ AÇIQLAMAĞA BAŞLAYIB
14:28 27.09.2020

Azərbaycan Ordusu işğal altındakı bir sıra kəndləri azad edib
14:10 27.09.2020

“YETƏR, 30 İLDİR GÖZLƏDİK” - DAĞLIQ QARABAĞIN AZƏRBAYCANLI İCMASI BƏYANAT YAYIB
13:55 27.09.2020

MƏTBUAT ŞURASI KİV TƏMSİLÇİLƏRİNƏ MÜRACİƏT EDİB
13:34 27.09.2020

Tərəfləri atəşi dərhal dayandırmağa çağırırıq” - RUSİYA XİN-DƏN BƏYANAT
13:10 27.09.2020

Prezident İlham Əliyev: Azərbaycan torpaqlarının işğalı Ermənistanın planındadır və onlar bunu gizlətmirlər
12:45 27.09.2020

Azərbaycan Prezidenti: Bizim Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur
12:22 27.09.2020

Tərtər istiqamətində bir döyüş helikopteri zədələnib
12:09 27.09.2020

ERMƏNİSTAN İTKİLƏRİNİN BİR HİSSƏSİNİ AÇIQLADI
11:46 27.09.2020

Türkiyə: Regiondakı bütün xoşagəlməz hadisələrə görə Ermənistan məsuliyyət daşıyır
11:23 27.09.2020

Müdafiə Nazirliyi: Bölmələrimiz cəbhədə düşmən üzərində tam üstünlüyə malikdir
11:01 27.09.2020

Düşmənin təxribatı nəticəsində Ağdamın Qaradağlı kənd sakini ağır yaralanıb
10:25 27.09.2020

Erməni təxribatının qarşısını almaq üçün ölkə üzrə internetin verilməsi məhdudlaşdırılıb
10:15 27.09.2020

Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb
09:57 27.09.2020

Epidemiya qurbanlarının sayı 990 mindən çoxdur - Virusa yoluxanların sayı 32 milyon 500 mini ötdü
18:23 25.09.2020

Müdafiə Nazirliyi təlim görüntülərini yaydı - Mühəndis-istehkam bölmələri ilə məşğələlər keçirilir
17:54 25.09.2020

Ermənistan müxtəlif ölkələrdən Dağlıq Qarabağa muzdlular və terrorçular cəlb edir
17:36 25.09.2020

Norveç kralının səhhəti pisləşdi - O, xəstəxanaya yerləşdirildi
17:36 25.09.2020

Parisdə silahlı hücum - Dörd nəfər xəsarət aldı
17:21 25.09.2020

Tarixi hamamlar məhv olmaq üzrədir - Fatmayı qəsəbəsindəki hamamlar niyə qorunmur?
17:01 25.09.2020

Tramp vətəndaşlara vəd verdi - “Vaksın 24 saat ərzındə bütün ərazılərə çatdırılacaq”
16:54 25.09.2020

Goranboyda iki avtomobil toqquşdu, sürücülər ağır xəsarət aldı - Avtomobillərdən biri iki yerə parçalandı
16:36 25.09.2020

Ağdam ilk tibbi yardım təlimləri başa çatdı - Təlimlər təmas xətti boyunca davam etdiriləcək
16:26 25.09.2020

BMT-nin xəbər portalı prezidentin çıxışını yaydı - Bu ölkə başçısının siyasi nüfuzunun göstəricisidir
16:23 25.09.2020

Ermənistanda çox ciddi hərbi hazırlıqlar gedir - Onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir
15:25 25.09.2020

Yeni proqramın üstünlükləri - Başqa dillərdə olan yazıları azərbaycan dilində oxumaq mümkün olacaq
14:54 25.09.2020

Tullantıları gölə atanlar özləri ərazini təmizlədi - “Müəssisələrə də cərimə tətbiq oluna bilər”
14:26 25.09.2020

Bərdədə 28 yaşlı qız xəstəxanada həyatını itirdi - O əməliyyatdan sonra dünyasını dəyişib
17:54 24.09.2020

Ali məktəblərə 5751 vakant yer var - Qəbul aparılacaq ixtisaslar sabah açıqlanacaq
17:36 24.09.2020

Qızıl ehtiyatlarının həcmi artıb - “Daşkəsən” yatağı polad məhsulların istehsalı üçün perspektiv vəd edir
17:23 24.09.2020

Rəqəmsal texnologiyanın zərərləri - Görmə qabiliyyəti və danışıq problemi olan uşaqların sayı artıb
16:54 24.09.2020

Prezident İlham Əliyev Sərəncam imzaladı
16:36 24.09.2020

XİN paşinyanın təxribatlarının siyahısını yaydı - “Ermənistan yeni ərazilər zəbt etmək məqsədi güdür”
16:25 24.09.2020

Qubada avtomobil piyadanı vurub - Piyada həyatını itirib
15:54 24.09.2020

Peşə təhsili müəllimlərinin işə qəbulu başlandı - Müsabiqəyə 257 vakant yer ayrılıb
15:36 24.09.2020

Terrorçu ilə əməkdaşlıq edən ermənistan - Qarabağı terrorçu yuvasına çeviriblər
15:23 24.09.2020

"Oradan-buradan" - "ATV Səhər"də - VİDEO
14:54 24.09.2020

İstixanada çətənə kolları yetişdirən şəxs saxlanılıb - 2 kilo marexuana isə həyətdən aşkar olunub
14:36 24.09.2020

SUPERKUBOK GÖRÜŞÜ - "BAVARİYA"-"SEVİLYA"YA QARŞI
14:30 24.09.2020

Diqqətli olun - Ermənilər sosial şəbəkələrdə təxribat aparır
14:21 24.09.2020

"Tez bişir" - Pendirli kətə - VİDEO
14:08 24.09.2020

Bütün xəbərlər