Bu günlərdə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev bildirdi ki, ölkəmizdə pensiyaların dövlət tərəfindən artırılmasına son qoyulacaq. Söhbət, dövlət büdcəsi hesabına olan artımlardan gedir. Belə ki, bizdə pensiya məbləğlərinin baza hissəsi hazırda dövlət büdcəsindən hər il DSMF-ə edilən transfert hesabına maliyyələşir ki, onun vaxtaşırı olaraq artırılması da bunun sayəsində həyata keçirilir.
E. Mehdiyev qeyd etmişdir ki, ölkədə pensiyalarla bağlı dövlət büdcəsindən ayırmalara tədricən son qoyulacaq. Onun sözlərincə, pensiya sisteminin yalnız sığorta ödənişləri hesabına təşkil olunması istiqamətində aparılan islahatlar nəticəsində dövlət büdcəsindən asılılıq ləğv olunacaq və pensiya ödənişləri məhz bu mexanizm çərçivəsində həyata keçiriləcək.
Çünki pensiya sahəsində büdcədən asılılıq SSRİ-dən qalma mexanizm sayılır.
Sual olunur ki, bu, mümkündürmü? Başqa sözlə desək, pensiyaların yalnız sosial sığorta ayırmaları hesabına maliyyələşdirilməsinə keçmək və mövcud pensiya məbləğlərinin məhz bu mexanizm çərçivəsində artırılması bizdə real ola bilərmi?
Təbii ki, bu, gec-tez baş tutacaq. Çünki inkişaf etmiş ölkərin demək olar, heç birində vətəndaşların pensiya təminatı onların dövlət büdcələrindən 1 faiz də olsa belə asıılı vəziyyətdə deyil. Ancaq onların hər birində əmək haqqları yüksək səviyyədədir ki, hər bir işləyən şəxs özünün gələcəkdə pensiya təminatı məsələsini qabaqcadan könüllü şəkildə ödəniş etmək vasitəsilə müəyyən edir.
Bizdə belə imkan varmı? Şübhəsiz ki, yox.
Əvvəla, Azərbaycanda əhalinin real pul gəlirləri müntəzəm olaraq artmaqda olsa da onlara gələcəkdə özlərinin pensiyalarını təmin etmələri üçün kifayət səviyyədə deyil. Əksinə, bir sıra sahələrdə maaşlar elə həddədir ki, adi fiziki şəxslərdən gəlir vergisi və sosial ayırmalardan yayınmaq üçün bəhanə axtarılır ki, nəticədə bunlar gizlədilir. E. Mehdiyevin söylədiklərinə əsasən isə pensiyalar yalnız işləyən vətəndaşların hər ay maaşından ayrılan sosial sığorta yığımları (pensiya kapitalı) hesabına verilməli və artırılmalıdır.
Yəni, bu sahədə dövlət büdcəsinin üzərinə düşən yük aradan qalxmalıdır.
Ikincisi isə, bizdə fiziki şəxslərdən gəlir vergisi ilə sosial ayırmaların yükü “ağırlıq” təşkil edir. Belə ki, işəgötürənin əməkhaqqı fondundan 22, işçilərin isә maaşlarוndan 3 faiz sosial ayוrma tutulması real olaraq böyük “yük” sayılır. Odur ki, sual edilir: bu cür normativ şəraitində rüsum yığıldığı halda ölkə üzrə pensiyaları ödəmək mümkün deyilsə, dövlət büdcəsindən ayırmadan asılılığa görəsən necə son qoyula bilər?
Bunun üçün E. Mehdiyev qeyd edib ki, əsas diqqət iş yerlərində əmək haqlarının rəsmiləşdirilməsinə yönəldilib. O, əlavə edib ki, pensiya artımlarına nail olmaq üçün ilk növbədə ödənilən əmək haqlarının leqallaşdırılması və bu əsasda daha yüksək sosial sığorta haqlarının fərdi hesablarda qeydə alınmasına nail olmaq lazımdır.
Ancaq təkrar ediriik: maaşlar aşağıdır. Hər il bütün növ əmək pensiyalarının sığorta hissəsinin yanvarın 1-indən etibarən, əvvəlki il ərzində ölkədə qeydə alınmış inflyasiya səviyyəsinə uyğun olaraq indeksləşdirilərək artırılması, əhalinin pensiya gəlirlərinin bilavasitə adı çəkilən ödənişdən asılı olan hissəsinin sosial müdafiəsini gücləndirmək baxımından böyük əhəmiyyət kәѕb edir. Əvvəla ona görə ki, başa çatmış il ərzində ölkə üzrə istehlak qiymətlərinin artımı nəticəsində həmin pensiyaların itirilən dəyəri bu yolla bərpa edilir, ikincisi də, ölkədə pensiya məbləğlərinin artırılmasının bir yolu da bundan keçir.
Qeyd edək ki, dövlət başçısının əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə Sərəncamlarına əsasən, əmək pensiyalarının sığorta hissəsinə ölkədə baş vermiş inflyasiyaya uyğun olaraq 2007-ci ilin yanvarın 1-dən 8,3 faiz, 2008-ci ilin yanvarın 1-dən 16,7, 2009-cu ilin yanvarın 1-dən 20,8, 2010-cu il yanvarın 1-dən 1,5, 2011-ci il yanvarın 1-dən 5,7, 2012-ci il yanvarın 1-dən 7,9, 2013-cü il yanvarın 1-dən 1,1, 2014-cü il yanvarın 1-dən isə 2,4 faiz artım tətbiq edilib.
Bəs, pensiyaların baza hissəsi, başqa sözlə desək, minimal məbləği necə artırılmalıdır?
Ölkədə ciddi sosial-iqtisadi islahatların aparılmasının məntiqi nəticəsi olaraq yaşa görə əmək pensiyasının baza hissəsi isə 2006-cı il aprelin 1-dən 30 manat, oktyabrın 1-dən 35, 2007-ci il yanvarın 1-dən 40, fevralın 1-dən 50, 2008-ci il yanvarın 1-dən 60, sentyabrın 1-dən 75, 2010-cu ilin sentyabrın 1-dən 85, 2013-cü ilin sentyabrın 1-dən isə 100 manat məbləğində müəyyən edilmişdir.
Və bunun nəticəsi olaraq da pensiyaların orta aylıq məbləği hər il yüksələn dinamika üzrə artmışdır. Belə ki, ölkə üzrə pensiyaların orta aylıq məbləği 1 yanvar 2006-cı il tarixə 29,8 manat olduğu halda, 1 yanvar 2007-ci il tarixə 41,1 manat, 1 yanvar 2008-ci il tarixə 62,9, 1 yanvar 2009-cu il tarixə 95,8, 1 yanvar 2010-cu il tarixə 100,4, 1 yanvar 2011-ci il tarixə 112,9, 1 yanvar 2012-ci il tarixə 145,1, 1 yanvar 2013-cü il tarixə isə 152,0 manat təşkil edib. Hazırda isə 172,2 manata çatmışdır. Nəticədə də yeni sistem fəaliyyətə başladığı dövrdən indiyədək əmək pensiyalarının minimum məbləği 4, orta aylıq məbləği isə 5,8 dəfə artmışdır.
Ümümiyyətlə, yeni sığorta-pensiya sisteminin fəaliyyət göstərməyə başladığı 2006-cı ildən indiyədək dövlət başçımız tərəfindən əmək pensiyalarının baza hissəsinin artırılması ilə bağlı 8 Sərəncam verilmişdir ki, bu müddət ərzində sığorta hissənin indeksləşdirilməsi ilə də bağlı eyni sayda müvafiq sənəd imzalanmışdır. Bununla yanaşı, əvvəlki sistemlə əhatə olunmuş şəxslərin yeni şəraitə inteqrasiyasının tamamlanması üçün də ardıcıl qərarlar qəbul edilmişdir.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbərliyi ölkədə pensiya məbləğlərinin yüksəldilməsini həmişə sosial sığorta daxilolmalarından asılı olduğunu deyir. Düzdür, əmək haqqlarının leqallaşdırılması və işçilərin qeydiyyatının düzgün aparılmasından da çox şey asılı olduğu bildirilir.
Əmək pensiyalarının sabit və dayanıqlı maliyyələsdirilməsi üçün şūbhәѕiz, bunlar vacibdir. DSMF-in gəlirləri sabit və artan tendensiya üzrə inkişaf etməlidir ki, həm mövcud pensiya məbləğləri vaxtında ödənilə bilsin, həm də bu sahədə artımı istənilən səviyyədə həyata keçirtmək mümkün olsun.
Ancaq Fondun büdcəsinə diqqət yetirsək, onun gəlirlərinin məcburi dövlət sosial sığorta haqqları, dövlət büdcəsindən transfert və sair hesablardan olmaqla, cəmi 3 hissədən ibarətdir. Xərclər hissəsi isə 7 istiqamətdə nəzərdə tutulur. Büdcənin vəsaitinin əsas hissəsi - 1,78 milyard manatı məcburi dövlət sosial sığorta haqqları hesabına formalaşır.
Sual olunur ki, belə şəraitdə pensiyaları istənilən vaxtda və səviyyədə artırmaq mümkündürmü? Sözsüz k, yox...
Odur ki, vəziyyətdən çıxış yolu sosial sığorta haqqlarını həm üfiqi, həm də şaquli istiqamətdə genişləndirməkdən və yaxud dövlət büdcəsndən transferti artırmaqdan keçir. DSMF-in 2014-cü il büdcəsində dövlət büdcəsindən transfertin məbləği 1,142 milyard manatdır ki, keçənil bu məbləğ 1,077 milyard təşkil edirdi. Transferti hər il artır. Və növbəti ilin – 2015-ci ilin büdcəsinə əmək pensiyalarının maliyyələçdirilməsi üçün isə 1,100 milyard manat ayrılması nəzərdə tutulub.
Halbuki bu, düzgün deyil, o səbəbdən ki, əhalidən gəlir vergisi tutulmasından əlavə sosial sığorta haqqları da toplanırsa, DSMF-a ölkənin əsas maliyyə sənədinə transfert tədricən, azaldılmalıdır.
“2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkisafına dair Dovlət Proqramı”nda sosial sığorta daxilolmalarını yüksəltməyin, əmək haqqlarını leqallaşdırmaqla işçilərin qeydiyyatı sahəsində aparılan işləri səmərəli etməyin mühüm bir vәzifә olaraq qarşιya qoyulması da bunu ehtiva edir.
Yer gəlmişkən, xatırladaq ki, hәmin sənədə əsasən məcburi sosial sığorta ödəmələri üzrə real pay səviyyəsini işəgötürənlə işçi arasında hazırki 22+3 faiz nisbətindən 20+5 faizlə əvəz etmək nəzәrdә tutulur ki, ümumiyyətlə, 20+5 faiz nisbəti birincini ardıcıl olaraq azaltmaqla ikincini 12,5 faizə çatdıraraq hər ikisini bərabərləşdirmək planlaşdirılır.
Halbuki, təkrar edirik ki, ölkədə əhalinin əksər hissəsinin aldığı əmək haqqlarının səviyyəsinə görə fiziki şəxslərdən gəlir vergisi ilə sosial ayırmaların mövcud səviyyəsi yüksəkdir.
E. Mehdiyev onu da qeyd etmişdir ki, sosial sığorta haqqı normativinin strukturunun təkmilləşdirilməsi pensiya sistemində növbəti mərhələ üçün aparılacaq pensiya islahatlarının əsas istiqamətini təşkil etməklə işəgötürənlər üzrə əmək haqlarını daha yüksək məbləğdə rəsmiləşdirmələrinə maraq yaratmalıdır.
Ancaq bizcə, ölkədə ya maaşlar kəskin artırılmalı, ya da məcburi sosial sığorta haqqlarının yığım səviyyəsini qaldırmaq üçün digər növ vergi dərəcələri aşağı salınmalıdır ki, pensiyaları da istənilən səviyyədə artırmaq mümkün olsun.
Üstəlik, ölkədə icbari tibbi sığorta sistemi də işə düşərsə işəgötürənlərə əlavə tibbi sığorta üzrə rüsumların da tədbiqi əmək haqqlarının leqalaşdırılması və müqavilələrin bağlanması tədbirlərinə mənfi təsir edə bilər.
Bu sahədə bəzi detallar isə artıq, ilkin olaraq məlumdur. Belə ki, hökumət nümayəndələrinin bəzi açıqlamalarına görə, işəgötürənlər üzrə icbari tibbi sığortaya əməkhaqqı fondundan təqribən 2-2,5 faiz ödəniş tədbiq ediləcək ki, icbari tibbi sığorta sisteminin maliyyələşdirilməsinin üçüncü mənbəyi hesab olunan işçilərə isə maaşlarının təxminən 1-2 faizi qədər rüsum tədbiq olunacaq.
Pərviz Heydərov
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda ağacəkmə aksiyasında iştirak ediblər - FOTOLAR
16:22 06.12.2019
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar - FOTOLAR
16:13 06.12.2019
Nəbi Xəzrinin 95 illiyinə həsr olunmuş tədbir keçirilib
15:25 06.12.2019
Şənbə günü hava necə olacaq?
15:06 06.12.2019
Hansı şirkətlər kibertəhlükə ilə üz-üzə qalıb? - Bəzi müəssisələrin informasiya təhlükəsizliyi büdcəsi yoxdur - VİDEO
14:45 06.12.2019
Bərdədə pendir sexinin fəaliyyəti dayandırıldı - Məhsullar anti-sanitar şəraitdə hazırlanıb
13:41 06.12.2019
Xarici İşlər nazirləri gələn il görüşəcək - Həmsədr ölkələrin nümayəndə rəhbərləri bəyanat yaydı
13:20 06.12.2019
Bu gün 650 min ağac əkiləcək - Kampaniya bütün bölgələri əhatə edəcək - VİDEO
13:00 06.12.2019
Şamaxıda "ASAN Həyat" kompleksi istifadəyə verilib - Prezident İlham Əliyev açılışda iştirak edib - FOTOLAR
12:17 06.12.2019
266 min manat krediti qaytarmadı - 808 min manatlıq əmlakına həbs qoyuldu
11:55 06.12.2019
Anası tərəfindən atılmış Turanənin acı taleyi - VİDEO
11:40 06.12.2019
Elmar Məmmədyarov irlandiyalı nazirlə görüşüb - FOTOLAR
11:19 06.12.2019
Heydər Əliyev Fondu Rusiyada mükafata layiq görülüb
10:59 06.12.2019
Fransada gərginlik - 100-dən çox etirazçı saxlanılıb
10:18 06.12.2019
Polşa və Pribaltikanı NATO qoruyacaq - Yeni plan qəbul edildi
09:56 06.12.2019
Tarixdə bu gün - 6 Dekabr - Zəki Mürən, ilk telefon xətti, dünyanın ən iri həcmli ensiklopediyası, insulin...
09:35 06.12.2019
“Belarusla Rusiyanın birləşməsi mümkün deyil” - Lukaşenko ittifaqla bağlı qəti qərarını açıqladı
21:45 05.12.2019
“Azərbaycan ərazilərinin işğalı davam edir” - Çavuşoğludan ATƏT-in iclasında Qarabağ açıqlaması
21:38 05.12.2019
ABŞ silahla dolu İran gəmisini saxladı - Raket hissələri Husi üsyançılarına göndərilibmiş
21:22 05.12.2019
Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında - Sərəncam
21:00 05.12.2019
Serj Sarkisyana qarşı cinayət işi açıldı - O, dövlət büdcəsini mənimsəməkdə ittiham olunur
20:50 05.12.2019
Qəbul imtahanlarının vaxtı müzakirə olunur - Gözlənilən yarışlara uyğun dəqiqləşmə aparılacaq
20:25 05.12.2019
Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında - Sərəncam
19:49 05.12.2019
Şəhriyarla ailə həyatı qurmağa gələn qız niyə fikirini dəyişdi? - "Bizimləsən"də - VİDEO
19:30 05.12.2019
"Müasir Azərbaycan diplomatiyasının 100 illiyi” - Ərəb dilində kitab çap olunub
18:42 05.12.2019
Əqli mülkiyyət hüquqlarının müdafiəsi - Bakıda seminar keçirilir
18:36 05.12.2019
Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında - Sərəncam
18:20 05.12.2019
On ölkədə "Azərbaycan Evi" fəaliyyətə başlayacaq - Diasporla İş üzrə Dövlət Komitəsi hesabat verdi
18:18 05.12.2019
Nəsiminin 650 illiyi qeyd olunur - Elmi-praktiki konfrans keçirilib
18:11 05.12.2019
Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında - Sərəncam
18:00 05.12.2019
Əlibaba Məmmədovun 90 illiyinin qeyd edilməsi haqqında - Sərəncam
17:30 05.12.2019
“Müzakirələr kifayət qədər çətin keçdi” - Məmmədyarov erməni həmkarı ilə görüşdən danışdı
17:28 05.12.2019
Bibiheybət yolu nə vaxt təmir ediləcək? - Agentlik əlaqədar qurumlardan hesabat gözləyir
17:10 05.12.2019
İcbari tibbi sığorta haqqı necə hesablanacaq? - Dövlət Agentliyindən açıqlama
16:30 05.12.2019
Magistraturaya qəbul qaydası dəyişə bilər - İmtahanın birmərhələli keçirilməsi təklif olunub
15:39 05.12.2019
Məişət əşyaları oğurlayan şəxs tutuldu - Quba sakini həmkəndlisinin evini qarət edib
12:49 05.12.2019
Kürdəmirdə “FORD” yük maşınına çırpılıb - Ölən və xəsarət alanlar var - FOTOLAR
09:50 05.12.2019
Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüb
09:35 05.12.2019
Tarixdə bu gün - 5 Dekabr - “Bermud üçbucağı”, Könüllülər günü, Uolt Disney...
09:19 05.12.2019
Sabah hava necə olacaq?
14:55 04.12.2019
Həsən Ruhani: "ABŞ rəsmiləri bizə ismarış göndəriblər"
14:19 04.12.2019
Slovakiyada Qarabağ müzakirəsi - Azərbaycan münaqişənin həllinə dair mövqeyini təqdim edib
13:39 04.12.2019
Elmi-tədqiqat işləri artıb
13:21 04.12.2019
II Xəzər innovasiya konfransı keçirilib - Konfrans “Əşyaların interneti” mövzusuna həsr edilib
13:02 04.12.2019
Qatar minik avtomobili ilə toqquşdu - Saatlıda
12:43 04.12.2019
Konstitusiya Məhkəməsi plenumunun iclası - Prezidentin Milli Məclisin buraxılması ilə bağlı sorğusuna baxılır
12:22 04.12.2019
Bakıda məktəb binası uçmaq təhlükəsi ilə üzləşib - Şagirdlər başqa məktəbə köçürüldü
12:00 04.12.2019
Salyanda qəza: piyada öldü - Sürücü hadisə yerindən qaçdı
11:41 04.12.2019
“Fərqliyik, bərabərik” - Heydər Əliyev Mərkəzində Uşaq festivalı təşkil olundu - VİDEO
11:20 04.12.2019
Zakir Həsənov cəbhə xəttində
11:01 04.12.2019
Bakıda binanın zirzəmisindən top mərmisi tapılıb
10:42 04.12.2019
İranın Baş konsulluğu üçüncü dəfə yandırıldı
10:22 04.12.2019
Təchizatçılar bioyanacağı aviasiya yanacağı ilə qarışdırmalıdırlar
10:03 04.12.2019
Magistraturaya qəbul prosesinin sadələşdirilməsi ilə bağlı təkliflər hazırlanıb
09:45 04.12.2019
Albaniyadakı zəlzələnin ölkəyə vurduğu ziyan açıqlanıb
09:29 04.12.2019
Tarixdə bu gün - 4 Dekabr - “Moskviç-400”, Şaxta Babaya məktub və Ömər Xəyyam...
09:15 04.12.2019
Peşə məktəbinin direktoru tutuldu - Şagirdlərin təqaüdünü mənimsəyib
21:49 03.12.2019
Rəcəb Tayyib Ərdoğan: NATO-nun yenilənməsi qaçılmazdır
21:32 03.12.2019
22 əlil reabilitasiya vasitələri ilə təmin edildi - Masallı, Lənkəran, Astarada tədbir təşkil olunub
21:13 03.12.2019
Ибрагимович согласовал контракт с «Миланом»
20:30 03.12.2019
Yunanıstanın Xios adasındakı qaçqınlar düşərgəsində kütləvi iğtişaş baş verib
20:13 03.12.2019
Yeni duetlər - Amina - PRoMete. "Ayıb" - VİDEO
19:55 03.12.2019
Cenevrədə vaksinlərin təhlükəsizliyi məsələləri müzakirə olunur
19:37 03.12.2019
KOBİA “Bakutel 2019” sərgisində - Yerli sahibkarlar məhsul və xidmətlərini nümayiş etdirir
19:18 03.12.2019
Türkiyənin iki əsgəri şəhid olub
19:00 03.12.2019
Sabahın havası...
18:43 03.12.2019
İranda ağır yol qəzası baş verib - Üç nəfər öldü, 24 nəfər yaralandı
18:24 03.12.2019
Elbrus İsayev Naxçıvan Dövlət Universitetinin rektoru təyin edildi
18:22 03.12.2019
Gürcüstanda itkin düşən balıqçılar axtarılır - Axtarışa FHN-in əməkdaşları da cəlb olunub
18:13 03.12.2019
Milli Məclisin növbəti plenar iclası keçirilib
18:03 03.12.2019
Rafael Dadaşov reanimasiyaya yerləşdirilib - Xalq artistinin vəziyyəti ağır-stabil qiymətləndirilir
17:47 03.12.2019
POS-terminal quraşdırmayan obyekt cərimələnəcək - Gələn ildən ƏDV-nin istehlakçılara qaytarılmasına başlanılacaq
17:28 03.12.2019
20-yə yaxın otelə kiber hücum olub - Viruslar bron sifarişi şəklində göndərilib
17:11 03.12.2019
Penitensiar müəssisələrdə seçkiyə hazırlıq - Növbəti seminar-məşğələ keçirilib
16:52 03.12.2019
Yardımlı rayonunda İdman Kompleksinin tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında - Sərəncam
16:33 03.12.2019
Manilada qasırğa səbəbindən 300-ə yaxın aviareys ləğv edilib
16:15 03.12.2019
Sergey Lavrov: Rusiya ilə Azərbaycan arasında münasibətlər qarşılıqlı inama və etibara əsaslanır
15:56 03.12.2019
Agentlikdən sahibkarlara xəbərdarlıq! - Yanvarın 1-dək vaxt verildi
15:37 03.12.2019
"Azərbaycanda qadın hüquqları” - Ümumrespublika inşa müsabiqəsinə start verilir
15:18 03.12.2019
Ayman Safadi: “Qarabağ münaqişəsinin sülh yolu ilə həlli vacibdir”
15:00 03.12.2019
Bütün xəbərlər