Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

"Həq bilir insan deməz, hər kim ki, insandır sana..." - Füzulidə hüsn

"Həq bilir insan deməz, hər kim ki, insandır sana..." - Füzulidə hüsn
11956 dəfə oxunub

Gülşən ƏLİYEVA-KƏNGƏRLİ 

Professor

 

Füzulişünaslıqda ən mübahisəli məsələ Füzuli yaradıclığında eşqin xarakteri problemidir. Bəzi alimlər (məsələn, M.F.Köprülü, İ.Hikmət, Ə.Səfərli, S.Xavəri) Füzuli eşqinin sufi xarakterdə olduğunu, bəziləri (məsələn, B.Çobanzadə, A.Şaiq, H.Araslı, M.Quluzadə) bu eşqin sufi deyil, real-həyati olduğunu iddia edir, bəziləri isə (məsələn, M.Cəfər) ziddiyyətli mövqedə dayanırlar. Füzulişünas R.Azadə yazıb: “Tədqiqat Füzuli yaradıcılığında sufizmi, xüsusən onun mütərəqqi, panteist qolunun böyük təsiri olduğunu göstərir. Şair ərəbcə qələmə aldığı “Mətləül Etiqad” traktatında özünə qədər mövcud bütün fəlsəfi-dini cərəyanlara, o cümlədən sufizmə də mütəfəkkir-alim tizfəhmliyi ilə qiymət verir. “Rindü Zahid”, “Səhhət və Mərəz”, “Yeddi cam” əsərləri şairin əsasən sufi-panteist ideyalarının bir növ bədii şərhidir. Dünya ədəbiyyatının solmaz inciləri sırasında olan “Leyli və Məcnun” mənzum romanı, xüsusən onun son hissələri də təsəvvüfi rənglərdən xali deyildir. Füzulinin sırf sufi ideyalarını təbliğ edən qəsidələri mövcuddur” (Azadə Rüstəmova. Klassik Azərbaycan poeziyasında qəzəl. B., Elm, 1990, s.80). Biz də görkəmli alimin bu fikri ilə razıyıq, son illər çap olunmuş kitablarımızda, xüsusən “Azərbaycan füzulişünaslığı” (2007) monoqrafiyamızda Azərbaycan füzulişünas­lığın­da “Füzulinin eşqi” problemini məhz bu istiqamətdə həll etməyə çalışmışıq.

Füzulidə sufi ideya  poetik mətnin alt qatında, alleqoriya və rəmzlərin nişan verdiyi dərinlikdədir. “Füzuli sufi deyil” deyənlər poetik mətnin üst qatı ilə məşğul olublar. Səthi, sosioloji yanaşma onlara ali qata sufi ideyanın, ilahi eşq konsepsiyasının bərqərar olduğu dərinliyə enməyə imkan verməyib.

Alim Füzulinin öz elmi-nəzəri görüşlərinə - türkcə, farsca “Divan”larının və qəsidələrinin olduqca məzmunlu dibaçələrinə, şair Füzulinin poetik irsi üzərində apardığımız müşahidələrə, şairin poetikasına dair tədqiqatlara, xüsusən Mir Cəlalın, Ə.Cəfərin, M.Quluzadənin, H.Araslının, M.Cəfərin və S.Əliyevin monoqrafiyalarına istinadən Füzuli poetik sisteminin bədii-fəlsəfi məzmununu aşağıdakı düstur halında ümumiləşdirmək istəyirik: Məhəmməd Füzulinin yaradıcılığı üç böyük rükn üzərində bərqərar olur: Hüsn, Eşq və Qəm! Əslində Füzuli deyir: Hüsn nə qədər kamil olsa, eşq o qədər böyük olar, eşq nə qədər böyük olsa, qəm o qədər dərin olar! Bunlardan biri digərini doğurur:

Hüsnün olduqca füzun, eşq əhli artıq zar olur,

Hüsn nə miqdar olursa, eşq ol miqdar olur.

Yaxud:

Gördüm ol xurşidi-hüsnün ixtiyarım qalmadı,

Sayə tək bir yerdə durmağa qərarım qalmadı.

Qəm günü həmdərdlərin qərq oldular göz yaşinə

Silməyə göz yaşimi bir qəmgüsarım qalmadı

Deməli, hüsn (gözəllik) nəinki eşqi, həm də qəmi yaradır. “Mən qəmin hərifiyəm” deyirdi Füzuli! Füzuli bir də deyirdi: “Dərd şairliyin əsas sərmayədir”. Bu haqda – qəm barəsində üçüncü yazıda söhbət açacağıq. Lakin elə indi bunu deməyə bilmirik ki, əslində eşq özü ən ülvi bir dərddir ki, səbəbi hüsnün gözəlliyi sağalmazlığındadır. Və şairin lirik qəhrəmanı olan aşiq (yəni Füzuli özü!) eşq dərdinə tutulmasını xoşbəxtlik hesab edir, sağalmaq istəmir.

Eşq dərdu ilə xoşam, əl çək əlacımdan, təbib

Qılma dərman kim həlakım zəhri dərmanımdadır

Bu yazıda çox müxtəsər söhbət eşqin və qəmin səbəbi olan hüsndən gedəcək. Və əlbəttə, fikrimiz və söz dəryası olan Füzuli sənətini ələk-vələk etmək deyil, müxtəlif beytlərə istinadən Füzulidə hüsn, eşq və qəmin təsəvvüfi-sufi xarakterdə olduğu haqqında elmi monoqrafiyalarımızda irəli sürdüyümüz fikirlərə dəstək verməkdir. “Füzuli oxucusunu elə başlanğıc mətlə beytlə sehrləyir... Füzuli qəzəlinin ruhunu duymaq, onun şeiriyyətinə nüfuz etmək üçün mətlə beyt bəlkə də kifayət edir” (R.Azadə). Biz də hələlik bu yolla gedəcəyik. Füzuli qəzəllərinin bütöv poetik-estetik şərhini vermək fikrində deyilik.

Qeyd etdik ki, Füzulidə eşq hüsnün doğurduğu (əks) təsirdir. Təsəvvüfə görə hüsn dünyanı əks etdirən lövhə misalındadır. Ona görə də sufi ədəbiyyatda, o cümlədən Füzulidə hüsnün miqyasları hüdudsuzdur: o, həm dünyanın özü boyda dərk etmədiyi dərinlikdədir. Tanrının hüsnü və Tanrının yaratdıqlarının hüsnü başqa-başqadır. Füzulidə hüsn və eşqin vəhdəti belədir: hüsni-əzəli və eşqi-əbədi! Hüsni-əzəlini – Allahın sifətini heç kim görməyib. Epos təfəkkürümüzdə - qədim türk dastanı “Kitabi-Dədə Qorqud”da deyilir: “Ucalardan ucasan, Kimsə bilməz necəsən”. Allahın sifətləri çoxdur və onun necəliyini heç kəs görməyib. Qədim türklər Günəşə Tanrı sifəti kimi baxardılar. Fəqət Günəşə baxmaq mümkün deyil, bu, insan gözünün imkanları xaricindədir. “Leyli və Məcnun” mövzusunda yazan bütün sufilər (dahilər!) Leylinin sifətində hüsni-əzəlini əks etdirməyə çalışıblar. Ona görə də Məcnun təriqət yolunun yolçusu – salik kimi verilib. Məcnun əslində Leylini insani məhəbbətlə sevirdi, Məcnun əslində Leylinin gözəlliyini məraca çıxmışdı, o, öz Tanrısına qovuşmaq istəyir.

XX əsr Azərbaycan romantizminin banisi H.Cavid də bu idealdan mayalanmışdı.: “Mənim tanrım gözəllikdir, sevgidir”. Yeri gəlmişkən, bir məsələni də qeyd etmək istəyirik. H.Cavidin belə misraları da var:

Mən, fəqət hüsni-xuda şairiyəm,

Yerə enməm də səma şairiyəm.

Qəribədir, cavidşünaslığı həmişə bu beytin ikinci misrası cəzb edib, H.Cavidin romantizmini təsdiq üçün. Diqqət edilsə, bu beytdə sufizm və romantizm iki sevgili kimi birləşib. Allahın hüsnünü vəsf etmək, adi insanlardan ucalıqlara can atmaq sufizm deyilmi?!

Füzuli dünya ədəbiyyatının şedevri olan ölməz məhəbbət dastanı “Leyli və Məcnun”un dibaçəsində yazır: “Və əgər bəhaneyi-fəsanə ilə eşqi-həqiqi və hüsni-əzəlidən füzəlayi-bəlağətpişə və büləğayi-fəsahətəndimə cəvahidi-əsrari rişteyi-nəzmə çəkib və səməreyi-iqmazi-şəcəreyi-ibarətdən götürüb, niqabi-xəfa və hicabi-tarəf etmək istəsələr, tərəddüb-oldur, hüsni-müsaidəti-sübhani və lütfi-müvavinəti-rəbbani hüsulu-mərtəbeyi-vüsulə və hüzuri-dərəceyi-zühurə müntəd olub... xəzaneyi-hüsni – Leyli təsxirinə və xərabeyi-eşqi Məcnun təmurinə azim olur” (Məhəmməd Füzuli. Əsərləri, 6 cilddə, III c, B., “Şərq-Qərb”, 2005, s.9). Beləliklə də, özü demişkən, Füzulinin məqsədi məlum bir əfsanəni nəzmə çəkmək deyil – Leylinin sifətində hüsni-əzəlisini, Məcnunun varlığında eşqi-həqiqətini əbədiləşdirmək olmuş və bu yolda böyük fikri və yaradıcılıq əzablarına qatlaşmalı olmuşdur. Poemanın “Saqinamə” bölümündəki misralar bu söz, fikir əzabından xəbər verir və Füzulinin hüsnü (təbii ki, eşqi, qəmi!) hansı dahilərin əlindən alıb ucaltdığından xəbər verir:

Türkü ədəbi əcəmdə əyyam

Hər şairə vermiş idi bir kam.

Şad etmiş idi Əbunüvası

Haruni-xəlifənin ətası.

Bulmuşdur səfayi-dil Nizami

Şirvanşah düşüb girami.

Olmuşdu Nəvaiyi-süxəndan

Məncuri-şəhənşahi-Xorasan.

Söz gövhərinə nəzər salanlar

Gəncinə verib gühər olanlar.

Lazım mənə oldu hifzi-qanun

Zəbti-nəsəri-kəlami mövzun

Mey safi olara oldu ruzi

Qaldı mənə daği-dürd suzi

Bu dürdə mən olmuşam həvaxah

Bir nəşə verərmi, bilmərəm, ah!

Dürd şərab küpünün dibində qalan xılta deyilir. Füzuli deyir ki, məhəbbəti ifrat həddinə çatdıran vəhdət şərabını Əbunüvas, Nizami və Nəvai içdi, onlar padşahlardan ənam alıb kef gördülər, mənə isə onların içdiyi küpənin dibindəki “dağı-dürd” – xıltı dağı qaldı. Bilmirəm hüsni əzəlini və eşqi-həqiqini tərənnüm etmək bu daği-dürd mənə nəşə (ilham!) verəcəkmi?!

Sufizmdə insanı ilahiyə qovuşmaq üçün ekstaza gətirən şərabın ən tünd, ən dadlı yeri məhz küpün dibi – dürd hesab olunur. Füzuli yazıb:

Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir;

Mən kiməm, saqi, olan kimdir, meyi-səhba nədir.

“Meyi-səhba eşq dənizində qərq olmuş salikan (təriqət yolçusunun  - G.Ə.K.) ələst şərabından, yəni Tanrı ilə vəhdətdən aldığı zövqü ifadə edir” (N.Məmmədli). Əslində, dürd insanı kəndi varlığından, Füzulinin dili ilə desək, insan ruhunu “həbsi bədən”dən xilas edən, hüsnü dünya karxanasının tozundan, his və pasından təmizləyən bir iksirdir.

Füzulinin məşhur qəzəllərindən birində hüsn əski Tanrı simvolu olan bütə bənzədilir. Yeri gəlmişkən, hüsn və şərab (vəhdət şərabı) münasibətlərinə aydınlıq gətirən bir qəzələ də nəzər salaq:

Kəmali-hüsn veribdir şərabi-nab sana

Sana halaldır, ey müğbeçə, şərab sana.

Saf şərab müğbeçəyə-gənc atəşpərəst gözəlin hüsnünü kamilləşdirib. Şair bu şərabı ona halal edir, çünki gözəlin sifəti şərabın üzü kimi bərq vurur və belə gözəl sifətdə, kamil hüsndə bütün cahan öz əksini tapır. Qəzəllərinin birində şair yazır:

Hüsn ayineyi-cəhannümadır,

Keyfiyyəti-eşq ona ciladır

Hüsn olmasa eşq zahir olmaz

Eşq olmasa hüsn mahir olmaz

Olmaz isə eşq, hüsn olur xar

Eşq ilədir əhli-hüsnə basar.

Bəli, hüsn cahanın aynasıdır, eşq isə ona məzmun verən, onu cilalayıb gözəlləşdirən vasitədir. Eşqin nə olduğunu bəşəriyyət hüsnü dərk etdikdən sonra başa düşüb. Belə bir poetik deyim işlədək: Hüsn eşqin anası, qəm isə yavrusudur!

M.Füzulinin məşhur qəzəllərindən birində hüsn qədim tanrı rəmzi olan bütə bənzədilir:

Heyrət, ey büt, surətin gördükdə lal eylər məni,

Surəti-halım görən, surət xəyal eylər məni.

Bu aydın beyt hüsn haqqında ən kamil poetik düsturlardan biridir: Məşuqənin hüsnü tanrı rəmzi olan büt qədər gözəl və kamildir. Onu görən aşiq bu gözəlliyin şiddətindən dili tutulur, lal olur. Aşiqin bədəndə qanı donur, o, özü cansız, lal bir heykələ çevrilir, “mənim halımı görən məni də bir şəklə bənzədər” – deyir.

Başqa bir qəzəlin mətlə beytində şair yazır:

Ey mələksima ki, səndən özgə heyrandır sana,

Həq bilir  insan deməz, hər kim ki, insandır sana.

Burada məşuqənin hüsnü mələk simasına bənzədilir. Və onun özündən başqa hamı bu gözəlliyə heyrandır. Burada şair insanı tanrı ucalığına qaldırır, deyir ki, hər insan olan kəs sənə insan deməz, səni (məşuqəni) Allah hesab edər.

Bu yerdə Nəsiminin məşhur misrasını dilə gətirməmək mümkün deyil: “qorxdular həqq deməyə, döndülər insan dedilər”.

Sübh salıb mah rüxündən niqab,

Çıx ki, təmaşayə çıxa afitab!

Yəni səhər-səhər eşiyə çıxanda ay üzündən örtüyü açıb çıx ki, günəş sənin tamaşana çıxsın. Sevən aşiqin yeganə dərmanı hər gün məşuqənin hüsnünü seyr etməkdir:

Görməsin hər göz açanda güli-rəna üzün

Göz yumunca əşki-gülgünüm tutar dünya üzün.

Hər dəfə gözümü açanda o gözəlin hüsnünü görməsin, gözlərim yumulana qədər gül rəngli, gül ətirli göz yaşlarım daşlayıb dünyanı tutar. Mənim gözlərim o rənanın (gözəlin) hüsni-cəlalını görmək üçün yaranıb.

O hansı gözəldir? Füzuli bu suala cavab olaraq o gözəlin poetik portretini yaradır:

Qansı gülşən gülbüni sərvi-xuramanınca var?

Qansı gülbün üzrə ğönçə ləli-xəndanınca var?

Qansı gülzar içrə bir gül açılır hüsnün kimi,

Qansı gül bərgi, ləbi-ləli dürəfşanınca var?

Qansı gülşən bülbülün derlər, Füzuli, sən kimi

Qansı bülbülün sürudu ahü-əfqanınca var?

Belə gözəllik qarşısında dayanmaq çətindir və belə gözələ məftunluğun sonu həqiqətən fəryadü-əfqandır.

Sufi poeziyada, o cümlədən Füzulidə hüsnün düşməni onu bu dünyadan, aşiqdən gizlədən zülfdür. Füzuli poeziyasında zülfə müxtəlif münasibət var. Şair bir yandan deyir ki:

Könlüm açılır zülfi-pərişanını görgəc

Nitqim tutulur qönçevi-xəndanını görgəc.

Baxdıqca sənə qan saçılır didələrimdən,

Bağrım dəlinir navəki-müjganını görgəc.

Yəni, pərişan, dolanıq saçlarını görəndə könlüm açılır, gül kimi açılmış ağzını (dodaqlarını) görəndə gözəlliyin doğurduğu heyrətdən (sevincdən!) nitqim tutulur. Sən elə gözəlsən ki, gözlərim bu gözəlliyin şiddətinə dözmür, bəbəklərimdən partlayıb saçılır. Kipriklərin iti uclu oxlara çevrilib bağrımı dəlir.

Başqa bir qəzəlində isə Füzuli belə deyir:

Küfri-zülfün salalı rəxnələr imanimizə,

Kafər ağlar bizim əhvali-pərişanimizə.

Göründüyü kimi, burada şair həm küfr, həm də kafər sözündən istifadə edir. Burada küfr sözünü örtük mənasında  işlədir. Zülfün hüsnün üzərinə örtük kimi düşüb varlığımızı lərzəyə gətirdi. Gözəlin hüsnünü görməyib elə pərişan olduq ki, düşmənimiz də halımıza ağladı. Burada zülf həm də imana-dinə qarışıqlıq salan rəmz kimi işlədilir.

Hüsn eşqin və qəmin səbəbi, ilahi gözəlliyin əsası, dünyanı əks etdirən ayna, Allahın-Cananın bütün sifətlərini təcəssüm etdirən nur mənbəyidir. Onu hər kəs görə bilməz, onu görmək üçün eşqi-əbədiyə mübtəla olmuş nadir insanların bəsirət gözü lazımdır. Bəsirət gözü isə peyğəmbərlərdə, həqiqi sufilərdə, dahi musiqiçilərdə, dahi şairlərdə, həqq aşiqlərində olur ki, M.Füzuli də belə nadir adamlardan biri idi. Belə olmasaydı, o tanrı sifəti Leylini, haqq Məcnunu yarada bilməzdi. Leylinin hüsnü dünyanı işıqlandıran bir çıraqdır. Leylinin hüsnü, Məcnunun isə qəlbi Tanrı nuru ilə işıqlanıb. Bu haqqa yaxınlaşmış sufinin mütləqi dərk etdiyi məqam, canın canana qovuşduğu həqiqət anıdır:

Ey Füzuli, çıxdı can, çıxman təriqi eşqdən

Rüzugarı-əhli eşq üzrə qılın mərtən mana.

Yaxud:

Canı canan diləmiş verməmək olmaz, ey dil

Nə niza eyləyəlim, ol nə sənindir, nə mənim.

Füzuli hüsnə min bir poetik bəzək vurmuş qüdrətli şair, söz ustasıdır. O, adi insan hüsnünü tanrı sifəti günəş mərtəbəsinə qaldıran, insan hüsnünün gözəlliyi ilə  günəşi heyrətdə qoymağı bacaran bir sənətkardır. Bəlkə də dünya poeziyasında heç kəs Füzuli qədər insan gözəlliyini kəşf və vəsf etməyə nail olmamışdır. Çünki o, hər şeydən əvvəl, sözün ilahi qüdrətini kəşf etmiş, onu “İlahi feyzdən bir xəzinə”, “Ərşdən gəlmiş hədiyyə” kimi qəbul etmiş, sözün ölməzliyinə iman gətirmişdir. Füzuli əvvəlcə min əzab çəkib (şübhəsiz ki, böyük istedadı sayəsində - G.Ə.K.) əvvəlcə SÖZ-ün hüsnünü cilalamış, sonra isə sözün gözəlliyi ilə ilahi hüsnün surətini yaratmışdır:

Çox gözəl bir nəzmdir kim, vermiş ustadın əli,

Hüsnü-məzmunu ibarətlə bu cür ziynət ona.

Hüsn zəncirinə hər kəs bağlanıb olmuş əsir,

Çoxları şəklinə heyrandır, çoxu məzmununa.

Sözün hüsnünü, “ilahi eşq”in məzmunu ilə işıqlandırmaqla dahi Füzuli ona “ehya” verdi və bu söz beş yüz ildir ki, ona aşina olanları “xabi-əcəldən” - əcəl yuxusundan, mənəvi ölülükdən oyatmaqdadır. Füzuli sözünün hüsnü 500 ilin o tayından bu tayına Tanrı nurunun işığını salmaqdadır.

 

 

 

 

BUNU DA OXU

Səyyar sənəd qəbuluna başlanılıb
Ermənistan yeni müharibəyə hazırlaşır - Yenilənib - VİDEO
Eynək taxmaq koronavirusa beş dəfə yoluxma riskini azalda bilər
Azərbaycanın “Avroviziya-2021”də iştirakı təsdiqləndi
Gədəbəyə mediatur təşkil edildi - VİDEO
Xəbər lenti

DÜNYA ÜZRƏ VİRUSA YOLUXANLARIN SAYI 31 MİLYONU ÖTDÜ
13:00 21.09.2020

Səyyar sənəd qəbuluna başlanılıb
12:35 21.09.2020

QARDAŞ BACINI ODLU SİLAHLA QƏTLƏ YETİRDİ
12:12 21.09.2020

"QARABAĞ"DAN NÖVBƏTİ MƏĞLUBİYYƏT
11:50 21.09.2020

Ermənistan yeni müharibəyə hazırlaşır - Yenilənib - VİDEO
11:29 21.09.2020

Neftçi peşəsi - Fədakarlıq və tərəqqinin təcəssümü - VİDEO
10:42 21.09.2020

Prezident İlham Əliyev Ermənistanın danışıqlar prosesini pozduğunu bildirib - Yenilənib - VİDEO
10:21 21.09.2020

26 il öncə imzalanan uğurlu müqavilə - “Əsrin Müqaviləsi” Azərbaycanın neft strategiyasının əsasını qoydu - Yenilənib - VİDEO
09:58 21.09.2020

Abituriyentlərin nəzərinə - İxtisas seçiminin vaxtı uzadıldı
20:52 20.09.2020

Sabirabadda yeznə qaynını güllələdi - Hadisə ov zamanı baş verib
20:05 20.09.2020

ABŞ İrana qarşı sanksiyaları bərpa etdi - Pompeo Tehrana kömək edəcək ölkələri də hədələdi
18:22 20.09.2020

Taksilər həftə sonu tarifi - Qiymətlər süni şəkildə qaldırılır
17:49 20.09.2020

Qanada faciə - Avtobus çaya düşdü, 8 futbolçu həyatını itirdi
17:22 20.09.2020

Putin yeni silahlar barədə danışdı - “Belə silahlardan hələ heç kimdə yoxdur”
16:48 20.09.2020

Trampa sui-qəsd - “Ağ Ev”ə zəhərli risin maddəsi göndərildi
16:15 20.09.2020

ABŞ-da növbəti polis zorakılığı - 50-dən çox aksiya iştirakçısı saxlanıldı
15:45 20.09.2020

Salyanda Ələt-Astara yolunda qəza - 2 nəfər xəsarət aldı
15:26 20.09.2020

Qubada bir gündə eyni kənddə bir neçə yanğın - Ot bağlamaları yandı
14:24 20.09.2020

146 nəfər koronovirusa yoluxdu - 154 nəfər sağaldı, 1 nəfər vəfat etdi
13:23 20.09.2020

"Sumqayıt"dan ikinci qələbə - "Səbail" yenə məğlub oldu
12:18 20.09.2020

Aida İmanquliyevanın xatirə günüdür - Yaddaşlarda xoş izlər buraxan görkəmli şərqşünas alim
20:55 19.09.2020

Prezident İlham Əliyev Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib
20:15 19.09.2020

Dünya üzrə virusa yoluxanların sayı artır - 957 mindən çox insan virusun qurbanı olub
18:51 19.09.2020

Madriddə virusa yoluxma halları artır - Yenidən məhdudiyyətlər tətbiq olunacaq
18:19 19.09.2020

Koronavirusun beyinə dağıdıcı təsiri - COVİD-19-un ən çox rast gəlinən nevroloji nəticələri
17:48 19.09.2020

Türkiyədə yatağı ilə birlikdə uçan paraşütçü - Paraşütçü “Kleopatra” çimərliyinə eniş etdi
17:17 19.09.2020

Bazarlarda virus təhlükəsi - Karonavirus infeksiyasının yayılma risqi bazarlarda yüksəkdir
16:42 19.09.2020

Avtomobil detalları oğurlayan şəxs yaxalandı - O oğurladığı dəyərindən dəfələrlə ucuz satıb
15:41 19.09.2020

Bibiheybət yeni görkəmdə - Əsas məqsəd sakinlərin rifahını yaxşılaşdırmaq və qəsəbənin tarixini qorumaqdır
14:39 19.09.2020

Tofiq Yaqublu barəsində humanist qərar - Azərbaycan dövləti insan həyatını ən ali dəyər kimi qiymətləndirir
12:33 19.09.2020

Koronavirusa yoluxanların sayı 30 milyon 300 mini ötüb
12:54 18.09.2020

BELARUS İKİ ÖLKƏ İLƏ SƏRHƏDLƏRİ BAĞLAYIR
12:30 18.09.2020

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib
12:07 18.09.2020

Eynək taxmaq koronavirusa beş dəfə yoluxma riskini azalda bilər
11:56 18.09.2020

Azərbaycanın “Avroviziya-2021”də iştirakı təsdiqləndi
11:33 18.09.2020

QAYINATA VƏ QAYINANASINI GÜLLƏLƏDİ - Xaçmazda
11:10 18.09.2020

"Neftçi" "Qalatasaray"a məğlub oldu
10:46 18.09.2020

Karantindən sonra Berlində ilk konsert - VİDEO
10:24 18.09.2020

Gədəbəyə mediatur təşkil edildi - VİDEO
09:59 18.09.2020

Şamaxıda bədbəxt hadisə - 37 yaşlı kişini cərəyan vurdu
19:21 17.09.2020

Diplomatiya Mərkəzindən tələbələrə dəstək - 13 min tələbənin illik ödənişinə yardım olunacaq
18:52 17.09.2020

ÜST-dən COVID-19 peyvəndləri ilə bağlı açıqlama - Peyvəndin 2021-ci ilin ortalarında ölkələrə çatdırılacağı planlaşdırılır
18:21 17.09.2020

Kirayə mənzillərin qiyməti artıb - Ucuz mənzillər əlçatmaz olub
17:36 17.09.2020

Qaranlığa qərq olan Bakı küçələri - 690 küçənin işıqlandırılması nə vaxt başa çatacaq?
17:21 17.09.2020

Nəzarətsizlik yoxsa məsuliyyətsizlik? - Yeni inşa edilən idman və oyun meydançaları yararsız haldadır!
16:54 17.09.2020

Almaniyada artıq bağçalar fəaliyyətini bərpa edib - Bəs, hansı qaydalar əsasında?
16:36 17.09.2020

Şəkidə iki avtomobil toqquşdu, biri alışdı - Üç nəfər xəsarət alıb
16:21 17.09.2020

Bakı şəhər icra başçısının tapşırığı necə icra olunur? - Qaradağda zibil qutuları yenisi ilə əvəzlənir
15:54 17.09.2020

Korrupsiyaya qarşı mübarizə - Keyfiyyətcə yeni müstəviyə keçilib
15:36 17.09.2020

Gədəbəyə mediatur təşkil edildi - Tarixi memarlıq abidələri ziyarət olundu
15:23 17.09.2020

QARABAĞIN AZƏRBAYCANLI İCMASI CAVAB VERDİ
13:46 17.09.2020

Məktəb ləvazimatları necə dezinfeksiya olunmalıdır? - VİDEO
13:24 17.09.2020

AZƏRBAYCAN UKRAYNANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ DƏSTƏKLƏYİR
13:10 17.09.2020

Sosial şəbəkələrdə 7-ci sinif tarix dərsliyi ilə bağlı video yayılıb - Artsax yoxsa Arsak? - VİDEO
12:48 17.09.2020

Balıq mövsümündən sui istifadə edənlər - VİDEO
12:23 17.09.2020

Baş prokurorluq məlumat yaydı - YENİLƏNİB - VİDEO
12:00 17.09.2020

Şəhid üçün tikilən evi söküb məscid tikmək istədi - VİDEO
11:36 17.09.2020

İki ölkə arasında viza rejimi ləğv oluna bilər - VİDEO
11:10 17.09.2020

Eldar Əzizov xəbərdarlıq etdi - Yenilənib - VİDEO
10:44 17.09.2020

80 yaşını qeyd edən sənətkar həyatının ən yaddaqalan hadisələrindən danışıb - VİDEO
10:22 17.09.2020

"Qarabağ" Çempionlar Liqasını tərk etdi
09:59 17.09.2020

Qanunsuz balıq ovu - VİDEO
14:16 16.09.2020

"Bakıya qələbə dalınca gedirik" - Fatih Terim
13:54 16.09.2020

Dönər, yanında da ayran, cəmi 1 manata - VİDEO
13:35 16.09.2020

Yeni dərs ilini yeni məktəblərdə qarşılamaq ayrı bir sevinc və həyəcandır - VİDEO
13:12 16.09.2020

Şəbnəm Tovuzlu - "7 Canlı"da - VİDEO
12:47 16.09.2020

Bəzi günlər var ki, illər keçsə də, unudulmur
12:23 16.09.2020

V.Ə.Axundovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
12:00 16.09.2020

F.T.Əhmədovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
11:40 16.09.2020

102 il sonra yenə çiyin-çiyinə - VİDEO
11:22 16.09.2020

"Baku Bus"a məxsus avtobusda yanğın baş verib - Yenilənib - VİDEO
11:01 16.09.2020

Azərbaycan və Türk şahinləri Gəncə səmasında
10:39 16.09.2020

Samir Nuriyev sədr seçildi - Yenilənib - VİDEO
10:17 16.09.2020

Prezident İlham Əliyev yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciət edib - YENİLƏNİB - VİDEO
09:54 16.09.2020

TEMPERATUR AŞAĞI ENƏCƏK,YAĞIŞ YAĞACAQ
14:04 15.09.2020

Koronavirusa yoluxanların sayı 29 milyon 400 mini mini ötüb
13:43 15.09.2020

MƏHDUDİYYƏTLƏR SƏRTLƏŞDİRİLİB - Fransada
13:20 15.09.2020

BAKININ BOLŞEVİK-DAŞNAK İŞĞALINDAN AZAD EDİLMƏSİNDƏN 102 İL ÖTÜR
12:57 15.09.2020

DYP valideyinlərə müraciət edib - VİDEO
12:34 15.09.2020

Dərman vasitələrinin satış qiyməti - Apteklrədrə qiymət fərqi varmı? - VİDEO
12:10 15.09.2020

Bütün xəbərlər