Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Tiflisdə 7 ailə evlərindən zorla çıxarılır Bu ailələrdən 5-i azərbaycanlılardır - FOTOLAR

Tiflisdə 7 ailə evlərindən zorla çıxarılır  Bu ailələrdən 5-i azərbaycanlılardır - FOTOLAR
   325 dəfə oxunub

Gürcüstanın paytaxtı Tbilisi şəhərində, Petriaşvili küçəsi-48 ünvanında yaşayan 7 ailə evsiz qalmaq təhlükəsi ilə üz-üzədir.

 

ATV.az APA-ya istinadən xəbər verir ki, həmin ailələrin 5-i azərbaycanlı ailəsidir.

 

Ailələrin evlərindən çıxarılmasına səbəb kimi onların dədə-babadan, bir əsrə yaxın yaşadıqları evlərlə bağlı müvafiq sənədlərinin olmaması göstərilir.

 

7 ailənin taleyi Gürcüstanda sosial şəbəkələrdə aktiv müzakirə olunan mövzulardan birinə çevrilib. Ötən həftə 3 ailənin evlərindən əşyaları ilə birgə zorla çıxarılmasının əks olunduğu videogörüntülər internet istifadəçilərinin hiddətinə səbəb olub. Həmin gün məhkəmə icraçıları ərazidə olub və sakinlərlə şifahi qarşıdurma yaşanıb. Hadisə yerinə patrul polisi və təcili tibbi yardım çağırılıb.

 

Ailələrin şəraitsiz, köhnə ev əşyalı və rütubətli evləri 156 kv. m. sahədə yerləşir. Ailələrin xəbəri olmadan şəhərin mərkəzi Vera rayonunda yerləşən bu sahə bir qadın tərəfindən satın alınıb. İş adamı olan həmin qadının Petriaşvili küçəsinin yaxınlığında bir neçə ticarət və digər obyektlərin olduğu bildirilir. Neçə nəsil həmin evlərdə yaşamış 5 azərbaycanlı və 2 gürcü ailənin maddi vəziyyəti çox ağırdır. Onların arasında 3 əlil, yaşlı xəstələr və uşaqlar var. Ümumilikdə 35 nəfər hər günü evsiz qalacağı qorxusu və təlaşı ilə yaşayır.

 

Evini itirmək təhlükəsi ilə üzləşmiş ailələrdən biri Məmmədovlar ailəsidir. Ailənin üzvü, II qrup əlil Pərviz Məmmədov bildirib ki, atası 80 ildən çoxdur bu evdə yaşayır: “Martın 9-da məhkəmə icraçıları evimizin otaqlarını boşaltdılar. Şəkər xəstəsi olan atam və həyat yoldaşımla mətbəxə sığınmışıq. Sonradan tikildiyinə görə, mətbəx satılıb-alınmış yaşayış sahəsinə daxil olmayıb. İki uşağımı isə tanışların evinə yerləşdirmişik. Yaşamağa digər yer versələr, evimizdən çıxmağa razıyıq. Amma nə yaşayış yeri, nə də kompensasiya vermək istəyirlər. Getməyə başqa yerimiz yoxdur. Şikayətlərimizə baxan da yoxdur”.

 

Məmmədovların boşaldılmış evinin qapısının qulpu çıxarılıb. Ailənin ev əşyaları qonşu evlərin həyətində açıq havada qalıb, evin qazla təchizatı da dayandırılıb.

 

Ailənin digər nümayəndəsi Fatma Məmmədova deyib ki, 7 ailə qanunsuz olaraq küçəyə atılır: “Ailələrin durumu çox ağırdır. Kasıbçılıqla, xəstəliklə çarpışan ailələrin evlərini əllərindən necə almaq olar? Vəziyyətimiz çox ağırdır. Martın 25-də məhkəmə icraçıları yenə gələcək və növbəti evi boşaldacaqlar”.

 

Evindən çıxarılma qorxusu ilə yaşayan Maisuradze ailəsinin yaşayış sahəsi ilə bağlı sənədləri qaydasındadır. Lakin buna baxmayaraq, onların 1969-cu ildən yaşadığı sahə ailənin xəbəri olmadan satılıb. Ailənin yaşlı qadın üzvü evsiz qalmaq qorxusunun stressinə dözməyərək bu günlərdə vəfat edib. Ailənin ahıl başçısı gözdən əlildir və bu yaşda evsiz qalmaq qorxusu onun sağlamlıq durumunu daha da ağırlaşdırıb.

 

Yeddi ailənin hüquqlarını müdafiə edən vəkil Klara Şukvani ailələrin evlərindən çıxarılmasını qanunsuz olduğunu deyib: “Məhkəmə prosesi 2010-cu ildən davam edir. Sahəni satın almış tərəf müəyyən hissəni qanunsuz əldə edib və bununla bağlı cinayət işi üzrə araşdırma aparılır. Məhkəmənin son qərarı olmadan ailələrin evlərindən zorla çıxarılması yolverilməzdir. Həmin ailələrə xüsusi statusun verilməsini tələb edirik”.

 

İş üzrə növbəti məhkəmə iclasının aprelin 2-də keçiriləcəyi gözlənilir. 

 

Ailələrin problemi ilə bağlı Gürcüstan Azərbaycanlılarının Milli Konqresi (GAMK) artıq müvafiq dövlət qurumlarını məlumatlandırıb. GAMK sədri Əli Babayev bildirib ki, ailələr illərdir həmin ərazidə yaşayır, kommunal xərclər və digər vergiləri ödəyir:  “Onların evlərinin olduğu sahə dələduzluq sxemi üzrə mənimsənilib. Biz tələb edirik ki, istintaq hərtərəfli aparılsın və günahkarlar müəyyən olunsun”. 

 

Ə. Babayev məsələ ilə bağlı Gürcüstanın baş naziri, Baş Prokurorluğu, Ədliyyə Nazirliyi, Ombudsman Aparatına müraciətin hazırlandığını və bu günlərdə təqdim olunacağını söyləyib.

 

Çarəsiz qalmış azərbaycanlı ailələr son ümidlərini Azərbaycan dövlətinə bağlayıb. Onlar Azərbaycanın Gürcüstandakı səfirliyini məsələ ilə maraqlanmağa çağırıblar. Azərbaycan səfirliyindən isə bildirilib ki, azərbaycanlı ailələrin problemi nəzarətə götürüləcək və diqqətdə saxlanılacaq.

ATV.az

                                       

 

 













BUNU DA OXU

Kolumbiyada futbolçuya heykəl qoyuldu
Rəqsanənin növbəti "qurbanı" : - "Pulumu vermir, haramı olsun"
“BMW”-dən yeni layihə - FOTOLAR
21 nəfər bu viskidən zəhərlənərək öldü
Şadlıq evinin administratoru xadiməni zorladı - Binəqədi rayonunda
Xəbər lenti

Azərbaycan Parlamentinin 100 illiyi - M.Abdullayev: “Prezident bir sıra siyasi mesajlar verdi” - VİDEO
23:00 22.09.2018

Ermənistan iflas astanasında - Işğalçılıq siyasəti bu ölkəni uçruma yuvarlayır - VİDEO
22:30 22.09.2018

Məşhur şadlıq evləri cərimələndi - ETSN yoxlamaları davam etdirir
19:43 22.09.2018

“Baş katibin açıqlaması qərəzlidir“ - XİN-dən KTMT-nin baş katibinə cavab
19:20 22.09.2018

18 yaşlı qız intihar edib - ŞƏMKİRDƏ
18:51 22.09.2018

Neftin qiyməti müzakirə ediləcək - Əlcəzairdə vacib toplantı
18:30 22.09.2018

İstirahət gününün havası açıqlanıb - Yağış yağacaq
18:07 22.09.2018

Cüdo yığmamızın ilk medalı
18:03 22.09.2018

На базе «Сити» не было даже дверей от туалета - И тут пришли шейхи
17:45 22.09.2018

"ATV"nin sosial media hesabları
17:30 22.09.2018

Sürət ölçən dirək yaddan çıxdı - Babək prospektində maraqlı olay - VİDEO
17:23 22.09.2018

Qızıl əldən getdi - Hidayət Heydərov uduzdu
17:10 22.09.2018

“Alimlər şəhərciyi”ndə işlər sürətlənib - Yaşayış kompleksində mənzil satışına başlanıb
17:00 22.09.2018

Rusiya və Türkiyə razılığa gəlib - Idliblə bağlı sərhədlər müəyyən edilib
16:38 22.09.2018

Ayqün Kazımovadan klipə görə çəkdirdiyi - FOTOLAR
16:16 22.09.2018

DİN əməliyyat keçirdi - Silah-sursat aşkarlandı
15:50 22.09.2018

Cocuq Mərcanlıda humanitar aksiya - Sakinlərə tibbi xidmət göstərilib
15:33 22.09.2018

Dollarla götürülən kreditlə bağlı qərar verildi - Konstitusiya məhkəməsi müraciətə baxdı
15:10 22.09.2018

Neftçalada silsilə oğurluq - Polis dəstə üzvlərini ələ keçirdi
14:47 22.09.2018

Ayqün Bəylərdən yemi imic və mükəmməl ifa - "ATV-Sou"da - VİDEO
14:25 22.09.2018

Sərnişin qatarı relsdən çıxdı - Gecikmə yarandı, sərnişnlər başqa qatarla yola salındı - FOTOLAR
14:07 22.09.2018

Braziliya futbolunun canlı əfsanəsi Bakıya gəlir
13:50 22.09.2018

Брат с сестрой завоевали золото в один и тот же день - На чемпионате мира в Баку
13:25 22.09.2018

İranda ölü sayı artır - SEPAH qisas vəd edib - VİDEO - FOTOLAR
13:05 22.09.2018

Əfqanıstanda partlayış - Terror qurbanları yenə uşaqlar oldu
12:42 22.09.2018

Ötən günün kriminal statistikası
12:20 22.09.2018

Kolumbiyada futbolçuya heykəl qoyuldu
11:59 22.09.2018

Dülgər sexi külə döndü - ŞƏKİDƏ
11:35 22.09.2018

Gürcüstanda nonsens - Nazir müavini 500 nəfər soydaşımızdan xəbərsizdir
11:14 22.09.2018

Təhsil Nazirliyi: Dərsliklərdən çətin mövzu və terminlərin çıxarılması yalnız o halda mümkün ola bilər ki...
10:50 22.09.2018

Cüdo üzrə dünya çempionatı - Uğursuzluq zolağı - davam, ya tamam? - FOTOLAR
10:25 22.09.2018

İranda atışma - Hərbi parad zamanı əsgərlər öldü
10:00 22.09.2018

Müsəlman şərqində ilk parlament - Azərbaycan parlamentinin 100 illiyi qeyd edilir - VİDEO
23:30 21.09.2018

Girovlarla bağlı tədqiqat aparılıb - Sənədlər BMT-yə təqdim ediləcək
19:55 21.09.2018

Meladze Gürcüstanda ev alır
19:38 21.09.2018

Mira, Imayna, Meda, Anzor... - Övladımıza hansı adları veririk?
19:20 21.09.2018

Aqueronun gələcəyi - Daha 3 il "Mançester Siti"də oynayacaq
19:01 21.09.2018

Avropa Ittifaqından “Feysbuk”a xəbərdarlıq - Şəxsi məlumatlar kimlərə ötürülür?
18:43 21.09.2018

Rafiq Hüseynov belə görüntüləndi - FOTOLAR
18:23 21.09.2018

“Xəzər” kafesindəki yanğın söndürülüb - Yanğının səbəbləri ilə bağlı təhqiqat başlayıb
18:05 21.09.2018

Tanzaniyada gəmi batdı - 90 nəfər boğuldu, 200-ə qədər sərnişin itkin düşüb
17:47 21.09.2018

Avropa Məhkəməsi Ermənistanı cəzalandırdı - Rəsmi Irəvan 20 min Avroya yaxın vəsait ödəyəcək
17:28 21.09.2018

Astarada torpaq sürüşməsi baş verib - Bir evdə çatlar əmələ gəlib
17:09 21.09.2018

“Fazilet hanım ve kızları”nın aktrisası ailə qurur - FOTOLAR
16:51 21.09.2018

UEFA reytinqi - Azərbaycan neçəncidir?
16:33 21.09.2018

Qeyri-sabir hava şəraiti davam edəcək
16:12 21.09.2018

482 soydaşımızın təhsil problemi - Nazir müavini məsələnin araşdırılacağını vəd verdi
15:50 21.09.2018

Yardımlıda heroin əməliyyatı - Şübhəli şəxs ələ keçdi - FOTOLAR
15:29 21.09.2018

Rəqsanənin növbəti "qurbanı" : - "Pulumu vermir, haramı olsun"
15:08 21.09.2018

Donald Tramp: Yaxın aylarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yeni imkanlar açılacaq
14:50 21.09.2018

Məleykə Abbaszadə: “Gənclərin rəhbər olmaq istəyi azalıb”
14:24 21.09.2018

Cüdo üzrə dünya çempionatında ilk günün həyacanı - Azərbaycan medalsız qaldı, Ukrayna "göylərə ucaldı" - ÖZƏL - FOTOLAR
14:00 21.09.2018

ATV-də yeni layihə - "Həyətimiz" - Bu axşam - FOTOLAR
13:49 21.09.2018

Vyetnam prezidenti vəfat etdi - O, ağır xəstəlikdən əziyyət çəkirmiş
13:28 21.09.2018

Döyüş hazırlığı - Gecə döyüş atışları icra edilib
13:10 21.09.2018

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
13:05 21.09.2018

Elmar Məmmədyarov Nyu- Yorka getdi - Nazir BMT-nin 73-cü sessiyasında çıxış edəcək
12:51 21.09.2018

Hindistandan ABŞ sanksiyalarına cavab - Oktybrdan Iran nefti rupi ilə alınacaq
12:32 21.09.2018

ATV-nin teleaparıcısı yevi verilişdə
12:13 21.09.2018

Rezidenturaya ərizə qəbulu elan edilib - 31vakant yer qalıb
11:55 21.09.2018

ATV-də "Axşamın oyunu"
11:34 21.09.2018

“Qərbi Nil” qızdırması - Yunanıstanda epidemiya tüğyan edir
11:16 21.09.2018

Abonentlərin diqqətinə! - Bəzi qəsəbələrdə su olmayacaq
10:58 21.09.2018

Fransa nəşri Qarabağ haqda yazdı - “Qarabağ münaqişəsinin həll edilməsinin vaxtıdır”
10:39 21.09.2018

Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilir - Prezident İlham Əliyev iclasda iştirak edir
10:20 21.09.2018

Avroliqanın ilk turu keçirildi - Nəticələr
10:06 21.09.2018

Xarici valyutaların manata qarşı məzənnələri - Sentyabrın 21-də
09:45 21.09.2018

"Qarabağ"dan uğursuz start
09:24 21.09.2018

Bu gün Neftçilər günü qeyd edilir - “Əsrin müqaviləsi”nin imzalanmasından 24 il ötür - VİDEO
23:30 20.09.2018

Ermənistanın təxribatları davam edir - Paşinyan danışıqları ləngitmək istəyir - VİDEO
23:00 20.09.2018

“Ermənistan: faşizmin tüğyan etdiyi ölkə” - Erməni terroçuların əməlləri ilə bağlı sənədlər açıqlandı - VİDEO
22:30 20.09.2018

Qanvermə aksiyası başa çatıb - STATISTIKA
20:10 20.09.2018

Hande və Murad bir-birini "sildi"
19:55 20.09.2018

Dayanacaqlara kamera quraşdırılacaq - Ərazidə taksi saxlayanlar nəzarətə götürülür
19:37 20.09.2018

“Azerspace –2” uçuşa hazırdır - Peyk orbitə nə vaxt buraxılacaq?
19:19 20.09.2018

Dövlət qulluğuna qəbul - DİM sınaq imtahanı keçirəcək
19:00 20.09.2018

Demet və Alişan 6 il sonra barışdı
18:52 20.09.2018

Hər arı ailəsinə 10 manat... - Arıçılara subsidiya veriləcək
18:33 20.09.2018

Bayıl sürüşmə sahəsində son durum - Vəziyyət necədir?
18:14 20.09.2018

Jan Fransua Manseldən açıqlama - “Ermənistan Azərbaycan torpaqlarından çəkilməlidir” - FOTOLAR
17:55 20.09.2018

Bütün xəbərlər