Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Zəhra Bədəlbəyli: - “Düşmənə qarşı ən böyük silah mədəniyyətdir” - FOTOLAR

Zəhra Bədəlbəyli: - “Düşmənə qarşı ən böyük silah mədəniyyətdir” - FOTOLAR
5265 dəfə oxunub

Gənclərimiz Azərbaycan mədəniyyətini, Azərbaycan həqiqətlərini dünya ölçüsündə tanıtmaq üçün daim çalışırlar. Cəmiyyətin aparıcı qüvvəsi gənclərdir. Bu baxımdan günümüzün ictimai həyatında onların fəaliyyəti danılmazdır. Onlardan biri də tanınmış şairə, prodüser, “Eurovision”un Azərbaycanda musiqili koordinatoru, Azərbaycan Respublikası Yazıçılar İttifaqının üzvü, Avropa Oyunları 2015-in mədəni tədbirlər üzrə müşaviri Zəhra Bədəlbəylidir.

Zəhra xanım ATV.az-ın suallarını cavablandırıb.

- Azərbaycanda kreativ layihələr üzərində çalışanlardan biri də sizsiniz. Keçirdiyiniz layihələrin cəmiyyətimiz üçün önəmi nədən ibarətdir?

- “Gamma Agency” adında özəl firma olaraq biz müxtəlif şirkətlərlə çalışırıq. Biz hər işimizdə maarifləndirmə düşüncəsini ön planda saxlayırıq.
Elə hal-hazırda “Bulud” restoranı ilə də bir layihə işləmişik. Günümüzdə “Brunch” formasında qidalanmaq bir çoxlarımızın həyat normasına çevrilib. Bu səhər və günorta zaman dilimi arasında qəbul edilən qidalanmadır. Biz tanınmış simaların övladlarını bir araya gətirdik. Əlbəttə, uşaqlar kiçik yaşlı olduqlarından valideynləri də onlarla birlikdə idi. Onları əvvəlcə Heydər Əliyev Mərkəzindəki muzeyə apardıq. Uşaqlara muzey haqqında, eləcə də muzeydə qoyulan “Azərbaycanın inciləri” sərgisi haqqında geniş məlumat verildi. Valideynlərin çoxusu bu muzeydə olmamışdı. Onların özlərinə də sərgidə iştirak etmək maraqlı idi. Daha sonra “Bulud” restoranına gəldik və sərgidə iştirak edənləri “brunch” yeməyinə qonaq etdik. Bu bizim kiçik işlərimizdən biri idi. Bir vətəndaş olaraq bizi nə narahat edirsə, həmin işlər üzərində çalışırıq. Xüsusilə uşaqlar və gənclərlə bağlı işlərə çox önəm veririk. Onların muzeylərə, teatrlara getməsi, ədəbiyyatla maraqlanması gələcək nəslimizin sağlam yetişməsi deməkdir. Biz də bu yolda əlimizdən gələni əsirgəmirik.

- Yeni layihələriniz varmı?

- Dediyim kimi, gənclərin maariflənməsi yönündə çalışmalarımızı davam etdiririk. Gələcəkdə gənclərin teatrlara olan marağının artması yönündə də layhəmiz olacaq. İlk addım olaraq məşhurları bu layihəyə cəlb edəcəyik. Bu, istər-istəməz gənclərdə də maraq oyadacaq. Teatr mənəvi qidadır, insan mənən güclü olmayanda, gələcəkdə böyük problemlər yaşaya bilər. Bu cür insanlara mənəvi zərbə vurmaq çox asandır.Güclü olan insanlar həyatda qarşılaşacağı problemlərin həllini də asanıqla görə biləcək. Bunun üçün də insanların dünyagörüşü geniş olmalıdır. Bu baxımdan da, teatr əvəzsiz bir yoldur. Düşünürəm ki, layihə həyata keçəndən sonra bu haqda daha ətraflı danışmaq mümkün olacaq.
Bizdə bir çox insanlar düşünürlər ki, pulu, işi olan insanların dərdi olmur. Yox, əksinə, onların daha çox dərdi var. Çünki bir insan sadəcə ailəsini keçindirirsə, iş adamları bütün işçilərinin məhsuliyyətini daşıyır. Bu da çox çətin bir məsələdir. Bizim insanlar isə hər zaman məhsuliyyəti kiminsə üzərinə atmağa çalışırlar. Biz başa düşməliyik ki, bizim həyatımızın uğuru da, uğursuzluğu da bizim məhsuliyyətimizin dərəcəsindən asılıdır.
Bəzən isə “Bu Allahın işidir” deyirlər. Bu cür demək çox asandır. Əgər çətinə düşmüsənsə, Allah sənə bu çətinlikdən çıxmaq üçün düşüncə verib, fiziki imkanlar verib. Sadəcə istifadə etmək lazımdır. Mən çox ümid edirəm ki, gələcək nəslimiz məhsuliyyətli olmağın nə demək olduğunu dərk edə biləcəklər.



- Bütün bu işləri görməklə yanaşı, siz həm də şeir yazırsınız, şairəsiniz. Gələcəkdə kitabınızın çap olunmasını planlayırsınızmı?

- Mənim ilk kitabım 2011-ci ildə çap olunmuşdu. Bu kitaba həm şeirlər, həm də poema daxil idi. 2011-ci ildən bu günə kimi yaradıcılıq yönündə çalışmalarım olub, çox sayda yeni şeir yazmışam. Yaxın zamanlarda onun təqdimatını keçirməyi planlayıram. Müxtəlif mövzularda şeirlər yazıram. İnsanların həyatında baş verən və ya hər hansı başqa hadisələr mənə təsir edə bilər. Məndə yaranan duyğuları şeirə çevirirəm.

- Öz dərdindən yazmaq asandır, yazar o şəxsdir ki, başqalarının duyğularını öz qələmi ilə ifadə edə bilsin. Təəssüf edirəm ki, bu gün şeir yazmağı ucuz formaya salıblar.

- Düşünürəm ki, hər şey ailədən başlayır. Əgər evdə kitab rəfləri varsa, uşaq gözünü açanda oradakı kitabları görəcək. İstər-istəməz nə olduğu, içində nələrin yazıldığı ilə marağlanmağa başlayacaq. Beləliklə, oxuduqca o maariflənəcək. İnsan nə qədər çox kitab oxuyarsa, bir o qədər söz ehtiyyatı çoxalır. Gələcəkdə həmin insan yazar olmağı arzulayar və yazmağa başlayarsa, o zaman onda nəsə alına bilər. Əks halda həmin insanda heç nə alınmayacaq. İstedad belə mütaliəsiz insana kömək edə bilməz.
İndi mütaliə edən gənclərimiz də az deyil. Ancaq əksəriyyətinin kitaba marağı yoxdur. Sosial şəbəkələrdə adi videolar sanballı yazılardan daha çox baxılır. Hətta paylaşım ediləndə paylaşımın üzərində yazılan yazıları oxumaqla kifayətənirlər. İçini açıb oxumurlar. Əlinin altındakı telefondan mətn açıb oxumayan insandan kitab alıb oxunmasını gözləmək çətin məsələdir. Düşünürəm bu psixologiya ilə bağlıdır. Mən xarici ölkələrə, xüsusilə Avropa ölkələrinə gedəndə insanları müşahidə edirəm. Orada insanlar sosial şəbəkəyə gündəlik bir, ya da iki dəfə girirlər. Ancaq bizim ölkədə sosial şəbəkələr bütün həyatımızı oğurlayıb. Gün ərzində ən çox internet vasitəsilə ünsiyyət qurduqları üçün yazışmalarda artıq gündəlik danışıq sözlərindən istifadə edirlər. Hətta bəzi sözləri saitləri istifadə etmədən yazırlar. Bu halda da ədəbi  danışıq dilini unutmuş olurlar.

- “Justice for Khojaly” kompaniyasında yaxından iştirak edirsiniz.

- Bildiyiniz kimi “Justice for Khojaly” kompaniyası hər il öz fəaliyyətini daha da gücləndirir. Bu kompaniya Leyla Əliyevanın dəstəyi ilə yaranıb. Bu il artıq yeni səhifə açılıb. Həmin səhifənin üzərində çox böyük bir komanda işləyir. Onların hər biri mənim tanıdığım çox yaxın dostlarımdır.Bu səhifənin yaranmasının xüsusi bir səbəbi var. “Facebook” sosial şəbəkəsində paylaşımı hansı ölkənin dilində edirsənsə, paylaşım həmin ölkədə göstərilir. Biz bu funkisyadan istifadə edərək “Justice for Khojaly” kompaniyasını daha da genişləındirdik. Yazılan mətinlər dünyanın bir çox dillərinə çevrilir və bu səhifədə paylaşılır. Mən çox şadam ki, Fransadan, İngiltərədən, Rusiyadan və digər ölkələrdən gənclər “Justice for Khojaly”nı dəstəkləyirlər. Gənc nəslin fəal iştirakı bizi çox sevindirir. Əlbəttə ermənilər də öz növbəsində yalan məlumatları yazmaqla məşğuldurlar. Bildiyiniz kimi 21-ci əsr sürət və məlumat savaşı dövrüdür. Bu savaşda biz gərək əsl həqiqətləri dünyaya çatdıraq.
Mən özüm Tərtər rayonunda cəbhədə olmuşam. Ermənilərlə aramızda 300 mert məsafə var idi. Altı il əvvəl cəbhədə olsam da, gördüklərim indi də açıq-aydın yadımdadır. Bəli, sərhəddə olmaq, vətəni qorumaq şərəfdir. Bununla belə, vətənini sevən insan cəbhədə olmasa da onun uğrunda nələrisə edə bilər. Məsələn, saz ustası qara saz düzəldə bilər və neçə aşıq o saz ilə nəğmələr bəstələyər, xalq yaradıcılığını zənginləşdirər. Bilirsiniz ki, ən böyük silah mədəniyyətdir. Əgər insanlar yazmağı sevirsə, öz qələmi ilə də vətəninə xidmət göstərə bilər. O cümlədən biz də “Justice for Khojaly” kompaniyasını başladaraq vətənimizə xidmət göstəririk. Gənclərin bu prosesdə fəal iştirakı da vətənə sevgidən irəli gəlir.



- Nizami Kinoteatrı ilə bağlı da bir layihə irəli sürmüşdünüz.

- Bəli, keçən il noyabr ayından başlayaraq Nizami Kino Klubunda azərbaycanlı rejissorların filmlərini nümayiş etmişdik. Bu filmlər qısametrajlı idi. Çünki, adətən qısametrajı filmlər kinoteatrlarda göstərilmir. Bu kino klub rejissolarımızın özünü ifadə etməsi üçün, özünü tanıtması üçün bir meydan idi. Burada həm filmlər nümayış olundu, həm də filmdən sonra onun müzakirəsi aparıldı. Müzakirələr çox maraqlı keçirdi. Çünki əksəriyyəti film çəkilişi ilə maraqlanan gənclər idi. Mədəniyyət və İncəsənət Universitetinin tələbələri də bu müzakirələrdə iştirak ediblər. Daha sonra biz Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh xanım Əliyeva ilə də söhbət elədik və qərara gəldik ki, tələbələrin işləri də bu kino klubda göstərilsin. Texniki səbəbərə görə fasilə yaranmışdı. Ancaq artıq iki həftə sonra kino klub yenidən öz fəaliyyətinə başlayacaq. Bizə həddindən artıq müraciət univanlanıb. Yaradıcılıqla dolu gəncləri görmək bizi çox sevindirir.

- Kinolarımızın zəifliyini nədə görürsünüz?

- Bizim çox gözəl kino tariximiz olub. Sovetin dağılması mədəniyyətin bütün sahələrinə təsir göstərmişdi, o cümlədən də kino sahəsinə təsirsiz ötüşmədi. Bu gün kinoda canlanma müşahidə olunur. Gənclərin rejissorluğa, aktyorluğa böyük marağı var. Bu gənc qüvvələr gələcəyin peşəkar sənət adamı ola bilər. Azərbaycanda son zamanlar komedia filmləri çəkilir. Onlardan “Xoxan” filmini çox bəyəndim. Hətta bu filmə bir neçə dəfə gedən tanıdığım insanlar da var. “Xoxan” filmi Azərbaycanda göstərilən türk, rus, ingilis filmlərindən daha çox gəlir əldə etdi.
Ancaq bununla belə, həmin filmdə də çox kobud səhvlər var idi. Məsələn, sponsorun loqosunu  filmin elə bir yerində, elə böyük ölçüdə tədim edirlər ki, tamaşaçıda pis mənada gülüş yaranır. Bu filmin çəkisinə mənfi təsir göstərir. Xarici ölkələrdə bu reklamlar filmin az nəzərə çarpan hissəsində yerləşdirilir. İzləyici bəlkə də o reklamı görmür, ancaq onun şüuraltına reklam təsir göstərir.
“Xoxan” filminin uğurundan sonra çox insan komediya filmi çəkmək istədi, amma alınmadı. Bununla belə çəkmək lazımdır, çünki nə qədər film təcrübəmiz olsa, biz film sahəsində bir o qədər uğur əldə edəcəyik.



- “OK! Azərbaycan” jurnalı çap edirdiniz. Yeni bir jurnal çap etmək fikriniz var?

- “Ok! Azərbaycan” ən çox oxunan jurnallardan biri idi. Təəssüf ki, çapını artıq dayandırmışıq. Dünyaca məşhur insanların həyatı, yaradıcılığı Azərbaycan dilində bu jurnalda çap olunurdu. London ilə əlaqələrimiz möhkəm idi, ona görə də jurnalın tamamı ekskluziv materiallar idi. Məsələn, Londonda hər dəfə film təqdimatı keçiriləndə orada iştirak edən məhşurların ilk müsahibəsi bizim jurnal üçün alınırdı. Jurnalda çap olunduqdan sonra, müsahibələri digər ölkələrə də sata bilirdik.
Bundan əlavə, Avroviziya yarışması keçiriləndə Azərbaycana gələn məhşurlarla müsahibələr  də “Ok!” jurnalında çap olunmuşdu. Jurnalın çapında şəxsi əlaqələr önəmli rol oynayırdı.
Hal-hazırda bir yeni çap olunacaq jurnalın üzərində çalışırıq. Bu jurnal inanıram ki bir ay sonra işıq üzü görəcək. Jurnalın adı isə “Yaz” olacaq. Jurnalın içi təxmini olaraq “OK” jurnalında olduğu kimi olacaq. Çapına da elə əvvəlki komanda ilə birlikdə başlayacağıq. Qeyd edim ki, heç bir mailiyyə dəstəyimiz yoxdur. Öz gücümüzün hesabına bu işi ortaya qoymaq istəyirik. Azərbayca dilində marağlı jurnal yoxdur deyə düşünürəm. “OK” jurnalında bizim üçün çərçivələr var idi. Məsələn, dəb haqqında olan materiallar jurnalda 25 faizdən az olmamalı idi. “Yaz” jurnalında dəp mövzusunu 15 faiz, Həyat tərzini isə 85 faizi olaraq işləyəcəyik. Tanınmış insanların müsahibələri, həyat tərzi, maarifləndirici mövzular 85 faizə daxildir.

- Məşhur Bədləbəyli soy adını daşıyırsınız. Soy adınıza görə sizə olan münasibət necədir?

- Bizim nəsildə tanınmış insanlar çoxdur. İncəsənət sahəsində çalışıb tanınanlar daha çoxdur. Mən bilirəm ki, yaxınlarım hər zaman mənə mənəvi dəstək olurlar. Ancaq heç vaxt soyadıma görə heç kimə müraciət etməmişəm. Əksinə, onlarla əlaqə qurmaq üçün mənə müraciət edirlər.

Lalə CƏBRAYIL

Foto: Səfiyar Məcnun

Bizə göstərilən şəraitə görə Bulud RESTARUANT & LOUNGE –yə təşəkkürümüzü bildiririk.

Heydər Əliyev pr.1

Info

(+99412 )566 07 47
 









BUNU DA OXU

“Legiya”–“Qarabağ” oyununa UEFA tərəfindən təhlükəsizlik üzrə xüsusi nümayəndə təyin olunub
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Sami Yusif “Twitter”də Azərbaycanla bağlı paylaşım edib
"Qalatasaray" Azərbaycana dəstək oldu
HAVA LİMANI MƏHDUD İŞ REJİMİNƏ KEÇİR
Xəbər lenti

TƏHSİL NAZİRLİYİ KORONAVİRUSLA BAĞLI NƏTİCƏNİ AÇIQLAYIB
14:44 29.09.2020

“Legiya”–“Qarabağ” oyununa UEFA tərəfindən təhlükəsizlik üzrə xüsusi nümayəndə təyin olunub
14:21 29.09.2020

Maykl Essyendən Azərbaycana növbəti dəstək
14:00 29.09.2020

Azərbaycan Prezidenti: Mülki şəxslərin öldürülməsi erməni cinayətkar rejiminin faşist mahiyyətini bir daha nümayiş etdirir
13:38 29.09.2020

Prezidentin Mətbuat Xidmətinin məlumatı
13:21 29.09.2020

Böyük Britaniya və Kanadanın Xarici İşlər nazirləri Dağlıq Qarabağ münaqişəsi tərəflərini atəşi dərhal dayandırmağa çağırıblar
13:00 29.09.2020

ANKARANIN SİMVOLU AZƏRBAYCAN BAYRAĞININ RƏNGLƏRİNƏ BÜRÜNÜB
12:40 29.09.2020

Sami Yusif “Twitter”də Azərbaycanla bağlı paylaşım edib
12:27 29.09.2020

DÜŞMƏNİN 3-CÜ “MARTUNİ” MOTOATICI ALAYI DARMADAĞIN EDİLİB
12:06 29.09.2020

ERMƏNİ POLKOVNİK MƏHV EDİLDİ
11:45 29.09.2020

Prezident İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
11:27 29.09.2020

Düşmənin “Uraqan” yaylım atəş sistemi məhv edilib
11:09 29.09.2020

Daşkəsən rayonunun ərazisi artilleriya atəşinə tutulub
10:48 29.09.2020

Antonio Quterreşin Azərbaycan Prezidenti İlham Əliyev arasında videokonfrans formatında görüş olub
10:37 29.09.2020

Düşmən dinc əhalini atəşə tutmaqda davam edir
10:14 29.09.2020

Vaqif Dərgahlı: Olmayanı məhv etmək mümkün deyil
09:52 29.09.2020

Füzuli şəhərinin azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir
09:31 29.09.2020

Erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində məktəblilər həlak olub
14:05 28.09.2020

PREZİDENTİN KÖMƏKÇİSİ “AL JAZEERA” KANALINA MÜSAHİBƏ VERİB
13:54 28.09.2020

Düşmənin Tərtər Rayon Məhkəməsinin yerləşdiyi əraziyə artilleriya atəşi nəticəsində bir nəfər həlak olub, üç nəfər yaralanıb
13:28 28.09.2020

"Qalatasaray" Azərbaycana dəstək oldu
13:03 28.09.2020

İNDİYƏDƏK 26 MÜLKİ ŞƏXS YARALANIB
12:42 28.09.2020

HAVA LİMANI MƏHDUD İŞ REJİMİNƏ KEÇİR
12:19 28.09.2020

Emmanuel Makron Prezident İlham Əliyevə zəng edib
11:56 28.09.2020

TALIŞ KƏNDİ ƏTRAFINDAKI YÜKSƏKLİKLƏR DÜŞMƏNDƏN TƏMİZLƏNDİ
11:33 28.09.2020

General-mayor Mais Bərxudarov: Düşməni sona qədər məhv etmək uğrunda vuruşacağıq
11:11 28.09.2020

Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında - Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
10:56 28.09.2020

Hərbi vəziyyət nədir və onun tələbləri nədən ibarətdir?
10:30 28.09.2020

DÜŞMƏN 550 NƏFƏR İTKİ VERİB
10:06 28.09.2020

Ermənilər fərdi yaşayış ev və mülki obyektlərdə yanğın törədib - FHN-in müvafiq qüvvələri Ağdam və Tərtərə cəlb edilib
22:05 27.09.2020

Baş prokurorluq məlumat yaydı - Mülki əhalidən 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb
21:44 27.09.2020

Azərbaycanda hərbi vəziyyət elan olundu - Hansı dəyişikliklər baş verə bilər?
21:21 27.09.2020

Paşinyan əhaliyə qaçmaği tövsiyə etdi - “Azərbaycan ordusu irəliləməyə davam edir”
21:14 27.09.2020

Hər bir kəs Vətən üçün döyüşməyə hazırdır - “30 ildir qələbə xəbərini gözləyirik”
21:06 27.09.2020

Paşinyandan gözlənilməz açıqlama
20:42 27.09.2020

Pakistandan Azərbaycana dəstək - “Qardaş Azərbaycan xalqının yanındayıq”
20:00 27.09.2020

İrəvandan Moskvaya təcili zəng - Paşinyan Putinlə əlaqə saxladı
19:36 27.09.2020

Murov zirvəsi azad olundu - Vardenis-Ağdərə avtomobil yolu vizual atəş nəzarətinə götürülüb
19:20 27.09.2020

Ölkədə hərbi vəziyyət elan edildi - Saat 21.00-dan 06.00-a qədər komendant saatı tətbiq olunur
19:03 27.09.2020

Xarici İşlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın telefon danışığı baş tutub
18:38 27.09.2020

Naftalanda 5 nəfər həyatını itirdi - Ermənistanın açdığı atəş nəticəsində bir ailənin bütün üzvü həyatını itirdi
18:18 27.09.2020

Düşmən zirehli texnikasını qoyaraq qaçır - Ərazidə qalan hərbi texnikaların video görüntüləri yayıldı
17:57 27.09.2020

Ermənistanın məşhur saytı çökdürüldü - "Qarabağ Azərbaycandır!”
17:40 27.09.2020

Prezident İlham Əliyev: Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır
15:35 27.09.2020

Zakir Həsənov: Düşmənin ön xətti yarılıb, 7 kənd işğaldan azad olunub
15:07 27.09.2020

Prezidentin mətbuat xidmətinin məlumatı
14:44 27.09.2020

15 ERMƏNİ ÖLDÜRÜLÜB - ERMƏNİSTAN İTKİLƏRİNİ AÇIQLAMAĞA BAŞLAYIB
14:28 27.09.2020

Azərbaycan Ordusu işğal altındakı bir sıra kəndləri azad edib
14:10 27.09.2020

“YETƏR, 30 İLDİR GÖZLƏDİK” - DAĞLIQ QARABAĞIN AZƏRBAYCANLI İCMASI BƏYANAT YAYIB
13:55 27.09.2020

MƏTBUAT ŞURASI KİV TƏMSİLÇİLƏRİNƏ MÜRACİƏT EDİB
13:34 27.09.2020

Tərəfləri atəşi dərhal dayandırmağa çağırırıq” - RUSİYA XİN-DƏN BƏYANAT
13:10 27.09.2020

Prezident İlham Əliyev: Azərbaycan torpaqlarının işğalı Ermənistanın planındadır və onlar bunu gizlətmirlər
12:45 27.09.2020

Azərbaycan Prezidenti: Bizim Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur
12:22 27.09.2020

Tərtər istiqamətində bir döyüş helikopteri zədələnib
12:09 27.09.2020

ERMƏNİSTAN İTKİLƏRİNİN BİR HİSSƏSİNİ AÇIQLADI
11:46 27.09.2020

Türkiyə: Regiondakı bütün xoşagəlməz hadisələrə görə Ermənistan məsuliyyət daşıyır
11:23 27.09.2020

Müdafiə Nazirliyi: Bölmələrimiz cəbhədə düşmən üzərində tam üstünlüyə malikdir
11:01 27.09.2020

Düşmənin təxribatı nəticəsində Ağdamın Qaradağlı kənd sakini ağır yaralanıb
10:25 27.09.2020

Erməni təxribatının qarşısını almaq üçün ölkə üzrə internetin verilməsi məhdudlaşdırılıb
10:15 27.09.2020

Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb
09:57 27.09.2020

Epidemiya qurbanlarının sayı 990 mindən çoxdur - Virusa yoluxanların sayı 32 milyon 500 mini ötdü
18:23 25.09.2020

Müdafiə Nazirliyi təlim görüntülərini yaydı - Mühəndis-istehkam bölmələri ilə məşğələlər keçirilir
17:54 25.09.2020

Ermənistan müxtəlif ölkələrdən Dağlıq Qarabağa muzdlular və terrorçular cəlb edir
17:36 25.09.2020

Norveç kralının səhhəti pisləşdi - O, xəstəxanaya yerləşdirildi
17:36 25.09.2020

Parisdə silahlı hücum - Dörd nəfər xəsarət aldı
17:21 25.09.2020

Tarixi hamamlar məhv olmaq üzrədir - Fatmayı qəsəbəsindəki hamamlar niyə qorunmur?
17:01 25.09.2020

Tramp vətəndaşlara vəd verdi - “Vaksın 24 saat ərzındə bütün ərazılərə çatdırılacaq”
16:54 25.09.2020

Goranboyda iki avtomobil toqquşdu, sürücülər ağır xəsarət aldı - Avtomobillərdən biri iki yerə parçalandı
16:36 25.09.2020

Ağdam ilk tibbi yardım təlimləri başa çatdı - Təlimlər təmas xətti boyunca davam etdiriləcək
16:26 25.09.2020

BMT-nin xəbər portalı prezidentin çıxışını yaydı - Bu ölkə başçısının siyasi nüfuzunun göstəricisidir
16:23 25.09.2020

Ermənistanda çox ciddi hərbi hazırlıqlar gedir - Onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir
15:25 25.09.2020

Yeni proqramın üstünlükləri - Başqa dillərdə olan yazıları azərbaycan dilində oxumaq mümkün olacaq
14:54 25.09.2020

Tullantıları gölə atanlar özləri ərazini təmizlədi - “Müəssisələrə də cərimə tətbiq oluna bilər”
14:26 25.09.2020

Bərdədə 28 yaşlı qız xəstəxanada həyatını itirdi - O əməliyyatdan sonra dünyasını dəyişib
17:54 24.09.2020

Ali məktəblərə 5751 vakant yer var - Qəbul aparılacaq ixtisaslar sabah açıqlanacaq
17:36 24.09.2020

Qızıl ehtiyatlarının həcmi artıb - “Daşkəsən” yatağı polad məhsulların istehsalı üçün perspektiv vəd edir
17:23 24.09.2020

Rəqəmsal texnologiyanın zərərləri - Görmə qabiliyyəti və danışıq problemi olan uşaqların sayı artıb
16:54 24.09.2020

Prezident İlham Əliyev Sərəncam imzaladı
16:36 24.09.2020

XİN paşinyanın təxribatlarının siyahısını yaydı - “Ermənistan yeni ərazilər zəbt etmək məqsədi güdür”
16:25 24.09.2020

Qubada avtomobil piyadanı vurub - Piyada həyatını itirib
15:54 24.09.2020

Bütün xəbərlər