Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Neft ucuzlaşır - Hara qədər?

Neft ucuzlaşır - Hara qədər?
769 dəfə oxunub

Əvvəl, hökumət nümayəndələri dünya bazarlarında neftin 1 barelinin qiymətinin hətta 60 ABŞ dollarına düşsə də belə, Azərbaycanın dövlət büdcəsinin icrası üçün heç bir problem yaratmayacağını söyləsələr də indi, sözügedən ucuzlaşmanın icmal büdcəyə təsirsiz ötüşməyəcəyini qeyd etməyə başlayıblar. Bu da təbiidir, o mənada ki, neftin qiymətinin düşməsinin yalnız bu ilin büdcəsinə təsirindən danışmaq olardı. Prosesin 2015-ci ilin dövlət büdcəsinə necə təsir göstərəcəyini isə indidən söyləmək mümkün deyildi.

Əsasən də ona görə ki, ucuzlaşma hələ davam etməkdədir.

Digər tərəfdən, əvvəlki şərhlərimizdə də yazmışdıq ki, ölkəmizin dövlət büdcəsinin yarıdan çox hissəsi Dövlət Neft Fondundan (ARDNF), qalanı isə demək olar, bütövlükdə Dövlət Neft Şirkətindən daxilolmalardan asılı olduğundan neftin dünya bazarlarındakı qiyməti ona dərhal təsir etmir.

Odur ki, neftin qısamüddətli ucuzlaşmasının dövlətin əsas maliyyə sənədinin icrasında problem yaradacağı bizdə əslində, qeyri-mümkün hesab edilir. Ucuzlaşma uzunmüddətli xarakter daşıyarsa məsələ artıq, başqa xarakter daşıyır. Belə ki, bu, istər-istəməz əvvəl ARDNF-in gəlirlərinə, ardınca dövlət büdcəsinə təsir göstərəcək.

Məsələ bundadır ki, artıq, başa çatmaqda olan bu il ərzində neft iyun ayından ucuzlaşmağa başlasa da oktyabra qədər 1 barelin qiyməti 100 dollardan aşağı düşməmişdi. 2014-cü il dövlət büdcəsində qiymət 100 dollardan götürüldüyündən odur ki, narahatlıq yaranmamışdı. Belə ki, 2014-cü ilin yanvar-sentyabr aylarında azərbaycan neftinin orta qiyməti 109 dollar təşkil edib ki, iyun və oktyabr ayları arasında təqribən 20 faiz səviyyəsində ensə də yalnız oktyabr ayında 100 dollardan aşağı düşdü. Bununla belə, ilin sonunadək qiymət 90-95 dollar arasında qalsaydı 2014-cü il üçün neftin 1 barelinin orta qiyməti ölkəmizə 100 dollardan aşağı başa gəlməyəcəkdi.

Ancaq bəlli olduğu kimi noyabrın ortasından 70 dollardan da aşağı düşdü.

Odur ki, maliyyə naziri Samir Şərifov bu günlərdə qeyd etmişdir ki, cari ilin dövlət büdcəsi profisitlə yekunlaşsa da neftin ucuzlaşması icmal büdcənin gəlirlərini azaldacaq. “İcmal büdcənin gəlirləri, əsasən, Neft Fonduna toplanan gəlirlərdən ibarətdir. Yəni, bu gəlirlərə baxdıqda biz icmal büdcənin gəlirlərində xeyli azalma müşahidə edəcəyik.” – deyə, nazir bildirmişdir.

Doğrudur, ARDNF üzrə də cari ildə qiymətin düşməsinin problem yaratmadığı deyilir ki, dövlət büdcəsində olduğu kimi Neft Fondunun da 2014-cü il üçün gəlirləri xərclərini üstələyəcək.

Bunun bir neçə səbəbi vardır. Birincisi sözügedən Fondun da bu il üçün nəzərdə tutulan büdcəsində neftin 1 barelinin qiyməti 100 dollar götürülmüşdüsə, digər səbəblər sırasına isə hasilatın nisbətən qənaətbəxş səviyyədə qalması və neftin qeyd etdiyimiz kimi iyun ayından bəri 40 faiz ucuzlaşmasına rəğmən, bütövlükdə yanvar-noyabr ayları ərzində orta qiymətin 105,6 dollara başa gəlməsi kimi amilləri daxildir. Ona görə də ARDNF-in nə dövlət büdcəsi qarşısında öhdəliyində, nə də gəlirləri ilə xərcləri arasında heç bir kəsir yaranmayacaq.

Ancaq neftin qiymətinin ucuzlaşması tendensiyası davam edərsə bunu, 2015-ci il üçün demək mümkün olmayacaq. Belə ki, dünya bazarındakı ucuzlaşma birinci Neft Fondunu “vuracaq” ki, əvvəla, ölkəmizdə hasilat bu il bayaq qeyd etdiyimiz kimi nisbətən qənaətbəxş səviyyədə qalsa da növbəti ildə buna ümid etmək olmayacaq. Ikincisi də məlum olduğu kimi ARDNF-in üzərinə böyük xərc öhdəlikləri düşür ki, dövlət büdcəsinə transfertdən əlavə, Neft Fondundan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı, Neft-Qaz və Neft-kimya Kompleksinin tikintisi layihəsində ölkəmizin iştirak payı, TANAP, “Cənub qaz Dəhlizi” kimi böyük layihələr maliyyələşdirilir.

Yeri gəlmişkən, hasilatın nisbətən sabit qalması səbəbi neft mütəxəssislərinin də bildirdiklərinə görə, “Azəri-Çıraq-Günəş”li yataqlarında modernizasiya ilə əlaqədar bu il ərzində 2 platforma dayandırmalı olsa da cəmi 1-nin dayandırılmasıyla  bağlı izah edilir. Sözümüz bunda deyil.

Nəhayət üçüncüsü, dövlət büdcəmizin gəlirlərinin formalaşmasında sözügedən qurumun payı 2009-cu ildən 50 faizdən yuxarı təşkil edir ki, 2013-cü ilin büdcəsinə ARDNF-dan transfert 11 milyard 350 milyon manat nəzərdə tutulmuşdu ki, bu da gəlirlərin 59,2 faizii demək idi. 2014-cü ilin dövlət büdcəsində ən mühüm cəhət bunun məhz 17,7 faiz az təşkil etməsi sayılsa da, 2015-ci ilin büdcəsində ARDNF-dən transfert cari ilin büdcəsinə proqnozlaşdırılandan 11,3 faiz çox həyata keçiriləcək.

Ümumiyyətlə, Fondun əsasnaməsinə görə də vəsaitlər strateji əhəmiyyətli infrastruktur obyektlərin yenidənqurulması və tikintisinə, həmçinin ümummilli problemlərin həllinə xərclənməkdədir ki, bunlar da hər il xeyli çoxlu pul aparır.

Xatırladaq ki, ARDNF 1999-cu ildə yaradılarkən ölkəmiz üçün iqtisadi təhlükəsizlik yastığı xarakteri daşımaqla o vaxt cəmi 271 milyon dollar vəsaitə malik idi. 2014-cü ilin oktyabrın 1-nə Fondun aktivləri yanvarın 1-nə olan 35 milyard 877 milyon 500 min məbləğindən 3,98 faiz artaraq 37 milyard 305 milyon 300 min ABŞ dollarına çatmışdır.

ARDNF-in rəhbəri Şahmar Mövsümov qeyd etmişdir ki, proqnozlara əsasən, yaxın illərdə quruma 200 milyard dollar daxil olacaq. İş ondadır ki, neftin qiyməti 60 dollar civarında təşkil etdiyindən ötən şərhimizdə də yazmışdıq ki, neftin qiymətinin ucuzlaşması ilə əlaqədar Azərbaycan Mərkəzi Bankının (AMB) da rəsmi valyuta ehtiyatları azalmaqdadır. Belə ki, cari ilin avqustundan başlanan proses davam edir ki, bunun da manatın dəyəri ilə bağlı olduğu sezilir.

Belə ki, iyulun sonuna ehtiyat 15193.4 min ABŞ dolları təşkil edirdisə, avqustun sonuna bu rəqəm 15190.9, sentyabrda 15042.4, oktyabrda 15033.6, noyabrda isə 14996.3 min dollara bərabər olub. Halbuki, son 4 ildə isə AMB-in valyuta ehtiyatları 6 faizdən çox artaraq 15 milyard dollara çatmışdı.

Odur ki, tendensiyanın gələn ildən başlayaraq Neft Fondunun da aktivlərinə təsir edəcəyi qaçılmaz görünür. Bu üzdən maliyyə naziri də qeyd etmişdir ki, hökumət ucuzlaşmanı diqqətdə saxlayır. “Şərait tələb edərsə, Azərbaycan hökuməti yaxın illər üçün priorotet olmayan infrastruktur layihələrinin icrasını təxirə sala bilər.” – deyə, nazir bildirmişdir.

Pərviz Heydərov

BUNU DA OXU

Roy Kin milli yığmamıza başçılıq edə bilər? - AFFA-dan açıqlama
Yük yerində sərnişin keçirməyə cəhd olundu - VİDEO
DSMF-nin vəzifəli şəxsləri saxlanıldı - VİDEO
Qapalı məkanlarda diqqətli olaq - VİDEO
Ağdaşda 50 nəfərdən artıq şəxs xüsusi karantin qaydalarını belə pozub - VİDEO
Xəbər lenti

Ödənişli yolun bir hissəsi artıq hazırdır - 30 km-lik hissəsi yaxın günlərdə istifadəyə veriləcək
23:54 01.07.2020

Dağlıq Qarabağla bağlı danışıqlar yenidən canlanır - M.Brayza: “Ciddi irəliləyiş gözlənilmir”
23:14 01.07.2020

Sahibkarların güzəştli kredit imkanı - Aldıqları kreditlərin 60%-nə dövlət zəmanəti veriləcək
22:54 01.07.2020

Daha 588 nəfər koronovirusa yoluxdu - 346 nəfər sağaldı, 7 nəfər vəfat etdi
22:21 01.07.2020

Virusa yoluxanların sayı azala bilər - “Karantin qaydalarına əməl edək”
21:21 01.07.2020

Həkimlər vətəndaşlara çağırış edir - Virusla mübarizədə yeganə yol məsuliyyətli davranmaqdır
20:54 01.07.2020

Görülən tədbirlər nəticə verəcək - Sərt karantin rejimi yoluxma dinamikasını aşağı salır
20:39 01.07.2020

“Kann” film festivalına etiraz məktubu göndərildi - Ermənilərin işğaldakı torpaqlarımızda çəkdikləri filmə görə
20:21 01.07.2020

Bərdədə restoran sahibi saxlanılıb - Karantin qaydalarını pozan 7 nəfər həbs edilib
19:47 01.07.2020

AI-95 markali benzin bahalaşdı - Benzinin qiyməti 10 qəpik artdı
19:21 01.07.2020

Ölkəyə 168 min fərdi qoruyucu vasitə gətirildi - Pandemiya ilə mübarizəyə ayrılan tibb müəssisələrinə paylanılacaq
18:54 01.07.2020

"Barselona" xal itirdi - Messidən 700-cü qol
18:21 01.07.2020

“Türk Eskobar” həbs olundu - Türkiyənin daxili işlər naziri bu haqda məlumat verib
17:54 01.07.2020

Xaçmazda silah-sürsat tapılıb - 6 əl qumbarası, 361 ədəd patron anama-ya təhvil verilib
17:51 01.07.2020

Tehranda xəstəxanada partlayış olub - 18 nəfər həyatını itirib
17:21 01.07.2020

Bugündən qadağa yumşaldılır - Aİ 14 ölkə vətəndaşlarının avropaya səyahətinə icazə verəcək
16:54 01.07.2020

İranın xarici işlər naziri sanksiyalardan danışıb - Rəsmi Vaşinqtonun məsuliyyət daşıyacağını bəyan edib
16:26 01.07.2020

İstanbul-Bakı təyyarəsinin həcmi böyüyüdülüb - Aviareysə biletlərin sayı artırılıb
16:05 01.07.2020

175 nəfər təkrar qayda pozuntusuna görə məsuliyyətə cəlb edilib - 800 avtomobilin postlardan keçmək cəhdinin qarşısı alınıb
15:48 01.07.2020

Oğuzda yeni layihəyə başlanılıb - Ölkədə istehsal olunan kombaynlar biçin prosesinə cəlb olunub
15:21 01.07.2020

Həmsədrlər bəyanat yaydı - Təxribatçı ifadələr nizamlama prosessinə xələl gətirə bilər
14:54 01.07.2020

Bəhram Bağırzadə “ECMO” cihazından ayrılıb - Vəziyyətində müsbətə doğru dəyişikliklər var
14:21 01.07.2020

Pandemiyanın Azərbaycana vurduğu zərər hesablanır - Sahibkarlar yeni tələblərə uyğunlaşmalıdır
21:57 30.06.2020

Pandemiya ölkələri seçim qarşısında qoyub - İqtisadi zərər yoxsa əhalinin sağlamlığı?
21:38 30.06.2020

Koronavirusa yoluxan həkim əhaliyə çağırış etdi - “Bu gün çox böyük yük altındayıq”
21:21 30.06.2020

Goranboyda zəncirvarı yol qəzası - Yük avtomobili üç minik maşınına çırpılıb
20:54 30.06.2020

“ASAN Xidmət”in iş rejimi gücləndirilib - Gün ərzində 10 mindən çox vətəndaşın müraciəti qəbul olunur
20:02 30.06.2020

Toyuqların çəkisini süni şəkildə artırıblar - Qanunsuz fəaliyyət göstərən toyuq əti müəssisəsi aşkarlandı
19:51 30.06.2020

Cenevrədə ÜST-dən koronavirusla bağlı bədbin açıqlama - “Koronavirusun yayılması sürətlənir”
19:21 30.06.2020

İranda sayt rəhbəri edama məhkum edilib - ABŞ və İsrail kəşfiyyat xidmətlərindən maliyyə dəstəyi alıb
18:51 30.06.2020

Yeni pandemiya qorxusu - Çində təhlükəli virus tapıldı
18:21 30.06.2020

Şəmkirdə təhsil şöbəsinin müdiri və ailəsi koronavirusa yoluxub - Müalicələri evdə davam edir
17:51 30.06.2020

Parlamentin növbədənkənar sessiyası başa çatdı - Sessiya dövründə 35 qanun və qərar qəbul edilib
17:36 30.06.2020

Yeni güzəştli kredit təklifi - Sahibkarlar üçün elektron kredit platformasi təqdim edilib
17:12 30.06.2020

Koronavirus üçün polikliniklara müraciət olunacaq - Səhiyyə nazirliyi xəstələrin evdə müalicəsini açıqladı
16:57 30.06.2020

Qeyri-neft sektoru üzrə ixrac azalıb - Rusiya, İsveçrə və Çinə edilən qeyri-neft məhsulların ixracı artıb
16:47 30.06.2020

Göyçayda ikimərtəbəli evdə yanğın baş verib - Əraziyə üç yanğınsöndürən cəlb olunub
16:21 30.06.2020

Gəncədə yaşayış evində yanğın baş verib - Ətrafdakı evlər yanğından mühafizə olunub
15:51 30.06.2020

Rusiyadan daha 225 azərbaycanlı vətənə gətirilir - Onlar karantinə alınacaqlar
15:21 30.06.2020

Roy Kin milli yığmamıza başçılıq edə bilər? - AFFA-dan açıqlama
12:25 30.06.2020

SMS-icazə sisteminə limit qoyuldu - Yenilənib - VİDEO
12:00 30.06.2020

Daha iki yeni metro qatarı xəttə buraxıldı - VİDEO
11:36 30.06.2020

Yük yerində sərnişin keçirməyə cəhd olundu - VİDEO
11:11 30.06.2020

DSMF-nin vəzifəli şəxsləri saxlanıldı - VİDEO
10:49 30.06.2020

Qapalı məkanlarda diqqətli olaq - VİDEO
10:25 30.06.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda aparılan bərpa-konservasiya işləri ilə tanış olublar - Yenilənib - VİDEO
10:01 30.06.2020

DSX İmişlidə İran vətəndaşını saxladı - 21,7 kq narkotik maddə aşkar edilərək götürülüb
21:32 29.06.2020

Cərimələrin tətbiq olunacağı yerlər açıqlanıb - Hansı yerlərdə maska taxmaq məcburidir?
20:54 29.06.2020

Azərbaycana göstərilən növbəti etimad - Dünya birliyi bir araya gəlməyə hazırlaşır
20:21 29.06.2020

Dəyişiklik qəbul olundu - Aztəminatlı ailələrə yaşayış sahələri veriləcək
19:51 29.06.2020

Astarada narkotik becərən 3 qonşu saxlanıldı - Toyuq hinindən 6 kq narkotik maddə çıxdı
19:21 29.06.2020

Maska taxmamağa görə cərimələr iki dəfə artırıldı - Cərimələrin artırılma səbəbinə aydınlıq gətirildi
18:21 29.06.2020

Pakistanda fond birjasının binasına silahlı hücum - Doqquz nəfər həyatını itirib
17:51 29.06.2020

Çində təbii fəlakət həyatı iflic edib - 12 nəfər həyatını itirib
17:21 29.06.2020

Dünyada koroanvirusla bağlı son durum - Virus qurbanlarının sayı yarım milyonu ötüb
16:51 29.06.2020

Cəzaçəkmə müəssisələrində səyyar xidmət - Məhbusların şəxsiyyət vəsiqələri dəyişidirilir
16:14 29.06.2020

Döyüş atışlı məşqlər keçirilib - Gözətçi gəmiləri yoxlanılıb
15:54 29.06.2020

Prezident İlham Əliyevin Sərəncam imzaladı
15:36 29.06.2020

Qazaxda mübahisə bıçaqlanma ilə nəticələndi - 48 yaşlı şəxs həyatını itirdi
15:25 29.06.2020

Zaqatalada “Xaş-Xaş 2020” əməliyyatı - 5 ton çətənə bitkisi məhv edilib
15:14 29.06.2020

Ağstafada bədbəxt hadisə - Qazax sakini su kanalında boğulub
14:25 29.06.2020

Hande Harmançı çağırış etdi - “Qaydalara əməl etməklə özümüzü və yaxınlarımızı qoruya bilərik“
14:14 29.06.2020

Maska taxmamağa görə cərimələr iki dəfə artırıldı
13:58 29.06.2020

HAMİLƏ QADIN KORONAVİRUSDAN HƏYATINI İTİRDİ - Bakıda
13:33 29.06.2020

Ağdaşda 50 nəfərdən artıq şəxs xüsusi karantin qaydalarını belə pozub - VİDEO
13:11 29.06.2020

Zaqatalada may balının süzümü davam edir
12:45 29.06.2020

Pandemiyanın turizm sektoruna təsiri - Yenilənib - VİDEO
12:21 29.06.2020

Paytaxt ərazisində koronavirusa ən çox yoluxma hal hansı rayondadır?
11:55 29.06.2020

Ehtiyyatlı olun! Çiyələk və pomidordan zəhərlənmə baş verə bilər - VİDEO
11:30 29.06.2020

Aygün Kazımova iki həftə karantində olub - Yenilənib - VİDEO
11:07 29.06.2020

İcazələrin bir hissəsi ləğv edilib - VİDEO
10:44 29.06.2020

BNA mətbuat katibinin koronavirus testinin nəticələri pozitiv çıxıb - VİDEO
10:20 29.06.2020

Virusa yoluxan ATV-nin əməkdaşı nələri müşahidə etdi? - “Dəhlizdə gəzən bir xəstə səhər tezdən dünyasını dəyişdi” - VİDEO
09:52 29.06.2020

Daha 534 nəfərdə koronavirus aşkarlandı - 307 nəfər sağalıb, 5 nəfər vəfat edib
19:21 28.06.2020

Qırğızıstan və Serbiyada son durum - Virus dövlət idarələrinə də yol açdı
18:51 28.06.2020

İranda da virusun yayılması sürətlənir - Hökumət karantin rejimini yenidən sərtləşdirəcək
18:21 28.06.2020

ABŞ-da rekord yoluxma - Bir gündə 42500 nəfər Covid-19 virusuna yoluxdu
17:54 28.06.2020

ABŞ-da növbəti silahlı insident - 1 nəfər ölüb, 4-ü yaralanıb
17:21 28.06.2020

Putinin bütün koronavirus testləri neqativ çıxıb - O hər gün 3-4 dəfə test olunur
16:54 28.06.2020

Azərbaycan prezidentinin təşəbbüsü - BMT Baş assambleyasının xüsusi sessiyası keçiriləcək
14:51 28.06.2020

Bütün xəbərlər