Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Artıq gəlir nə tələb edir?

Artıq gəlir nə tələb edir?
783 dəfə oxunub

Cari ilin dövlət büdcəsinin yanvar-sentyabr ayları ərzində icrası nəticəsində 1377,1 milyon manat məbləğində profisitin (büdcədə artıqlığının) yaranması ilk növbədə Dövlət Neft Fondundan (ARDNF) transferti azaltmağı, ikincisi gəlir və xərclərə dair proqnozların tərtibi mexanizmini dəyişdirməyi, üçüncüsü isə gəlirlərin təminində qeyri-neft sektorundan daxilolmaların artmasına səy göstərməyi vacib sayır.

Keçən il də eyni vəziyyət qeydə alınmışdı. Belə ki, yanvar-sentyabr aylarında bu ildəkindən bir qədər çox - 1 milyard 610,3 milyon manat qalıq əldə olunmuşdu.

Hansı ki, 2013-cü ilin dövlət büdcəsinin həcmi cari ildəkindən 4, ARDNF-dan transfert isə 17,7 faiz yüksək təşkil edirdi. Və bütün bunların müqabilində xərclər isə 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulandan 1,1 faiz aşağı idi.

Odur ki, sual yaranır: cari ilin büdcəsində gəlirlər azaldılıb xərclər çox olduğu halda 9 ayda yenə profisit əldə olunubsa və bu, keçən ilin anoloji dövründəkindən az fərqlənirsə Neft Fondundan transfertı azaltmaq mümkün deyilmi?

Heç olmasa, bunu “qayçılamaq” olmazmı?

Biz, eyni məsələyə dair keçən şərhimizdə də yazmışdıq ki, belə böyük məbləğdə profisitin əldə olunmasında gəlirlərin nəzərdə tutulduğundan yüksək səviyyədə icra olunmasının böyük rolu var. Düzdür, dövlət büdcəmizdə bu il neftin qiymətinin 100 ABŞ dolları götürülməsi müəyyən problemlər yarada bilərdi. O baxımdan ki, dünya bazarlarında qiymət 2-3 ay əvvəl bundan aşağı düşsə idi vəziyyət çətin olacaqdı. Çünki bu ilin büdcəsində neftin qiyməti keçən ildəkindən aşağı həddə götürülməli idi: 100 dollar risk sayılırdı.

Ancaq məsələ bundadır ki, 2014-cü ilin yanvar-sentyabr aylarında azərbaycan neftinin orta qiyməti 109 dollar təşkil edib. Bu isə o deməkdir ki, sözügedən müddətdə xərclər nə qədər kəsirlə icra edilsə də 9 ayda 1 milyarddan çox məbləğdə profisit təsadüfən əldə olunmayıb.

Keçən il də səbəb eyni idi.

Odur ki, 1,377 milyard manat profisit ilin yekununda xərclər nə qədər artırılsa belə, yenə kəsirə çevrilə bilməz. Yeri gəlmişkən, bu il kəsir 1,679 milyard manat proqnozlaşdırılmışdır. Bu da keçən il nəzərdə tutulduğundan 988 milyon manat çoxdur.

Beləliklə də keçən il olduğu kimi cari il də büdcənin icrası qalıqla yekunlaşaq.

Bəs, büdcənin bu cür proqnozlaşdırılması nə məqsəd daşıyır?

İş ondadır ki, dövlət büdcəsinin icrasında bu cür böyük məbləğdə profisit heç bir halda səmərəli deyil. Belə ki, bu amil qeyd etdiyimizə əsasən ya xərclərin düzgün proqnozlaşdırılmadığı, yaxud da ARDNF-dən transfertin məhz nəzərdə tutulduğu kimi həyata keçirilməsinə lüzum olmadığını göstərir.

Məsələn, götürək, göstərilən müddət ərzində ARDNF-dən transferi... 9 ayda ARDNF-dən büdcəyə 7,399 milyard manat köçürülüb ki, 1,377 milyard manat profisitin əldə olunması müqabilində bunu 1 milyarda yaxın da həyata keçirtmək olardı. Sual edilə bilər ki, bu zaman sosialyönümlü xərclərin ödənişində problem yarana bilərdimi?

Bizcə, yox...

Odur ki, bu vəziyyət hər il təkrarlandığı üçün büdcənin proqnozlaşdırılmasına yenidən baxmaq lazımdır. Yeri gəlmişkən, maraqlıdır ki, növbəti ildə transfert yenə artıq həyata keçiriləcək. Belə ki, 2015-ci il dövlət büdcəsi layihəsində ARDNF-dən transfert cari il üçün proqnozlaşdırılandan 11,3 faiz çox nəzərdə tutulub. Bu da 2014-cü ilin büdcəsində onun keçən ilə nəzərən 17,7 faiz azaldılması müqabilində təəccüb və təəsüf doğurur.

Sözümüz bunda deyil.

Ümumiyyətlə, dövlət büdcəsi son bir neçə ildir kəsirsiz icra edilir. Odur ki, gəlirlərin xərcləri üstələməsi fonunda neft pullarına qənaət etmək, büdcənin ondan asılılığını azaltmaq məqsədilə transfert məhdudlaşdırmaq israrla tələb olunur. Hansı ki, bunu təmin etməyin bir yolu da neftin büdcədə qiymətini mümkün dərəcədə aşağı müəyyən etməkdən keçir.

Məsələn, 2015-ci ilin dövlət büdcəsində neftin büdcədə qiyməti 90 deyil, 75-80 dollar götürülsə yaxşı idi. Ona görə ki, risklərdən indidən sığorta olunmaqdansa, növbəti ildəki vəziyyətə uyğun hərəkət etmək məsləhətdir.

Onu da qeyd edək ki, 2014-cü ilin dövlət büdcəsi xərcləri 20,063 milyard manat proqnozlaşdırıldığı halda, gələn il üçün 21,1 milyard nəzərdə tutulub.

Bu da 1,037 milyard manat və ya 5,2 faiz çox deməkdir.

Büdcə kəsiri isə bu il üçün nəzərdə tutulandan az fərqlidir: 1,662 milyard manat.

Keçən il və bu il ərzində müşahidə olunan tendensiyaya əsasən qeyd edə bilərik ki, böyük ehtimalla 2015-ci ildə də büdcənin icrası profisitlə yekunlaşacaq.

Odur ki, büdcə xərclərində dövlət tərəfindən əsaslı vəsait qoyuluşuna qənaət etməklə profisiti azaltmaq mütləq sayılır. Bu, gələcəkdə büdcə xərclərinə nəzarətə, onun səmərəliliyini yüksəltməyə, neft pullarına qənaətə, həmçinin sosial xərclərin artım dinamikasının sırf qeyri-neft sektorun inkişafına bağlanmasına şərait yarada bilər.

Sonuncu barədə qeyd edək ki, 2014-cü ilin dövlət büdcəsi haqqında qanununun tədbiqinə dair Prezident Fərmanına əsasən məlum olduğu kimi dövlət büdcəsinə daxilolmaların 12 milyard 139 milyon manatı neft, yalnız 4,300 milyardı qeyri-neft sektoru üzrə vergilər və vergi olmayan ödənişlər hesabına təmin ediləcək.

Növbəti ildə isə gəlirlərdə qeyri-neft sektoru üzrə pay 2014-cü ilin proqnozu ilə müqayisədə 8,1 faiz yüksək təşkil etməlidir.

 

 Pərviz Heydərov

BUNU DA OXU

Ələt azad iqtisadi zonası yaradıldı
İki Azərbaycanlı İrəvanda video çəkiliş aparıb - VİDEO
ATV-dən koronavirusa yoluxan əməkdaşları ilə bağlı - AÇIQLAMA
Vasif Məhərrəmli - 50! - Müğənni haqqında bilmədiyiniz 5 maraqlı fakt
Göyçayda bədbəxt hadisə - Qoç müğənnini öldürdü - Yenilənib - VİDEO
Xəbər lenti

ATV-nin əməkdaşlarının koronavirus testi neqativ çıxdı - Televiziya işçiləri fəaliyyətlərinə davam edirlər
22:54 25.05.2020

Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanıldı - 15 günlük həbs olundu
22:36 25.05.2020

Rusiya vətəndaşı saxlanıldı - Evindən nartotik vasitə və odlu silah götürüldü
22:16 25.05.2020

11 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarıldı - Faktla bağlı araşdırma davam edir
21:58 25.05.2020

Yeni Zelnadiyada baş nazir canlı efirdə olarkən zəlzələ baş verdi - 5,8 bal gücündə zəlzələ 30 saniyə davam edib
21:39 25.05.2020

Oksford alimlərindən COVİD-19 pevəndi ilə bağlı açıqlama - Sınaqların uğurlu olacağı ehtimalı 50 faizdir
21:28 25.05.2020

Ermənistanda koronavirus sürətlə yayılır - Bir gündə 452 nəfərdə virus aşkarlanıb
21:16 25.05.2020

Böyük Britaniya karantin qaydalarını pozduğu üçün istefası tələb olunur - Hakim partiyadan da ona qarşı çıxanlar var
20:49 25.05.2020

İki qardaş saxlanıldı - 17 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarıldı
20:39 25.05.2020

İmişlidə növbəti dəfə dezinfeksiya işləri aprıldı - Sakinlərə pulsuz maska paylandı
20:13 25.05.2020

149 nəfər yeni koronovirusa yoluxdu - 134 nəfər sağaldı, 2 nəfər vəfat etdi
19:49 25.05.2020

Prezident Ilham Əliyev Gürcüstanın Prezidenti Salome Zurabişvilini Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik edib
19:37 25.05.2020

İtaliya Prezidenti Sercio Mattarella Respublika Günü münasibətilə dövlət başçısına məktub göndərib
19:26 25.05.2020

Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib
19:03 25.05.2020

Şamaxıda icra hakimiyyətində 1 nəfərdə virus aşkarlandı - İcra başçısı və əməkdaşlar karantindədirlər
18:39 25.05.2020

Azəriqaz sosial aksiya keçirdi - Evlərə pulsuz qaz xətti çəkildi
18:27 25.05.2020

Şəkidə əməliyyat tədbiri keçirilib - 1 ton çətənə məhv edilib
18:12 25.05.2020

Ağdaşda qanunsuz narkotik bitki əkən şəxs saxlanıldı - Faktla bağlı araşdırma başladılıb
17:58 25.05.2020

Karantin qaydalarını pozan restoran aşkar edilib - 32 nəfər məsuliyyətə cəlb edilib
17:36 25.05.2020

Təlimlər başa çatdı - Şəxsi heyət təcrübə və vərdişlər əldə edib
17:12 25.05.2020

Pandemiya dövründə ilk titul - Belarus kubokunun yeni sahibi məlum oldu
16:52 25.05.2020

Zidan özünütəcrid qaydalarını pozdu - "Real"ın baş məşqçisi cərimələnəcək
16:38 25.05.2020

Daha bir yüksək vəzifəli şəxs koronavirusa yoluxdu - Tuva respublikasının rəhbəri COVİD-19-a tutulub
16:15 25.05.2020

Trampın tvitlərini yazan şəxs məlum olub - “Bir centlmenim var”
15:48 25.05.2020

Virusa yoluxanların sayı 5 milyon 502 mini ötüb - Ölənlərin sayı isə 346 mini ötüb
15:27 25.05.2020

Atəşkəs yenə pozuldu - Mövqelərimiz atəşə məruz qalıb
15:12 25.05.2020

İtaliyada koronavirusdan ölənlərin sayında rekord azalma - Son sutkada cəmi 50 nəfər virusdan dünyasını dəyişib
14:58 25.05.2020

Çində 5 yaşlı uşaq son anda xilas edilib - Hündürmərtəbəli binanın balkonundan sallanıb
14:48 25.05.2020

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib
14:36 25.05.2020

İndiyədək 4122 nəfərdə yoluxma aşkarlanıb - 49 nəfər vəfat edib
14:02 25.05.2020

Mingəçevirdə idarəetmədən çıxan maşın 13 nəfəri vurdu - Xəsarət alanlardan 10 nəfəri uşaqdır
19:48 24.05.2020

Virusa yoluxanların sayı 5 milyon 435 mini ötdü - Ölənlərin sayı isə 345 minə çatır
19:29 24.05.2020

Pakistanda qəzaya uğrayan təyyarənin “qara qutuları” tapılıb - Komissiya araşdırmaya başlayıb
19:15 24.05.2020

ABŞ-da koronavirusdan ölənlərin sayında azalma - Nyu-Yorkda gün ərzində daha az insan həyatını itirib
18:54 24.05.2020

Ermənistanda koronavirus sürətlə yayılır - Bir gündə 359 nəfər virusa yoluxub
18:48 24.05.2020

Tramp qolf oynayarkən görüntüləndi - Siyasi rəqibləri tərəfindən tənqid olundu
18:37 24.05.2020

Müsəlman dünyası bayramı fərqli qeyd edir - Əksər ölkələrdə bayram namazları evdə qılınıb
18:29 24.05.2020

Kürdəmirin Sığırlı kəndində 12 nəfər virusa yoluxub - Onların arasında 1 yaşlı uşaq da var
18:13 24.05.2020

Daha 140 nəfər koronavirusa yoluxub - 101 nəfər müalicə olunaraq sağalıb
17:57 24.05.2020

Koronavirusla mübarizədə yeni çağırışlar - Sınaqdan çıxmış Azərbaycan modeli
17:32 24.05.2020

Ramazan ayından sonrakı dönəm - 3 həftə qidalanmaya xüsusi diqqət edilməlidir
17:16 24.05.2020

Bakı və Sumqayıtda ağıllı şəhər sistemi qurulur - Bu şəhərlər müasir texnologiya ilə işıqlandırılacaq
16:48 24.05.2020

Müsəlman dünyası ramazan bayramını qeyd edir - Bu dəfə bayram namazı evlərdə qılınıb
16:28 24.05.2020

Xaçmazda qanunsuz balıq ovunun qarşısı alınıb - Reydlər davam etdirləcək
15:49 24.05.2020

Qarğıdalı əkininə görə fermerlərə vəsait ödəniləcək - Dövlət fermerlərin toxum təminatını dəstəkləyir
15:29 24.05.2020

Bakıda güclü külək ondan çox ağacı aşırıb - Aşan ağac avtomobillərə də ziyan vurub
15:03 24.05.2020

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib
14:36 24.05.2020

Ermənistan Gürcüstandan üzr istədi - Gürcüstan əleyhinə sərt ifadələr səsləndirilmişdi
14:26 24.05.2020

Ağdaşda avtomobil ağaca çırpıldı - Sürücü hadisə yerində dünyasını dəyişdi
14:02 24.05.2020

Paytaxtda ağac avtomobilin üstünə aşdı - BNA sürücülərə çağırış etdi
23:52 23.05.2020

İstixanada narkotik yetişdirən şəxs tutuldu - Balakəndə əməliyyat keçirilib
23:42 23.05.2020

Virusa yoluxanların sayı 5 milyon 340 mini ötdü - Ölənlərin sayı isə 341 minə çatır
23:16 23.05.2020

İspaniyada 10 günlük matəm elan olunacaq - Pandemiya qurbanları yad ediləcək
22:36 23.05.2020

Qarğdalı əkənlərə şad xəbər - Toxuma görə 60 manat ödəniləcək
22:16 23.05.2020

“AZƏRİQAZ” İB-in baş direktoru onlayn qəbul keçirdi - İstixana sahiblərinin sualları cavablandırıldı
21:48 23.05.2020

Tovuzda külək ağacı dəmiryolu xəttinə aşırdı - Qatarların hərəkətində fasilə yarandı
21:34 23.05.2020

PFL rəsmi qərarı gözləyir - Klublarla müzakirələr aparılacaq
21:28 23.05.2020

İyun ayında bəzi məhdudiyyətlər götürülə bilər - Vətəndaşların üzərinə böyük məsuliyyət düşür
21:15 23.05.2020

Lənkəran sakini saxlanılıb - Evdə tiryək aşkarlandı
20:47 23.05.2020

11 ayın sultanı ramzan başa çatır - Fitrə zəkatı necə çıxarılmalıdır?
20:37 23.05.2020

Mingəçevirdə əməliyyat keçirilib - Civə satan şəxs tutuldu
20:28 23.05.2020

Bayram yarmarkaları açıldı - İki gün davam edəcək
20:12 23.05.2020

21 ədəd 12 metrlik avtobuslar xəttə buraxıldı - 30 nömrəli marşrut xətti “Bakubus”a həvalə olundu
19:57 23.05.2020

Qubada silsilə oğurluq edən şəxs saxlanıldı - Oğurladığı əşyaları ucuz qiymətə satıb
19:41 23.05.2020

Daha 127 nəfər koronavirusa yoluxub - 107 nəfər sağalıb, 3 nəfər vəfat edib
19:29 23.05.2020

Nyu-Yorkda qaydalar yumşaldılır - 10 nəfərin toplaşmasına icazə verildi
19:13 23.05.2020

Bu günədək 63 min 616 abituriyent elektron ərizəsini təsdiq edib
18:45 23.05.2020

Separatçıların saytı bağlandı - Almaniyadan Qarabağ separatçılarına növbəti zərbə
18:29 23.05.2020

Ramazan bayramı Şəvval ayının 1-i – Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 24-nə təsadüf edəcək
18:13 23.05.2020

Türkiyədə ağır qəza - 3 azərbaycanlı faciəvi şəkildə öldü
17:36 23.05.2020

Moskvada banka silahlı basqın - Xüsusi çevik alayı əməliyyat keçirdi
17:13 23.05.2020

Mingəçevirdə yaşayış evində partlayış - Ər və arvad yanıq xəsarətləri aldı
16:58 23.05.2020

Gəncədə güclü külək fəsadlara yol açıb - İri gövdəli ağaclar aşdı, 10 binanın işığı söndü
16:42 23.05.2020

Floridada 28 may Azərbaycanın Respublika günü qeyd edildi - Mer bununla bağlı bəyannamə imzaladı - FOTOLAR
15:52 23.05.2020

Jirinovskidən maraqlı təklif - Siyasətçi leninin nəşini satmaqğı təklif edir
22:16 22.05.2020

İtaliyanın baş naziri kürsüdə öskürməyə başladı - Nazir çıxışını yarımçıq dayandırmalı oldu
21:25 22.05.2020

Xaçmazda 3 nəfəri it dişləyib - 4 yaşlı uşaq əməliyyat olunmaq üçün Bakıya gətirilib
21:16 22.05.2020

Rayonlara avtobuslar nə vaxt işləyəcək? - Beynəlxalq avtovağzaldan açıqlama
20:52 22.05.2020

İcmadan qondarma andiçmə şousuna reksiya - “Bu təxribat sülh danışıqlarının nəticəsiz qalmasına xidmət edir”
20:36 22.05.2020

Vəzifəli şəxs rüşvət alarkən tutuldu - 1000 manat rüşvət tələb edirmiş
20:28 22.05.2020

Bütün xəbərlər