Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Stalinin repressiya qurbanlarına bəraət verdirən yazıçımız - VİDEO - FOTOLAR

Stalinin repressiya qurbanlarına bəraət verdirən yazıçımız - VİDEO - FOTOLAR
5017 dəfə oxunub

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, istedadlı söz ustadı İmran Qasımov yazıçılıqla bərabər, həm də ədəbiyyatımızı xarici ölkələrdə yorulmadan təbliğ edən bir insan kimi tanınaraq sevilmişdi.

Onu bu şöhrət zirvəsinə aparan yollar müxtəlif döngələrdən, dönümlərdən, quruluş və dövrün tələblərindən keçmişdir. Xəzərdən start götürən bu çətin və şərəfli yaradıcılıq yolu Bakıdan çox uzaqlarda - Adriatik dənizinin sahillərində lövbər salmışdı. Nəticədə Azərbaycan ədəbiyyatına bir-birindən zəngin, dolğun və ədəbi cəhətdən mükəmməl əsərlər bəxş edilmişdir.

1939-cu ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olan İmran Qasımov bu qurumda müxtəlif məsul vəzifələrdə çalışmışdı. İkinci Dünya müharibəsindən sonra Azərbaycan Yazıçılar İttifaqında dramaturgiya üzrə məsləhətçi olmuş, "Literaturnıy Azerbaydjan" jurnalının baş redaktoru işləmişdi. 1961-ci ilin iyununda Azərbaycan yazıçılarının IV qurultayında Yazıçılar İttifaqının katibi seçilmişdi. 1975-ci ilin yanvarından ömrünün sonunadək Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi olmuşdu. İmran Qasımov həm də Azərbaycan Ədəbiyyat, İncəsənət və Memarlıq üzrə Dövlət Mükafatları Komitəsinin sədri idi.

Nasir, dramaturq, ssenarist və publisist İmran Qasımov çoxcəhətli yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan ədiblərdən biridir. Hələ sağlığında müxtəlif janrlarda yaratdığı qiymətli əsərləri öz dövrünün tədqiqatına çevrilmiş, yaradıcılığı haqqında müxtəlif monoqrafiya və əsərlər qələmə alınmışdı. İmran Qasımov öz dövrünün böyük yazıçısı idi.

Təbii ki, o, həmişə sovet ədəbiyyatının nümayəndəsi kimi təqdim edilirdi. Halbuki İmran Qasımov ömrü boyu müasirlərinin mənəvi zənginliyini, əxlaqi keyfiyyətlərini əks etdirən əsərlərə imza atmışdır. Nə yazırdısa, oxunaqlı, maraqlı, təbii və səmimi alınırdı. Bu səbəbdən də İmran Qasımovun əsərləri böyük rəğbətlə oxunurdu və sevilirdi. Oxucu sarıdan bəxti gətirmiş yazıçılardan idi. Həsən Seyidbəyli ilə birlikdə yazdığı "Cəbhədən-cəbhəyə" adlı romanı ötən əsrin ən çox oxunan əsərlərindən olub.

Tərcümeyi-halına nəzər saldıqda təəssüflənirsən ki, 63 il yaşamış İmran Qasımov dövlət müstəqilliyimizi görmədi. Onun sovet quruluşunda salnaməyə çevrilmiş yaradıcılığı müstəqillik dövründə tamam başqa cür olardı. Bir məsələdə təsəlli tapırsan ki, İmran Qasımov qüdrətli sənətkar idi, hansı quruluşda yaşamağından asılı olmayaraq yaradıcılığının üfüqləri geniş idi. İçindəki milli vüqar hissi yaradıcılığının istiqamətini düzgün təyin edirdi. O, Azərbaycan ədəbiyyatının mübariz əsgərlərindən idi. Yazıçının özünəməxsus fikridir: "Bədii ədəbiyyat hədsiz dərəcədə həssasdır. Bəşərin sevincini və kədərini əks etdirən zərif bir aparatdır, insan qəlbinə və zəkasına güclü təsir göstərən, yol tapan qüdrətli vasitələrdən biridir". Təbii ki, müəllif bu sözləri müəyyən məqsədlə işlətmiş, müqəddəs ideyaların, mənəviyyat aləminin zənginləşməsində ədəbiyyatın necə aparıcı mövqeyə malik olmasının əbədiliyini təsdiqləyən əsl şərtlərini bildirmişdir.

Ötən əsrdə ədəbiyyat yaradıcılarımızın çox sarsılmaz, möhtəşəm bir ordusu var idi. Əgər onun nəsr bölməsini götürsək, burada başda Cəfər Cabbarlı olmaqla Məmməd Səid Ordubadi, Mehdi Hüseyn, Mirzə İbrahimov, Süleyman Rəhimov, Əli Vəliyev, Əbülhəsən, İlyas Əfəndiyev, Əzizə Cəfərzadə və başqaları istər klassik, istərsə də müasir ədəbiyyatın gözəl ənənələrindən bəhrələnərək yeni ruhda yazıb-yaratdılar. Bu sırada İmran Qasımov öz dəst-xətti ilə seçilirdi.

XX əsr Azərbaycan ədəbiyyatının təməl daşını qoyanlardan biri olan İmran Qasımovun yaradıcılığında dənizin, Xəzər neftçilərinin xüsusi yeri var idi. Hətta onun qələmə aldığı bir sıra dram əsərləri sırf dənizlə bağlı olmuşdur: "Yer altından gələn səslər", "Arzu", "Yeni üfüqlər", "Xəzər üzərində şəfəq", "Xəzər neftçiləri haqqında dastan", "Dəniz cəsurları sevir", "İnsan məskən salır" (sonra bu adda ssenari də yazmışdır) və s. Dənizin romantikliyi onun qəlbini həmişə ilhama gətirirdi. Hətta bu mövzu ilə əlaqədar ondan soruşanda İmran Qasımov belə cavab verərdi: "Mən dənizdə doğulub, dənizdə böyümüşəm və haqqında yazdığım adamlar mənə doğmadırlar. Mənə elə gəlir ki, onlarla bir oxumuşam, bir yaşa dolmuşam". İmran Qasımovun yaradıcılığını təhlil edən ədəbi tənqidin də ilk variantlarında həmişə bir fikir vurğulanırdı ki, dəniz İmran Qasımovun əsərlərinə kükrəyən, üsyan edən, heç bir qara qüvvəyə güzəştə getməyən qüdrətli qüvvə kimi daxil olmuşdur.

İmran Qasımov qələm dostlarına, eləcə də gənc yazıçılara belə tövsiyə edərdi: "Bədii söz plakat deyil, rəngarəng rəsm əsəridir, onun emosional, intellektual təsir yolları mürəkkəb və çoxcəhətlidir". Bəlkə də bu səbəbə görədir ki, əlinə qələm alarkən onu düşündürən bütün mövzulara həssaslıqla, ağılla yanaşmaq İmran Qasımovun əsərlərinə yeni nəfəs, xüsusi əhval-ruhiyyə, gələcək sənət əsərləri üçün bünövrə, zəmin yaradırdı. Əlbəttə, İmran Qasımov əsrinin övladı idi. Onun yaradıcılığı sovet rejiminin ağır təzyiqləri altında çiçəkləyirdi. Lakin buna baxmayaraq yaratdığı əsərlər forma, məzmun, ideya cəhətdən vətənpərvərlik, qəhrəmanlıq, igidlik duyğuları ilə aşılanırdı. Nəsrində zamanın nəbzi duyulsa da, həyat həqiqətinə sadiqlik bütün yaradıcılığına elə bir əbədi rəng qatdı ki, həmişə solmaz qaldı. Sözü, əməli, düşüncələri ilə yaradıcılığı vəhdət təşkil edən İmran Qasımov həmişə sərrast fikir söyləməyi bacaran yazıçı-vətəndaş kimi Azərbaycan ədəbiyyatının mövqeli sənətkar zirvəsinə ucaldı.

Türk dünyasının qüdrətli söz ustadı Çingiz Aytmatov 1978-ci ildə İmran Qasımova ünvanladığı məktubunda yazmışdı: "Sənin dramaturgiyan Azərbaycan teatrının adasıdır. Sənin dramaturgiyanda qaldırılan məsələlər müasir insanın, zamanın problemləri olub, qəhrəmanların simasında gələcək tarixə vəsiqə almışdır. Sən hər barədə öz dövrünün vətəndaşısan. Həqiqət, xeyirxahlıq, gözəllik, məhəbbət, ölüm, harmoniya kimi mövzular daim sənin yaradıcılığında aktual, günümüzlə səsləşən əhəmiyyət kəsb edir. Sənin bəşəri ədəbiyyat və incəsənət haqqında anlayışın, düşüncələrin məni həmişə heyran edir". Əlbəttə, 30 il bundan əvvəl deyilmiş bu fikirlərdə böyük həqiqət var. İmran Qasımovun Azərbaycan dramaturgiyasının inkişafında çox böyük xidməti olub. Akademik Məmməd Arif yazırdı: "İnsan məskən salır", "Nağıl başlananda", "Ömür elə qısadır ki", "Dairəni genişləndirin", "Sən nə üçün yaşayırsan?" pyesləri Azərbaycan dramaturgiyasının qazandığı görkəmli nailiyyətlərdəndir".

İmran Qasımov həm də istedadlı ssenarist idi. Onun ssenariləri əsasında çəkilmiş bir çox filmin əsasında azad, ilhamlı əməyə məhəbbət, eləcə də müasirlərin hiss və duyğuları dayanırdı. Milli kino sənətimizin qızıl fonduna daxil olmuş bu filmlərə indi də maraqla baxılır: "Onun böyük ürəyi", "Xəzər dənizçiləri haqqında dastan", "Dəniz cəsurları sevir", "Yeni üfüqlər" filmləri sənət nümunələri kimi qarşılanır. İmran Qasımov bir çox ssenariləri müştərək yazmışdır. Belə əməkdaşlığın bəhrəsi olan məşhur "Uzaq sahillərdə" filmi böyük uğur qazanmışdır. Həsən Seyidbəyli ilə birlikdə yaratdıqları bu film dünyanın 25 dilinə tərcümə edilmişdir. Hələ sovet dövründə Asiya və Afrika ölkələrinin festivalında birinci yeri tutmuşdur. Kanadada mükafata layiq görülmüşdür. Filmə tamaşa edənlər bilirlər ki, müəlliflər Mehdi Hüseynzadənin simasında çox təsiredici, cazibədar, yaddaqalan, qəhrəmanlıq simvoluna çevrilən və sevilən bir obrazın yaranmasına nail olublar.

"Uzaq sahillərdə" filmi bütün yaradıcı kollektivə böyük şöhrət gətirdi. Görkəmli ədib İmran Qasımov Həsən Seyidbəyli ilə birlikdə yaratdığı "Bizim küçə" filmində də böyük uğurlar qazandı. İmran Qasımov qısametrajlı filmlərə də ssenarilər yazmışdır: "Quba bağlarında", "Qara təpə", "Əbədi odlar ölkəsi", "Şəfqət bacısı", "Qalanın alınması" və sairə.

Yazıçının yaradıcılığında diqqət çəkən əsərlərdən biri də "İllər keçir" romanıdır. Fəhlə sinfinin üç nəsli haqqında yazılmış bu əsər oxucular tərəfindən çox maraqla qarşılanan, oxunan nəsr nümunlərindən biri idi. İrihəcmli əsərlərlə yanaşı müəllif hekayələr, bədii oçerklər və nəzəri məqalələr də yazırdı. Ədəbi yaradıcılıqla bərabər ictimai xadim kimi də fəaliyyət göstərən İmran Qasımov xarici ölkələrdə tez-tez olurdu. Müxtəlif görüşlərdən aldığı təəssüratlar barədə öz xatirələrini yazırdı. Fransa, İtaliya, Yuqoslaviya, İsveçrə və başqa ölkələrin ictimai-siyasi, mədəni həyatından nəinki səfər qeydləri, həm də bədii əsərlər qələmə almışdır.

İmran Qasımov ədəbiyyata gəldiyi ilk gündən onun inkişafına töhfə verməyə çalışmışdır. Yaradıcılıq yolu çoxşaxəli olan İmran Qasımov həm də istedadlı publisist idi. Ötən əsrin 70-ci illərində həm Bakıda, həm də Moskvada müəllifin publisistik kitabları çap edilmişdir. İmran Qasımov ilk növbədə Azərbaycanın füsunkar təbiətindən, qəhrəman övladlarından, neftçilərdən, söz və sənət adamlarından, mədəniyyət xadimlərindən yazırdı. Mövzu və qəhrəmanlarından asılı olmayaraq o, özünəməxsus üslub və vasitələrdən, bədii detallardan ustalıqla istifadə edirdi. Sanki İmran Qasımov hər kəsin mənəvi aləmini olduğu kimi işıqlandırmaq üçün qələmini projektor kimi işə salırdı. Görkəmli ədəbi tənqidçi Cəlal Məmmədov yazırdı: "İmran Qasımov təsvir etdiyi qəhrəmanların mənəvi aləminə, qayğılarına, sevinclərinə, axtarışlarına, kəşflərinə möhkəm bağlıdır. Onların həyat yolunu, daxili təkmilləşməsini, bir vətəndaş və əməkçi kimi ruhən yüksəlməsini dərin həssaslıqla ardıcıl olaraq izləyir, məhəbbətlə müşahidə edib öyrənir. Bu olduqca qiymətli keyfiyyətdir". İnsan səadəti uğrunda mübarizədə bütün bəşəriyyət üçün parlaq əsərlər yaratmaq həqiqətən müəllifinə əbədiyaşarlıq gətirib.

İmran Qasımov bəlkə də yeganə qələm sahibi olub ki, öz publisistikasına sonradan yazıçı-dramaturq kimi müraciət edərək pyes, hekayə, povest, roman qələmə alıb. Yəni, onun qəhrəmanlarının əksəriyyəti həyatdan götürülmüş obrazlar olublar. Bu üslub da ədibin yaradıcılığına təbiilik, axıcılıq, bir sözlə həyatın bütün təzadlarını bəxş edib. Milli özünəməxsusluq, xəlqilik, bəşərilik bu yazıçının əksər əsərlərinin səciyyəvi xüsusiyyətləridir. Elə İmran Qasımov yaradıcılığını da sevdirən başlıca amillər bu məziyyət olub. Hər bir fərdi keyfiyyəti bədii səviyyəyə qaldıraraq mənəvi aləmin müsbət daşıyıcısı kimi təqdim etmək ustalıqdır. İmran Qasımov bütün yaradıcılığı boyu bu ustalığından bəhrələnmişdir.

Tədqiqatçılar bu fikirdədir ki, İmran Qasımov xoşbəxt yazıçı olmuşdur. Onun tərcümeyi-halı da respublikamızla bağlı olmuşdur. O, 1918-ci ilin noyabrında Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Çox qarışıq bir zamanda dünyaya gəlmiş İmran Qasımov açıqfikirli bir ailədə böyümüş, savadlı, məlumatlı, zəkalı insanlardan müsbət cəhətlər əxz etmişdir. Adını daşıdığı əmisi - İmran Qasımov qüdrətli sənətkarlarla - Üzeyir Hacıbəyov, Hüseynqulu Sarabski, Cəlil Məmmədquluzadə, Abbas Mirzə Şərifzadə, İsmayıl Hidayətzadə və başqa şəxsiyyətlərlə çiyin-çiyinə işləyərək Azərbaycanda musiqili teatrın yaranmasında, inkişafında böyük rol oynamışdır. Hətta milli operanın yaradılmasında, ilk quruluşun qəbul olunmasında, həyata keçirilməsində danılmaz əməyilə fərqlənən ictimai xadimlərdən biri idi. Əmisi 1914-cü ildə vəfat edib. Dörd il sonra dünyaya gələn qardaşı oğluna onun adını veriblər. Yazıçının atası Həşim Qasımov ötən əsrin əvvəllərində Peterburqda ali təhsil almış, Azərbaycanın ilk mühəndis övladlarından biri idi. Anası Mələk xanım da dövrünün nəcib, geniş dünyagörüşünə malik qadınlarından biri olub. Uşaqlıq illərində musiqiyə, memarlığa, rəssamlığa, idmana böyük marağı olan İmran Qasımov hələ orta məktəbdə oxuyarkən müxtəlif ədəbi gecələrdə, müsabiqələrdə iştirak edər, mətbuatda məqalələri dərc olunardı. Gənc yaşlarından qüdrətli bəstəkar Qara Qarayev və Tofiq Quliyevlə yaxın dost olub.

O, 1934-cü ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində, 1938-ci ildə Moskvada kinossenaristlər kursunda oxumuşdur. Onun ilk kino əsəri "Yeni üfüqlər"dir. Bu əsər 1940-cı ildə nümayiş etdirilmişdir. Uzun müddət Moskvada kinossenaristlər şöbəsinin rəisi, Azərbaycan kinematoqrafiya nazirinin birinci müavini, Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin birinci katibi vəzifələrində çalışmışdır.

Ömrünün baharından repressiyaların çox üzünü görmüş İmran Qasımov Yazıçılar İttifaqına rəhbərlik edəndə qalmaqallı, qorxulu mühitin sifəti xeyli dəyişmişdi. Repressiya qurbanlarının əksəriyyəti bəraət almışdı. Ölkədə yaradıcılıq şəraiti formalaşırdı. Azərbaycana Heydər Əliyev kimi əsl ədəbiyyat, sənət himayədarı rəhbərlik edirdi. Milli ruhlu insanları repressiyanın qara caynaqlarından xilas edən ulu öndər yazıçı İmran Qasımovu çox dəyərləndirirdi.

Əməkdar incəsənət xadimi adına layiq görülmüş İmran Qasımov Azərbaycan Dövlət mükafatı laureatı idi. Xalq yazıçısı fəxri adını almışdı, sinəsini "Lenin", "Qırmızı Əmək Bayrağı", "Şərəf nişanı" ordenləri və bir sıra medallar bəzəyirdi.Bütün bunların da hamısını İmran Qasımov məhz ümummilli lider Heydər Əliyevin sayəsində almışdı. Bu, danılmaz faktdır ki, 37-ci ilin qanlı köynəyindən qurtulanların sondakı xilaskarı məhz Heydər Əliyev idi.

63 il ömür sürmüş İmran Qasımov zəngin yaradıcılığı ilə ədəbiyyatımızda, kino sənətimizdə elə bir mötəbər mövqe tutmuşdur ki, həmişə müasirimiz olaraq qalacaqdır. Özü dediyi kimi, əgər "dəniz cəsurları sevir"sə, ədəbiyyat da əbədiləriyaşadır .

Flora Xəlilzadə

 

BUNU DA OXU

Bakı-Şamaxı yolunda ağır qəza - 5 nəfər həyatını itirib - VİDEO
Kürdəmirdə yol qəzası baş verib - ÖZƏL - FOTOLAR
Çimərlik mövsümünə az qaldı - VİDEO
ATV-nin əməkdaşlarının koronavirus testi neqativ çıxdı - Yenilənib - VİDEO
Ələt azad iqtisadi zonası yaradıldı
Xəbər lenti

Ermənistanda koronavirus üçün test tapılmır - Virusa yoluxanları sayı 8 minə çatır
19:57 27.05.2020

İranda ziyarətgahlar açıldı - Daha 56 nəfər koronavirusun qurbanı oldu
19:32 27.05.2020

Gürcüstanda qadağalar aradan qaldırılır - Tiblisidə metro mayın 29-da açılacaq
19:16 27.05.2020

900 “Taliban” üzvü sərbəst buraxıldı - Azad edilən “Taliban” məhbuslarının sayı 2000-ə çatıb
19:12 27.05.2020

Türkiyədə komendant saatı başa çatıb - 47 mindən artıq insan cəzalandırılıb
18:59 27.05.2020

Co Bayden Trampı ittiham etdi - “O, tamamilə axmaqdır”
18:45 27.05.2020

Britaniya tarixində ilk - Hicablı müsəlman qadın hakim seçildi
18:23 27.05.2020

ABŞ qoşunlarını Əfqanıstandan çıxaxrır - Əsgərlərin evlərinə qaytarılması ilə bağlı danışıqlar gedir
18:03 27.05.2020

Ucarda gürzə ilanı öldürülüb - Uzunluğu təxminən 2 metr olub
17:41 27.05.2020

Şagirdlərin illik qiymətləndirilməsi - Hansı şagirdlər sinifdə qalacaq?
17:27 27.05.2020

Əhaliyə tibbi maska paylandı - Vətəndaşlar maskadan istifadə etmir
17:15 27.05.2020

Mingəçevirdə ağac məktəbin stadionuna aşıb - Sakinlər narahatdı
16:57 27.05.2020

Respublika Günü münasibətilə Moldova prezidenti İqor Dodon prezident İlham Əliyevə təbrik məktubu göndərib
16:41 27.05.2020

Ukrayna prezidenti Vladimir Zelenski Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
16:27 27.05.2020

1 tona yaxın çətənə kolu məhv edildi - Şəki sakinində narkotik vasitə aşkarlandı
16:18 27.05.2020

Salyanda kanaldan qadın meyiti tapıldı - Meyitin üzərində xəsarətlər aşkarlanıb
16:03 27.05.2020

Cərimələrin tutulmasına başlandı - Cərimələr necə ödəniləcək?
15:41 27.05.2020

Atəşkəs 25 dəfə pozuldu - Mövqelərimiz atəşə tutuldu
15:28 27.05.2020

Zaqatalada mal tövləsi yandı - 70-dən çox ot bağlaması yanıb
15:12 27.05.2020

Bakıda 11 yaşlı uşaq atası tərəfindən bıçaqlanıb - Polis faktla bağlı araşdırmaya başlayıb
14:42 27.05.2020

Tovuzda 20 yaşlı piyada vuruldu - Yaralının vəziyyəti kafidir
14:23 27.05.2020

Pulsuz tibbi maska paylanıldı - VİDEO
12:27 27.05.2020

Çimərliklərə yeni tələblər qoyuldu - Yenilənib - VİDEO
11:58 27.05.2020

Bakı-Şamaxı yolunda ağır qəza - 5 nəfər həyatını itirib - VİDEO
11:26 27.05.2020

Smart qaz sayğacları dəyişdirilir - Yenilənib - VİDEO
11:01 27.05.2020

Şamaxının icra başçısı rayondakı vəziyyət barəsində danışdı - VİDEO
10:35 27.05.2020

Kürdəmirdə yol qəzası baş verib - ÖZƏL - FOTOLAR
10:10 27.05.2020

Abonent tərəfindən “Azərişığ”ın əməkdaşı güllələndi - Enerji borcunu istəməyə getmişdir
22:35 26.05.2020

Daha 132 nəfər koronavirusa yoluxdu - 78 nəfər sağaldı, bir nəfər vəfat etdi
22:14 26.05.2020

Astarada qadın qonaq getdiyi evdən oğurluq etdi - 10000 manat pul və qızıl-zinət əşyaları oğurlandı
21:45 26.05.2020

Sabiq nazir koronavirusdan öldü - İyunun 1-dən daxili turizmdə məhdudiyyətlər yumşaldılır
21:39 26.05.2020

Astarada narkotacirlər saxlanılıb - Narkotik vasitəni Bakıda satmaq istəyirmiş
21:25 26.05.2020

Gürcüstan xin rəhbəri təşəkkür edib - “Köməklik göstərilməsəydi koronavirusun öhdəsindən gəlmək çətin olardı”
21:04 26.05.2020

ÜST rəsmi açıqlama verib - Malyariya əleyhinə dərman koronavirusa təsir etmir
20:47 26.05.2020

Türkiyədə gizli yas mərasiminə qatılanlar koronavirusa yoluxub - 163 nəfərdə virus aşkarlanıb
20:25 26.05.2020

Gəncədə 61 yaşlı kişinin meyiti evində aşkarlandı - Meyitə kəsici – deşici alətlə xəsarət yetirilib
20:05 26.05.2020

Yayda avtomobillər niyə yanır? - Ustalar səbələri açıqlayır
19:41 26.05.2020

Pulsuz tibbi maska paylanıldı - İctimai nəqliyyatda maskadan istifadə vacibdir
19:08 26.05.2020

Zaqatalada çobanı ilan sancdı - Gürzə gödəkçənin qolunda gizlənibmiş
18:34 26.05.2020

Bərdədə 70 kq yararsız ət aşkarlanıb - Ətdən nümunələr götürülüb
18:12 26.05.2020

Gəncədə avtomobil quyuya aşdı - 1 nəfər öldü, 1 nəfər xəsarət aldı
16:49 26.05.2020

Avtomobil ağaca çırpıldı - Sürücü xəsarət aldı
16:35 26.05.2020

Zidan, Qvardiola, Ançelotti - Çempionlar liqasının ən yaxşı məşqçiləri məlum oldu
15:58 26.05.2020

18 avroluq maskalar - "Barselona"dan azarkeşlərə xüsusi təklif
15:39 26.05.2020

20 min avroluq turnir başlayır - Yarışda milli komandanın üzvləri də iştirak edəcək
15:29 26.05.2020

Atəşkəs pozulub - Mövqelərimiz sutka ərzində 26 dəfə atəşə məruz qalıb
15:13 26.05.2020

Ermənistanda vəziyyət kritikdir - Boş yerlər tükənmək üzrədir
14:58 26.05.2020

Baş nazirin görmə qabiliyyəti pisləşib - Boris conson koronavirusun səhhətinə vurduğu zərərdən danışıb
14:38 26.05.2020

ABŞ-da yeni təhlükəli virus yayılır - Sakinlər həyəcan təbili çalır
14:16 26.05.2020

Dünyada koronavirusla bağlı son statistika - Virus qurbanlarının sayı 348 minə çatır
13:45 26.05.2020

Rusiyada hərbi helikopter qəzaya uğradı - Ölənlər var
13:23 26.05.2020

190 manat birdəfəlik ödəmə nə vaxtadək olacaq? - VİDEO
11:25 26.05.2020

Çimərlik mövsümünə az qaldı - VİDEO
10:59 26.05.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıya səfər edib - Yenilənib - VİDEO
10:28 26.05.2020

ATV-nin əməkdaşlarının koronavirus testi neqativ çıxdı - Yenilənib - VİDEO
10:01 26.05.2020

Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanıldı - 15 günlük həbs olundu
22:36 25.05.2020

Rusiya vətəndaşı saxlanıldı - Evindən nartotik vasitə və odlu silah götürüldü
22:16 25.05.2020

11 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarıldı - Faktla bağlı araşdırma davam edir
21:58 25.05.2020

Yeni Zelnadiyada baş nazir canlı efirdə olarkən zəlzələ baş verdi - 5,8 bal gücündə zəlzələ 30 saniyə davam edib
21:39 25.05.2020

Oksford alimlərindən COVİD-19 pevəndi ilə bağlı açıqlama - Sınaqların uğurlu olacağı ehtimalı 50 faizdir
21:28 25.05.2020

Ermənistanda koronavirus sürətlə yayılır - Bir gündə 452 nəfərdə virus aşkarlanıb
21:16 25.05.2020

Böyük Britaniya karantin qaydalarını pozduğu üçün istefası tələb olunur - Hakim partiyadan da ona qarşı çıxanlar var
20:49 25.05.2020

İki qardaş saxlanıldı - 17 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarıldı
20:39 25.05.2020

İmişlidə növbəti dəfə dezinfeksiya işləri aprıldı - Sakinlərə pulsuz maska paylandı
20:13 25.05.2020

149 nəfər yeni koronovirusa yoluxdu - 134 nəfər sağaldı, 2 nəfər vəfat etdi
19:49 25.05.2020

Prezident Ilham Əliyev Gürcüstanın Prezidenti Salome Zurabişvilini Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik edib
19:37 25.05.2020

İtaliya Prezidenti Sercio Mattarella Respublika Günü münasibətilə dövlət başçısına məktub göndərib
19:26 25.05.2020

Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib
19:03 25.05.2020

Şamaxıda icra hakimiyyətində 1 nəfərdə virus aşkarlandı - İcra başçısı və əməkdaşlar karantindədirlər
18:39 25.05.2020

"Azəriqaz" sosial aksiya keçirdi - Evlərə pulsuz qaz xətti çəkildi
18:27 25.05.2020

Şəkidə əməliyyat tədbiri keçirilib - 1 ton çətənə məhv edilib
18:12 25.05.2020

Ağdaşda qanunsuz narkotik bitki əkən şəxs saxlanıldı - Faktla bağlı araşdırma başladılıb
17:58 25.05.2020

Karantin qaydalarını pozan restoran aşkar edilib - 32 nəfər məsuliyyətə cəlb edilib
17:36 25.05.2020

Təlimlər başa çatdı - Şəxsi heyət təcrübə və vərdişlər əldə edib
17:12 25.05.2020

Pandemiya dövründə ilk titul - Belarus kubokunun yeni sahibi məlum oldu
16:52 25.05.2020

Zidan özünütəcrid qaydalarını pozdu - "Real"ın baş məşqçisi cərimələnəcək
16:38 25.05.2020

Daha bir yüksək vəzifəli şəxs koronavirusa yoluxdu - Tuva respublikasının rəhbəri COVİD-19-a tutulub
16:15 25.05.2020

Trampın tvitlərini yazan şəxs məlum olub - “Bir centlmenim var”
15:48 25.05.2020

Virusa yoluxanların sayı 5 milyon 502 mini ötüb - Ölənlərin sayı isə 346 mini ötüb
15:27 25.05.2020

Atəşkəs yenə pozuldu - Mövqelərimiz atəşə məruz qalıb
15:12 25.05.2020

Bütün xəbərlər