Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Azərbaycan kinosunun sönməyən "Ocağ"ı - Kinomuzun İtaliya realizmi - VİDEO - VİDEO - FOTOLAR

Azərbaycan kinosunun sönməyən "Ocağ"ı - Kinomuzun İtaliya realizmi - VİDEO - VİDEO - FOTOLAR
5307 dəfə oxunub

Azərbaycan kinosunun sönməyən ocağı

ARAYIŞ: Rasim Mirqasım oğlu Ocaqov 1933-cü il noyabr ayının 22-də Şəki şəhərində anadan olub. 1951-1956-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb. 1965-ci ildə Azərbaycan Teatr İnstitutunu bitirib."Ad günü" filminə görə Azərbaycan Dövlət mükafatına, "İstintaq" filminə görə isə SSRİ Dövlət mükafatına layiq görülüb. R.Ocaqov "Onun böyük ürəyi", "Əsl dost", "Bizim küçəmiz", "Mən rəqs edəcəyəm", "Sən niyə susursan?", "Bir cənub şəhərində" və digər filmlərdə operator kimi çalışıb. R.Ocaqovun rejissor kimi çəkdiyi ilk film "Gəncəbasardan olan qisasçı" olub. R.Ocaqov milli kino salnaməsində unudulmaz izlər buraxan filmlərin rejissorudur. Həmin filmlər arasında "Tütək səsi", "Ad günü", "İstintaq", "Bağlı qapı arxasında", "Park", "Başqa həyat", "Hava məbədi", "Təhminə", "Otel otağı" və digərləri var. R.Ocaqov 2006-cı il iyulun 11-də dünyasını dəyişib.

 “Həyatımdan razıyam. Mən hər cəhətdən bəxti gətirən adamam. Anadan olduğum məkan və zaman, kinoya gəldiyim dövr, çəkdiyim filmlər, qarşılaşdığım insanlar, ailə həyatı qurmağım, övladlarım. Bəxtli adam olmaq həyatımın fenomenal cəhətidir”.

Bunu Rasim Ocaqov müsahibələrindən birində deyib.O Rasim Ocaqov ki, Azərbaycan kinosunda qaladığı ocağın istisi hələ də buzları əridir, nuru qaranlığa çıraq olur.Onun adı ilə çox söz söyləmək olar.İnsan kimi, operator kimi, rejissor kimi və ən başlıcası novator kimi. Amma bütün bunlar onun kinoya gəlişi üçün deyildi. Ocaqov tamam başqa bir sahənin insanı idi. Onun bilikləri, dünyagörüşü və bacarıqları bu yeniyetmə oğlanı xəyyallarının qanadında haralara aparmamışdı? Düşünün, o zaman sovetlərin ən kəskin dövrü, amma eyni zamanda biliyin, elmin zirvədə olduğu dövr.

Ocaqov Şəkidə doğulmuşdu. Onun həyatında mühüm rol oynayan Şəkidə. O zamankı Şəkinin məşum ruhu insanalarn ruhuna, simasına əbədi kədər həkk etmişdi. Bunun bir səbəbi vardı: Sovetlərin repressiyası davam edir, Bağırovun xrom çəkmələrinin səsi Şəki küçələrindən kəsilmirdi.Sonra amansız müharibə başladı.

Ocaqov bu haqda müsahibələrindən birində demişdi:

“1941-42-ci illərdə almanlar gəlib Mozdoka çatmışdılar. Bu, Şəkidən o qədər də uzaq deyil. Bizim tərəfdən yerli adamlardan ibarət partizan dəstələri yaradıb, təlimlər keçirdilər. O biri tərəfdən isə almanlar bizim adamlardan əsir götürür, onları öyrədir, öz xeyirlərinə təbliğat aparmağa məcbur edirdilər. Sonra da şəkili əsirləri Şəkiyə, gəncəliləri Gəncəyə, dağıstanlıları Dağıstana, nə bilim, sonra haralara göndərirdilər. Bir də eşidirdik, camaat arasında gəzib-dolaşıb söz yayanlar var. Nə bilim, Hitler bizimlə müharibə aparmır, onlar bizə xoşbəxtlik gətirəcək, biz gərək almanların tərəfinə keçək. Qərargahda bundan xəbər tutub, onları bir-bir izləməyə başladılar. Xeyli vaxt keçmişdi. Bir gün dərsdə idik. Məktəbə xəbər gəldi ki, dərsləri saxlayın. Şəhərə elan verilib ki, hamı - balacadan-böyüyə kimi, satqınların cəzalandırılmasına baxmalı, onların aqibətini öz gözləriylə görməlidir. 12-15 nəfər idilər. Onları yığmışdılar Zaqatala dəmir yolunun keçdiyi körpü tərəfə. Bütün şəhər yığışmışdı bura. Yaxında çay axırdı. Bu qədər millətin yığışdığı yerə elə sükut çökmüşdü ki, eşidilən yalnız çayın şırıltısıydı. Birdən əmr verildi. Atəş açıldı. Güllələnən adamların qohumlarının qara-qışqırığı, şaxsey-vaxseyi, ölənləri oxşamaları göylərə qalxdı, mərəkə qopdu burda. Bayaqdan dünyanın gəldi-gedərliyindən şirin nağıl danışan axar suların şırıltısı tamamən itib-batdı, göz qabağında unudulub getdi. Bundan sonra nə qədər yaşayacağımı bir Allah bilir. Amma o səhnə heç zaman yadımdan çıxmaz”.

Ocaqov sonralar bu hadisələr haqqında söz düşəndə deyirdi ki, “Tütək səsi” filmində qismən də olsa arxa cəbhə həqiqətlərini verə bilımişdi. Hər şeyin cəbhə üçün olduğunu deyən rejissor bunu filmdə dolğun şəkildə vermək istəsə də senzuraya görə mümkün olmur. Amma müharibə dövrü səfalət və yoxsulluqla keçsə də, Ocaqovun həyatında yaxşıya doğrü mühüm rol oyanıyr.

Rusiyanın alman hücumuna məruz qalmış şəhərlərindən yüzlərlə alim, musiqiçi, ziyalı Azərbaycana göndərilir. Belə insanlardan Şəkidə də  vardı. Əvvəlcə Rasim güman edirdi ki, neftçi olacaq. Bakı neft institutundan tələbələr o zaman dəmir yolu qulluqçusunun mundirini xatırladan çox gözəl formanı daşıyırdılar. Nə vaxt ki, Şəkiyə dağlara  göndərilən  geoloqlar gəldilər məktəbli düşündü: geoloq neftçidən daha maraqlı işdir! Amma üçüncü gəliş onun həyatını tamamilə dəyişdi.

Bakıdan gələn kinoqruppa Şəkinin xalçaları ilə bağlı film çəkirdi. Bu qrupun yanında yer alan, onlara kömək göstərən uşağı kinooperotun işi ovsunlamışdı.Bu da Rasimin həyatında qəti qərar vermək üçün mühüm rol oynadı. Evdə kinooperator olmaq arzusun bildirəndə hər kəs narazı qalır. Heç kim onun kinonu sənət , peşə seçməyini qəbul edə bilmirdi. Amma orta məktəbi bitirən Rasim birbaşa Moskvaya yollanır. Və beləliklə də, uzaq cənub şəhərinin kimsəsiz övladı böyük paytaxta böyük arzularla gəldi. O zamanlar isə bu cür ixtisaslara sahib olmaq üçün kiminsə tapşırığı və təyinatlar mühüm rol oynayırdı. Amma gənc Rasim birbaşa kimsəyə ümd etmədən ittifaqın əsas kino məktəbinin qapısını döyür.

 Sonralar rejissor zarafatla deyirdi ki, onun Moskvaya oxumağa getmək sərgüzəştlərindən “Şəkili oxumağa gedir”adlı çoxseriyalı film çəkmək olardı.

“Atam məni Şəkidən Bakıya gətirdi. Hər cür yol tədarükü görəndən sonra məni Bakı - Moskva qatarıyla yola saldı. O mənim üçün beynəlxalq vaqona, ikinəfərlik kupeyə bilet almışdı. 70 saatlıq, yəni üçgünlük yol idi. Bircə oğlu vardı, nigarandı deyə, məni rahat, bahalı kupedə yola salırdı. Çox gözəl vaqonuydu. Xalçalar döşənmişdi, kupedə stolun üstündə qəşəng fincanlar, qrafin varıydı. Müharibədən sonrakı dövrdən danışıram, hər yerdə, hər addımda oğrular olurdu. Vağzallar qaynaşırdı. Əsl cibgirlər meydanıydı. Yay olduğundan, kupenin pəncərəsini açıq qoymuşdum. Ya "Minvodı", ya da "Rostov" stansiyası idi, yadımda deyil. İkicə dəqiqəliyə siqaret çəkməyə çıxmışdım. Dönüb görürəm, kupe elə səliqəylə təmizlənib, yəni hər şey oğurlanıb ki, yerimdə qurudum. Hələ də anlaya bilmirəm, pəncərənin o dar gözlüyündən necə içəri girib, o böyüklükdə xalçanı ordan çıxarmaq olardı? Yaxşıdı, çemodanım qapı tərəfdə, görünməz olan yerdə qalmışdı. Nəsə, hər nə oğurlanmışdısa, gəlib hamısının pulunu bircə-bircə məndən çıxdılar. Moskvaya çatanda, demək olar, boş ciblə getdim VQİK-ə (Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutu - red.) daxil olmağa. Ümidim təkçə Moskvada yaşayan əmimə idi. Onlara gedəndə qapını üzdən məni tanımayan xanımı açdı, dedi, əmim gedib ezamiyyətə. Bir neçə gün olmayacaq. İşlərin belə tərs gətirməsi mənim günümü acınacaqlı hala salmaqdaydı. Peşman qayıtdım vağzala, çemodanımı saxlama kamerasına təhvil verib, başladım veyllənə-veyllənə müsabiqə gününü gözləməyə. Gecələr vağzalda, ya da Mərkəzi Teleqrafın binasında qalırdım”.

İmtahanda

Kinerejossorun imtahan prosesi daha əzablı keçməyə başlayır. “Müsabiqə günü də mənimçün əməlli-başlı sərgüzəştə çevrildi. İmtahan komissiyası məndən soruşur, buyur, danış görək fikrin nədir. Deyirəm, gəlmişəm kinooperator kurslarına daxil olmağa.

- Göstər görək, nəyi bacarırsan - Komissiya üzvlərindən biri soyuq tərzdə mənə deyir.

Burda aktyor, rejissor kurslarına daxil olanlar şeir söyləyir, etüd, səhnəcik göstərirdilər. Bəs operator neyləməlidir? Odur ki, mən çaşqın dayanıb onlara baxırdım. Axırda yenə bayaqkı adam nə tələb olunduğunu mənə anlatmaq üçün bir az da səsini qaldırdı:

- Kinooperator kurslarına daxil olmaq istəyən fotoişlərini imtahana təhvil verməlidir, cavan oğlan.

Bilirsiniz, məni nə xilas elədi? Evdən, Şəkidən çıxanda uzaq yol gedirəm deyə, ailə fotoalbomumuzu da darıxanda baxmaqdan ötrü özümlə götürmüşdüm. Orda mənim çəkdiyim fotoşəkillər də vardı. O dəqiqə həmin albom yadıma düşdü. Utana-utana dedim:

- İşlərim vağzalda çemodanda qalıb. Olar, gedim gətirim?

Gülüşdülər. Humanistlik göstərib mənə icazə verdilər. Vağzalda albomdan özüm çəkdiyim fotoları seçib götürdüm. Hələ uşaq vaxtımdan atam mənə fotoaparat almışdı, şəkil çəkməyi xoşlayırdım. Mənzərəli yerləri, dağları, meşələri, çayı, şəlaləni çəkməzdim. Daha çox məhəlləmizi, qohumlarımızı, tində oturub çubuq çəkən qoca kişiləri, çörək növbəsini, paltar asılan zivələri, üzü qırış-qırış olan qarı nənələri, döngələri, daş-kəsəyi çəkərdim. Məişət şəkilləriydi. Profesional səviyyədən söhbət belə gedə bilməzdi. Ora daxil olmağa gələnlər illərlə hazırlaşırdılar. Fotoestetikanın bütün tələblərinə cavab verən iriformatlı, bahalı, uyğun kağızlara çıxarılmış işlər müsabiqəyə verilirdi. Məndə isə elə-belə, ailə fotoalbomu üçün şəkillər idi. Əlbəttə, məni imtahanlara buraxmadılar. Amma komissiya üzvləri işləri yığıb, mənə qaytarmaq istəyən məqamda, birdən… Yenə də bəxt. İçəri komissiyanın sədri Qolovnya daxil oldu. Onun kinoda çox böyük nüfuzu vardı. Mənə qaytarılan şəkilləri götürüb bir-bir baxmağa başladı. Sən demə, o, İtaliya neorealizminin fanatik pərəstişkarı imiş. Viskonti, De Sika, Rosselini, Fellininin çəkdiyi neorealist filmlərdə məişət səhnələri xırdalığına qədər təsvir olunur. Doğrudur, mənim o zaman bu kino cərəyanından heç xəbərim yoxuydu. Amma üslub insanla birgə doğulur. Doğmalıq İlahidən gəlir. İndiyə qədər istər bizdə, istərsə xaricdə məni neorealist rejissor kimi qəbul edirlər. Qolovnya fotolara təkrar-təkrar baxdı və komissiyaya təklif etdi ki, məni imtahanlara buraxsınlar. İşlərim Qolovnyanın o qədər xoşuna gəlmişdi ki, ümumi imtahanları necə verdiyimə şəxsən özü nəzarət edirdi. Sözsüz, mənim fotolarım keyfiyyətinə görə deyil, məzmununa, sadəliyinə və həyat duyumuna görə məşhur operatorun xoşuna gəlmişdi. Onu da deyim ki, operatorluq fakültəsinə bir yerə 16 adam sənəd vermişdi. Sonda mənimlə bir təcrübəli adam həmin yerə namizəd qaldıq. Yenə də Qolovnyanın hesabına mən qəbul olundum.

Deyirlər, kədər kədər üstə, sevinc sevinc üstə gələr. Sonuncu imtahandan çıxıb gördüm, vestibüldə Moskvada yaşayan Cəmil əmim dayanıb məni gözləyir. Qəbul olunduğumu bilcək çox sevindi, məni qucaqlayıb bağrına basdı. Sonra mənim qara günlərimin şahidi olan çemodanımı da götürüb evlərinə apardı”.

Rasmin qəbul olmasına heç kim inanmır. Sentyabr ayında dərslər başlayanda Rasim Moskvaya yola düşür. Atası təyyarə ilə ondan qabaq Moskvaya çatır. Onun həqiqətən də daxil olduğunu dəqiqləşdirir və Rasim Moskvaya çatanadək onun üçün otaq tutur, kirayəsini də qabaqcadan ödəyir.

Bakıda təyinat

Kino məktəbində təhsili uğurla başa çatır. Rasim kafedra müdiri Qolovnaynın ən sevimli tələbəsi olur.

Məktəbi bitirənə yaxın Qolovnya onu Moskvada saxlaya bilməyəcəyini üzülərək deyir və Rasimi “Lenfilm”dən gələn boş operator yerinə qeydiyyata aldırır. Amma Şəkidən gələn məktublar ara vermir. Anası tez-tez məktub yazaraq oğlunu Azərbaycana çağırır. Anasının sözündən keçə bilməyən Ocaqov “Lenfilm”dən gələn təklifi qəbul etməyərək, Bakıya təyinat almağa məcbur olur. Halbuki, o zamanlar “Lenfilm” ittifqaın ən güclü kino mərkəzlərindən idi.

Azərbaycan kinosunda Ocaqovun İtaliya Realizmi

“O zaman təkcə Azərbaycan kinosunda yox bütün dünya kinosu inkişafdaydı. 1950-60- 70, bir az da 80-ci illər dünya kinosunun intibah dövrüdür. Sonra dövr kimi kino sənəti də dəyişdi. Hər halda, buna yüksəliş demək olmaz. Mən məhz 50-ci illərdə kinoya gəldiyimə görə özümü xoşbəxt sanıram. İtaliyada neorealizm, Fransada "yeni dalğa", Sovet İttifaqında intellektual kino, təxminən, dediyim illərdə baş verib. Azərbaycan kino işçiləri də çalışırdılar geri qalmayalar”- deyirdi Ocaqov.

 İlk operatorluq işi

Rasim Ocaqov 1956-cı ildə operator kimi ilk işinə başlayır.

"Uzaq sahillərdə" filmində ikinci operator kimi fəaliyyət göstərir. Filmdə əsas operator Əlisəttar Atakişiyev idi. Yenə "bəxt" üzünə gülmür. Çox uğurlu filmlə işə başlasa da  sona yetirə bilmir. Filmin Yaltada çəkilişləri gedəndə, Bakıdan teleqram gəlir ki, Rasim Ocaqov təcili Bakıya qayıtmalıdır. O başqa filmin baş operatoru təyin edilmişdi. Film "Onun böyük ürəyi" adlanırdı. Quruluşçu rejissor Əjdər İbrahimov idi. Sonralar Ocaqov deyirdi ki, eşitdim ki, məndən söz düşəndə, Əjdəri dilə tutub fikrindən daşındırmaq istəyiblər: "O hələ cavandır, filmə quruluşçu operator təcrübəli adam götürsən, daha yaxşı olar". Əjdər məni Moskvadan tanıyırdı. Bacarığıma, yaradıcı görüşlərimə yaxşı bələdiydi. Buna görə də məni seçməyində israr göstərib fikrindən dönmədi. Elə mənim həyatım üçün də "Onun böyük ürəyi" filmi əlamətdar oldu. Filmdə uzun müddət Rəna roluna aktrisa tapa bilmirdik. Sonra bu rola Azərbaycan Pedaqoji İnstitutundan bir tələbə qızı dəvət etdik. Çəkilişlərdə mən onu, o da məni bəyəndi. Filmin premyerasına qədər artıq biz ailə qurmuşduq. İndiyə qədər bir yerdəyik. Övladlarımızı böyütmüşük. Bu da taledir. Bizim böyük ürəyimizin taleyi. Bəxtimizdən şikayət etmirik. Mən operator kimi çox işləmədim. Yalnız 14 filmdə operator olmuşam”.

Kinoda Ocaqov dövru başlayır

Birdən-birə ona rejissor kimi çalışmaq elə də asan qismət olmur. Bir neçə ssenarisi kinostudiyadan geri qaytarılır. Ona yalnız bunu tövsiyə edirdilər ki, yaxşı opertordur və o bunda çox uğurlu alınır.

İlk dəfə onun rejissor arzusuna Həsən Seyidbəyli yardım edir. “Sən niyə susursan?" və "Cazibə qüvvəsi" filmlərində həm operator, həm də ikinci rejissor işləyir. Amma onun rejossor olaraq qalımasına əngəl olanlar üçün cavab verməyə hazırlaşır və Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti - red.) dram rejissorluğu şöbəsinə Məhərrəm Haşımovun rəhbərlik etdiyi kursa daxil olur.

İnstitutu bitirməmiş baş verən təsadüf onun daha tez kinoda parlamasına səbəb olur. Bu haqda özü belə deyirdi: “Kinostudiyada "Qatır Məmməd" adlı film çəkilirdi. Rejissoru Hüseyn Seyidzadə idi. Filmin artıq 70 faizi çəkilmişdi. Baxışda çəkilən materiallar bəyənilmədi. Zəif alınmışdı. Çoxlu pul xərclənmişdi. Filmi yenidən çəkməkdən ötrü az vəsait və az vaxt qalmışdı. Kinostudiyada o zaman ildə 8 film çəkilirdi. 4 bədii film və 4 bədii televiziya filmi. Bu sıradan bir vahidi itirmiş olurduq. Vəziyyətdən çıxış yolu tapmaq lazım idi. Yalnız 40 çəkiliş günümüz qalmışdı. Bu müddətdə hər şey dəyişməli və yeni film çəkilməliydi. Hansı rejissora bu iş təklif olunurdusa, imtina edirdi. Mən bunu özümçün şans bilib riskə getməliydim. Amma yox, mən də filmi çəkməkdən imtina edib, filmi yenidən çəkməyə razılıq verdim. Gecələr yatmayıb, ssenari üzərində işləyirdim, səhərlər çəkilişə gedirdim. Ən əvvəl Qatır Məmməd rolunda üzü zərif cizgili, ziyalı görünüşlü Əlabbas Qədirovu, sərt xarakterli Şahmar Ələkbərovla əvəz etdim. Ssenariyə görə, Qatır Məmməd üzdən daha kobud və mübariz idi. Yusif Səmədoğlu mənə çox kömək elədi. Ssenarini, bütün aktyor tərkibini, dekorasiyaları, hər şeyi, hər şeyi dəyişməli oldum.Bu variant uğurlu film kimi qəbul olundu”.

Tütək səsi”

Qatır Məməd filminin uğurlu nümayişindın dərhal sobnra rejissor tələbə kimi diplom işi olaraq “Tütək səsi” filminə başlayır. Hadisələr müharibə illərində Azərbaycan kəndlərinin birində cərəyan edir. Qəhrəmanlar, əsasən uşaqlar, daha doğrusu, yeniyetmələrdir. Hansı ki,  həmin dövrü onlar kimi yaşamşdı. Bir az avtobioqrafik olan film rejossora böyük şöhrət qazandırır. Onun rejissor işi olan "Tütək səsi" öz orijinal səhnələri, çəkiliş manerası, mövzunun bədii həlli baxımından Azərbaycan kinosuna xeyli yeniliklər gətirdi.

Ardınca da “Ad günü”

g

“Ad günü"nün ssenari variantında qəhrəman ümumi mənada azərbaycanlıdır. Moskvaya gedib Mərkəzi Poçtda bir qadınla görüşür.

“Rejissor ssenarisini işləyəndə mən dedim, nəyimizə lazımdır Moskva? Qoy qəhrəman Mustafa adlı bir şəkili olsun, Bakıya gəlib şəhərli qadınla görüşsün. Heç ağlıma gəlməzdi, bu da başıma bir əngəl olacaq. Film Ümumittifaq Mərkəzi Televiziyası ilə nümayiş etdiriləndən sonra, şəkililər o ki var, dalımca söydülər. "Bu nədi, bizi biabır eləyib. Atası Şəkidə adla tanınan bir kişinin oğlu, Şəkinin çörəyini yeyib-böyümüş bu adam, bütün İttifaqa şəkilini səfeh kimi təqdim eləyib. Yəni şəkili bu qədər əfəl oldu ki, gözəl bir xanımın dəvətiylə gecə onun evinə getsin, sonra da heç bir şey eləmədən yağışın altında yetim kimi bayıra atılsın?!". Bu sözləri evdən də, tanış olanlardan da, tanış olmayanlardan da eşidirdim. Açığını deyim, qaçırdım bu söz-söhbətlərdən, bezmişdim. Elə o filmdən sonra tövbə elədim Şəki mövzusuna bir daha qayıtmağa. Yalnız iyirmi ildən sonra "Həm ziyarət, həm ticarət" filmində yenidən şəkili Mustafanı ekrana qaytardım. Yenə əfəl sifətində. Yadınızdadır da, onu İstanbulda uşaq kimi aldadıb soyurlar. Film ekranlara çıxandan sonra gözlədim, yenə həmyerlilərim məni danlayıb-qınayacaqlar. Amma belə olmadı. Ya bu illər ərzində mən dəyişmişdim, ya da bizim yerlərin camaatı. "Ad günü"nün başqa sərgüzəştləri Moskvada oldu. Onu qəbul edəndə, təxminən, iyirmi düzəliş verdilər. Rüstəm həyatı bilən və çox praqmatik adamdır. Onun təkidiylə mən də bu düzəlişləri etməyə razı oldum, təki əsas dramaturiji xətt, özək dəyişməsin və film ekranlara çıxsın. Məsələn, o zaman ölkədə ət-yağ qıtlığı vardı. Filmin qəhrəmanı bazara girəndə piştaxtada parça-parça ətlər asılmışdı. Dedilər, onu çıxarın, camaatı cırnatmaq lazım deyil. Nə olar, çıxartdıq. Beləcə, iyirmiyə yaxın xırda çıxarış etdik”.

 

Və rejissorun ən güclü və ən başıbəlalı filmi-“İSTİNTAQ”

“İstintaq"- Bu filmin ssenarisindən tutmuş, onu Moskvada təhvil verənə qədər başımız ağrıdı. Bütün mərhələlərdə bizə bir nəfər şəxs kömək elədi - Heydər Əliyev. Burda filmə baxış keçirəndə Heydər Əliyev və hökumət adamları iştirak edirdilər. Baxış qurtarandan sonra müzakirə başlandı. Əliyev sözünü axırda deməliydi. Bu, məmurları çox çətin vəziyyətə saldı. Bilmirdilər, respublikanın rəhbəri filmi bəyənib, ya yox. Odur ki, danışanlar gah nala vururdular, gah mıxa. Bəziləri durub əməlli-başlı tənqidə keçdilər: "Bu nədi? Siz bizim cəmiyyətimizi qapqara rəngə boyamısınız. Müstəntiqin 3 manat pulu yoxdu ki, uşaq ayaqqabısını təmirə vermək əvəzinə, gedib təzəsini alsın? ". Bu kimi çox tənqidi söz deyildi. Guya bizim o vaxtkı cəmiyyətimizdə korrupsiya yoxuydu. Sonda Heydər Əliyev danışdı və filmin olduqca uğurlu və cəmiyyətimiz üçün faydalı olduğunu söylədi. Sonra Moskvada filmi çox çətinliklə qəbul etdilər. Əsərdə qəhrəman özünü asır. Filmdə isə bizi məcbur etdilər ki, bunu yalnız intihara cəhd kimi göstərək. "İstintaq" Düşənbədə keçirilən Ümumittifaq festivalda baş mükafata layiq görüldü. Ukrayna və Özbəkistan respublikalarında filmin nümayişi qadağan edildi. Həhayət, bu filmin yaradıcı heyətinə SSRİ Dövlət Mükafatı verildi. Mən bu müddətdə Heydər Əliyevin gücünün və iradəsinin şahidi oldum.”

Ocaqovun realizmi

“Fəxrəddin Manafov mənim "Park" filmimə qədər heç yerdə çəkilməmişdi. Tanınmırdı. Təsadüfən, onu kinostudiyanın həyətində gördüm, hansısa filmə sınaq çəkilişinə gəlmişdi. Mən onu "Park"ın sınağına dəfət etdim. Sınaqdan uğurla çıxdı, rola təsdiq olundu. "Park"dan sonra daha altı filmimdə çəkilib. Mən seçimimdə yanılmadım. Onu sonra keçmiş İttifaqın müxtəlif kinostudiyalarında filmlərə çəkdilər. İndinin özündə də çəkilir. Ona görə ki, mənim filmlərimin qəhrəmanları maraqlı insanlardır. Bayaq siz dediyiniz kimi, uğursuz da olsalar, mənən sınmırlar, dəyişməz qalırlar. Əlbəttə, məndən onların yeganə fərqi bəxtlə, uğurla bağlıdır. Amma bu, yeganə fərqdir. Onları filmin əvvəlində tamaşaçı necə görürsə, axıra qədər elə qalırlar. Onlar faciəni yaşayırlar. Amma sınmırlar. Qəhrəman kimi bizim yadımızda qalırlar. Bu gün qəhrəmana bizim kinomuzda, teatrımızda, ədəbiyyatımızda, ümumiyyətlə, cəmiyyətimizdə böyük ehtiyac var. Onlar ölümdən, qüvvələr nisbətinin fərqli olmasından qorxmamalıdırlar. Öz daxili keyfiyyətlərinə sadiq qalmalıdırlar. Amma bu, sifarişli qəhrəman olmamalıdır. Real həyatdan gəlməlidir. Mən bir daha təkrar edirəm ki, kinoda idealım İtaliya neorealizmi olub. 1950-ci illərdən bu günə qədər. Mən sərt realizmin tərəfdarıyam. Düz demək lazımdır. Qəhrəmanı yalandan şişirtmək yox. O, qəhrəmandırsa, deməli, onu sarsıntı gözləyir. O, qəhrəmandırsa, onu sarsıdan səbəblərin də, gözünə dik baxmalıdır. Fəxrəddin mənim ideyama, dünyagörüşümə şərik aktyordur. O, fikri tez tutur, tez yerinə yetirir. Mən onu qəhrəman görə bilirəm. Bəs Hacı İsmayılov? "Ad günü"nə qədər məyər o, kinoda çəkilmişdi? İndi mənə elə gəlir ki, bizim kinoulduzlarımızın siyahısında Hacının da adı mütləq çəkilməlidir. Onun yaratdığı Mustafa nəinki bizdə, ümumiyyətlə, kinoda qeyri-adi qəhrəmandır. İlk baxışda zəif insandır, bəli, əfəldir. Amma həllediyi məqamlarda onda daxili qüvvəyə bir fikir verin. Kino çox mürəkkəb sahədir. Kino əsəri olduqca incə tellərlə bir-biriylə əlaqəyə girən müxtəlif komponentlər bütövlüyüdür. Onlardan biri qırılarsa, film uğursuz alınacaq. Odur ki, mən görüb-maraqlandığım adamı öz filmimə dəvət edirəm. Bir də yenə bəxt.”

Rasim Ocaqovun müstəqilliyimizin ilk dövrlərində çəkdiyi "Qətldən 7 gün sonra", "Təhminə", "Həm ziyarət, həm ticarət", "Otel otağı" və digər filmləri milli zəmində lentə alınmış sənət nümunələridir.

Əziz Əlibəyli

BUNU DA OXU

Bakı-Şamaxı yolunda ağır qəza - 5 nəfər həyatını itirib - VİDEO
Kürdəmirdə yol qəzası baş verib - ÖZƏL - FOTOLAR
Çimərlik mövsümünə az qaldı - VİDEO
ATV-nin əməkdaşlarının koronavirus testi neqativ çıxdı - Yenilənib - VİDEO
Ələt azad iqtisadi zonası yaradıldı
Xəbər lenti

Ermənistanda koronavirus üçün test tapılmır - Virusa yoluxanları sayı 8 minə çatır
19:57 27.05.2020

İranda ziyarətgahlar açıldı - Daha 56 nəfər koronavirusun qurbanı oldu
19:32 27.05.2020

Gürcüstanda qadağalar aradan qaldırılır - Tiblisidə metro mayın 29-da açılacaq
19:16 27.05.2020

900 “Taliban” üzvü sərbəst buraxıldı - Azad edilən “Taliban” məhbuslarının sayı 2000-ə çatıb
19:12 27.05.2020

Türkiyədə komendant saatı başa çatıb - 47 mindən artıq insan cəzalandırılıb
18:59 27.05.2020

Co Bayden Trampı ittiham etdi - “O, tamamilə axmaqdır”
18:45 27.05.2020

Britaniya tarixində ilk - Hicablı müsəlman qadın hakim seçildi
18:23 27.05.2020

ABŞ qoşunlarını Əfqanıstandan çıxaxrır - Əsgərlərin evlərinə qaytarılması ilə bağlı danışıqlar gedir
18:03 27.05.2020

Ucarda gürzə ilanı öldürülüb - Uzunluğu təxminən 2 metr olub
17:41 27.05.2020

Şagirdlərin illik qiymətləndirilməsi - Hansı şagirdlər sinifdə qalacaq?
17:27 27.05.2020

Əhaliyə tibbi maska paylandı - Vətəndaşlar maskadan istifadə etmir
17:15 27.05.2020

Mingəçevirdə ağac məktəbin stadionuna aşıb - Sakinlər narahatdı
16:57 27.05.2020

Respublika Günü münasibətilə Moldova prezidenti İqor Dodon prezident İlham Əliyevə təbrik məktubu göndərib
16:41 27.05.2020

Ukrayna prezidenti Vladimir Zelenski Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
16:27 27.05.2020

1 tona yaxın çətənə kolu məhv edildi - Şəki sakinində narkotik vasitə aşkarlandı
16:18 27.05.2020

Salyanda kanaldan qadın meyiti tapıldı - Meyitin üzərində xəsarətlər aşkarlanıb
16:03 27.05.2020

Cərimələrin tutulmasına başlandı - Cərimələr necə ödəniləcək?
15:41 27.05.2020

Atəşkəs 25 dəfə pozuldu - Mövqelərimiz atəşə tutuldu
15:28 27.05.2020

Zaqatalada mal tövləsi yandı - 70-dən çox ot bağlaması yanıb
15:12 27.05.2020

Bakıda 11 yaşlı uşaq atası tərəfindən bıçaqlanıb - Polis faktla bağlı araşdırmaya başlayıb
14:42 27.05.2020

Tovuzda 20 yaşlı piyada vuruldu - Yaralının vəziyyəti kafidir
14:23 27.05.2020

Pulsuz tibbi maska paylanıldı - VİDEO
12:27 27.05.2020

Çimərliklərə yeni tələblər qoyuldu - Yenilənib - VİDEO
11:58 27.05.2020

Bakı-Şamaxı yolunda ağır qəza - 5 nəfər həyatını itirib - VİDEO
11:26 27.05.2020

Smart qaz sayğacları dəyişdirilir - Yenilənib - VİDEO
11:01 27.05.2020

Şamaxının icra başçısı rayondakı vəziyyət barəsində danışdı - VİDEO
10:35 27.05.2020

Kürdəmirdə yol qəzası baş verib - ÖZƏL - FOTOLAR
10:10 27.05.2020

Abonent tərəfindən “Azərişığ”ın əməkdaşı güllələndi - Enerji borcunu istəməyə getmişdir
22:35 26.05.2020

Daha 132 nəfər koronavirusa yoluxdu - 78 nəfər sağaldı, bir nəfər vəfat etdi
22:14 26.05.2020

Astarada qadın qonaq getdiyi evdən oğurluq etdi - 10000 manat pul və qızıl-zinət əşyaları oğurlandı
21:45 26.05.2020

Sabiq nazir koronavirusdan öldü - İyunun 1-dən daxili turizmdə məhdudiyyətlər yumşaldılır
21:39 26.05.2020

Astarada narkotacirlər saxlanılıb - Narkotik vasitəni Bakıda satmaq istəyirmiş
21:25 26.05.2020

Gürcüstan xin rəhbəri təşəkkür edib - “Köməklik göstərilməsəydi koronavirusun öhdəsindən gəlmək çətin olardı”
21:04 26.05.2020

ÜST rəsmi açıqlama verib - Malyariya əleyhinə dərman koronavirusa təsir etmir
20:47 26.05.2020

Türkiyədə gizli yas mərasiminə qatılanlar koronavirusa yoluxub - 163 nəfərdə virus aşkarlanıb
20:25 26.05.2020

Gəncədə 61 yaşlı kişinin meyiti evində aşkarlandı - Meyitə kəsici – deşici alətlə xəsarət yetirilib
20:05 26.05.2020

Yayda avtomobillər niyə yanır? - Ustalar səbələri açıqlayır
19:41 26.05.2020

Pulsuz tibbi maska paylanıldı - İctimai nəqliyyatda maskadan istifadə vacibdir
19:08 26.05.2020

Zaqatalada çobanı ilan sancdı - Gürzə gödəkçənin qolunda gizlənibmiş
18:34 26.05.2020

Bərdədə 70 kq yararsız ət aşkarlanıb - Ətdən nümunələr götürülüb
18:12 26.05.2020

Gəncədə avtomobil quyuya aşdı - 1 nəfər öldü, 1 nəfər xəsarət aldı
16:49 26.05.2020

Avtomobil ağaca çırpıldı - Sürücü xəsarət aldı
16:35 26.05.2020

Zidan, Qvardiola, Ançelotti - Çempionlar liqasının ən yaxşı məşqçiləri məlum oldu
15:58 26.05.2020

18 avroluq maskalar - "Barselona"dan azarkeşlərə xüsusi təklif
15:39 26.05.2020

20 min avroluq turnir başlayır - Yarışda milli komandanın üzvləri də iştirak edəcək
15:29 26.05.2020

Atəşkəs pozulub - Mövqelərimiz sutka ərzində 26 dəfə atəşə məruz qalıb
15:13 26.05.2020

Ermənistanda vəziyyət kritikdir - Boş yerlər tükənmək üzrədir
14:58 26.05.2020

Baş nazirin görmə qabiliyyəti pisləşib - Boris conson koronavirusun səhhətinə vurduğu zərərdən danışıb
14:38 26.05.2020

ABŞ-da yeni təhlükəli virus yayılır - Sakinlər həyəcan təbili çalır
14:16 26.05.2020

Dünyada koronavirusla bağlı son statistika - Virus qurbanlarının sayı 348 minə çatır
13:45 26.05.2020

Rusiyada hərbi helikopter qəzaya uğradı - Ölənlər var
13:23 26.05.2020

190 manat birdəfəlik ödəmə nə vaxtadək olacaq? - VİDEO
11:25 26.05.2020

Çimərlik mövsümünə az qaldı - VİDEO
10:59 26.05.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıya səfər edib - Yenilənib - VİDEO
10:28 26.05.2020

ATV-nin əməkdaşlarının koronavirus testi neqativ çıxdı - Yenilənib - VİDEO
10:01 26.05.2020

Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanıldı - 15 günlük həbs olundu
22:36 25.05.2020

Rusiya vətəndaşı saxlanıldı - Evindən nartotik vasitə və odlu silah götürüldü
22:16 25.05.2020

11 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarıldı - Faktla bağlı araşdırma davam edir
21:58 25.05.2020

Yeni Zelnadiyada baş nazir canlı efirdə olarkən zəlzələ baş verdi - 5,8 bal gücündə zəlzələ 30 saniyə davam edib
21:39 25.05.2020

Oksford alimlərindən COVİD-19 pevəndi ilə bağlı açıqlama - Sınaqların uğurlu olacağı ehtimalı 50 faizdir
21:28 25.05.2020

Ermənistanda koronavirus sürətlə yayılır - Bir gündə 452 nəfərdə virus aşkarlanıb
21:16 25.05.2020

Böyük Britaniya karantin qaydalarını pozduğu üçün istefası tələb olunur - Hakim partiyadan da ona qarşı çıxanlar var
20:49 25.05.2020

İki qardaş saxlanıldı - 17 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarıldı
20:39 25.05.2020

İmişlidə növbəti dəfə dezinfeksiya işləri aprıldı - Sakinlərə pulsuz maska paylandı
20:13 25.05.2020

149 nəfər yeni koronovirusa yoluxdu - 134 nəfər sağaldı, 2 nəfər vəfat etdi
19:49 25.05.2020

Prezident Ilham Əliyev Gürcüstanın Prezidenti Salome Zurabişvilini Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik edib
19:37 25.05.2020

İtaliya Prezidenti Sercio Mattarella Respublika Günü münasibətilə dövlət başçısına məktub göndərib
19:26 25.05.2020

Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib
19:03 25.05.2020

Şamaxıda icra hakimiyyətində 1 nəfərdə virus aşkarlandı - İcra başçısı və əməkdaşlar karantindədirlər
18:39 25.05.2020

"Azəriqaz" sosial aksiya keçirdi - Evlərə pulsuz qaz xətti çəkildi
18:27 25.05.2020

Şəkidə əməliyyat tədbiri keçirilib - 1 ton çətənə məhv edilib
18:12 25.05.2020

Ağdaşda qanunsuz narkotik bitki əkən şəxs saxlanıldı - Faktla bağlı araşdırma başladılıb
17:58 25.05.2020

Karantin qaydalarını pozan restoran aşkar edilib - 32 nəfər məsuliyyətə cəlb edilib
17:36 25.05.2020

Təlimlər başa çatdı - Şəxsi heyət təcrübə və vərdişlər əldə edib
17:12 25.05.2020

Pandemiya dövründə ilk titul - Belarus kubokunun yeni sahibi məlum oldu
16:52 25.05.2020

Zidan özünütəcrid qaydalarını pozdu - "Real"ın baş məşqçisi cərimələnəcək
16:38 25.05.2020

Daha bir yüksək vəzifəli şəxs koronavirusa yoluxdu - Tuva respublikasının rəhbəri COVİD-19-a tutulub
16:15 25.05.2020

Trampın tvitlərini yazan şəxs məlum olub - “Bir centlmenim var”
15:48 25.05.2020

Virusa yoluxanların sayı 5 milyon 502 mini ötüb - Ölənlərin sayı isə 346 mini ötüb
15:27 25.05.2020

Atəşkəs yenə pozuldu - Mövqelərimiz atəşə məruz qalıb
15:12 25.05.2020

Bütün xəbərlər